Press "Enter" to skip to content

Vəli axundov


Qabaqcadan planlaşdırılmayan 1-ci katib seçimi

Tarixçi alim bildirir ki, Vəli Axundovun Azərbaycan KP MK-nın birinci katibi seçilməsi qabaqcadan planlaşdırılmamışdı. Lakin 1959-cu ilin payızında Sov.İKP MK-nın partiya orqanları ilə iş şöbəsi müdirinin müavini general İ.Şikin başda olmaqla Moskvadan Azərbaycana göndərilən yoxlama brigadsı respublikanın altını üstünə çevirmişdi. Bu yoxlamada əsas məqsəd millətçiliyin güclənməsi ilə bağlı faktları aşkara çıxarmaq idi.

Вали Ахундов – Vali Akhundov

Вели Юсиф оглы Ахундов ( Азербайджанское : Vəli Юсиф oğlu Ахундов , 14 мая [ OS 1 мая] 1916 – 22 августа 1986), также произносится как Вели Ахундова , был 10 – й Первый секретарь из Коммунистической партии Азербайджана , политика и ученого.

  • 1 Ранняя жизнь
    • 1.1 Первый секретарь Коммунистической партии

    Ранний период жизни

    Ахундов родился в Баку , в Баку губернаторства в Российской империи в 1916 году В 1941 году окончил Азербайджанский государственный медицинский институт и закончил свои исследования в 1964 году получив степень доктора медицинских наук и получения звания профессора и академика в 1964 году и 1966 г. соответственно. С 1946 по 1949 год Ахундов был председателем комитета профсоюза медицинских работников. В 1949 году он был назначен заместителем министра здравоохранения Азербайджанской ССР, а в 1953 году покинул пост заместителя председателя ЦК Коммунистической партии Азербайджанской ССР, а в 1954 году был назначен министром здравоохранения Азербайджанской ССР. он проработал до 1958 года. Ахундов был председателем Совета министров в течение одного года и в конечном итоге был назначен первым секретарем ЦК Коммунистической партии Азербайджанской ССР, и занимал эту должность до 1969 года, когда его сменили. от имени Гейдара Алиева .

    Первый секретарь Коммунистической партии

    Вели Ахундов сменил имама Мустафаева, который занимал пост первого секретаря с февраля 1954 по 1959 год. За свою карьеру Ахундов был обвинен в экономическом кризисе и коррупции . В середине 1960-х годов число этнических азербайджанцев в аппарате Коммунистической партии Азербайджана выросло до 61%, однако многие ключевые посты по-прежнему занимали этнические русские и армяне. В Азербайджане Ахундову приписывают отказ от притязаний Армении на Нагорно-Карабахскую автономную область в 1965 году, когда он находился у власти.

    После завершения политической карьеры Ахундов занимал пост вице-президента Национальной академии наук Азербайджана до 1972 года. Затем он был директором Института вирусологии , микробиологии и гигиены до своей смерти в 1986 году.

    Награды

    За свою политическую и научную деятельность Ахундов был награжден орденами Ленина , Красной Звезды , Отечественной войны, а также другими орденами и медалями.

    Рекомендации

    Партийно-политические офисы
    Предшественник
    Имама Мустафаева
    Первый секретарь ЦК Компартии Азербайджана
    1959–1969 гг.
    Преемник
    Гейдара Алиева

    Эта статья об азербайджанском политическом деятеле – незавершенная . Вы можете помочь Википедии, расширив ее .

    Vəli axundov

    1-05-2016, 11:59

    Akademik Vəli Axundov – 100

    Azərbaycanın görkəmli alimi və dövlət xadimi, xalqımızın yetirdiyi parlaq şəxsiyyətlərdən biri olan akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 ili tamam olur.
    Vəli Axundov kimi gözəl insan, nəhəng şəxsiyyət haqqında yazmaq, onun həyatını bütün dolğunluğu ilə işıqlandırmaq çox çətindir. Onun ziyalılığına, mədəniyyətinə, öz xalqına məhəbbətinə vurğun olmamaq mümkün deyil. V.Axundovu tanıyanların dediyinə görə, onunla hər görüş insana mənəvi zövq verirdi, yüksək erudisiyası, dərin məlumata malik olması, faktları təhlil etmək, qiymətləndirmək bacarığı insanı heyran edirdi.
    Vəli Yusif oğlu Axundov 14 may 1916-cı ildə Bakının Saray kəndində anadan olmuş və böyük həyat yolu keçmişdi. İlk təhsilini kənd məktəbində alan, sonra fabrik-zavod məktəbini, sənət məktəbini, Bakı Sənaye Texnikumunu bitirən gənc 1937-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş, təhsil illərində həm də İctimai elmlər kafedrasının laborantı, “Tibbi kadrlar uğrunda” qəzetinin redaktoru və komsomol komitəsinin katibi vəzifələrində çalışmışdı. Ali məktəbi bitirdikdən sonra, 1941-ci ildə hərbi xidmətə çağırılan və Böyük Vətən müharibəsində iştirak edən V.Axundov cəbhədə 20-ci atıcı diviziyanın tərkibində sıravi həkimlikdən xüsusi tibbi-sanitar batalyonunun komandiri vəzifəsinə qədər yüksəlmiş, Rusiya, Belarus, Almaniya və Çexoslovakiya ərazilərində gedən döyüşlərdə iştirak etmişdi. Öz borcunu şərəflə yerinə yetirdikdən sonra o, 1946-cı ildə ordudan tərxis olunaraq Bakıya qayıtmış, Tibb İnstitutunun Tibb tarixi kafedrasında assistent, Elmi Tədqiqat Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunda elmi işçi, daha sonra direktor vəzifələrində çalışmışdı.
    Elmi fəaliyyətini ictimai-siyasi fəaliyyəti ilə bacarıqla uzlaşdırma qabiliyyəti Vəli Axundovun bir sıra məsul vəzifələrə irəli çəkilməsində böyük rol oynayıb. O, müxtəlif illərdə Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, səhiyyə nazirinin I müavini, Bakı Səhiyyə Şöbəsinin müdiri, Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində çalışıb.
    1954-1958-ci illərdə Azərbaycanın səhiyyə naziri olan Vəli Axundov iri sənaye şəhərlərinin sanitariya-epidemioloji şəraitini öyrənərək, əhalinin sağlamlığının qorunması üzrə kütləvi sanitariya-epidemioloji tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsinə, tibbi xidmət növlərinin təkmilləşdirilməsinə rəhbərlik edib. Şəhər və kəndlərin sanitariya baxımından sağlamlaşdırılması tədbirləri onun tövsiyələri əsasında keçmiş İttifaqın başqa yerlərində də həyata keçirilib.
    Nəzəri hazırlığı və böyük təcrübəsi V.Axundovun Azərbaycan KP MK katibi, Nazirlər Sovetinin sədri (1958-1959), Mərkəzi Komitənin I katibi (1959-1969) kimi çox məsul və yüksək vəzifələrdə uzun müddət çalışması üçün zəmin yaratmışdı.
    V.Axundov öz elmi fəaliyyətini hətta rəhbər vəzifələrdə çalışarkən belə dayandırmadı. Onun tədqiqatlarının nəticələri namizədlik və doktorluq dissertasiyalarında öz əksini tapdı. 1966-cı ildə Vəli Axundova “professor” elmi adı verildi. 1969-cu ildə isə o, Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi.
    Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindən azad edildikdən sonra V.Axundov özünü bütünlüklə elmi fəaliyyətə həsr edib. 1969-1972-ci illərdə Elmlər Akademiyasının vitse-prezidenti olan V.Axundovun elmi maraq dairəsi çox geniş olub. İnsanın sağlamlığı və ətraf mühit amillərinin korrelyasiya qanunauyğunluğu, sosial gigiyena və tibbi kibernetika, qida məhsullarında pestisidlərin sirkulyasiyası və s. tədqiqi, əhali arasında xəstələnmənin azaldılması üzrə elmi baxımdan əsaslandırılmış tədbirlərin işlənib hazırlanması və tətbiqi, elmi tədqiqatların təşkili onun elmi fəaliyyətinin əsas istiqamətlərini təşkil edib.
    1972-1986-cı illərdə akademik V.Axundov Elmi Tədqiqat Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutuna rəhbərlik edib. Onun direktorluğu dövründə institutda bu sahələrdə geniş elmi araşdırmalar aparılıb, tədqiqatların səviyyəsində, tematikanın genişlənməsində, informasiyanın işlənməsinin yeni üsullarının tətbiqində, demək olar ki, inqilabi dəyişikliklər baş verib. V.Axundovun təşəbbüskarlığı və uzaqgörənliyi sayəsində İnstitutun bazasında dəfələrlə elmi konfranslar, qurultaylar, o cümlədən respublikada ilk dəfə ingilis dilində elmi konfranslar keçirilib. Tədqiqatların müasir səviyyədə yerinə yetirilməsi üçün V.Axundovun rəhbərliyi ilə instituta əlavə korpus inşa edilib, müasir tibbi avadanlıqla təchiz olunaraq istifadəyə verilib.
    Vəli müəllim yüksək ixtisaslı milli kadrların yetişdirilməsi üçün həm özü əlindən gələni edirdi, həm də bunu başqalarından tələb edirdi. Onun rəhbərliyi ilə çox sayda doktorluq və namizədlik dissertasiyaları müdafiə olunmuşdu. 5 monoqrafiya, 11 kitabça, 150-dən artıq elmi əsər, eləcə də respublikanın mədəniyyəti və iqtisadiyyatına, ictimai-siyasi məsələlərə həsr olunmuş 350-dən çox elmi-kütləvi məqalə və çıxışların müəllifi olan V.Axundovun irsi bu gün də tibb ictimaiyyəti, ümumiyyətlə, ziyalılar üçün çox faydalı mənbədir.
    Akademik V.Axundovun ictimai fəaliyyəti də geniş əhatəli idi. O, Azərbaycan gigiyenistlərinin və sanitariya həkimlərinin elmi cəmiyyətinin sədri, bir sıra elmi cəmiyyətlərin, komitə və komissiyaların üzvü olub. Dəfələrlə ittifaq və respublika Ali Sovetinə deputat seçilib, ən yüksək qurumlarda böyük məhəbbət bəslədiyi xalqımızı təmsil edib, onun mənafeyini müdafiə edib.
    Böyük alim, görkəmli ictimai xadim, bacarıqlı elm və səhiyyə təşkilatçısı, parlaq intellekt sahibi, yüksək mədəniyyətə və insani keyfiyyətlərə malik olan akademik V.Axundov sadəlik, səmimilik, işgüzarlıq, özünə və tabeliyində işləyənlərə qarşı tələbkarlıq, Vətəninə, millətinə vurğunluq kimi xüsusiyyətləri özündə cəmləşdirirdi. O həm də gözəl və qayğıkeş ailə başçısı idi, övladlarının ləyaqətli insanlar kimi yetişməsi üçün əlindən gələni etmişdi.
    Çoxillik ictimai-siyasi, elmi və təşkilati fəaliyyətinə, eləcə də Böyük Vətən müharibəsi illərində göstərdiyi xidmətlərə görə V.Axundov bir sıra orden və medallarla təltif olunmuşdu.
    Akademik Vəli Axundov 1986-cı il avqustun 22-də Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. Bütün ömrünü öz xalqının tərəqqisi naminə yaşamış və fəaliyyət göstərmiş bu şəxsiyyət artıq 30 ilə yaxındır sıralarımızda olmasa da, heç vaxt unudulmur.
    1996-cı ildə Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin Sərəncamı ilə Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutuna akademik Vəli Axundovun adının verilməsi bu böyük alimə, görkəmli siyasi xadimə layiq olduğu hörmət və ehtiramın nümayişi idi. Fəxr edirik ki, institutumuz Vəli Axundov kimi təmiz, vicdanlı, xalqını sevən, onun tarixinə, mədəniyyətinə, musiqisinə, dilinə və adət-ənənələrinə səcdə edən şəxsiyyətin adını daşıyır və biz onun yolunu sədaqətlə davam etdiririk.
    Ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən 1996-cı ildə akademik V.Axundovun anadan olmasının 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən iclasda ulu öndər çıxış edərək vurğulamışdı: “Azərbaycanın birinci rəhbəri kimi, o dövrdə görülmüş işlərdə, qazanılmış uğurlarda V.Axundovun rolu böyükdür, yüksək qiymətə layiqdir və mən bu gün bunu böyük məmnuniyyətlə qeyd edirəm”.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu il akademik Vəli Axundovun 100 illik yubileyinin qeyd olunması qərara alınıb. İnstitutumuzun kollektivi bu yubileyin layiqli şəkildə keçirilməsinə çalışacaqdır.
    Neçə-neçə illər ötüb keçəcək, ancaq işıqlı ömrü ilə ölümsüzlük qazanan, xalqımızın unudulmaz oğlu Vəli Axundovun parlaq xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Gələcək nəsillər onu daim böyük şəxsiyyət, görkəmli alim, həkim, ictimai xadim kimi yad edəcəklər.

    NAMİQ ƏLİYEV,
    V.Axundov adına Milli ET Tibbi Profilaktika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

    Vəli axundov

    14 may tarixi Azərbaycanın görkəmli ictimai, siyasi və dövlət xadimi, akademik.Vəli Axundovun doğum günüdür. Söhbət Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 10-cu birinci katibindən gedir.

    Fəhlə ailəsindən başlayan yol

    O, 1916-cı il mayın 14-də Bakı quberniyasının Saray kəndində fəhlə ailəsində anadan olmuşdu.
    1929-cu ildə orta məktəbi, 1931-ci ildə isə Biləcəri stansiyasındakı fabrik-zavod sənət məktəbini, daha sonra Bakı Sənaye Texnikumunda kimya şöbəsini bitirib.
    1937-ci ildə isə Azərbaycan Tibb İnstitutuna daxil olub, 1941-ci ildə bu ali məktəbi bitirib. V.Axundov 1941-1945-ci illər Böyük Vətən müharibəsində 20-ci atıcı diviziyanın tərkibində bir həkim kimi adi həkim-əsgərdən xüsusi tibbi-sanitar batalyonunun komandiri vəzifəsinədək yüksəlib, Rusiya, Belorus, Almaniya, Çexoslovakiya ərazisində gedən döyüşlərdə iştirak edib.

    1946-cı ildə ordudan tərxis olunan V.Axundov bir müddət müxtəlif vəzifələrdə çalışıb.

    1949-1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1952-1953-cü illərdə isə Bakı Vilayəti Səhiyyə şöbəsinin müdiri olub.

    1953-1954-cü illərdə V.Axundov Azərbaycan KP MK-da inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini vəzifəsində işləyib. V.Axundov 1954-1958-ci illərdə Azərbaycan SSR səhiyyə naziri vəzifəsində çalışıb.

    O, 1958-ci il fevralında Azərbaycan KP MK katiblərindən biri seçilib, bir qədərdən sonra – 1958-ci ilin iyulunda isə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilib.

    10-cu rəhbər

    1959-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilən V.Axundobv respublikanın 10-cu rəhbəri olur. O, bu vəzifədə düz 10 il çalışıb.

    Vəli Axundovun Azərbaycana rəhbərlik etdiyi dövr – 1959-cu ilin iyulundan 1969-cu ilin iyulunadək – Sovetlər İttifaqının, о cümlədən Azərbaycanın həyatında çox gərgin və mürəkkəb bir dövr olub. O zaman Stalinin ölümündən sonra Xruşşovun hakimiyyəti dövründə Sovetlər İttifaqının həyatında çoxlu dəyişikliklər gedirdi.
    Vəli Axundovun birinci katibliyi Xruşşov hakimiyyətinin ikinci 5 illik mərhələsinə düşmüşdü.
    Xruşşov hakimiyyətinin birinci 5 illik mərhələsində Azərbaycana İmam Mustafayev rəhbərlik etmişdi.

    Hamı Axundovdan sərtlik gözləyirdi, amma.

    Vəli Axundovun birinci katibliyə başlayanda Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi Azərbaycan Respublikasında millətçilik meyllərinin mövcud olması haqqında qondarma bir qərar qəbul etmişdi. Halbuki, о vaxt Azərbaycan ittifaqda ən beynəlmiləl bir respublika idi, burada azərbaycanlılarla yanaşı, ruslar, ermənilər və digər millətlərin çoxsaylı nümayəndələri yaşayırdı.

    Tarixçi ailm, professor Cəmil Həsənli Vəli Axundov haqqında yazır ki, o, millətçiliyə görə cəzalandırılıb vəzifədən uzaqlaşdırılan komandanın içindən çıxmışdı. Millətçiliyə qarşı Azərbaycan hakimiyyətini gücləndirmək fonunda hakimiyyətə gəlsə də, V.Axundov onilliyi sovet şərtləri daxilində milli diriliyin oturuşduğu bir mərhələ idi.

    ”Hakimiyyətə gələndə hamı Axundovdan sərtlik gözləyirdi. Lakin Stalinin hələ XX qurultayda lənətlənən çəmdəkinin movzaleydən çıxarılması, stalinizmin külünün göyə sovrulması yerlərdə ümid çırağını şölələndirmişdi. Ondan sərtlik gözləyənlərə Axundov xəbər göndərmişdi ki, onsuz da, bu millət otuz il Stalinin çəkmələri altında tapdanmışdır, bir az imkan vermək lazımdır ki, rahat nəfəs alsın. Bu “rahatlığın” nəticəsi kimi Bəxtiyar Vahabzadənin “Gülüstan”ı və İsmayıl Şıxlının “Dəli Kür”ü meydana çıxdı. Əliağa Vahid öz gözəl qəzəllərinin çələngində Fəxri xiyabanda sakinləşdi”.


    Göstəriş vermişdi ki, Azərbaycan dilində yazsınlar.

    C.Həsənli bildirir ki, V.Axundov kimi istedadlı, hazırlıqlı, mədəni və geniş dünyagörüşə malik bir kadrın irəli çəkilməsi Azərbaycanın ondan öncəki rəhbəri İmam Mustafayevin xidməti olaraq dəyərləndirilməlidir. Hələ, səhiyyə naziri işlədiyi dövrdə, 1956-cı ildə Ali Sovetin “Azərbaycan dili” haqqında fərmanından sonra səhiyyə naziri Vəli Axundov rəhbərlik etdiyi sahədə hamıya göstəriş vermişdi ki, xəstəlik tarixlərini Azərbaycan dilində yazsınlar və tibb sahəsində yazışmaları milli dildə aparsınlar.

    ”O, bir siyasi rəhbər kimi Nəriman Nərimanovun vurğunu idi. Görünür, peşə etibarı ilə həkim olması da, bu vurğunluqda az rol oynamırdı. Kommunist millətçiliyinin lideri kimi 50-ci illərin ikinci yarısında Nərimanova bəraət verildikdə, səhiyyə naziri Vəli Axundov 1957-ci ilin aprel ayında Azərbaycan Dövlət Tibb İnstitutunun Nəriman Nərimanovun adına verilməsi barədə İmam Mustafayevə məktubla müraciət etdi”.

    Bu məktuba əsasən 1957-ci ilin aprel ayının 27-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri M.İbrahimov Tibb İnstitutuna N.Nərimanovun adının verilməsi barədə fərmanı imzaladı.


    Qabaqcadan planlaşdırılmayan 1-ci katib seçimi

    Tarixçi alim bildirir ki, Vəli Axundovun Azərbaycan KP MK-nın birinci katibi seçilməsi qabaqcadan planlaşdırılmamışdı. Lakin 1959-cu ilin payızında Sov.İKP MK-nın partiya orqanları ilə iş şöbəsi müdirinin müavini general İ.Şikin başda olmaqla Moskvadan Azərbaycana göndərilən yoxlama brigadsı respublikanın altını üstünə çevirmişdi. Bu yoxlamada əsas məqsəd millətçiliyin güclənməsi ilə bağlı faktları aşkara çıxarmaq idi.

    ”1956-cı ilin avqust ayında Azərbaycan konstitusiyasına ana dili haqqında maddə əlavə edildikdən sonra respublikada günü-gündən güclənən milli özünüdərk prosesinin bütün məqamları yoxlama briqadası tərəfindən araşdırılmışdı. Maraqlı burasıdır ki, Şikin komissiyasının arayışında kəskin tənqid edilən rəhbər işçilərdən biri də Vəli Axundov idi. Komissiya hələ onun səhiyyə naziri işlədiyi dövrdə xəstəlik tarixlərinin Azərbaycan dilində yazılmasına göstəriş verilməsindən tutmuş, Nazirlər Sovetinin sədri olan vaxt 1959-cu ilin mart ayında rus məktəblərində Azərbaycan dilinin tədris edilməsi haqqındakı məruzəsinə qədər hər şeyi təftiş etmişdi.

    Həmin ilin mart ayının 25-də Azərbaycan SSR Ali Sovetinin sessiyasıda V.Axundov “Məktəbin həyatla əlaqəsini möhkəmlətmək və Azərbaycan SSR-də xalq maarifi sistemini daha da inkişaf etdirmək haqqında” geniş məruzə ilə çıxış etmişdi. V.Axundov deyirdi: “Məktəblərimizdə uşaqlar rus dili ilə yanaşı olaraq Azərbaycan dilini öyrənirlər. Bu fənnin öyrənilməsi nəinki sovet xalqları arasındakı qardaşlıq və dostluğun sübutudur, həmçinin böyük əməli əhəmiyyətə də malikdir. Rus məktəblərində oxuyan şagirdlərin xeyli hissəsi Azərbaycanda anadan olmuşdur, məktəbi bitirdikdən sonra öz ata-anaları kimi respublikanın xalq təsərrüfatının müxtəlif sahələrində işləyəcəklər. Ünsiyyət vasitəsi olmaq etibarilə Azərbaycan dilini bilmək onlar üçün son dərəcədə vacibdir. Buna görə də dərs planlarında rus məktəblərində Azərbaycan dilinin öyrənilməsi nəzərdə tutulur”.
    V.Axundovun məruzəsindən sonra İ.Mustafayev başda olmaqla büro üzvləri İ.Abdullayevin otağında toplaşıb yenidən məsələni müzakirə etmişdilər. Mərkəzi Komitənin birinci katibi İmam Mustafayev, Ali Sovetin Rəyasət Heyətinin sədri İlyas Abdullayev və Nazirlər Sovetinin sədri Vəli Axundov öz çıxışlarında bildirmişdilər ki, indiki şəraitdə rus məktəblərində Azərbaycan dillərini könüllülük əsasında öyrətmək mümkün deyil, onlar belə qərara gəlmişdilər ki, rus məktəblərində Azərbaycan dili icbari qaydada öyrədilməlidir və bu, qanunla təsbit edilməlidir. Bu müzakirələrdən sonra Ali Sovetin sessiyası “Məktəbin həyatla əlaqəsinin möhkəmləndirilməsi və Azərbaycan SSR-də xalq təhsilinin sonrakı inkişafı haqqında” qanunu qəbul etdi”.

    1958-ci ilin noyabrında “Azərbaycan Kommunist partiyasının tarixi” kitabının müzakirəsinə həsr olunmuş Bakı müşavirəsində Sov.İKP MK yanında Marksizm-Leninizm institutunun direktor müavini N.Şataqin Azərbaycan KP MK-nın şöbə müdiri Şıxəli Qurbanovun millətçi çıxışından İ.Mustafayev və V.Axundova şikayət etsə də, onlar heç bir tədbir görməmişdilər. Belə şəraitdə heç kəs gözləmirdi ki, Vəli Axundovu respublika partiya təşkilatına rəhbər təyin etsinlər.

    Lakin 1959-cu ilin iyun ayının sonlarında Azərbaycan rəhbərliyi tam heyətdə Moskvaya dəvət edildikdə hamı narahatçılıq içərisində idi. Bununla belə respublika rəhbərliyində təmsil olunanlar Nikita Xruşşovun İmam Mustafayevə isti münasibətini nəzərə alıb, onun vəzifədən azad ediləcəyinə inanmırdılar. Məhz elə, Xruşşovun “etimadına” ümid edən Mustafayev Şikin komissiyasının iddihamlarının əsassız olduğunu sübut etməyə cəhd göstərməsi onun taleyini həll etdi. İyul ayının ilk günlərində Sov.İKP MK katibliyində və Rəyasət Heyətində Nikita Xruşşov belə qənaətə gəldi ki, Mustafayevi birinci katib vəzifəsində saxlamaq olmaz.

    ”Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə o, Vəli Axundovun adını çəkdi. İ.Şikin komissiyasının hazırladığı arayışda Vəli Axundov haqqında çoxlu tənqidi məqamlar olduğu üçün Xruşşovun təklifi nəinki Azərbaycan rəhbərliyi, hətta Rəyasət Heyətinin üzvləri üçün gözlənilməz oldu. Sov.İKP MK Rəyasət Heyətinin üzvü Nurətdin Mühitdinovun iştirakı ilə bir həftə sonra keçirilən Azərbaycan KP MK-nın IX plenumunda Vəli Axundov 43 yaşında respublika partiya təşkilatının birinci katibi seçildi”.


    Vəli Axundov Xruşşovun qəzəbinə gəlmiş adamlara vəzifə verib

    1964-cü ildə, N.Xruşov sovet rəhbərliyindən kənarlaşdırıldıqdan sonra V.Axundov onun qəzəbinə gəlmiş, millətçiliyə görə yüksək vəzifələrdən uzaqlaşdırılmış adamları rəhbər vəzifələrə qaytardı. 1959-cu ildə N.Xruşovun “faşistlərdən də qatı millətçi” adlandırdığı Mirzə İbrahimova V.Axundovun təklifi ilə 1961-ci ildə Azərbaycanın “Xalq Yazıçısı” fəxri adı verildi. 1965-ci ildə o, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi seçildi. Hələ 1961-ci ildə N.Xruşovun şəxsi göstərişi ilə Azərbaycan KP MK-nın şöbə müdiri vəzifəsindən uzaqlaşdırılan Şıxəli Qurbanovu 1966-cı ildə V.Axundov yenidən MK-da daha yüksək vəzifəyə, ideoloji məsələlər üzrə katib vəzifəsinə qaytardı. Kosmopolitizmə qarşı mübarizə fonunda rəhbər partiya işindən uzaqlaşdırılmış Cəfər Cəfərov 1967-ci ilin avqustunda respublika KP MK-nın katibi seçildi.


    O, Heydər Əliyevə də xarakteristika vermişdi

    Uzun müddət Azərbaycanda formalaşmış bir ənənəni də məhz V.Axundov pozdu. Bu, dövlət təhlükəsizliyi orqanlarının başında kimin, daha doğrusu, hansı millətin nümayəndəsinin dayanması ilə bağlı məsələ idi. Respublikada bu təşkilatın başında dayanan sonuncu azərbaycanlı Novruz Rizayev olmuşdu. Əgər təkcə soyadlarına diqqət yetirilsə, 1930-cu ildən etibarən Azərbaycanda təhlükəsizlik orqanlarına Frinovski, Aqrba, Sumbatov, Rayev, Yemelyanov, Quskov, Kopılov, Kardaşev və Sviqun başçılıq etmişdi. Vəli Axundovun təşəbbüsü və təkidləri nəticəsində 1930-cu ildən sonra ilk dəfə 1967-ci ilin iyununda respublika təhlükəsizlik orqanlarının rəhbərliyinə milliyyətcə azərbaycanlı gətirildi. Bu azərbaycanlı az sonra nəinki Azərbaycanın taleyində, eləcədə SSRİ həyatında mühüm rol oynamış Heydər Əliyev idi. Heydər Əliyev Moskvaya təsdiqə gedəndə Vəli Axundov onunla bağlı çox parlaq bir xarakteristika imzalamışdı, SSRİ-nin partiya və hökumət rəhbərlərindən şəxsən onu qəbul edib dinləməyi xahiş etmişdi.

    1996-cı ildə Vəli Axundovun 80 illik yubileyini qeyd edəndə H.Əliyev həmin illəri xatırlayaraq deyirdi: “Mən o illərdə, yəni Vəli Axundov respublikaya rəhbərlik etdiyi illərdə onunla birlikdə, onun rəhbərliyi altında işləmişəm. Bilirsiniz ki, mən Dövlət Təhlükəsizliyi Komitəsində işləmişəm və iş prosesində onunla sıx əlaqədə olmuşam. Bəzən onun dərdini də hiss edirdim, çətinliklərini də. Onun ürək ağrısını görür, hiss edirdim. Bunların bəziləri obyektiv xarakter daşıyırdı, bəziləri də işlərin görülməsi üçün bəlkə də onun özünün lazımi imkanı olmamasından irəli gəlirdi”.

    Pişəvərinin məzarı

    V.Axundov respublika rəhbərliyinə gəldikdən sonra 1947-ci ildə müəmmalı şəkildə avtomobil qəzasında həlak olmuş və gizli şəkildə Buzovna qəsəbəsindəki vərəm dispanserinin həyətində dəfn edilmiş Cənubi Azərbaycan milli hökumətinin başçısı S.C.Pişəvərinin məzarını Fəxri xiyabana köçürməyə Moskvadan icazə ala bildi. 21 Azər hərəkatının və Cənubi Azərbaycanda milli hökumətin qurulmasının 15 illiyi ərəfəsində Azərbaycan Demokrat Firqəsinin MK-sı 1960-cı ilin fevral ayında respublika rəhbərliyindən Pişəvərinin məzarının Fəxri xiyabana köçürülməsinə, onun seçilmiş əsərlərinin nəşr edilməsinə, Bakı şəhərinin küçələrindən və ya müəssisələrindən birinin S.C.Pişəvərinin adına verilməsinə yardımçı olmasını rica etmişdi. Lakin Sov.İKP MK SSRİ ilə İran arasında münasibətləri gərginləşdirəcəyini bəhanə edərək Pişəvərinin seçilmiş əsərlərinin nəşrini və hər hansı küçə və ya müəssisəyə onun adının verilməsini məqsədəuyğun saymadı. Məzarın köçürülməsinə isə V.Axundov razılıq ala bildi və 1960-cı ilin mart ayının 22-də Azərbaycan KP MK bürosu S.C.Pişəvərinin məzarının Fəxri xiyabana köçürülməsi haqqında qərar qəbul etdi. 1965-ci ildə isə V.Axundov Pişəvərinin seçilmiş əsərlərinin nəşrinə də icazə ala bildi və Bakı küçələrindən biri də onun adını daşımağa başladı.

    Şıxəlu Qurbanovun ölümü

    Məhz V.Axundov birinci katib işlədiyi dövrdə Azərbaycanda bir sıra digər səs-küylü hadisələr də baş verib.
    1964-cı ildə Leonid İliç Brejnev Sov.İKP MK Baş katibi seçilir. Nəticədə Sov.IKP MK-nın keçmiş Baş katibi Nikita Xruşşovun adamı sayılan Vəli Axundovun da Azərbaycan KP MK-nın birinci katibi postundan uzaqlaşdırılması məsələsi gündəmə gəlir.
    Bəzi məlumatlara görə, Azərbaycanda humanistliyi və insanpərvərliyi ilə özünə böyük hörmət qazanmış, ixtisasca həkim olan V.Axundov özü də tutduğu vəzifədən gedib, ixtisası üzrə işləmək istəyirmiş.
    Amma L.İ.Brejnev onu yaxşı tanıdığından, etimad göstərərək, işini davam etdirməsini məsləhət bilib. Eyni zamanda Moskva tərəfindən V.Axundovdan xahiş olunur ki, birinci katib vəzifəsinə layiq bildiyi şəxslərin siyahısını tərtib edib mərkəzə göndərsin.
    Məlumatlara görə, V.Axundov 16 nəfərdən ibarət tərtib olunmuş siyahıda AKP MK-nın ideologiya üzrə katibi, 41 yaşlı Şıxəli Qurbanovun adını birinci göstərir.

    1967-ci ilin aprel ayında Ş.Qurbanov Moskvaya çağırılır və o Sov.IKP-nin MK-nın ideologiya üzrə katibi Suslovun kabinetində Sov.IKP MK-nın kadr işləri üzrə katibi Kapitonovun iştirakı ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə əlaqədar söhbətdən keçirilir. Keçmiş sovet quruluşu dövründə bir qayda olaraq respublikaların birinci katibi vəzifəsinə namizəd görülmüş şəxs Moskvaya Sov.IKP MK-ya çağırılıb yoxlama söhbətindən keçməli idi.
    O zaman Azərbaycanda xalq da Şıxəli Qurbanovun Moskvanın “testindən” keçəcəyini gözləsə də bu baş vermir.
    1967-ci ildə məhz Vəli Axundovun razılığı və Şıxəli Qurbanovun təşəbbüsü ilə sovet quruluşu dövründə yasaq edilmiş Novruz bayramının ilk dəfə olaraq rəsmi, dövlət səviyyəsində, yüksək təntənə ilə qeyd edilməsi Moskvanı qıcıqlandırır.
    Şıxəli Qurbanov rəsmi Moskvanı Novruz bayramının dini bayram olmadığına inandıra bilsə də, tezliklə onun müəmmalı ölümü baş verir.

    1-ci katiblikdən vitse-prezidentliyə.

    Vəli Axundov belə çətin bir dövrdə on il respublikaya rəhbərlik etdi.

    Arxiv sənədləri sübut edir ki, hələ o vaxtlar da ermənilər Qarabağ məsələsini qaldırıblar. Ermənilər Moskvadakı himayədarlarının köməyilə Azərbaycanın Ermənistanla sərhəd rayonlarındakı bəzi torpaqlarımızı öz torpaqları kimi əllərinə keçirməyə çalışıblar.

    14 iyul 1969-cu ildə Azərbaycan KP MK plenumu çağırılır. Plenum V.Axundovun Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən azad edərək, Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin etmək barədə qərar çıxarıb.

    1969-cu ildə birinci katib postundan uzaqlaşdırılan V.Axundov 3 il Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini tutub.

    Vəli Axundov 1986-cı il avqustun 22-də Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

    A.Qorxmaz

Comments are closed, but trackbacks and pingbacks are open.