Press "Enter" to skip to content

Vitaminlər

Saglamolun.Az

Vitaminlərin orqanizmdə rolu

İnsan orqanizminin normal fəaliyyəti üçün orqanizmə daim müxtəlif maddələr daxil olmalıdır – zülallar, yağlar, karbohidratlar, müxtəlif makro- və mikroelementlər, vitaminlər və s.

Vitaminlərin orqanizmdə rolu çox böyükdür, onlar müxtəlif proseslərdə aktiv iştirak edir. Orqanizmin vitaminlərə olan gündəlik tələbatı çox da böyük deyil. Lakin hətta hər hansı bir vitaminin çatışmazlığı müxtəlif pozulmalara səbəb ola bilər. Vitaminlərin orqanizmə daxil olması pozulduqda hipovitaminoz, vitaminlərin daxil olması tam kəsildikdə isə avitaminoz inkişaf edir. Hər ikisi insanın sağlamlığı üçün ziyanlıdır.

Orqanizm vitaminlərin əksəriyyətini sintez edə bilmir və bu o deməkdir ki, vitaminlər orqanizmə daim xaricdən daxil olmalıdır. İnsan sağlamdırsa və tamdəyərli qidalanırsa, bu insanın vitaminlərlə tam təmin olması üçün kifayət edir.

Lakin bəzi xəstəliklər zamanı (mədə-bağırsaq sistemi xəstəlikləri, mübadilə proseslərin pozulmaları və s.), xəstəlikdən sonra bərpa dövründə, uşaqlarda aktiv inkişaf dövrlərində, hamiləlik zamanı və s. vitaminlərin orqanizmə daxil olması kifayət etməyə bilər. Bu halda həkim vitamin-mineral komplekslərin birini təyin edə bilər. Belə kompleksləri yalnız həkimin məsləhəti ilə qəbul etmək olar. Məsələ burasındadır ki, artıq miqdarlarda orqanizmə daxil olan vitaminlər (buna “hipervitaminoz” deyilir) orqanizmə ziyan gətirə bilər.

Elmdə 20-yə yaxın vitamin tanınır. Bu vitaminlərin orqanizmdə funksiyası öyrənilib. Vitaminlərin bir hissəsi suda, digərləri ilə yağda həll olunur. Suda həll olunan vitaminlər bunlardır – B qrupu, C, H, PP. Yağda həll olunan vitaminlər isə bunladır – A, D, F, E, K. Bunu bilmək çox vacibdir. Bunu bilən insan vitaminlərin normal mənimsənilməsini təmin edə bilər. Belə misal gətirmək olar. Bildiyimiz kimi, bir çox sarı, qırmızı, yaşıl tərəvəzlərdə A vitamini var. Bu vitaminin normal mənimsənilməsi üçün yağ lazımdır. Məsələn, tərəvəz salatlarına mütləq bitki yağı əlavə etmək, tərəvəzdən qidaları hazırladıqda yağ əlavə etmək lazımdır.

Suda həll olunan vitaminlər orqanizmdən tez xaric olunur və burada yığılmır. Bu səbəbdən bu vitaminlər orqanizmə hətta lazım olandan artıq miqdarlarda daxil olduqda bu əksər hallarda hipervitaminozun inkişafına səbəb olmur.

Yağda həll olunan vitaminlər isə orqanizmdən daha gec xaric olunur və artıq miqdarlarda daxil olduqda orqanizmdə (xüsusilə qara ciyərdə və piy toxumasında) yığılır. Bu isə sağlamlıq üçün təhlükəli sayılır.

Belə ki, hamilə qadının orqanizminə A vitamini artıq miqdarlarda daxil olduqda, bu döldə müxtəlif pozulmaların inkişafına səbəb ola bilər. Lakin onu da bilmək lazımdır ki, normal adi qidalanma hipervitaminozun inkişafına səbəb olmur. Hipervitaminoz vitamin-mineral komplekslənin nəzarətsiz olaraq qəbulunun nəticəsində inkişaf edə bilər.

Saglamolun.Az

Vitaminlər

A vitamini – bu vitamin orqanizmin toxumalarının çoxalmasına, boyun artmasına şərait yaradır və orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Deməli, A vitamini insanın həm bətndaxili, həm də doğulandan sonra normal inkişaf etməsi üçün vacibdir.Bu vitamin kərə yağı, pendir, yumurta sarısı, ciyər və balıq yağında daha çox olur. Bir çox meyvə və tərəvəzdə (yerkökü, kahı, soğan, şüyüd, pomidor ərik və itburnu) xüsusi maddə olan karotin vardır ki, bu da insan orqanizmində A vitamininə çevrilir.

B qrupu vitaminləri: B qrupu vitaminləri həm heyvan, həm də bitki mənşəli məhsullarda olur. B qrupu vitaminləri B1, B2, B5, B6, B9, B12, B15 və s. dən ibarətdir.
B1 — Ağ çörək və ağ undan hazırlanan məhsullardan istifadə edənlər yetəri qədər B1 vitamini almırlar. Eyni zamanda ərzaqları uzun müddət qaynatdıqda, bu vitamin parçalanır. B1 vitamini çatışmadıqda ağız qırağında çatlar əmələ gəlir. Eyni zamanda boyartma ləngiyir, mədə — bağırsaq pozuntuları əmələ gəlir.Əlbəttə, qeyd etdiyimiz xəstəliklər başqa səbəblərdən də qaynaqla bilər.
B2 — Bu vitamin qaraciyər,ət, balıq, qarğıdalı, toyuq, buğda, süd və yumurtada olur. Deməli, insan gündəlik normal qidalandıqda bu vitamini alır. Bu vitamin çatışmadıqda, ağızda və gözdə xəstəliklər meydana çıxır. Hər hansı bir əsəb sakitləşdirici dərmanlar da bədəndə bu vitaminin azalmasına səbəb olur.
B6 – toyuq, böyrək, qaraciyər, yumurta, düyü, obya, fındıq, fıstıq,banan və kartofda olur.
Folikasit və yaxud B9 – Çörək, düyü, qarğıdalı, yaşıl yarpaqlı tərəvəzlər, ispanaq, noxud, mərciməkdə var. Folikasit onurğanın inkişafı üçün vacıbdır. Mütəxəssislər ana olmağa hazırlaşan qadınların diqqətini bu məsələyə cəlb etmək istəyirlər ki, folikasitin çatışmamazlığı körpələrdə onurğanın inkişafdan qalması və ya beyin xəstəliklərinə səbəb olur.

E vitamini – insan orqanizminin əsas ehtiyaclarından biri də bu vitamindir. E vitamini çox zərifdir. Əsasən yağlarda olan bu vitamin, yağı çox isitdikdə parçalanıb aradan gedir. Buna görə də məsləhətdir ki, gündəlik tərəvəz salatlarını E vitamini ilə zəngin olan zeytun yağı ilə yeyəsiniz. Yemək bişirəndə də soğanı bu yağda çox qızartmayın ki, E vitamini itməsin. Bu vitamin əsasən, buğda, zeytun yağı, soya yağı, balıq, qoz, fındıq, kərə, pomidor, qarğıdalı yağı, ispanaq yumurta sarısı, böyrək və qaraciyərdə olur. E vitamini ehtiyacını ödəmək üçün:
1) Tərəvəzi qızartmadan və qaynatmadan yeyin
2) Həftədə ən azı 2 dəfə balıq yeyin
3) Həftədə ən azı 2 dəfə noxud, mərci yaxud lobyadan istifadə edin.

D vitamini-bu vitamin ancaq heyvan mənşəli məhsullarda olur. D vitamini kalsium ilə fosforun mübadiləsində böyük əhəmiyyət kəsb edir. Bu vitaminin çatışmamazlığı ümumi zəiflik, sümük və əzələlərdə ağrılar yaradır. Ən çox balıq yağı, yağlı pendir, kərə, yumurta sarısı, inək ciyəri və balıq kürüsündə olur. Günəş altında gəzməklə də bu vitamini almaq olur.

C vitamini – Askorbin turşusu dəmirin bağırsaqlardan sovurulmasında, bədənin mikroblara qarşı müqavimətinin artmasında rolu olan bir elementdir. Gün ərzində insana 100 – 200 mq C vitamini lazımdır. Bu vitamin təzə meyvələrdə, tərəvəz və giləmeyvələrdə (göy soğan, kələm, kahı, pomidor, çiyələk, itburnu, limon, portağal, alma, qırmızı və yaşıl bibər) çoxlu miqdarda olur.

K vitamini — qan laxtalanması prosesində çox böyük rol oynayır. Bu vitamin ən çox ət, qara ciyər, iribuynuzlu heyvanların böyrəkləri, yerkökü, cəfəri, balıq, pomidor və göy noxudda olur.

Kalsium – diş və sümüklərin inkişafı üçün zəruridir. Kalsiumla zəngin olan qida maddələri bunlardır: süd, qatıq, ayran, göy – göyərti və s.
Dəmir – insan orqanizminə lazım olan ən vacib elementlərdəndir. Dəmir azlığını aradan qaldırmaq üçün qan yaradan qidalar olan bəhməz, quru üzüm, alma, qırmızı ət, yumurta və quru paxlakimiləri misal göstərmək olar. Dəmir tərkibli dərmanı heç vaxt südlə içməyin! Çünki süd dəmirin bədənə cəzb olunmasını gecikdirir

Sağlam və gümrah olmanız diləyi ilə.

Vitaminlər haqqında

Comments are closed, but trackbacks and pingbacks are open.