Press "Enter" to skip to content

Verilənlər bazası

Cədvəl – VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz bu cədvəllərdə saxlanılırlar. Sorğu – VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır. Sorğuların köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu emal olunurlar. Forma – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə imkan verən obyektdir. Hesabat – formanın «əksidir». Hesabatın köməyilə verilənlər münasib şəkildə printerə və ya ekrana çıxarılır. Makroslar – makrokomandalardır. Baza ilə işləyərkən tez-tez istifadə olunan hər hansı əməliyyatlar ardıcıllığını, bir neçə komandaları bir makrosda qruplaşdırırlar və onu klavişin bir düyməsinə mənimsədirlər. Modullar – bu Visual Basic dilində yaradılmış proqram prosedurlarıdır. VBİS-in təsnifatı. VBİS VB- nın üç modelinə uyğun olaraq iyerarxik, şəbəkə və relyasion ola bilərlər. Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar. Relyasion strukturlu VB yeganə bir məntiqi göstəriciyə əsasən qurulur. Relyasion VB adətən münasibətlər və daxil olan atributlar sayı ilə müəyyən olunur. Bu gün ən geniş yayılmış VBİS verilənlərin relyasion modelinə əsaslanırlar. Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik olması ilə əlaqədardır. VB relyasion idərə sistemləri (VBRİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər:

Verilənlər bazası və verilənlər bazasının idarəetmə sistemləri/Verilənlər bazasının strukturu

Verilənlərin strukturu, onların kompyuterdə saxlanılması üsuludur və o, elə seçilməlidir ki, verilənlərdən səmərəli istifadəni təmin etsin. Faylın VB olması üçün onda olan informasiya struktura malik olmalıdır və elə formatlaşdırılmalıdır ki, sahələr bir-birindən asanlıqla fərqlənsinlər.

Verilənlər bazası struktura görə üç cür ola bilər:

  • iyerarxik;
  • şəbəkə;
  • relyasion.
  1. İyerarxik VB-da verilənlər arasındakı tabeçilik münasibətlərindən asılı olaraq budaqlanma olur. Odur ki, bu struktura bəzən budaqlanan struktur da deyirlər.
  2. VB-nın şəbəkə modelində verilənlərə müraciət ona gələn yollar vasitəsi ilə həyata keçirilir və bir verilənə bir neçə yol ilə gəlmək olar. Bu zaman hər bir verilən faktiki olaraq bir neçə verilən ilə bağlı olur və onlar arası əlaqələr iyerarxik olmaya da bilər.
  3. Bu gün əksər VB cədvəl şəkillidirlər, yəni relyasion strukturludurlar. Belə strukturlu VB-də verilən sətir və sütunların kəsişməsi ilə müəyyən olunur. VB-da sütunlar sahələr, sətirlər isə yazı adlanır.Verilənlər bazası (VB),(en:Data Base, DB) – kompüterin daimi yaddaşında müxtəlif tiplı (mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s.) verilənlərin saxlanması üçün istifadə edilən xüsusi strukturlaşdırılmış yerdir.

Verilənlər bazası, informasiyanın saxlanmasını və həmçinin tez bir zamanda verilənlərə müraciəti təmin edir,tətbiqi proqramlar və ya əlavələr verilənlər bazasına daxil olan dəyişənlərin işlənməsinə xidmət edir.

Verilənlər bazasını yaratmaq üçün istifadə edilən proqramlar:

Microsoft Access, Open Office Base Foxpro Microsoft SQL Server Oracle My SQL Verilənlər bazasının məqsədi və tərifi İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından (VB) geniş istifadə olunur.

Verilən – bazaya daxil ediləcək informasiya vahididir, elementidir.

İnformasiya-müəyyən predmet və ya gerçəklik haqqında olan tam fikirdir, məlumatdır. Məsələn: Hər bir müəssisənin kadrlar şöbəsində onun əməkdaşları haqqında (kadr uçotu vərəqəsində) informasiya saxlanılır. Bu informasiyanın verilənləri – elementləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, milliyyət, hansı ali təhsil müəssisəsini neçənci ildə bitirməsi, hansı dilləri bilməsi, hansı elmi əsərlərin müəllifidir və s.

VB-nin yaradılması məqsədindən asılı olaraq eyni bir obyekt və ya gerçəklik haqqında olan informasiyanın elementləri, yəni verilənlər müxtəlif ola bilərlər.

Məsələn: Hər bir dövlətdə onun vətəndaşları haqqında saxlanılan informasiyanın verilənləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, harada qeydiyyatda olması, gözünün rəngi, boyun uzunluğu, qan qrupu və s.

Göründüyü kimi, eyni bir şəxs haqqında kadrlar şöbəsində saxlanılan informasiyanın verilənləri ilə dövlətin vətəndaşı kimi saxlanılan informasiyanın verilənlərində müxtəliflik var. VB kompüterdə xüsusi formatlı fayllarda saxlanılan informasiyadır. “Faylın formatı” termini kompüter faylında saxlanılan verilənlərin strukturunu təsvir etmək üçün istifadə olunur. Tərif. VB – informasiyanın saxlanılması, ilkin emalı və axtarışını təmin edən xüsusi formatlı fayldır.

Verilənlər bazasının strukturu Verilənlərin strukturu, onların kompüterdə saxlanılması üsuludur və o, elə seçilməlidir ki, verilənlərdən səmərəli istifadəni təmin etsin. Faylın VB olması üçün onda olan informasiya struktura malik olmalıdır və elə formatlaşdırılmalıdır ki, sahələr bir-birindən asanlıqla fərqlənsinlər.

Verilənlər bazası struktura görə üç cür ola bilər:

iyerarxik; şəbəkə; relyasion. İyerarxik VB-da verilənlər arasındakı tabeçilik münasibətlərindən asılı olaraq budaqlanma olur. Odur ki, bu struktura bəzən budaqlanan struktur da deyirlər. VB-nın şəbəkə modelində verilənlərə müraciət ona gələn yollar vasitəsi ilə həyata keçirilir və bir verilənə bir neçə yol ilə gəlmək olar. Bu zaman hər bir verilən faktiki olaraq bir neçə verilən ilə bağlı olur və onlar arası əlaqələr iyerarxik olmaya da bilər. Bu gün əksər VB cədvəl şəkillidirlər, yəni relyasion strukturludurlar. Belə strukturlu VB-də verilən sətir və sütunların kəsişməsi ilə müəyyən olunur. VB-da sütunlar sahələr, sətirlər isə yazı adlanır. Relyasiya strukturlu verilənlər bazasının əsas cəhətləri Relyasiya strukturlu VB-də sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan informasiyanı ifadə edirlər.

Hər bir sahənin ən birinci xüsusiyyəti onun uzunluğudur. Sahənin uzunluğu orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə müəyyən olunur. Hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir VB iki eyniadlı sahəyə malik ola bilməz. Hər bir sahənin imza xüsusiyyəti var. İmza elə bir göstəricidir ki, VB-də həmin sütunun başlığıında əks olunur. Onu sahənin adı ilə qarışdırmaq olmaz, amma imza verilmədikdə həmin sahənin başlığıında onun adı yazılır. Müxtəlif sahələrə bəzən eyni imza vermək olar. Bu kompüterin işinə mane olmayacaqdır. Belə ki, bu sahələr əvvəlki kimi müxtəlif adlarla saxlanılacaqdır. Sahələrin tipləri. Sahələr orada saxlanılan verilənin tipindən asılı olaraq müxtəlif xüsusiyyətli olurlar. Mətn sahələr – mətn tipli verilənlərin saxlanılması üçün istifadə olunur. Mətn sahənin bir məhdudiyyəti var – onun ölçüsü 256-dan çox ola bilməz, yəni orada saxlanılan verilən 256 simvoldan artıq ola bilməz. Ədədi sahələr – rəqəmlə ifadə olunan verilənlərinin daxil edilməsinə xidmət edir. Ədədi sahələr müxtəlif olurlar: tam ədədlərin daxil edilməsi üçün sahələr və onluq ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan başqa həm də onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlər sayı da verilməlidir. Tarix/vaxt tipli sahələrdən tarix və vaxtın daxil edilməsi üçün istifadə olunur. Xüsusi tip sahələr – pul sahəsi. Adından məlumdur ki, bu sahədə pulun məbləği saxlanılır. Pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin pul sahəsində onlarla işləmək daha münasibdir. Bu halda kompüter ədədi onun pul vahidləri ilə birlikdə əks etdirə bilir: manat və qəpiyi, funt və pensi, dollar və senti ayırd edə bilir, bir sözlə onlarla incə rəftar edə bilir. Müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi kliplərini, videoyazıları da saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan sahə OLE obyekt sahəsi adlanır. Əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu halda MEMO sahəsindən istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu verilənlər sahədə deyil, başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin yerləşdiyi yerə göstərici qoyulur. Ən maraqlı sahə sayğac sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi görünə bilər, ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac rolunu oynayır. Oraya VB-dəki yazıların sayı avtomatik olaraq yazılır. Sadə VB. Sadə VB-ni xüsusi proqram vasitələrindən istifadə etmədən də yaratmaq olar. Əlaqəli cədvəllər. Əslində sadə VB baza yox, sadəcə cədvəldir. Əgər informasiya belə sadə strukturda saxlanılsaydı, onunla işləmək üçün xüsusi verilənlər bazasının idarə sistemləri (VBİS) lazım olmazdı. Belə ki, praktikada daha mürəkkəb strukturlu informasiyaları saxlamaq lazım gəlir ki, onlar da çoxlu sayda cədvəllərdən ibarət olurlar. VB-nın yaradılması onun cədvəllərinin yaradılmasından başlayır. Struktur elə olmalıdır ki, baza ilə işləyərkən imkan daxilində az verilən daxil edilsin. Əgər hər hansı veriləni bir neçə dəfə daxil etmək lazım gəlirsə, bazanı əlaqəli cədvəllərdən təşkil edirlər. Hər bir cədvəlin strukturunu ayrı-ayrı işləyirlər.

Unikal və açar sahələr. Cədvəllər arası əlaqəni yaratmaq və bu cədvəldəki yazıya görə o birində olan uyğun yazını tapmaq üçün cədvəldə unikal sahəyə baxmaq lazımdır. Unikal sahə elə sahədir ki, onda olan məzmun təkrarlanmır.

Unikal sahədə yazılar təkrarlandıqda kompüterin xəbərdarlıq bildirməsi üçün açar sahə anlayışı istifadə olunur. Cədvəlin strukturu yaradılarkən bir sahəni (və ya bir neçə sahələr kombinasiyasını) açar qeyd etmək lazımdır. Açar sahələr ilə kompüter xüsusi işləyir, daha doğrusu, sonuncu onun unikallığını yoxlayır və bu sahələr üzrə seçməni yerinə yetirir.

Əgər cədvəl yaradılarkən proqramçı (VB-nin administratoru) açar sahə verməyibsə, VBİS cədvəldə ilkin açar sahəsinin verilməsi barədə xəbərdarlıq edir. Cədvəldə ilkin açar qismində tez-tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə iki eynimənalı yazı ola bilməz. Belə ki, bu sahənin mahiyyəti avtomatik mənimsədilir.

Verilənlər bazası idarə sistemləri (VBİS), onların məqsədi və təsnifatı VB-nı yaradarkən hər hansı bir proqramlaşdırma dilinin mənimsənilməsi və ya mütəxəssislərin cəlb olunması VB-nın inkişafında bir qədər ləngimələrə səbəb olurdu. Lakin VBİS-in meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı.

VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir. VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nın yaradılması və istifadəsi ilə bağlı bütün işləri idarə edir. VBİS-in işi ilə Microsoft Access-in nümunəsində tanış olaq. VBİS Access-in obyektləri bunlardır:

Cədvəl – VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz bu cədvəllərdə saxlanılırlar. Sorğu – VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır. Sorğuların köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu emal olunurlar. Forma – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə imkan verən obyektdir. Hesabat – formanın «əksidir». Hesabatın köməyilə verilənlər münasib şəkildə printerə və ya ekrana çıxarılır. Makroslar – makrokomandalardır. Baza ilə işləyərkən tez-tez istifadə olunan hər hansı əməliyyatlar ardıcıllığını, bir neçə komandaları bir makrosda qruplaşdırırlar və onu klavişin bir düyməsinə mənimsədirlər. Modullar – bu Visual Basic dilində yaradılmış proqram prosedurlarıdır. VBİS-in təsnifatı. VBİS VB- nın üç modelinə uyğun olaraq iyerarxik, şəbəkə və relyasion ola bilərlər. Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar. Relyasion strukturlu VB yeganə bir məntiqi göstəriciyə əsasən qurulur. Relyasion VB adətən münasibətlər və daxil olan atributlar sayı ilə müəyyən olunur. Bu gün ən geniş yayılmış VBİS verilənlərin relyasion modelinə əsaslanırlar. Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik olması ilə əlaqədardır. VB relyasion idərə sistemləri (VBRİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər:

Yüksək səviyyəli RVBİS. Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb) tutumlu nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə istifadəçinin istifadəsinə imkan verir. Belə sistemlərdən nəhəng korporasiyalarda istifadə olunur. Bu sistemin nümayəndələri: ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11. Orta səviyyəli RVBİS. Bu RVBİS-lər bir neçə yüz Gb tutumlu VB-ni idarə etməyə və ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan verir. Bu sistemlərdən çox böyük olmayan korporasiyalarda və böyük firmalarda istifadə olunur. Nümayəndələri: IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL Server 6.0. Aşağı səviyyəli RVBİS. Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir. Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə olunurlar. Nümayəndələri: NetWare SQL 3/0, Gupta SQL-Base Server. Stolüstü VBİS. Bu sistemlər bir istifadəçi üçün nəzərdə tutulmuşlar, stolüstü VB-nin yaradılması və ya kliyent kimi VB-nın serverinə qoşulmaq üçün istifadə olunurlar. VBİS-in arxitekturası istifadəçilərin müxtəlif tələblərini, onların sorğularının yerinə yetirilməsini, həmçinin fayllardakı verilənlərin təqdimatı və onlara müraciətlə bağlı daxili tələbləri təmin edir. Bu gün ümumi qəbul olunmuş yanaşma verilənlərin üç səviyyəli təsvirini təmin edir:

xarici model səviyyəsində (istifadəçilərin müxtəlif sorğularına uyğun); məntiqi səviyyədə (predmet sahəsindəki administratorun və VB administratorunun verilənlərə inteqral baxışlarına uyğun); daxili səviyyədə (sistem proqramçılarının verilənlərə baxışına uyğun).

Verilənlər bazası

Verilənlər bazası bir-biri ilə əlaqəli, qorunub saxlanılmasını, axtarışını və istifadəsini asanlaşdırmaq üçün sistematik şəkildə saxlanılan və təşkil olunan məlumatlar. İngilis dilində kimi tanınır verilənlər bazası.

Analoq sistemdən rəqəmsal bir sistemə keçərək tez və asanlıqla istifadə edilə bilən çoxlu miqdarda məlumatın saxlanması ilə xarakterizə olunan kompüter və elektron inkişafdan sonra verilənlər bazaları inkişaf etmişdir.

Verilənlər bazalarının məqsədi istifadəni və məlumat əldə etməyi asanlaşdırmaqdır, beləliklə bunlar biznes, ictimai və elmi sektorlarda, eləcə də kitabxanalarda və digərlərində geniş istifadə olunur.

Eynilə, fəaliyyətlərini inkişaf etdirmək üçün verilənlər bazalarını idarə edən sistemlər yaradıldı Verilənlər Bazası İdarəetmə Sistemləri o İngilis dilindəki kısaltması üçün DBMS (Verilənlər Bazası İdarəetmə Sistemləri) məlumatların daha sürətli və təhlükəsiz saxlanmasına imkan yaradır.

Verilənlər bazaları

İnsanlar, şirkətlər və ya dövlət və özəl təşkilatların məlumatları tez və asanlıqla saxlaya bilməsi üçün fərqli məlumat bazaları yaradıldı.

Fərqli verilənlər bazaları, faydalılığına, tətbiq sahəsinə və digərlərinə görə təsnif edilə bilər. Aşağıda əsas verilənlər bazası növləri verilmişdir.

Dəyişkənliyə görə

  • Statik verilənlər bazaları: dəyişdirilə bilməyən, yalnız məlumat oxumaq və ya məsləhət vermək üçün istifadə olunan məlumatlardır. Ümumiyyətlə, konkret məlumat analizini aparmaq üçün istifadə olunan tarixi məlumatlar olduğundan iş zəkası üçün tipikdir.
  • Dinamik verilənlər bazaları: bunlar ortaya çıxan ehtiyaclara görə məsləhətləşə və yenilənə bilən verilənlər bazalarıdır.

Məzmununa görə

  • Biblioqrafik verilənlər bazası– Bir nəşrin əsas məlumatlarını ehtiva edir. Beləliklə, bunlar yalnız müəllifin və ya müəlliflərin adı, nəşr tarixi, adı, naşiri, nəşr nömrəsi, tədqiqat sahəsi və ya mövzu barədə məlumatlar və s. Bəzi hallarda nəşrin xülasəsi daxil edilə bilər.
  • Tam mətn verilənlər bazası: sənədlərin və ya mətnlərin əsas mənbələrini, xüsusən də tarixi, elmi və ya sənədli xarakter daşıyırlarsa, tamamilə saxlayan verilənlər bazalarıdır.
  • Kataloqlar: bunlar telefon nömrələrinin, e-poçt adreslərinin, göndərmə məlumatlarının, kodların və digərlərinin qeydə alındığı verilənlər bazalarıdır. Bu verilənlər bazaları, işçiləri, müştəriləri, təchizatçıları və digərləri haqqında məlumatları qeyd etmək üçün şirkətlərdə geniş istifadə olunur. Ən ümumi nümunə telefon kitablarıdır.
  • Xüsusi verilənlər bazaları: müəyyən bir auditoriyaya sahib olan və müəyyən bir ehtiyacı ödəmək üçün qurulmuş müxtəlif sahələrdə istifadə edilənlərdir. Bunlar başqaları arasında biologiya, kimya, tibb sahələrində istifadə olunur.

Məlumatların idarə olunması üçün

  • Hiyerarşik verilənlər bazaları: bu, əhəmiyyət səviyyəsinə və məlumat paylaşılan məlumatlara görə təşkil edilmiş böyük bir həcmli məlumat saxlayır. Əlavə məlumatların ən vacib hissəsidir. Ən böyük qüsuru məlumatların təkrarlanmasıdır.
  • Şəbəkə verilənlər bazası: bir-birinə qeydə alınmış və bağlı olan bir sıra məlumatları ehtiva edəndir. Proqramçılar tərəfindən geniş istifadə olunur.
  • Əməliyyat bazaları: məqsədi məlumatları tez bir zamanda toplamaq və almaqdır. Ümumiyyətlə keyfiyyət analizi aparmaq, istehsal məlumatlarını toplamaq, bank köçürmələri və s.
  • Əlaqəli verilənlər bazaları– Həqiqi problemləri təmsil etmək və məlumatları dinamik şəkildə idarə etmək üçün istifadə olunur. Məqsəd, məlumatları müxtəlif yollarla əlaqələndirməkdir və məlumat sorğuları vasitəsilə məlumatları geri götürə bilər.
  • Çoxölçülü verilənlər bazaları: xüsusi tətbiqetmələr hazırlamağa imkan verin. Bu verilənlər bazasını təşkil edən cədvəllər cədvəl və ya ölçmə ola bilər.
  • Sənədli verilənlər bazası: çox sayda tam məlumat saxlamaq və axtarışları daha sürətli və təsirli etmək üçün istifadə olunur.

Verilənlər bazası nümunələri

Verilənlər bazalarına bəzi nümunələr:

  • İctimai kitabxanalar: bunlar kitablar, jurnallar, qəzetlər və digər nəşrlərin əsas məlumatlarını, eləcə də kreditləri və istifadəçilər arasında tirajlarını qeyd etmək üçün ümumiyyətlə kitabxanaçılar tərəfindən idarə olunan verilənlər bazalarının istifadə olunduğu boşluqlardır.
  • Tibbi Tarix: xəstələrin sağlamlıq vəziyyəti, yəni xəstəlik tarixi, müalicələri, analizləri və s. ilə əlaqəli spesifik məlumatları qeyd etmək üçün verilən verilənlər bazaları.
  • Əmək haqqı: ümumiyyətlə şirkətlərdə təyin olunmuş vəzifə və maaşlarla bağlı işçilərin məlumatlarını qeyd etmək üçün istifadə olunan verilənlər bazaları.
  • Mühasibat sistemləri: bunlar məlumatların nizamlı və sürətli bir şəkildə saxlanılması üçün şirkətlərin mühasibat fəaliyyəti, hesab rəhbərliyi və sair məlumatların qeyd olunduğu verilənlər bazalarıdır.
  • Şəxsi sənədlər: birincil və ikinci dərəcəli məlumat mənbələrini qorumaq üçün araşdırma və ya intellektual iş üçün əsas rolunu oynayan məzmunun təşkili və arxivləşdirilməsinə aiddir.
  • Maliyyə sistemi: bunlar bankların müştərilərinin məlumatlarını və apardıqları maliyyə əməliyyatlarını etibarlı bir şəkildə idarə etmək üçün istifadə etdikləri verilənlər bazalarıdır.

Verilənlər basası

Relyasiya modeli mövzu sahəsini əhatə edən nisbətləri və onlar arasındakı əlaqələri əks etdirir. RM VB məntiqi sxemi nisbətlər sxemi şəklində təsvir edilir. Relyasiya modelinin elementləri bunlardır:

Relyasiya modelinin elementləri

Təsvir forması

Hər hansı mahiyyət haqqında verilənləri VB-də saxlayan c ədvəl (fayl)

Nisbətin sxemi

Nisbətin adı və atributların siyahısı

Nisbətlər (relyasiya) sxemi

VB-dəki nisbətlərin sxemləri və onlar arasındakı əlaqələr

Verilənləri nisbətdə saxlanılan i nformasiya obyekti

Cədvəlin sətri (yazı)

Atribut (rekvizit)

Mahiyyəti xarakterizə edən xassə – c ədvəlin sütununun başlığı (adı)

Bir və ya bir neçə atribut

Verilənin tipi

Domendəki elementlərin qiymətlərinin tipi

Nisbətin kortejinə bir-başa müraciət etmək üçün açardan istifadə olunur. Nisbətin açarı və ya əsas açar (primary key) hər bir korteji birmənalı təyin edən atributdur. Açar tərkibli, yəni bir neçə atributdan ibarət ola bilər. Bundan əlavə, xarici açar (foreign key) anlayışı da mövcuddur. Xarici açar vasitəsilə nisbətlər arasında əlaqə yaradılır.

Verilənlərin tamlığını təmin etmək məqsədilə xarici açarlara istinad tamlığı adlı məhdudiyyət qoyulur. Bu o deməkdir ki, xarici açarın hər bir qiyməti üçün əlaqələndirilən nisbətlərdə kortejlər olmalıdır. Əksər hallarda hər bir nisbət ayrıca faylda saxlanılır (MS Access-də isə bir faylda bütöv VB saxlanılır).

Cədvəlin nisbət hesab olunması üçün aşağıdakı tələblər qoyulur:

– Eyni qiymətli əsas açara malik iki sətir ola bilməz

– Təkrarlanan adla sütunlar ola bilməz

– Bütün sətirlər eyni struktura malik olmalıdır

– Sütunlar tərkibli ola bilməz

– Sətirlərin ardıcıllığı istənilən qaydada ola bilər

Nisbətlər üzərində aparılan əməliyyatlar iki qrupa bölünür:

1) Çoxluqlar üzərində əməliyyatlar: toplama, kəsişmə, çıxma, bölmə, dekart hasil

2) Nisbətlər üzərində xüsusi əməliyyatlar: proyeksiya, birləşdirmə, seçmə

Relyasiya VBİS-lərdə nisbətlər üzərində əməliyyatlar aparmaq üçün iki qrup dillərdən istifadə olunur:

1) Relyasiya cəbrinə əsaslanan – operandlar və əməliyyatların nəticələri nisbətlərdir. Bu cür dillər prosedurludur (dBase).

2) Relyasiya hesablamalarına əsaslanan – qeyri-prosedurlu dillər (SQL). Burada VB-yə verilən sorğu yalnız tələb olunan nəticə haqqında informasiyaya malik olur. Relyasiya cəbri ilə relyasiya hesablamaları arasında reduksiya proseduru adlanan vasitə ilə əlaqə yaradılır.

Comments are closed, but trackbacks and pingbacks are open.