Vəsailuş şiə
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
EHLİ-BEYT
«Həqiqətən Allah Təala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb və sizi pak və pakizə etmək istəyib». («Əhzab», 33).
Sayfalar
13 Ağustos 2015 Perşembe
YEMƏK HAQQINDA MUXTƏLİF HƏDİSLƏR
İmam Əli (ə):«Kim yemək yeməyə və ya su içməyə başlayanda Allahın adını dilinə gətirsə və sonda Allaha şükr etsə, həmin yemək neməti barəsində ondan heç vaxt sual soruşulmaz.» (Vəsailuş-Şiə, c.16, səh.484, hədis 5)
İmam Əli (ə):«Yeməyinizi duzla başlayın. Çünki əgər camaat duzun faydalarının nə olmasını bilsəydi, onu təcrübədən keçmiş zərdabdan üstün tutardı.» (Vəsailuş-Şiə, c.16, səh.520, hədis 3)
İmam Həsən (ə):«Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə – qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir.» (Vəsailuş-Şiə, c.16, səh.539, hədis 1)
İmam Sadiq (ə):«Kim yeməkdən əvvəl və sonra əllərini yusa həmin yeməyin əvvəlində və axırında ona bərəkət verilər və nə qədər ki, sağdır rifah halında yaşayar və cismani xəstəlikdən amanda qalar.» (əl-Məhəccətul-bəyza, c.3, səh. 6)
İmam Sadiq (ə) Peyğəmbərin (s) qadağan etdiyi şeylər barəsində atalarından nəql etdiyi hədisində:«Peyğəmbər yeməyi və ya içməli şeyi üfürməkdən çəkindirib.» (Vəsailuş-Şiə, c.16, səh.518, hədis 1)
İmam Sadiq (ə):«Qablarınızı qapaqsız qoymayın. Çünki qabların ağzı örtülü olmayanda şeytan onlara ağız suyu atır və onların içindən istədiyini götürür.» (Müstədrəkul-Vəsail, c.8, səh.295, hədis 9485)
İmamKazimdən (ə) alçaq adam barəsində sual soruşduqda o Həzrət buyurdu:«Küçədə-bazarda (bir şey) yeyən adam.» (Vəsailuş-Şiə, c.116, səh.510, hədis 1)
əl-İxtisas:«Nəql edilib ki: Süfrədə oturmağı uzadın. Çünki həmin müddət sizin ömrünüzdən hesab edilmir.» (əl-İxtisas, səh. 253)
Allahın Peyğəmbəri (s):«Az yeyən şəxsin mədəsi sağlam qalar və o, qəlb saflığı tapar. Çox yeyən şəxsin mədəsi isə xəstə olar və qəlbi bərkiyər.» (Tənbihul-Xəvatir, c.1, səh.46)
İmam Əli (ə):«Az yemək bir növ pəhrizkarlıq, çox yemək isə bir növ israf və həddi aşmaqdır.» (Müstədrəkul-Vəsail, c.16, səh.213, hədis 19634)
Allahın Peyğəmbəri (s):«Çox yeməkdən çəkinin ki, o qəlbi bərkidər, bədən üzvlərini Allahın itaətində tənbəlləşdirər və himmətləri öyüd-nəsihət eşitməkdə kar edər.» (Biharul-Ənvar, c.77, səh.182, hədis 10)
«Zehnin itiliyi ilə çox yemək bir yerə sığışmaz.» (Müstədrəkul-Vəsail, c.16, səh.222, hədis 19652)
Qarın halal yeməklərlə dolu olsa belə, qəlb xeyir və məsləhətli şeyləri görməkdə kor olar.» (Ğurərul-Hikəm, hədis 4139)
Allahın Peyğəmbəri(s):«Xoş o adamın halına ki, qarnı yeməkdən boşdur, aclıq çəkir və səbr edir. Belələri Qiyamət günü tox olacaq kimsələrdir.» (Biharul-Ənvar, c.75, səh.462, hədis 17)
Müstədrəkul-vəsail:«Me’rac hədisində deyilir: Həzrət Peyğəmbər (s) buyurub:«Pərvərdigara! Aclığın səmərəsi nədir?» Allah-taala buyurub:«Hikmət, qəlbin qorunması, Mənə yaxınlaşmaq, həmişəlik hüzn, camaata az zəhmət vermək, haqqı demək və asan və ya çətin yaşamaqdan qorxmamaq.»
(Biharul-Ənvar, c.77, səh.22, hədis 6)
Allahın Peyğəmbəri (s):«Yeməyi iştahan olanda ye və hələ iştahan varkən yeməkdən əl götür.» (Biharul-Ənvar, c.62, səh.290)
İmam Rza (ə):«Kim sağlam, həmçinin arıq və çevik bədən sahibi olmaq istəyirsə axşam yeməyini azaltsın.» (Biharul-Ənvar, c.62, səh.324)
Allahın Peyğəmbəri(s):«Kim başqasının gözü qabağında yemək yesə və həmin şəxsi yeməyinə şərik etməsə, dərmanı olmayan bir dərdə düçar olar.» (Tənbihul-Xəvatir, c.1, səh.47)
İmam Əli (ə):«İsti yeməyi soyudun. Çünki Peyğəmbərin (s). qabağına isti yemək qoyulduqda o Həzrət buyurdu: Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir.» (əl-Kafi, c.6, səh.321, hədis 1)
Vəsailuş şiə
Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99
Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103
328–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Kişinin öz xanımına dediyi səni sevirəm sözü, heç vaxt onun qəlbindən çıxmaz.
Vəsailuş-şiə /14/1.
329–İmam Baqir əleyhissalamdan qadınların işlətdiyi və saçlarına vurduğu qəramil haqda soruşuldu. Həzrət buyurdu: Qadınlar öz ərləri üçün bəzənə bilərlər.
Kafi /5/119.
330–Həzrəti Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Allahın Rəsulu (s.ə.v.v.) qadının ərindən başqası üçün bəzənməsini qadağan edib. Əgər belə etsə, Allahın onu cəhənnəm atəşində yandırmağa haqqı vardır.
Mən layəhzuruhul-fəqih /4/6.
331–İmam Sadiq əleyhissalam buyurur: Bir kəsin bizə qarşı məhəbbəti nə qədər artsa, öz ailəsiylə bir o qədər mehriban olar.
Vəsailuş-şiə /14/11.
332–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Sizin qadınlarınızın ən yaxşısı iffətli olub, ər-arvadlıqda ərinə itaət edən, onun üçün bəzənənlərdir.
Vəsailuş şiə
14 окт 2014
В группе 46 участников
ŞEYX HURR AMİLİNİN “VƏSAİLUŞ-ŞİƏ” KİTABINDAN FİQHİ HƏDİSLƏRİN TƏRCÜMƏSİ DAVAM EDİR. NƏCASƏT BABLARI. 27-Cİ BAB. CƏNABƏTLİ İNSANIN VƏ ONUN TƏRİNİN TƏHARƏTİ (PAKLANMASI) VƏ HARAM İŞ GÖRÜB CƏNABƏT QÜSLÜ BOYNUNA GƏLMİŞ (VACİB OLMUŞ) ŞƏXSİN TƏRİNİN HÖKMÜ 9) İmam Əli (ə) belə buyurub: Peyğəmbərdən (s) soruşdum ki, əgər cənabətli və heyzli olan şəxslər geyindikləri paltarlarında tərləsələr və paltarları bədənlərinə yapışsa, onda bunun hökmü nədir? Peyğəmbər (s) belə buyurdu: Onlar paltarlarını yumazlar (yəni paltarlarlarını yumaqları lazım deyil). Şiə mənbələri: 1) Şeyx Tusi “Təhzibul-əhkam”: c.1, 792/269; 2) Şeyx Tusi “İstibsar”: c.1, 648/185. 3) Vəsail, c.3, hədis 4131 10) Əbu-Bəsir deyir ki, İmam Sadiqdən (ə) soruşdum ki : əgər bir paltar ki, onu geyinən şəxs o paltar əynində olan zaman cünub olubsa və tərləyibsə, onda bunun hökmü nədir? (İmam ə.) Dedi: Mənə qalanda mən sevməzdim ki, o paltarda yatam. Əgər qışdırsa, onda eybi yoxdur, (əgər) o paltarda tərləməmişsə. Şiə mənbələri: 1) Şeyx Tusi “Təhzibul-əhkam”: c.1, 1331/421; 2) Şeyx Tusi “İstibsar”: c.1, 656/188. 3) Vəsail, c.3, hədis 4132 11) Muhəmməd əl-Hələbi belə deyir: İmam Sadiqə (ə) dedim ki, əgər bir şəxs geyindiyi paltarda cünub olsa və ondan başqa yanında paltar olmazsa, onda bunun hökmü nədir? (İmam ə.) Dedi: O paltarda namaz qıla bilər və elə ki su tapdı, o paltarı yusun (yəni su tapsa, o zaman o paltarı yusa yaxşıdır). QEYD: Alimlər deyir ki, bu hökm haram işdən olan cənabət halına aiddir. Şiə mənbələri: 1) Şeyx Tusi “Təhzibul-əhkam”: c.1, 799/271; 2) Şeyx Tusi “İstibsar”: c.1, 655/187. 3) Vəsail, c.3, hədis 4133 12) İdris ibni Yəzdad İmam Nəqiyə (ə) sual verdi ki, o paltar ki, onu geyinən şəxs cənabətli halda olub və tərləyibdirsə, onda belə paltarda namaz qılsınmı? (İmam ə.) Dedi: Əgər halal yol ilə cünub olubsa, o paltarda namaz qıla bilər.Yox, əgər haram yol ilə cünub olubsa, o paltarda namaz qılmasın. Şiə mənbələri: 1)“Əz-Zikra”, səh.14, 2) Vəsail,c.3,hədis 4134 13) İmam Əbəl-Həsən (ə) belə buyurur: Ümumi hamamın ğəssaləsindən (umumi istifadə edilən sudan və ya hamam suyunun işlənmişindən) qüsl almayın, çünki o suda zina edən də, vələduz-zina da, nasibi də (Əhli-beytin (ə) düşməni də) yuyunmuşdur. Əhli-beytin (ə) düşmənləri bunların (yəni saydqılarımın) ən pisidir. Şiə mənbəsi: 1)Vəsail,c.3, hədis 4135 2) Kafi,c.6,10/498 14) İmam Riza (ə) belə buyurur: Ümumi hamamda haram yol ilə cünub olan da, zinakar da, nasibi də (Əhli-beytin (ə) düşməni də) yuyunur ki, nasibi olanlr bunların (yəni saydıqlarımın) ən pisidir (ən şərridir, xeyirsizidir). Şiə mənbəsi: 1)Vəsail,c.3, hədis 4136 2) Kafi, c.6, 38/503
Комментарии 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 6 июля 2016 в 22:26
Mən sizə bu Ramazan ayında xoşbəxtlik sevgi səadət arzulayıram Ramazan ayınız Mübarək olsun Allah oruclarınızı qəbul etsin inşAllah həmişə xoşbəxt olmanız dileyiylə Ramazan Bayramınız Mubarək olsun
Comments are closed, but trackbacks and pingbacks are open.