Press "Enter" to skip to content

Vergiler nazirliyi imtahan

Dövlət qulluğunda şərtlər necədir, nə kimi imkanlar var?-DİQQƏT

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Dövlət Vergi Xidməti на Facebook. Если вам интересны новости Dövlət Vergi Xidməti, регистрируйтесь на Facebook сегодня!

Dövlət Vergi Xidməti на Facebook. Если вам интересны новости Dövlət Vergi Xidməti, регистрируйтесь на Facebook сегодня!

Dövlət Vergi Xidməti

@vergiler

О пользователе Dövlət Vergi Xidməti

Bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi facebook səhifəsidir.

Səhifə vasitəsilə verilən cavablar vergi qanunvericiliyi və inzibatçılığı sahəsində rəsmi şərh deyil və vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tövsiyə xarakterlidir.

Səhifədə mövcud qanunvericiliyə uyğun olaraq kommersiya (vergi) sirri təşkil edən məlumatlar açıqlanmır. VÖEN, müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı), vergi qanunvericililiyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri, vergi ödənişləri üzrə borclar, hüquqi şəxslərin dövlət reyestr məlumatları, vergi ödəyicilərinin razılığı ilə açıqlanan məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən digər məlumat kommersiya (vergi) sirri hesab olunur.

– rəylərdə reklam məzmunlu material yerləşdirmək, BÖYÜK HƏRFLƏRLƏ, eləcə də vergi mövzusundan kənar rəy, müraciət, şərh, sual və s. yazmaq qadağandır;
– təhqir, böhtan xarakterli söz və ifadələrdən istifadə edən istifadəçi dərhal səhifədən kənarlaşdırılacaq;
– Səhifədə yerləşdirilmiş məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Vergiler nazirliyi imtahan

2018-05-26 16:37:20

Vergi orqanlarında işləmək istəyənlər imtahan veriblər

Bu gün Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarında işə qəbulla bağlı test imtahanı keçirib. Bu barədə AzEdu.az-a Nazirliyin Media və kommunikasiya mərkəzindən məlumat evrilib. Qeyd edək ki, 2017-ci il dekabrın 1-də dövlət vergi orqanlarına işə qəbul üzrə növbəti müsabiqə elan edilib. Müsabiqə elanı KİV-də, o cümlədən Vergilər Nazirliyinin rəsmi internet saytında, habelə sosial şəbəkələrdə yerləşdirilərək ictimaiyyətə açıq elan edilib. Elanda sənəd qəbulu, müsabiqənin keçirilməsi şərtləri və qaydaları barədə ətraflı məlumat öz əksini tapıb. Müsabiqə üzrə ilkin sənəd qəbulu 5-30 dekabr 2017-ci il tarixlərdə aparılıb. Lakin müsabiqə prosesində bir sıra yeniliklərin tətbiqinin nəzərdə tutulması, habelə sonradan yaranmış vakant vəzifələrin təhlili sənəd qəbulu müddətinin artırılması zərurətini yaradıb. Qeyd edilənləri nəzərə alaraq, 30 aprel – 9 may tarixlərində müsabiqə üzrə əlavə sənəd qəbulu elan edilib. Müsabiqədə iştirakla bağlı 1731 nəfər vətəndaş müraciət edib, onlardan vakant vəzifələrin tələblərinə uyğun olan 1517 nəfəri namizəd qismində müsabiqədə iştiraka buraxılıb. Müsabiqə test imtahanı və müsahibə olmaqla iki mərhələdən ibarət keçirilir. Müsabiqənin test imtahanı zamanı namizədlərin biliklərinin daha effektiv qiymətləndirilməsi məqsədi ilə test tapşırıqlarının tərtibində istifadə edilən ədəbiyyat siyahısından ibarət test proqramı nəzərdən keçirilərək yenilənib. İnformatika və məntiq test bloklarının namizədlərin bilik və bacarıqlarının yoxlanılmasında rolunun gözlənilən səviyyədə olmadığı nəzərə alınaraq, həmin bloklar test imtahanından çıxarılıb, onların yerinə Vergi Məcəlləsinin xüsusi hissəsi və digər aidiyyəti qanunvericilik sahəsi üzrə namizədlərin biliklərinin tətbiqi bacarıqlarının və analitik təhlil qabiliyyətlərinin yoxlanılması məqsədi ilə məsələ – kazus tipli test tapşırıqlarının sayı artırılıb. Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmağına imkan yaratmaq məqsədi ilə test imtahanı üzrə ədəbiyyat siyahısı Nazirliyin internet saytı vasitəsi ilə namizədlərə çatdırılıb. İmtahanın nəticələri Nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə açıq elan ediləcək. Qanunvericiliyə uyğun olaraq test imtahanında uğur qazanmış namizədlər müsahibənin ikinci mərhələsinə – müsahibəyə buraxılacaqlar. Müsahibələrdə namizədlərin müvafiq sahədə bilikləri və onları tətbiq etmək bacarıqları, ümumi dünyagörüşü yoxlanılır. Müsahibələrdə şəffaflığın təmin edilməsi üçün müsahibə kollegial şəkildə – Müsabiqə Komissiyası tərəfindən aparılır, müsahibələrdə audio-video çəkilişdən istifadə edilir. Müsahibənin nəticələri Nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə açıqlanır. Müsahibədə uğur qazanan namizədlər dövlət vergi orqanlarının ehtiyat kadrlar siyahısına daxil ediləcək və onların vakant vəzifələrə təyinatı üzrə müvafiq tədbirlər görüləcək.

Bu bölməyə aid digər xəbərlər

Məmur olmaq istəyənlər üçün imtahan – “buraxılış vərəqəsi”ni çap etsinlər!

2023-03-14 10:43:58

Dövlət qulluğu imtahanının modeli DƏYİŞƏCƏK

2023-03-06 17:10:00

Martın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

2023-02-14 10:25:49

Dövlət qulluqçularının rotasiyası qaydası müəyyənləşir

2023-02-01 16:40:00

Bu şəxslər imtahansız dövlət qulluğunun müsahibəsinə buraxıla bilər

2023-01-15 17:16:00

Dövlət qulluğunda şərtlər necədir, nə kimi imkanlar var?-DİQQƏT

2023-01-10 16:56:00

Dövlət qulluğuna qəbul necə həyata keçirilir?-Detallar

2023-01-09 16:18:00

Dövlət qulluğuna qəbul necə həyata keçirilir?-Detallar

2023-01-05 16:39:00

Dövlət qulluğunda şərtlər necədir, nə kimi imkanlar var?-DİQQƏT

2023-01-04 13:40:00

Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun

VERGİLƏR

Martın 13-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarına işə qəbulla bağlı sayca 17-ci test imtahanını keçirib. Dövlət vergi orqanlarına işə qəbul üzrə müsabiqənin 2020-ci ilin aprel ayında keçirilməsi planlaşdırılsa da, əvvəlcə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələri nəzərə alınmaqla, daha sonra isə ölkədə elan olunmuş hərbi vəziyyət rejimi ilə əlaqədar test imtahanları təxirə salınmışdı. 2021-ci ilin yanvar ayında isə müsabiqə çərçivəsində əlavə sənəd qəbulu elan edilib və bu gün keçirilən test imtahanlarında həm əlavə sənəd qəbulu zamanı müraciət etmiş, həm də təxirə salınmış müsabiqə üçün sənəd vermiş namizədlər iştirak edib.

Müsabiqə üzrə ilkin sənəd qəbulu Dövlət Vergi Xidmətinin rəsmi saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə aparılıb. Həm ilkin sənəd qəbulu mərhələsi, həm də müsabiqə təxirə salındıqdan sonra elan edilmiş əlavə sənəd qəbulu üzrə ümumilkdə 1868 vətəndaş müraciət edib, onlardan 1721 nəfəri vakant vəzifələrin tələblərinə uyğun olduğu üçün müsabiqədə iştiraka buraxılıb. Namizədlər, əsasən, iqtisadiyyat, hüquqşünaslıq və digər ixtisas istiqamətlərini əhatə edir.

Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmasına imkan yaratmaq məqsədilə vergi və digər sahələri əhatə edən (məntiq sahəsi üzrə suallar istisna olunmaqla) ədəbiyyat siyahısı Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində ( www.taxes.gov.az ) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilib. İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 80 və məntiqi təfəkkürün müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Ümumilikdə 3 sааt dаvаm edən imtаhаn nəticəsində 70 və dаhа аrtıq test tapşırığına düzgün cavab verən nаmizədlər növbəti mərhələyə – müsahibəyə buraxılmaq hüququ əldə edəcəklər. İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytı vasitəsilə ictimaiyyətə elan ediləcək.

Müsabiqənin hər iki mərhələsində uğur qazanan namizədlər Dövlət Vergi Xidmətinin kadr ehtiyat bazasına daxil ediləcək və mütəmadi qaydada vakant vəzifələrə təyin edliləcəklər.

Comments are closed, but trackbacks and pingbacks are open.