Hər gün yeni bir kitab
İnsanlar nə qədər xoşbəxt ola bilirlərsə, bir o qədər də bədbəxt olurlar.
“Veronika ölməyə qərar verir”
Fevralın 19-da Heydər Əliyev Sarayında Belarus sənətçilərinin təqdimatında məşhur braziliyalı yazıçı Paulo Koelyonun eyniadlı bestselleri əsasında hazırlanmış “Veronika ölməyə qərar verir” tamaşası nümayiş olunacaq.
Tamaşanı Minsk şəhərində fəaliyyət göstərən “Nataliya Başevanın teatr emalatxanası” – Kamera Dram Teatrı təqdim edəcək.
“Veronika ölməyə qərar verir” tamaşası hər günü bir möcüzə kimi görməyə çağıran, ölüm qarşısında yaşamaq ehtirasından bəhs edən real bir hekayədir. İnsanlar nə qədər xoşbəxt ola bilirlərsə, bir o qədər də bədbəxt olurlar. Tamaşa nədən bəhs edir? Həyat, ölüm və sevgidən.
Qeyd edək ki, səhnə əsərinin bədii rəhbəri Nataliya Başeva, musiqi müəllifi Boris Qrebenşikovdur.
Nataliya Başeva 1996-cı ildə Belarus İncəsənət Akademiyasını bitirib. 2003-2010-cu illərdə Belarus Gənc Tamaşaçılar Teatrının baş rejissoru olub. Daha sonra özünün teatr emalatxanasının əsasında Kamera Dram Teatrını yaradıb.
Veronika ölməyə qərar verir – Paulo Coelho
Veronika monastırda kirayələdiyi otaqda dörd qutu dərman içərək intihar etmək istəyir. Bu qərarını o, iki cür əsas-landırır. Birincisi, həyatındakı hər şeyin eyni olması və yaşlılıqdan qorxması. İkincisi, Veronika qəzet oxuyan, televiziya izləyən bir xanım olduğu üçün, dünyada baş verənlərdən xəbərdardır. Səhv hesab etdiyi şeylərə müdaxilə etmək üçün gücsüzlüyünü dərk edən Veronika intihardan başqa çıxış yolu görmür. Amma cəhdi uğursuzluqla nəticələnir, onu rahiblərdən biri xəstəxanaya çatdırır. İçdiyi dərmanlarla ürəyində problemlərin yaranmasına səbəb olan Veronikaya məlum olur ki, cəmi bir həftə ömrü qalıb. Onu ruhi-əsəb xəstəxanasına göndərirlər və Veronika burada Eduarda aşiq olur. Son günlərini ruhi xəstəxanada keçirmək istəmədiyindən o, Eduardla birgə qaçaraq şəhərin bahalı bir restoranında yeyib-içir, əylənirlər. Səs-küy saldıqları üçün restorandan qovulan cütlük şəhərin kənarındakı təpəyə dırmaşırlar. Təpədə hər ikisini yuxu tutur.
Səhər açılanda isə Veronika…
Oxşar kitablar
Mən də yaşamışam. Xatirələr
Pablo Neruda
Cild : Yumşaq
Elton Quliyev
Sevda Sultanova
Cild : Yumşaq
Beş şəhər
Ahmet Hamdi Tanpınar
Cild : Yumşaq
İran Məktubları – Charles-Louis de Montesquieu
Şarl Lui Monteskyö
Cild : Yumşaq
Atamın dostları – Səməd Ağaoğlu
Səməd Ağaoğlu
Cild : Yumşaq
Muhəmməd tanınması gərəkən Peyğəmbər
Constantin Virgil Gheorghiu
Cild : Yumşaq
Stokda yoxdur
Una və Selincer
Frederik Beqbeder
Cild : Yumşaq
Yoldaş memuar
İlkin Rüstəmzadə
Cild : Yumşaq
Stokda yoxdur
Lətifə Xanım – İpək Çalışar
İpək Çalışar
Cild : Yumşaq
Janna Dark
Anatoli Levandovski
Cild : Qalın
Mənim Tarixçəm – Stephen Hawking
Stephen Hawking
Cild : Yumşaq
Mənim Ben Qurionum
Şimon Peres
Cild : Yumşaq
Heç vaxt təslim olma – Donald Trump
Donald Trump
Cild : Yumşaq
Çe Gevara
Jean Cormier
Cild : Qalın
Memuarlar
Şarl -Moris de Taleyran Periqor
Cild : Yumşaq
Həyat bir macəra – Səməd Ağaoğlu
Səməd Ağaoğlu
Cild : Yumşaq
Stiv Cobs
Walter Isaacson
Cild : Qalın
Yazıçının gündəliyi
Fyodor Dostoyevski
Cild : Qalın
Nadir şah
Laurence Lockhart
Cild : Qalın
Кавказские дни
Banin
Cild : Yumşaq
Xatirələr – Fərəh Pəhləvi
Fərəh Pəhləvi
Cild : Yumşaq
Əmir Teymurun vəsiyyətləri
Qanun Nəşriyyatı
Cild : Yumşaq
Qafqaz günləri – Banin
Banin
Cild : Qalın
Türkiyəni duyğulandıran ölüm – Vilayət Quliyev
Vilayət Quliyev
Cild : Yumşaq
Rəylər
Rəy yaz
Ünvan: Bakı, Tbilisi prospekti, 76
Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.
Veronika ölməyə qərar verir
COVİD19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır!
19 Fevral tarixində Heydər Əliyev Sarayının səhnəsində, Paulo Koelyonun eyniadlı dünya bestselleri, “Veronika ölməyə qərar verir” tamaşasının premyerası baş tutacaq. Musiqi müəllifi Boris Qrebenşikovdur.
İnsanlar nə qədər xoşbəxt ola bilirlərsə, bir o qədər də bədbəxt olurlar.
Tamaşa nədən bəhs edir? Sadəcə həyat, ölüm, sevgi haqqında. Üstəlik dəlilik haqqında – hamımıza təsir edən “Dərd” və xilası hər bir halda mümkünsüz olan həmin o dəlilik haqqında.
“Veronika ölməyə qərar verir ” gözəl və ruhlandırıcı, gücləndirici, parlaq şəkildə işlənmiş və ironik metaforalarla doludur. Bu, hər günü bir möcüzə kimi görməyə çağıran, ölüm qarşısında yaşamaq ehtirasından bəhs edən real bir hekayədir.
Kamera Dram Teatrı – “Театральная мастерская Наталии Башевой”.
Tamaşa 2 saat 30 dəqiqə davam edir (antrakt ilə).
Bədii rəhbər: Natalya Başeva.
Comments are closed, but trackbacks and pingbacks are open.