Press "Enter" to skip to content

Vergini necə ödəyə bilərəm?

Fərdi sahibkarlıq subyektləri ilə bağlı daha bir məqam onların məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı qanunvericilikdəki dəyişikliklərdir. Belə ki, “Sosial sığorta haqqında” Qanuna ötən ilin sonlarında edilmiş əsas dəyişikliklərdən biri – sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının yeni tutulma qaydasıdır. İqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qalib Toğrulun sözlərinə görə, bu daha çox xidmət müqaviləsi ilə işləyənlərə aidiyyəti olan sığorta haqqıdır: “Milli Məclisin qəbul etdiyi ”Sosial sığorta haqqında” Qanuna dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanunu”nda nəzərdə tutulurdu ki, belə şəxslər minimum əmək haqqının 25 faizi miqdarında, yəni hazırda qüvvədə olan 130 manat minimum əmək haqqı nəzərə alınmaqla 32.50 manat, tikinti və ticarət sahəsində çalışanlar isə 65 manat ödəsinlər. Dəyişikliklərdə xidmət müqaviləsilə işləyənlərə münasibətdə bu sosial ödənişlə bağlı məbləğ artırılmaqla yanaşı, ölkə üzrə vahid ödəniş faizi və qaydası təklif olunur, regional fərqlər aradan qaldırılırdı.

Vergilərin mahiyyəti, vəzifələri və növləri

Yalnız qeydiyyatdan keçmiş və avtorizasiya olunmuşlar şərh əlavə edə bilər.

İş elanları

  • Bank işi vakansiyaları
  • part time iş elanları
  • xanımlar üçün iş elanları/a>
  • Sumqayıt iş elanları
  • Marketing vakansiya
  • iş elanları
  • Jobsearch az internship
  • Qadınlar üçün iş elanları
  • Evdən iş

Vergi

14 üzv · 6 topik · RSS

Canlı efir

Sənə qurban | Mikayıl Müşfiq 1 Sabuhi_G · 27 fevral 2023, 21:11

Azərbaycan qız adları 1 kayzen · 11 sentyabr 2022, 12:08

Rəssam 2 CavidanNIK · 17 sentyabr 2021, 16:27

Molla Nəsrəddin lətifələri 3 KTo_eCT_KTo · 5 iyun 2021, 01:54

Azərbaycanlı oxucunun şüur defisiti 1 JAVIER_ZANETTI · 31 mart 2021, 17:39

Evdəki allah 2 Optimus11 · 20 yanvar 2021, 18:56

Motosikletli eşşək 2 veyselli · 30 dekabr 2020, 13:40

Arzusuz yaşamaq mümkündürmü? 1 Ayazdizayner · 15 dekabr 2020, 22:41

Nifrət 2 pascal · 24 okyabr 2020, 10:41

Əzim Əzimzadə | Rəssamlığın Sabiri 1 Ayazdizayner · 26 iyun 2020, 08:43

Bloqlar

Düşündürücü hekayələr Reytinq: 262.52

346 saylı marşrut Reytinq: 213.09

Maraqlı faktlar Reytinq: 196.92

Xoşbəxt ailə Reytinq: 179.50

uğur psixologiyası Reytinq: 144.88

Böyük insanlar,şəxsiyyətlər Reytinq: 143.37

Sevgi Reytinq: 138.94

Fotosessiya Reytinq: 136.60

İş elanları

  • interyer dizayner vakansiyası
  • aqronom vakansiya
  • fəhlə vakansiyaları
  • hüquqşünas vakansiyası
  • HR mütəxəssis
  • kassir vakansiya
  • katibə vakansiya
  • kredit məsləhətçisi
  • maliyyəçi iş elanı
  • ofis meneceri
  • satış meneceri iş elanı
  • sosial media mütəxəssisi
Kayzen

Azərbaycanın ən böyük maarifləndirici saytı İnkişaf etmək, maraqlı məlumatlar oxumaq, intellektual azərbaycanlılar üçün kollektiv bloq servisi.

  • Hərəkətə keç
  • Registrasiya
  • Daxil ol
  • İnformasiya
  • Müəllif hüquqları
  • İstifadəçi razılaşması
  • Layihə haqqında
  • Saytda davranma
  • Yardım
  • Qaydalar
  • Reklam

Vergini necə ödəyə bilərəm?

Onlara 1 illik sosial sığorta güzəşti nəzərdə tutulur; Mikrosahibkarlıq subyektlərinə münasibətdə isə vergi güzəştləri cari vergi ödənişləri vaxtı nəzərə alınacaq

Vergi Məcəlləsinə edilən dəyişikliklər bir sıra ödəyicilərin vergi-hesabat sisteminin tamamilə yenilənməsinə gətirib çıxaracaq. Belə ödəyicilərdən biri də VÖEN əsasında fərdi xidmətlərlə məşğul olan sahibkarlardır. Dəyişikliklərə qədər onlar sadələşmiş vergi ödəyicisi hesab olunurdular və Bakıda dövriyyələrinin 4 faizi, regionlarda isə 2 faizi həcmində vergi ödəyirdilər. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra – yəni bu ildən etibarən həmin şəxslər sadələşmiş vergi ödəyicisi ola bilməyəcəklər.

Qeyd edək ki, Azərbaycanda xeyli sayda belə vergi ödəyiciləri var. Xüsusilə QHT sektorunda fərdi qaydada fəaliyyət göstərən belə şəxslərin xidmətlərindən geniş şəkildə istifadə olunur. Buna görə də həmin şəxslərin fəaliyyətinin yeni qaydalar əsasında necə tənzimlənəcəyi maraq doğurur.

Vergilər Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən məlumata görə, VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkarlar mikrosahibkarlıq subyekti hesab olunurlar. Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən işçilərinin orta siyahı sayı 1-10, illik gəliri 200 min manatadək olan sahibkarlar mikrosahibkarlıq subyekti hesab edilir. Belə sahibkarlar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən şəxslər üzrə gəlir vergisi ödəyicisi hesab ediləcəklər. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına (Vergi Məcəlləsi, 102.1.30-cu maddə) əsasən, mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi fiziki şəxslərin gəlir vergisindən azaddır. Bu zaman sahibkarın vergiyə cəlb olunan gəliri kimi təsdiq olunmuş xərcləri çıxıldıqdan sonra yerdə qalan gəliri götürülür.

Məsələn, tutalım ki, mikrosahibkarlıq subyekti olan fərdi sahibkarın gəliri 10.000 manat, uçotunu apardığı xərci 6.000 manatdır. Bu zaman xərclər çıxıldıqdan sonra qalan gəlir 4.000 manat olur və gəlir vergisinin hesablanması aşağıdakı qaydada həyata keçirilir: 4.000 – 4.000 x 75 faiz (vergidən azad olunan hissə) = 1.000 manat x 20 faiz = 200 manat (gəlir vergisi) Başqa sözlə, mikrosahibkarlıq subyekti olan fərdi sahibkar əldə etdiyi gəlirlərindən xərclər çıxıldıqdan sonra ona qalan gəlirdən 5 faiz həcmində vergi ödəyir.

Vergi Məcəlləsinin 96-cı maddəsinin birinci bəndinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün xərcləri (Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ) arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Mikrosahibkarlıq subyektlərinin gəlir vergisinə nəzərdə tutulan güzəştin illik, yoxsa rüblük tətbiq olunması ilə bağlı məsələ müzakirə obyekti olmuşdu. Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayevanın dediyinə görə, belə vergi ödəyicilərinə münasibətdə vergi güzəştləri cari vergi ödənişləri vaxtı nəzərə alınacaq: “Mikro sahibkarlıq subyekti olan vergi ödəyiciləri (illik gəliri 200 min manatadək olanlar) hər rübdən sonrakı ayın 20-dək vergi məbləğindən 75 faiz güzəşti çıxıb, yerdə qalan məbləği dövlət büdcəsinə köçürəcəklər”.

Burada fərdi sahibkarlıqla məşğul olan şəxslər üçün çətinlik yaradacaq əsas məsələ xərclərin uçotunun elektron qaydada aparılması ola bilər. Belə ki, onlar hər bir xərc üçün elektron qaimə-faktura təqdim etməlidilər. Belə qaimə olmadan xərclər qəbul edilməyəcək. Bu isə fərdi xidmətlə məşğul olanlar üçün elə də asan deyil.

Fərdi sahibkarlıq subyektləri ilə bağlı daha bir məqam onların məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı qanunvericilikdəki dəyişikliklərdir. Belə ki, “Sosial sığorta haqqında” Qanuna ötən ilin sonlarında edilmiş əsas dəyişikliklərdən biri – sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının yeni tutulma qaydasıdır. İqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qalib Toğrulun sözlərinə görə, bu daha çox xidmət müqaviləsi ilə işləyənlərə aidiyyəti olan sığorta haqqıdır: “Milli Məclisin qəbul etdiyi ”Sosial sığorta haqqında” Qanuna dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanunu”nda nəzərdə tutulurdu ki, belə şəxslər minimum əmək haqqının 25 faizi miqdarında, yəni hazırda qüvvədə olan 130 manat minimum əmək haqqı nəzərə alınmaqla 32.50 manat, tikinti və ticarət sahəsində çalışanlar isə 65 manat ödəsinlər. Dəyişikliklərdə xidmət müqaviləsilə işləyənlərə münasibətdə bu sosial ödənişlə bağlı məbləğ artırılmaqla yanaşı, ölkə üzrə vahid ödəniş faizi və qaydası təklif olunur, regional fərqlər aradan qaldırılırdı.

Lakin ölkə prezidentinin təsdiq etdiyi “”Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nda keçid müddəaları var. Bu müddəalardakı keçid şərtlərində qanunun haqqında danışdığımız müddəasının 1 yanvar 2020-ci ildən qüvvəyə minməsi nəzərdə tutulub”.

Bəs həmin şəxslər sosial sığorta haqlarını hansı qaydada ödəyəcəklər? Qalib Toğrul bildirir ki, prezidentin təsdiq etdiyi qanunda nəzərdə tutulur ki, göstərilən fəaliyyət üzrə sosial sığorta haqları “Sosial sığorta haqqında” Qanunun 2019-cu il yanvarın 1-dək qüvvədə olan 14-cü maddəsinə uyğun olaraq ödənilsın. Yəni belə fiziki şəxslər 1 yanvar -31 dekabr 2019-cu il aralığında ödənişləri köhnə qayda ilə edəcəklər: “Ticarət və tikinti sahəsində çalışanlar Bakıda 65 manat, Sumqayıt və Gəncədə 58,50 manat, respublika tabeli digər şəhərlərdə 52 manat, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 39 manat, kənd yerlərində isə 32,50 manat ödəyəcəklər. Tikinti və ticarətdə olduğu kimi digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, o cümlədən xidmət müqaviləsi ilə işləyənlər üçün də respublikanın regionları üzrə fərqləndirmələr qüvvədə qalır. Belə şəxslər əvvəlki qayda ilə Bakıda 26 manat, Sumqayıt və Gəncə şəhərlərində 23,40 manat, respublika tabeli digər şəhərlərdə 20,80 manat, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 15.60 manat, kənd yerlərində isə 13 manat ödəyəcəklər”.

VERGİLƏR

Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən, fiziki şəxslər üçün əmlakın icarəyə verilməsindən əldə edilən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Daşınar və daşınmaz əmlakı icarəyə verənin və icarəyə götürənin vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs (şərti olaraq sadə vətəndaş), vergi ödəyicisi kimi uçotda olan fiziki şəxs (VÖEN-i olan fiziki şəxs) və hüquqi şəxs olmasından asılı olaraq daşınar və daşınmaz əmlakın icarəsinə görə əldə edilən gəlirdən verginin ödənilməsi və hesabatının təqdim edilməsi öhdəliyi icarəyə verənin və yaxud icarəyə götürənin öhdəliyi ola bilər. Əgər icarəyə verən vergi ödəyicisi kimi uçotda olan (VÖEN-i olan fiziki şəxs) və ya uçotda olmayan (sadə vətəndaş) fiziki şəxsdirsə, o zaman icarəyə götürən vergi ödəyicisi (rezident müəssisə və ya VÖEN-i olan fiziki şəxs) Vergi Məcəlləsinin 124-cü və 150.1.6-cı maddələrinə əsasən aylıq icarə haqqından 14 faiz dərəcəsi ilə ödəmə mənbəyindən vergini tutur, 150.3.2-ci maddəsinə əsasən vergini büdcəyə ödəyir və 150.3.3.1-ci maddəsinə əsasən rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim edir.

Misal:
Tutaq ki, VÖEN-i olan fiziki şəxs və yaxud vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs özünə məxsus qeyri-yaşayış sahəsini rezident müəssisəyə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə aylıq 1.000 manata icarəyə verir. Bu zaman icarəyə götürən rezident müəssisə və ya sahibkar 140 manat məbləğində vergini ödəmə mənbəyindən tutaraq büdcəyə köçürür və rüblük bəyannamədə əks etdirir. İcarəyə verən VÖEN-i olan fiziki şəxs isə illik gəlir vergisi bəyannaməsini təqdim edərkən bəyannamənin 1203-cü sətrində 1.000 manat gəlirini qeyd edir, lakin həmin məbləğdən bir dəfə ödəmə mənbəyində vergi tutulduğu üçün Vergi Məcəlləsinin 100-cü maddəsinə əsasən həmin məbləğ ümumi gəlirdən çıxılır və bəyannamənin 1224.6-cı sətri olan daşınar və daşınmaz əmlakın icarəyə verilməsindən ödəmə mənbəyində vergi tutulmuş gəlir sətrində 1.000.00 manat məbləğ qeyd olunur ki, eyni məbləğ iki dəfə vergiyə cəlb edilməsin.

Vergi Məcəlləsinin 124.3-cü maddəsində bildirilir ki, rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. Daşınar və daşınmaz əmlakın icarəsinə görə gəliri əldə edən rezident müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi isə öz növbəsində həmin gəlirdən 20 faiz dərəcəsi ilə mənfəət vergisi ödəyir və bunu öz illik mənfəət vergisi bəyannaməsində bəyan edir.

Əgər həm icarəyə verən, həm də icarəyə götürən vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxsdirsə, bu zaman icarəyə verən Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən vergi uçotuna alınır, Məcəllənin 149-cu maddəsinə əsasən gəlirin 14 faizi məbləğində vergini büdcəyə köçürür və illik gəlir vergisi bəyannaməsini təqdim edir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

Comments are closed, but trackbacks and pingbacks are open.