Press "Enter" to skip to content

İnsan və heyvan fiziologiyası II hissə

. Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Səhiyyə sahəsində Azərbaycan Respublikası . ? A) 80 hs B) 90 hs C) 70 hs D) 60 hs E) 50 hs Ədəbiyyat: A.A. . kompleks planı harada təsdiq olunur ? A) Respublika GEM-də B) Səhiyyə Nazirliyində C) Şəhər .

Vliyev sadlinski insan anatomiyasi ve fiziologiyasi

Barcha fanlardan o’zbek tilida referatlar mega to’plami, arxiv mutlaqo bepul.

Yurak qon – tomirlar tizimi anatomiyasi, fiziologiyasi va funksiyalari.

Подробности Автор: AIM EDITOR Родительская категория: Рефераты Категория: Медицина (Рефераты) Опубликовано: 21 Июнь 2017 Просмотров: 14949

3.9545454545455 1 1 1 1 1 1 1 1 1 1 Rating 3.95 (33 Votes)

Yurak qon – tomirlar tizimi anatomiyasi, fiziologiyasi va funksiyalari.

  • 1. Qon tomirlar anatomiyasi va fiziologiyasi.
  • 2. Katta qon aylanish doirasi haqida ma’lumot.
  • 3. Kichik qon aylanish doirasi haqida ma’lumot.
  • 4. Yurakning anatomiyasi va fiziologiyasi
Скачать Файл:

Ushbu ma’lumotni yuklab olish uchun ro’yxatdan o’ting. Ma’lumotlar mutlaqo bepul. Чтобы скачать этот файл зарегистрируйтесь или войдите на сайт.
Please register or login to download this file.

İnsan və heyvan fiziologiyası II hissə

Dərslikdə insan və heyvan fiziologiyasının aşağıda adları verilmiş əsas bölmələrinə aid müasir məlumatlar verilmişdir.

Bakalavr pilləsində oxuyan tələbələr üçün biologiyanın əsas bölmələrindən biri hesab edilən «lnsan və heyvan fıziologiyası» üzrə nəzərdə tutulan mühazirə materialları ikicildlik dərslik kimi təqdim edilir. Dərsliyin ikinci hissəsində fiziologiya sahəsində son nailiyyətlər Avropa standartları nəzərə alınmaqla qan, ürək-damar, qan dövranı, tənəffüs, həzm, sidik-ifrazat, maddələr və enerji mübadiləsi, bədən temperaturu və tənzimi, əməyin fiziologiyası, ekoloji fiziologiya, qocalıq və qocalma, ali sinir fəaliyyəti bəhsləri və fizioloji göstərici, termin göstəricisi, müəllif arayışı, kafedranın tanınmış alimləri, terminlər lüğəti, testlər verilmişdir.

Dərsliyin əsas üstün cəhəti odur ki, ayrı-ayrı fəsillərdə orqanizmin orqan və toxumalarının fəaliyyət mexanizminin Avropa təhsil standartlarına uyğun şəkildə izah edilməsi və əvvəlki dərsliklərdən fərqli olaraq burada hüceyrə fiziologiyası (birinci kitabda), əmək və ekoloji fiziologiya, qocalma və qocalıq, bioloji qocalma haqqında ilk dəfə məlumat verilməsidir.

Proqrama uyğun yazılmış dərslik dövlət universitetlərinin bakalavr pilləsində təhsil alan tələbələri, eləcə də fizioloq magistrantlar, nəzəri və təcrübi biologiyanın müxtəlif sahələrində çalışan bioloqlar üçün faydalı ola bilər.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ

Uşaq ana­to­mi­ya­sı (yunanca anatenmo-yarıram deməkdir) uşaq or­qa­niz­mi­nin və onun ay­rı-ay­rı or­qan­la­rı­nın, toxumalarının, hüuceyrələrinin qu­ru­lu­şu­nu və formasını öy­rə­nir.

Uşaq fi­zio­lo­gi­ya­sı (fiziologiya phisis-təbiət, loqos –elm sözlərindən götürülmüşdür) onto­ge­ne­zin müx­tə­lif dövrlərində or­qan­la­rın, or­qan­lar sis­te­mi və orqa­nizmdə bö­yü­mə və in­ki­şaf za­ma­nı ge­dən hə­ya­tı pro­ses­lə­ri – funk­si­ya­ları, bu funksiyaların yaş dövrlərində özü­nə­məx­sus­lu­ğu­nu öyrə­nir.

Gigiyena (yunanca gigienos-sağlam) insanın sağlamldığını qorumaq və möhkəmlətmək üçün əlverişli şərait yaratmaq, onun əməyini və istirahətini düzgün təşkil etmək, xəstəliklərin qarşısını qabaqcadan almaq üçün profilaktik tədbirlər görmək haqqında elmdir. Hər bir uşağın müxtəlif yaş dövrü özünün xüsusiyyətlərinə malikdir. Mövcud olan gigiyena normaları və təklifləri uşağın dünyaya gəlməsi anından onun gigiyenik baxımdan tərbiyələndirilməsinə kömək edir. Buna uyğun olaraq uşaq gigiyenasının tədqiqat obyekti uşaq və yeniyetmə yaşlarının xüsusiyyətləri, sağlamlığı və xəstəliklərin profilaktikası, sinir sisteminin və ayrı-ayrı orqanların (görmə, tənəffüs, həzm və s.) gigiyenası, fiziki tərbiyə, sümük-əzələ sisteminin möhkəmləndirilməsi, düzgün qamətin tərbiyələndirilməsi, orqanizmin möhkəmləndirilməsi, qidalanmanın gigiyenik əsasları, valideynlərin sanitar savadının möhkəmləndirilməsindən ibarətdir.

Ha­zır­da in­san ana­to­mi­ya­sı və fi­zio­lo­gi­ya­sı elmlərində çox­lu fak­ti­ki mə’lumatlar top­la­nıb və bun­la­rın hər bi­ri ay­rı­ca fənn ki­mi tibb təd­ris müəs­si­sə­lə­rin­də təd­ris olu­nur. Təd­ri­cən bu fən­lərin qol­la­rı dif­fe­ren­siyal­laş­ma­ğa baş­la­dı ki, bun­lar­dan bi­ri də uşaq ana­to­mi­ya­sı və yaş fi­zio­lo­gi­ya­sı el­mi­dir. Bu el­min qar­şı­sı­na qoy­duğu və­zi­fə uşaq or­qa­niz­mi­nin hə­yat fəa­liy­yə­ti­nin qanuna­uy­ğunluqlarını öy­rən­mək və onu ida­rə et­mək­dən ibarətdir. Uşaq ana­to­miyası və fi­zio­lo­gi­ya­sı el­mi­nin pred­me­ti bö­yü­mək­də olan sağ­lam or­qa­niz­min özü və on­da­kı ay­rı-ay­rı fi­zio­lo­ci pro­ses­lər­dir.

Mə’lumdur ki, or­qa­niz­min ümu­mi qu­ru­luş və funksiyasını, onun or­qan­la­rı, to­xu­ma­la­rı və hü­cey­rə­lə­ri­nin qu­ru­lu­şu­nu bil­mədən öy­rən­mək müm­kün de­yil. Ona gö­rə də uşaq ana­to­mi­ya­sı və fi­zio­lo­gi­ya­sı el­mi mak­ros­ko­pik və mik­ros­ko­pik ana­to­mi­ya, emb­rio­logiya, his­to­lo­gi­ya, si­to­lo­gi­ya, bio­kim­ya və s. elmlərlə üz­vi sur­ətdə əla­qə­dar­dır.

Can­lı­lar­da ge­dən hə­ya­ti pro­ses­lər ta­ri­xi in­ki­şaf­da də­yi­şil­miş və mü­rək­kəb­ləş­miş­dir. Hər bir or­qa­niz­min qu­ru­luş və fi­zio­lo­ci pro­ses­lə­ri­ni öy­rən­mək üçün hə­min or­qa­niz­min ta­ri­xi in­ki­şa­fı­nı – fi­lo­ge­ne­zi­ni də bil­mək va­cib­dir. Uşaq ana­to­mi­ya­sı və fizio­lo­gi­ya­­sını öy­rə­nər­kən tə­ka­mül tə’liminin element­lə­rin­dən (prinsip­lərin­dən) ge­niş is­ti­fa­də olu­nur ki, bu da onun mü­qa­yi­sə­li ana­to­miya və tə­ka­mül fi­zio­lo­gi­ya­sı ilə əla­qə­si­ni gös­tə­rir. Uşaq ana­tomiyası və fi­zio­lo­gi­ya­sı el­mi bü­tün bio­lo­ji və tib­bi elmlərlə ya­naşı pe­do­qo­gi­ka, psi­xo­lo­gi­ya, fi­zi­ki tər­bi­yə (bə­dən tər­bi­yə­si) elm­ləri ilə də çox sıx əla­qə­dar­dır.

Uşaq ana­to­mi­ya­sı və fi­zio­lo­gi­ya­sı el­mi ön­cə pe­do­qo­ji əhə­miy­yət da­şı­yır. Bu pred­me­tin öy­rə­nil­mə­si müəl­lim­lə­rə im­kan ve­rir ki, in­ki­şaf et­mək­də olan uşaq­la­rı müx­tə­lif yaş dövrlərində düz­gün is­ti­qa­mət­lən­dir­sin, fi­zi­ki cə­hət­cə sağ­lam bö­yü­mə­si­nə şə­rait ya­rat­sın. Bu elm şagirdlərdə tə’lim-tər­bi­yə işi­nin nor­mal fi­zi­oloci-gi­gi­ye­nik əsas­da apa­rıl­ma­sı­na, fi­zi­ki tər­bi­yə və is­ti­ra­hə­tin düz­gün re­cim­lə qu­rul­ma­sı­na kö­mək­lik edir. Uşaq ana­to­mi­ya­sı və fi­zio­lo­gi­ya­sı el­mi pe­da­qo­gi­ka və psi­xo­lo­giya elmlərilə bir­lik­də müəl­lim­lər­də ye­ni dün­ya gö­rü­şü­nün for­ma­laş­masına, mək­təb­lilərin tə’lim tər­bi­yə­si­nin el­mi əsas­lar­la qu­rul­ma­sı­na gə­ti­rib çı­xarır, pe­do­qo­ci təh­sil sis­te­min­də tə­biət elmlərinin əsas ünsür­lə­rin­dən bi­ri­nə çe­vi­ri­lir.

Ona gö­rə də hər bir pe­da­qoq – ib­ti­dai si­nif müəl­li­mi uşaq or­qa­niz­mi­nin qu­ru­lu­şu, on­da ge­dən ay­rı-ay­rı fi­zio­lo­ci pro­ses­lər haq­qın­da ele­men­tar bi­li­yə ma­lik ol­ma­lı­dır. Tə­sa­dü­fü de­yil ki, bu pred­me­tə dün­ya­nın bir çox gör­kəm­li pe­da­qoq­la­rı, psi­xo­loq­la­rı, hə­kim və bio­loq­la­rı xü­su­si əhə­miy­yət ver­miş­lər və verirlər. N.K.Krupskaya ya­zır­dı: “Pe­da­qoq hər şey­dən əv­vəl nə­yi bil­mə­li­dir – in­san or­qaniz­minin qu­ru­lu­şu və funksiyasını, onun ana­to­mi­ya­sı­nı, fi­zi­o­lo­giyasını və in­ki­şa­fı­nı. Bun­la­rı bil­mə­yən yax­şı pe­da­qoq ol­maz, uşaq­la­rı düz­gün bö­yü­düb tər­bi­yə edə bil­məz”.

Be­lə­lik­lə uşaq or­qa­niz­mi­nin ana­to­mi­ya­sı­nı, fi­zio­lo­gi­ya­sı­nı və gigiyenasını la­zı­mi sə­viy­yə­də bi­lən tər­bi­yə­çi – pe­da­qoq­lar on­la­rın zeh­ni və fi­zi­ki qa­bi­liy­yət­lə­ri­ni sağ­lam və yax­şı in­ki­şaf et­di­rə bi­lər.

Uşaq ANA­TO­Mİ­YA­SI, Fİ­ZİO­LO­Gİ­YA­SI və gigiyenası EL­Mİ­NİN İN­Kİ­ŞAF TA­Rİ­Xİ

İn­san or­qa­niz­mi­nin qu­ru­lu­şu və on­da ge­dən pro­ses­lər haq­qın­da il­kin mə”lu­mat­lar bi­zim era­dan əv­vəl ya­şa­yıb ya­rat­mış, tə­ba­bə­tin ata­sı sa­yı­lan Hi­ppok­ra­tın (b.e.ə. 384-322-ci il­lər) əsər­lə­rin­də rast gə­li­nir. Kəl­lə sü­mük­lə­ri, ar­te­ri­ya­lar, və­tər­lər və si­nir­lər haq­qın­da mə’lumat ver­mək­lə o bil­dir­irdi ki, ar­te­ri­ya­la­rın içə­ri­sin­də ha­va olur, cin­si hü­cey­rə­lər be­yin­də ha­zır­la­nır və onur­ğa bey­ni va­si­tə­si­lə cin­siy­yət or­qan­la­rı­na ke­çir və s.

Yu­na­nıs­ta­nın di­gər məh­şur ali­mi Aris­to­tel ürə­yin qu­ru­lu­şu, onun da­mar­lar­la əla­qə­si, sü­mü­yü qi­da­lan­dı­ran da­mar­lar, yu­xa­rı və aşa­ğı boş ve­na­lar, si­nir­lər və və­tər­lər haq­qın­da öz döv­rü üçün mü­fəs­səl mə’lumatlar ve­rmişdir. O, ürək­dən çı­xan iri aor­ta da­ma­rı­nın va­hid­li­yi­ni, ki­çik damar­la­rı isə onun şa­xə­lə­ri ol­du­ğu­nu gös­tə­rirdi. Son­ra­lar İs­gən­də­riy­yə şə­hə­ri­nin ana­tom­la­rı He­ro­fil (b.e.ə. 304 ana­­dan olmuşdur) və Erazistrat (b.e.ə.300-250-ci il­lər) bu el­min in­ki­şa­fın­a xey­li yar­dım­çı olmuş­lar. He­ro­fil oni­ki­bar­maq bağır­sa­ğı və pros­tat və­zi­si­ni ilk də­fə tap­mış, baş bey­in və onur­ğa be­yin qi­şalarını, ve­noz cib­lə­ri, his­si və hə­rə­ki si­nir­lə­ri, duy­ğu or­qan­larını və da­mar sis­te­mi­ni, Erazistrat isə ürək qa­paq­la­rı­nı ilk də­fə tap­mış, be­yində mə­də­cik­lə­ri­n, si­nir­lə be­yin ara­sın­da­kı əla­qə­ni, be­yin sət­hi­ndə çox­lu qı­rış­lar­ın ol­ma­sı­nı təs­vir et­miş­dir.

Bi­zim era­nın II əs­rin­də ya­şa­mış ital­yan ali­mi G.Qa­len (130-201-ci il­lər) ana­to­mi­ya kurslarından mü­ha­zi­rə oxu­muş, hey­van me­yid­lə­ri­ni ya­rıb gös­tər­miş, sü­mük­lə­rin for­ma­sı­nı, in­ki­şa­fı­nı, da­xi­li qu­ru­lu­şu­nu, onur­ğa be­yin si­nir­lə­ri­ni na­hiy­yə­lə­rə gö­rə təs­vi­ri­ni ver­miş­dir. O, ar­te­ri­ya­lar­da ha­va yox (Hi­pok­rat­dan fərq­li ola­raq) qan ol­du­ğu­nu sü­but et­miş­dir. Or­ta əsrlərdə ya­şa­mış bö­yük ta­cik ali­mi, hə­ki­mi və mü­tə­fək­ki­ri Əli İbn Si­na­nın (980-1037-ci il­lər) yaz­dı­ğı “Tə­ba­bət qa­nu­nu” ad­lı en­sik­lo­pe­dik əsərin­də tə­ba­bə­tin di­gər sa­hə­lə­rin­də ol­du­ğu ki­mi tib­bin nə­zə­ri əsa­sı olan ana­to­mi­ya haq­qın­da da ge­niş mə’lu­mat­lar ve­rmişdir. XV-XVI əsrlərdə ya­şa­mış ital­yan rəs­sa­mı və ali­mi Leo­nar­do da Vin­çi , Bel­çi­ka ali­mi Andrey Ve­za­li­nin də ana­to­mi­ya və fi­zio­lo­gi­ya­nın in­ki­şa­fın­da xid­mət­lə­ri çox olmuşdur. Leo­nar­do da Vin­çi plas­tik ana­to­mi­ya­nın əsa­sı­nı qoy­muş, ürək ara­kəs­mə­lə­ri­ni kəşf et­miş gö­zün və bə”zi da­xi­li or­qan­la­rın qu­ru­lu­şu­nu ver­miş, A.Va­ze­li isə ilk də­fə ola­raq in­sa­nın bə­dən qu­ru­lu­şu­nu sis­te­ma­tik ola­raq öy­rə­nə­rək “İn­sa­nın bə­də­ni­nin qu­ru­lu­şu haq­qın­da yed­di ki­tab” əsə­ri­ni yaz­mış­dır.

Ərəb ali­mi İbn-əl Na­fiz XII əsrdə ki­çik qan döv­ra­nı­nı, Bar­to­lo­meo Yevstaxi (1520-1574) or­ta və da­xi­li qu­la­ğı öy­rə­nmiş, Fal­lopi uşaq­lıq bo­ru­su­nu, yu­mur­ta­lı­ğı, Va­ro­lis isə be­yin kör­pü­sü­nü təs­vir etmişdir.

XVII əsrdə in­gi­lis ali­mi Har­vey (1578-1657) bö­yük qan döv­ra­nı­nı kəşf et­miş, ital­yan ali­mi Azel­lo (1581-1626) lim­fa sis­te­mi­ni öy­rən­miş, Mal­pi­ki (1628-1694) ka­pil­yar və böy­rək kap­sul­la­rı­nı kəşf et­miş­dir.

XVII əsrdə fran­sız ali­mi Bi­şa (1771-1802) to­xu­ma­la­rın el­mi təs­ni­fa­tı­nı, or­qa­niz­min to­xu­ma­lar­dan əmə­lə gəl­mə­si­ni, XIX əsrdə isə al­man alim­lə­ri Şvan və Şley­den or­qa­niz­min hüceyrə­lər­dən təş­kil olun­ma­sı­nı (hü­cey­rə nə­zə­riy­yə­si­ni) kəşf etdilər. Ru­si­ya­da ana­to­mi­ya və fi­zio­lo­gi­ya el­mi­nin in­ki­şa­fın­da A.İ.Şumlyanski, P.A.Za­qorski, P.V.Buyalski, N.İ.Pi­ra­qov, P.F.Les­qaft, V.T.Vo­rob­yov, İ.P.Pav­lov, İ.M.Se­çe­nov, V.V.Pa­rin, A.A.Uxtomski, P.K.Ano­xin və s. Azər­bay­can­da isə M.Top­çu­ba­şov, M. Mirqasımov, Ə.Əliyev, K.Bala­ki­şi­yev, Ə.Qa­ra­yev, Q.Qəh­rə­ma­nov və B.Şadlinski ki­mi alim­lə­rin ro­lu çox­ böyük olmuşdur.

K.Balakişiyev ana dilində müfəssəl tibbi və anatomik terminlərin ilk yaradıcısı, unikal anatomiya muzeyinin təşkiledicisi, «İnsanın normal anatomiyası» adlı 4 cildlik oricinal dərsliyin müəllifi, həmçinin böyük pedaqoq və görkəmli alim kimi tanınır. O, 50-yə qədər iri həcmli dərslik, dərs vəsaiti, elmi məqalə çap etdirmişdir.

Azərbaycanda fiziologiya elminin inkişafında akademik A.İ.Qarayevin xidmətləri böyükdür. A.Qarayevin əsas elmi tədqiqat işləri müxtəlif daxili orqanlara mexaniki və kimyəvi təsirlər zamanı qanın mübadilə göstəricilərinin və bioelektrik hadisələrinin öyrənilməsinə həsr edilmişdir. Naftalan neftinin müalicəvi təsir mexanizmləri və interoseptik mübadilə reflekslərinin tədqiq olunmasında da xidmətləri böyükdür. Bu tədqiqatların nəticələri müəllifin «İnteroreseptorlar və maddələr mübadiləsi» monoqrafiyasında toplanmışdır. Qarayev bir çox dərs vəsaitlərinin və 300-dən çox elmi əsərin müəllifi olmuşdur. Akademik A.İ.Qarayev Azərbaycanda böyük fizioloci məktəb yaradaraq, yüksək ixtisaslı milli fizioloqlar hazırlanmasında xüsusi rol oynamışdır.

Qeyd et­mə­li­yik ki, uşaq ana­to­mi­ya­sı və fi­zio­lo­gi­ya­sı el­mi ümu­mi ana­to­mi­ya və fi­zio­lo­gi­ya el­mi­nin tər­kib his­sə­si ol­maq­la on­dan müəy­yən mə”na­da fərqlənir. Yə”ni bu elm sahəsi ümu­mi ana­to­mi­ya və fi­zio­lo­gi­ya­ya nis­bə­tən ca­van elmdir. Bu elm sər­bəst bir elm ki­mi XVIII və XIX əsrdə for­ma­laş­ma­ğa baş­la­mışdır. Onun əsa­sı­nı qo­yan­lardan bi­ri də rus ali­mi N.P.Qun­do­bin olmuşdur. O özü­nün “Uşaq bö­yü­mə­si­nin xü­su­siy­yət­lə­ri” mo­noq­ra­fi­ya­sın­da uşaq or­qaniz­minin sis­tem və or­qan­la­rı­nın ana­to­mik-fi­zio­lo­ci xü­su­suiy­yət­lərini hər­tə­rəf­li şərh etmişdir. So­vet­lər bir­li­yi döv­rün­də isə rus alim­lə­ri və uşaq hə­kim­lə­rin­dən Q.S.Me­do­vi­kov, M.S.Mas­lov, Q.N.Speranski, A.Q.Xrip­ko­va, N.N.Leon­te­va , ma­car ali­mi A.Andronesku , in­gi­lis ali­mi R.Last , al­man ali­mi A.Val­deev , Azər­baycan ali­mi Ə.Qa­ra­yev və baş­qa­la­rı­nın bu el­min in­ki­şa­fın­da çox bö­yük xid­mət­lə­ri ol­muş­dur.

1. Obreimova N.İ., Petruxin A.S. Osnovı anatomii, fizioloqii i qiqienı detey i podrostkov, 2-e izdanie, M. izd. «Akademiə», 2007.

2. Əliyev Ə.H., Cəfərov F.İ., Fərəcov Ə.N. biologiya (İnsan), Çaşıoğlu, 2004.

3. Nəcəfov C.Ə., Zeyniyev N.R., quliyev S.M. Uşaq anatomiyası və fiziologiyası. “Müəllim” nəşriyyatı, Bakı, 2005.4. Şadlinski V.B., Qasımov Ş.İ., Mövsümov N.T. İnsan anatomiyası. I və II cildlər,

“Müəllim” nəşriyyatı, Bakı, 2007.

5. Şadlinski V.B., Qasımov Ş.İ., Mövsymov N.T. İnsan anatomiyası, Atlas, Bakı, 1988.

MÖVZU 2. HÜCEYRƏ, ONUN QURULUŞU, KİMYƏVİ TƏRKİBİ, ƏSAS HƏYAT


XASSƏLƏRİ, BÖLÜNMƏ TİPLƏRİNİN BİOLOjİ ƏHƏMİYYƏTİ


  1. Hüceyrə, onun quruluşu, kimyəvi tərkibi, əsas həyat xassələri, bölünmə

ƏSAS HƏYAT XASSƏLƏRİ, BÖLÜNMƏ TİPLƏRİNİN BİOLOjİ ƏHƏMİYYƏTİ


  1. Ümu­mi əhə­miy­yət­li or­qa­noid­lər. Bu orqanoidlər hü­cey­rə­lə­rin bö­yük ək­sə­riy­yə­tin­də rast gə­li­nir. Bun­la­ra aşağıdakılar aid­dir: mitoxondri, ri­bo­som, li­zo­som, hü­cey­rə mər­kə­zi, Hol­ci apa­ra­tı, en­dop­laz­ma­tik şə­bə­kə.
  2. Xü­su­si əhə­miy­yət­li or­qa­noid­lər. Yalnız xü­su­si qrup hü­cey­rələrdə və ya­xud simplastlarda rast gə­li­nir. Bun­la­ra aşağıdakılar aid­dir: ney­rofibrillər – si­nir hü­cey­rə­lə­ri olan ney­ron­lar­da, mio­fib­ril­lər-sim­plastik qu­ru­luş­lu əzə­lə lif­lə­rin­də.

  1. Xa­ri­ci sek­re­si­ya və­zi­lə­ri. Bun­lar ha­zır­la­dı­ğı bioloci fəal maddələri xü­su­si axa­caq­la­rı va­si­tə­si­lə ya bə­dən­də­ki or­qan­la­rın boş­luq­la­rı­na (məs: mədəaltı vəzilərin hazırladıqları fermentlər 12 bar­maq ba­ğır­saq boş­lu­ğu­na axır), ya də­ri sət­hi­nə (tər və­zi­lə­ri), ya da ümu­mən xa­ri­cə (cin­siyyət və­zi­ləri) bu­ra­xır­lar. Bun­la­ra tər, göz ya­şı, ağız su­yu, mə’də, qa­raci­yər, cin­siy­yət və­zi­lər və s. da­xil­dir.
  2. Da­xi­li sek­re­si­ya və­zi­lə­ri. Xü­su­si axa­caq­la­rı ol­ma­yan və ha­zır­la­dı­ğı hor­mon­la­rı­nı bir­ba­şa qa­na if­raz edən və­zi­lər­dir. Hi­po­fiz, epi­fiz, qal­xa­na­bən­zər, çən­gə­lə­bən­zər, böy­rə­küs­tü və­zi­lə­ri bu qru­pa aid­dir.
  3. Qa­rı­şıq və­zi­lər. Bu və­zi­lə­rin hor­mon­la­rı qa­na (bir qru­pu), digər fəal maddələri isə axa­caq­la xa­ri­cə çı­xa­rıl­dı­ğın­dan be­lə adla­nır. Mə’dəaltı, cin­siy­yət və­zi­lə­ri bu­ra aid­dir.

MÜNDƏRİCAT 1. Çoxalma və inkişaf. Uşaq orqanizminin böyümə və fərdi inkişafının qanunauyğunluqları ————————————————————————- 3 2. Canlıların çoxalma yolları——————————————————————- 3 3. Cinsi çoxalmanın qeyri-cinsi çoxalmaya nisbətən üstün cəhətləri—————- 4 4. Orqanizmin in­ki­şaf pro­se­sinin mərhələləri ——————————————- 4 5. Ədəbiyyat————————————————————————————— 7 MÖVZU 5. ÇOXALMA VƏ İNKİŞAF. Uşaq OR­QA­NİZ­Mİ­NİN BÖ­YÜ­MƏ və FƏRDİ İN­Kİ­ŞAFININ QA­NU­NAUY­ĞUN­LUQ­LA­RI Yer planetində canlıların növ sayının sabit qalmasının səbəbi onların özlərinə oxşar yeni nəslin törətmələridir. Çoxalma bütün canlılara xas olan fizioloji prolsesdir. Canlıların çoxalma yolları Canlılar əsasən iki yolla çoxalırlır: 1. qeyri-cinsi və 2. cinsi yolla. Qeyri-cinsi yolla çoxalan zaman yeni orqşanizm bir hüceyrədən və ya hüceyrə qrupundan əmələ gəlir. Qeyri-cinsiyyətli yolla çoxalma bakteriyalara, maya göbələyinə, bir çox bitkilərə, heyvanlardan isə amöbə, infuzor tərliyə, hidraya, mərcan poliplərinə və s. xasdır. Cinsi yolla çoxalma zamanı isə yeni orqanizmin əmələ gəlməsində meyoz bölünmə nəticəsində əmələ gələn haploid xromosom sayına malik olan həm ananın, həm də atanın cinsi hüceyrələri iştirak edir. Mayalanmadan sonra diploid xromosom sayına malik bir hüceyrə – ziqot əmələ gəlir. Qadın və kişi cinsi hüceyrələrinin birləşməsindən əmələ gələn ziqot bölünərək çoxalır və nəticədə çoxhüceyrəli yeni orqanizmə başlanğıc verir. Əmələ gələn yeni orqanizm həm erkək, həm də dişi orqanizmin salamat qalmaq üçün təkamüldə qazandıqları üstün genetik valideyn əlamətlərini irsən alır, lakin sonra özü də onlardan fərqlənir. Ziqotun bölünməsindən əmələ gələn rüşeym əvvəlcə bölünməkdə olan hüceyrələrdən – blastomerlərdən ibarət olur. Daha sonra blastomerlər çoxalaraq orqanizmin gələcək üzvlərinə başlanğıc verən rüşeym vərəqlərini – ektoderma, entoderma və mezodermanı əmələ gətirir. Bildiyimiz kimi çoxhüceyrəli heyvanlardan hidra ömrünün sonunadək qastrula mərhələsində qalır. Lakin digər daha mürəkkəb quruluşlu çoxhüceyrəli heyvanlarda isə rüşeym öz inkişafını davam etdirərək mezoderma əmələ gətirir. Sonda həmin rüşeym təbəqələrindən müxtəlif orqanlar başlanğıc götürürlər. Nəticədə, bütöv orqanizm formalaşır. Belə ki, rüşeymin xarici qatından – ektodermadan epiteli hüceyrələri, duyğu üzvləri və sinir sistemi inkişaf edir. Rüşeymin daxili entoderma qatından xorda,bağırsaq epitelisi, ağciyərlər və mədə – bağırsaq sisteminin vəziləri, orta mezoderma qatından isə birləşdirici toxuma (sümük və qığırdaq toxuması, qan və limfa), əzələ, ifrazat, çoxalma üzvləri epitelisi, qan damarları inkişaf edir. Orqanizmin orqan və toxumaları ayrı-ayrı rüşeym vərəqlərindən inkişaf edir:
Ektodermadan əmələ gələn toxumalar Endodermadan əmələ gələn toxumalar Mezodermadan əmələ gələn toxumalar
1. Sinir sistemi 2. Sinir sistemi ilə əlaqədar olan orqanlar (görmə, eşit-mə, digər duyğu orqanları) 3. Orqanizmin xarici örtüyü (dərinin epidermis qatı) 4. Dəri törəmələri (tük, lələk, dırnaqlar, buynuz) 5. Dəri vəziləri 6. Tüpürcək vəziləri 7. Həzm borusu girəcəkləri (ağız boşluğu və anal dəliyinin epitelisi) 8. Dişlərin mina qatı 1. Xorda 2. Həzm vəzilərinin daxili divarı, o cümlədən, bağırsaq epitelisi 3. Bağırsaq borusu divarının çıxıntıları (mədə, qaraciyər, öd kisəsi, həzm sisteminin digər orqanları, ağciyərlər) 4. Ektoderma və endoder-manın təmas etdiyi yerlərdə bədənin ön hissəsində yan tərəflərdə qəlsəmə yarıqları əmələ gəlir. 5. İlk bağırsaqdan mezo-derma ayrılır; 1. Mezodermanın ayrılmasın-dan əmələ gələn boşluq 2-ci bədən boşluğuna – seloma çevrilir 2. Əzələlər 3. Skeletin bütün qığırdaq və sümük elementləri 4. Qan-damar və limfa sistemi 5. İfrazat sistemi 6. Cinsiyyət orqanları (toxum-luqlar, yumurtalıqlar) 7. Dişlərin dentin qatı 8. Bağırsağın birləşdirci toxuması (xarici qatı) və əzələ toxuması (orta qatı) 9. Dərinin alt qatı (piy toxuması)
Cinsi çoxalmanın qeyri-cinsi çoxalmaya nisbətən üstün cəhətləri Əgər onurğalı heyvanların çoxalmasınqın təkamülü ilə tanış olsaq, aydın olar ki, cinsi çoxalma qeyri-cinsi çoxalmaya nisbətən xeyli üstün cəhətlərə malikdir. Balıqlar və amfibilərın çoxalması suda gedir. Mayalanmadan sonra əmələ gələn körpələrin çoxunu digər heyvanlar yeyir, salamat qalanlar isə çoxalaraq nəsillərini davam etdirirlər. Sürünənlər və quşlar isə quruda çoxalırlar. Onlarda mayalanma daxildə gedir. Dişilər qidalı maddələrlə zəngin olan yumurta sarısı və qurumamaq üçün üzərində sərt qabığı olan mayalanmış yumurta qoyurlar. Yumurtadan tam formalaşmış fərdlər çıxır. Lakin onlarda da yumurtanın çoxunu digər heyvanlar yeyərək məhv edir və ya yumurtalar əlverişsiz mühitin təsiri altında tələf olur. Təkamüldə daha yüksək pillədə duran onurğalıların ali sinfi olan məməli heyvanlarda mayalanma quşlarda və sürünənlərdə olduğu kimi daxildə gedir. Lakin onlardan fərqli olaraq rüşeymin inkişafı da daxildə – ana orqanizmində başa çatır. Ana bətni yeni orqanizmi xarici mühitin əlverişsiz şəraitindən qoruyur və onurğalıların digər siniflərinə nisbətən rüşeymlərinin salamat qalma imkanı çox olur. İnsanın və onurğalı heyvanların inkişaf etməkdə olan rüşeymləri bir-birinə çox oxşayırlar. Lakin inkişafının son mərhələsində bir –birindən fərqləndirən növə məxsus əlamətlə meydana çıxır.(Şəkil 1) Şəkil 1. İnsan və heyvanların növə məxsus əlamətlərinin son mərhələsini əşstərən sxem. Orqanizmin in­ki­şaf pro­se­si nin mərhələ ləri Dünyaya gəlmiş uşaq onu əhatə edən ətrafdakı adamların qayğısı sayəsində böyüməkdə və inkişaf etməkdə davam edir. İnsana bu cür çoxalma çox üstünlük verir. İnsan nəslinin bir-birini əvəz etməsi məhz bu çoxalma nəticəsində mümkün olur. Göründüyü kimi in­sa­nın da bö­yü­mə və in­ki­şa­fı yu­mur­ta hü­cey­rə­si­nin nor­mal ma­ya­lan­ma­sın­dan baş­la­yır. İnsanın inkişafı bü­tün hə­ya­tı bo­yu fa­si­lə­siz ola­raq da­vam edir. İn­ki­şaf pro­se­si dal­ğa­va­ri, müəy­yən mər­hə­lə­lər­lə ge­dir, bu za­man orqa­nizmdə cid­di kə­miy­yət və key­fiy­yət də­yi­şmə­lə­ri baş ve­rir. Uşaq or­qa­niz­mi­nin in­ki­şa­fı za­ma­nı onun qu­ru­luş sə­viy­yə­si yük­sə­lir və or­qan­lar sis­te­mi ara­sın­da­kı qar­şı­lıq­lı əla­qə möh­kəm­lənir. Orqanizmin in­ki­şafı pro­se­si üç əsas mərhələdən ibarətdir: 1. bö­yü­mə, 2. to­xu­ma və or­qan­la­rın dif­fe­ren­sa­si­ya­sı və 3. for­ma­laş­ma. Bu proseslər bir-bi­ri­lə üz­vi su­rət­də əla­qə­dar və bi­ri di­gə­rin­dən ası­lı­dır. Uşaq or­qa­niz­mi­ni yaş­lı­la­rın or­qa­niz­min­dən fərqləndirən əsas ano­to­mik-fi­zio­lo­ci gös­tə­ri­ci­lər­dən bi­ri də on­la­rın bö­yü­mə­si­dir. Baş­qa söz­lə, nor­mal uşaq or­qa­niz­mi­nin küt­lə­si fasi­lə­siz ola­raq ar­tır ki, bu da hü­cey­rə­lə­rin sa­yı­nın və öl­çü­lə­ri­nin də­yişilməsi – ço­xal­ma­sı he­sa­bı­na baş verir. Bə’zi or­qan­lar­da, məsələn, ağ­ci­yərdə, sü­mük­lər­də bö­yü­mə hü­cey­rə­lə­rin bö­lü­nüb ço­xal­ma­sı he­sa­bı­na ol­duğu hal­da, əzə­lə və si­nir to­xu­ma­sın­da isə bö­yü­mə hü­cey­rə­lə­rin öl­çü­lə­ri­nin artması he­sa­bı­na olur. Bə­dən küt­lə­si­nin artması ilə ge­dən bö­yü­mə or­qa­niz­min piy­lən­mə­si, müəy­yən na­hi­yə­lər­də su­yun top­lan­ma­sı və ey­ni za­man­da ümu­mi zü­lal küt­lə­si­nin və sü­mük öl­çü­lə­ri­nin artması he­sa­bı­na da olur. Uşaq or­qa­niz­mi­nin bö­yü­mə və in­ki­şaf qa­nu­nauy­ğun­luq­la­rı­na bu pro­se­sin fa­si­lə­siz­li­yi və qey­ri-bə­ra­bər­li­yi, he­to­rox­ro­ni­ya – yə’ni hə­ya­ti əhə­miy­yə­ti olan funksional sis­tem­lə­rin vax­tın­dan əv­vəl yet­kin­ləş­mə­si –for­ma­laş­ma­sı və ak­se­le­ra­si­ya aid­dir. Or­qa­niz­min bö­yü­mə və in­ki­şa­fı haq­qın­da Ç.A.Arşavski ‘’s­ke­let əzə­lə­si­nin ener­ge­tik qaydası’’ tə’limini, P.K.Ano­xin isə he­to­rox­ro­ni­ya-(funksional sis­tem­lə­rin qey­ri bə­ra­bər yet­kin­ləş­mə­si), son­ra isə bu­nun əsa­sın­da sis­te­mo­ge­nez tə’limini ya­rat­dı­lar. Ç.A.Arşavski­yə gö­rə müx­tə­lif yaş dövrlərində or­qa­niz­min ener­ge­tik pro­ses­lə­ri­nin xü­su­siy­yət­lə­ri, həm­çi­nin on­to­ge­nez­də tə­nəf­füs və qan-da­mar sis­tem­lə­ri­nin fəa­liy­yə­ti­nin də­yi­şil­mə­lə­ri mü­va­fiq ske­let əzə­lə­lə­ri­nin in­ki­şa­fın­dan ası­lı­dır. P.K.Ano­xi­nə gö­rə isə konkret vaxt­da son uy­ğun­laş­ma ef­fek­ti­nin alın­ma­sı üçün lo­ka­li­zə olun­muş müx­tə­lif st­ruk­tur­la­rın (or­qan­lar sis­te­mi­nin) bir­gə fəa­liy­yə­ti va­cib­dir. Məsələn, tə­nəf­füs sis­te­mi­nin funksional sis­te­mi müəy­yən sa­hə­də or­qa­niz­min hə­rə­kə­ti­ni – fəa­liy­yə­ti­ni tə’min edir. Yeni orqanizmin ontogenezi – fərdi inkişafı mayalanma baş tutduğu andan başlayır və 2 dövrü əhatə edir: 1. Orqanizmin fərdi inkişafının embrional və ya bətndaxili inkişaf dövrü. Bu dövr mayalanma baş tutan andan anadan olana qədər davam edir və 10 mamalıq ayı və ya 270-280 gün çəkir. Embrional inkişaf dövrü də bir-birindən fərqli olan iki dövrü əhatə edir: a) bətndaxili inkişafın rüşeym və ya embrion dövrü; b) bətndaxili inkişafın döl dövrü. 2. Orqanizxmin fərdi inkişafının postembrional dövrü. Bu dövr anadan olandan sonrakı dövrü əhatə edir. Bu dövr doğuşdan sonra göbək ciyəsinin kəsilməsi və ağciyərlərin tənəffüsə başlaması il və ömrün sonuna qədər davam edir. Nor­mal do­ğul­muş kör­pə­nin in­ki­şa­fı­nı alim­lər müx­tə­lif dövrlərə – mər­hə­lə­lə­rə bö­lür­lər. Ən çox ma­raq do­ğu­ra­nı və pe­da­qo­ci­-psi­xo­lo­ci ba­xım­dan əhə­miy­yət­li­si isə uşaq­lıq döv­rü­dür. Uşaq­lıq döv­rü uşaq ana­dan olan­dan cin­si yet­kin­li­yə ça­ta­na­dək olan vax­tı əha­tə edir və üç bö­yük mər­hə­lə­yə bö­lü­nür. I mərhələ – 0-3 ya­şa­dək olan vax­tı əha­tə edir. Bu mər­hə­lə ilk uşaq­lıq ad­la­nır və öz növ­bə­sin­də dörd yaş döv­rü­nə bö­lü­nür: 1. do­ğu­lan­dan son­ra­kı ilk 7 gün; 2. ça­ğa­lıq döv­rü – 7-30 gün; 3. sü­də­mər­lik döv­rü – 30 gün­dən 12 ayadək, yəni 1 yaşa qədər olan dövr; 4. kör­pə­lik döv­rü – 1-3 yaş dövrü; II mərhələ – mək­tə­bə­qə­dər və ya­xud ikin­ci uşaq­lıq dövrü adlanır və 3-6 ya­şa­dək olan vax­tı əha­tə edir. III mərhələ – mək­təb­li və ya­xud üçün­cü uşaq­lıq dövrü adlanır və 6 -7 yaşından 17-18 yaşına qədər dövrlərini əhatə edir. Bu yaş dövrlərində orqanizm böyüyür və inkişaf edir. Bədənin çəkisi və səthi artır, toxumalar, orqanlar, orqanlar sistemi inkişaf edir və onların funksiyası təkmilləşir. Uşağın ana­dan olan­dan bir ya­şa ça­ta­na­dək olan dövrü onun­la səciyyələnqir ki, or­qa­nizm ümu­mi­lik­də yax­şı in­ki­şaf edir, çə­ki­si sürətlə ar­tır, süd diş­lə­ri çı­xır. 1 ya­şın­dan 3 ya­şa­dək süd diş­lə­ri­nin sa­yı ar­tır, baş be­yin qa­bı­ğı in­ki­şaf edir, hə­rə­ki ak­tiv­lik mey­da­na çı­xır. Or­qa­niz­min hər bir seq­men­ti­nin in­ki­şaf tem­pi müx­tə­lif­dir. İn­ki­şaf tem­pin­də­ki bu müx­tə­lif­lik baş, ət­raf­lar və göv­də ara­sın­da­kı müəy­yən mü­tə­na­sib­li­yin əmə­lə gəl­mə­si­nə sə­bəb olur ki, o da uşaq or­qa­niz­mi­nin xa­ri­ci gö­rü­­nüşünü də­yi­şir. 3 ya­şın­dan 7 ya­şı­na­dək olan dövrdə bö­yü­mə te­mpi bir qə­dər zəif­lə­yir, an­caq dai­mi ey­ni sə­viy­yə­də qa­lır. Üçün­cü dövrdə isə (təqribən 7-12 yaşlarda ), əv­vəl­cə, bö­yü­mə tem­pi əhə­miy­yət­li də­rə­cə­də zəif­lə­yir, la­kin so­nda güc­lü ar­tır. Əsasən bo­yun uzan­ma­sı da­ha ay­dın gö­rü­nür. Bo­yun uzan­ma­sı isə baş­lı­ca ola­raq aşa­ğı ət­raf­la­rın bö­yü­mə­si he­sa­bı­na olur. Uşaq or­qa­niz­mi­nin bö­yü­mə pro­se­si­nin xü­su­siy­yət­lə­rin­dən bi­ri onun qey­ri-bə­ra­bər və ya­xud he­to­rox­ron­lu və dal­ğa­va­ri ol­ma­sı­dır. Güc­lü bö­yü­mə zəif bö­yü­mə ilə və əksinə daim əvəz olu­nur. Uşaq or­qa­niz­mi­nin bö­yü­mə­sin­də sıç­ra­yış­lar ayırd edi­lir; ilk sıç­ra­yış ana­dan olan­dan cin­si yet­kin­li­yə­dək olan bö­yü­mə­də rast gə­li­nir. Əgər uşaq ana­dan olan­da bo­yu 50 sm olar­sa, bi­rin­ci ilin so­nunda onun bo­yu 75-80, baş­qa söz­lə ümu­mi bo­yun 50 fai­zi qədə­ri­dək bö­yü­yür. Küt­lə­si isə təx­mi­nən üç də­fə ar­tır: ana­dan olan­da çə­ki­si 3,0-3,2 kq, ilin so­nun­da isə 9,5-10,0 kq olur. Son­ra­kı il­lər­də isə, yə’ni cin­si yet­kin­li­yə­dək bö­yü­mə nis­bə­tən aşa­ğı dü­şür və il­lik ar­tım bo­yun uzan­ma­sı üçün 4-5 sm, küt­lə üçün isə 1,5-2,0 kq-a bə­ra­bər olur. Bö­yü­mə­nin ikin­ci sıç­ra­yı­şı cin­si yet­kin­lik­lə əla­qə­dar olur. Bu za­man uşaq il ər­zin­də 7-8, bə’zi hal­lar­da isə 10 sm-ə qədər bö­yü­yür. Nə­zə­rə al­maq la­zım­dır ki, 11-12 ya­şın­da qız­la­rın bö­yü­mə­si oğ­lan­la­ra nis­bə­tən sür’ətli olur. 13-14 ya­şın­da isə oğ­lan­la­rın bö­yü­mə­si sürəti qız­la­rın bö­yü­mə­sin­dən ar­tıq olur. So­nun­cu yaş gös­tə­ri­ci­sin­dən son­ra oğ­lan­lar hə­mi­şə qız­lar­dan da­ha sür’ətlə bö­yü­yür­lər. Ana­dan olan­dan cin­si yet­kin­li­yə­dək olan dövrdə bə­dənin uzun­lu­ğu 3,5 də­fə, göv­dəninki 3 də­fə, yu­xa­rı ət­raf­larınkı 4 də­fə, aşa­ğı ət­raf­larınkı isə 5 də­fə bö­yü­yür. Bə­dən his­sə­lə­ri­nin nis­bə­ti də yaş­la əla­qə­dar ola­raq kəs­kin də­yi­şir. Belə ki, ana­dan ol­muş uşaq­lar baş və bə­dən­lə­ri­nin ət­raf­la­ra nis­bə­tən iri ol­ma­sı ilə səciyyələnir. Ça­ğa­lar­da ba­şın hün­dür­lü­yə uzunluğu ümu­mi bə­dən ölçüsünün 1/4, iki yaş­lı­ uşaqda – 1/5, al­tı yaş­lı­larda – 1/6, yaşlı­lar­da isə 1/8 his­sə­si­ni təş­kil edir. Gö­rün­dü­yü ki­mi yaş­la əla­qə­dar ola­raq ba­şın bö­yü­mə­si sürəti aza­lır, ət­raf­la­rın bö­yü­mə­si isə sürətlənir (şə­kil 2). Cin­si yet­kin­li­yə ça­ta­na­dək bə­dən­də öl­çü fərqləri bə­də­nin ay­rı-ay­rı his­sə­lə­rin­də o qə­dər də əks olun­mur, an­caq cin­si yet­kin­lik döv­rün­də oğ­lan­la­rın ət­raf­la­rı qız­lar­la mü­qa­yi­sə­də da­ha uzun olur. Şəkil 2. Böyümə ilə əlaqədar bədən hissələrinin dəyişilməsi. 1 – bir yaş, 2 – iki yaş, 3 – altı yaş, 4 – on iki yaş, 5 – iyirmi beş yaş. Qeyd et­mə­li­yik ki, tək­cə bə­dən his­sə­lə­rində de­yil, həmçinin ay­rı-ay­rı or­qan­la­rın bö­yü­mə­sin­də də he­te­rox­ro­ni­ya­ya rast gəli­nir. Məsələn, cin­si or­qan­la­rın sürətlə bö­yü­mə­si cin­si yet­kin­lik döv­rün­də baş verdiyi hal­da, lim­fa to­xu­ma­la­rı­nın bö­yü­mə­si bu dövrdə ar­tıq ba­şa çat­mış olur. Cin­si yet­kin­lik döv­rün­də or­qa­niz­min ümu­mi in­ten­siv bö­yü­mə­si ilə ya­na­şı cin­si əla­mət­lər də for­ma­la­şır. Fi­zio­lo­ci sis­tem­lə­rin ay­rı-ay­rı his­sə­lə­ri­nin yetkin­ləş­məsi də yaş­la əla­qə­dar­dır. Si­nir sis­te­mi şö’bələrinin in­ki­şaf və bö­yü­mə­si də müx­tə­lif templə ge­dir. Məsələn, qı­cı­ğı bə­də­nin peri­fe­rik his­sə­sin­dən mər­kə­zə apa­ran si­nir sis­te­mi­nin mər­kə­zə­qa­çan və ya­xud af­fe­rent şö’bəsi uşaq ana­dan olan­da ar­tıq for­ma­laş­mış olur, 6-7 ya­şın­da isə tam yet­kin­lə­şir. La­kin qı­cı­ğı mər­kəz­dən iş­çi or­qa­nlara və və­zi­lə­rə apa­ran mər­kəz­dən­qa­çan – ef­fe­rent şö’bə isə 23-25 yaş­da tam for­ma­la­şır. Bö­yü­mə­nin qey­ri-bə­ra­bər­li­yi ta­ri­xi in­ki­şaf­da qa­za­nıl­mış uy­ğun­laş­ma əla­mə­ti­dir. Qeyd et­mə­li­yik ki, can­lı sis­tem­lər­də bö­yü­mə ilə dif­fe­ren­sa­si­ya bir-bi­ri ilə əks mü­na­si­bət­də olur. Bu qa­nu­nauy­ğun­luq uşaq or­qa­niz­minə də aid­dir. Güc­lü dif­fe­ren­sa­si­ya bö­yü­mə­nin zəif­lə­mə­si­nə sə­bəb olur və ək­si­nə. Baş be­yin və onur­ğa be­yi­nin bö­yü­mə­si 8-10 ya­şa­dək da­vam edir və bu yaş­da isə de­mək olar ki, yaş­lı adam­lar­da­kı be­yni xa­tır­la­dır. La­kin si­nir sis­te­mi­nin funksional ix­ti­sas­laşması uzun müd­dət da­vam edir. Hə­rə­ki ana­li­za­tor­la­rın yet­kin­ləş­­­məsi əsa­sən 13-14 ya­şın­dan baş­la­yır. İn­ki­şaf­da he­te­rox­ro­ni­ya o quruluşda sür’ətli və se­çi­ci bö­yü­məyə sə­bəb olur ki, hə­min or­qan on­to­ge­ne­zin konkret möv­cud mər­hələsində or­qa­niz­mə da­ha çox va­cib­dir. Ə D Ə B İ YYAT 1. Obreimova N.İ., Petruxin A.S. Osnovı anatomii, fizioloqii i qiqienı detey i podrostkov, 2-e izdanie, M. izd. «Akademiə», 2007. 2. Əliyev Ə.H., Cəfərov F.İ., Fərəcov Ə.N. biologiya (İnsan), Çaşıoğlu, 2004. 3. Nəcəfov C.Ə., Zeyniyev N.R., quliyev S.M. Uşaq anatomiyası və fiziologiyası. “Müəllim” nəşriyyatı, Bakı, 2005. 4. Şadlinski V.B., Qasımov Ş.İ., Mövsümov N.T. İnsan anatomiyası. I və II cildlər, “Müəllim” nəşriyyatı, Bakı, 2007. 5. Şadlinski V.B., Qasımov Ş.İ., Mövsymov N.T. İnsan anatomiyası, Atlas, Bakı, 1988. MÖVZU 6. BÖ­YÜ­MƏ TEM­Pİ VƏ ONA TƏ’SİR EDƏN AMİL­LƏR. AKSELERASİYA. MÜNDƏRİCAT 1. Böyümə tempi və ona təsir edən amillər. Akselerasiya————————— 3 2. Böyümə prosesinin qanunauyğunluqları———————————————- 3 3. Böyümə və inkişafa təsir edən amillər————————————————- 4 4. Akselerasiya——————————————————————————— 4 5. Ədəbiyyat————————————————————————————- 5 İn­san or­qa­niz­mi­nin fi­zi­ki in­ki­şa­fı, çə­ki və boy ar­tı­mı, ey­ni za­man­da bə’dən his­sə­lə­ri­nin bir-bi­ri­nə olan nis­bə­ti kə­miy­yət və key­fiy­yət də­yiş­mə­lə­ri ilə xa­rak­te­ri­zə olu­nur. Uşağın ana­dan olan­dan cin­si yet­kin­li­yə ça­ta­na­dək bö­yü­mə­si dal­ğa­va­ri ge­dir, yə’ni bö­yü­mə sür’əti (tem­pi) ay­rı-ay­rı mərhələlərdə kəs­kin də­yi­şir. Be­lə ­ki, ana­dan olan­dan 3 ya­şa­dək, 5 yaşdan 7 yaşadək və 12-14 (cin­si yet­kin­lik döv­ründə) yaşlar ara­sın­da bö­yü­mə tem­pi da­ha yük­sək olur. Uşaq or­qan­la­rı­nın bö­yü­mə­si­ni aşa­ğı­da­kı dörd qru­pa böl­mək olar: 1. Uşaq ana­dan olan­dan son­ra bi­rin­ci il və cin­si yet­­kinlik döv­rün­də da­ha yük­sək bö­yü­mə tem­pi­nə ma­lik olan or­qan­lar. Bun­la­ra da­yaq-hə­rə­kət apa­ra­tı, tə­nəf­füs, həzm, si­dik ifrazı sis­te­mi və bö­yük qan döövranı da­mar­la­rı aid­dir. 2. Bi­rin­ci il ya tam, ya da nis­bi son for­ma­laş­ma mərhə­lə­sinə­­ ça­tan or­qan­lar. Bun­la­ra mər­kə­zi si­nir sis­te­mi, görmə analizatoru, da­xi­li qu­laq aid­dir. 3. Cin­si yet­kin­lik döv­rün­də in­ten­siv bö­yü­yən or­qan­la. Bunlara cin­si or­qan­ları mi­sal göstərmək olar. 4. 10-12 yaş döv­rün­də yük­sək bö­yü­mə tem­pi­nə ma­lik olan or­qan­lar. Son­rakı il­lər­də isə pro­ses ək­si­nə ge­dir. Məsələn, lim­fa smstemi or­qan­la­rı və çən­gə­lə­bən­zər və­zi. Böyümə prosesinin qanunauyğunluqları Bö­yü­mə pro­se­si bir çox ümu­mi qa­nun­la­ra ta­be­dir, bun­lar­dan aşa­ğı­da­kı­la­rı gös­tər­mək olar: 1. Növ­bə­ləş­mə qa­nu­nu: Bu qa­nu­na gö­rə bo­ru­lu sü­mük­lər növ­bə ilə gah uzu­nu­na, gah da eni­nə daha sürətlə böyüyür. Ey­ni ət­ra­fın bir sü­mü­yü uzu­nu­na böyüdüyü halda, di­gər sü­mü­yü eni­nə bö­yü­yür. Məsələn, yu­xa­rı ət­ra­fın çi­yin sü­mü­yü uzu­nu­na bö­yü­dü­yü za­man, mil və dir­sək sü­mük­lə­ri eni­nə bö­yü­yür­lər. Be­lə­lik­lə, uşaq or­qa­niz­mi­nin ay­rı-ay­rı his­sə­lə­ri­nin bö­yü­mə­si növ­bə ilə ge­dir və bu pro­ses bö­yü­mə­nin so­nu­na­dək da­vam edir. 2. Tə­na­süb­lük qa­nu­nu: Bu qa­nu­na gö­rə uşaq or­qa­niz­mi­nin uzu­nu­na ölçüsünün eni­nə olan nis­bə­ti üç dövrdə də­yi­şir: 4 yaş­dan 6 ya­şa­dək, 6-15 yaşlarında və 15 yaş­dan yet­kin­lik ya­şı­na­dək olan dövrlərdə. Uşaq ana­dan olan­dan­ yet­kin ya­şa ça­ta­na­dək or­qa­niz­min hər bir seq­men­ti­nin onun ümu­mi uzun­lu­ğu­na nis­bə­ti özü­nə­məx­sus­dur. Bu faktları bilmək hər şey­dən əv­vəl tib­bi-ekspertiza və antro­po­loci təd­qi­qat­lar üçün da­ha­ va­cib­dir. Əgər bə­də­nin han­sı­sa bir seq­men­ti­nin bö­yü­mə­si adi hal­da ol­du­ğu­na nis­bə­tən güc­lü ge­dir­sə, on­da ona qon­şu olan seq­ment­lərin bö­yü­mə­si uy­ğun ola­raq aza­lır, da­ha doğ­ru­su nor­mal ölçü­sü­nə çat­mır. 3. Cin­si yet­kin­lik döv­rün­də fəa­liy­yət gös­tə­rən qa­nun: Bu qa­nu­na gö­rə cin­si yet­kin­lik döv­rü­nə­dək ümu­mi bö­yü­mə aşa­ğı ət­raf­la­rın bö­yü­mə­si he­sa­bı­na baş verir, cin­si yet­kin­lik döv­rün­də isə göv­də­nin bö­yü­mə­si he­sa­bı­na or­qa­nizm uzununa bö­yü­yür. Cin­si yet­kin­lik döv­rü­nə­dək orqanizmdə sü­mük­lə­rin uzu­nu­na bö­yü­mə­si üs­tün­lük təş­kil edir, cin­si yet­kin­lik döv­rün­də isə sü­mük­lə­rin eni­nə bö­yü­mə­si baş ve­rir. Cin­si yet­kin­li­yə­dək olan dövrdə baş­lı­ca ola­raq sü­mük­lər bö­yü­yür, cin­si yet­kin­lik döv­rün­də isə əzə­lə sis­te­mi yax­şı bö­yü­yür. 4. As­sim­met­ri­ya qa­nu­nu: Bu qa­nun yet­kin­lik döv­rü­nə çat­mış adam­lar­da özü­nü doğ­rul­dur. Be­lə­ ki, cüt or­qan­lar­da funksional as­sim­met­ri­ya möv­cud­dur. Məsələn, sağ əli yax­şı in­ki­şaf et­miş adam­lar­da sol əl nisbətən ba­la­ca­dır, so­la­xay­lar­da isə ək­si­nə olur. Cüt or­qan­la­rın nor­mal as­sim­met­ri­ya­sı yaş­la əla­qə­dar ola­raq in­ki­şaf edir və onun funksiyasından ası­lı olur. Böyümə və inkişafa təsir edən amillər: Uşaq or­qa­niz­mi­nin bö­yü­mə və in­ki­şa­fı­na mü­hit amil­lə­ri daim öz tə’sirini gös­tə­rir və in­ki­şa­fı bu və ya di­gər is­ti­qa­mə­tə yö­nəldir. Bun­la­ra aşa­ğı­da­kı­lar aid­dir: 1. Ha­mi­lə­lik müd­də­ti. Ha­mi­lə­lik nə qə­dər çox çə­kər­sə, ye­ni do­ğul­mu­şun çə­ki­si və bo­yu bir o qə­dər çox olur. 2. Ana­nın ya­şı. Ana 40 ya­şı­na­dək ol­duq­da ye­ni do­ğul­muş uşaq­la­rın çə­ki­si və uzun­lu­ğu ar­tır, daha yaşlı qa­dın­lar­da isə gös­tə­ri­ci­lər aşa­ğı dü­şür. 3. Ha­mi­lə­li­yin sa­yı. Q a­dın­la­rın ikin­ci uşaq­la­rı­nın çə­ki­si və bo­yu bi­rin­ci uşa­ğa nis­bə­tən iri olur. Hət­ta ye­ni do­ğul­muş­lar­da bo­yu ey­ni ol­duq­da be­lə çə­ki­si ana­nın ha­mi­lə­lik sa­yın­dan ası­lı ola­raq də­yi­şir. 4. Mensturasiyanın baş­lan­ma vax­tı . Qız vaxtında menstruasiyası tez baş­la­mış qa­dın­lar­da ye­ni­d do­ğul­muş uşaq­lar boy­ca və çə­ki­cə iri olur. 5. Ana­nın fi­zi­ki qu­ru­lu­şu. Ananın bədəninin morfoloci quruluşu, xü­su­si­lə, ça­na­ğın qu­ru­lu­şu mü­hüm əhə­miy­yət da­şı­yır. En­li ça­na­ğı olan qa­dın­la­rın iri uşaq­la­rı olur. Adətən ağ ir­qə ma­lik olan qa­dınlar qa­ra irqli qa­dın­la­ra nis­bə­tən iri ça­naq qu­ru­lu­şu­na ma­lik­ olurlar. 6. Konstitusional amil . Konstitusional amil dedikdə va­li­de­yin­dən uşağa ke­çən nor­mal və ya­xud po­to­lo­ci də­yiş­mə­lər nə­zər­də tu­tu­lur. 7. So­sial amil­lər. Bir sı­ra mən­bə­lə­rə gö­rə gös­tər­mək olar ki, az tə­mi­nat­lı ai­lə­lə­rin uşaq­la­rın bö­yü­mə və in­ki­şafı zəif gedir. 8. Qida, onun tərkibi. Uşaq ana­dan olan­dan son­ra onun bö­yü­mə və in­ki­şa­fı­na yu­xa­rı­da qeyd et­di­yi­miz amil­lər­lə ya­na­şı qi­da­lan­ma da öz tə’si­rini gös­tə­rir. Qi­da­nın tər­ki­bin­də­ki yağ­lar, zü­lal­lar və su­lu kar­bon­lar, mi­ne­ral duz­lar, vi­ta­min­lərvə s. uşağın böyümə və inkişafına böyük təsir göstərir. 9. İqlim amilləri. İqlim amillərinin uşağın böyüməsi və inkişafına, eyni zamanda cin­si yet­kin­ləş­məsinə çox böyük təsiri göstərir. Be­lə ki, dağ­lıq şə­rai­t­də və so­yuq iq­lim­də ya­şa­yan­lar­da ye­ni do­ğul­muş uşaq­la­rın çə­ki­si və bo­yu aşa­ğı olur, cin­si yet­kin­li­yə isə gec ça­tır­lar. İlin ay­rı-ay­rı fə­sil­lə­ri də uşaq orqanizmlərinin bö­yü­mə və in­ki­şa­fı­na do­la­yı yol­la da olsa öz tə’sirini gös­tə­rir. Çə­ki ar­tı­mına ya­yın axı­rı və pa­yız­da, or­ta ar­tıma qış­da, çə­ki­nin aşa­ğı düş­mə­si­nə və ya­xud ge­ri qal­ma­sı­na isə yaz­da və ya­yın əv­və­lin­də tə­sa­düf edi­lir. Bo­yun mak­si­mum artması yaz­da və ya­yın əv­və­lin­də, or­ta bö­yü­mə tempi qış­da və nis­bə­tən zəif bö­yü­mə ya­yın axı­rı və pa­yız­da mü­şa­hi­də edi­lir. Akselerasiyüa XIX əs­rin so­nu XX əs­rin əv­vəl­lə­rin­də bir çox öl­kə­lər­də uşaq­la­rın sür’ətli bö­yü­mə­si mü­şa­hi­də olu­nur­du. Nə­ha­yət 1935-ci il­də E,Kox ilk də­fə ola­raq uşaq­la­rın fi­zi­ki in­ki­şa­fı­nı sür’ətli get­mə­si­ni ak­se­le­ra­si­ya ad­lan­dır­mış­dı. O dövrdə ak­se­le­ra­si­ya məv­hu­mu uşaq­la­rın bə­dən öl­çü­lə­ri­nin artması və cin­si yet­kin­li­yə vax­tın­dan tez çat­ma­sı ki­mi ba­şa dü­şü­lür­dü. Fi­zi­ki in­ki­şa­fın əsas gös­tə­ri­ci­si ki­mi isə bə­dənin uzun­lu­ğu, döş qə­fə­si­nin tu­tu­mu və bə­dən küt­lə­si­nin artması nə­zər­də tu­tu­lur­du. La­kin or­qa­niz­min mor­fo­lo­ci xü­su­siy­yət­lə­ri ilə funksional fəa­liy­yə­ti ara­sın­da­kı sıx əla­qə­si­ni nə­zə­rə alan alim­lə­rin bir qru­pu fi­zi­ki in­ki­şa­fın əsas əla­mə­ti­ni ağ ci­yər­lə­rin­ hə­yat tu­tu­mun­da, bə’zi əzə­lə qrup­la­rı­nın iş qüv­və­sin­də, ske­le­tin sü­mük­ləş­mə də­rə­cə­sin­də, diş­lə­rin çıx­ma­sı və də­yiş­mə­sin­də, cin­si yet­kin­ləş­mə­də gö­rür­dü­lər. Ha­zır­da “ak­se­le­ra­si­ya”ya çox ge­niş bir an­la­yış ki­mi yana­şı­lır. Ona əs­rin ten­den­si­ya­sı an­la­yı­şı ki­mi də ba­xı­lır. Bir əsr­də­ or­qa­niz­min bətndaxili in­ki­şaf döv­rün­dən yet­kin və­ziy­yə­tə­dək fi­zi­ki inki­şafı­nın sür’ətlə get­mə­si ki­mi ba­şa dü­şü­lür. Ye­ni do­ğulmuş kör­pə­lər üzə­rin­də apa­rı­lan təd­qi­qat­lar gös­tə­rir ki, son 50-60 il ər­zin­də on­la­rın bə­dən uzun­lu­ğu 0,5-10 sm, küt­lə­si isə 100-150 q artmışdır. Bu isə o de­mək­dir ki, bö­yü­mə­nin sür’ətlənməsi bətn­daxili in­ki­şaf za­ma­nı da olur. Uşa­ğın bə­dən küt­lə­si dörd ay­lı­ğında iki də­fə ar­tır, hal­bu­ki be­lə ar­tı­ma əvvəllki ay­lıq­da rast gə­lin­mir­di. 75-95 il bun­dan qa­baq­kı uşaq­la­ra nis­bə­tən ha­zır­ki bir yaş­lı uşaq­lar­da bə­dən uzun­lu­ğu or­ta he­sab­la 5 sm, küt­lə­si isə 1,5-2,0 kq artmışdır. Ak­se­le­ra­si­ya bağ­ça yaş­lı və mək­tə­bə­qə­dər yaş­lı kör­pə­lər­də da­ha ay­dın mü­şa­hi­də olu­nur­du. Məsələn, Pol­şa­nın Var­şa­va şəhə­rində ya­şa­yan 1,5-3 yaş­lı kör­pə­lə­rin bə­dən uzun­lu­ğu 1881-ci il­dən 1961-ci ilə­dək or­ta he­sab­la 10-12 sm artdığı hal­da, 1924-cü il­dən 1961-ci­ ilə­dək təx­mi­nən 4 sm artmışdır. Şi­ma­li Ame­ri­ka­da, İn­gil­tə­rə­də, İs­veç­də, Pol­şa­da 1800-cü il­dən 1950-ci ilə­dək 5-7 yaş­lı uşaq­lar­da hər onil­lik­də bə­dən uzun­lu­ğu 1,5 sm, küt­lə­si isə 0,5 kq artmış, dai­mi diş­lə­ri isə bir il tez çıx­mış­dır (A.Q.Xrip­ko­va, 1978). Akselerasiyaya başqa bir misal: Moskvada son 50 ildə kişilərin boyu 10sm, qadınların boyu 6 sm artmışdır. 1880-1963-ü illərdə 11 yaşında olan uşaqların boyu 10 sm, 15 yaşında olan uşaqların boyu isə 13 sm artmışdır. Bədən çəkiləri isə 7-14kq artmışdır. Lakin gələcək ana akselerasiyanın müsbət və mənfi təsirlərini nəzərə alıb özünə elə qulluq etməlidir ki, doğulan uşaq 3-3,5 kq-dan çox olmasın. Akselerasiya ömrün uzanmasına, psixi göstəricilərə müsbət təsir etməklə bərabər döl çox iri olduğu hallarda onun ölü doğulmasına səbəb ola bilər. Bö­yü­mə­nin sür’ətlə get­mə­si ilə ya­na­şı ola­raq cin­si yet­kin­lik döv­rü də tez baş­la­yır. Məsələn, Sank-Pe­ter­burq şə­hə­ri­nin qız­la­rın­da ilk menstruasiya 1927-1930-cu il­lər­də 14 yaş 2 ay­lı­ğın­da ol­du­ğu hal­da, 1959-cu il­də bu pro­ses 12 yaş 11 ay­lı­ğın­da baş­la­mışdır. Qeyd et­mə­li­yik ki, ak­se­le­ra­si­ya­ya sə­bəb olan amil­lər haq­qında ümu­mi­ləş­di­ril­miş va­hid bir fi­kir yox­dur. Çox­lu nəzəriy­yələr, fi­kir­lər var ki, on­lar­dan bir ne­çə­si­nin üzə­rin­də da­ya­naq. Alim­lə­rin ço­xu be­lə gü­man edir­lər ki, in­ki­şaf­da­kı bü­tün irə­li­lə­yi­şin əsa­sın­da qi­da amili du­rur. Hər ada­ma dü­şən yük­sək key­fiy­yət­li zü­la­lın və tə­bii ya­ğın-pi­yin əha­li­nin tə­la­ba­tı ba­xımın­dan artması ilə əla­qə­lən­di­ri­lir. Bu­ra həm­çi­nin bü­tün il bo­yu mey­və tə­rə­və­zin mü­tə­ma­di ola­raq is­ti­fa­də olun­ma­sı, ana və uşaq or­qa­niz­mi­nin vi­ta­min­lə yax­şı tə’min olun­ma­sı və s. aid­dir. He­lio­gen nə­zə­riy­yə­yə gö­rə ak­se­le­ra­si­ya­da baş­lı­ca ro­lu uşaq or­qa­niz­mi­nə gü­nəş şüa­la­rı­nın tə’siri oy­na­yır. Bu nə­zə­riy­yə­nin tərəf­dar­larının fi­ki­rin­cə ha­zır­da uşaq­lar da­ha çox tə­bii şüa­lan­ma­la­ra (ra­dia­si­ya­la­rı­n təsirinə) mə’ruz qa­lır­lar. Bu fi­kir o qə­dər inan­dı­rı­cı de­yil, ona gö­rə ki, yer kü­rə­si­nin şi­mal qüt­bün­də ak­se­le­ra­si­ya pro­sesi heç də cə­nub qüt­bü­nə nis­bə­tən aşa­ğı templə get­mir. Akselerasiyaya səbəb kimi maqnit sahəsinin endokrin vəzilərinə msbət təsirini, texniki tərəqqini, insanların daha çox idmanla məşğul olmalarını və s. göstərmək olar. Bir qrup alim­lər isə ak­se­le­ra­si­ya pro­se­si­ni iq­lim də­yiş­mə­lə­ri ilə əla­qə­lən­di­rir­lər. On­lar be­lə gü­man edir­lər ki, rü­tu­bət­li və is­ti iq­lim isə or­qa­niz­min is­ti­lik iti­ril­mə­si­nə sə­bəb olur və ona gö­rə də gu­ya bo­yat­ma sti­mul­laş­dı­rı­lır. ƏDƏBİYYAT 1. Obreimova N.İ., Petruxin A.S. Osnovı anatomii, fizioloqii i qiqienı detey i podrostkov, 2-e izdanie, M. izd. «Akademiə», 2007. 2. Əliyev Ə.H., Cəfərov F.İ., Fərəcov Ə.N. biologiya (İnsan), Çaşıoğlu, 2004. 3. Nəcəfov C.Ə., Zeyniyev N.R., quliyev S.M. Uşaq anatomiyası və fiziologiyası. “Müəllim” nəşriyyatı, Bakı, 2005. 4. Şadlinski V.B., Qasımov Ş.İ., Mövsümov N.T. İnsan anatomiyası. I və II cildlər, “Müəllim” nəşriyyatı, Bakı, 2007. 5. Şadlinski V.B., Qasımov Ş.İ., Mövsymov N.T. İnsan anatomiyası, Atlas, Bakı, 1988.

Похожие документы:

MÖvzu: Azərbaycan Respublikasında sığorta işinin təşkili və onun təkmilləşdirilməsi

Документ

. haqqında» Azərbaycan Respublikasının Qanunu; «Məhkəmə və hüquq . Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidentinin fərmanları, sərəncamları və Azərbaycan Respublikasının Nazirl . ortası sistemi ittifaq-respublika əhəmiyyətli .

Fəaliyyətinin yaxşılaşdırılması haqqında

Документ

. Nazirliyi Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında AZƏRBAYCAN RESPUBLIKASI PREZ . etsin. 3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi məktəb kitabxanalarının mad­di-texniki bazasının möhkəml .

Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту

Документ

. dövlətlərin mədəniyyət nazirlərinin konfransında Azərbaycan Respublikasının Prezidenti cənab . əsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarı /18 .

Sanitar feldşer ixtisası üzrə test suallarının nümunələri

Документ

. Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Səhiyyə sahəsində Azərbaycan Respublikası . ? A) 80 hs B) 90 hs C) 70 hs D) 60 hs E) 50 hs Ədəbiyyat: A.A. . kompleks planı harada təsdiq olunur ? A) Respublika GEM-də B) Səhiyyə Nazirliyində C) Şəhər .

Tibb bacısı ixtisası üzrə nümunəvi test suallarının toplusu

Документ

. ndə 2 dəfə, səhər işin əvvəlində və axşam iş qurtaranda E) Həftədə 1 dəfə Ədəbiyyat . olur? A) 75 hs B) 5 hs C) 15 hs D) 50 hs E) 120 hs Ədəbiyyat: И.В. Лукомский . olunan sınıqlar zamanı repozisiyanın vaxtı hansıdır? . Respublika Fövqəladə Hallar Nazirliyi .

  • Правообладателям
  • Написать нам

Comments are closed, but trackbacks and pingbacks are open.