Press "Enter" to skip to content

Wikipedia hesabı necə yaradılır

– Əlbəttə, cəmi yarım dəqiqənizi alacaq çox sadə proseduru icra etməklə qeydiyyatdan keçib, ümumi vikicəmiyyətin üzvünə çevrilirsiniz. Hətta qeydiyyatdan keçmədən də redaktə etmək mümkündür. Redaktə etmək üçün, sadəcə, məqalənin və ya onun alt bölmələrindən birinin yuxarı sağ küncündəki “Əsas redaktə” və ya “Redaktə” düymələrindən birini basmaq kifayətdir. Bu iki redaktə metodu arasındakı fərq ondan ibarətdir ki, “Redaktə” düyməsi yeni və təcrübəsiz istifadəçilər üçün yaradılmış “Vizual redaktor” funksiyası vasitəsilə, “Əsas redaktə” düyməsi isə daha çox təcrübəli istifadəçilərin üstünlük verdiyi ənənəvi redaktə metodu ilə redaktə etməyə imkan verir.

Vikipediyada necə yarada bilərəm

Vikipediya 2001-ci ildə yaradılmış azad onlayn ensiklopediyadır. Vikipediya havayalıların dilində “viki” (“tez”, “cəld”) və “ensiklopediya” sözlərinin birləşməsidir. Dünyanın əksər dillərində istifadə olunan saytın yaradılmasında məqsəd insanların məlumatlardan istifadəsini asanlaşdırmaq, məlumatları əlçatan etməkdir. Vikipediya hazırda dünyada ən çox istifadə olunan saytlardandır. Hər bir internet istifadəçisi Vikipediyaya məlumat yerləşdirə bilər.

Kulis.az Vikipediya könüllülərindən biri Cavid Ağa ilə müsahibəni təqdim edir.

– Nə vaxtdan Vikipediya könüllüsüsən?

– Dəqiq yadımda deyil, amma 1 ildən çoxdur ki, Vikipediyaya məlumat yerləşdirirəm. Ondan əvvəl isə saytın daim oxucusu olmuşam.

– İlk məlumat nə haqda idi? Daha çox hansı sahə ilə bağlı məlumatlar yerləşdirirsən?

– İlk məlumat “Burzum” adlı blək metal qrupu haqda idi. Mən ən çox dinlədiyim musiqi növünə və tarixə aid məlumatlar yerləşdirirəm. Xüsusilə qədim türk və İsveç tarixi haqqında.

– Məlumatlar hansı dillərdə olur?

– İngilis dilində olan Vikipediyada Azərbaycana aid yazılar yerləşdirirəm. Orda Şirvanşahlar, Azərbaycanda bütpərəstlik kimi mövzularda məlumat vermişəm. Azərbaycan dilində olanlar isə əsasən digərindən olan tərcümələrdir.

– Deməli həm Azərbaycan haqqında məlumatları ingilis dilində, həm də Azərbaycan bölməsində Azərbaycan haqqında məlumatlar yerləşdirirsən. Azərbaycan bölməsində daha çox hansı materiallar olur?

– Aha, ikisi də. Azərbaycan dilində olanlar fərqlidi. Əsasən Azərbaycandakı yer adları, Azərbaycan tarixi və dinə aid materiallardı.

– Azərbaycan bölməsində bəzən elə yazılara rast gəlirsən ki, qeyri – professional hazırlanıb, Vikipediya standartlarına uyğun gəlmir, elə bil hardansa “copy-past” edilib. Vikipediyanın strukturu necədi? Materiallara necə nəzarət edilir?

– Çoxu elədi, amma bizim Vikipediyada hələ az məlumat olduğu üçün irəliləyiş yoxdur. Lazım olanda, mən dəyişirəm. Vikipediyada struktur belədir ki, mənbəyi olan hər bir məlumat mənbəsizlərə nisbətən daha arzu olunandır. Materiallara nəzarət Vikipediya qaydaları çərçivəsində gedir. Bu qaydalara nəzarət edən 14 idarəçi var. Onlar da “məlumatın olmamağından “copy-past” yaxşıdır” deyirlər.

– “Copy-past”lar da arzulanan səviyyədə olmur, bəzən heç yaramır da. İdarəçilər kimlərdi? Hansı ölkələrdəndi?

– Elədir, buna görə də aktiv istifadəçilərin olması əsasdır ki, daim redaktə etsinlər. Azərbaycanda 92 minə yaxın istifadəçi var, amma onların heç beş yüzü aktiv deyil. İdarəçilərin hamısı Azərbaycandandır. Düzü dəqiq ad çəkə bilmirəm. Çünki Vikipediyada istifadəçilər adlarla yox, “niklər”lə qeydiyyatdan keçirlər. Adları ilə də fəaliyyət göstərənlər var, amma azdır. Amma onu deyə bilərəm ki, bu idarəçilərin hamısı Azərbaycandandır. Ümumiyyətlə, bütün dillərdə olan vikipediyaların idarəçisi isə “Cimbo” ləqəbli Cimmi Uelsdir.

– Vikipediya bir ara bağlanmaqla üz-üzə qalmışdı, problem necə həll olundu?

– Tez-tez belə problemlər olur. Vikipediya istifadəçilərin ianələri hesabına fəaliyyət göstərir və hərdən serverlərin pulunun ödənməsi vaxtı çatanda bu ianə kompaniyaları işə başlayır.

– Azərbaycan istifadəçiləri komanda halında işləyirlər, ya fərdi şəkildə?

– Komanda halında işləyən istifadəçilər varsa da, xəbərim yoxdur. Əsasən fərdi şəkildə işləyirlər. Bəziləri mənim kimi hər bir mövzu haqda əsas məlumatları yerləşdirib sonra genişləndirməyi planlaşdırsa da, bəziləri bir mövzunu işləyir və əsas o məlumatı yeniləmək, yaxud genişləndirməklə məşğul olur.

– Azərbaycan haqqında yerləşdirdiyin məlumatlar yəqin təbliğat xarakteri daşıyır.

– Qətiyyən, mən neytral yazıram. Bu, Vikipediya prinsiplərindəndir. İstəyirəm ki, “Azərbaycandanam” deyəndə xarici vətəndaş ” hə, mən oranı tanıyıram ” desin.

– Məlumatlar idarəçilərin xoşlarına gəlməyəndə çıxarırlar? İstənilən internet istifadəçisi Vikipediyaya məlumat qoya bilərmi?

– Əsasən ingiliscə məlumatlar yerləşdirsəm də nadir hallarda türkcə materiallar da olur. İdarəçilərin “xoşuna gəlməməyi” Vikipediyanın prinsipi deyil. Məsələn, bir yazının mənbəyi varsa, onu mənbəsiz olan versiyası ilə dəyişmək qaydaları pozmaqdır. Hərçənd bu kimi vandalizmlər olur. Çünki istənilən internet istifadəçisi məlumat qoya bilər. Buna görə də Vikipediyada “Məqalələrin redaktə qaydaları”, “Yeni istifadəçilərə kömək” kimi başlıqlar var. Azərbaycan dilindəki Vikipediya hər iki hərf sistemində-ərəb, latın-fəaliyyət göstərir. Qeydiyyatdan keçənlər məqalə yarada bilərlər, keçməyənlər isə sadəcə redaktə edir.

– Yaxşı məsələyə toxundun. Azərbaycan bölməsində ərəb əlifbası ilə olan yazılar var. O bölmədə əsasən hansı mövzuda yazılar olur?

– Ərəb əlifbasında 12 mindən çox məqalə var. Amma o məqalələrin mövzuları ilə tanış deyiləm. Oxumağı bacarsam da buna fikir verməmişəm.

– Azərbaycanca olan məlumatın başqa dilə keçirilməsi necə olur, onu kimlər edir, bu da könüllülərin işidi, yoxsa məlumat o dəqiqə başqa dillərə də çevrilir?

– Vikipediya könüllü iş prinsipi üzərində qurulub. Azərbaycan dilində olan məlumatların digər dillərə tərcümə olunmasına spesifik baxmaqla məsul olan şəxs yoxdur.

– Operativlik nə səviyyədədi? Soljenitsin vəfat edəndə onun ölməsi barədə dərhal Vikipediyanın rus bölməsində məlumat yerləşdirilmişdi. Bizdə isə, məsələn Kələntər Kələnətərli noyabrda vəfat edib hələ də onun Vikipediya səhifəsində ölümü barədə məlumat yoxdu. Belə bir mənzərə yaranır ki, bizim könüllülər bu işi çox könülsüz görürlər.

– Deməzdim, sadəcə olaraq yetərli sayda könüllü yoxdur. Mən Kələntər Kələntərlini tanımırdım, onu haqqında son xəbərləri izləməmişdim. Könüllülük prinsipi belədir. “Burzum” qrupu nə vaxtsa dağılsa, mən bunu dərhal yerləşdirəcəyəm, çünki mənim maraq dairəmdədi. Ədəbiyyat, publisistlər, yazarlar və şairlər haqda əsasən ədəbiyyata marağı olan adamlar yazır. Deməli ədəbiyyata marağı olan könüllülər azdır.

– Vikipediyanın hansı portallara bölünür? Hansı layihələri həyata keçirir?

– Vikimedia Fondunun başqa layihələri də var. Məsələn, sitatların toplandığı VikiSitat, onlayn kitabxana olan VikiKitab, orijinal mətn bazası olan Vikimənbə kimi layihələr. Vikipediya “Tarix”, “Coğrafiya”, “Mədəniyyət” kimi portallara bölünür. Bunların da subportalları var. İsveçə həsr olunmuş ayrıca portal belə var.

– Vikipediyanin elə məlumatları varmı yalnız ödəniş əsasında açılsın?

– Qətiyyən, Vikipediya açıq ensiklopediyadır. “Britannika” kimi pulla deyil.

– Material yerləşdirərkən Azərbaycan Sovet Ensiklopediyasının məlumatlarından istifadə olunur?

– Googleda axtarış zamanı birinci Vikipediyaya aid məlumatlar çıxır. Yaxın illərdə Vikipediyaya rəqib gözlənilir?

– Google axtarışlarında birinci Vikipediyanın görünməsi SEO-nun-Search Engine Optimization – Axtarış Mühərriki Optimizasiyası- işidir. Yəni açar sözlərin bolluğudur. Həm də reytinqi çox yüksək saytdır. Ən azından yaxın gələcəkdə ona rəqib olacağını düşünmürəm. Çünki “Britannika” kimi illərin ensiklopediyası belə rəqabətə dözmədi.

– İdarəçilər necə seçilir? Hər ölkənin özünün idarəçiləri olur?

– İstifadəçilərin səs verməsi ilə, tam demokratik şəraitdə seçilir. Seçkilərin keçirilməsi barədə elan verilir, müəyyən tarixlər arasında seçki olur. Lehinə, bitərəf, əleyhinə olan səslər hesablanır və bu status verilir. Vikipediyada vəzifə bölgüsü bu cürdür – idarəçilər, bürokratlar, arbitraj komitəsi kimi “dövlət”ə bənzər sistem mövcuddu.

– Seçkilərə nəzarəti Vikipediyanın rəhbəri Cimmi Uels özü edir? Kimlərin vəzifələrinin artması şansı daha çox olur? Aktiv istifadəçi olmağın buna təsiri varmı?

– Bəli. Biz sadəcə Cimmi Uelsin başladığı işi davam etdiririk. Səsvermədə də müəyyən stajı olan qeydiyyatlı istifadəçilər iştirak edir, hər yoldan keçən yox. İdarəçiliyə seçilmək istəyənlərin Azərbaycan dilindəki Vikipediyada qeydiyyat stajı 6 aydan az olmamalı və redaktələrinin sayı 1000-dən az olmamalıdır.

– İdarəçilər məlumatların dəqiqliyinə baxırlarmı? Bir dostum özü haqda məlumat yerləşdirmişdi, sonra pozdular.

– Vikipediya istifadəçiləri ensiklopedik şəxs deyillərsə, özləri haqqında məqalə yarada bilməzlər. Məlumatların dəqiqliyinə gəldikdə, idarəçilər bunun haqqında araşdırma aparmırlar. Hər məqalənin müvafiq “Müzakirə” bölməsi olur. Vandalizmə qarşı mübarizə aparmaq, səhifələri silmək, silinmiş səhifələri bərpa etmək, artıq vandalizmə uğramaq təhlükəsi olan səhifələri mühafizə etmək kimi vəzifələri icra edirlər.

– Müzakirə olunan məsələlər öz həllini necə tapır? Məsələn Azərbaycan bölməsində Nizami Azərbaycan, İran bölməsində fars, kürd bölməsində isə kürd şairi kimi yazırlar. Bundan başqa Qarabağ və bu kimi bir sıra münaqişəli məsələlər necə həllini tapır?

– Vikipediyada istinad edə biləcəyin mənbə varsa müzakirənin qalibi sən olursan. Mübahisələr çox az olur. Məsələn, bir fars nadir halda bizim Vikipediyaya girib Nizaminin fars olduğunu deyər. Bu kimi mübahisələr ingiliscə Vikipediyada olur ki, orda da mənbəyə istinad edən haqlıdır. Hazırda ingiliscə Vikipediyada Nizaminin fars şairi olduğu yazılır. Azərbaycan Vikipediyasında isə Azərbaycan şairi.

– Bəs Qarabağ mövzusunda məsələ nə yerdədi? Üstünlük erməni istifadəçiləri tərəfindədi, ya bizim iştirakçılar tərəfində?

– İngilis dilli Vikipediyada Qarabağ nə türk torpağı, nə də erməni torpağı sayılır. Erməni krallığının Qarabağı yerli Qafqaz xalqlarının əlindən aldığını qəbul edir. Əgər daha güclü mənbə çıxarsa, vəziyyət dəyişə bilər.

– Azərbaycan internet məkanında yazarlar, şairlər və ya texnologiyalar haqqında dərc olunan məqalələrdən istifadə olunur? İdarəçilər bu materialları mənbə kimi qəbul edirlər?

– Bir qayda olaraq aznetdəki forumlar mənbə olaraq qəbul edilmir. Mənbə olaraq əsəsən bir alimin dissertasiya müdafiəsi, yayımlanmış araşdırması və s. qəbul olunur.

  • Yaponiyada 1800 illik maska tapıldı
  • Nərgiz Məhəmmədiyə “Yazı Azadlığı” mükafatı veriləcək
  • “Squid Game: The Challenge” realiti-şousunun buraxılış tarixi açıqlandı

Wikipedia hesabı necə yaradılır

Vikipediyanı redaktə edərkən daha anonim olmaq istəmisinizmi? Və səhifələri köçürə və izləmə siyahısına sahib ola bilərsinizmi? Bütün bunlar Vikipediyada hesab yaratmaqla mümkündür və bu təlimat sizə bunu etməyə kömək edəcək! Yalnız bir dəqiqə çəkir!

addım

  1. “Daxil ol / hesab yarat” linkinə klikləyin Vikipediya saytının yuxarı sağ küncündə.
  • Əsl adınızı silin. Heç kim bilmir. Onu anaqrama çevirin, yəni bu sözlər yenidən düzəldilə bilər, bu halda əsl adınızdır.
  • Sosial mediaya baxın. Əgər sosial media hesabınız varsa, sosial media istifadəçi adınızla eyni istifadəçi adından istifadə edə bilərsiniz (əgər alınmayıbsa), lakin məşhur istifadəçisinizsə, bunu etmək istəməyə bilərsiniz.
  • Yaradıcı düşün. Kompüter, dil, biznes və s. daxil olmaqla hər hansı bir ehtirasınız varmı? Maraqlarınıza uyğun istifadəçi adı seçin.
  • Başqa şirkəti təbliğ edən, sizi vandal kimi qeyd edən, idarəçini təqlid edən və ya sadəcə bezdirici istifadəçi adı seçməyin. Onlar tez bloklanır.

İcma sualları və cavabları

Futbol profilimi Vikipediyaya necə yükləyə bilərəm?

Birincisi, diqqətəlayiq bir insan olduğunuzdan əmin olun. (Bunu dəstəkləyən mənbələriniz olmalıdır, əks halda o, spam sayılır və silinməsi təklif olunur.) Sonra növbəti addımlarla bağlı kömək üçün Vikipediya məqaləsinin yazılması ilə bağlı məqaləni oxuyun.

E-poçtum rədd edilərsə nə etməliyəm?

Mən niyə Vikipediya hesabı yaratmalıyam?

Vikipediya hesabı yaratmaq üçün pul ödəməliyəmmi?

Mobil telefonlardan istifadə edərək Vikipediya hesabları yaratmaq mümkündürmü?

Vikipediya hesab yaratmaq üçün istifadə olunan e-poçtu ictimaiyyətə açıq şəkildə göstərirmi?

Niyə bəzi ölkələr üçün Vikipediya hesabına qeydiyyatdan keçmək qadağandır?

Vikipediyada fərdlər və ya şirkətlər üçün təsdiqlənmiş istifadəçi hesabı yaratmaq mümkündürmü (sosial mediada, mavi işarəli olanlar kimi)? Əgər belədirsə, mən belə bir hesabı necə yarada bilərəm?

Niyə mənim Vikipediya hesabım Google-da görünmür?

Vikipediya səhifəsinə sahib olmağın qiyməti nə qədərdir? Mən özüm konfiqurasiya edə bilərəm, yoxsa Vikipediya onu quraşdırır?

Məsləhətlər

  • E-poçt digər qeydiyyatdan keçmiş istifadəçilərə e-poçt vasitəsilə sizinlə əlaqə saxlamağa və parolun bərpasına imkan vermək üçün oradadır. Wikimedia Fondu, Vikipediyanın sahibi.
  • IP-niz bloklanıbsa və ya siz CAPTCHA-nı tamamlaya bilmirsinizsə, lütfən accounts.wmflabs.org ünvanında hesab tələb edin.
  • İstənilən dildə Vikipediya hesabı yaratmaqla siz istənilən başqa dil və Wikimedia layihəsi üçün eyni giriş məlumatından istifadə edə bilərsiniz.
  • Yəni bir hesab avtomatik olaraq təsdiqlənir faylları yükləyə və yarı qorunan səhifələri redaktə edə bilər. Qeydiyyatdan sonra dörd gündən sonra (əlavə 10 redaktə) hesab avtomatik olaraq təsdiqlənir.
  • E-poçt ünvanınızı buraxmaq istəmirsinizsə, yenisini yarada bilərsiniz, məs. Gmail-də.
  • Qeyri-İngilis Vikipediyasında hesab yaratmaq istəyirsinizsə, lakin hələ də Vikipediyada ingilis dilində olan mətni oxuyursunuzsa, burada yaxşı məlumat var: giriş səhifəsində (hesab səhifəsi yaratmayın, lakin bundan əvvəlki səhifə) tez-tez Vikipediya dilində bir sıra “Başqa dillər”. Dil adı dildə yazılır (məsələn, ingiliscə ingiliscə yazılır, fransızca fransızca yazılır). Dilinizə klikləməklə mətni dilə dəyişir.
  • Düzgün istifadəçi adı ilə bağlı çoxlu məsləhətlər var. Bu, “Addımlar” bölməsində verilmişdir, lakin bunları yenidən oxuyun Əvvəl hesab yaradın. Məsləhətlərə əməl etməsəniz, Vikipediyanı redaktə etmək sizə bloklana bilər.

Xəbərdarlıqlar

  • Unutmayın ki, hesabınız yaradıldıqdan sonra o bilməz silindi. Əgər məxfilik səbəbi ilə köhnə hesabınızdan imtina etmək qərarına gəlsəniz, sadəcə olaraq köhnə hesaba qoşulmadan yeni hesab yaradın. Köhnə hesabınızın bloklanma və ya qadağalar kimi heç bir cəza almadığını yoxlamaq üçün diqqətli olun, çünki yeni hesab yaratsanız və eyni redaktə davranışını göstərsəniz, yeni hesabınızın bloklanması riski daşıyırsınız.
  • Əsl adınızı istifadəçi adı kimi istifadə etmək istəyirsinizsə, diqqətlə düşünün. Unutmayın ki, İnternetə çıxışı olan hər kəsin sizin adınıza çıxışı var.
  • Heç vaxt Şifrənizi kiməsə verin. Əgər kimsə hesabınıza nəzarəti ələ keçirərsə, yəqin ki, siz bunu sübut edə bilməyəcəksiniz və buna görə də hesabınıza nəzarət edən şəxsin ondan istifadə etdiyinə görə yəqin ki, siz cavabdehsiniz.

Azərbaycanın “Vikipediya”da təbliğinə nə mane olur?!

“Vikipediya” dünyada ilkin məlumat mənbəyi kimi geniş şəkildə istifadə və istinad edilən ən populyar internet şəbəkələrindən biri hesab olunur. Hazırda “Vikipediya” 289 dildə fəaliyyət göstərir. Bu şəbəkəni məşhurlaşdıran və onun fəaliyyətinin davamlılığını təmin edən əsas amil də məhz budur, yəni bütün xalqların təmsil olunması üçün yaradılan bərabərhüquqlu, azad, ensiklopedik informasiya məkanı.

“Vikipediya”da effektiv işləmək üçün istifadəçilərdə məlumatlılıq, araşdırma aparma, ədəbi yazı qabiliyyəti və intellektual potensialla yanaşı, mütləq müasir texnoloji vasitələrdən istifadə etmək bacarığı da olmalıdır. “Vikipediya”da məqalə yaratmaq və redaktə etmək sərbəst olsa da, ölkəmizdə bundan yararlanmaq istəyənlərin sayı çox da ürəkaçıcı deyil. Oxunma sayına görə “Vikipediya” Azərbaycanda ən populyar 10 sayt arasında olsa da, məsələn, son bir ayda Azərbaycan dilindəki “Vikipediya”da redaktə edənlərin sayı cəmi 540 nəfərdir ki, onun da bir hissəsi başqa ölkələrdən redaktə edənlərdir.

Bütün bu məsələlərlə bağlı “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun rəhbəri, “Azərbaycan Vikimedia Könüllüləri” ictimai birliyinin sədri Elgün Atalıyevlə apardığımız maraqlı söhbəti diqqətinizə təqdim edirik:

– Qısa şəkildə “Vikipediya”nı necə təsvir edərdiniz?

– “Vikipediya” könüllü istifadəçilərin azad və müstəqil işləyə biləcəyi informasiya məkanıdır. Bu, o deməkdir ki, istənilən şəxs heç bir ödəniş etmədən bu açıq ensiklopediyadan informasiya götürə və qarşılığında heç bir ödəniş almadan bura yeni məlumat daxil edə və mövcud informasiyalar üzərində redaktələr apara bilər. Yəni hər bir şəxs bildiyi hər hansı dildəki “Vikipediya” bölməsinə daxil olaraq, həmin bölmədə fəaliyyət göstərmə hüququna malikdir.

– Yəni bir istifadəçi adı ilə bütün dil bölmələrində redaktə aparmaq mümkündür?

– Əlbəttə, cəmi yarım dəqiqənizi alacaq çox sadə proseduru icra etməklə qeydiyyatdan keçib, ümumi vikicəmiyyətin üzvünə çevrilirsiniz. Hətta qeydiyyatdan keçmədən də redaktə etmək mümkündür. Redaktə etmək üçün, sadəcə, məqalənin və ya onun alt bölmələrindən birinin yuxarı sağ küncündəki “Əsas redaktə” və ya “Redaktə” düymələrindən birini basmaq kifayətdir. Bu iki redaktə metodu arasındakı fərq ondan ibarətdir ki, “Redaktə” düyməsi yeni və təcrübəsiz istifadəçilər üçün yaradılmış “Vizual redaktor” funksiyası vasitəsilə, “Əsas redaktə” düyməsi isə daha çox təcrübəli istifadəçilərin üstünlük verdiyi ənənəvi redaktə metodu ilə redaktə etməyə imkan verir.

– Azərbaycandilli “Vikipediya” qonşu dövlətlərin dil bölmələri ilə müqayisədə hansı yerdədir?

– Hazırda “Vikipediya”nın Azərbaycan dili bölməsində 124 minə yaxın məqalə var və bu göstəriciyə görə 53-cü yerdəyik. Bir neçə il əvvəl daha yüksək yerlərdə olsaq da, sonradan bir sıra digər dil layihələrində məqalə sayının bizdəkindən daha sürətli artması nəticəsində geriyə düşmüşük. Onu da qeyd edim ki, hal-hazırda rusdilli “Vikipediya”da məqalə sayı 1 milyon 400 mini ötüb, fars dilində 573 min, türk dilində 297 min, erməni dilində 228 min, gürcü dilində isə 117 min məqalə var. Məqalələrin keyfiyyəti, istinad və mənbələrə görə etibarlılığı baxımından rusdilli “Vikipediya” digərlərindən irəlidədir. Həmçinin, Azərbaycanda və digər qonşu ölkələrin hər birində yaşayan azsaylı xalqların da bir çoxunun öz dillərində “Vikipediya” layihələri mövcuddur. Məsələn, ləzgi, avar, çeçen, abxaz, kürd, başqırd, tatar, osetin, mazandarani və s.

– “Vikipediya”da Azərbaycan dilində və ümumiyyətlə, dünyanın digər əsas dillərində Azərbaycan barədə məqalələrin sayının azlığına səbəb nədir?

– Həm az-vikidə, həm də digər dillərdə Azərbaycan barədə məqalə və fotoşəkillərin azlığı bir neçə səbəbdən qaynaqlanır. İlk növbədə buna Azərbaycanın mövqeyini əks etdirən və “Vikipediya” qaydaları baxımından etibarlı və bitərəf hesab edilən mənbələrin azlığı səbəb olur. “Vikipediya”da etibarlı və bitərəf mənbə dedikdə, mövzunun predmetindən heç bir asılılığı olmayan, bitərəfliyi şübhə doğurmayan və mövzu üzrə mütəxəssis sayılan müəllif tərəfindən yazılmış mənbələr əsas götürülür. Yəni, misal üçün, Qarabağ münaqişəsi barədə yazan azərbaycanlı və ya erməni müəllif milli təəssübkeşlik hissi ilə yazmış ola biləcəyi fikirlərə görə bitərəf sayılmırlar. Amma ingilis, fransız və ya amerikalı müəlliflər, əgər onların bitərəfliyini şübhə altına alan ictimailəşmiş faktlar mövcud deyilsə və onlar politoloq, tarixçi, hərbçi və ya etnik münaqişələr barədə münasibət bildirmək səriştəsinə malik şəxslərdirsə, o zaman həmin müəlliflər etibarlı və bitərəf hesab edilirlər.

“Vikipediya”da rastlaşdığımız başqa bir problem Azərbaycanın müasir memarlıq və incəsənət nümunələrinin fotoşəkillərinin azad istifadəyə verilməsi ilə bağlıdır. “Vikipediya”nın və Vikimedia Fondu tərəfindən idarə edilən digər vikilayihələrin (red. Vikikitab, Vikimənbə, Vikilüğət, Vikisitat, Vikixəbər və s.) hamısı üçün ortaq fayl anbarı sayılan Vikianbar layihəsi mövcuddur və ora yüklənən hər bir fotoşəkil və mediafayl bütün vikilayihələrdə istifadə edilə bilir. Amma bu məsələdə Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən məhdudiyyətlər yaradır. Belə ki, Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun 20-ci maddəsi ilə sərbəst giriş üçün daim açıq olan yerlərdə qoyulmuş memarlıq, fotoqrafiya, təsviri sənət əsərlərinin surətinin müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı vermədən çıxarılmasına və ya kütləvi bildirişinə yol verilmir. Bu da öz növbəsində Azərbaycanı təbliğ edən bir sıra fotoların “Vikipediya”da yerləşdirilməsini mümkünsüz edir. Nəticədə şəhərlərimizin yenilənmiş görkəminin “Vikipediya” vasitəsilə dünyaya tanıdılması, müasir tikililərin, eləcə də, heykəl və digər bu kimi abidələrin fotolarının “Vikipediya”da sərbəst yayılması məhz Azərbaycan qanunvericiliyinə istinad edilərək məhdudlaşdırılır.

– Bəs bu sahədə başqa ölkələrdə vəziyyət necədir?

– Əslində, bu məhdudiyyət bütün keçmiş sovet respublikalarının müvafiq qanunvericilik aktlarında öz əksini tapsa da, onlardan bəziləri artıq informasiya məkanında öz ölkələrinin mövqeyini möhkəmləndirmək məqsədilə həmin qanuna dəyişiklik edərək, öz ölkələrinin ictimai yerlərindəki memarlıq və incəsənət nümunələrinin fotoşəkillərinin azad, yəni müəllif qonorarı ödəmədən istifadə edilməsinə icazə veriblər. Belə ki, 2010-cu ilin iyulunda Moldova, 2013-cü ilin mart ayında Ermənistan Respublikası və 2014-cü ilin oktyabrında Rusiya Federasiyası öz ölkələri ilə bağlı problemi aradan qaldırmaq üçün müvafiq qanunvericilik aktlarında dəyişiklik ediblər. Türkiyə qanunvericiliyində də belə bir məhdudiyyət yoxdur.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan dilində məqalə sayının artımına müəyyən mənada maneə yaradan amillərdən biri də Azərbaycan Milli Ensiklopediyası və Azərbaycan Sovet Ensiklopediyası müəllif hüquqlarının obyekti hesab edilməsidir. Bu səbəbdən onlardakı məqalələrin “Vikipediya”ya kopyalanması qadağandır və biz də “Vikipediya”da ölkəmizin qanunlarına riayət etməyə çalışırıq. Əgər bu ensiklopedik nəşrlər müəllif hüququ obyekti olmaqdan çıxarılarsa, yaxud onların müəllif hüquqlarını əlində saxlayan qurumlar bu hüquqlardan imtina edərlərsə, o zaman bu ensiklopediyalardakı on minlərlə məqalənin rəqəmsallaşdırılaraq “Vikipediya”ya yerləşdirilməsi mümkün olar. Belə bir imtina 2011-ci ildə Qazaxıstanda reallaşdırılıb və “Qazax Ensiklopediyası”ndakı 50 minə yaxın məqalə “Vikipediya”ya yüklənib.

– Bu məsələlərin həlli üçün hansısa bir təşəbbüs göstərmisinizmi?

– Qeyd etmək istərdim ki, biz bu il “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin yaradılmasına nail olmuşuq. Bu ilin sonuna kimi birliyin adından Azərbaycan Respublikasının Milli Məclisinə, Müəllif Hüquqları Agentliyinə və Mədəniyyət və Turizm Nazirliyinə müvafiq müraciətlər olunacaqdır. Ümid edirik ki, Azərbaycanı dünyanın ən populyar 5 saytından biri olan “Vikipediya”da təbliğ etmək üçün mövcud problemin aradan qaldırılmasında bu qurumlar öz dəstəklərini verəcəklər.

– “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi Vikimedia Fondunun ölkəmizdə rəsmi təmsilçisi hesab olunurmu?

– 2014-cü ildə, yəni İctimai Birliyin təsis edilməsindən 3 il əvvəl bizim aktiv vikipediyaçılarla birlikdə yaratdığımız “Azərbaycan vikimediaçıları istifadəçi qrupu” Vikimedia Fondunun daxili prosedurlarına uyğun olaraq tanınmışdı və bu tanınma hazırda da qüvvədədir. Yeni təsis etdiyimiz İctimai Birliyin də tanınması istiqamətində ciddi çalışırıq. Ümid edirik ki, qısa zamanda təşkilatımız rəsmi təmsilçi statusunu alacaqdır.

– Birliyin yaradılmasının azərbaycandilli “Vikipediya”ya ciddi təsiri olacaqmı?

– Əlbəttə. Birliyin yaradılması Azərbaycan vikicəmiyyətinin təşkilatlanma mərhələsi hesab olunur. Artıq “Azərbaycan Vikimedia Könüllüləri” ictimai birliyinin təşkilatçılığı ilə cari ilin 12-13 avqust tarixlərində Qax rayonunda “Vikipediyaçıların Yay Düşərgəsi” keçirildi. Yay düşərgəsi ölkəmizdə vikipediyaçıların bu istiqamətdə ilk böyük tədbiri idi. Tədbir yaxşı səmərə verdiyi üçün qış düşərgəsinin keçirilməsi barədə də düşünürük.

Bu il 21 mart – 31 may tarixlərində Mərkəzi və Şərqi Avropa dillərindəki “Vikipediya”larda paralel olaraq keçirilən “Vikibahar-2017” məqalə müsabiqəsində Azərbaycan barədə öz dilində ən çox məqalə yaradan vikipediyaçılara hədiyyələr söz vermişdik və bu yaxınlarda 8 ölkədən, o cümlədən, Belarus, Bolqarıstan, Gürcüstan, Polşa, Rusiya, Serbiya, Türkiyə və Ukraynadan olan vikipediyaçılara Azərbaycan şirniyyatları və Azərbaycan çayı göndərdik.

Bundan əlavə, istifadəçi qrupumuz yarandığı ilk günlərdən az-vikidə hər ay müxtəlif mövzularda məqalə müsabiqələri keçirir və qalibləri mükafatlandırır. Hazırda da bu fəaliyyət davam etməkdədir.

– Gənclərin “Vikipediya”da fəaliyyətinə stimul yaratmaq üçün nə etmək lazımdır?

– İlk növbədə ölkəmizdə Vikimedia hərəkatı kütləviləşdirilməlidir. Bu məsələdə isə ən böyük iş kütləvi informasiya vasitələrinin üzərinə düşür. Bu yerdə “Vikipediya”nın müsbət tərəflərinin, faydalarının təbliği, önə çıxarılması çox vacibdir. Gərək gənclərdə “Vikipediya”dakı məlumatların həmişə yanlış olması təəssüratı formalaşmasın. Əks təqdirdə onların “Vikipediya”ya töhfə vermək istəyini də məhdudlaşdırmış oluruq. Milli maraq və mənafe baxımından “Vikipediya”nı daim aktual və gündəmdə saxlamaq lazımdır. “Vikipediya”da təşkil olunan məqalə müsabiqələri barədə xəbərlər, xarici dil bölmələrində ölkəmiz haqqında yer almış həm müsbət, həm də yanlış informasiyalar işıqlandırılmalıdır. Bəzən bizə dezinformasiya kimi görünən məqalələr, əslində, məqaləni yazan şəxsin Azərbaycanın mövqeyini əks etdirən etibarlı və bitərəf mənbə tapa bilməməsinin nəticəsidir. Belə məqalələrin redaktə olunması üçün mənbələrin tapılmasında və “Vikipediya”da qarşı mövqedə olan istifadəçilərlə müzakirələrdə iştirak etmək üçün təkmil xarici dil biliklərinə malik insanların cəlb olunmasında bu tipli xəbərlərin yayımlanması böyük önəm kəsb edir.

– Ali təhsil müəssisələri “Vikipediya”ya nə cür töhfə verə bilərlər? Nəzərə alsaq ki, oxumaq, yazmaq və araşdırma aparmaq üçün ən potensial qüvvə bu müəssisələrdədir.

– Nümunə üçün deyim ki, rusdilli “Vikipediya”nın lokomotivləri müəllimlər və tələbələrdir. Məhz bu intellektual qüvvə hesabına rus bölməsi daim təkmilləşməkdədir. Mən bir məqama da diqqət çəkmək istərdim. Çox yaxşı olardı ki, ali təhsil müəssisələrində kurs və diplom işlərinin mövzuları daha çox milli məsələlərə həsr olunsun. Eyni zamanda, intellektual təfəkkürün və ciddi araşdırmaların məhsulu olan bu materiallar bir müddət sonra məhv edilmək üçün universitetlərin arxivlərinə deyil, ensiklopedik formata salınmaqla “Vikipediya”ya yerləşdirilsin. Gələcək nəsillər də bu materiallardan yararlansın, azərbaycandilli “Vikipediya” da daim təkmilləşsin. Bu məsələ vətəndaş borcuna, müəllim məsuliyyətinə, tələbə öhdəliyinə çevrilsin.

Comments are closed, but trackbacks and pingbacks are open.