Vilayətin ilk şəhidi
Pedaqoji kolleci bitirməsinə baxmayaraq, hərbiyə olan marağı, həvəsi onu Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist işləməyə gətirib çıxarır. Daha sonra isə Arəstə Baxışova tibbi kurs keçir və Beyləqandakı hərbi hissədə tibb bacısı işləməyə başlayır.
Vilayətin ilk şəhidi
Fevralın 22-si Azərbaycanın Qarabağda verdiyi ilk şəhidlərinin anım günüdür. Modern.az saytının məlumatına görə, bu gün Əsgəranda Əli Hacıyev və Bəxtiyar Quliyevin şəhid olmasından 25 il ötür.
İlk şəhidlər
1988-ci ildə Sovet İmperiyasının rəhbərləri tərəfindən himayə olunan Ermənistan Azərbaycana qarşı torpaq iddiasına başladı. Bu iddia bir ssenari ilə həyata keçirilidri.
1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edildi. Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olundu. Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirdilər.
Belə bir məqamda Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olur, SSRİ rəhbərliyindən ədalətsizliyə son qoyulmasını tələb edirdi. Fevralın 21-də minlərlə azərbaycanlı ermənilərin əsassız issialarına etiraz etmək üçün Ağdamın mərkəzində toplaşdı. Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar kütlə halında Əsgərana doğru hərəkət etdi. Yürüş edənlərin məqsədi dava salmaq yox, yaranan anlaşılmazlığa son qoymaq idi.
Əli ilə Bəxtiyar da mitinqçilər sırasında idilər və haqsızlığa qarşı var səsləri ilə hayqırırdılar. Azğın düşmən tərəfindən mitinqçilərə doğru açılan qəfil atəşlə Əli və Bəxtiyar şəhid edildilər.
Bu gün o hadisədən bizi 25 il ayırır.
Modern.az saytı Bəxtiyarın anası ilə bir müddət əvvəl danışıb söhbəti saytda yayımlamışdı. Azərbaycanın ilk şəhidlərinin anım gününü nəzərə alaraq, həmin reportajı yenidən təqdim edirik.
Ağdam üç nəslin xatirəsində
İyirimi ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyü pozulub. Qarabağ və ona bitişik yeddi rayon erməni işğalı altındadır. Çox uzun vaxtdır. Bu müddət ərzində “şuşalıyam, ağdamlıyam” deyib Şuşa, Ağdam barədə təəssüratı yalnız valideynlərinin nağıla bənzər söhbətlərindən əldə edən nəsil formalaşıb. Baba, nənə doğulduqları Şuşada, Laçında, Kəlbəcərdə ölmək istəyir, 5-6 yaşlı nəvə isə “oralarda erməni var, ora getməyək” deyir.
Dəhşətli fərqdir.
Modern.az saytı işğal olunmuş bölgələrin üç nəslinin nümayəndələrindən (baba, nənə, övlad və ya nəvə) işğal olunmuş bölgə barədə münasibət öyrənir.
İndi müsahiblərimiz Ağdamlılardır, onlardan eyni sorğuya cavab istədik.
Ağdamın işğalı ilə bağlı bu dəfə də üç nəslin cavabını bilmək üçün yollandıq 12 nömrəli qaçqın yataqxanasına. Elə təzəcə çatıb ağdamlı ailə axtarırdıq ki, həyətdə oturan qadınlar bizə sarı gələn yaşlı bir qadını göstərib dedilər ki, bu ana da ağdamlıdır , özü də Qarabağın ilk şəhidi onun oğludur. Ona yaxınlaşıb haradan gəldiyimizi, məqsədimizi və onunla bir az söhbət etmək istədiyimizi desək də bizi özünə yaxın buraxmaq istəmədi. Dedi ki, mənim dərdimi siz başa düşə bilmərsiniz. Küskünəm, illərdir bu mövzuda heç kimlə danışmıram. Siz nə biləsiniz ki, mənim ürəyimdə, qarnımda nə dərdlər gəzdirirəm. Danışdıqca Səlimə xanımın yanaqlarından göz yaşları süzülürdü. Bir təhər ürəyi dərdli Səlimə ananın qəlbinə yol tapıb bizimlə söhbət etməyə razı saldım.
Ağdamda iki ermənini “sürüyən” ana
Səlimə ana əslən ağdamlıdır. Orada böyüyüb başa çatıb və orada da ailə həyatı qurub. Deyir ki, yoldaşı , xüsusi ilə də oğlu rəhmətə gedənə kimi Ağdamda çox xoşbəxt ailə həyatı yaşayıb. “Ağdam şəhərinin internat məktəbində aşpaz işləyirdim . Həyatımda hər şey öz qaydasında gedirdi. O zaman 5 uşaq anası idim. 1988-ci il bir gün oğlum Bəxtiyarın ölüm xəbəri gəldi. Elə o gündən ürəyimin işığı söndü. Onlar Əsgərana yürüşə gedəndə fevral ayının 22-si ermənilər onu 5-ci mərtəbədən vurub. Mən heç nə edə bilmədim. O zaman onun 16 yaşı var idi. İndi siz gəldiniz deyə danışdım, mən bu barədə heç kəslə danışmıram. Oğlumun axır son sözləri bu oldu: “Məni axtarma, gedirəm ölməyə. Gedək görək ermənilər nə deyir bizə”. Eşitsinlər, görsünlər ki, indi Qarabağın ilk şəhidinin anası harada yaşayır. Deyirəm ki, dərdimi təzələməyin yeri yoxdur. Danışandan sonra 3 gün özümə gələ bilmirəm. 26 ildir ki, yetim saxlayıram ta məndə nə ürək olacaq? Ağdamdan 1993-cü il iyulun 23-də çıxmışam. Vətənimdən, şəhərimdən çıxmırdım. Hərbiçilərimiz məni məcbur çıxartdılar. Dedim ki, çıxmıram oğlum harada məndə orada. Ana-bala oğlumla son anadək ikimiz qalmışdıq. 4 qızımı isə Bakıya bacımgilə göndərmişdim. Ürək eləmirdim ki, çıxam. Bəxtiyarı qoyub necə gələrdim? Qaçqın gələndən sonra bacım gildə qaldıq, bacım gildə icra hakimiyyətinin əli ilə bizi yığdılar buraya”.
Oğlunun ölümü şəhid anasına rahatlıq vermir. Ürəyindəki yanğını yalnız iki ermənini qanına qəltan eləməklə soyuda bilib.
“Nələr görmüşəm nələr! 60 yaşım var, amma gör nə gündəyəm. Çünki hamısını gözlərimlə görmüşəm. Bax, Ağdam mənim yadımda bu cür qalıb.
Mənim rayonda ürəyim qalıb. Evimin işığı, ürəyimin başı oradadır. Nə qədər yatsam, yesəm, içsəm də, mənim qəlbim Ağdamdadır. Rayonumuzda günümüz lap yaxşı keçirdi. Kaş ki, Ağdamda qalardım. Hər şey bugünkü kimi yadımdadır. Ən çox oğlumun oxuduğu məktəb xatirəmdən çıxmır. Kaş ki, bir quş olub qalxaydım havaya gedəydim. Qəbiristanlığı gəzib gələydim. Amma internetdə baxıram qəbiristanlıq yoxdur, dağıdıblar. Qarabağın ilk şəhidinin qəbrini sağ qoymazlar. Ağdamsız çətin olsa da oranı unutmaq da çətindir. Bazarı, xəstəxanası, məscidi, çörək zavodu hələ də yadımdadır. Erməninin içində olmuşduq. Bazarımız, dükanımız, şəhərimiz bir idi. Erməni ilə gedirdik, qayıdırdım. Niyə qorxmalıydım ki, onlardan. Bundan sonra nə torpaq veriləsidir, nə torpaq görəsiyəm, nə də gedib Bəxtiyarı tapasıyam, nə də ki, evimi. Deyir üzümə bax xəbər al. Ağdam çox gözəl yer olub ay bala”.
Səlimə ana deyir ki, hazırda heç kim gəlib demir ki, ay ana, hardasan, necə yaşayırsan.
“Məni axtaran yoxdur. özüm də elə bir insanam ki, gedib heç kimə deyə bilmərəm ki, Bəxtiyarın adına mənə hörmət et, ev ver, kömək et. Çünki oğlumun ruhuna hörmət edirəm. Mir Şahin Ağayev televiziyada deyirdi ki, Bəxtiyarın ,Əlinin anasını niyə tapmırsınız? Azərbaycanın ilk qanı onlar olublar. Dərmanlarla yaşayıram, şəkər xəstəsiyəm. 120 kq çəkidən bu qalıb məndə”.
“Ermənilər bir gün atmayanda darıxırdıq”
Samirə Quliyevanın hazırda 32 yaşı var. Ağdam alınan zaman isə 11-12 yaşlarında olardı. Şəhid bacısı qardaşının ölümünü xatırlamasa da Ağdam alınan zaman göydən gələn aramsız güllə yağışını heç vaxt unutmayacağını deyir. “O zamanlar uşaq idim. Xoş günlərimiz çox olub. Nənəm gilin qəşəng kəndi var idi. Ağdam şəhərindən həmişə yayda dincəlmək üçün ora gedirdik. Məktəbdən də hər yay bizi Abdalgülablıya istirahətə aparırdılar. Meşədə çadır qururduq, orada qalırdıq. Amma bu xoş xatirələrdən çox qaçqın düşdüyümüz günlər yaddaşımda qalıb.
Qaçaqaçda Ağdamdakı evimizin binasının zirzəmisinə girib gizləndik. Orada şam yandırarkən gördük ki, zirzəminin divarlarında erməni sözləri yazmış, xaç şəkli çəkmişdilər. Yəni altdan-altdan işlərini həmişə görürdülər. Baxırdıq ki, ermənilər Xaçlı kəndi bombalayır. Uşaq idik, ağlımız kəsmirdi ki, gəlib bizi də öldürərlər. Çıxıb güllələri sayırdıq. Xocalı hadisəsi olandan sonra yaralıları, meyitləri gətirəndə biz görürdük. Yadımdadır, onda məktəbdə oxuyurduq. Hamımız eyni hadisələri yaşayırdıq, amma qorxmurduq. Qaçaqaçda çox zülmlər çəkmişəm. Bakıda qala bilmirdik, darıxırdıq. Amma yavaş-yavaş öyrəndik. Mənim də xatirəmdə Ağdam belə qalıb”.
Ağdam çox uzaq yerdir
Səlimə ananın nəvəsi Nəzrin Quliyeva isə 3-cü sinifdə oxuyur. Milli qəhrəmanlarımızdan Qarabağın ilk şəhidlərindən olan Əlini tanıdığını deyir. “Ermənilər qardaş-bacılarımızı, ana-atalarımızı öldürüb, şəhid ediblər. Ağdam çox uzaq yerdir. Bütün rayonlardan gözəl yerdir. Ora havasıyla, torpağıyla təmiz olub.
Əgər ermənilər olmasaydı, Ağdama getmək istəyərdim. Çünki gedən kimi ermənilər atırlar. Ermənilər gücsüz olur, amma bizim əsgərlər güclü və savadlı olur. Onlar pisliyə qaçırlar, amma bizim əsgərlər yaxşıya qaçır. Ona görə də təriflənir”.
12 nömrəli qaçqın yataqxanasında yaşayan Samirin ailəsi isə Ağdamın Şıxbabalı kəndindəndir. 7-ci sinif şagirdi Samir deyir ki, atası evdə arabir Ağdamdan danışır. “Atam kəndlərindən, mal-heyvan saxlamalarından danışır. Amma Ağdama getmək istəmərəm. Çünki Bakı yaxşı yerdir. Ağdamın alınmayan kəndləri var ki, atam deyib ki, ora məni futbol oynamaq üçün aparacaq. Ağdamın işğalı günü isə yadımda deyil”.
Şahanə Rəhimli
Elçin Ağayev
Vilayətin ilk şəhidi
“Vətən uğrunda şəhid olacamsa, o mənim qürurumdur, o mənim başımın ucalığıdır”
Torpaq-əgər uğrunda ölən varsa, Vətəndir!
Vətən anadır, bizim varlığımız, soykökümüz, fəxrimiz, qürurumuzdur. Oğuz igidləri “Vətən haqqı ana haqqıdır” kəlamı ilə Vətəni ana ilə bərabər tutur və onu göz bəbəyi kimi qorumağı özünün ən müqəddəs vəzifə borcu bilir.
Vətənin müdafiəsi, üçrəngli bayrağımızın və torpaqlarımızın bütövlüyü, azadlıq və istiqlaliyyəti uğrunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. Birinci və ikinci Qarabağ müharibələrində xalqımızın neçə-neçə vətənpərvər, cəsur, mərd oğulları, qızları Qarabağımızın hürriyyətə qovuşması üçün qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldılar. İkinci Qarabağ müharibəsində qazanılan zəfərimizdə, 30 il sonra geri alınan torpaqlarımızın hər qarışında igidliklə vuruşaraq şəhid olan 3000-ə yaxın şəhidimizin qanı, hər birinin fərqli qəhrəmanlıq salnaməsi vardır.
Vətən uğrunda mübarizədə şəhidlik məqamına ucalmaqla ölümsüzləşən 44 günlük Vətən müharibəsinin ilk xanım şəhidi hərbi tibb qulluqçusu Arəstə Baxışovadır.
Arəstə Baxışova 4 may 1989-cu ildə Xaçmaz şəhərində anadan olmuşdu. O, 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil almışdı. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecinin “İngilis dili” ixtisasını bitirmişdi.
Fövqəladə Hallar Nazirliyində çalışan atası baş leytenant Kərim Baxışov Çernobıl faciəsi zamanı xilasetmə əməliyyatlarında əlil olur. Atasını Çernobıl qəzasında törəyən şüa xəstəliyinə qurban verərkən Arəstənin hələ 4 yaşı var idi. Arəstə uşaqlıqdan hərbiçi olmaq arzusu ilə böyümüş, tez-tez atasının hərbi paltarını geyinər və mən də hərbiçi olacağam deyərmiş. Vətənə olan sevgisi, kiçik yaşda hərbiçi olmaq xəyalı müharibənin başlanması ilə sanki Arəstəni bu arzusuna yaxınlaşdırırdı.
Pedaqoji kolleci bitirməsinə baxmayaraq, hərbiyə olan marağı, həvəsi onu Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist işləməyə gətirib çıxarır. Daha sonra isə Arəstə Baxışova tibbi kurs keçir və Beyləqandakı hərbi hissədə tibb bacısı işləməyə başlayır.
Vətən müharibəsinin başladığı 27 sentyabr günü hərbi formada evə gəlib anasına: “Mən könüllü cəbhəyə yazılmışam və ordumuzun yaralı əsgərlərinə köməyə gedirəm”deyir.
Arəstə mərd, cəsur qadın idi, ölümdən qorxan qız deyildi. Məhz elə buna görə də Vətən müharibəsi başlayanda könüllü olaraq döyüş bölgəsinə yollanır. Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı əsgərlərimizə döyüş meydanındaca tibbi yardım göstərir və onların həyatını xilas edir.
Onun üçün Vətən hər şeydən doğma və uca idi. Qüdrətli Ordumuzun Ali Baş Komandanının döyüş əmrini qələbə ilə başa çatdıracağına adı qədər əmin idi. Tezliklə qələbənin bizim olacağına son nəfəsinədək güvənirdi. Anası ilə telefon danışığı zamanı Arəstənin dediyi bu sözlər qəhrəmanlıq salnaməsi yazan Azərbaycan Ordusunun zəfər səsi, qalibiyyət nəğməsi kimi səslənir: “Narahat olmayın hər şey qaydasındadır, tezliklə qələbə bizim olacaq. Ordumuzda elə ruh yüksəkliyi var ki, o qədər könüllü gənclərimiz, canla-başla döyüşən əsgərlərimiz var ki. ”- Bu onun ən çox işlətdiyi sözlər idi.
O, 12 iyul 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə operator vəzifəsində xidmət etmişdi. Ölümündən 1 ay əvvəl mətbuatdakı çıxışında demişdi: “Oğlum Mərdanın 11 yaşı var. O da ordumuzla qürur duyur. O da hərbçi olmaq niyyətindədir. Varlığımla inanıram ki nəinki mənim oğlum, hətta çağırış yaşlılarımız da işğaldan azad edəcəyimiz torpaqlarda xidmət edəcəklər”.
Qarabağın azad olunmasına şahid ola bilmədi, şəhadət məqamına yüksəldi Arəstə! Arzuları vari idi. Övladlarının İngiltərənin Oksford universitetində oxumağını istəyirdi. Namərd düşmən gülləsi aman vermədi onun arzularının gerçəkləşməsinə. Oktyabrın 23-də Qubadlıda gedən döyüşlər zamanı növbəti dəfə yaralı əsgərlərimizi atışma bölgəsindən çıxaranda aldığı güllə yarasından qəhrəmancasına şəhid olur Arəstə! Vətənini, torpağını, cəbhə yoldaşlarını xilas etmək üçün ölümsüzlüyə qovuşdu, canını fəda etdi!
Arəstə hər zaman övladları ilə fəxr edirdi. Bu gün anasının hərbi papağını qürurla başında daşıyan oğlu Mərdan və qızı Zəhra indi onunla fəxr edirlər. 4 yaşından taleyinə yetimlik yazılan, atasız böyüyən xanım şəhidimizin indi övladları ana həsrəti ilə böyüyür. Arəstə şəhid olacağını sanki əvvəlcədən hiss etmişdi. Ölümündən beş gün əvvəl anası ilə söhbətində “mənə bir şey olarsa, iki övladım da sənə əmanətdir. Onlara anasızlığı hiss elətdirmə. Bu günədək mənim üçün etdiklərini, çəkdiyin əziyyətləri halal eylə” deyərək anasından halallıq istəmişdi. 11 yaşlı oğlu Mərdana son vəsiyyəti isə: “nənənin sözündən çıxmayın, dərslərinizi yaxşı oxuyun və bacına yaxşı bax” sözləri olub.
“Aslanın erkəyi dişisi olmaz” məsəlini əməli, cəsurluğu ilə sübut edən Arəstə Baxışova Azərbaycan qadınlarının mərdlik simvoluna çevrildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı və 2021-ci il mayın 12-də isə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edildi. Əsl hərbçi, əsl şəfqət bacısı, tibb qulluqçusu, qorxmaz, kişi əzimli qəhrəman şəhidimizin büstü isə gənc heykəltəraş Müstəqil Babayev tərəfindən hazırlanıb.
Şəhidlərimzin qanları, canları hesabına geri qaytarılan torpaqlarımızı və onların bizə əmanət etdikləri yadigarlarını, övladlarını göz bəbəyimiz kimi qorumaq bizim vətəndaşlıq, insanlıq borcumuzdur. Vətən, xalq yolunda canını fəda edən, həyatını qurban verən igid oğullarımız və qızlarımızla fəxr edir, qürur duyuruq! Onlar öz vətənpərvərlik borclarını qətiyyətlə, böyük əzmlə yerinə yetirdilər. Şəhidlərimizin qanı ilə alınan torpaqlarda bu gün üç rəngli bayrağımız qürurla dalğalanır. Vətən uğrunda şəhidlik məqamına yüksələn şəhidlərimizin qəhrəmanlıqları, fədakarlıqları heç zaman unudulmayacaq. Onlar Azərbaycan xalqının əbədi yaşar ölməz qəhrəmanlarıdır.
Günel Əsgərova,
AMEA Naxçıvan Bölməsinin dissertantı
Vilayətin ilk şəhidi
Bəşər tarixində ilk şəhid Həzrət Adəmin (ə) oğlu Həzrət Habildir (ə). Əbədi ölməzlik və kamil şəhidlik zirvəsi isə İmam Hüseynə (ə) məxsusdur.
- 2.Axirət baxımından şəhidlik (Şəhidi-uxrəvi). Onlar kamil şəhidliyin tələb etdiyi şərtlərdən birinin olmaması səbəbilə yuyulub kəfənlənəndən sonra dəfn edilənlərdir. Suda boğulanlar, yanğın və uçqunda ölənlər, elm uğrunda və tibbin aciz qaldığı xəstəlik səbəbindən dünyasını dəyişənlər və s.
Peyğəmbərimiz (s) də şəhidlik mərtəbəsinin ucalığına işarə edərək buyurmuşdur: “Allaha and içirəm ki, Onun yolunda döyüşüb öldürülməyi, sonra dirildilib yenə öldürülməyi, sonra təkrar-təkrar dirildilərək öldürülməyi nə qədər də çox istəyirəm”.
Şəhidlik, eyni zamanda, insanın edə biləcəyi ən yaxşı əməldir ki, bunun vasitəsilə günahları bağışlanıb axirət səadətinə qovuşa bilər.
Şəhadət məktəbində şəhid olan insanları Allah yüksək qiymətləndirir. Dinimizdə təcavüzlə şəhid adı almaq mümkün deyil. Bir şəxs ki, digər ölkələri zəbt edərkən həlak olur, onu şəhid adlandırmaq olmaz. İslamın bu cür hərəkətlərə rəğbəti yoxdur.
Böyük Türk milləti “Ölsəm şəhid, qalsam qazi”, “Torpaq – uğrunda ölən varsa, Vətəndir” şüarları ilə tarixdə zəfərlər qazanmışdır. Tarix boyunca şəhidlik xalqımızın mənliyində yaşayan yüksək əxlaqi keyfiyyət olmuşdur. Xalqımız Vətən və müqəddəs dəyərlər naminə həmişə döyüşmüş, bu yolda ölməyi yaşamaqdan üstün tutmuşdur.
Ulu babalarımız döyüşə gedərkən şəhid olmaq üçün Allaha yalvarırdılar, bu uca məqama nail olmadıqda isə qəhrəmanlıq şərəfi ilə təsəlli tapırdılar. “Şəhadət şərbətini içmək” onların sarsılmaz imanı idi.
Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yaşatmaq, ruhlarına dualar oxumaq hər azərbaycanlının vətəndaş borcudur.
Comments are closed, but trackbacks and pingbacks are open.