Press "Enter" to skip to content

Vəli xuluflu azərbaycan ədəbiyyat tarixi

O, “Kitab-i Dədə Qorqud”un dəyərini bildiyinə görə onunla bağlı araşdırmalar aparmaq, məqalələr yazmaqla kifayətlənməmiş, elmi ictimaiyyətin diqqətini mövzuya yönəltmək üçün 1927-ci ildən başlayaraq Bakı Darülfünunda, Bakı Pedaqoji Texnikumunda, Bakı Maarif Evi Ədəbiyyat Dərnəyində məruzələr etmiş, əsərini nəşr edilməsi, universitetlərdə tədri olunması üçün Ruhulla Axundovla vermişdir.

XX əsrdə Azərbaycan ədəbiyyatı (icmal)

30-cu illərin repressiyası öz başlanğıcını sovet hakimiyyətinin qurulduğu ilk aylardan götürmüşdü. Onun ilk ziyalı qurbanı erməni daşnaklarının Gəncə həbsxanasında güllələdikləri Qazax Müəllimlər Seminariyasının direktoru, görkəmli alim və ədəbiyyat tənqidçisi, ilk çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin müəllifi, böyük maarifpərvər Firidun bəy Köçərli (1863-1920) olmuşdur. Ümumiyyətlə repressiya Azərbaycan ədəbiyyatının sovet dövrü tarixinin qan qarışıq qara səhifələrini təşkil edir. Bu zaman əsassız təqiblərə məruz qalanlar arasında günahsız fəhlə və kəndlilər də çox idi. Lakin bolşevik-daşnak təqiblərindən ən çox zərər çəkən ziyalılar olmuşdur. Bunun da səbəbi aydın idi. Stalinçilər Azərbaycan xalqının ziyalı övladlarını qırmaq, yaxud məhbəslərdə və sürgünlərdə çürütməklə millətin özünüdərk prosesinə mane olmaq, onu öz mənəvi köklərindən ayırmaq, kommunist ehkamlarının kor-koranə icraçısına çevirmək istəyirdilər. Xalqın tarixini, fəlsəfəsini, dilini, əlifbasını, mədəniyyətini, psixologiyasını, mentalitetini yaxşı bilən, bunları tədqiq edib soydaşları arasında təbliğ edən alimlər, öz doğma dilində və xalq ruhuna yaxın olan formalarda yazılmış bədii əsərləri ilə milli təfəkkürün öləziməsinə mane olan yazıçı, şair və dramaturqlar, bütünlükdə yaradıcı ziyalılar «yuxarı»dan verilmiş sərt və amansız «xüsusi» tapşırıqları yerinə yetirənlərin ən çox qorxduqları, buna görə də ən amansız rəftar etdikləri həmvətənlərimiz idilər.

O dəhşətli illərdə repressiyaya məruz qalmış sənətkarlar arasında Azərbaycan ədəbiyyatı və incəsənətinin, ədəbiyyatşünaslıq və dilçilik elmlərinin çox görkəmli nümayəndələri olmuşlar: böyük dramaturq H.Cavid, parlaq istedadlı şair M.Müşfiq, görkəmli nasir və ədəbiyyat tənqidçisi S.Hüseyn, Azərbaycan Respublikasının ilk (və son) himninin müəllifi məşhur şair Ə.Cavad, məhsuldar ədib və alim Y.V.Çəmənzəminli, filologiya professoru, poliqlot alim B.Çobanzadə, Bakı Dövlət Universitetinin rektoru, yazıçı T.Ş.Simürğ, Bakıda ilk Şərq konservatoriyasını açmış Xədicə xanım Qayıbova, görkəmli teoloq-alim, Bakı qazisi Mir Məhəmməd Kazım ağa, folklorçu-alim H.Zeynallı, faciəvi rolların səhnəmizdə ən görkəmli ifaçıları A.M.Şərifzadə, Ü.Rəcəb və onlarca başqaları… Sürgündə və məhbəsdə həlak olmuş Y.V.Çəmənzəminlidən və H.Caviddən başqa bu yaradıcı ziyalıların hamısı güllələnmişdi. Qatillər öz qurbanlarının yaşına fərq qoymadan onları tələm-tələsik mühakimə və edam edirdilər. Qurani-Kərimin Azərbaycan dilinə ilk tərcüməçilərindən olan Bakı qazisi Mir Məhəmməd Kazım ağanı 83 yaşında, M.Müşfiqi isə 29 yaşında güllələmişdilər. Mikayıl Müşfiq (1908-1937) mürəkkəb və ziddiyyətli ictimai quruluş şəraitində milli poeziyanı «Oxu, tar!» qəbilindən olan ölməz əsərlərlə zənginləşdirmişdir. Şairə dünya poeziyası təcrübəsində ən qısa bir vaxt ərzində (cəmi 10 il) yazıb-yaratmaq nəsib olmuşdur. Lakin bu qısa müddətdə nəşr etdirdiyi əsərlər ədəbiyyatda silinməz izlər buraxmışdır. Çoşğun hiss və duyğular, zəmanəsinə meydan oxuyan romantik ovqat, rəvan və oynaq dil Müşfiq sənətinin bədii dəyərini, uzunömürlülüyünü təmin edən yaradıcılıq xüsusiyyətləridir.

XX əsrin ilk onilliklərindəki qlobal hadisələr və regiondakı ictimai sarsıntılarla əlaqədar olaraq, xüsusən də ADR-in devrilməsindən sonra, habelə 30-cu illərin repressiyaları zamanı Azərbaycanın yaradıcı ziyalıları dəfələrlə siyasi təqiblərə məruz qalmış, xilas olmaq və ədəbi fəaliyyətlərini davam etdirmək məqsədilə son çıxış yolu kimi mühacirətə üz tutmuşdular. Alman faşizminə qarşı müharibədə əsir alınması ucbatından vətən torpağına qədəm basması yasaq edildiyi üçün davadan sonra xaricdə sığınacaq tapanlar, şahlıq rejiminin təqibindən tərkivətən olanlar, yaxud onların övladları bu gün ölkəmizdən uzaqlarda — Asiya, Afrika, Avropa, Amerika, hətta Avstraliya qitələrində yaşayırlar.
Mühacir ziyalılarımızı bir cəhət həmişə birləşdirmişdir: onlar məskun olduqları ölkələrdə Azərbaycan milli ədəbi, mədəni mentalitetini, azərbaycançılıq ideallarını yorulmaq bilmədən qorumuş, ləyaqətlə təmsil və təbliğ etmiş, sovet imperiyası məngənəsində sıxılan Azərbaycanın dərdini-odunu həmişə hakim dairələrin və ictimaiyyətin diqqət mərkəzində saxlamaq üçün səylə çalışmışlar. Bir qismi öz yaradıcılıq fəaliyyətini bu gün də davam etdirən Azərbaycan mühacirlərinin çox geniş, sanballı ədəbi, elmi-filoloji, publisist irsi mövcuddur. Bu müəlliflərin arasında Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Əlimərdanbəy Topçubaşov, Ceyhun Hacıbəyli, Səməd Ağaoğlu, Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, Bənin (Ümmülbanu), Nağı Şeyxzamanlı, Məmməd Sadıq Aran, Hüseyn Camal Yanar, Teymur Atəşli, Musa Zəyəm, İbrahim Arslan, Əli Azərtəkin və onlarla başqaları vardır. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra Ümmülbanunun «Qafqaz günləri» romanı, A.İldırımın «Qara dastan» şeirlər toplusu, Ə.Hüseynzadənin «Siyasəti-fürusət», M.Ə.Rəsulzadənin «Azərbaycan şairi Nizami» monoqrafiyaları, C.Hacıbəylinin hekayələri, M.B.Məhəmmədzadənin publisistikası müəlliflərinə hörmət və ehtiramla Bakıda ayrıca kitablar şəklində nəşr edilmişdir.
Ədəbiyyatın sərt direktivlərdən asılı vəziyyətdə qalması, söz azadlığının dönə-dönə pozulması, ədəbiyyatın dövlət siyasətinə tabe edilməsi və s. neqativ hallar uzun illər boyu ədəbi-mədəni həyatda müəyyən məyusluğa, ruh düşkünlüyünə, durğunluğa səbəb oldu.
Amma bu dövrdə C.Cabbarlı, M.Müşfiq, S.Vurğun, O.Sarıvəlli, R.Rza kimi yüksək istedadlı və çox zaman ezop dili ilə ideoloji çərçivələrə təsir göstərən sənətkarlar da meydana çıxırdı ki, bunun özü də bütövlükdə ədəbiyyatın ictimai-siyasi şəraitdən mütləq asılılığı haqqında ifrat nəzəriyyələrin əleyhinə işləyən bir fakt idi. Vaxtilə «Qızıl qələmlər» birliyinin ideologiyası altında komsomol şairi kimi fəaliyyətə başlamış Süleyman Rüstəmin (1906-1989) əsil vətənpərvərlik ruhunda yazılmış «cənub şeirləri» silsiləsi, «Ana və poçtalyon» şeiri, saf məhəbbət duyğularının tərənnümünə həsr edilmiş qəzəlləri də bu qənaəti bir daha təsdiq etməkdədir. Qəzəlin rəsmi dairələrdə vaxtı keçmiş, məhdud janr hesab edildiyi o illərdə görkəmli şair Əliağa Vahidin (1895-1965) dərin mənalarla zəngin olan zərif qəzəllərini də məhz xalqın məhəbbəti yaşatmışdı.
Bu dövrdə Azərbaycan ədəbiyyatının roman, xüsusən tarixi roman janrını inkişaf etdirən tanınmış sənətkarlardan biri M.S.Ordubadi (1872-1950) olmuşdur. Onun Azərbaycan Atabəylər dövləti və həmin dövrdə yaşamış ən böyük sənətkarımız Nizami Gəncəvi haqqında yazdığı «Qılınc və qələm», eləcə də cənubdakı azadlıq hərəkatına həsr edilmiş «Dumanlı Təbriz» romanları bu gün də öz tarixi-estetik əhəmiyyətini itirməmişdir. Təxminən eyni dövrün nəsrində “İki od arasında” («Qan içində»), «Qızlar bulağı» kimi romanların müəllifi Y.V.Çəmənzəminlinin, “Şamo” epopeyası və «Saçlı» romanının müəllifi Süleyman Rəhimovun (1900-1983), «Açıq kitab» romanı və lakonik hekayələr yazarı Mir Cəlalın (1908-1978), «Dostluq qalası» epopeyası və «Yoxuşlar» romanlarının müəllifi Əbülhəsən Ələkbərzadənin (1904-1986), «Gələcək gün» və «Pərvanə» romanlarının müəllifi Mirzə İbrahimovun (1911-1993) da xüsusi xidmətləri qeyd olunmalıdır.
Sovet dövrü dramaturgiyası Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mirzə İbrahimov, Səməd Vurğun, Sabit Rəhman, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Şıxəli Qurbanov və b. adı ilə sıx bağlıdır. Hüseyn Cavid (1882-1941) 30 il davam etmiş yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını həm janr, həm də məzmunca zənginləşdirmiş qüdrətli dramaturq və şairdir. Onun əsərləri ilə ədəbiyyatımızn mövzular aləmi xeyli vüsətlənmiş, dramaturgiyamıza bəşəri konfliktlər və dərin düşüncəli, həssas ürəkli, böyük ehtiraslı parlaq xarakterlər gəlmişdir. «Ana», “Şeyx Sənan” və “İblis” əsərləri ilə dramaturq ədəbiyyatımızda mənzum faciə janrının əsasını qoymuşqdur. Sovet dövründə ədibin dramaturji yaradıcılığı «Peyğəmbər» (1922), «Topal Teymur» (1925), «Knyaz» (1929), «Səyavuş» (1933), «Xəyyam» (1935), “İblisin intiqamı” (1936) pyesləri, «Azər» (1923-1932) poeması ilə daha da zənginləşdi.
Cəfər Cabbarlı (1899-1934) M.F.Axundzadə ilə təməli qoyulan milli dramaturgiyanın sadəcə varisi, davamçısı olmamış, eyni zamanda onu «Oqtay Eloğlu», «Od gəlini», «Sevil», «Almas» əsərlərindəki problem və qəhrəmanlarla zənginləşdirmişdir.
Səməd Vurğun (1906-1956) sovet dövründə yetişmiş ən görkəmli şair-dramaturqlardan biridir. Azərbaycan təbiətinin ecazkar gözəlliklərini, xalqımızın qəhrəmanlıq tarixini, humanist dəyərlərimizi fəlsəfi dərinliklə qavrayıb romantik vüsətlə mənalandırmaq onun şeir və poemalarının əsas xüsusiyyətləridir. Keçən əsrin Azərbaycan poeziyası öz dilinin xəlqiliyi, ahəngdarlığı, obrazlılığı ilə ilk öncə S.Vurğunun yaradıcılığına, xüsusilə də onun «Azərbaycan» şeirinə, «Aygün», «Muğan» kimi epik poemalarına, «Vaqif», “İnsan” mənzum dramlarına borcludur. Sovet rejiminin hər cür təzyiqlərinə baxmayaraq Azərbaycan xalqının milli özünüdərki prosesində «Vaqif»in oynadığı rolu ancaq dahi Üzeyir Hacıbəyovun «Koroğlu» operasının bu sahədəki böyük rolu ilə müqayisə etmək olar.
Sovet dövründə Azərbaycan poetik fikrinin inkişafında Rəsul Rzanın (1910-1981) əsasən sərbəst vəzndə qələmə aldığı şeir və poemaların böyük rolu olmuşdur. Novator şair olan R.Rzanın poeziyası fəlsəfi lirizmi, fikir və emosiyaların canlılığı, orijinal poetik obrazları ilə seçilir. Onun «Rənglər» silsiləsindən fələsfi şeirləri, «Füzuli», «Qızılgül olmayaydı» və b. lirik poemaları Azərbaycan poeziyasının ən yaxşı örnəklərindəndir.
Sovet dövrü Azərbaycan ədəbiyyatının başlıca xüsusiyyətlərindən biri də müntəzəm olaraq ideoloji orqanlar tərəfindən idarə edilməsi, ədəbi fəaliyyətə direktivlərlə istiqamət verilməsi olmuşdur. Bunlardan ən başlıcaları kimi RK(b)P MK-nın «Partiyanın bədii ədəbiyyat sahəsindəki siyasəti haqqında» (1925) qətnaməsini, “Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında” (1932) ÜİK(b)P MK-nın qərarını, «Zvezda» və «Leninqrad» jurnalları haqqında” (1948) qərarını Azərbaycan KP MK-nın «Azərbaycan sovet ədəbiyyatının vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında» (1948) qərarını Sov.İKP MK-nın “Ədəbi-bədii tənqid haqqında” (1972) qərarını və bir sıra başqa siyasi direktivləri göstərmək olar. Xüsusən 1934-cü ildə keçirilən sovet yazıçılarının Birinci Ümumittifaq qurultayı tərəfindən müəyyən edilmiş sosialist realizmi bədii metodu yaradıcı sənətkarların əl-qolunu bağlayır, onları müəyyən qəliblər çərçivəsində yazmağa məcbur edirdi. «Zvezda» və «Leninqrad» jurnallarında sovet həyat tərzinin guya təhrif edilməsinin, ictimai həyatdakı nöqsanların qabardılmasının tənqidindən sonra isə, başqa SSRİ xalqları ədəbiyyatı ilə yanaşı, Azərbaycan ədəbiyyatında da «konfliktsizlik» üzərində qurulmuş bədii örnəklər yaranmağa başladı.
Azərbaycan nəsrinin canlı, təravətli, bədii surətlər və əlvan təsvir vasitələri ilə zənginləşməsində, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin (1914-1996) böyük yaradıcılıq xidmətləri olmuşdur. Yarım əsr ərzində onun səhnəmizə bəxş etdiyi 15 pyesi («Sən həmişə mənimləsən», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Büllur sarayda», «Xurşidbanu Natəvan» və s.) əsasında hazırlanmış tamaşalarda aktyor və rejissor kadrların bütöv bir nəsli yetişib püxtələşmiş, “İlyas Əfəndiyev teatrı” bərqərar olmuşdur. Azərbaycan nəsrinin yeni mövzu və qəhrəmanlarla zənginləşməsində Əli Vəliyev, Hüseyn İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov, Cəmil Əlibəyov, Vidadi Babanlı, Ələviyyə Babayeva, Süleyman Vəliyev, Əzizə Əhmədova, Əfqan Əsgərov, Gülhüseyn Hüseynoğlu, Əlibala Hacızadə və başqalarının da xidmətləri vardır.
60-cı illərdən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər ilıqlaşması, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər ərsəyə gətirməyə başladılar. Bunların arasında İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə kimi nasir və şairlər vardır. Bədii yaradıcılığa bir qədər öncə qədəm qoymuş İsmayıl Şıxlını (1919-1994) və onun «Dəli Kür» romanını xüsusi qeyd etmək lazımdır. Əlbəttə, bu sənətkarlar da sələfləri kimi bir çox hallarda simvollardan, ezop dilindən istifadə edirdilər. Ancaq bu prosesin özü artıq dönməz bir istiqamət almışdı və «sonun başlanğıcı» kimi qiymətləndirilə bilərdi. 60-cı illərə keçid hələ 40-50-ci illərdə və ondan da əvvəl ədəbiyyata gələn nəslin iştirakı ilə başlamış və davam etdirilmişdi. Bu baxımdan novator sənətkar Rəsul Rzanın (1910-1981) bir çox əsərləri, xüsusən də «Qızılgül olmayaydı» və «Rənglər» ümumi başlığı altında məşhur olan şeirlər silsiləsi, «Sarı dana», «Kefli İskəndər», «Mən torpağam» qəbilindən olan əsərləri ilk örnəklərdən sayılmalıdır. Görkəmli nasir, dramaturq və tənqidçi kimi məşhur olan Mehdi Hüseynin (1909-1965) «Yeraltı çaylar dənizə axır» romanı da eyni ovqatın həyati bədii obrazların taleləri əsasında inandırıcı təsvirinə söykənir. Bununla belə, 60-90-cı illərin ən mühüm ədəbi hadisəsi «60-cıların» yaradıcılıq aləminə gəlişi oldu. Məhz bu gəlişdən sonra ədəbiyyat öz ruhu, mahiyyəti ilə total hərbi rejimə qarşı gerçək bir mənəvi müxalifətə çevrildi və bu günün milli istiqlal və demokratiya hərəkatının fikri mənəvi cəhətdən hazırlanmasında fəal iştirak etdi.
Hər şeydən öncə, «60-cıların» insana, onun mənəvi aləminə baxışının dərinləşdiyi qeyd olunmalıdır. İnsan hər zaman ədəbiyyatın əsasını təşkil etmişdir və təsadüfi deyil ki, ədəbiyyat yüksək mənada «insanşünaslıq» adlandırılmışdır. Ancaq diqqəti çəkən ən vacib məqam «60-cıların» «insan» mövzusunu o dövrün ədəbiyyatına yeni mövzu, təzə problem olaraq əsaslı şəkildə yenidən daxil etmələridir. Onların əsərlərində bədii maraq şəxsiyyətə, fərdə, ən sadə, sıravi cəmiyyət üzvlərinin mənəvi-psixoloji aləminə, dərinliyə, içə yönəldilmişdi. Xüsusən onların povest və hekayələrində dövr, mənəvi gerçəklik «ictimai sistem və quruluş» kimi deyil, ondan daha öncə vicdani, etik səltənət kimi, bir əxlaq və mənəviyyat meyarı kimi qavranır və bədii təhlilin predmetinə çevrilirdi. Bu əsərlərdəki qəhrəman tipinin düşüncə və təsəvvürləri ədəbiyyatdakı «sovet adamı» anlayışı və ehkamı ilə heç cür uyğun gəlmirdi. Qəribəlikləri bəzən çılğınlıq kimi qəbul edilən saf ürəkli həqiqət divanələri, həyatda yerini tapmayan, bunun üçün də bəzən avara gəzən, buna baxmayaraq əsil insan və bəşəri hisslər qarşısında heyrətə gələn qeyri-adi adamlar «60-cılar» ədəbiyyatının ən populyar qəhrəmanları idi. Tarixi mövzuda yazılmış roman və povestlərdə sosialist məngənəsində öz milli köklərindən, dövlətçilik ənənələrindən uzaqlaşmağa məhkum edilmiş xalqın dövlətçilik tarixinə, qəhrəmanlıqla zəngin keçmişinə sıx-sıx müraciət olunur, azadlıq və sərbəstlik haqqında nisgil və arzuları öz əksini tapırdı.
Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat — 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.
Bu deyilənlərlə həmahəng olaraq Bəxtiyar Vahabzadə (1925), Nəbi Xəzri (1924), Nəriman Həsənzadə (1931) kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri, bu fonda lirik-psixoloji yaşantılar üstünlük təşkil edir. Bu şairlərin, eləcə də Qabilin (1926) həmişə aktuallığı ilə seçilən şerləri, «Nəsimi» poeması, Adil Babayev, İslam Səfərli, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir.
Bu mərhələnin ədəbiyyatında qədim bir ənənənin — başqa dildə milli mədəniyyət yaratmaq ənənəsinin davamını rus dilində yazıb yaradan İmran Qasımov, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, Çingiz Hüseynov, Vladimir Qafarov, Natiq Rəsulzadə, Alla Axundova və b. yazıçıların fəaliyyətində görürük. Onların Bakıda, Moskvada və Avropa ölkələrində dönə-dönə nəşr edilən əsərləri milli mədəniyyətimizi zənginləşdirən, ona olan maraq dairəsini genişləndirən qiymətli nümunələrdir.
Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim (1931-1969), Xəlil Rza (1932-1994), Cabir Novruz (1933-2002), Məmməd Araz (1933-2004), Fikrət Qoca (1935), Fikrət Sadıq (1930), Ələkbər Salahzadə (1941), İsa İsmayılzadə (1941), Sabir Rüstəmxanlı (1946), Famil Mehdi (1934-2002), Tofiq Bayram (1934-1991), Arif Abdullazadə (1940-2002), Hüseyn Kürdoğlu (1934-2003), İlyas Tapdıq (1934), Musa Yaqub (1937), Çingiz Əlioğlu (1944), Nüsrət Kəsəmənli (1946-2001), Zəlimxan Yaqub (1950), Ramiz Rövşən (1946) və b. şairlər seçilirlər.
Əkrəm Əylisli (1937) 60-cı illərdə milli nəsrin yeni obraz axtarışlarını gerçəkləşdirən ilk yazıçılardan biridir. Onun lirik ovqatla qələmə aldığı «Mənim nəğməkar bibim» (1966) povesti, «Kür qırağının meşələri», «Büllur külqabının nağılı» kimi əsərlərində real həyata və insanlara səmimi yanaşmanın şahidi oluruq.
Yeni Azərbaycan nəsrinin istedadlı nümayəndələrindən biri də Anardır (1938). Anar nəsrinin ilk orijinal və uğurlu örnəklərindən biri «Ağ liman» (1967) povestidir. Anar həm də görkəmli dramaturq və kino ssenariçi kimi tanınır.

Müəllif: Şərəfxanov Yadigar (Muzeyşunaslıq-Diyarşünaslıq ixtisası üzrə əyani şöbənin üçüncü kurs tələbəsi)
Mənbə: Azərbaycan Turizm İnstitutu
“Turizm işinin təşkili və idarə edilməsi” fakultəsi “İctimai fənnlər” kafedrası
“Azərbaycan İncəsənəti” Fənnindən “Müasir dövrdə Azərbaycan İncəsənəti” mövzusunda Referatdan
Bakı – 2010

  • Teqlər:
  • Azərbaycan mədəniyyəti

Vəli xuluflu azərbaycan ədəbiyyat tarixi

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan ədəbiyyatı tarixi: ən qədim dövrlər

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Текст книги “Azərbaycan türklərinin ədəbiyyatı tarixi”

Kommunizm ideologiyası ilə insanları xoşbəxt gələcəyə aparacaqlarını vəd edən bolşeviklər silah gücünə hakimiyyəti ələ aldılar. Onların idarəetmə təcrübəsi olmadığı kimi, yeni qurluşda ailə, əxlaq, mədəniyyət, idarəetmə necə olacağı haqqında aydın təsəvvürlərləri də yox idi. Odur ki, müxtəlif xalqların, millətlərin yüzillər boyu formalaşmış adət-ənənəsini, həyat tərzini, mədəniyyətini, əxlaqını və s. qəbul etməyərək yenisini yaradacaqlarını vəd etdilər. Hakimiyyəti ələ alanlar arasında yeni yaradacaqları proletar ailəsi, proletar mədəniyyəti, proletar adət-ənənəsi, proletar ədəbiyyatı haqqında fikir birliyi yox idi .

Var olanı burjua-mülkədar mədəniyyəti sayaraq qəbul etmək istəməyənlər dayaqsız, özülsüz yenisini yarada bilmirdilər. Yazılı ədəbiyyatı saray ədəbiyyatı, burjua-mülkədar ədəbiyyatı adlandırdıqlarında ona qarşı inkarçı mövqedə dururdular. Folkloru isə özlərinə dayaq nöqtəsi hesab etir, orada “zəhmətkeşlərin”, “əməkçi xalqın” fikirlərinin toplandığı tezisini irəli sürdülər. Halbuki, şifahi xalq ədəbiyyatı bir sinfin, bir qrupun deyil, xalqın butün təbəqələrinin dünyagörüşünü özndə əks etdirirdi.

Bolşeviklərin şifahi xalq ədəbiyyatına daha çox diqqət yetirdiyini, yeni quracaqları mədəniyyəti folklora bağlamaq istədiklərini görən bəzi Azərbaycan ziyalıları da bundan istifadə edərək öz milli-mənəvi sərvətlərini öyrənmək və təbliğ etmək yolunu tutdular. Hətta rəhbər partiya-sovet işçiləri belə yeni yaradılacaq proletar mədəniyyətində folklorun rolundan bəhs edən məqalələr yazmağa başladılar. Vəli Xuluflu xalqın haqsızlığa, zülmə boyun əyməyən, döyüşlərdən həmişə qalib kimi çıxan qəhrəmanı “Koroğlu” haqqında dastandan qollar toplayaraq çap etdirdi, Hənəfi Zeynallı nağılları, tapmacaları öyrəndi, Hümbət Əlizadə aşıq şeirlərini və “Koroğlu” dastanının qollarını toplayırdı, Salman Mümtaz əlyazmaları toplayaraq, onların bir çoxunun əsasında hazırladığı kitabları ərəb və kiril əlifbasıyla çap etdirirdi. Onlarıın araşdırmaları və nəşr etdirdiklərii kitablar maraqla qarşılanırdı. Sovet hakimiyyətinn ilk illərində Əmin Abid də heca vəzninin, bayatıların keçdiyi tarixi yoldan, eləcə də “Kitab-i Dədə Qorqud”dan bəhs edən olduqca dəyrli araşdırmalarını nəşr etdirirdi.

Xalqımız üçün olduqca dəyərli işlər görən, adını çəkdiyimiz və çəkmədiyimiz əksər araşdırmaçılarımız kimi Əmin Abid də çox gənc idi. Onlar elmi axtarışlara yeni başlasalar da yüksək peşəkarlıqları, vətənsevərlikləri, millətpərvərlikləri ilə seçilir və elmi araşdırmalarında Avropa metodlarına üstünlük verirdilər.

Əmin Abidin böyük qardaşı və yolgöstərəni Əliabbas Müznib haqqında dəyərli araşdırmaların müəllifi professor İslam Ağayevə bu ailənin soykökü haqqında olduqça maraqlı bilgilər vermişdir. O, AMEA Əlyazmalar İnstititu arxivinin 23-cü fondunda olan 9/146-cı qovluqdakı Əliabbaas Müznibin özkeçmişindən bir parçanı kitabına daxil etmişdir.(Ağayev İslam, 2000:5) Əliabbas Müznib Gəncənin müsəlman əhalisinə qəddarlıqla divan tutmuş rus generalı Sisyanovun baş Bakının Qoşa qala qapısı yaxınlığında qılıncla vurulandan sonra baş verən hadisələrdən söz açarkən yazır:“…Hüseyinqulu xan Bakıdan çəkildikdə xanın əqvam və əqrabasına rus qoşunları tərəfindən şiddətli cəzalar verilmişdir. Həbs, sürgün, edam edilməkdən müzayiqə olunmamışdır… Qətli-am şəhərdə həftələrlə davam etmişdir. Colum-cocuqlar qılıncdan keçirilmişdir. “Yeddi ev bir küvəcə möhtac oldu”– zərbül-məsəli bu tarıcı hadisənin şahidi idi”. (Ağayev İslam, 2000:5)

Əliabbas Müznibin arxivi ilə yaxından tanış olan professor İslam Ağayev yazır: “Bu faciəli hadisələr dövründə Ə.Müznibin bütü nəsli çar qoşunları tərəfinfən şiddətli cəzalara düçar olur. Bütün nəsil qırılır. Təkcə altı aylıq Novruz babası sağ qalır”. (Ağayev İslam, 2000:5)

Xan soyundan olmasına baxmayaraq çox kasıb bir həyat yaşayırlar. Ataları Mütəllib daşyonan işləməklə, anaları Reyhan da evdə yasdıq və başmaq üzlərinə tikmə vurmaqla, uşaqlara və qadınlara Qurani-Kərimi oxumağı öyrətməklə ailəni dolandırmışlar.

Doğulanda Zeynalabdin adı verilən, sonralar Əmin Abid kimi tanınan şair və araşdırıcı 1898-ci ildə Bakıda anadan olmuşdur. Anasının evdə açdığı kursda ilk biliklərə yiyələndikdən sonra Bakıdakı III Aleksandr Oğlan giminaziyasını bitirmişdir.

Təhsilini İstanbulda davam etdirmək istəyən Əmin Abid Birinci Dünya Savaşı başladığına görə Rusiyanın müharibə apardığı ölkənin paytaxtına təhsil almağa gedə bilmir. Qardaşı şair, naşir, tərcüməçi, araşdırıcı Əliabbas Müznibin yanında “Babai-Əmir” və “Dirilik” jurnallarında işləyir.13-14 yaşlarından dövrü mətbuatda şeir, hekayə və məqalələrini çap etdirən Əmin Abid Rusiya Birinci Dünaya Savaşında məqlub olduqdan, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra İstanbula pedoqoji təhsil almağa gedir. 1921-ci ildə təhsilini başa vurub vətənə qayıtdıqdan sonra onu yenidən İstanbul Darülfününda oumağa və Azərbaycan ədəbiyyatının tarixinə dair araşdırmalar aparmağa göndərilər.

İstanbulda oxuduğu illərdə oradakı qəzet və jurnallarda şeirlərini və elmi məqalələrini nəşr etdirir. Azərbaycan mühacirlərinin İstanbulda nəşr etdirdikləri “Yeni Kafkasiya” jurnalında gizli imza ilə nəşr etdirdi antisovet şeirləri onu oxucular və siyasətçilər arasında məşhurlaşdırır.

İstanbulda oxuduğu illərdə özü ilə eyni fakültədə oxuyan, milliyətcə alban (arnaut) Nafiə Əhməd Şükrü qızı ( Nafiə kiçik ikən atası vaxtsız vəfat etdiyindən anası . ərə gedir. Buna görə də Nafiə xanım atalığının soyadını qəbul etməli olur) ilə evlənir. Azərbaycan hökumətinin təqaüdi ilə universitetdə oxumaqla yanaşı İstanbulun, Qəzvinin, Ərzurumun və Avropanın bir sıra şəhərlərinin kitablarında axtarışlar aparır, Azərbaycan türklərinin ədəbiyyatı tarıxını yazmağa başlayır.

Avropa metodları ilə yazdığı əsərin son cildini 1926-cı ildə tamamlayaraq universitetin professorlar heyətinə təqdim edir. “Azəri ədəbiyyatı tarixi” adlandırdığı 335 səhifəik əsər İstanbul Universitetinin professorlar heyəti tərəfindən yüksək qarşılanır. Zaqafqaziya Sovet Federativ Sosialist Resbublikaları Mərkəzi İcraiyyə Komitəsinin Tbilisidə nəşr olunan “Yeni fikir” qəzetinin İstanbul müxbiri Əli Şahbazov yazır: “Kitabın sahibi Əmin Abid yoldaşımız səkkiz sənədən bəridi İstanbulda bulunmaqdadır. Darülmüəllimin Aliyeyi bitirdikdən sonra Darülfünunda Azərbaycan Şura hökumətinin təxsisatı ilə təhsilə başlamış və eyni zamanda İstanbulun zəngin kitabxanalarında mütəvazianə bir surətdə tətəbəata davam eyləmişdir. Məruz qaldığı bir çox fəqir və səfalətə rağmən davamlı bir şey nəticəsində Azəri ədəbiyyatına dair şayandiqqət bir çox yeni materiallar əldə etmişdir…

Bu mühüm əsəri vücuda gətirməyə çalışmaqla Azəri mədəniyyəti tarixində görülən böyük boşluğu Əmin Abid yoldaşımız qismən doldurmuş bulunuyor. Darülfünunda qəbul edilən əsəri kitabının son əsrə aid yalnız bir cildidir. Ümumi əsər altı cilddən ibarətdir. Azəri ləhcəsinin zühur etdiyi tarixdən əsrimizə qədər Azərbaycanda cərəyan edən fikir və ədəbi hərəkat son sosioloji metodlar nəzər etibarı alınaraq müqayisəli təhlil və tərtib üsullarına əsasən təqdim edilmişdir” (Şahbazov Əli, 1926:9 fevral).

Əli Şahbazov elə həmin məqalədə əsərin xülasəsinin nəşr olunmaq üçün gənc macar şərqşünası Margit Pallu tərəfindən tərcümə edildiyini, Əmin Abidin Bakıya gedib əsərini “Maarif komissarlığına təqdim” edəcəyini və “Maarif komissarlığı müsəyyərindən dolayı Əmin Abid yoldaşımıza təqdir medaliyəsi” veriləcəyini yazırdı.

Ə.Abid İstanbulda oxuyarkən bir neçə elmi məqaləsini də Bakıdakı “Maarif və mədəniyyət” jurnalında çap etdirmişdi. Vətənə döndükdən sonra pedaqoji texnukumda, universitetdə dərs deməklə yanaşı ciddi elmi araşdırmalar aparır. Elmi nəşrlərdə, məcmuələrdə və mətbuatda o dövür üçün çox aktual olan məqalələr dərc etdirir, kitablar tərtib edib edir.

Sovet hökuməti ateizi əldə bayraq edərək dinə qarşı sərt mübarizəyə başlamışdı. M.F.Axundovun əsərlərindən bu işdə səmərəli istifadə etməyə çalışırdılar. Özlərini Sovet ideologiyasının bayraqdarı sayan Azərbaycan ziyalıları Mirzə Fətəlini burja-ticarət sinfinin yazıçısı kimi tənqid etsələr də onun yübileyini də keçirir, əsərlərini toplayıb nəşr etdirməyə can atırdılar. Bu məqsədlə Əmin Abidi Tbilisiyə göndərmiş, M.F.Axundovun arxivinin Bakıya gətirilməsinə, katoloqunun və əsərlərinin nəşrə hazırlanmasına onu da cəlb etmişdilər.

Əmin Abid də bu işi şərəflə görmüş, M.F.Adundovun arxivini elmi əsaslarla tərtib etməklə yanaşı, oradakı sənədlərin katoloqunu hazırlamış, dövrü mətbuatda Mirzə Fətəlinin irsi haqqında olduqca dəyərli məqalələ nəşr etdirmişdir.

Dövrü mətbuatda folklorumuzla bağlı “Heca vəzninin tarixi” (Abid Əmin, 1927: sayı 3, sayı 4 və sayı 6-7), “Türk el ədəbiyyatına elmi bir baxış, (Oğuznamə. Prof. Samoyloviçə)”, (Abid Əmin, 1929: sayı 5(29), səh. 30-32, sayı 8(32), səh.28-29), “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr”, (Abid Əmin, 1930: sayı 3(8), səh. 48-52), “Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri”, (Abid Əmin, 1930: sayı 4-5) və b. önəmli məqalələrini nəşr etdirən Əmin Abidin o dövr ücün olduqca dəyərli bir əsəri-“Türk xalqlqrının ədəbiyyatı tarixi” nəşr edilməyib və uzun illər araşdırıcıların diqqətindən kənar qalıb.

Əmin Abid folklorla bağlı nəşr etdirdiyi məqalələrində “Türk xalqlqrının ədəbiyyatı tarixi” əsərinin birinci cildinin əlyazmasından geniş istifadə edib. Bəzi məqalələrində əsərinin müxtəlif cilidlərini qaynaq göstərsə də bu əsərini çox da qabartmayıb. Azərbaycandan folklorumuzla bağlı nəşr etdiridyi ilk məzaləsi “Heca vəzninin tarixi”ndə əsərindən parçalar var.

Araşdırıcı bu məqaləsində Azərbaycanda ilk dəfə heca vəzninin tarixi dərindən və elmi əsaslarla öyrənilməklə yanaşı, nəzəri məsələlərə də geniş yer verib.

Vəzni dilin məhsulu hesab edən, “hər ictimai zümrənin öz ilk şeirinə verdiyi ahəngi dilin ümumi ahəngindən ayrılan ünsür-əlamətlər məcmuəsi” adlandıran Ə.Abid “Türklərin şeir musiqisini axtarmaq üçün nə Ərəbistanın qızğın çöllərinə, nə də İranın tozlu obalarına getmək lazım deyildir: sözlərin dilimizə çevrilməsi, bunun fəlsəfəsini anlamaq üçün yetərlidir”,– yazırdı .

Araşdırıcının fikrincə, türklərin “bədii zövqlərini doyurmaq məqsədilə yaratdıqları şeir “savaşlarda qəhrəmanlıq göstərən igidlər və cəsur tayfa başçılarına həsr etmişdir ki, bunlar da “saz cinsindən telli çalğılarda çalınaraq yüksək səslə söylənilirdi. Dastanların sözlərinən çalğının havası (melodiyası) verilir və bu surətlə oxunan sözləri bir vəzn qazanmış olur”. (Abid Əmin, 1927: 50, sayı 3(23).

Buradan aydın olur ki, qədim türk dastanları az-çox ahəngli bir şəkildə olmuş, bu ahəngi yaradan isə cümlə başında və sonunda nidanın əlavəsi, cümlələrin sonlarına vurğuların salınması, cümlə və ifadələrin təkrarı və sairdir. Zaman keçdikcə bunlar cilalanaraq heca vəznini formalaşdırmışdır. Araşdırıcı daha qədim qaynaqları önə çəkərək Orxan-Yenisey abidələrində də 7 hecalı şeir şəklinin olduğunu söyləyir və nümunələr verir. Əmin Abid yazır ki, heca vəzni formalaşarkən öncə qısa ahənglər yaradan vəznlər meydana gəlmişdir. Çünki dilin ibtidai formasında birdən-birə güc və mürəkkəb parçalı vəznlər yarada bilməz.

Əmin Abidə görə heca vəzninin formalaşdığı ilk dövrdən başlayaraq ən geniş yayılan forma yeddilik olmuşdur. Bu da özünü iki şəkildə göstərir. Yeddi heca çox vaxt altı hecalı ilə qarışıq işlənib. Gah yeddi hecalı dördlüklərin üçüncü misrası altı hecalı olub, gah da altı hecalı dördlüklərin dördüncü misrası yeddi hecalı. Yeddi hecalı vəzn inkişaf etsə də altı və səkkiz hecalıları tam sıxışdırıb aradan çıxarmamışdır.

Heca vəznində olan ilk şeir nümunələrində qəti və müəyyən bir şəkil olmadığını söyləyən Ə.Abid eyni vəzndə gah durğuyla, gah da durğusuz işləndiyini və “oxunarkən bütün misralarda kəlmələrin müəyyən yerdə bitməsindən doğan ahəngin” şeirin bədii dəyərini artırdığını söyləyir. Başdan sonadək durğusuz oxunan misraları isə “bir nəsr parçası” adlandırır və “diqqət edildiyi zaman ilk mənzumələrdə bu ümumi ahəngdə qulağın xoşlandığı yumşaq bir dərəcə “olmadığı, əsgər yürüşündən hüsula gələn mütərət səslərə bənzədiyi” qənaətinə gəlir.

Onun fikirincə, qısa vəznlərdə təravətli səslər az duyulur; dil inkişaf etdikcə uzun vəznlər formalaşır. Bu da şeirin bədii dəyərini artırır. Sübut üçün Kaşqarlı Mahmudun “Divan”ına nəzər salaraq mənzum parçaların çoxu qısa vəzndə-əsasən yeddi hecalı olduğu qənaətinə gəlir. Uzun vəznli beytlər isə azdır. Burdan anlaşılır ki, 950 il öncə türk ədəbiyyatında heca vəzninin bir çox növü varmış, zaman keçdikcə onlardan bəziləri aradan çıxmış, bəziləri də təkmilləşərək daha da cilalanmışdır. Sıradan çıxanlara 12 hecalı şeiri nümunə göstərilir.

Ə.Abid “Divan”dan götürdüyü 13 və 15 hecalı şeirlərin durğuları üzərində dayanır. Birincidə yeddinci hecadan sonra bir durğu olduğu halda, ikincidə dörd durğu olduğunu, bu durğuların üçünün dörd hecalı, sonuncunun isə üç hecalı olduğunu söyləyir. “Divan”dakı 6-dan 15 hecayədək olan şeir parçalarını araşdıraraq aşağıdakı qənaətə gəlir: “Bu gün çox inkişaf edən on bir hecalıya heç bir nümunə yoxdur. Demək on bir vəzn bu zamanlarda hələ çox tətbiq edilməmişdir”.

Araşdırıcı heca vəzninin ən geniş yayılmış forması olan on birliyin formalaşması zamanını aydınlaşdırmağa çalışır və türklərin batıya yürüşlərini, ərəb və fars ədəbiyyatı ilə yaxından tanış olmalarını və ondan bəhrələnmələrini göz önünə gətirərək yazır: “Türk ədəbiyyatı yalnız mövzu (motiv) etibarı ilə deyil, ümumi texniki etibarı ilə də ayrı və yabançı olan yeni bir ədəbiyyat qarşısında bulundu. Heca vəzni gərək xalqın müxtəlif sinifləri və gərək də əşirət aristokratı ədəbiyyatında yeganə vəzniykən ərəbin əruzu üzərində yeni bir şeir abidəsi yüksəlməyə başladı”. Buna nümunə olaraq Yusif Has Acibin (Balasaqunlunun) 1069-1970-ci illərdə yazdığı 6500 beytli “Qudadqu bilik”i göstərir”.

Ə.Abid əldə edə bildiyi nümunələr üzərində apardığı qarşılaşdırmadan aşağıdakı qənaətlərə gəlir:

a) Xətainin şeirləri Azərbaycanda çoxdan unudulduğu halda daha çox ideoloji əhəmiyyət daşıdığından Türkiyədə “Təkyə dərgah”ları tərəfindən 1920-ci illərədək (yə’ni dərgahlar Atatürk hökuməti tərəfindən bağlananadək) yaşadılmışdır.

b) Xətai on bir hecalı şeirdən daha çox istifadə etmişdir.

c) Xətainin heca vəznində yazdığı şeirlər Yunis İmrə hecasının yanında sönük və ibtidaidir. Baxmayaraq ki, ondan əsrlərlə sonra yaşayıb.

ç) həyatı və şəxsiyyəti əfsanələrə qarışan Kərəmdən sonra heca vəzni Azərbaycanda sürətlə inkişaf edib.

Kərəmi “Şərqi oğuz türkcəsinin heca sahəsində yetişdirdiyi Füzulisi” hesab edən, onun sayəsində on bir hecalı şeirin ədəbiyyatımızda inkişaf etdiyini söyləyən Ə.Abid səhifənin ətək yazısında “Kərəm haqqında ayrıca araşdırma”sı olduğunu göstərir. Çox təəssüf ki, bu günədək həmin araşdırmanın izinə düşə bilməmişik.

Hecanın inkişafında Anadoluda yetişən Qaracaoğlan, Kuhi, Dərdli, Qul oğlu, Aşıq Əmrah kimi el şairlərinin xidmətlərini yüksək qiymətləndirən və onlardan nümunələr verən araşdırıcı xalq şeirinin III Sultan Əhməd sarayına Səlim tərəfindən zəif şəkildə daxil olduğunu Qafqaz və Azərbaycan xanları sarayında isə qüvvətli bir inkişafa nail olduğunu göstərir. Bunun da səbəbini M.P.Vaqif kimi sənətkarlarda görür. Ə.Abid yazır: “Bizim ədəbi sahəmizdə on bir hecanın 17-18 əsrlərdə çox məqbul olması, Xətai ilə başlayan, Kərəmlə şəxsiyyət qazanan hərəkətin nəticəsidir. Vaqifin hecası aşina olduğu klassik ədəbiyyat tərbiyəsi dolayısı ilə Xətai və Kərəmdən çox fərqli və pişkindir”(Abid Əmin, 1927:61, sayı 6-7).

Hətta Türkmən şairi Mahtumqulunun heca vəznində yazdığı şeirləri belə gözdən qaçırmayan, ona da elmi qiymət verməyə çalışan Ə.Abid Türkiyə ədəbiyyatındakı dəyişiklik haqqında yazır: “Namiq Kamal-Əbdülhəq Hamid məktəbi ilə “Sərvət-i Fünun” nəsri tərəfindən yaşadılan Avropaçılıq şeirin musiqisini və ümumi görünüşünü dəyişdiyi halda vəzn nöqteyi nəzərindən bir təsir yapmadı. Əski sarayın ənənəvi əruzu təmadi etdirildi”. Ə.Abidə görə “Şair Məhəmməd Əminin zühurundan sonra öncə Türkiyədə, sonra bizdə heca vəzni işlədilməyə başlandı. Bu dəfə Oğuz şeirindəki heca əski ədəbiyyatımızın təkamülü nəticəsində təsir altında bulunmaqla bərabər şair Məhəmməd Əminin hecasının tətbiqi deməkdir”. (Abid Əmin, 1927: 61, sayı 6-7).

Araşdırıcının folklorumuzla bağlı ikinci məqaləsi 1929-cu ildə Tbilisidəki “Dan yıldızı” jurnalında “Türk el ədəbiyyatına elmi bir baxış. “Oğuznamə” (Abid Əmin, 1929: sayı 5(29), səh. 30-32, sayı 8(32), səh.28-29) adıyla nəşr edilmişdir. Bu Azərbaycanda “Kitab-i Dədə Qorqud”la bağlı ilk sanballı araşdırmadır. Əmin Abid ondan iki il öncə də başqa bir məqaləsində “Kitab-i Dədə Qorqud” haqqında yazmışdı: “Dədə Qorqud kitabının bu nüsxəsinin (Drezden nüsxəsi nəzərdə tutulur-B.Ə., Ə.Ş.) hər nə qədər müsəlmanlığın oğuzlar tərəfindən qəbulundan sonra köçürüldüyü məlum olsa da, fəqət mündəricatı istər mövzu, istər yazı üslubu etibarilə olsun tamamən vəznli nəsr dövrünün xarakterini göstərir”.

Məqalədə diqqət çəkən bir qeyd var: “Azərbaycanlıların feodalizm dövründən əvvəl malik olduqları xalq ədəbiyyatı naminə tapa bildiyimiz ən əski əsər “Oğuznamə”dir. “Oğuznamə” indiki vəziyyətinə görə Azərbaycan ədəbiyyatının ilk əsəri deməkdir”. Bu fikri üzərinə işarə qoyan müəllif həmin səhifənin altında yazır: “Son günlər çapdan çıxan “Ədəbiyyatdan iş kitabı” adlı dərs kitabında mənim ilk dəfə olaraq irəli sürdüyüm bu fikri eynilə kopya edilmiş və məndən alındığına aid heç bir işarə qoyulmamışdır. Halbuki bu fikri 27-ci ildə Bakı Darülfünunda verdiyim məruzədə irəli sürdüyüm kimi, yenə də eyni sənədə Bakı Pedaqoji Texnikumunda və 28-ci sənənin başlanğıcında Bakı Maarif Evi Ədəbiyyat Dərnəyində “Azərbaycan ədəbiyyatının başlanğıcı” mövzusunda verdiyim məruzədə təkrarlamışdım. Bundan başqa 1927-ci ildə Ruhulla Axundov yoldaşa təslim etdiyim “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” adlı əsərimdə uzun-uzadı izah edilmişdir”. (Abid Əmin, 1929:30 sayı 5(29).

Hənəfi Zeynallı, Abdulla Şaiq və Atababa Musaxanlının 1928-ci ildə nəşr etdirdiyi “Ədəbiyyatdan iş kitabi”nda “Kitab-i Dədə Qorqud”dan bəhs edilməsi onu göstərir ki, dastanı öyrənməyə Azərbaycan araşdırıcılarının marağı varmış. A. Musaxanlı yazır: “Hekayədə (“Kitab-i Dədə Qorqud nəzərdə tutulur” – B.Ə., Ə. Ş.) təsvir edilən məhəllə Şərqi Anadolunu və Azərbaycanın cənub-qərb mənzərə və məhəllələrini xatırlatmaqdadır. Əski Oğuzların timsalı olan bu əsər lisan şivəsi etibarilə azəricəyə pək yaxındır. Tarixi və ədəbi qiyməti qayət böyük olan bu əsərin lisani xüsusiyyəti çox az tədqiq edilmiş, leksikona (lüğətə) və tərkibə (cümlə quruluşuna) aid lisani nöqtələri nəzərə alınarsa, bunun azəricə olması ehtimalı artmış olur. “Kitab-i Dədə Qorqud” lisan və mündəricəsi ilə ilk azəri əsəridir demək caizdir” (Zeynalli H., Şaiq A., Musaxanli A., 1928).

Atababa Musaxanlının iki səhifəlik “Qərb türkcəsi və “Kitab-i Dədə Qorqud” məqaləsini diqqətlə nəzərdən keçirdikdə bu gənaətə gəldik ki, dastanla yaxından tanış olan hər bir azərbaycanlı belə fikri söyləyə bilər. Qeyddən açıq-aydın görünür ki, Ə.Abid Azərbaycanda “Kitab-i Dədə Qorqud”un ilk araşdırıcısı olduğunun xatırladılmasını istəyir.

Əmin Abidin qeydi sual doğurur: nədən kitabı Ruhulla Axundova vermişdir?

Buna aydınlıq gətirməyə ehtiyac var; məlumdur ki, Ruhulla Axundov 1927-ci ilin yanvarında Azərbaycan Dövlət Nəşriyyatına direktor təyin edilmişdi. O, həmin vaxt “Maarif və mədəniyyət” jurnalına da redaktorluq edirdi. Üç ay sonra isə, yəni 1927-ci ilin martın 27-də isə onu Azərbaycan Xalq Maarif Komissarı təyin edirlər. Ruhulla Axundov nəşriyyat direktoru olanda da, nazir işləyəndə də “Azərbaycan türklərinin ədəbiyyat tarixi” kitabını çap etdirmək imkanı vardı. Bizə görə Əmin Abid əsərini Ruhulla Axundova nazir vəzifəsinə təyin edildikdən sonra verib. Əli Şahbazov da “Yeni fikir” qəzetindəki məqaləsində Əmin Abidin “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini nazirliyə verəcəyini və “təqdir medaliyası alacağını” yazırdı. “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini Ruhulla Axundovla bağlı arxivlərdə tapa bilmədik.

ADMƏİ arxivinin 170-ci fondundakı (Əmin Abidin əsərləri və onunla bağlı sənədlərin çoxu bu fanddadır-Ə.Ş.) “Azərbaycan türklərinin ədəbiyyatı tarixi”ni diqqətlə incələdikdə bu qənaətə gəldik ki, Ruhulla Axundova verilən həmin əsərin surətidir.

A-5 formatlı kağıza, qara mürəkkəblə və səliqəli xəttlə yazılmış “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” 316 səhifədir. Oradakı “Birinci söz”ün sonunda “İstanbul 1922–Bakı 1927. Əmin Abid” yazılıb. Əlyazmanın böyük bir qismi “Kitab-i Dədə Qorqud”dan bəhs edir.

Adətən çoxcildlik əsərlərin ön sözündə kitabın neçə cilddən olacağından, tərtib prinsiplərindən söz açılır. Nədənsə, Əmin Abid bu ənənəyə sadiq qalmayıb. Bir az da ideoloji yöndə olan “Birinci söz”də ədəbiyyat tariximizə dair materialların az olduğundan, bu yöndə geniş araşdırmalar aparılmadığından gileylənib. Azərbaycan türkcəsində danışanların geniş bir əraziyə yayıldıqlarından onların yaratdıqları ədəbi məhsulların toplanmasının çətinliyindən söz açan araşdırıcı səmimi etiraf edir ki, “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini yazarkən əldə edə bildiyi mətnlərə və qaynaqlara dayanıb.

“Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini Əmin Abid aşağıdakı başlıq və yarımbaşlıqlara ayırıb: 1.Fehrist (1.Birinci söz, 2.Başlanğıc: Azərbaycan – azəri-oğuz təbirləri haqqında ümumi bir tədqiq, 3.Rusiya, Avropa, Türkiyə və Azərbaycan mətbuatında ədəbiyyatımıza aid yapılan tədqiqatlar haqqında təhlili biblioqrafiya), 2.Mədxəl (1. Azərbaycan və Qafqaz türklərinin mənşələrinə qısa bir baxış: ( a) Əski oğuz türklərinin yaşadığı yerlər, b) İqtisadi həyat, c) “Totem”çilik, d) hakim olan dinlər), 2. Əski oğuzlarda ədəbi həyat ( e) Ağız ədəbiyyatı, ə) Yazılı ədəbiyyat, f) Vəznli nəsr və heca vəzni, g) İlk heca vəznləri, ğ) Xalq şairləri), 3. Birinci parça (Əşirət dövrü) (1.Qafqaz və Azərbaycanda ədəbi həyatın başlanğıcı, 2.Yabançı ədəbiyyatların təsiri, 3.Xalq ədəbiyyatının əski dövrləri, 4.Çadır ədəbiyyatı: əşirət aristokrasisinin vücuda gətirdiyi ədəbiyyat, a) “Oğuznamə”: mövzusu və mahiyyəti, b) “Oğuz xan” mənqəbəsi, c) “Həzrət əl-risalət min kəlamət Oğuznamə əl-məşhur atalar sözü”, ç) Miladi XII əsrdə “Koroğlu” mənqəbəsi), 4.İkinci parça (Əşirət dövrü ilə dərəbəylik dövrü arasındakı keçid zamanı) 1.Azərbaycan və Qafqazın ərəblər tərəfindən istilası, 2. “Quran ədəbiyyatı”nın ədəbiyyatımıza təsirə başlaması, 3.İslamlaşmış “Oğuznamə”, 4.“Kitab-i Dədə Qorqud əla lisan taifeyi-Oğuzan”, a) Drezdendəki mətn və onun ətrafında yapılan tədqiqlərin mahiyyəti, b) “Qorqud”un şəxsiyyəti və Mavərayi-Xəzər türkləri, Başqırd-Oğuz türkləri və Anadolu – Azərbaycan türklərinin arasındakı mövqe və nüfuzu, c) Qorqud mənqəbələrinin bəhs etdiyi yerlər bizim indiki məmləkətlərimizlə ləhcəmizin yayıldığı sahələrdən ibarət olduğuna aid tədqiqlər, ç) Qorqudun əsəri haqqında ümumi təhlil: mündəricatı, dilcə mahiyyəti, bədii qiyməti, qeyri-islami hüviyyəti, NəticəƏlavə (mətnlər).

Başlıq və yarımbaşlıqlarını gözdən keçirdikdə Əmin Abidin folklora nə qədər önəm verdiyi açıq aydın görünür. Kitab “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” adlansa da, orada yazılı ədəbiyyat adına Orxan-Yensey abidələrindən və Kaşqarlı Mahmudun “Divan-i lüğət-i it Türk”ündən söz açılır. Demək olar ki, kitabın səksən faizi folklordan bəhs edib. Əlavə (mətnlər) bölməsində isə “Kitab-i Dədə Qorqud”un ön sözündən və boylarından parçalar verib. Araşdırıcının o dövrdə yazdıqları uzun illər Azərbaycan qordudşünaslığının təməl fikirləri olub.

O, “Kitab-i Dədə Qorqud”un dəyərini bildiyinə görə onunla bağlı araşdırmalar aparmaq, məqalələr yazmaqla kifayətlənməmiş, elmi ictimaiyyətin diqqətini mövzuya yönəltmək üçün 1927-ci ildən başlayaraq Bakı Darülfünunda, Bakı Pedaqoji Texnikumunda, Bakı Maarif Evi Ədəbiyyat Dərnəyində məruzələr etmiş, əsərini nəşr edilməsi, universitetlərdə tədri olunması üçün Ruhulla Axundovla vermişdir.

Bu qənaətdəyik ki, Əmin Abid “Kitab-i Dədə Qorqud”un Drezden nüsxəsinin Azərbaycanda ilk araşdırıcısı olmaqla yanaşı, həm də kitabı ilk dəfə Azərbaycana gətirən və onu nəşrə hazırlayan olmuşdur. “Azərbaycan türklərinin ədəbiyyatı tarixi”ndə “Dədə Qorqud” boylarından bir neçəsinin məzmunun verilməsi də bunu deməyə əsas verir. Lakin Ə.Abid “Kitab-i Dədə Qorqud”u nəşrə hazırlasa da, repressiya olunduğundan onun nəşrini görməmişdir.

Əmin Abidin “Türk xalqları ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyətləri” (Abid Əmin, 1930: sayı 4-5) adlı araşdırmasını heca vəzninin tarixinin öyrənilməsinin davamı hesab etmək olar. “Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin nəşrə hazırladığı “Bayatılar” kitabına “Ön söz” kimi nəzərdə tutulmuş bu araşdırmada Ə.Abid yalnız Azərbaycan bayatıları ilə kifayətlənmir, janrın inkişaf yolunu izləyir, Turfan, Altay, Özbək, Mişar, Kazan, Krım, Anadolu, Qaqauz, Dağıstan, İraq türkləri arasında geniş yayılmış heca vəznindəki 7 hecalı, 4 misralı beş min dördlüyü qarşılaşdırır, maraqlı elmi nəticələr ortaya qoyur. Öncə bu mövzuda yazan Hammerin, İqnat Kunoşun, V.V.Radlovun, M.F.Köprlüzadənin, Haşım Nahidin, Sədaddin Nizhət və Məhəmməd Fəridin, Ə.Züfərin və Q.Yunusun, M.A.Abbaszadənin, Firidun Köçərlinin, Y.Vəzirovun (Çəmənzəminli), Salman Mümtazın, İsmayıl Hikmətin fikirlərinə öz münasibətin bildirir. Həmin illərdə folklorşünaslığımızda belə geniş və elmi araşdırmaya az-az rast gəlinir. Adları çəkilən araşdırıcıların əsərlərinin sadalanması və qaynaqların göstərilməsi o dövr üçün folklorşünaslarımızı istiqamətləndirmək mahiyyəti daşıyırdı.

1928-ci ilin oktyabrında bitirdiyi araşdırmada Ə.Abid əsasən mətn üzərində işləyib. Yəni özü ciddi toplama işi ilə məşğul olmayıb. Yalnız hərdən tələbələrindən və tanışlarından topladığı bayatılardan da istifadə edib. Məqaləni aşağıdakı bölmələr üzrə araşdırıb:

II. Bayatımı, manimi?

III. Başqa türk və tatar xalqlarının maniləri içində bayatının xüsusiyyətləri

IV. Bayatıların başqa nəzm şəkillərilə müqayisəsi

V. Bayatılarla əlaqədar olan xalq ənənələri

VI. Bayatılarda qadın yaradıcılığı

Ə.Abid yalnız bayatı, mani sözlərinin mənşəyini, janrın texnikasını öyrənməklə kifayətlənmir, tarixi keçmişimizə baş vurur, Orxan abidələrindəki 7 hecalı nəzm parçalarının bayatılarımızın inkişafında roluna nəzər salır. O, “Divan-i luğət-it-türk”ü, “Qudadqu biligi” və b. qaynaqları gözdən keçirərək yazır: “Qudadqu bilig” sahibi məsnəvi tərzində yazdığı əsərində “bu sözü dinlə, manidir”, – dedikdən sonra maniyi məsnəvi şəkilində deyil, qitə şəkilində yazır, sonra təkrar məsnəviyə başlayır. Demək olar ki, “Qudadqu bilig” zamanında türklər arasında mani adında nəzm şəkli olmuşdu və bu manilər də yalnız tək qitə halında tənzim edilmişdir” (Abid Əmin, 1930:16, sayı 4-5). Bu kimi qaynaqlara dayanan araşdırıcı türklərin yaşadıqları mühtəlif bölgələrdə dördlüklərə ayrı-ayrı adlar verilməsini belə izah edir: “Bizim əldə etdiyimiz nəticəyə görə bayatı təbiri kimi öləng, çır, türkü, əşülə adları da mənaca şərqi demək olduğundan bunlar da digər türk xalqlarında maninin bəstəsinə verilmiş ad kimi sayılmalıdır” (Abid Əmin, 1930:13, sayı 4-5)..

Ə.Abid bir çox mülahizələrində nüfuzlu elm xadimlərinin fikirlərinə əsaslanır, onların xidmətlərini yüksək qiymətləndirərək yazır: “Hər halda mani növünün Orta Asiya xalqları arasında Altaya qədər geniş bir sahədə “Divan-i luğat-it-türk”ün yazılış tarixindən çox əvvəl yaşadığı haqqında Kovalski kimi bizdən çox daha səlahiyyətdar bir mütətəbbinin fikri ayrıca diqqət ediləcək bir nüktədir”(Abid Əmin, 1930:15, sayı 4-5).

Tuyuğun bir janr kimi formalaşmasında rübainin təsir fikrilə razılaşmayan Ə.Abidə görə tuyuğ janrının formalaşmasına mani-bayatı təsir etmişdir. Odur ki, “Divan-i luğat-it-türk”dəki yeddi hecalı mənzumələrin bayatılarımızla fərqli cəhətlərinin olmasını təbii sayır və oradakı qoşma mənasında işlədilən qoşuq sözünün bu gün bizim başa düşdüyümüz heca vəzinli bir şeir şəkli deyil, ümumiyyətlə şeir, qəsidə, rəcəz mənasında işlədildiyini göstərir.

Qaynaqlardan aldığı nümunələri yalnız formalarına, hecasının sayına görə deyil, daxili qurluşuna görə də qarşılaşdırır. Bu qənaətə gəlir ki, Xoca Əhməd Yəsəvinin “Divan-i hikmət”indəki yeddi hecalı şeirlərdə misralar 3-4 durğusu ilə verildiyinə görə “Divan-i luğat-it-türk”dəki şeir parçalarına daha yaxındır.

Şeirin daxili qurluşuna da çox önəm verən Ə.Abid folklorşünaslığımızda ilk dəfə olaraq bu məsələni qoyurdu. Onun araşdırmasının ən geniş və həcimcə böyük bölməsi də məhz buna həsr edilib. Bayatı və manilərdə misraların 6 və 7 hecalı olmasını eləcə də qafiyə, rədif, cinas və ahəng məsələsini diqqətlə öyrənib. T.Kovalskinin maniləri vəzn və ahəngə görə üç qrupa ayırması ilə razılaşmayıb.

Bir-birilə qafiyələnən misralardakı durğuların bölgüsünə 14, sərbəst misra adlanan, yəni qafiyələnməyən üçüncü misranın durğularının bölgüsünə 24 nümunə verib. Misralarda durğuların çoxluğunu poetik qüdrət, musiqililik kimi qiymətləndirib, Azərbaycan bayatılarının daha zənginliyi qənaətinə gəlib.

Ömrünü ümumtürk ədəbiyyatının araşdırılmasına həsr etmiş Ə.Abidin müəllimi M.F.Köprülüzadə ilə mübahisəyə girməsi “Azərbaycan bayatılarında 9 növ cinasa rast gəlinirsə, türk manilərində çinas çox azdır yazması” məhəlliçilik təsiri bağışlayır. Onun bu fikrini qəti hökm kimi qəbul etmək çətindir. Çünki 20-ci illərdə istər Azərbaycanda, istərsə də başqa türk ölkələrində manilər, bayatılar, çırlar və b. hələ geniş toplanıb nəşr edilməmişdir. Əlaqələrimizin genişləndiyi, kitablar və başqa qaynaqları əldə etməyin asanlaşdığı bir dövrdə problemə yenidən qayıtmaq, Ə.Abidin başladığı işi davam etdirmək bu gün də qarşıda duran problemlərdəndir.

Şeirimizdə vəzn, ritm və s. məsələlərlə dərindən məşğul olan prof. Məhəmməd Əliyev bu sahədə Ə.Abidin xidmətlərini qiymətləndirərək yazır: “Ə.Abid demək olar ki, hecanın əksər şəkillərinin elmi təsnifini vermiş… Ədəbiyyatşünaslıqda yeni poetik forma məsələləri əksəriyyəti düşündürdüyü vaxt Ə.Abidin hecayi şeir tariximizin öyrənilməsi sahəsində atdığı ilk addım şeir tariximizin, onun poetik-texniki vasitələrin tarixilik baxımından tarixi-müqayisəli metod əsasında öyrənilməsinə çox qiymətli bir çağırış idi” (Əliyev Məhəmməd, 1983:80-81)

Əslində Ə.Abidin bu məqalələri xalqı öz kökündən ayırmaq istəyənlərə, kosmopolitlərə, “sosialist mədəniyyəti” adı altında ruslaşdırma siyasəti yeridənlərə qarşı aparılan intellektual mübarizənin tərkib hissəsi idi. Dövrün ideoloji burulğanına düşərək köhnə, “nəzmi sifətləri”ni sufi şeiri, “iylənmiş, qoxulanmış”, “ibtidai”, “qeyri-mədəni” hesab edən kommunist M.Quliyevlərə, Ə.Nazimlərə, A.Şəfilərə, M.Rəfililərə və b. təsir göstərə bilmək üçün belə dərin məzmunlu araşdırmaları ortaya qoymağın özü bir qəhrəmanlıq idi. Çünki həmin dövrdə rəsmi mövqe, mətbuat “biz üzümüzü Füzulilərə, Nəsimilərə, Vaqiflərə, Mirzə Fətəlilərə, Hüseyn Cavidlərə deyil, Verxarnlara, Uitmenlərə, Jül Vernlərə, Mayakovskilərə və bütün dünya klassiklərinə çeviririk” (Gülən Adam, 1929) əhval-ruhiyyəsindəydi.

Comments are closed, but trackbacks and pingbacks are open.