Zakir Məhərrəmov – Verilənlər Bazası
3. Relyasiya strukturlu verilənlər bazasının əsas cəhətləri. Relyasiya strukturlu VB-də sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan informasiyanı ifadə edirlər.
Verilenler Bazasi – Wikipedia
Verilənlər bazası (VB),(en: database, DB) – kompüterin daimi yaddaşında müxtəlif tiplı (mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s.) verilənlərin saxlanması üçün istifadə edilən xüsusi strukturlaşdırılmış yerdir.
Verilənlər bazası, informasiyanın saxlanmasını və həmçinin tez bir zamanda verilənlərə müraciəti təmin edir. Tətbiqi proqramlar və ya əlavələr verilənlər bazasına daxil olan dəyişənlərin işlənməsinə xidmət edir. Təşkilindən asılı olaraq bazada verilənlər təqdiminin aşağıdakı əsas modelləri vardır:
- İerarxik modeldə — verilənlər bazası ağacşəkilli (ierarxik) təşkil olunur
- Şəbəkə modelində — verilənlər bazası qraf şəklində təşkil olunur
- Relyasiya modelində — verilənlər cədvəllərdə yerləşdirilir və bu cədvəllər arasında əlaqə yaradılır.
- Obyektyönümlü modeldə — bazanın ayrı-ayrı yazıları obyekt şəklində təşkil olunur.
Hal-hazırda ən populyar model relyasiya VB-dır. Relyasiya VB cədvəllər, sorğular, formalar, hesabatlar, makroslar, web-səhifələr və modullardan ibarətdir. Verilənlər cədvəlinin strukturu cədvəlin sütunlarının adlarının siyahısı ilə təyin edilir. VB-dan verilənləri çıxarmaq, emal etmək, dəyişmək və silmək üçün xüsusi proqramlar tələb olunur. Bu proqramlar verilənlər bazalarının idarəetmə sistemləri (VBİS) adlanırlar.
Verilənlər bazasını yaratmaq üçün istifadə edilən proqramlar:
Həmçinin bax
- İnformatika
- Veb səyyah
- Kompüter şəbəkələri
- Kompüter proqramları
- Verilənlər bazasının dizaynı
- http://www.elm.az
- http://www.ikt.az
- http://www.express.com.azArxivləşdirilib 2009-08-27 at the Wayback Machine
- http://www.az-muallimi.com/Arxivləşdirilib 2007-12-16 at the Wayback Machine
- http://www.netacad.az/itessaz.htm [ölü keçid]
- http://www.akademiya.net/
- http://www.internet.news.az/Arxivləşdirilib 2007-10-25 at the Wayback Machine
Zakir Məhərrəmov – Verilənlər Bazası
Verilənlər bazasının yaradılması proqramlaşdırmada ən çox ehtiyac duyulan sahələrdən biridir. Dərs vəsaitində verilənlər bazasının vacib nəzəri əsasları, Ms Access 2010-da və Delphi-də verilənlər bazasının yaradılması məsələləri ətraflı şərh olunmuşdur. Nəzəri məsələlərin şərhində əsas diqqət predmet sahəsinin informasiya– məntiq modelinin və cədvəllərarası əlaqələrin yaradılmasına yönəldilmişdir. Predmet sahəsi kimi tədris prosesi, anbar və futbol üzrə ölkə çempionatı götürülmüşdür. Kitabda ilk dəfə olaraq Delphi-də verilənlər bazasının yaradılması ətraflı izah edilmiş, verilənlər bazası cədvəllərinin yaradılması, Delph-də verilənlər bazası əlavələrinin yaradılması üçün BDE və ADO texnologiyaları izah edilmiş və müxtəlif üsullarla, o cümlədən, SQL dili ilə sorğuların yaradılması şərh edilmişdir. Əsas diqqət müxtəlif cədvəllər arasında əlaqələrin yaradılmasına və istinad tamlığının saxlanılmasına yönəldilmişdir. İlk dəfə olaraq İnstallShield Express proqramı ilə CD– qurma diskinin yaradılması texnologiyası izah edilmişdir. Dərs vəsaitinin fərqli xüsusiyyəti onun hamı tərəfindən başa düşülə biləcəyi bir dillə izah edilməsində və çoxlu sayda əyani misallarla müşayiət edilməsindədir. Bütün izahlar həm Ms Access 2010–da, həm də Delphi–də eyni bir predmet sahəsi – “Tədris prosesi” – cədvəlləri əsasında şərh olunmuşdur. Dərs vəsaiti həm kifayət qədər nəzəri biliklər əldə etməyə, həm də Ms Access 2010–da və Delphi–də verilənlər bazasını praktiki olaraq yaratmağa imkan verir. Kitab ilk dəfə verilənlər bazası yaratmaq istəyənlər üçün nəzərdə tutulmuşdur, lakin Delphi ilə minimum səviyyədə tanışlıq tələb olunur. Kitabdan tələbələr, magistrlər, doktorantlar və verilənlər bazalarını tədris edən müəllimlər istifadə edə bilərlər.
Müasir dövrümüzdə kompyuter texnologiyaları içərisində verilənlər bazasının (VB) layihələndirilməsi ən çox zərurət duyulan sahələrdən biridir. Xidmət sahələrində elə bir böyük təşkilat tapmaq mümkün deyildir ki, orada VB-dən istifadə edilməsin. Buna misal olaraq ölkəmizdə TQDK-nı, Azersell, Baksell operatorlarını, bütün bank sahələrini, şəhər infrastrukturlarını, aerovağzalı, supermarketləri və s. göstərmək olar. VB yaratmaq üçün kifayət qədər verilənlər bazasını idarəetmə sistemləri (VBİS) mövcuddur, hətta, Ms Excel ofis proqramı ilə də baza yaratmaq mümkündür. Lakin, VB ilə işləmək üçün Delphi xüsusi əhəmiyyət kəsb edir, belə ki, burada yalnız VB cədvəlləri yaratmaqla kifayətlənilmir, həm də proqramlaşdırma metodlarından istifadə etməklə onların üzərində müəyyən əməliyyatlar aparmaq imkanı yaranır. Proqramlaşdırmanın imkanları isə qeyriməhduddur. Sizə təqdim edilən bu dərs vəsaitinin birinci hissəsində VB-nin layihələndirilməsinin nəzəri əsasları izah edilmiş, “Tədris prosesi”, “Anbar” və “Futbol üzrə ölkə çempionatı” kimi predmet sahələrinin informasiyaməntiq modeli tərtib edilmiş və müasir VBİS-lərin xülasəsi şərh edilmişdir. Kitabın növbəti iki hissəsində “Tədris prosesi” predmet sahəsinin Ms Access 2010-da və Delphi-də verilənlər bazasının yaradılması və bu baza üzərində müxtəlif əməliyyatların yerinə yetirilməsi izah edilmişdir. Ölkəmizdə VB-ə həsr edilmiş kitablar çox məhdud saydadır. Hesab edirəm ki, bu sahədə yazılmış ilk sanballı və tanınan kitab (hər hansı ali məktəbdə nəşr edilmiş və yalnız həmin məktəbdə istifadə edilən kitabların mövcudluğu haqqında məlumatım yoxdur) rəhmətlik professor Sabit Kərimov tərəfindən yazılmış kitabdır [17,18]. Həmin kitabda əsasən VB-nin layihələndirilməsinin nəzəri məsələləri şərh edilmişdir, VB-nin praktiki olaraq yaradılması məsələlərinə, demək olar ki, toxunulmamışdır ki, bu da verilənlər bazasını yaratmağı öyrənməyə yeni başlayanlar üçün çətinlik törədir. Ölkəmizdə yayılan digər dərs vəsaiti [19] isə, tamamilə bunun əksinə olaraq, Ms Access 2003-də VB-nin yalnız praktiki olaraq yaradılmasına həsr edilmişdir. Çoxillik pedaqoji fəaliyyətim ərzində tələbələr tərəfindən keçirilən belə bir narahatçılığı müşahidə etmişəm: onlar Ms Access-də cədvəli asanlıqla yarada bilirlər (mexaniki olaraq), lakin bazanın nə üçün məhz bu cədvəllərdən ibarət olduğunu qavraya bilmirlər, yəni informasiya-məntiq modelini tərtib edə bilmirlər. Kitabın birinci hissəsi məhz bu zərurətdən irəli gələrək yazılmışdır. İnformasiya-məntiq modelini, cədvəllərarası münasibətləri, istinad tamlığını və s. çox yaxşı başa düşmək üçün ən yaxşı vasitə Ms Access VBİS-dir. Ms Access-də VB-nin yaradılmasının digər əsas üstünlüyü ondadır ki, peşəkar olmayan, proqramlaşdırmanı bilməyən hər kəs bu vasitənin köməyi ilə VB yarada bilər. Kitabda əhatə edilən mövzular Ms Access-in nisbətən yeni versiyası olan 2010 versiyasında şərh edilmişdir. Kitabın yazılmasının əsas səbəbi isə üçüncü hissədir, yəni Delphi mühitində verilənlər bazasının yaradılmasıdır. Azərbaycan dilində Delphi-də VB-nin yaradılmasına aid heç bir kitab yoxdur. Bu ilk təşəbbüsdür. Delphidə proqramlaşdırma və verilənlər bazası yaratma vasitələri vəhdət təşkil etdiyi üçün o, çox güclü bir VB layihələndirmə vasitəsinə çevrilmişdir. Belə bir vasitə ilə VB layihələndirən kəslərin imkanları yalnız onların öz fantaziyaları ilə məhdudlaşa bilər. Lakin bütün bu imkanlardan yararlana bilmək üçün layihəçinin Delphi proqramlaşdırma sistemini bilməsi vacibdir. Əlbəttə, kiçik həcmli layihələri proqramlaşdırmanı bilmədən də yaratmaq olar, lakin peşəkar səviyyə üçün bu dili hökmən bilmək lazımdır. Delphi-də proqramlaşdırmanı öyrənmək üçün ilkin mərhələdə ən yaxşı vasitə olan [1,2] dərs vəsaitindən istifadə etmək olar. Oxucular kitabda daha bir yeniliklə rastlaşacaqlar. Kitaba ilk dəfə olaraq InstallShield Express proqramı daxil edilmişdir. Bu proqram vasitəsi ilə istənilən şəxsi proqram məhsulu üçün CD-qurma diski yaradan instalyasiya proqramı (setup.exe) yaradıb istənilən kompyuterə yükləmək olar. Dərs vəsaiti əsasən praktiki yönlüdür, bununla yanaşı orada çoxlu nəzəri suallara cavab tapmaq mümkündür. Hesab edirəm ki, kitabın fərqli xüsusiyyətlərindən biri ondan ibarətdir ki, kitabda şərh olunan bütün izahlar eyni bir predmet sahəsi – “Tədris prosesi” üzərində qurulmuşdur. Bu həll edilmiş məsələləri asanlıqla qavramağa imkan verir və kitaba bir monolitlik gətirir. Təəssüflə qeyd etmək istəyirəm ki, bu monolitliyi pozmamaq xatirinə, mən bəzi vacib məsələləri əhatə edə bilməmişəm. Bunlardan ən vacibi VB-lərdə tətbiq edilən vaxt və tarix funksiyalarının kitaba daxil edilməməsidir. Kitabın birinci fəslinin tərtibatında yaxından kömək etmiş və dəyərli məsləhətlər vermiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin baş müəllimi Könül xanım Tahirovaya dərin təşəkkürümü bildirirəm. Həyatımın ən çətin anlarında mənə əvəzsiz kömək göstərmiş, gözlərimə yenidən nur bəxş etmiş Filatov adına Göz Xəstəlikləri İnstitutunun həkimprofessorları Levitskaya Qalina Vasilyevnaya və Qaydamaka Tatyana Borisovnaya (Ukrayna respublikası, Odessa şəhəri) sonsuz minnətdarlığımı bildirirəm. Nəhayət, bu kitabın yazılmasında böyük səbir göstərmiş, yaxından dəstək olmuş və mənimlə birlikdə istirahətdən məhrum olmuş həyat yoldaşım və qızlarıma dərin təşəkkürümü bildirirəm. Kitabın ilk təşəbbüs olması və çox böyük həcmli proqram texnologiyalarını əhatə etməsi onun çatışmazlıqlardan xali olmamasından xəbər verir. Kitab haqqında arzu və təkliflərini [email protected] ünvanına göndərən şəxslərə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm. Delphi kimi əhəmiyyətli bir proqramlaşdırma dilinin öyrənilməsində və onun əsasında verilənlər bazasının yaradılmasında Sizə uğurlar arzulayıram!
Yükləməyə Keç [4,63 Mb] [ : 1546] –>
Kimbaxir ?
Emre Aydin yeni albumu Eylul geldi sonra ile yine bir numara. Albumde emegi gecen herkes adina albumu Itunes adresinden satin al.
“İNFORMATİKA” ELMİNİNN TARİXİ, PREDMETİ, MƏQSƏDİ VƏ ONUN CƏMİYYƏTDƏKİ ROLU VƏ VƏZİFƏLƏRİ (M ühazirə 1) 1.1. .
Leonardo Da Vinci Leonardo Da Vinci L.
VERİLƏNLƏR BAZASI. VERİLƏNLƏR BAZASININ STRUKTURU. VERİLƏNLƏR BAZASI İDARƏ SİSTEMLƏRİ. VERİLƏNLƏR BAZASININ YARADILMASI (Mühazirə 8) .
Güzel Köylü , başrollerini Gizem Karaca, Berk Cankat ve Mehmet Ali Nuroğlu’nun paylaştığı, yönetmenliğini Mustafa Şevki Doğan’ın, se.
Blogger tarafından desteklenmektedir.
18 Haziran 2014 Çarşamba
Tagged Under: informatika, tehsil
VERİLƏNLƏR BAZASI. VERİLƏNLƏR BAZASININ STRUKTURU. VERİLƏNLƏR BAZASI İDARƏ SİSTEMLƏRİ
By: Unknown On: 05:25
VERİLƏNLƏR BAZASI. VERİLƏNLƏR BAZASININ STRUKTURU.
VERİLƏNLƏR BAZASI İDARƏ SİSTEMLƏRİ. VERİLƏNLƏR BAZASININ YARADILMASI
(Mühazirə 8)
8.1.Verilənlər bazasının məqsədi və tərifi
8.2.Verilənlər bazasının strukturu
8.3.Relyasiya strukturlu verilənlər bazasının əsas cəhətləri
8.4.Verilənlər bazası idarə sistemləri, onların məqsədi və təsnifatı
8.5.Verilənlər bazasının yaradılma mərhələləri
1. Verilənlər bazasının məqsədi və tərifi. İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından (VB) geniş istifadə olunur.
Verilən – bazaya daxil ediləcək informasiya vahididir, elementidir.
İnformasiya müəyyən predmet və ya gerçəklik haqqında olan tam fikirdir, məlumatdır.
Məsələn: Hər bir müəssisənin kadrlar şöbəsində onun əməkdaşları haqqında (kadr uçotu vərəqəsində) informasiya saxlanılır. Bu informasiyanın verilənləri – elementləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, milliyyət, hansı ali təhsil müəssisəsini neçənci ildə bitirməsi, hansı dilləri bilməsi, hansı elmi əsərlərin müəllifidir və s.
VB-nin yaradılması məqsədindən asılı olaraq eyni bir obyekt və ya gerçəklik haqqında olan informasiyanın elementləri, yəni verilənlər müxtəlif ola bilərlər.
Məsələn: Hər bir dövlətdə onun vətəndaşları haqqında saxlanılan informasiyanın verilənləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, harada qeydiyyatda olması, gözünün rəngi, boyun uzunluğu, qan qrupu və s.
Göründüyü kimi eyni bir şəxs haqqında kadrlar şöbəsində saxlanılan informasiyanın verilənləri ilə dövlətin vətəndaşı kimi saxlanılan informasiyanın verilənlərində müxtəliflik var.
VB kompüterdə xüsusi formatlı fayllarda saxlanılan informasiyadır.
“Faylın formatı” termini kompüter faylında saxlanılan verilənlərin strukturunu təsvir etmək üçün istifadə olunur.
Tərif. VB- informasiyanın saxlanılması, ilkin emalı və axtarışını təmin edən xüsusi formatlı fayldır.
2 . Verilənlər bazasının strukturu. Verilənlərin strukturu, onların kompüterdə saxlanılması üsuludur və o, elə seçilməlidir ki, verilənlərdən səmərəli istifadəni təmin etsin.
Faylın VB olması üçün onda olan informasiya struktura malik olmalıdır və elə formatlaşdırılmalıdır ki, sahələr bir-birindən asanlıqla fərqlənsinlər.
Verilənlər bazası struktura görə üç cür ola bilər:
– iyerarxik;
– səbəkə;
– relyasion.
2.1. İyerarxik VB-da verilənlər arasındakı tabeçilik münasibətlərindən asılı olaraq budaqlanma olur. Odur ki, bu struktura bəzən budaqlanan struktur da deyirlər.
2.2. VB-nın şəbəkə modelində verilənlərə müraciət ona gələn yollar vasitəsi ilə həyata keçirilir və bir verilənə bir neçə yol ilə gəlmək olar. Bu zaman hər bir verilən faktiki olaraq bir neçə verilən ilə bağlı olur və onlar arası əlaqələr iyerarxik olmaya da bilər.
2.3. Bu gün əksər VB cədvəl şəkillidirlər, yəni relyasion strukturludurlar. Belə strukturlu VB-də verilən sətir və sütunların kəsişməsi ilə müəyyən olunur. VB-da sütunlar sahələr, sətirlər isə yazı adlanır (cədvəl 1).
3. Relyasiya strukturlu verilənlər bazasının əsas cəhətləri. Relyasiya strukturlu VB-də sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan informasiyanı ifadə edirlər.
3.1. Sahələrin xüsusiyyətləri
3.1.1. Hər bir sahənin ən birinci xüsusiyyəti onun uzunluğudur. Sahənin uzunluğu orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə müəyyən olunur.
3.1.2. Hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir VB iki eyniadlı sahəyə malik ola bilməz.
3.1.3. Hər bir sahənin imza xüsusiyyəti var. İmza elə bir göstəricidir ki, VB-də həmin sütunun başlığıında əks olunur. Onu sahənin adı ilə qarışdırmaq olmaz, amma imza verilmədikdə həmin sahənin başlığıında onun adı yazılır. Müxtəlif sahələrə bəzən eyni imza vermək olar. Bu kompüterin işinə mane olmayacaqdır. Belə ki, bu sahələr əvvəlki kimi müxtəlif adlarla saxlanılacaqdır.
3.2. Sahələrin tipləri . Sahələr orada saxlanılan verilənin tipindən asılı olaraq müxtəlif xüsusiyyətli olurlar.
3.2.1. Mətn sahələr – mətn tipli verilənlərin saxlanılması üçün istifadə olunur. Mətn sahənin bir məhdudiyyəti var – onun ölçüsü 256-dan çox ola bilməz, yəni orada saxlanılan verilən 256 simvoldan artıq ola bilməz.
3.2.2. Ədədi sahələr – rəqəmlə ifadə olunan verilənlərinin daxil edilməsinə xidmət edir. Ədədi sahələr müxtəlif olurlar: tam ədədlərin daxil edilməsi üçün sahələr və onluq ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan başqa həm də onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlər sayı da verilməlidir.
3.2.3. Tarix/vaxt tipli sahələrdən tarix və vaxtın daxil edilməsi üçün istifadə olunur.
3.2.4. Xüsusi tip sahələr – pul sahəsi. Adından məlumdur ki, bu sahədə pulun məbləği saxlanılır. Pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin pul sahəsində onlarla işləmək daha münasibdir. Bu halda kompüter ədədi onun pul vahidləri ilə birlikdə əks etdirə bilir: manat və qəpiyi, funt və pensi, dollar və senti ayırd edə bilir, bir sözlə onlarla incə rəftar edə bilir.
3.2.5. Müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi kliplərini, videoyazıları da saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan sahə OLE obyekt sahəsi adlanır.
3.2.6. Əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu halda MEMO sahəsindən istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu verilənlər sahədə deyil, başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin yerləşdiyi yerə göstərici qoyulur.
3.2.7. Ən maraqlı sahə sayğac sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi görünə bilər, ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac rolunu oynayır. Oraya VB-dəki yazıların sayı avtomatik olaraq yazılır.
3.3. Sadə VB . Sadə VB-ni xüsusi proqram vasitələrindən istifadə etmədən də yaratmaq olar.
3.4. Əlaqəli cədvəllər . Əslində sadə VB baza yox, sadəcə cədvəldir. Əgər informasiya belə sadə strukturda saxlanılsaydı, onunla işləmək üçün xüsusi verilənlər bazasının idarə sistemləri (VBİS) lazım olmazdı. Belə ki, praktikada daha mürəkkəb strukturlu informasiyaları saxlamaq lazım gəlir ki, onlar da çoxlu sayda cədvəllərdən ibarət olurlar.
VB-nın yaradılması onun cədvəllərinin yaradılmasından başlayır. Struktur elə olmalıdır ki, baza ilə işləyərkən imkan daxilində az verilən daxil edilsin. Əgər hər hansı veriləni bir neçə dəfə daxil etmək lazım gəlirsə, bazanı əlaqəli cədvəllərdən təşkil edirlər. Hər bir cədvəlin strukturunu ayrı-ayrı işləyirlər.
Unikal və açar sahələr. Cədvəllər arası əlaqəni yaratmaq və bu cədvəldəki yazıya görə o birində olan uyğun yazını tapmaq üçün cədvəldə unikal sahəyə baxmaq lazımdır. Unikal sahə elə sahədir ki, onda olan məzmun təkrarlanmır.
Unikal sahədə yazılar təkrarlandıqda kompüterin xəbərdarlıq bildirməsi üçün açar sahə anlayışı istifadə olunur. Cədvəlin strukturu yaradılarkən bir sahəni (və ya bir neçə sahələr kombinasiyasını) açar qeyd etmək lazımdır. Açar sahələr ilə kompüter xüsusi işləyir, daha doğrusu, sonuncu onun unikallığını yoxlayır və bu sahələr üzrə seçməni yerinə yetirir.
Əməkdaşlar haqqında məlumat cədvəli Cədvəl 1.
Atanın adı
Doğulduğu tarix
Ailə vəziyyəti
Xaricdə olması
Əməkdaşların ailə vəziyyəti haqqında cədvəl Cədvəl 2
Əməkdaşın kodu
Atanın adı
Doğulduğu tarix
Qohumluq əlaqəsi
Məşğuliyyəti
həyat yoldaşı
həyat yoldaşı
Əməkdaşın xaricdə olması barədə cədvəl Cədvəl 3.
Əməkdaşın kodu
Əgər cədvəl yaradılarkən proqramçı (VB-nin administratoru) açar sahə verməyibsə, VBİS cədvəldə ilkin açar sahəsinin verilməsi barədə xəbərdarlıq edir. Cədvəldə ilkin açar qismində tez-tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə iki eynimənalı yazı ola bilməz. Belə ki, bu sahənin mahiyyəti avtomatik mənimsədilir.
Yuxarıdakı cədvəllərdə “Əməkdaşlar” verilənlər bazasının nümunəsində “Əməkdaşlar haqqında məlumat cədvəli” (cədvəl 1) ilə onda olan informasiyanı tamamlayan cədvəl 2 və cədvəl 3 arasında əlaqə göstərilmişdir.
4. Verilənlər bazası idarə sistemləri (VBİS), onların məqsədi və təsnifatı. VB-nı yaradarkən hər hansı bir proqramlaşdırma dilinin mənimsənilməsi və ya mütəxəssislərin cəlb olunması VB-nın inkişafında bir qədər ləngimələrə səbəb olurdu. Lakin VBİS-in meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı.
4.1. VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir.
VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nın yaradılması və istifadəsi ilə bağlı bütün işləri idarə edir.
VBİS-in işi ilə Microsoft Access-in nümunəsində tanış olaq. VBİS Access-in obyektləri bunlardır:
1. Cədvəl – VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz bu cədvəllərdə saxlanılırlar.
2. Sorğu – VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır. Sorğuların köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu emal olunurlar.
3. Forma – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə imkan verən obyektdir.
4. Hesabat – formanın «əksidir». Hesabatın köməyilə verilənlər münasib şəkildə printerə və ya ekrana çıxarılır.
5. Makroslar – makrokomandalardır. Baza ilə işləyərkən tez-tez istifadə olunan hər hansı əməliyyatlar ardıcıllığını, bir neçə komandaları bir makrosda qruplaşdırırlar və onu klavişin bir düyməsinə mənimsədirlər.
6. Modullar – bu Visual Basic dilində yaradılmış proqram proseduralarıdır.
4.2. VBİS-in təsnifatı . VBİS VB- nın üç modelinə uyğun olaraq iyerarxik, şəbəkə və relyasion ola bilərlər. Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar. Relyasion strukturlu VB yeganə bir məntiqi göstəriciyə əsasən qurulur. Relyasion VB adətən münasibətlər və daxil olan atributlar sayı ilə müəyyən olunur.
Bu gün ən geniş yayılmış VBİS verilənlərin relyasion modelinə əsaslanırlar. Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik olması ilə əlaqədardır.
VB relyasion idərə sistemləri (VBRİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər:
1. Yüksək səviyyəli RVBİS. Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb) tutumlu nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə istifadəçinin istifadəsinə imkan verir. Belə sistemlərdən nəhəng korporasiyalarda istifadə olunur. Bu sistemin nümayəndələri: ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11.
2. Orta səviyyəli RVBİS. Bu RVBİS-lər bir neçə yüz Gb tutumlu VB-ni idarə etməyə və ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan verir. Bu sistemlərdən çox böyük olmayan korporasiyalarda və böyük firmalarda istifadə olunur. Nümayəndələri: IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL Server 6.0.
3. Aşağı səviyyəli RVBİS. Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir. Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə olunurlar. Nümayəndələri: NetWare SQL 3/0, Gupta SQL-Base Server.
4. Stolüstü VBİS. Bu sistemlər bir istifadəçi üçün nəzərdə tutulmuşlar, stolüstü VB-nin yaradılması və ya kliyent kimi VB-nın serverinə qoşulmaq üçün istifadə olunurlar.
VBİS-in arxitekturası istifadəçilərin müxtəlif tələblərini, onların sorğularının yerinə yetirilməsini, həmçinin fayllardakı verilənlərin təqdimatı və onlara müraciətlə bağlı daxili tələbləri təmin edir. Bu gün ümumi qəbul olunmuş yanaşma verilənlərin üç səviyyəli təsvirini təmin edir:
– xarici model səviyyəsində (istifadəçilərin müxtəlif sorğularına uyğun);
– məntiqi səviyyədə (predmet sahəsindəki administratorun və VB administratorunun verilənlərə inteqral baxışlarına uyğun);
– daxili səviyyədə (sistem proqramçılarının verilənlərə baxışına uyğun).
5. Verilənlər bazasının yaradılması . Təşkilati nöqteyi-nəzərdən ixtiyari VB-nin yaradılması iki müxtəlif mərhələdən ibarətdir:
– layihələndirmə mərhələsi;
– istismar vəə ya istifadəçi mərhələsi.
5.1. Layihələndirmə mərhələsində baza yaradıcıları, yəni proqramçılar və ya baza administratorları orada yerləşdiriləcək informasiyanın tərkibini öyrənir, onu cədvəllərə ayırır, bu cədvəllərin strukturunu, cədvəllər arası əlaqəni, bazaya ola biləcək sorğuları, formaları, hesabatları və s. müəyyənləşdirir, onda yeni obyektlər (məsələn, cədvəl, sorğu, forma və s.) yaradır, onun strukturunu verirlər. Onlar bazanın strukturunu işləyir və bazaya daxil olmağa tam hüquqları var. Bir bazanın bir neçə yaradıcısı ola bilər.
5.2. İstifadəçi mərhələsində – baza formaların köməyi ilə informasiya ilə doldurulur (VB-nin sifarişçisi tərəfindən), sorğular vasitəsilə verilənlərin emalı və lazım olan nəticənin hesabatlar şəklində alınması icra olunur. Bir bazanın minlərlə istifadəçisi ola bilər.
Ədəbiyyat
1. T.Tиори, ДЖ.Фрай.Проектирование структур баз данных, кн.1. М.: Мир, 1985. -288 с.
2. T.Tиори, ДЖ.Фрай.Проектирование структур баз данных, кн.2. М.: Мир, 1985. -320 с.
BİLİKLƏR BAZASI. EKSPERT SİSTEMLƏR
Mühazirə 8 (İİ hissə)
- Ekspert sistemlər: məqsədi və tərifi
- Ekspert sistemlərin fərqləndirici cəhətləri
- Ekspert sistemlərin blokları
- Biliklər bazası və biliklər bazasının təsvir modelləri
- Ekspert sistemlərin təsnifatı
- Ekspert sistemlərin yaradılma mərhələləri
1. Ekspert sistemlərin məqsədi və tərifi. 70-ci illərin sonunda süni intellekt (Sİ) sahəsində çalışan mütəxəssislər başa düşdülər ki, proqramı intellektuallaşdırmaqdan ötrü onu predmet sahəsi haqqında yüksək keyfiyyətli xüsusi biliklərlə təmin etmək lazımdır.
Bu faktın başa düşülməsi xüsusi proqram sistemlərinin inkişafına səbəb oldu və bunların da hər biri müəyyən məhdud predmet sahəsində ekspert kimi istifadə olunmağa başladılar. Bu proqramlar ekspert sistemlər adlandırıldı.
Ekspert sistemlərin qurulması texnologiyası bilik mühəndisliyi adlanır. Bu prosesi təşkil edən mütəxəssislər bilik mühəndisləri adlanırlar və onlar konkret predmet sahəsinin bir və ya bir neçə ekspertilə qarşılıqlı əlaqə olurlar. Bilik mühəndisi ekspertlərdən məsələnin həlli üçün lazım olan proseduranı, strategiyanı, emprik qaydaları əldə edir və bu bilik əsasında ekspert sistem (ES) yaradırlar.
Tərif . Ekspert sistemlər konkret predmet sahəsində mütəxəssis biliklərini özündə əks etdirən və az kvalifikasiyalı istifadəçilərə qərara gəlməkdə məsləhətçi olan mürəkkəb kompleks proqramlardır.
Belə sistemlər konkret predmet sahəsində az təcrübəli mütəxəssislərə qərar qəbul etməkdə dəstək olurlar. Odur ki, belə sistemlərə bəzən qərarların qəbul olunmasını dəstəkləyən sistemlər də deyirlər.
Comments are closed, but trackbacks and pingbacks are open.