Vətən yaralari
Səngərimdən çıxanda üzgüçü suya atılan kimi, ön xəttin atəşinə atılmışdım. Nə gurultu, nə alov, nə də sanki dəhşətləri örtmək istəyən toz, duman mənə qəribə gəlirdi. Güman edirdim ki, bu atılan güllələrin biri də mənəm, gurultunu qopardan da mənəm, gündüzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb-örtülən alov da mənəm.
Vətən yaralari
Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
t.abbas[email protected]list.ru
Yaraların dərmanı xalqdadır
Vətənpərvərlik – bizi dünyaya gətirən əcdadlarımızın ğöz bəbəyi kimi qoruyub bizə verdiyi Vətəni sevmək, özü də hər şeydən əziz tutmaqdır. Hətta lazım gələndə, canımızı tərəddüd etmədən belə, Vətən uğrunda qurban verməyə hazır olduğumuzun nümayişidir.
Çox təəssüf ki, ölkəmizin hesabına bəslənib, böyüyən gənclərin bir qismi vətəni sevmir, dövləti talayır, xalqın sərvətini dağıdır, xarici ölkələrə daşıyır. Vətənə düşmən hücüm edəndə isə, onun sərvətlərini talayıb keyf çəkən bu ünsürlər onu müdafiə etmir, əksinə, qaçıb gizlənirlər. Bunlara Vətənin vampirləri də deyə bilərik.
Vətəni qorumaq imandandır, deyiblər! Lakin haqqında bəhs etdiyim ana Vətənin qoynunda böyüyən, boya-başa çatan bir qrup zəngin gənclər bu zənginliyi xalqın var-dövlətini oğurlamaq hesabına onlara bəxş edən atalarının dövlət kürsülərini əllərinə keçirib zəngin ərəb şeyxləri kimi, imansızcasına vəhşi həyat tərzi sürmələrinin fərqində deyillər.
Vətənin hər qarış torpağı uğrunda ölən, canından keçib Şəhid düşmüş qəhrəman insanların körpə yaşında yetim qalan balalarının, cavan yaşında dul qalan həyat yoldaşlarının, qəhrəman Şəhidləri əziyyətlə böyüdən valideynlərinin məmurlar tərəfindən incidilməsini ölkəmizin çətin sağalan yarası sayıram!
Vətənin bir qudum suyunu içməyə, saf havasını udmağa, torpağı üzərində addım atmağı belə, haqq etməyən rüşvətxor və korrupsioner məmurların canını Vətənə fəda etmiş qəhrəman Şəhidlərin geridə qoyub getdikləri əzizlərinə qarşı göstərdikləri qeyri-insani münasibət haqlı olaraq vətənpərvər insanların qəzəbinə səbəb olur.
Haqqında ürək ağrısı ilə söhbət açdığım Vətənimdə yaşanan təzadların bəlkə də, dünyada bənzəri, yoxdur! Bu ölkədə bəzi sahələrdə hər şey hələ də, tərsinə cərəyan edir. Ölkəmiz müstəqillik əldə edəndən sonra rüşvətxorların, korrupsionerlərin, oğruların, cinayətkarların çox zəngin və rahat yaşamasına xalq dözmür. Amma bu dövləti quran, onun yolunda övladlarını qurban verən xalq hər cür çətinlik içərisində səhərdən axşamadək çalışır, lakin yenə də xalqa normal həyat yaşamağa imkan verilmir! Bax, bu, çətin sağalan yaramızdır.
Düşmən işğalı altında 27 il tam xarabalığa çevrilmiş Vətən torpaqlarını 44 gün ərzində davam edən Vətən Müharibəsində azad edən qəhrəman və müzəffər Ordumuzun düşmən üzərində əldə etdiyi böyük zəfərin əvvəl ölkəmizdə mövcud olan bütün çətinlikləri, ağrı-acıları, yaraların sızıltısını az da olsa, xalqımıza unutdurdu. Amma dövlətimizin qələbəsində iştirakı olmayan rüşvətxor məmurların ölkədə yaratdığı dözülməz durumun müharibədən sonra ortadan qalxacağı barədə xalqda yaranmış ümid hələ də özünü doğrultmur. Hər yerdə məmurların özbaşınalığı əvvəlki tək davam edir, yenə güclü, yenə rəzil, pis formada.
Ermənistan-Azərbaycan müharibəsinin dayanması barədə üç dövlət rəhbəri tərəfindən 10 noyabrda imzalanan atəşkəs barədə bəyanatdan üç ay zaman keçməsinə baxmayaraq, Ordumuz tərəfindən kapitulyasiya vəziyyətinə düşən nə ermənilər hələ də sakitləşmir, nə də, ölkədəki rüşvətxor məmurlar həbs olunmuş yoldaşlarının acı aqibətindən düzgün nəticə çıxarmırlar.
Azərbaycan hazırda həm xarici, həm də daxili düşmənlərin (rüşvətxor məmurların) üzərində qələbə çalmaq əzmi nümayiş etdirsə də, daxili və xarici düşmənlərin hələ də, güclü qalması milli birliyin qorunmasını vacib edir. Ölkədaxili problemlərin, xüsusən əhalinin sosial müdafiəyə ciddi ehtiyacı olan aşağı gəlirli kəsiminin problemlərinin həll edilməsi indiki mərhələdə çox önəmlidir. Ölkədə yanacağın, suyun qiymətinin Tarif Şurası tərəfindən gözlənilmədən qaldırılması, qazın və elektrik enerjisinin əhaliyə limitlə verilməsi ölkədə hökm sürən ciddi bahalaşma şəraitində kasb əhalinin narazılığının daha da yüksəlməsinə səbəb olduğunu dövlət mütləq diqqətə almalı və ciddi tədbir görməlidir.
Qeyd etdiyim problemlərə, dərin yaralara baxmayaraq, ölkə prezidentinin 44 günlük Vətən Müharibəsində qazandığımız qələbə nəticəsində regionda durumun Azərbaycanın xeyrinə dəyişməsini təmin edərək, ölkədə əvvəlcədən elan etdiyi dərin struktur və kadr islahatlarını həyata keçirməyə davam etməsi də çox mühüm hadisədir.
İnsanların ölkəmizin işıqlı sabahına inamının artmasının, müharibənin və məmurların ölkəmizə vurduğu iqtisadi və humanitar yaraların tezliklə sağalacağına bəslədiyi ümidlərin mənbəyi, məhz cənab Prezident tərəfindən ölkədə ardıcıl və uğurla həyata keçirilən köklü islahatların nəticəsində əldə olunur! Məmləkətdə qazanılan bütün uğurlar isə ölkə həyatında baş verən müsbət dəyişikliklərin xalq tərəfindən müdafiə etməsindən irəli gəlir.
Vətən yaralari
• Mir Cəlal bütün qəlbi ilə xalqa bağlı yazıçıdır. Оnun əsərlərində xalqımızın nəcib ruhu duyulmaqdadır. Mir Cəlal, ilk növbədə, kiçik və çox adi görünən bir hadisədən böyük ictimai nəticələr çıxarmağı bacaran sənətkarlardandır.
İlyas Əfəndiyev
- Müharibə mövzusunda yazılmış hansı əsərlərlə tanışsınız?
- Belə əsərlər sizdə hansı hislər oyadır?
- İkinci Dünya müharibəsi illərində yazılmış əsərlərin müasir oxucu üçün əhəmiyyəti nə ola bilər?
- Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
VƏTƏN YARALARI
(ixtisarla)
Səngərimdən çıxanda üzgüçü suya atılan kimi, ön xəttin atəşinə atılmışdım. Nə gurultu, nə alov, nə də sanki dəhşətləri örtmək istəyən toz, duman mənə qəribə gəlirdi. Güman edirdim ki, bu atılan güllələrin biri də mənəm, gurultunu qopardan da mənəm, gündüzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb-örtülən alov da mənəm.
Döyüş sürəti və hərarətində özümdən xəbərsiz kimi yanırdım. Qan gözümü örtəndə, qılçalarım hərəkətdən qalanda kökü vurulmuş bir ağac kimi yerə sərildim. Sanki bir səs mənə deyirdi: “Bəsdir! Burax!” Lakin mən bunu eşitmək istəmirəm.
Diqqətlə yaralarımı duymaq, özümə gəlmək istəyirəm; bacarmıram. İsti mayenin vücuduma
- Döyüşə atılan əsgər hansı hisləri keçirir?
- “Sanki bir səs mənə deyirdi: “Bəsdir! Burax!” Lakin mən bunu eşitmək istəmirəm” cümlələrində ifadə olunmuş fikri necə başa düşdünüz?
- Huşunu itirməkdə olan əsgərin hiss və düşüncələri sizdə hansı təəssürat yaratdı?
axdığını və axdıqca məni xoş və sakit bir rahatlığa apardığını, olduğum aləmdən ayırdığını hiss edirəm. Ayrılmaq istəmirəm. Görmək, eşitmək, düşünmək istəyirəm. Hansı bir qüvvənin əli iləsə gözlərim örtülür, bayaqdan bəri dəmirçi kürəsi kimi səslənən qulaqlarım tutulur, başımdakı ağrı məni alıb aparır. Birdən-birə aləm sükuta dalır, hava qaralır, ətrafımızdakılar əvvəlcə gülləyə, sonra daşa dönür, get-gedə kiçilir, sularda əriyib, yox olurlar.
Məndən qabaq yaralanmış yoldaşlarım danışardılar: birisi həsrətlərini, birisi əziyyətlərini, bəzisi ölüm təhlükəsini necə keçirdiyini deyirdi. Mən bu hisləri keçirmədim. Bunları xəyalıma gətirmədim. Gözümü açanda özümü isti, təmiz və sakit bir otaqda, rahat yataqda görəndən sonra başım üstə dayanan ağsaçlı həkimin
Vətən yaralari
Harada yaşamalarından asılı olmayaraq, azərbaycanlıları həmişə bir cəhət birləşdirib – milli eyniyyəti qoruyub saxlamağa, mənsub olduğu xalqın tarixini, mədəniyyətini unutmamağa çalışmaq. Amma qürbətdə olmağın özü bütöv ailələrin, xalqların tarixindəki kədərli, bəzən isə faciəli məqamlarla əlaqədardırsa, onda uzaq vətənin ağrı-acısını öz nəbzi kimi hiss edənlərin doğma el-obaya bağlılıq hissi “Harada çörək varsa, ora sənə vətəndir” prinsipi ilə xarici ölkələrə üz tutan insanlardan qat-qat güclüdür.
Azərbaycan xalqının tarixində qanlı qırğın maşınının yüz minlərlə ailənin ocağını söndürdüyü faciəli səhifələr az deyil. Xalqımız Stalin repressiyalarının, azərbaycanlıların Ermənistandakı dədə-baba torpaqlarından deportasiyasının şahidi olub. Ötən əsrin axırlarında əzəli Azərbaycan torpağı Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkün ordusunun yaranması isə sinəmizə çalın-çarpaz dağ çəkib.
“Vətənin köksünə vurulan yaralar hər birimizin qəlbini sızladır”, – deyən böyük fransız yazıçısı Viktor Hüqo vətənə məhəbbət anlayışının mahiyyətini necə də məharətlə çatdırıb. Tarixin qaranlıq səhifələrinin öyrənilməsi, azərbaycançılıq ideologiyasının, Azərbaycanın haqq işinin dünyada təbliği hamımızın həyat amalı olmalıdır. Əlbəttə, tarixi faktların işıqlandırılması, əvvəllər ictimaiyyətə məlum olmayan arxiv materiallarının açıqlanması mütəşəkkil vətəndaşlıq mövqeyi, vətənpərvərlik nümunəsi kimi ən yüksək qiymətə layiqdir. Azərbaycan tarixinin Stalin dövrünün tədqiqatçısı, istefada olan polkovnik, mərhum Sadıq Zeynaloğlunun “Tarixin qan yaddaşı” və “Onları vətəndən məhrum etmişdilər” kitablarının həmvətənimiz, sahibkar, ötən əsrin uzaq 30-cu illərində ailəsi Azərbaycandan Orta Asiyaya sürgün edilmiş Mehdi Məmmədovun sifarişi ilə təkrar nəşr olunması dərin ehtirama layiq bir addımdır.
AZƏRTAC xəbər verir ki, bu kitablar Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının informasiya və media məsələləri üzrə nazirlərinin bu günlərdə Astanada keçirilən birinci görüşünün iştirakçıları arasında paylanılıb.
Arxiv sənədləri əsasında yazılan “Tarixin qan yaddaşı” sənədli-publisistik povestində 1930-1942-ci illərdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Milax, Ərəfsə, Şahbuz rayonunun Keçili kəndlərində, habelə Xızı rayonunun Ağdərə kəndində baş verən hadisələr əks olunub. Müəllif Orbelyan soyadlı XDİK əməkdaşının xalqımıza qarşı uydurma ittihamlar, dəhşətli işgəncələrlə müşayiət olunan əməllərini, onun heç kəsə – nə uşaqlara, nə qocalara, nə də qadınlara aman vermədən güllələnmə, sürgün hökmləri çıxarmasını ürəkağrısı ilə təsvir edir. Kitabda Naxçıvanda və ölkəmizin digər bölgələrində repressiya olunanların və Qazaxıstana sürgün edilənlərin siyahısı verilib.
“Onları vətəndən məhrum etmişdilər” kitabı “Tarixin qan yaddaşı” silsiləsindən sonuncu kitabdır. Burada Azərbaycan tarixində parlaq iz qoymuş ailələrin – Bədəlbəylilərin, Şıxlinskilərin, Usubbəyovların, Qaşqayevlərin və bir göz qırpımında doğma yurdunda “vətən düşməninə” çevrilmiş bir çox digər günahsız ailələrin faciəli taleyindən danışılır. Müəllif vurğulayır ki, köçürülmə barədə qərarları çox vaxt erməni millətindən olan XDİK əməkdaşları imzalayıblar.
Comments are closed, but trackbacks and pingbacks are open.