Maaşımızdan nə qədər vergi tutulmalıdır
– Geri ödənilən vəsaitlər nə zaman qaytarılacaq?
VERGİLƏR
Bir ay əvvəl mağazadan 359 manat nağd ödənişlə telefon almışdım. Nağd alış-veriş üzrə ƏDV-nin 10%-i geri qaytarılmalı olduğu halda, mənə 5 manat 48 qəpik qaytarılıb. Bu, düzdürmü?
Dövlət Vergi Xidmətindən bildirilib ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açarkən yaratdığı virtual “pul qabı”na yerləşdirilir. Əlavə dəyər verigisi (ƏDV) məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur. Misal üçün, məhsulun dəyəri 100 manatdırsa, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır.
Sorğuda göstərilən halda hər hansı xəta mövcud deyil. Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə özünüz də hesablaya bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”
Maaşımızdan nə qədər vergi tutulmalıdır?
Son dövrlər əmək haqqından tutulan vergilərin faiz dərəcələrində və hesablanmasında dəyişikliklər olduğundan bu mövzuda xeyli suallar ünvanlanır. Ona görə də bu məsələyə aydınlıq gəlirmək istərdim.
Fiziki şəxslərin gəlirindən: fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı olmaqla iki hissədə tutulma olur. Fiziki şəxslərin gəlirindən Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 101.1 ci maddəsinə əsasən aylıq gəlir 2500 manata qədər olduqda 14 % faiz, 2500 manatdan yüksək olduqda 2500 manata qədər olan hissəsinin 14 %-i, 2500 manatdan yuxarı olan hissənin 25 % i miqdarında vergi tutulur. Əmək haqqı 2500 manata qədər olduqda əmək haqqından ölkə üzrə yaşayış minimumu (155 AZN, 2017) çıxıldıqdan sonra qalan məbləğdən 14 % gəlir vergisi tutulur.İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.
Vergi Məcələsinin 102 ci maddəsinə əsasən bəzi kateqoriyadan olan işçilərin əmək haqqından gəlir vergisi güzəştli tutulur.bunlardan bəzilərinə nəzər yetirək.
- Milli qəhrəmanların, müharibə əlillərinin, müharibə veteran adı almış şəxslərin v.s şəxslərin vergi tutulmalı olan aylıq gəliri 400 AZN məbləğində azaldılır.
- I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 AZN məbləğində azaldılır.
- Məcburi köçkünlər və onlara bərəbər tutulan şəxslərin vergi tutulmalı olan aylqı gəliri 100 AZN məbləöində azaldılır.
- Himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və ya tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 AZN məbləğində azaldılır.
Fiziki şəxlərin aylıq gəlirindən aşağıdakı dərəcələrləvergi tutulur:
Vergi tutulan aylıq gəlir 2500 manatadək olduqda 14%, 2500 manatdan çox olduqda isə 350AZN+ 2500 manatdan çox olan hissənin 25 %.
Sosial sığorta haqqında qanunun 14 cü maddəsinə əsasən əmək müqaviləsi ilə işləyənlər üçün hesablanmış əmək haqqının 3 % miqdarında məcburi dövlət sığorta haqqının ödənilməsi nəzərdə tutulmuşdur.
Bir məsələni də qeyd edim ki, əmək müqaviləsi ilə işləyən hər bir vətəndaş Elektron Hökumət Portalında şəxsi kabinetini yaratmaqla işlədiyi illər ərzində müəssisə tərəfindən onun əvəzinə vergi və DSMF ödənilib – ödənilmədiyini və eyni zamanda illər ərzində ödənilmiş vergi və sosial sığorta haqları barədə məlumat əldə edə bilər.
Bir neçə misal üzərində gəlir vergisi və sosial sığorta haqqının hesablanması qaydasına baxaq.
Misal 1. Fiziki şəxsin aylıq gəliri əgər 500 manatdırsa, əmək haqqından tutulma aşağıdakı qaydada olacaq.
Gəlir vergisi: 500-155=345*14%=48.3 AZN
DSMF: 500*3%=15 AZN
Deməli vergi çıxıldıqdan sonra ələ çatan pul: 500 – (48.3+15)=436.7 AZN
Misal 2. Fiziki şəxsin aylıq gəliri yenə 500 manatdır və məcburi köçkündürsə:
Gəlir vergisi: 500-155-100=245*14%=34.3 AZN
DSMF: 500*3%= 15 AZN
Vergilər çıxıldıqdan sonra ələ çaan pul: 500-(34.3+15)=450.7 AZN
Misal 3. Fiziki şəxsin aylıq gəliri 3000 manatdırsa:
Gəlir vergisi: 2500*14%=350 AZN, 3000-2500=500*25%=125AZN,
DSMF: 3000*3 %=90 AZN
Vergilər çıxıldıqdan sonra ələ çatan pul: 3000-(350+125+90)=2435 AZN
Vətəndaşlar ƏDV-ni necə geri ala bilər? – Qaydalar açıqlandı – VİDEO
Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Elçin Məmmədov açıqlama verib.
BAKU.WS müsahibəni təqdim edir:
– ƏDV-nin müəyyən hissəsinin qaytarılma mexanizmi müəyyən edilib?
– Bu sahədə görülən işlər çərçivəsində texniki və hüquqi məsələlərin həlli tamamlanmaq üzrədir.
Artıq müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla ƏDV-nin müəyyən hissəsinin qaytarılması ilə bağlı prosesə cəlb ediləcək müvəkkil bank müəyyən edilib – bu, “Kapital Bank”dır.
Həmçinin alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalın (www.edvgerial.az) hazırlanması ilə bağlı işlər başa çatdırılıb və ƏDV-nin müəyyən hissəsinin qaytarılma mexanizmi müəyyən edilib.
Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır.
Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-in bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür.
– ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaş nə etməlidir?
– ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidirlər. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və burada virtual “pul qabı” yaradılır.
İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir.
Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir.
Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.
BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.
– Geri ödənilən vəsaitlər nə zaman qaytarılacaq?
– İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır.
Nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.
Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.
İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.
Layihənin maliyyə partnyoru olaraq “Kapital Bank” ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq etmir.
Geri qaytarılan vəsait tam şəkildə virtual “pul qabı”na mədaxil olunur (vəsait bank kartlarına köçürülərək nağdlaşdırıldığı zaman müvafiq bankın tarif cədvəlinə uyğun istisnalar tətbiq edilə bilər).
Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.
Comments are closed, but trackbacks and pingbacks are open.