Press "Enter" to skip to content

Görkəmli ədib, Xalq Yazıçısı Əli Vəliyevin “Budağın xatirələri” romanı yenidən nəşr olunmuşdur

Zülmün topu var

Əli Vəliyev “Budağın xatirələri”

Eli Veliyev “Budaqin xatireleri”. Есть еще книги Велиева. Чтобы посмотреть мои объявления,нажмите под номером телефона на “Объявления пользователя”

Bakı 27 Oktyabr 2019 322 dəfə Mənbə: tap.az
П

Пользователь

Məhsul satılmışdır
Seçilmişlərə əlavə et

Oxşar Elanlar

Satılır Köhnə tikili, 63m², 2-Otaqlı

92 000 15 Noyabr 2019

Clopos Restoran Sistemi

Clopos Reklam

Satılır Köhnə tikili, 120m², 5-Otaqlı

160 000 26 Fevral

Satılır Köhnə tikili, 101m², 4-Otaqlı

115 000 26 Dekabr 2019

Satılır Yeni tikili, 76m², 2-Otaqlı

117 000 26 Noyabr 2020

Əli elektroniks

930 Dünən

Əli elektroniks

520 Dünən

Satılır Köhnə tikili, 65m², 3-Otaqlı

117 000 1 İyul 2022

Əli elektroniks

494 Dünən

Əli elektroniks

520 Dünən

Torpaq sahəsi

4 500 11 Fevral

Satılır Yeni tikili, 70m², 2-Otaqlı

108 000 29 Avqust 2019

Paris Corner Manaal

40 21 Fevral

Əskinaz qəbuledicilərin təmiri

Razılaşma ilə 1 Mart

Xiaomi Redmi Note 9S Aurora Blue 64GB/4GB

250 2 saat əvvəl

Satış Həyət evi, 85m²

42 000 1 Fevral

Satılır Yeni tikili, 115m², 3-Otaqlı

73 000 1 Fevral

Manat Qebuledici İTL-BV50

999 1 Mart

Kağız pulqəbuledici təmiri “Seria İTL”

998 1 Mart

E Vitamin Üz Serumu

14 17 Fevral

Üz Qırış Serumu “E” Vitamini

14 17 Fevral

Vitamin E

14 26 Yanvar

Satılır Yeni tikili, 181m², 4-Otaqlı

380 000 25 Avqust 2021

Batumi təyyarə turu

370 13 Fevral

Ödənişli xidmətlər

Elanınızı Premium edin, ana səhifədə hərkəs görsün!

Ödənişli xidmətlər

Elanınızı irəli çəkin, ana səhifədə hərkəs görsün!

Elanı sil

Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim

Telefon: (012) 566-74-58

Haqqımızda

Yardımçı linklər

Saytın rəhbərliyi yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır

© UcuzTap bir şirkət məhsuludur

Görkəmli ədib, Xalq Yazıçısı Əli Vəliyevin “Budağın xatirələri” romanı yenidən nəşr olunmuşdur

Bakı, 5 avqust (AZƏRTAC). XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq Yazıçısı Əli Vəliyevin “Budağın xatirələri” romanı birinci və ikinci kitablar şəklində yenidən nəşr olunmuşdur.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən və iki kitabdan ibarət romanın redaktoru yazıçının nəvəsi, tanınmış nasir və dramaturq Afaq Məsuddur.

Nəfis tərtibat və yüksək zövqlə hazırlanmış kitab “Elm və Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çapdan çıxmışdır.

Yenidən nəşr olunmuş bu kitabları vərəqlədikcə bir daha əmin olursan ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi böyük şöhrət qazanmış Əli Vəliyev özünəməxsus ədəbi irsə malik, silsilə romanları ilə nəsrimizi zənginləşdirən unudulmaz yazıçılarımızdan biri kimi tanınaraq sevilir.

Görkəmli nasir və publisist, qüdrətli qələm sahibi Əli Vəliyev kəşməkəşli XX əsrin ilk ilində dünyaya gəlmiş, həyatın hər üzünü görə-görə mənsub olduğu xalqın səksən illik bir tarixi mərhələsinin fəal iştirakçısına, bu tarixin bədii salnaməçisinə çevrilmişdir.

Qələmi nəsrin bütün janrlarında sınaqdan çıxmış ədibin əsərlərindəki xəlqilik onun təkrarsız şəxsiyyəti ilə bilavasitə bağlıdır. Əli Vəliyevin yaradıcılığı üçün səciyyəvi cəhətlərdən bəlkə də ən birincisi həyatilik, xəlqilik, bütün kökləri ilə, bütün varlığı ilə mənsub olduğu Azərbaycan xalqına bağlılıqdır. Uydurma, quraşdırma hadisələr, qeyri-adi əhvalatlar, kitablardan, filmlərdən götürülmüş obrazlar sənətkarın yaradıcılığına yaddır. Görkəmli ədib ancaq gördüklərini, duyduqlarını, şahidi olduqlarını yazırdı. Onun bütün əsərlərində, o cümlədən “Budağın xatirələri”ndə bu söhbətlər o qədər şirin, o qədər inandırıcı, o qədər səmimidir ki, oxucunu qətiyyən yormur, onu real hadisələrin, olmuş əhvalatların coşqun axarına alıb aparır.

Azərbaycan ədəbiyyat tarixində, sözün əsl mənasında, klassikləşmiş şəxsiyyət kimi qalmış Əli Vəliyev yazıçı olaraq nəsrimizə maraqlı mövzular gətirmiş, ədəbiyyatımızı sanballı əsərlərlə zənginləşdirmişdir. Məhz yenidən çap olunmuş bu roman da bir daha sübut edir ki, zaman dəyişsə də Ə.Vəliyevə oxucu sevgisi azalmamış, əksinə günbəgün daha da artmışdır.

Qüdrətli söz ustası bu kitabını qırxillik ömür-gün yoldaşı Qumru xanıma ithaf etmişdir. Kitabda yazıçı gördüklərini dörd hekayətdə ümumiləşdirmişdir. Bir müddət bundan əvvəl jurnalistlərə müsahibə verən kitabın redaktoru A.Məsud demişdir: “Bu romanı əvvəllər də oxumuşdum, bu dəfə redaktor qismində daha diqqətlə oxumalı oldum və babam olduğuna görə demirəm, bu qənaətə gəldim ki, Əli Vəliyev biz düşündüyümüzdən qat-qat maraqlı və ciddi yazıçıdır. Əsərin mövzusuna gəlincə, inqilabdan əvvəlki və sonrakı dövrlər, sovet hakimiyyətinin qurulması illəri, qolçomaqlarla mübarizə, həyata yeni gözlərlə baxan gənc kommunistlər və s. bu kimi məqamlar ilk baxışda adama “zamanı ötmüş” kimi görünsə də, alt qatdan sızan canlı həyat – az qala salnamə effekti verən insan taleləri, yeni quruluşun məhv etdiyi bəy ailələrinin qısa, təsirli tarixçələri, yazıçının öz bioqrafiyası ilə bağlı səmimiliyi, kimsəsizlik və yazdığı məqamların ağrılarını özündə saxlaması qüdrəti ilə məni heyran etdi”.

Görkəmli dramaturqumuz Afaq Məsud qeyd etmişdir ki, “Budağın xatirələri” əsəri üzərində bir qədər təmizləmə işi aparmış, xırım-xırda düzəlişlər etmişdir. Yazıçının yeniyetməlik dövrlərini təsvir edən fəsilləri isə göz yaşlarsız oxuya bilmədim. Orada havanın ayazı da, torpağın nəmi də ata-anasını, qohum-əqrəbasını faciəvi şəkildə itirib çöl-biyabanlarda yalquzaq kimi tək tənha qalmış yeniyetmə Budağın ağrıları ilə bir sızıldayır. Bax, əsl ədəbiyyat budur. Cümlələr sadə və qısa, təsvirlər aydın və təsirlidir. Mətn əzəli və dəyişməz insan saflığı, ilahi ağrılar və nisgillə doludu.

Uzun və mənalı ömür yolu keçən Əli Vəliyev Azərbaycan Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuş, sonralar bu qurumun katibi, repressiya illərində nəsr bölməsinin rəhbəri və digər vəzifələrdə çalışmışdır. İkinci Dünya müharibəsi illərində sovet ordusunun tərkibində Krım cəbhəsində yazıçı-jurnalist kimi fəaliyyət göstərmişdir. Sonralar “Kommunist” qəzetində çalışan Əli Vəliyev bir müddət bu mətbu orqanın redaktoru işləmişdir. Hansı vəzifəni icra etməsindən asılı olmayaraq Əli Vəliyev həmişə böyük sözün, müqəddəs ədəbiyyatın ən parlaq simalarından biri kimi tanınmış və bənzərsiz yazıları ilə əbədiyaşarlıq qazanmışdır.

Şübhə yoxdur ki, Əli Vəliyev yaradıcılığına, ümumiyyətlə, ədəbiyyata bağlı olan adamlar yenidən nəşr olunmuş bu romanı sevə-sevə oxuyacaqlar.

Dərd də azar kimi gələndə batmanla gəlir.

Milli.Az lent.az-a istinadən bildirir ki, Azərbaycan ədəbiyyatının məşhur romanlarının ilk və son cümlələrini təqdim edir. Siyahı tarixi xronologiya prinsipinə uyğun hazırlanmışdır.

Cəlil Məmmədquluzadə: “Danabaş kəndinin əhvalatları”

Miladiyyə tarixinin min səkkiz yüz doxsan dördüncü ilində avqust ayının əvvəllərində Danabaş kəndində bir qəribə əhvalat olubdu.

Ziba anasının qucağında bir az ağlayıb yuxuladı.

Ə. Haqverdiyev: “Xortdanın cəhənnəm məktubları”

Əmma raviyani-əxbər və naqilani asar və tutiyani şəkkər-şikənü şiringöftar camiül hekayətda kimdən ərz eləsinlər? Bəndədən.

Çox gözəl, biz də öz cəzamıza müntəzir olarıq.

Yusif Vəzir: “İki od arasında”

Dan yеri sökülürdü.

Dоstu Allahqulu isə Tiflisə köçüb, görkəmli bir tacir оlmaqla, nəhayət, məqsədinə çatmışdı.

Nəriman Nərimanov: “Bahadır və Sona”

Yayın isti günlərindən idi.

Maşo gəlib qızını dəlilər azarxanasında gördü.

A. Divanbəyoğlu: “Can yanğısı”

İstirahəti yox, uyuya bilməz.

Süleyman Rəhimov: “Saçlı”

Uca dağların arasından keçən dolama yolu dolana-dolana ötən avtobus balaca şəhərin baş meydançasında dayandı.

– Sən özün pənahında saxla! Allah, sən özün rəhm elə! – deyə ana pıçıltı içində hıçqırırdı.

Mirzə İbrahimov: “Gələcək gün”

Bütün günü hər tərəfə od ələyən günəş təzəcə batmışdı.

Bu yol parlaq sabaha, xoşbəxt gələcəyə gedirdi.

Əli Vəliyev: “Budağın xatirələri”

Kəndimiz Salvartı dağının ətəyindədir.

Kəklikdə İlqarı, Sara ilə Madarı Aqil əminin yanında qoyub, yenə də Bakıya yola düşdüm.

Əbülhəsən: “Dünya qopur”

– Əmiqızı, mən qalıb kolxozda işləyəcəyəm.

İndi artıq İkram yuxulayırdı.

İsmayıl Şıxlı: “Dəli Kür”

Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi.

Kürün uğultusundan başqa heç nə eşidilmirdi.

İsa Hüseynov: “Məhşər”

Yer üzünün bir qismində Teymurləng, o biri qismində Tamerlan adı ilə tanınan Səmərqənd əmiri ilk yürüşlərini başa vurub İranı, Azərbaycanın cənub torpaqlarını, Ərməni və Qaxeti fəth edib, Kür çayı boyunca Azərbaycanın şimalına gəlib, burada gözlənilmədən Şirvanşah İbrahimlə müqavilə bağlayıb Səmərqəndə qayıtmış, səltənətinin düşməni – Qızıl Orda hakimi Toxtamış xanla növbəti vuruşmalardan sonra yeni böyük yürüşə başlayıb bu dəfə Bağdada qədər gedib çıxmış, oradan qayıdanda isə İran – Rum sərhədində İldırım Bayəzidə bac verən qalalara basqın etmiş, qarət malını və ailəsini yaz açılana qədər Zəncanda qoyub, Bayəzidin lap qulağının dibində, Ərməndə qışlamağa getmişdi.

Səmərqənddən başlamış Ruma qədər parçalanmaqda, dağılmaqda olan səltənətin hər yerində indi yalnız “həq mövqeyinə sadiq”, laməkan batinlər, vəhdətin minillik yolunda yorulmadan, usanmadan, həq ocaqlarında, məscidlərdə, kilsələrdə, bütxanələrdə həqiqətlərini şərh edə-edə insan haqqında yaxşı söz deyirdilər və ötəri qayğıların fövqündə olan çökük sinəli, kəhrəba üzlü, gecə gözlü məkansızı vəsf edirdilər:

Anar: “Beş mərtəbəli evin altıncı mərtəbəsi”

. amma qəfilcən sükut çökdü.

Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki.

Yusif Səmədoğlu: “Qətl günü”

Dərd də azar kimi gələndə batmanla gəlir.

Yuxunuz şirin olsun, dirilər!

Elçin: “Ölüm hökmü”

Axşam düşmüşdü, Bakının aşağısından – Xəzər tərəfdən yüngül bir yaz mehi əsirdi və həmin meh o aprel axşamı Tülkü Gəldi Qəbiristanlığında Qəbiristanlıq Idarəsinin həyətindəki xartut, əncir, gilas ağaclarının təzə-tər yarpaqlarını güclə eşidiləcək bir xışıltıyla səsləndirirdi, o xışıltı həyətə yayılırdı və elə bil ki, o böyük həyətin həmin anlardakı müvəqqəti sakitliyinə, kimsəsizliyinə bir məhrəmlik gətirirdi.

Uzaqlarda yenə səssiz bir şimşək çaxdı.

Əkrəm Əylisli: “Kür qırağının meşələri”

Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı-qapı-qapı, tin-tin arta arta onlar yekə bir dəstək oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.

Qədir, ay Qədir, ay Qədir!

Məmməd Oruc: “Köçürülmə”

– Yox, mənə heç nə olmayıb, məni Vadalyan çağırıb.

Və kimsə uzaqda elə bil şeir oxuyurdu:

Zülmün topu var

Haqqın da bükülməz qolu

Dönməz üzü vardır.

Seyran Səxavət: “Nekroloq”

Aralıdan baxanda yer kürəsi çürük toxuma oxşayırdı, yaxından baxanda isə oxşamırdı – eləcə çürük idi.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.