Vərəsəlik hüququ və şərtləri – Kimlər mirasdan pay ala bilər
· hesablaşma hesabının açılması üçün ərizə;
Vergi ödəyicisi və bank hesabı
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün tələb olunan mğhğm şərtlərdən biri də bank hesablarının açılmasıdır. Bank hesabı hər bir şəxsin hesabına daxil olan pul vəsaiti ilə ölkənin bank qanunvericiliyində nəzərdə tutulan istənilən ölkədaxili, ölkəxarici və nağdsız köçürmə əməliyyatlarını asanlıqla yerinə yetirə bilməsi üçün bir növ vasitəçidir. Vergi ödəyicisi üçün vergi orqanında qeydiyyata alınaraq VÖEN-nin açılması zəruri olduğu kimi bank hesabının olması da olduqca əhəmiyyətlidir.
Bank hesablarının açılması, aparılması və bağlanması «Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları»na əsasən aparılır. Bank hesabının açılması üçün vətəndaş VÖEN və şəxsiyyət vəsiqəsi ilə banka müraciət etməlidir. Hesab açmaq üçün heç bir ödəniş tələb edilmir.
Yeri gəlmişkən, qanunvericilikdə edilmiş dəyişikliklər nəticəsində bank hesabları ilə əlaqədar münasibətləri tənzimləmək səlahiyyəti Mərkəzi Bankdan Maliyyə Bazarlarına Nəzarət Palatasına verilmişdir.
Bank hesabını fiziki şəxslər şəxsi məqsədlər üçün, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər və hüquqi şəxslər sahibkarlıq fəaliyyəti və digər məqsədlər üçün açırlar.
Məqsədlərinə görə bank hesabları aşağıdakılardan ibarətdir:
Həmçinin bax: Mənzil kirayəsi üzrə vergidən yayınanları hansı maliyyə sanksiyası gözləyir?
Cari hesablar
Cari hesab hüquqi şəxslərin, onların filial, nümayəndəlik və digər ayrıca bölmələrinin, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır. Bank hesabının açılması üçün hüquqi şəxs (müəssisə) aşağıdakı sənədləri banka təqdim etməlidir:
· hesablaşma hesabının açılması üçün ərizə;
· hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
· hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə sənədin notarial qaydada təsdiqlənmiş surəti;
· hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surəti;
· vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
· imza və möhür nümunələri vərəqəsi.
Bank hesabının açılması üçün fərdi sahibkar aşağıdakı sənədləri banka təqdim etməlidir:
· hesablaşma hesabının açılması üçün ərizə;
· fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların hesabın açılmasına dair ərizədə və imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);
· vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;
· imza və möhür nümunələri vərəqəsi.
Banka təqdim edilmiş sənədlər bankın əməkdaşları və hüquqşünasları tərəfindən yoxlanıldıqdan sonra hesabın açılması üçün qərar qəbul edilir. Əgər sənədlərdə heç bir uyğunsuzluq yoxdursa, müəssisəyə imzalanmış bank hesabı müqaviləsi təqdim edilir.
Həmçinin bax: Ümidsiz borcları necə xərcə silməli?
Cari subhesablar
Cari subhesablar hüquqi şəxslərə, onların regional fəaliyyətləri ilə əlaqədar filial və nümayəndəlik statusu daşımayan yerli qurumlara açıla bilər. Bu hesablara daxil olan vəsaitlər yerli qurumların işçilərinin əməkhaqları, habelə bu qurumların fəaliyyətini təmin edən zəruri kommunal xərclərin ödənilməsi üzrə ödənişləri istisna olmaqla, baş təşkilatla bağlanmış bank hesabı müqaviləsində müəyyən olunmuş müddətlərdə, baş təşkilatın cari hesabına köçürülməlidir.
Cari subhesabın açılması üçün ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
· hüquqi şəxsin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surəti;
· vergi orqanı tərəfindən hüquqi şəxsə verilmiş şəhadətnamə-dublikatın əsli (yerli qurum vergi ödəyicisi olduqda özünün şəhadətnamə-dublikatının əsli);
· imza və möhür nümunələri vərəqəsi.
Valyuta hesabı
Bu, xarici valyutalarda hesablaşmaların həyata keçirilməsi üçün istifadə olunan hesabdır. Onun vasitəsilə xarici ölkələrlə biznes və digər fəaliyyətlə bağlı pul hesablaşmaları aparılır, digər köçürmələr edilir. Vətəndaş həmin valyuta hesabının açılması üçün banka ərizə və hesablaşma hesabının açılması barədə sənədlər təqdim edir. Xarici valyutada bank hesabının açılması üçün hesabın açılmasına dair ərizə, habelə vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli təqdim olunur.
Hesabın dondurulması
Əksər vergi ödəyiciləri sahibkarlıq fəaliyyətini dayandırdıqda VÖEN-nin ləğv edilməsi barədə vergi orqanına müraciət etməklə işi bitmiş hesab edirlər. Yaddan çıxarmaq olmaz ki, bank hesabı bağlanmadan fəaliyyətini dayandırdıqda VÖEN-nin ləğv edilməsi mümkün deyil. Ona görə də vergi ödəyicisi vergi orqanına müraciət etməklə yanaşı, banka ərizə ilə müraciət etməlidir. Bankda onun hesab müqaviləsi ləğv edildikdən sonra (bank hesabı müqaviləsinin ləğv edilməsi, hesabın bağlanmasının hüquqi əsasını təşkil edir) vergi orqanına müvafiq məlumatlar onlayn rejimdə təqdim edilir və bundan sonra VÖEN ləğv edilir.
Sahibkarlıq fəaliyyəti ilə bağlı son zamanlar meydana çıxan problemlərdən biri dövlət müəssisəsi kimi qeydiyyatdan keçən vergi ödəyicisinin (hüquqi şəxslərin) özəl biznes subyekti kimi fəaliyyət göstərməsidir. Bu, bir sıra məsələlərdə hüquqi və maliyyə problemləri yaradır. Hazırda Vergilər Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyasının birgə razılığına əsasən, yeni qaydalar hazırlanıb. Banklar müəssisələrin dövlətə məxsus olub-olmadığını müəyyən edən müvafiq sistem təminatı ilə təmin olunub.
Vərəsəlik hüququ və şərtləri – Kimlər mirasdan pay ala bilər?
Vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlayışıdır. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır.Vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi mirasqoyanın vəsiyyəti, qanunda nəzərdə tutulmuş əsaslardan daha üstün qüvvəyə malikdir. Belə ki, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyətnamə miras əmlakın hamısını əhatə etməsə və ya vəsiyyətnamə qismən etibarsız sayılarsa, miras əmlakın vəsiyyətnamə ilə əhatə edilməmiş hissəsinə və ya vəsiyyətnamənin etibarsız sayılmış hissəsində nəzərdə tutulmuş miras əmlaka qanun üzrə vərəsəlik qüvvədə olur.
Qeyd olunduğu kimi, Mülki Məcəlləyə görə vərəsəliyin qanun və vəsiyyət üzrə həyata keçirilməsi nəzərdə tutulubdur. Həm qanun üzrə vərəsə, həm də vəsiyyət üzrə vərəsə miras qoyanın öldüyü məqamda sağ olan şəxslər və onun ölümündən sonra doğulmuşlar ola bilərlər.
Vəsiyyət üzrə vərəsəlik isə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər ola bilərlər.
Vərəsəlik yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsəlik sırasından, həm də kənar adamlar sırasından bir və ya neçə şəxsə qoyması barədə öz iradəsinin şəxsən yazılı formada ifadəsidir. Şəxsin bu iradəsi vəsiyyətnamədə ifadə olunur.Vəsiyyətin edilməsi üçün bir tərəfin, yəni vəsiyyət edənin iradə ifadəsi yeterlidir. Qeyd edək ki, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.
Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.
Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsəlik zamanı aşağıda göstərilən şəxslər bərabər pay hüquqlu vərəsələr sayılırlar:
-Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
-Ölənin bacıları və qardaşları.
-Həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası.
-Xalalar və bibilər, dayılar və əmilər.
-Xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.
Qanun üzrə vərəsə sayılan şəxslər və onların vərəsəliyə çağrılması növbəliliyi müəyyən edilmişdir. Növbəlilik başlıca olaraq onların miras qoyanla mənşəcə yaxınlığı əsasında müəyyən edilir. Qeyd etmək lazımdır ki, bəzi halda, miras qoyanla doğmalıq əlaqəsi olmayan şəxslər də birinci növbəli vərəsələr ola bilərlər. Mülki Məcəlləyə əsasən övladlığa götürənlər və övladlığa götürülənlər də birinci növbəli vərəsələr sırasında daxildir.
Fiziki şəxsin ölməsi halı üçün öz əmlakınnı və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir ya bir neçə şəxsə qoya bilər. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Şəxs mirası yalnız özündən sonra qoya bilər. Belə ki, miras əmlak miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusudur. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün isə mirasın açıldığı vaxt sayılır.
Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Göründüyü kimi, məcburi pay bəzən miras qoyanın iradəsinin tam əksinə də alına bilər.
Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir.
İradə Quliyeva
Ədliyyə Nazirliyinin əməkdaşı
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
Mostbet-dən pulu necə çıxarmaq olar?
BK Mostbet müştərilərinə depozitdən pul çıxarmaq üçün geniş bir metod təklif edir. Ayrıca, ofis qaydaları bir neçə şərt təmin edir, bunsuz hesabınızdan pul çıxarmaq mümkün deyil. Bu məqalə sizə Mostbet-dən ən rahat və etibarlı şəkildə pul çıxarmağı göstərəcəkdir.
BK Mostbet-dən pul çəkmək şərtləri
Qeydiyyat prosedurundan keçmədən əvvəl mövcud pul çəkmə metodlarını diqqətlə araşdırmalı, ən əlverişli və təhlükəsiz maliyyə alətlərinə qərar verməlisiniz.
Mostbet-dən vəsaitin çıxarılması ilə bağlı bəzi müddəalar:
- Vəsaitlər oyunçunun şəxsi hesabından yalnız depozitin doldurulduğu metodla çıxarıla bilər;
- Ofis qaydalarına uyğun olaraq (maddə 2.14), mərcçi pulu götürməzdən əvvəl depozitin bütün məbləğini oynamalıdır;
- Pul çıxarıldığı zaman, mərc edilən bütün hadisələr tamamlanmalıdır;
- Vəsaitin çıxarılması yalnız şəxsiyyətinin doğrulamasından keçən oyunçular üçün mümkündür;
- BC Mostbet Azerbaijan müştərisinin şəxsi hesabında (“Profil” alt menyusu) etibarlı məlumat daxil edərək bütün sahələri doldurmaq lazımdır.
- Vəsait çıxarmaq üçün hesabınızda ən azı 23 manat olmalıdır.
Pul çıxarma proseduru
Bukmeker şirkəti müştərilərinin rahatlığına diqqət yetirmişdir: pul çəkmə prosesi heç bir çatışmazlığı gizlətmir və çox vaxt çəkmir:
- Mostbet.com veb saytına və ya mobil tətbiqetmələrdən birinə daxil olun;
- Şəxsi hesabınıza keçin (keçid üçün düymə başlanğıc səhifəsinin sağ yuxarı küncündə yerləşir);
- “Hesabdan çıxın” düyməsini tapın və üzərinə vurun;
- İlk dəfə pul çəkirsinizsə, “Profil” bölməsinə daxil edilmiş şəxsi məlumatlarınızın düzgünlüyünü yoxlayın;
- Depozitin doldurulduğu ödəniş alətini seçin;
- Hesabınızdan çəkəcəyiniz məbləği göstərin və hərəkətinizi təsdiqləyin.
Bir karta necə pul çıxarmaq olar
Bu, pul qazanmağın ən ümumi üsuludur. Oyunçu yalnız şəxsi bank kartından pul ala bilər, əks təqdirdə BC Mostbet Azerbaijan-dakı hesabı bloklanacaq və hesabdakı vəsait dondurulur. Mostbet-dən karta vəsait çıxarmaq prosesi digər ofislərdə oxşar prosedurdan fərqlənmir:
- Hesabınıza daxil olun və şəxsi hesabınıza keçin;
- “Hesabdan çıxın” sekmesine keçin;
- Təklif olunan pul çəkmə metodlarından bank kartı seçin (Visa və ya Mastercard);
- BC-də hesabınızdan alacağınız məbləği göstərin;
- Vəsait almaq proseduru ilk dəfə həyata keçirildiyi təqdirdə kart nömrəsini və digər məlumatları daxil edin;
- Bütün daxil edilmiş məlumatları yenidən yoxlayın və hərəkətinizi təsdiqləyin.
Bank kartına pul alarkən, mərc oyunçusundan komissiya tutulmur. Bir qayda olaraq, pul oyunçunun kartına 3 – 5 bank günü ərzində köçürülür.
Mostbet-dən elektron cüzdana necə pul çıxarmaq olar
Bir çox mərc oyunçusu beynəlxalq ödəmə sistemləri vasitəsi ilə vəsait yatırmaq və ya geri götürmək üçün maliyyə əməliyyatları aparmağı üstün tutur. Bukmeker QIWI, WebMoney, Neteller, Payeer, Advcash kimi cüzdanlarla işləyir. Uduşların çıxarılması üçün addım-addım təlimat aşağıdakı kimidir:
- Ofisin veb saytında və ya mobil tətbiqetmə vasitəsi ilə hesabınıza daxil olun;
- Şəxsi hesabınızda “Hesabdan çıxın” sekmesine keçin;
- Pul qoyulduğu elektron cüzdanı seçin;
- Alacağınız vəsaitin miqdarını göstərin;
- Elektron cüzdanın detallarını doldurun, daxil edilmiş məlumatların düzgünlüyünü yoxlayın və maliyyə əməliyyatını təsdiqləyin.
Mostbet hesabınızdan elektron cüzdanlar vasitəsilə vəsait çıxarmaq ümumiyyətlə bir neçə dəqiqə çəkir. Oyuncudan əlavə komissiya və ödəniş tələb olunmur.
Comments are closed, but trackbacks and pingbacks are open.