Press "Enter" to skip to content

Mİr cəlal seçİLMİŞ ƏSƏRLƏRİ

Mir Cəlalın əsərlərinin , xüsusilə kiçik hekayələrinin böyük müvəffəqiyyətinin sirri də bundadır.
A. S. Puşkin yazırdı ki , dəqiqlik və qısalıq nəsrin ümdə ləyaqətidir,nəsr fikir və yenə də fikir
tələb edir, bunsuz gözəl ifadə heç nəyə dəyməz. “Mir Cəlalın üslubunun orjinallığı onun ümumi
xalq dili xəzinəsinə bələdliyi , ondan özünə məxsus yolla bəhrələnməsi nəticəsində yaranır. O , dilin
sadəliyi , xəlqiliyi , dəqiqliyi uğrunda ardıcıl mübarizə aparan ədiblərdəndir”…

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 103 il keçir

Bu gün görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin doğum günüdür. Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. Mir Cəlal 10 yaşında olanda, 1918-ci ildə atası vəfat etmiş, o, böyük qardaşının himayəsində yaşayıb.

Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, Ulu Tanrının mərhəməti sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyə bilib. O, 1918-1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə darülmüəlliminə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.

Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik edib və millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsədib. Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırmışdır. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.

Ali təhsilimizin beşiyi sayılan Bakı Dövlət Universitetinin sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayacaq Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.

XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Qəti əminliklə demək olar ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” . hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları çap olunub.

Mir Cəlalın ilk irihəcmli əsəri – “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazıb: “Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist yazıçı olduğunu göstəribr”.

İlk dəfə 1937-39-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” əsəri isə yazıçının həyatında böyük bir dönüş yaradıb, ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə “Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də dəfələrlə çap edilib. “Bir gəncin manifesti” bu gün də qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş “Bir gəncin manifesti” Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.

Mir Cəlalın “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb. Yazıçının “İnsanlıq fəlsəfəsi” (1961) kitabında toplanmış hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”, “Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”, “Qocaların uşaq söhbəti” və digər hekayələrində isə real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunub.

Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr olunub. “Seçilmiş əsərləri” (2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4 cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”, hekayələrdən ibarət “Bostan oğrusu” (1937), “Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə hekayələri” (1962), “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” (1974) və s. bu qəbildəndir. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı nəşr olunub.

XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutub. Filologiya təhsili alan tələbələrin I kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi sonralar da mütəxəssislərin stolüstü kitabı olub. Mir Cəlal müəllim 1936-cı ildən ömrünün sonunadək dərs dediyi Bakı Dövlət Universitetinin auditoriyalarında bu fəndən mühazirələr oxuyub.

Elmi fəaliyyətini davam etdirən gənc Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb. Füzuli poeziyasının qüdrətinə heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən bağlı Mir Cəlal Paşayev 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək və əvvəlki əsərini təkmilləşdirərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirib. Professor Qara Namazov deyir ki, Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək, mənimsəmək və dərk etmək üçün elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr olunub.

“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərində isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində inqilabi-demokratik meyillərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparmış, əhatəli elmi nəticələr əldə edib.

Mir Cəlal Paşayevin tanınmış tədqiqatçı Firudin Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” əsəri 40 ilə yaxındır ki, ali məktəblərin dərs vəsaitidir. Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri, onların yaradıcılığı, ədəbi mühitə gətirdiyi yeniliklər haqqında əhatəli elmi fikirlər əks olunub. Mir Cəlal Paşayev böyük şəxsiyyətlərin həyat və yaradıcılıqlarını, dövrün ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə, tədqiq etməklə özü də uca zirvələrə qalxıb, şəxsiyyət kimi müdrikləşib.

Əməkdar Elm Xadimi Mir Cəlal Paşayev XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq tarixində elə bir iz açmışdır ki, bu, XXI əsrin də ədəbi-elmi zirvəsində görünəcək. Müdriklik, saflıq, vicdan, ləyaqət tarix boyu mənəviyyat zirvəsində dayandığı kimi.

1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşan, böyük şəxsiyyət kimi tarixləşmiş, gözəl müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olacaq.

Bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da bu böyük ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraq maraqla oxunur.

“YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilib. Parisdə, YUNESKO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib.

XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətlər göstərən Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd olunması, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dəyərin təzahürüdür. 2008-2009-cu illərdə YUNESKO-nun dünya miqyaslı hadisələrin və şəxsiyyətlərin yubileylərinin qeyd olunması ilə bağlı qərarına Mir Cəlal Paşayevin də adının daxil edilməsi, həm də Azərbaycan-YUNESKO əməkdaşlığının inkişafının bariz nümunəsidir.

İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəri insanlığı heyranlıqla qarşılanır və əsl örnək kimi sevilə-sevilə qəlblərdə özünə ucalıq, əlçatmazlıq heykəli qurur. Bu zirvədəki yerini heç vaxt itirməyəcək və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaq.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Mİr cəlal seçİLMİŞ ƏSƏRLƏRİ

VƏTƏN YARALARI

Səngərimdən çıxanda, üzgüçü suya atılan kimi, ön xəttin atəşinə
atılmışdım. Nə gurultu, nə alov, nə də, sanki dəhşətləri örtmək istəyən toz,
duman mənə qəribə gəlirdi. Güman edirdim ki, bu atılan güllələrin biri də
mənəm, gurultunu qopardan da mənəm, gündüzün boz və kəsif üfüqlərinə
bir bayraq kimi açılıb-örtülən alov da mənəm. Döyüş sürəti və hərarətində
özümdən xəbərsiz kimi yanırdım. Qan gözümü örtəndə, qılçalarım
hərəkətdən qalanda kökü vurulmuş bir ağac kimi yerə sərildim. Sanki bir
səs mənə deyirdi: “Bəsdir! Burax!” Lakin mən bunu eşitmək istəmirəm.
Diqqətlə yaralarımı duymaq, özümə gəlmək istəyirəm; bacarmıram. İsti
mayenin vücuduma axdığını və axdıqca məni xoş və sakit bir rahatlığa
apardığını, olduğum aləmdən ayırdığını hiss edirəm. Ayrılmaq istəmirəm.
Görmək, eşitmək, düşünmək istəyirəm. Hansı bir qüvvənin əli iləsə
gözlərim örtülür, bayaqdan bəri dəmirçi kürəsi kimi səslənən qulaqlarım
tutulur, başımdakı ağrı məni alıb aparır. Birdən-birə aləm sükuta dalır, hava
qaralır, ətrafımızdakılar əvvəlcə gülləyə, sonra daşa dönür, get-gedə kiçilir,
sularda əriyib, yox olurlar.
Məndən qabaq yaralanmış yoldaşlarım danışardılar: birisi həsrətlərini,
birisi əziyyətlərini, bəzisi ölüm təhlükəsini necə keçirdiyini deyirdi. Mən
bunları xəyalıma gətirmədim. Bəlkə də buna görə bunları keçirə də
bilmədim. Mən gözümü açanda, özümü isti, təmiz və sakit bir otaqda, rahat
yataqda görəndən sonra başım üstə dayanan ağsaçlı həkimin təbəssümünü,
gənc bir qızın tərimi sildiyini, su içirtmək istədiyini görəndən sonra duydum
ki, həyata qayıdıram. Deyəsən məni bunlar, qalın kitabların mənası ilə
silahlanmış həkimlər, şəfqət və mərhəmətdən yoğurulmuş qızlar qaytarırlar?
Haraya qaytarırlar? Mən qapandığım, tapındığım hissiz sükut aləmindən
qayıdıram.
Ürəyimdə bir şadlıq var: dodaqlarım qaçdı, üzülmüş, qanını itirmiş, dəri
ilə sümükdən ibarət sifətimə ilk təbəssüm işığı düşdü. Sonra, hardansa məni
bir düşüncə yaxaladı. Haraya qayıdıram? 15 il ömür keçirdiyim,
doğulduğum, böyüdüyüm, yorulduğum, dincəldiyim, dərd çəkdiyim,
sevindiyim həyata qayıdıram! Orada hələ görmədiyim nələr var?
Bunu nə kitabda oxumuşam, nə həkimdən eşitmişəm. Amma mənə elə
gəlir ki, xəstənin fiziki həyatından çox mənəvi həyatı var. Onu möhkəm
addımlar, taqətli ayaqlar, bükülməz dizlər yox, zəif və zərif xəyalar aparır.
Bu xəyallar bəlkə də sağlamlıq zamanında adamın

başına yol tapmır. Həyatın keşməkeşləri onlara növbə, yol, imkan vermir.
İndi isə əl-qolunu boş qoyub, yatağa uzanmış bədən tamamamilə onların,
qanadlı düşüncələrin ixtiyarındadır. Düşünürəm, görürəm ki, mən həyata
azğın bir maraq üçün qayıtmıram, oynamağa gəlmirəm. Dolu süfrələr
başında oturub yeməyə, qədəh sındırmağa, tərif deyib, tərif eşitməyə
gəlmirəm. Məxmər stol dalında tabelərimin üstünə qışqırmağa, əmrlərə,
fərmanlara qırmızı mürəkkəblə qol çəkməyə gəlmirəm. Nə qızlar, nə qayıq
gəzintiləri, nə məzhəkədən qabaq başlayan, sonra da bitməyən qəhqəhələr.
Məndə qəribə bir arzu dinlənir: iki ömür istəyirəm. İstəyirəm ki, ilk
ömrüm – təcrübə dərsi olsun; bu mürəkkəb dünyanı, qapalı adamları
öyrənməyə sərf olunsun. İmtahandan çıxa bilsəm, mənə ikinci həqiqi ömür
imkanı verilsin. Belə ömrün qədrini bilərəm. Mən yenidən bir körpə olum,
anamın, o mehriban xilqətin qucağına atılım, isti nəvazişlərinə tutulum.
Atamın sərin torpaq astanasında iməkləyim. Səsim gəlsin. Yıxıla-dura
yeriyim, ağı qaradan, şirini acıdan, istini soyuqdan seçən, qayğısız körpəlik
günləri başlasın.
O günlər. məgər xəyal onları gətirib yetirə bilərmi. Qapımızdan
keçən su arxının başında oynardım, söyüd yarpaqlarından əsən xəfif
küləklər daraq görməmiş saçaq kimi dolaşıq saçlarımı üzümə tökərdi.
Hanı mənim tay-tuşum? Aşıq atan, top oynayan, gizlənqaç yoldaşlarım?
Vuruşub-barışdığım, atıb-tutduğum, ayrılıb-birləşdiyim yaşıdlarım?
Bax, bunlardan doymamışam.
Ömrüm yüz gündürsə, doxsan doqquzunu yurdumda, torpağmda
yaşamışam. Doymamışam.
Nəyini deyim? Xoş saatları, əziz günləri, munis axşamları.
Heç bir zaman bu xatirələr cəbhədəki qədər şirin olmur. Əsgər onları
arxada qoyub gəlmişdir. Onları qorumağa, onları hədələyən təhlükəni yox
etməyə gəlmişdir.
Səhra xəstəxanasından arxaya göndərilməli olduğumu eşidib,
yoldaşlarımdan ikisi yanıma gəlmişdi. Biri mənim yaşıdım, məktəb
yoldaşım Nəsrəddin idi. Bizi universitetdən, tələbəlikdən çağırmışdılar. Onu
görəndə həmişə məktəbli uşaqların kitab çantası yadima düşür. Nəsrəddinin
belə yaraşıqlı bir çantası var idi. Özü də qayişla belinə bağlardı. Bəzən onun
çantasından tutub çəkişdirərdik, ha dönmək istərdi ki, görsün kimdir,
bacarmazdı. İndi Nəsrəddin bizim komandirin köməkçisidir. Komandir
sirrini ona deyir, bərk yerlərə onu özü ilə aparır.

İkincisini cəbhədə tanımışam. Kolayır kəndindəndir. Mina arvadın oğlu
Lətifdir. Atası çoxdan ölüb. Anası kənddə nümayəndə idi. Qadınlar
yığıncaqlarında onu stol başında, ayaq üstə durub, açarı mürəkkəbqabına
döyən, sükut istəyən görərdin. Yaraşmasa da, həmişə sədrlik etmək istərdi.
Lətif anasına oxşamır. Başıaşağı, üzüyola oğlandır. İki yaş bizdən kiçik
olduğu üçün yüngülayaqlıq edər. Hər işə gedər, bəzən suyumuzu,
çörəyimizi də hazırlar? Yürüşlərdə, gecə istirahət əmri veriləndə, bir də
görərdin Lətif çəkməsinin dabanı ilə yeri döyür. O, torpağı hamarlayıb, üç
adam üçün “yataq” düzəldərdi. Əleyhqazlarımızı başımızın altına qoyub
tirtap düşərdik.
Bunlar mənim yanıma həm görüşə, həm sifarişə gəlmişlər. Mənim nə
danışmağa, nə də əsəblərimə toxunacaq bir xəbər almağıma icazə var idi.
Mən bu səhra xəstəxanasında 7 gün ərzində həkimdən başqa yalnız bir
şəfqət bacısını görürdüm. Yanıma gələn, məni dindirən olmadığına
darıxırdım. Ancaq onu da duyurdum ki, mənə yaxınlaşmaq istəyənləri
şəfqət bacısı buraxmır. Bəzilərini qaytarır, bəzilərinə də yalan satır ki,
“xəstə yuxudadır”. Bu dəfə mən çadır örtüsünün dalından Nəsrəddinin
üzünü gördüm. Dərhal bacının səsi gəldi:
– Yoldaş əsgərlər, xəstə yuxudadır, oyada bilmərəm. Mən dözmədim:
– Oyanmışam, – dedim, – bacı, burax gəlsin.
Bunu dedim, sevindiyimdən dikəlmək, dirsəklənmək istədim. Çarpayıya
sarındığım, ya ağrıdan qorxduğum üçün dikələ bilmədim. Başım, ümidsiz
kimi, balışa yapışıb qaldı.
Yoldaşlar bir üzü xətir, bir üzü zor-güc özlərini mənim yanıma saldılar.
Bacı onlara yalvarırdı:
– Həkim bilsə, mənim atamı yandırar. Aman günüdür, tez gedin!
Nəsrəddin ona təsəlli verdi:
– Tez, arxayın ol, tez gedəcəyik. Lətif dedi:
– İki-üç dəqiqə, artıq yox.
Çadıra girəndən sonra Nəsrəddin nə bacıya baxır, nə də onun sözünü
eşidirdi. Mənim alnımdan öpüb, zəif əlimi ovcunun içinə almış, illər ayrısı
kimi, həsrətlə söhbətə başlamışdı.
Onlar yaralarımdan sarı mənə təsəlli verirdilər:
– Güllə yarası əti bişirir, tez sağalır. Anan dua eləyir, yaxşı ötüşmüşsən,
on-on beş günə duracaqsan.

Mən ağrılardan şikayət edəndə Nəsrəddin bir ədib kimi cavab verdi:
– İnanıram, sən daha çox ağrı duyarsan. Həyatla dolu adamlara, bütün
hissləri ilə mükəmməl həyat keçirən adamlara hər yara əzabdır.
Sən yorulmuş qoca, ya çox şeylərdən əl üzmüş bədbin deyilsən. Qoca
ağacların gövdəsini yarıb içində ocaq qalayırsan, halına təfavüt eləmir.
Sağlam, ucaboylu qovaq ağaclarının gövdəsinə bir bıçaq vurulsa, o saat
yaşardığını görərsən. Belə ağacların həyatı sağlam gənclərin həyatı kimi
mükəmməldir, əsl həyatdır. Sən belə gənclərdənsən. Ancaq onu da bil ki,
bir neçə ay sonra qovaq ağacının bıçaq vurulan yerini möhkəmlənmiş,
bərkimiş görərsən. Sağlıq olsa, sən həm müalicə olunacaq, həm
dincələcəksən, həm də ki.
Lətif Nəsrəddinin ürəyindən xəbər verdi:
– Həm də ki, vətənə gedəcəksən.
Bu sözü deyəndə onların hər ikisi qızardı, gülümsədi, mənim gözlərimə
baxdı. Mən bunun mənasını yaxşı anlayırdım. Onlar on illərə bərabər olan
bir neçə aylıq cəbhə həyatından aldıqları duyğu və təsəvvürlərini yaxın
adamlarına çatdırmaq istəyirdilər.
Bacı Nəsrəddinin qarşısında dayanıb, xahiş edirdi. Nəsrəddin isə gözünü
məndən ayırmırdı:
– Səndən, – deyirdi, – heç nə istəmirəm. Bizim evə get, mənim yazı
stolumun başında otur, kitablarıma, kağızlarıma fikir ver, gör qoyub
gəldiyim kimidirmi? Gör mənə kağız-zad yazan, itirib-axtaran olurmu?
Küçəmizdən bir neçə dəfə o yan-bu yana keç, anamın sözünü-sorğusunu
qulağında yaxşı saxla. Səndən hər şeyi təfsilatı ilə soruşacağam.
Univərsitetə, bilirəm gedəcəksən. Uşaqlara bir-bir salam de.
Mənim əvəzimdə bir lektoriyada sükut içində otur. Bu gördüyün
gurultuları orada xatırla. Yəqin mənim abunə vərəqim durur, onu bir al, bax
gör kitabxanaçı deyirmi ki: “Bu oğlan niyə kitab götürmür?”.
Lətif Nəsrəddinə macal vermədi:
– Özün bilirsən də, nə deyim. Arvad eşitsə, birbaş yanına gələcək.
Bu şəkli ver, deyinən nigaran olmasın. Bacarsan, bir bizim məktəbə dəy.
Gör Ədil müəllim oradadırmı? Gör yenə dərslər qaydasındadırmı?
Uşaqlarını yadına salırmı? Gedən kim, qalan kim? Mənim adresimi
direktora, Ədil müəllimə ver, bəlkə məktub yazan oldu.
Nəsrəddin bir şey xatırlamış kimi Lətifə mane oldu:
– Get bizdə də bir-iki gün qal. Qoy anam da oğul səsi eşitsin.
Yəqin hazırlıq görəcək. Nahardan sonra mənim tarımı al, tozunu sil,

bağrına bas, bir çargah başla. İnan ki, üstümə yüz topdan güllə yağsa da,
mən burada çargahın səsini eşidəcəyəm.
Lətif tapşırırdı:
– Kəndə gələndə kövşənə, Dişli qaya tərəfə çıx. Durnagözlü bulaqdan
ovucla, mənim əvəzimə iç. Yazdır. Otur, bir quşları dinlə. Gör onlar nə
deyir: dünyanın bu işləri onların mahnısına kar eləyir, ya yox? Yaşıl
yamacdan dəstə tut. Lalə, bənövşə, nərgiz, nanə, xətmi, nilufər, nə desən
taparsan. Yaş yarpaqları tök dəftərinin arasına, qurusunu bizə gətir.
Torpağın ətrini oradan alarıq. Ax, o yerlər. Səcdəsinə düşmək, öpüb
yalamaq, ürəyimi o torpağa, daşa sürtmək istəyirəm.
Anama qabaqcadan heç nə yazmadım. Vağzalda düşüb yavaş-yavaş
evimizə gəlirdim. Anamı görməyə tələsirdimsə də, çoxdan ayrıldığım bu
küçələri, yolları, bu məhrəm binaları, ağacları, hasarları diqqətlə nəzərdən
keçirmək həvəsi ilə yaşayırdım. Çalışırdım görüm nə dəyişmişdir. Mənim
qoyub getdiyim yerlərin nəyi və necə dəyişmişdir? Mənə elə gəlirdi ki, hər
şey öz qaydasındadır. Yenə də həmin sentyabr axşamıdır. Şəhərimiz
möhkəm inam və etimadla ömrünü sürür. Uca çinarlar, yaşıl təpələr baş
əyərək, cəbhədən gələn oğullarını salamlayır, cəbhəyə gedən oğullarına
xeyir-dua verir.
Anamı evdə tapmadım. Açarı bir-birimizə bələdlədiyimiz yerdən
götürdüm, qapını açıb, evdə rahatlandım.
Bu evdə nə təzəlik var?
Mənim əsgər şəklim stolun üstündədir. Məktublarım üst-üstə səliqə ilə
qoyulmuşdur. Sanki anam bunları hər gün oxuyur. Pəncərənin ağzında
balaca və üzü bezlə tikilmiş bir qutu var. Yəqin etdim ki, anam yenə nəsə
göndərir, istədim anamın cəbhə sovqatını açım, dəymədim. Kitab şkafının
şüşələri tərtəmiz silinmişdi. Gələn qəzet və jurnallar sahmanla şkafın bir
gözünə yığılmışdı. Anladım ki, anam bunları mənə saxlayır, – oxumamış
qəzeti o, tərk etməz.
Evin hər tərəfində bir qayğı əli gəzirdi. Bu, əməksevən və zəhmətdən
həzz alan əsgər anasının əli idi. O, hər qədəmi oğul yolunda atırdı.
Bunların hamısı mənə aydın idi. Lakin anlaya bilmədim ki, anam evin
açarını nə üçün həyətdə, xəlvət bir yerdə qoyub gedir. Qapını özündən
başqa kimsə açmayacaq, bəs açarı kimə etibar edir?

. Anam mənim bu sualıma köksünü ötürərək, cavab verdi:
– Bala, – dedi, – çox vaxt səninlə oturub, söhbət eləyirdim. Sən cəbhədə
bəlkə də atışmadasan. Mən burada bardaş qurub, səni körpə çağında
görürəm, dindirirəm, danışırsan, oynayırsan. Açar orada dursun. Mən onu
yaxşı niyyətlə qoyuram. Elə bilirəm evimizdəsən.
Sənin səfərin uğurlu səfərdir. Ürəyim mənə deyir ki: “Sən işdən
qayıdanacan oğlun gələr, qapıda qalar. Açarı qoy get. ” Gördün ki,
niyyətim düz çıxdı, Allah düz adama niyyətinə görə verər. Şükür ki, gəldin
çıxdın!
Anam danışdıqca mənim ürəyim genişlənir, iftixar hissim alovlanırdı.
Ürəyimdə deyirdim: “Bəşəriyyət hamısı analar qəlbi ilə yaşasaydı, dünya
başdan-başa bir cənnət olardı. Bunların duyğusu, arzusu, xeyirxahlıq və
mərhəmət dolu ürəkləri həmişə bizimlə, cəbhəçilərlədir. Bu müqəddəs qəlb
sahiblərinin keşiyində durana zaval yoxdur!”
Vətənin hava və sularındanmı, adamlarımızın “cəbhəçidir”,- deyə mənə
göstərdikləri qonaqpərəstlikdənmi, görüş sevincindənmi, nədənsə, mən çox
tez dirçəldim. Özümü əvvəlkindən də möhkəm hiss etdim. Sağaldıqca,
qüvvətə gəldikcə təkrar cəbhəyə qayıtmaq arzusu məndə alovlanırdı.
Nəhayət, anam məni yola salmalı olduğuna inanandan sonra Nəsrəddinin
də, Lətifin də anasını çağırdı. İstirahət günü bizim evimiz səfər evinə
oxşayırdı. Hərə bir sovqat bağlayıb gətirmişdi. Mən ha yalvardım ki:
“Canım, bunların heç birinə ehtiyac yoxdur, bunu aparmaq özü çətin işdir”,
buraxmırdılar. Corab gətirən, papiros alan, fətir bişirən, xörək hazırlayan
kim. Anam məndən xəlvəti bir qutu bağlamışdı.
– Bala, – deyirdi, – bu, üçünüzün payıdır, açmazsan. Yetirən kimi
Nəsrəddini, Lətifi çağırarsan, açarsınız. Bu, üç ananın səliqəsidir. Bir açın,
bir oturun, bir yeyin, bir gəzin, bir vuruşun!

Cəbhəyə qayıdanda hərbi mütəxəssislər məni böyütmək, başqa yerə,
yeni vəzifəyə göndərmək fikrində idilər. Mən yoldaşlarımdan ayrılmayım
deyə, bundan yayındım, öz hissəmizə gəldim. Təəssüf ki, yoldaşlarının heç
birini yerində tapmadım.
Nəsrəddinin iki gün əvvəl yaralandığını, səhra xəstəxanasına
gotürüldüyünü deyirdilərsə, Lətif haqqında açıq danışmırdılar. Mən dərhal

komissarın yanına getdim, təlaşımı görüb, mənə iki sətirlik bir yazı göstərdi.
Orada savadlı bir əl rusca yazmışdı: “Demişdim, ele də oldu: döyüşçü
ölməyəcəkdir!” Mən yazını oxuyub komissarın üzünə baxdım. Nəzərlərimlə
soruşurdum. Nə soruşduğumu komissar bilmirdi:
– Həkim yazır, – dedi, – Lətifin sağalmağına ümidimiz yox idi.
Köks qəfəsinə iki güllə, bir mina qəlpəsi dəyib, ciyərinin başı zədələnib.
Amma həkim Qiyaslı ümid verirdi. İndi isə Lətifin sağalmağı müəyyəndir.
İki ay əvvəl mənim yanıma gələn yoldaşlarımı axtarıb, görüşmək üçün
icazə aldım. Ən əziz sovqatı, anaların verdiyi bağlamanı səhra
xəstəxanasına gedən maşınların birinə atdım.
Əvvəl Nəsrəddini tapdım. O, isti bir xalat geymiş, həyətdə gəzinirdi.
Yarası qolundan idi, həm də yüngül idi. Mənim gəlməyim onun üçün yox,
xəstə yoldaşlarım üçün də bir bayram oldu. Şəhərimizdən, yollardan,
əkindən, məhsuldan suallar verirdilər. Nəsrəddin ikilikdə söhbət üçün məni
çəkib, palataların kənarına gətirdi. Torpaq üstündə dirsəklənib oturduq. Mən
gördüklərimin hamısını nağıl etdim. Bıçağı çıxarıb, bağlamanı açmaq
istədim. Nəsrəddin mane oldu:
– Qoymaram, – dedi.
– Yeməli şeydir,xarab ola bilər.
– Lətifsiz açmayacaqsan.
Nəsrəddinin sözü qabağımı kəsdi, bıçağı qatlayıb cibimə qoydum.
– Elə isə dur, – dedi, – dur, onun yanına gedək.
Nəsrəddinin ucaboylu, zabitəli bir həkimi var idi. Başqaları həkim olub
orduya gəlmişdilər, bu adam tibb təhsilindən əvvəl mükəmməl hərb adamı,
böyük komandir imiş. Rəsmiyyəti çox sevirdi. Xəstələr və ya bacılar ondan
bir güzəşt xahiş etməli olanda ümidsiz əllərini tovlayırdılar. Buna görə də
Nəsrəddin xahiş etmək istəmirdi.
Mən həkimi “yumşaltmağı” boynuma aldım. Gözlədim. O, otağından
çıxanda rəsmi vəziyyət alıb, məqsədimizi söylədim.
– Sabah nahardan sonra yarım saat gedə bilər, – deyə o, icazə verdi.
Həkim bunu deyib ötdü. Mən sabaha qala bilməyəcəyimi deməyə israr
etməyə macal tapmadım.
Mən bu gün Lətifin yanına getdim. Lətif ağır xəstəlikdən təzə ayılırdı.
Rəngi-rufu qalmamışdı. Məni görəndə sevincindən ağladı. Məni də
qəhərləndirdi. Narahat etməyim deyə, tez durdum. Bağlamanı onun yanına
qoyub çıxdım.

Lətifin sağalıb hissəmizə qayıtmağı iki ay yarım çəkdi. Bu müddətdə
anaların bağlaması gah onun çarpayısı başında, gah təcili yardım
arabasında, gah istehkamda qaldı. Lakin açılmadı. Ancaq Lətif gələndən
sonra üç səmimi yoldaş oturub, sovqatı açdıq. Burada albuxara, kişmiş,
fındıqdan tutmuş Ordubad almasına qədər vardı. Yeməli şeylərin altında
adama bir əl dəsmalı, bir ətirli sabun, adama bir cüt toxunma əlcək var idi.
Əlcəkləri əlimizə taxdıq. Anamın sözü mənim qulağımda cingildədi:
“Bir oturun, bir gəzin, bir vuruşun!”
– Uşaqlar, – dedim, – bu əlcəklərdə analarımızın mehribanlıq istisi,
vətənimizin dostluq sədaqətinin, birliyinin hərarəti var. Əllərimizə baxıb,
analarımızın bizimlə, yanımızda olduqlarını hiss edirik. Onların mehriban
ana nəfəsi bizi bəsləmiş, böyütmüşdür, bizi döyüşə də, qələbəyə də
aparacaqdır.
Lətif də, Nəsrəddin də ananın sözlərini təkrar etdilər:
– Bir gəzək, bir vuruşaq!
– Qoyun, – dedim, analarımızın surəti gözümüzün önündə, səsi
qulağımızda, əli ürəyimizdə olsun. Qoyun onlar oxşayıcı, məhrəm əllərini
həmişə bizim yaralarımızın üstünə çəkib sağaltsınlar. Sağ olaq, torpağımıza
soxulan təcavüzkarları məhv edək! Analarımız sevinsin, arxayın yaşasınlar.
Ana Vətən bizdən razı qalsın.

1942

LEYLA

Gözləyən qızlarımız, gəlinlərimiz,
bacılarımız, analarımıza hədiyyə

Bir müddət onun ayağı tramvaydan kəsilmədi. Şəhərə yaxın düşərgələrin
birində əsgəri hissədə vuruşmaq öyrənən sevgili əri Mir Əlinin görüşünə
gedər, əlinə düşəndə hədiyyə aparardı. Axırıncı dəfə vidalaşandan, Mir Əli
cəbhəyə yola düşəndən sonra da gəlini yollarda görmək olardı.
Sevgilisindən xəbər almayanda səbri tükənər, darıxardı; heç bir şeydən
təsəlli tapmayanda baş alıb çölə, Mir Əlini yola saldığı

yerlərə gedər, sanki hər addımda bir xatirə axtarardı. Orada, əsgərlərin
keçmiş düşərgəsində indi küləklər əsirdi. Məşq üçün qazılan səngərdən,
basdırılan nişan ağaclarından, dar cığırlardan, sökülmüş çadır yerlərindən,
sökük ağaclardan, konserv qutularından başqa heç nə qalmamışdı.
İntizarlı gəlin kənarda dayanıb, ziyarətinə gəldiyi yerin hər tərəfinə
diqqətlə tamaşa edərdi. Mir Əli ilə görüşdüyü səmtdə durar, uzanıb gedən
nəhayətsiz qoşa dəmirlərə baxar, baxar, ahəstə səslənərdi:
– Mir Əli! Mir Əli, sənin dalınca gəlmişəm.
Heç nədən və heç kəsdən cavab gəlməzdi. Gəlinin çağırışı dərin və sirli
sükut içində əriyərdi. Tənha yerlərin sükutu müdhiş olur. Ağaclar yenə
küləyin səmtinə əyilir, quşlar günəşin, havanın feyzindən faydalanmağa can
atır, dəniz həmişəki ahəngi ilə çağlayıb durur, torpaq, oxunmuş, lakin hələ
layiqincə anlaşılmamış kitablar kimi görünürdü.
İndi, soyuq payız axşamında Leyla yenə səfərə, həmin yerlərin
ziyarətinə hazırlaşır. Yüz dəfələrlə axtarıb tapmadığı, arayıb görmədiyi Mir
Əlinin getmiş olduğuna hələ də inanmaq istəmir. Onsuz heç nə boğazından
keçmir, zehnən bir dəqiqə də ondan ayrılmır, ayrıla bilmir. Həmişə dolu
aparıb dolu qaytardığı hədiyyə dəsmalını yenə xüsusi sahmanda hazırlayır,
yenə bacısı Zibaya belə deməkdən həzz alır.
– Mir Əlinin yanına gedirəm, ev-eşikdən muğayat ol!
Bu zahiri sevinclərin arxasında bir səhra kimi dayanan ümidsizlik onun
yaralı qəlbini gəmirir, sanki ona gülürlər, öz-özünü aldadan bu arvadın
ağlına şübhə edirlər. Sanki bir səs, bütün gücü ilə onun qulaqlarına qışqırır
ki: “Haraya gedirsən?” Quru çöldə Mir Əli nə gəzir, yorulmadınmı?”
Leyla daxili çırpıntılar içində özünü unudub dayanmışkən, poçtalyon
qapıdan bir zərf atıb ötdü.
Leyla quş kimi qapıya atıldı. Zərfi açıb, bərkdən oxudu:
“Hörmətli bacım, Ziba! Salamlar olsun. Tanımadığınız bir əsgərin sizə
kağız yazmağından təəccüblənməyin. Mən Mir Əlinin cəbhə yoldaşıyam.
Onun söhbətindən sizi tanımışam. Bu saat Tbilisidə 8 nömrəli xəstəxanada
yatıram. Sizə deməli vacib sözüm var. Mümkün etsəniz, buraya zəhmət
çəkmənizi xahiş edirəm. Ayaqdan salamat olsaydım bu zəhməti verməzdim.
Bacınıza və qohumlarınıza Mir Əlinin və mənim dilimdən salam! Mürsəl
Babayev”.

Düzdür, Leyla əvvəlcə məktubu səslə başladı, ancaq ilk sətirdəcə səsini
və sürətini dayandırıb, düşüncəyə daldı. “Mürsəl kimdir? Ziba hara, o hara?
Mir Əlinin yoldaşı bəs Mir Əlidən niyə yaramasın. ”
Leyla Zibanın məktəbdən qayıtmasını gözləyə bilmədi. Qonşusu
Səriyyənin qızını çağırıb dalınca göndərdi:
– Zibaya deyinən bu saat evdə olsun! Deyinən vacib iş var, bacın səni
gözləyir.
Qız o yana getdi. Leyla məktubu başdan-ayağa ayaqdan-başa təkrar-
təkrar oxudu. Hər sözün düzünə mənasını, məcazi mənasını axtardı. Zənnini
bir yerə qərarlaşdıra bilmədi:
“Bəlkə məndən gizlədir, qızın əlaqəsi varmış! Yox, gizli əlaqə saxlayana
belə aşkar yazmazlar. Bəlkə bu adamın qıza meyli qonub, gözü düşüb,
görüşə çağırır. Yox, yaralının

belə şeylərlə uğraşmasına macalı hanı. Elə
vicdansız əsgər olarmı ki, bacı dediyi qıza əyri gözlə baxsın. Bəlkə bu
tamam ayrı Zibadır, kağızı səhv gətiriblər. Yox! Adres – filan yerli
yerindədir. Üstəlik Mir Əlinin də dostu.
Yaxşı, tutaq ki, bu yazılanların hamısı doğrudur, bu adam bizi Mir Əli
vasitəsilə cəbhədən tanıyır. Bəs elə isə nə üçün Zibaya müraciət etsin? Nə
üçün dost saydığı Mir Əlinin arvadına bir kəlmə xoş xəbər deməsin?! Buna
nə ad qoymaq olar?”
Yarım saat çəkmədi ki, Ziba kitablar qoltuğunda, təngnəfəs, pörtmüş,
qızarmış özünü evə saldı.
– Nə var, ay bacı, xeyir ola? Yeznəmdən xəbərin var?
Leyla onun sözünü kəsdi:
– Ay qız, sənin Mürsəl adlı tanışın varmı?
– Mürsəl?
– Mürsəl Babayev!
-Yox!
– Yaxşı fikirləş!
Ziba bacısının simasındakı ciddiyyəti görüb, fikrə getdi:
– Mürsəl, Mürsəl, biri var, bizim yeddinci sinifdə. Elə belə məktəbdən
tanıyıram.
– 7-ci sinif yox ey, əsgər!
– Mən Mürsəl adlı əsgər tanımıram.
– Babayev! Yaxşı fikirləş, tanımasan sənə kağız yazmaz. Bəlkə bir vaxt
olub, sonra yadından çıxıb?

Leyla bunu deyib, zərfi Zibaya verdi. Ziba bacısının son sözündən daha
da təsirlənib qızardı. Kağızı oxuyub dodağını büzdü:
– Bu adı birinci dəfədir eşidirəm. Mürsəl kimdir, zad kimdir? Bu necə
işdir?
Leyla kağızı onun əlindən aldı. Sanki xəlvət bir söz demək üçün içəri
otağa keçdi və Zibanı da çağırdı:
– Bura gəl, söz deyirəm.
Ziba bu işdən bir şey başa düşə bilmədiyindən və bacısının şübhəsindən
o qədər qüssələnmiş, tutulmuşdu ki, çırtıq vursan qanı çıxardı. Leyla isə
məktubun əsil mənasını anlamışdı. Ona görə də sanki əli hər şeydən üzülüb,
əlacsız qalmışdı.
İçəri otaqda ayaq üstə dura bilməyib, diz çökdü:
– Bacım, – dedi, – bu kağız yaxşı kağıza oxşamır. Bilmirəm fələk
başımda nə oyunlar oynayır. Evi, uşağı sənə tapşırıb gedirəm.
Leyla Zibanın səsindən və ahəngindən anladı ki, bacısı Mir Əlidən
nigarandır. Salamat adam haqqında belə danışmazlar. İllah da ki, dost ola.
Leyla yarımca saatın içində, yasa batmış kimi, qapqara qaralmışdı. O,
aldığı məktuba belə məna verirdi:
“Kağız yazan Mir Əlinin yoldaşıdır. Yəqin, yaman bir xəbərlə gəlib,
məndən gizlədir. Zibanı çağırıb, ona demək istəyir. ”
Leyla bu zənnini həqiqətə yaxın sayırdısa da ürəkdən inanmaq istəmirdi.
Düşüncələrinin belə dəhşətli bir ehtimalla nəticələndiyini görüb bütün
vücudu ilə alışıb-yanırdı. Çalışırdı düşünsün ki, bu düzəltmə məktubdur.
Çalışırdı inansın ki, bəzəmə xəbərdir. Yaxud da bu Ziba ayrı Zibadır. Mir
Əli ayrı Mir Əlidir.
İntizar və nigarançılıq isə amansız bir qızdırma kimi gəlini taqətdən
salırdı. Ürəyi qəfəsdəki quş kimi çırpınırdı.
– Bacım, – dedi, gedirəm. Gedim, görüm, bəlkə bədbəxtin başında,
dilim-ağzım qurusun, bir iş var.
Bacılar qüssələrini bölüşdürəndə, balaca, iki yaşlı Tofiq də yuxudan
durmuş, dinməz-söyləməz səs gələn otağa keçmişdi. Pişik balası kimi qapı
ağzında dayanmış, anasının pərişan, müztərib vəziyyətinə baxır, ahəngini
dəyişmiş, qəhərli səsinə qulaq asırdı.
– . Bəlkə bədbəxtin başında bir iş var.
Bu söz ağzından çıxar-çıxmaz Leylanın gözü Tofiqin gözlərinə sataşdı.
Özünü güclə saxladı, uşağın başını sığalladı.

Leyla xəstəxana xidmətçisinə deyəndə ki:
– Mürsəl Babayev!
Xidmətçi soruşdu:
– Qılçası kəsilənimi deyirsən?
Leyla duruxdu:
– Babayev Mürsəli zəhmət çək, çağır!
Xidmətçi öz qəbahətini anlamış kimi, heç bir söz demədən içəri getdi.
Beş deqiqə çəkmədi ki, qoltuq ağacı ilə yeriyən uzun, qalınsaç bir oğlan
palatadan çıxıb, qapıya göz gəzdirdi. Bir baş Leyla tərəfə yeridi:
– Bağışlayın, Babayevi axtaran sizsiniz?
– Bağışlayın, Mürsəl sizsiniz?
– Mənəm. Siz yəqin ki, Ziba xanımsınız!
– Bəli!
– Xoş gəlmişsiniz! – Bunu deyib Mürsəl gorüşmək üçün əlini Leylaya
tərəf uzatdı. Leyla da ona əl verdi.
Mürsəl Leylanı palatadan bağçaya baxan pəncərələrinə tərəf apardı.
Skamyalardan birini göstərdi.
– Buyurun, əyləşin, – dedi.
Leyla oturan kimi əlindəki sovqat bağlamasını yaralının qabağına
qoydu:
– Bağışlayın, – dedi, – xəstə yanına gəlməyə adam xəcalət çəkir.
Bir-iki dənə fətir gətirmişəm. Layiq olmasa da.
Mürsəl başını aşağı salmış halda:
– Var olun, – dedi, – burada bizə hər şey verirlər. Ehtiyacımız yoxdur,
zəhmət çəkməyin!
Deyəsən Mürsəl gəlinin uzaq yol gəldiyindən və sifətindəki iztirabdan
həyəcan çəkdiyini duymuşdu. Dərhal mətləbə keçdi:
– Ziba xanım, – dedi, – yəqin ki, məktubu almısınız. Mən onu qəsdən sizə
yazdım. – Mürsəl başını aşağı saldı. İri və uzunbarmaqlı əllərini bir-birinə
çataqladı, sanki əsəblərini ələ almaq üçün daha nəsə düşündü. Bir qədər
sükutdan sonra ifadəsinə başqa ahəng verdi: -Dünyada heç dostun, yaxşı
dostun olmasın! Bu bir dərd deyil! Dərd odur ki, beləsi ola! Ünsiyyət
bağlayasan, sonra da. Ziba xanım görürsünüz, sağ qıçımı itirmişəm. Bir
dəfə kəsiblər, bəlkə yenə kəsdilər.

Buna mən dözərəm, iş igid başına gələr. Amma Mir Əli, yox! O gündən
elə bilirəm bir tərəfimi çapıblar. Ziba xanım, Mir Əli ayrı oğlan idi. Onun
üçün biz nə qədər qəm çəksək, azdır. Sizdən xahişim budur ki, Leyla xanım
bilməsin. Mən onların məhəbbətinə bələdəm, qızı da, uşağı da bədbəxt
edərsiniz, bu sirri heç olmasa dava bitənə qədər saxlayın! Deyin ki, bir
xəbər yoxdur, qabaq xətdədir.
Mürsəl bir tərəfdən Zibaya nəsihət, tapşırıq verir, o biri tərəfdən
cəbhədəki mənzərəni xatırına gətirirdi.
Hissələrimiz düşmən mövqelərinə lap yaxınlaşmışdı. Hücumda onu
dəstənin qabağında, “irəli” deyə qışqıranda gördüm, başından dəyən güllə
zireh papağını kənara atdı, yazıq üzü üstə düşdü. Mən pulemyotu idarə
edirdim, qoyub gedə bilmədim. Onlardan sonra biz yeridik. İki saat sonra
mən necə yaralanmışdımsa heç nədən xəbərim olmayıb, gözümü açıb
özümü sarğı məntəqəsində gördüm.
Mir Əli qəhrəman idi, qəhrəman kimi də vətən borcunu verdi. Bizim
vəzifəmiz isə onun intiqamını almaq, heç bir zaman onu unutmamaqdır!
Mürsəl sözünü tamamlamadan cibindən balaca dəsmala bükülü bir şey
çıxartdı:
– Buyurun, – dedi, – Ziba xanım, mərhumun saatıdır, sanitarlar mənə
verib, qəbz aldılar. Sən bunu əlbət ki, Leyladan gizlətməlisən! Sizə zəhmət
verməkdən qəsdim bu idi.
Mürsəl belə bir xəbərdən sonra Zibanın simasına nəzər saldı, birdən
oturduğu yerdən dik atıldı, qız çoxdan özündən gedib, huşsuz düşmüşdü.
Mürsəl bacıları səslədi, həkim istədi. Leylanı götürüb palataya apardılar.
Mürsəl isə dediyinə peşman oldu.

Mürsəl Mir Əlini od içində tərk etmişdi. Daha doğrusu tərk etməyə
məcbur olmuşdu. Ayılandan sonra sarğı məntəqəsinə hay salıb
soraqlaşmışdı. Belə bir yaralı tapılmadığından yoldaşının ölümünü yəqin
etmişdi. Ancaq Mir Əlinin vəziyyəti Mürsəl düşündüyü kimi yox, bir az
başqa cür idi. Həmin gün Mir Əli başından ağır yaralanandan sonra top
gülləsinin açdığı çalanın kənarında vücudunun yarısı torpaqda örtülü halda,
huşsuz düşüb qalmışdı. Sərin yay gecəsinin nəsimi onun əsəblərinə
toxunanda oyanmış, özünü meyitlər arasında görmüşdü.

“Çıxmayan cana ümid yoxdur” demişlər. İnsan, vücudundakı zəngin
həyat imkanlarını ancaq ağır xəstəlik məqamında duyur. Mir Əli gözlərini
açıb aydın fəzaya baxanda, güman etdi ki, axır nəfəsidir, hər şey bitmişdir.
Bu baxış yalnız sönmək üzrə olan həyat qığılcımının son parıltısıdır. Bunun
ardınca zülmət gələcək, ağırlaşan göz qapaqları əbədi bir qaranlıq
gətirəcəkdir. “Of! Həyat!”
Mir Əli vücuduna hərəkət vermiş, tükənməkdə olan taqətini diz
qapaqlarına toplayaraq, şərqə-səngərə tərəf yollanmışdı. Hər işıldayanı su
bilib yönəlmiş, ağaclar altında sərin torpaq arayıb, sinəsini sürtmüşdü.
Bir gün sonra sanitar əsgərlər Mir Əlini yarımcan meşədən tapıb
aparmışdılar. Ay yarım məntəqədən-məntəqəyə, xəstəxanadan-xəstxanaya
keçirilərək, getdikcə arxanın dərinliklərinə aparıldı. Son bölgü
məntəqəsində yarası uzun sürənlərin Novosibirsk şəhərinə göndəriləcəyini
bir şəfqət bacısından öyrəndi, həkimlərdən və xəstəxana müdirindən xahiş
edib, özünü vətəninə – Bakı xəstəxanalarına yollanan qatara saldı.
Eyni gündə, eyni saatda şimaldan cənuba gələn qatar Mir Əlini gətirdi:
cənubdan şimala gedən qatar isə Leylanı və Mürsəli gətirdi.
Can bir qəlblə olan bu üç adamın, bu üç əzizin bir-birindən xəbəri yox
idi. Müharibə, qəfildən qopan bir ruzigar kimi, onları ayırıb o qədər uzağa
atmışdı ki, heç biri o birisinin halını təsəvvür edə bilmir, sağlığına xatircəm
ola bilmirdi.
Uzun ayrılıqdan və təhlükələrdən sonra doğma yurduna, öz ailəsinin
yanına, Leylanın, Tofiqin yanına qayıdan Mir Əlinin halını mən yazmasam
da oxucu bilir.
Tbilisi şəhərində Mürsəli görəndən sonra Leylanın necə pərişan hala
düşdüyü, nə iztirab içində qayıtdığı da oxucuya məlumdur.
Mürsəl isə Leylanı belə vəziyyətdə tək buraxa bilməmişdi. Şikəst olsa
da, iki günlüyə icazə alıb, özü gətirmişdi.
Mürsəl tanış olduğu, müşayiət etdiyi qızı hələ də Ziba bilir, Ziba
çağırırdı. Ona görə də təsəlli verir, evdə, Leylanın yanında ah-zardan tamam
əl çəkməsini xahiş edirdi. Deyirdi, ancaq bunun mümkün olacağına özü də
inanmırdı. Yəqin etmişdi ki, fəlakətli xəbərdən bulud kimi tutulan bu
matəmli qız Mir Əlinin evinə sakitliklə girməyəcək, bəlkə də bütün
qüssələrini ifadə edən yanıqlı bir fəryadla yeddi qapı-qonşu başına
yığacaqdır.

Bu vəziyyəti gözü önünə gətirən Mürsəl heç evə, Leylanın yanına
getmək istəmirdi.
– Ziba bacı, – deyirdi, – mənim sizə getməyim yaxşı düşməz. Ürəyim
pisdir. Mərhumun uşağını görsəm, özümü saxlaya bilməyəcəyəm.
Gəlin, siz rüsxət verin, mən vağzaldan qayıdım, onsuz da.
Bu xahiş Leylanın qəlbinə dəydi:
– Mir Əlinin sizin kimi əziz dostu qapımızı açmaq istəmirsə, bundan
sonra yoluxub-yoxlayanımız kim olacaq?!
Mürsəlin deməyə sözü qalmadı.
Onlar vaqondan düşüb, evə yollananda səhər yenicə açılırdı. Şəhər
təzəcə yuxudan qalxır, günəş yenicə Xəzərdə çimib çıxır, fəzalar seyrinə
hazırlaşırdı.
Vağzalın kənar tərəfində dayanan səhiyyə maşınları vaqonlardan düşən
xəstələri qəbul edirdi. Mürsəl bu maşınlarda o qədər uzanaqlı qalmışdı ki,
onları görəndə gözü ağrıyırdı. O bilsəydi ki, əziz dostu və həlak olmuş
saydığı Mir Əli də bu xəstələrin içindədir, sevincindən qışqırıb, nə bilim, nə
deyərdi.
Səhiyyə maşınının yollanmasını gözləyən və şəhərə gələnlər içində,
demək olar ki, ən sevincəyi olan Mir Əli vaqonlardan düşüb tramvaylara
tələsən camaata baxırdı. Səki dolusu izdihamla yeriyənlər içində bəlkə də
onun tanışları, qohumları, ürəyinin bəndi – Leylası var idi. Mir Əli də bunu
görmədi, seçmədi. Ancaq Mir Əlinin qəlbi döyünürdü. Xəstəxanaya
tələsirdi. O, briqadirə yanaşıb, icazə istəmişdi. “Evimizə dəyməsəm, ailəmi
görməsəm, mən nə xəstəxanada yata bilərəm, nə də müalicə olunaram. İkicə
saat mənə vaxt!”.
Briqadir də:
– “Get, – demişdi, – ancaq vaxtında qayıt!”
Maşın xəstəxana qabağında dayananda birinci çıxan başısarıqlı Mir Əli
oldu. Qolunda şinel, başı, yaxasıaçıq, elə sevincək və sürətlə evlərinə
yüyürürdü ki, deyirdin kişinin yağı daşır. Ev qapısına çatanda baş Mir
Əlinin, baş Leylanın! Bunun əlində şinel, onun əlində çamadan.
– Leyla!
– Mir Əli!
– Səsinə qurban!
Mir Əlinin səsi Leylanın çöhrəsini örtən qəm və matəm pərdəsini yırtdı.

Sevgililər qucaqlaşdılar. İçəridən, Zibanın, sonra da Tofiqin səsi eşidildi.
Uşağı tələsik oyatmışdılar. O, yalınqat köynəkdə balaca yumruğu ilə yuxulu
gözünü ovaraq qapıya qaçır və qışqırırdı:
– Atam gəldi!
Tofiq, o şirindil uşaq o gün qələbə bayrağı kimi əllərdən düşmədi,
başlarda gəzdi.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Ədalət RƏSULOVA.”Mir Cəlal Paşayevin yaradıcılığına nəzər salarkən” (Yenilənmiş versiya)

Mir Cəlal Paşayevin yaradıcılığına nəzər salarkən

Mir Cəlal Paşayev 1908-ci ildə Cənubi Azərbaycanda kəndli ailəsində anadan olmuş, uşaq ikən atası
tərəfindən Kirovabad (indiki Gəncə) şəhərinə gətirilmiş, uşaqlıq və gənclik illəri bu şəhərdə keçmiş,
1928-ci ildə pedaqoji texnikumunu da burada bitirmişdir. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin
Səməd Vurğun, Yusif Məmmədəliyev, Həmid Araslı, Mikayıl Rzaquluzadə, Osman Sarıvəlli kimi
ğörkəmli nümayəndələri ilə də bu şəhərdə tanış olmuş, yaxınlaşmışdır.

Tələbəlik və müəllimlik illərində, Gədəbəy və Kirovabadda (Gəncədə) işləyəndə, Kazanda ali təhsil
alanda, Ağ dəniz -Baltik kanalında yaradılıq ezamiyyətinə, sonralar respublika qəzetlərində işi ilə
əlaqədar müxtəlif yerlərə gedib, müxtəlif adamlarla görüşəndə Mir Cəlal bir yazıçı kimi həyatı
dərindən müşahidə etmiş, öyrənmişdir. Buna görə də əsərləri həmişə güclü olmuş, oxucuları
maraqlandıran mühüm suallara cavab vermişdir. Otuzuncu illərdə tez-tez oçerklərlə çıxış
edib, həyatın qızğın nəbzini tutmağı bacaran yazıçı bir neçə səhifəlik bu yığcam əsərlərdə
quruculuq əzəmətini, yaradıcı əməyin böyük gücünü tərənnüm edərək əmək zərbəçilərinin
portretlərini yaratmışdır.

Ədib müasir dövrdə Cəlil Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov kimi yazıçıların adı ilə
bağlı ənənələri davam və inkişaf etdirmişdir. Mir Cəlalın hekayələrini iki qismə bölmək olar.
Yumoristik-satirik əsərlərində köhnə adətləri , hələ də şüurlarda yaşamaqda olan xüsusi
mülkiyyətçilik hisslərini, laqeyidlik və tənbəlliyi, bürokratizm və uyğunlaşmanı amansız tənqid
atəşinə tutan yazıçı ilk hekayəsi “Həkim Cinayətov” dan başlayaraq, əsəsrlərinin mərkəzinə ciddi
əhəmiyyətə malik ictimai problem qoymuş, nöqsan və kəsirləri kəskin tənqid atəşinə tutmuşdur.
“Anket Anketov”, ” İclas qurusu” , “Təzə toyun nəzakət qaydaları” kimi onlarca hekayəsini buna
misal göstərmək olar. Mir Cəlal lirik hekayələrində yeni insanı, onun yüksək mənəvi keyfiyyətlərini
tərənnüm etməklə ciddi əxlaqi məsələləri qabaqcıl mövqelərdən işıqlandırmışdır. Yumor və satira
Mir Cəlal yaradıcılığının əsas xüsusiyyətlərindən biri olmuşdur. Onun ilk hekayələrində özünü
göstərən, əsərdən-əsərə güclənən incə yumor böyük tərbiyəvi əhəmiyyətə malikdir. Ədib həyatın
inkişaf sürətindən geri qalanlara, avamliğa gülür, yalançılıq və əli əyriliyi, şəxsi mənfəətini güdmək ,
xalq mənafeyinə laqeyidlik kimi nöqsanları amansız satira atəşinə tutur. Böyük VƏTƏN müharibəsi
illərində heyakəçi Mir Cəlalın fəaliyyəti daha da güclənir.O, öz əsərlərində sovet adamlarının vətənə
məhəbbət və igidliklərini, sədaqətlərini və qələbəyə inamlarını əks etdirən maraqlı hekayyələr
yazmışdır. Bu illərdə də, Mir Cəlal öz üzərində diqqətlə işləyir, əsərlərinin sənətkarlıq səviyyəsinə
xüsusi diqqət verirdi. Məhs buna görə də həmin əsərlər bu gün də əhəmiyyətlərini itirməmişdir.
Mir Cəlal BÖYÜK VƏTƏN müharibəsindən sonra hekayələrində həyatın müxtəlif sahələrinə toxun-
muşdur. O bütün dünya gənclərinin Leninə məhəbbətindən: ” ÇİN QIZI”, sovet adamlarının sülh
uğrunda mübarizəsindən : “Sülh istəyirlər”, BÖYÜK VƏTƏN müharibəsi iştirakçılarına qayğıdan:
“Əsgər Oglu”, ” Aqil İnsan” hekayələrini yazmışdır.

Realist ədib adi görünən hadisələri qələmə alarkən ümumiləşdirici, mənalı , zəruri təfərrüatları
yerinə işlətməklə canlandırdığı səhnəni genişləndirir surətlərin hissləri ilə yanaşı ictimai əlaqələ-
rini də açır.” İftixar” hekayəsində qoca müəllim iyirmi il əvvəl əlifba öyrətdiyi şagirdlərinin müvəf-
fəqiyyətlərini, şəxsi xoşbəxtliklərini görüb deyir : – ” Mən inanıram ki, sizin ictimai xidmətiniz
məndən çox yüksək olacaqdır. Bizdə həmişə belə olur, tələbə müəllimini, şagird ustasını, övlad
atasını ötür…”.

Mir Cəlalın hekayələri həyatilik, ictimai məzmunun güclülüyü, sənətkarlıq səviyyəsinin yüksək-
liyi ilə diqqəti cəlb edir. Ədibin hekayələri inandırıcı surətdə göstərir ki, o, ölkəmizin həyatında baş
vermiş dəyişiklik və yeniliyin müdafiyəçisidir. İncə bir həssaslıqla qəhrəmanlarının daxili aləmini
açan yazıçı oxucunu mənəvi paklığa, yaradıcı əməyə çağırır. Mir Cəlalın “Subaylıq fəlsəfəsi” və
“İnsanlıq fəlsəfəsi” adlı iki hekayəsinə nəzər salaq. Birincidə ” Subaylıq sultanlıqdır ” deyə özündən
başqa kimsə haqqında fikirləşməyən,ictimai həyatdan, vətəndaşlıq borcunun icrasından geri
çəkilən, ömrün mənasını hərcayi keyfdə görənlərin çürük “fəlsəfələrini” qəzəblə rədd edən müəllif,
ikincidə insan əzəmətinin mənasını, ölməzliyini şairanə boyalarla həkk etmişdir. “Bənna Baxış
vaxtsız öləndən sonra iş yoldaşları ailəsini yaddan çıxarmır, özlərini namuslu əmək dostlarını
kollektivin daimi üzvü bilir, oğlu Nadiri atasına əvəz hazırlamayınca, şəklini şərəf lövhəsindən
götürmürlər”

Yazıcı “tikənlər, quranlar nəslini ” təmsil edənlər arasında insani münasibətləri alqışlayır. Mir Cəlal
” Təsadüf ya zərurət ” hekayəsində xalqlar dostluğunu tərənnüm edir, ” insanlıq fəlsəfəsinin” hökm
sürdüyü cəmiyyətdə inkişaf, sovet həyatının qanunu , zərurəti kimi mənalandırmışdır.

Partiyanın XX qurultayından sonra Mir Cəlal yaradıcılığının əhatə dairəsi daha da genişlənmişdir,
güclü satirik qələmi ilə o, özünün bir neçə yazısını “Məzəli hekayələr ” adı altında birləşdirməklə
aydın münasibətini amansız bir kinayə ilə bildirmişdir. Yazıçı, şəxsi mənfəəti olmayan yerdə salam
verməyən yaltaqların, mədəniyyətdən kənar savadsızların , hərəkətlərinə qəzəblə gülür , iflaslarının
labüdlüyünü inandırıcı verir. Onun ” Gənc şairin ərizəsi “, ” Səyyah xanım” , “Xarici naxoşluq”,
” Qəbul imtahanı “, “Mənim səmimi dostum”, ” Rola girib”, “İki qız bir oğlan” kimi hekayələri
mühüm ictimai – əxlaqi məsələlərə həsr olunmuşdur. Mir Cəlal özünün ilk hekayələrinin mövzusunu
Azərbaycan xalqının inqilabdan əvvəlki həyatından almış , zəhmetkeşlərin hüquqsuzluğunu , azadlıq
və sovet hakimiyyəti uğrunda mübarizəni real planda canlandırmışdır. Sosyalizmin qələbəsinin
möhkəmlənməsi nəticəsində otuzuncu illərdə xalqın inqilabi mübarizə tarixinin qəhrəmanlıq
səhifələrinə maraq artmışdır. M.S.Ordubadi , Mehdi Hüseyn , Süleyman Rəhimov , Ə. Əbülhəsən
kimi sənətkarlar həmin dövürdə öz əsərləri ilə bu tələbə cavab verməyə cəhd edirdilər. İnqilab
ərəfəsində Azərbaycan kəndində müsavatçıların özbaşınalığına qarşı ümumxalq mübarizəsinə həsr
olunmuş əsərləri arasında “Dirilən adam ” və ” Bir gəncin manifesti ” əsərlərinin xüsusi yeri vardır.
“Dirilən adam ” da bir ailənin tarixini canlandıran ədib , bədii ümumiləşdirmənin gücü ilə müsavat
hakimiyyəti illərində Azərbaycan kəndində hökm sürən özbaşınalığı , qanunsuzluğun ictimai
səbəblərini aça bilmişdir.

Bu əsərində Mir Cəlal xalqı inqilabi mübarizəyə gətirib çıxarmış dözülməz vəziyyəti
canladırmağa daha artıq diqqət vermişdir, əsərdə Bəbir bəy deyir : – “Hürriyyətlik dediyin nədir ?
Özümüzük, lap doğru deyək özümüzük , dana ! Kimi deyirsən yıxım , kimi deyirsən tikim. O bizim
əlimizdədir “.

Müsavatçıların xalqa vəd etdikləri azadlığı özbaşınalıq kimi başa düşən Bəbir bəy yoxsul kəndli
Qədiri davaya göndərəndən sonra , onun ölüm xəbərini çıxardıb , gözəl arvadı Qumrunu almaq ;
heyvani hisslərini həyata keçirmək üçün istifadə edir . Bəbir bəy o qədər qudurmuşdur ki , min
müsibətdən sonra kəndə dönən Qədirdən diriliyinə sübut tələb edir. Qədir müxtəlif idarələrin
qapısını döyür , din xadimlərinin yanına gedir. Axund ona cavab verir ki , Sənin ölməyin məsləhət
imiş ; Qədirə həmişəlik ölü qalmağı , diriməməyi məsləhət görür . . . Yavaş – yavaş Qədirdə siyasi
şüur oyanır , həbsxanada bolşevik Qiyasla görüşü gözlərini açır, ədalət və azadlıqdan, bərabərlik və
qardaşlıqdan danışanların əsil simasını görəndən sonra ruhən ” dirilir “, başa düşür ki, Bəbir bəy
kimilərinə qarşı mübarizə etmədən diriliyini sübut edə bilməyəcəkdir. “Dirilən adam ” da köhnəlik
tərəfdarları güclüdürlər.
Yazıçı sanki onların özbaşınalığını, xalqın başına açdıqları dəhşətli oyunları qabarıqlaşdırmaqla
belələrinə ixtiyar vermiş quruluşun yaşamaq hüququna malik olmadığı fikrini təlqin etmək
istəyirdi. Əsərdə ictimai ədalətsizlik, törədənlər bütün çılpaqlığı ilə ifşa olunsalar da, onlara qarşı
duran qüvvələr zəif idilər, Mir Cəlalın ikinci romanı olan ” Bir gəncin manifesti ” mövzusuna görə
“Dirilən adam ” la səsləşirdi, amma xarakterlərin reallığı və canlılığı ilə, hərəkət və düşüncə
tərzlərinin, fikirlərinin ictimai – pisixoloji cəhətdən əsaslandırılması nöqteyi-nəzərindən daha
mükəmməl sənət əsəri idi. Ədib zəhmətkeşlərin mübarizə əhvali-ruhiyyəsini ilk plana çəkərək bir
sıra müsbət qəhrəman surətləri yaratmışdır.Əsərdə incidilmiş, təhqir edilmiş Qədir şəhərə şikayət
üçün gəlirsə, Mərdan mübarizəni davam etdirmək üçün gəlir. Mir Cəlal Mərdan, Bahar, Sona,
Movlam kişi, Yaqub, Rəhim, Suren, Yəhya kimi surətlərin taleyində inqilabi ideyaların hərəkətverici
gücünü parlaq boyalarla göstərməyə nail olmuşdur.

Musavatçılar tərəfindən dar ağacından asılan adsız gəncin surəti heç vaxt yaddan çıxmır.
Mir Cəlalın hümanizmi, təsvir etdiklərinə aydın münasibəti oxucuda qoluzorlulara nifrət , namuslu
adamlara , zəhmətkeşlərə məhəbbət hissi oyadır.

Otuzuncu illərin sonunda yazılmış ” Bir gəncin manifesti ” romanı Azərbaycan sovet ədəbiyyatının
yaradıcılıq müvəffəqiyyəti kimi qiymətləndirildi. Xalq yazıçısı Mehdi Hüseyn yazmışdır: ” Mir Cəlalın
“Bir gəncin manifesti ” əsəri otuzuncu illərdə yaranan Azərbaycan romanının ən yüksək mərhələsi dir.”
—— 1. Mehdi Hüseyn , ” Ədədbiyyat və sənət məsələləri ” , Azərnəşr , 1958 , səh.330
Mir Cəlalın satirik istedadı ” Açıq kitab ” romanında özünü parlaq surətdə göstərmişdir. O, xalq
malını dağıdan , hər işdə çəxsi mənfəətini güdən , mənfur əməllərini gizlətmək, üçün namuslu
adamları ləkələyən və təqib edən Gəldiyevi romanın mərkəzinə qoymuş, ətrafın havasını
zəhərləyən Gəldiyevin surətini çəkəndə qara boyalarını əsirgəməmişdir. Həyatı, onun kölgəli
tərəflərini də partiyalılıq mövqeyindən tətqiq edib işıqlandıran ədib inandırırdı ki, Gəldiyev hər
addımda partiya və hökümət adından danışsa da , özünü xalqa sədaqətli bir adam kimi qələmə
vermək üşün dəridən çıxsa da , cəmiyyətimizə yad bir ünsürdür, ona ləkədir.

Müəllif Gəldiyevin məğlubiyyətinin , iflasının labüdlüyünü inandırıcı əsaslandırmış , buna realist
sənətə xas vasitələrlə nail olmuşdur.

Mir Cəlalın ” Yaşıdlarım ” romanı Azərbaycan nəsrində Böyük Vətən müharibəsinə həsr edilmiş
ilk iri həcmli əsərlərdən biri olmuşdur. “Yaşıdlarım” da müəllif müharibə dövrünün real mənzərəsini
yarada bilmiş , müharibə ərərfəsində ölkəni bürümüş qaynar quruculuq işi kimi , düşmənin hücumu
ilə yaranan yeni vəziyyəti , davanın gətirdiyi mərhumiyyətləri də qabarıq təsvir etmişdir. Romanda
ədibi maraqlandıran hədəf çox olsa da, əsas diqqətini Kərimzadənin ailəsi üzərində mərkəzləşdirmişdir.
Azərbaycan ziyalılarının böyük əksəriyyəti, xalqa sədaqətli xidməti, Sovet hakimiyyətini sevinclə
qarşılayıb, yeni həyatın fəal qurucuları oldular. Bu ziyalıların tipik nümayəndəsi kimi verilən
Kərimzadə , altmış illik ömründə çox şey görmüşdür.

İnqilabın ilk illərində respublikanın ən ucqar rayonlarında məktəblər açan, Kərimzadə eyni zamanda
fəal bir vətəndaş kimi yeni həyat quruculuğunda yaxından iştirak etmişdir. Xalqa xidmət arzusu ilə
yaşayan; yorulmadan işlədiyi kimi ,başqalarını; xüsusilə oğul bildiyi Nərimanı da bu ruhda
böyüdür…

Mir Cəlal öz qələmini tarixi roman sahəsində də sınamışdır. Xalqımızın yaxın keçmişinə həsr olun-
muş əsərlər arasında onun ” Yolumuz hayanadır? ” romanı xüsusi əhəmiyyətə malikdir.
XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikrinin böyük nümayəndəsi M.Ə.Sabir təkcə istedadlı şair
deyil , həm də mətin , mübariz vətəndaş olmuşdur. Ona görə də təbiidir ki , özü haqqında
“bənzərəm bir qocaman dağa ” deyən böyük satirikin şəxsiyyəti bir çox sənətkarların diqqətini
cəlb etmişdir. Romanda Sabiri öz mühitində verən ədib , əsasən ziyalıların timsalında xalqın ən
yaxşı oğullarının bolşeviklər partiyası , xalq azadlığı cəbhəsində durduqlarını inandırıcı göstərmişdir.
“Yolumuz hayanadır ? ” romanı çap edildikdən sonra müəyyən mübahisələr doğurmuşdur. Haqlı
olaraq göstərildiyi kimi , əsərin başlıca nöqsanı Sabirin arzu və əməllərinin , çıxışlarının həddindən
artıq dərəcədə müasirləşdirilməsidir… Əsər üzərində məhəbbətlə işləyən ədib Sabiri böyük
sənətkar , qabaqcıl vətəndaş , gözəl insan kimi göstərməyə müvəffəq olmuşdur.

Mir Cəlal dilinin sadəliyi və aydınlığı , yığcamlığı və axıcılığı, ilə tanınan yazıçılardandır. Mir Cəlal
sözə, insanın təfəkkür və hissinin , mədəni səviyyəsinin , hadisələrə münasibətinin ifadəsi kimi baxır.
Yazıçının dilinin aydınlığı müdafiə etdiyi ideyanın aydınlığı ilə eyniləşirdi.

Mir Cəlalın əsərlərinin , xüsusilə kiçik hekayələrinin böyük müvəffəqiyyətinin sirri də bundadır.
A. S. Puşkin yazırdı ki , dəqiqlik və qısalıq nəsrin ümdə ləyaqətidir,nəsr fikir və yenə də fikir
tələb edir, bunsuz gözəl ifadə heç nəyə dəyməz. “Mir Cəlalın üslubunun orjinallığı onun ümumi
xalq dili xəzinəsinə bələdliyi , ondan özünə məxsus yolla bəhrələnməsi nəticəsində yaranır. O , dilin
sadəliyi , xəlqiliyi , dəqiqliyi uğrunda ardıcıl mübarizə aparan ədiblərdəndir”…

Yığcamlıq Mir Cəlalın başlıca üslub xüsusiyyətlərindən biridir. Bu cəhət özünü sujetin inkişafında ,
surətlərin səciyyələndirilməsində , təbiət təsvirlərindən istifadədə , özünü göstərir. Yazıçının təkcə
hekayələrində deyil , romanlarında da geniş , hərtərəfli psixoloji təhlilə, rast gəlinir. Ədib dildən
bacarıqla , düşünülmüş istifadə ilə bu çətin sənətkarlıq vəzifəsinin öhdəsindən gəlir.

Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatı , onun Cəlil Məmmədquluzadə , M .Ə. Sabir,
N. Nərimanov , Ə. Haqverdiyev , A. Səhhət kimi görkəmli nümayəndələrinin yaradıcılığına aid qiymətli
və geniş tədqiqat əsərlərinin müəllifidir.

Böyük Vətən müharibəsi dövründə iki cildlik , ondan sonrakı son dövrdə isə üç cildlik Azərbaycan
ədəbiyyatı tarixinin yaradılmasında müəllif və redaktor kimi böyük xidmətləri olmuşdur.
Mir Cəlal Paşayev otuzuncu illərdə N. B. Vəzirov , Ə. Haqverdiyev , N. Nərimanov kimi sənətkarların
ilk mükəmməl külliyatlarını çapa hazırlanmışdır.

Uzun illər Mir Cəlal Paşayev C. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin professoru
Azərbaycan ədəbiyyatı kafedrasının rəhbəri olmuşdur. Respublikada onun sadəcə Mir Cəlal müəllim
kimi tanınması da təsadüfi deyildir. Ali təhsilli ədəbiyyat müəllimlərinin , elmi işçilərin hazırlanma-
sında onun böyük əməyi olmuşdur. Partiya və hökümət Mir Cəlal Paşayevin ədəbi-pedaqoji fəaliy-
yətini yüksək qiymətləndirmiş , dəfələrlə onu orden və medallarla təltif etmişdir.

Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatı , mədəniyyəti və elmi tarixində şöhrət tapmış parlaq şəxsiy-
yətlərdən biridir. O , yetmiş illik ömrünün tam yarım əsrini çətin , lakin mənalı və şərəfli bədii , elmi
və pedaqoji yaradıcılıq işinə həsr etmişdir. Böyük uğurlarla nəticələnən bu çoxşaxəli sahələrin hər
üçü yanaşı inkişafda bir- birini tamamlayıb zənginləşdirmiş və dolğunlaşdırmışdır . Mir Cəlalın elmi
məntiqi bədii ilhamına , həyata sənətkar baxışına , estetik duyğu- düşüncələr sisteminə uyğun gəlir-
di , birlik potensialı , zəka və təfəkkür işığı sənətini təbii məcəraya yönəltməyə kömək edirdi .
O , milli şifahi ədəbiyyatın , klassik və müasir bədii nəsrin ən yaxşı ənənələri əsasında yetişib ,
mahir hekayə ustası və romançı kimi yüksəlmişdir . M.Cəlalın, güldürə – güldürə düşündürən
onlarla hekayə , novella və romanları , ədəbiyyatımızın qızıl fonduna düşmüşdür.

Gərəkli dərs vəsaitləri , aktual problemlərə dair maraqlı məqalə , çıxış , oçerk və publisist yazıları
geniş istifadə olunan faydalı və etibarlı mənbələrdir.

Mir Cəlal ( Cəlal Əli oğlu Paşayev ) 1908 – ci il aprelin 26 – da Cənubi Azərbaycanın Ərdəbil
kəndində anadan olmuşdur . Lakin sonralar Gəncə şəhərinə gəlmiş , ibtidai təhsilini burada almış ,
uşaqlıq və ilk gənclik illərini burada keçirmişdir . 1924 – 1928 – ci illərdə Gəncə Darülmüəllimində
oxumuş , qurtaranda Gədəbəy yeddillik məktəbinə müəllim göndərilmişdir . 1929 – 1930 – cu illər –
də 1 saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışmışdır . 1930 – 1931 – ci illərdə Kazan
Pedaqoji institunun dil – ədəbiyyat fakültəsində oxumuş , 1932 – ci ildə Bakıya qayıdaraq Azər-
baycan Dövlət Elmi Tədqiqat institunun aspiranturasında təhsilini davam etdirmiş , “Komunist ” və
“Gənc işci ” qəzetlərində işləmişdir . 1933 – cü ildə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin
ictimai elmlər bölməsinə elmi işçi götürülmüşdür , 1936 – 1941 – ci illərdə Pedaqoji İnstitutda və
Dövlət Universitetində müəllimlik etmişdir . 1940 – cı ildə “Füzulinin poetik xüsusiyyətləri ” tədqi –
qatına görə filologiya elmləri namizədi , 1947 – ci ildə isə “Azərbaycanda ədəbi məktəblər ( 1905 –
1917 ) ” əsərinə görə filologiya elmləri doktoru adına layiq görülmüşdür . Yazıçılıq , alimlik , müəl-
limlik sənətini yanaşı – əlaqəli davam etdirərək uzun müddət respublika Elmlər Akademiyası Nizami
adına ədəbiyyat və Dil İnstitutunda şöbə müdiri , 1961 – ci ildən ömrünün sonuna kimi Azərbaycan
Dövlət Universitetində kafedra müdiri və müəllim işləmişdir . O , Füzuli irsinin sovet dövründə ilk
gözəl tədqiqatçılarından biri , XX əsr Azərbaycan ədəbiyyatının görkəmli mütəxəssisi , müasir ədəbi
proseslə ciddi maraqlanan nüfuzlu alim , respublikanın əməkdar elm xadimi , milli kadırların hazır –
lanması , gənc nəslin yetişməsi və təlim – tərbiyəsi sahəsində böyük əməyi olan istedadlı pedaqoq
idi . Mir Cəlal 1978 – ci il sentyabrın 28 – də vəfat etmişdir.

Ədəbiyyata 20 – ci illərin axırlarında şerlə gələn Mir Cəlalın bədii istedadı nəsr növündə parlamış-
dır . İlk hekayə və oçerklər 1930 – cu ildə çap olunmuşdur. Lakin Mir Cəlalın ədəbi fəaliyyəti üçün
hekayə və roman janırları əsas olmuşdur . O , hər şeydən əvvəl , mahir hekayə ustasıdır . Sovet
dövrü Azərbaycan ədəbiyyatında hekayə janrının, inkişafında böyük xidmətlər göstərmişdir . İnsanda
sağlam duyğular, xoş arzu – ümidlər oyadan gerçəkliyə baxışa həqiqət işığı , tənqidi ruh və ayıqlıq
hissi gətirən , haqsızlığa, nöqsan , eybəcərlik və mənfiliyə qarşı mübarizə keyfiyyəti aşılayan bədii
gülüş ədibin yaradıcılığının mühüm tərkib hissəsidir. 30 – cu illərdə ədəbiyyatda “Mirzə”, “Həkim
Cinayətov”, “Mərkəz adamı”, “Kağızlar aləmi ” , ” Təzə toyun nəzakət qaydaları”, “Bostan oğrusu” ,
“Kələntərovlar ailəsi ” , “Anket Anketov ” tipli dəyərli hekayələr gətirmiş Mir Cəllal tənqid oxunu
hədədfə qarşı cəsarətlə yönəldə bilirdi . Özünə məxsus realist qələmilə savadsız mirzələri,
başgirləyən müəllimləri, cinayətkar həkimləri, “mərkəz adamı” Əntərzadələri , arvad alıb boşamaqla
varlanan Balaxanları, mənəviyyatca pozulub “murdar cənazə” yə çevrilən Səadət xanımları,
“nəzakət” pərdəsi altında çirkin simalarını gizlədənləri , bürokrat Anket Anketovları rüsvay edib,
oxucuya tanıdırdı.

Mənfi ehtirasların təsiri ilə biri digərindən qisas almağa can atan qardaşlar da , “dəm – dəsgah hə-
risi ” və əsiri ər – arvadlar da müəllifin diqqətindən yayınmırdı . Onun gülüşə böyük əhəmiyyət ver-
diyi , komik duyğu və incə idrak qabiliyyəti ilk hekayəsindən ( “Müəllim , “Qızıl Gəncə ” , 1930 №3)
başlayaraq getdikcə güclənmişdir. “Kağızlar aləmi ” və “Anket Anketov ” da bürokratik iş üsulu və
düşüncə tərzi tənqid – ifşa obyekti ” iş qovluqlarının səyyar kölgələri “kimi baxan, hər kəsin
tərcümeyi – halında “əmma” tapıb onu özündən asılı etmək istəyən Anket Anketov tipi kimi
ümumiləşdirilmişdir.

Yumoristik və satirik əsərlərində lirika olduğu kimi , lirik əsərlərində də çox vaxt mənalı gülüş ,
tənqidi ruh vardır , ” Qonaqpərəst ” , “Dost görüşü ” , “Vicdan əzabı ” və “Müalicə” dən ibarət
“Həkim hekayələri ” (1938 – 1939 ) silsiləsində yazıçı yalnız mənəviyyatca yox , fiziki cəhətdən də
sağlam adamlar yetişdirməyi vacib sayır , bədii əyaniliklə zərərli vərdiş , yalnız etiqad və əxlaqi
naqislik hallarına qarşı çıxırdı . O , bəzən sərt , kəskin , bəzən də mülayim – yumşaq , ayıldıcı – saflaş-
dırıcı gülüşə arxalanırdısa , bəzən də lirik – psixoloji motiv və məqamlara üstünlük verirdi .
Mir Cəlal ədəbiyyata ” yeniləşən insan ” surətləri də gətirdi . Əməkçi insanın , xüsusən Azərbay-
can qadınının taleyi , fikri – mənəvi təkamülü ədibi ciddi düşündürən problem idi . Bu baxımdan
“Dərgah qızı ” , “Gözün aydın ” , “Badamın ləzzəti ” , “Nanənin hünəri ” forma və məzmun
xüsusiyyətləri , bədii detalları , müqayisə və təsvirləri ilə cazibəli hekayələrdi . Amma onlar əsasən
sovet ideologiyası , sosialist varlığının tələb və vəzifələri mövqeyindən qələmə alınmışdı . Qadının
yenilik axtarışları , hüququ uğrunda mübarizə cəhdləri , şəxsi – ictimai təşəbbüskarlığı sosial mühit
və amillərin təsiri , yeni əlaqə və münasibətlərin nəticəsi kimi ümumiləşdirilmişdi.

1941- 1945 – ci illər müharibəsi dövründə Mir Cəlal daha da fəallaşdı , “Yollar” , “Anaların üsyanı”
“Vətən yaraları ” , “Şərbət ” , “Mərcan nənə ” , “Havalı adam ” , “Silah qardaşları” kimi çoxlu
hekayələr yazdı . Bunların bəzisində səfərbərlik ruhu və cəbhəyə yollanmaq əzmi əks etdirilirdisə ,
digər qismində faşizmə qarşı mübarizəyə qalxan döyüşçü surəti yaratmağa nail olmuşdur. Söz yox
ki , Mir Cəlal bütün ölkəni Vətən kimi qəbul edir , onun müxtəlif milli tərkibli ordusuna ümid-
lər bəsləyirdi . Ona görə əsgərin həm fiziki həm də mənəvi qüdrəti , onu mübarizəyə çəkən amillər
araşdırılırdı . ” Vətən yaraları ” o zaman böyük rəğbətlə qarşılandı , döyüşçülərin , oxucuların əlin-
dən düşməyən bir əsər oldu.

Mir Cəlal hərbi – vətənpərvərlik mövzusunda yazdığı kimi , arxa cəbhə adamlarından , onların iş , arzu
və qayğılarından , sevinc və kədərindən də həssaslıqla yazırdı. O , hekayələrində həzin lirikaya , bədii
gülüşə də müraciət edirdi . Həyatla ölümün təzadından təsirli səhnələr də yaradırdı . “Anaların
üsyanı ” nda coşqun publisistika ilə təsirli lirika uyuşub birləşirsə , “Xəbər – ətərsiz ” də həm
konkret hiss, həzin ahəng, incə ruh, ” Çəkmə ” , “Ər və arvad ” əsərləri isə mənalı yumor və satira
xüsusiyyətləri ilə seçilirdi…

Müharibədən sonrakı illərdə Mir Cəlal həyatın müxtəlif sahələrinə müraciət edir , seçdiyi mövzuları
işləyib bədii şəklə salmağa can atırdı . “Od içindən çıxanlar ” (1945 ) silsilə hekayələrində gözləri
dəhşətlər görmüş insanlar haqqında söhbət açır , onların fədakarlığını, arzu və məqsədlərini
işıqlandırırdı. Digər bir sıra hekayələrində isə müharibə siyasətini pisləmək, xalqın zülmə, əsartə,
haqsızlığa qarşı , sülh və azadlıq uğrunda mübarizəyə çağırışı diqqət mərkəzində dururdu.
Bu əsərlər içərisində “Badam ağacları” xususilə seçilir və nəsrimizin qiymətli nümunəsi kimi
diqqəti cəlb edir . Real fakt , mənalı təffərüat və canlı xarakter vasitəsilə, təbii əks olunmuş hadisə və
vəziyyət əsasında müstəmləkə siyasətinin mahiyyəti açılırdı . Ədibin realist üslubunu, əlvanlaşdıran bir
kefiyyət burada da gözlənilirdi . Həyat faktının, ictimai hadisənin, mənəvi – psixoloji ovqatın, ideya -bədii
məzmunun tələbi ilə əlaqədar hekayələrində incə lirikada, kəskin satira; müəllim – şagird – tələbə
münasibətləri əsas yer tuturdu. Ağıllı, namuslu, mərd övlad, həqiqi vətəndaş böyütmək haqqında
düşünən , zəhmət çəkən , yollar axtaran ata – anaları, baba – nənələri, müəllim – tərbiyəçiləri sənətkar
məharətlə təsvir edir, çox vaxt onların yaddaqalan maraqlı surətlərini yaradırdı . Tərbiyə məsələlərində
çalışırdı ki , quru nəsihətçiliyə uymasın, həyati müşahidələrə, həssas müəllim – yazıçı duyğu və
düşüncələrinə əsaslansın.

“Əsgər oğlu “, “Ulduz “, “Plovdan sonra “, “Elçinlər qayıtdı “, “Nazik mətləb “, “Naxış “, “Vicdan
mühakiməsi ” , “Müdafiə vəkili ” və . s . belə hekayələr idi .

İnsan həyatını və təbiətini gözəl görmək Mir Cəlalın ictimai – estetik ideallarının özəyini təşkil edir,
mənfiliyə qarşı mübarizə zərurətini də əsaslandırırdı. ” Səyyah xanım ” , “Xarici naxoşluq ” , “Dil və
əməl ” , “Heykəl uçulanda” , “Rola girib” , “Oyana baxan ” , ” Məhəbbət , yaxud qəlp pul ” ,
“Hesap dostları ” , “Neçə cür salam var ” , “Möhür və məhəbbət ” hekayələrində , adlarından da
göründüyü kimi , müəllifi daha çox həyatın neqativ halları düşündürürdü.

Müsbət idealları belə məqamlarda əsasən tənqidi münasibət vasitəsilə verirdi.

Yazıçının məsələyə konkret baxışı , satira və yumora müraciəti obyektin dərki , məzmun və mahiy-
yəti ilə üzvi şəkildə bağlanırdı . Bir çox hallarda qarşılaşdırma üsulundan , bədii təzad və ziddiyət-
lərdən məharətlə istifadə edilirdi. Təsadüfi deyil ki, akademik Məmməd Arif Mir Cəlalın əsərlərindən
aldığı xoş , güclü , unudulmaz təəssüratın başlıca səbəbini , hər şeydən əvvəl , onun üslubundakı
səmimiyyət , sadəlik və təbiiliklə bağlayır , bu cəhəti ən yaxşı yazıçılara xas keyfiyyət kimi yüksək
qiymətləndirirdi”.

“Mir Cəlal uzunçuluğu , sözçülüyü xoşlamır , yığcam , konkret və təbii yazırdı . Bu , onun üslub xüsu-
siyyəti idi . Bütün bunları başqalarına da tövsiyə edir , imkan düşdükcə öyrədir , müzakirə və redak-
tə zamanı köməyini əsirgəmirdi.

1941 – ci ildə tamamlanan , lakin müharibə başladığı üçün 1944 – cü ildə ( “Vətən uğrunda “, № 2,3,
4-5 ) çap olunan “Açıq kitab müəllifin nisbətin az öyrənilmiş , müasir mövzulu ilk romanıdır . Əsərin
süjeti bilavasitə ziyalı mühiti , məktəb həyatı ilə bağlansa da , o sahə ilə məhdudlaşmır , 30 – cu illərin
mürəkkəb hadisələrindən də bəhs olunur . Dövrün bir sıra nöqsan və mənfilikləri cəsarətlə açıqlanırdı. O
zaman haqqında müxtəlif mülahizələr söyləyən kitab həm yüksək qiymətləndirildi , həm də kəskin tənqid
olundu. Bəziləri onu “həqiqətin üzünə dik baxan əsər “, Mir Cəlalı “ədəbiyyata həyat gətirən yazıçı”
adlandırır , bəziləri də “Açıq kitab ” a başqa cür yanaşır , müəllifi həyat həqiqətini təhrif etməkdə, varlığı
birtərəfli qələmə almaqda, zəif və sönük əsər yazmaqda günahlandırılırdı.

İllər keçdi , “Açıq kitab” həqiqəti əsasən inandırıcı və düzgün canlandırdığı üçün yaşadı , ədəbiyyatımızın
tarixinə qüvvətli realist əsər kimi daxil oldu. Əsərdə bir çox mənfi xüsusiyyətlər, neqativ hallar,
xoşbəxtliyi başqasının bədbəxtliyi üzərində qurmaq ehtirası Kərim Gəldiyevin simasında
məharətlə tənqid və nifrət hədəfinə çevrilmişdir.

Əsərdə Gədiyevin düşdüyü mühit də, ona havadar çıxanlar da real boyalarla verilir . Əvvələr
törətdiyi cinayətlərin üstü açılacagını görüb, “oxumaq” niyyəti ilə o , rayondan şəhərə qaçmış,
instituta girmişdir əməllərini başqa şəraitdə, təzə “dostlar” və tanışlar əhatəsində davam etdirir.
Bu onu göstərir ki, gəldiyevlər hələ ölməmişlər, zaman düşən kimi imkan tapıb təzədən cücərə
bilərlər . Belələrinə qarşı ayıq – sayıq olmaq lazımdır . Bu, oxucuya hazır təqdim edilmiş mülahizə
deyil, hadisə və vəziyyətlərin inkişafı sənətkar qələmi ilə əsaslandırılan bir həqiqətdir .
Mir Cəlalın yaradıcılığında başlıca tədqiq obyekti , hər şeydən əvvəl insandır, onun mənəvi
dünyası, həyatı, mübarizə və fəaliyyətidir .İnandırıcı surətlər, xarakterlər yaratmaq tələbi səsnətkar
Mir Cəlalı da daim ciddi düşündürmüş və əksər hallarda o, məqsədinə nail olmuşdur. Müəllifin
canlandırdığı surətlər bir – birinə oxşamır.

Elə hadisə və surətlər qələmə alırdı ki , onlar oxucunu düşündürüb , mənəviyyatca saflaşdırır ,
düzgün istiqamətləndirir , məhəbbət və nifrət duyğuları ilə zənginləşdirirdi . “Əsgər oğlu “, “Ulduz “,
“Plovdan sonra “, “Elçinlər qayıtdı” , “Nazik mətləb” , “Naxış”, “Vicdan mühakiməsi” “Müdafiə
vəkili” və . s. belə hekayələr idi.

İnsan həyatını və təbiətini gözəl görmək Mir Cəlalın ictimai – estetik ideallarının əsasını təşkil
edir. “Səyyah xanım ” , “Xarici naxoşluq ” , “Dil və əməl “, “Heykəl uçulanda”, “Rola girib “, “Oyana
baxan “, “Məhəbbət, yaxud qəlp pul “, “Hesap dostları “, “Neçə cür salam var “, “Möhür və
“Məhəbbət”” hekayələrində, adlarından da göründüyü kimi , müəllifi daha çox həyatın neqativ
halları, mənfilik və eybəcərliyin müxtəlif təzahürləri narahat edir. Müsbət ideal belə məqamlarda
əsasən tənqidi münasibət vasitəsilə verirdi.

Yazıçının məsələyə konkret baxışı, satira və yumora müraciəti obyektin dərki , məzmun və
mahiyyəti ilə üzvi şəkildə bağlanırdı . Bir çox hallarda qarşılaşdırma üsulundan , bədii təzad və
ziddiyətlərdən məharətlə istifadə edilirdi. Mir Cəlalın müxtəlif səciyyəli çoxlu hekayələri içərisində
realizimi səthi olanları da var . Amma ədib çox zaman çalışırdı ki , dərinə nüfuz etsin, ziddiyətləri
araşdıranda dolaşıq və dumanlı təsvirlərə uymasın.

Mir Cəlal uzunçuluğu, sözçülüyü xoşlamır, yığcam, konkret və təbii yazırdı. Bu, onun üslub
xüsusiyyəti idi. Bütün bunları başqalarına da tövsiyə edir, imkan düşdükcə öyrədir, müzakirə və
redaktə zamanı köməyini əsirgəmirdi.

Mir Cəlal həm də istedadlı romançı idi ; buna misal olaraq “Dirilən adam ” ( 1934 – 1935 ) , “Bir
gəncin manifesti” (1939), “Açıq kitab ” (1941), “Yaşıdlarım ” (1946 – 1952), “Təzə şəhər” (1948-
1950), “Yolumuz hayanadır ” ( 1952 – 1957 ) və sairə romanlar, misal göstərmək olar .
Azərbaycan romanının inkişafında , məzmun və formaca zənginləşməsində onun xidmətləri
az olmamışdır. Romanlarından üçünün mövzusu keçmiş, üçününkü isə müasir həyatdan
alınmışdır.

Maraqlı süjet qurmaq, hadisələri və obrazları təbii məcrada qələmə almaq, mətləbi yığcam,
konkret formada ifadə etmək bacarığı bu əsərlərin hər birində özünü göstərir.

Müşahidə dəqiqliyi və dərinliyi, həyat hadisələrinə yaxından bələdliyi, insan psixologiyasını yaxşı
duyması və bilməsi ədibin sənətini səciyyələndirən xüsusiyyətlərdəndi .

1941 – ci ildə tamamlanan , lakin müharibə başladığı üçün 1944 – cü ildə (“Vətən uğrunda”, №2,3,
4-5 ) çap olunan “Açıq kitab” müəllifin nisbətin az öyrənilmiş, müasir mövzulu ilk romanıdır. Əsərin
süjeti bilavasitə ziyalı mühiti, məktəb həyatı ilə bağlansa da, o sahə ilə məhdudlaşmır, 30 – cu illərin
mürəkkəb hadisələrindən də bəhs olunur . Dövrün bir sıra nöqsan və mənfilikləri cəsarətlə
açıqlanır, surətlərin ictimai xarakteri dürüst müəyyənləşdirilirdi.

Əsər haqqında müxtəlif mülahizələr söyləyənilir həm yüksək qiymətləndirilir, həm də
kəskin tənqid olundu. Bəziləri onu “həqiqətin üzünə dik baxan əsər”, Mir Cəlalı “ədəbiyyata həyat
gətirən yazıçı” adlandırır, bəziləri də “Açıq kitab ” a başqa cür yanaşır , müəllifi həyat həqiqətini
təhrif etməkdə, varlığı birtərəfli qələmə almaqda, mütərəqqi realist ənənələrdən uzaqlaşmaqda, zəif
və sönük əsər yazmaqda günahlandırırdı. İllər keçdi, “Açıq kitab” həqiqəti əsasən inandırıcı və
düzgün canlandırdığı üçün yaşadı, ədəbiyyatımızın tarixinə qüvvətli realist əsər kimi daxil oldu.
Çünki doğurdan da “Mir Cəlal həmin əsərində həyata və həqiqətə sadiq yazıçı, insan psixologiyasını
dərindən bilən, onu təsvir və təmkinlə əks etdirən, müasir varlığı dərin məhəbbətlə sevən
sənətkar kimi dəyərləndirilmişdir.

“Açıq kitab“ satirik roman olsa da, lirik və dramatik məqamları az deyil. Mir Cəlal həyatı əks etdirdiyi,
həyatın təzadlarını açdığı, insan münasibətlərinin konkret və şərait daxilindəki xarakterini, açıb
göstərmişdir. Bir çox mənfi xüsusiyyətlər, neqativ hallar, xoşbəxtliyi başqasının bədbəxtliyi üzərində
qurmaq ehtirası Kərim Gəldiyevin simasında məharətlə tənqid və nifrət hədəfinə çevrilmişdir.
Obrazın “ … əzməsən əziləcəksən, ayaqlamasan ayaqlanacaqsan .. Güzəran, mənsəb cəhənnəmin
təkində də olsa enməyi bacar ! “ kimi “ həyat fəsəfi “ var ki , onun hər şeyə varlığa, ailəyə, qadına,
dosta, yoldaşa, münasibəti də ordan qidalanır. Özünə rahat güzəran yaratmaq üçün heç nədən
əl çəkməyən tipik fəaliyyətinin əsas istiqamət və mahiyyətini yalan danışmaq, böhtan atmaq,
hədə-qorxu gəlmək, tor qurmaq, satqınlıq və xəyanət etmək kimi xüsusiyyətlər təşkil edir.
Romanda Gədiyevin düşdüyü mühit də, ona havadar çıxanlar da real boyalarla verilir. Əvvələr
törətdiyi cinayətlərin üstü açılacagını görüb, “oxumaq“ niyyəti ilə o, rayondan şəhərə qaçmış, instituta
girmişdir. İndi əməllərini başqa şəraitdə, təzə “dostlar“ və tanışlar əhatəsində davam və inkişaf etdirir.
Gəldiyev, təhlükəli və zərərli varlıqdır.

Bu o deməkdir ki, gəldiyevlər hələ ölməmişlər, “münbit“ zaman düşən kimi imkan tapıb təzədən
cücərə bilərlər. Belələrinə qarşı ayıq – sayıq olmaq lazımdır. Bu, oxucuya hazır təqdim
edilmiş mülahizə deyil, hadisə və vəziyyətlərin inkişafı məntiqindən təbii yolla çıxarılan, sənətkar
qələmi ilə əsaslandırılan bir həqiqətdir.

Mir Cəlalın yaradıcılığında başlıca tədqiq obyekti, hər şeydən əvvəl insandır, onun mənəvi dünyası,
fikri – hissi həyatı, mübarizə və fəaliyyətidir. İnandırıcı surətlər, xarakterlər yaratmaq tələbi
sənətkar Mir Cəlalı daim ciddi düşündürmüş və əksər hallarda o, məqsədinə nail olmuşdur.
Müəllifin realist qələmlə canlandırdığı surətlər bir – birinə oxşamır. Hərəsinin öz daxili aləmi,
həyata öz baxışı, öz təfəkkür tərzi , orijinal xarakteri, bu xarakteri fərdiləşdirən və ümumiləşdirən
keyfiyyətləri var.

Mir Cəlal əsərlərində süjet inkişafını ləngidən təsərrüfatlardan qaçmağa cəh edir, hadisə və
mətləbin məğzini təşkil edənləri ön plana çəkir, fikri bədii məqsədəuyğun, bəzən ciddi, bəzən də
yumoristik tərzdə oxucuya çatdırmağa diqqət yetirirdi. İstəyirdi ki, yaratdığı obrazların fəaliyyəti,
şəxsi, ictimai taleyi, həyat yolu, daxili aləmi, fərdi psixologiyası açılsın: onlar münasib bədii cizgi və
vasitələrlə səciyələnsin.

Ədibin əlvan, zəngin sənət yolunda yadda qalan surətlər az deyil. Bəbir bəy, Qədir, Qumru
( “Dirilən adam“ ), Mərdan, Bahar, Sona, Hacı İbrahim Cəlil (“Bir gəncin manifesti“) Vahid, Sadıq kişi,
Kərim Gəldiyev, Rübabə (“Açıq kitab“), Kərimzadə Səlim, Nəriman (“Yaşıdlarım“), Yunis, (“Təzə
şəhər“ ), Sabir, Əntiqə, Bəndalı (“Yolumuz hayanadı “) və başqaları həmin yolla yaradılmışdır.
Mir Cəlalın əsas hekayə və romanları həyati problemlər qaldıran, mənəvi əxlaqi və klassik
bədii irsin bir çox qabaqcıl, realist ənənələrinin Mir Cəlal yaradıcılığında yeni məzmun və formada
yaşaması, inkişaf etməsi təsadüfi deyil. Çünki Mir Cəlal irsdən faydalanarkən məsələyə heç vaxt
formal yanaşmamış, zahiri təsirə qapılmamış, həqiqi sənətə məxsus yol tutmuş, orijinal yazıçı kimi
hərəkət etmişdir. O, özünu həmin əsərlərin ideya – bədii keyfiyyətlərində, hadisələrə sağlam müəllif
baxışında, obyektiv qiymət və təsvirlərdə göstərmişdir.

Mir Cəlalın əsas hekayə və romanları həyati problemləri mənəvi əxlaqi və klassik irsin bir çox qabaqcıl,
ənənələrinin ir Cəlal yaradıcılığında yeni məzmun və formada yaşaması, inkişaf etməsi təsadüfi deyil.
Çünki Mir Cəlal irsdən faydalanarkən məsələyə heç vaxt formal yanaşmamış, zahiri təsirə qapılmamış,
həqiqi sənətə məxsus yol tutmuş, orijinal yazıçı kimi hərəkət etmişdir…

M. C.Paşayevin əsərləri indi də sevilə-sevilə oxunur, müasirlərimiz tərəfindən adı ehtiramla çəkilir.

AMEA Ədəbiyyat İnstitutu XX əsr şöbəsi Rəsulova Ədalət

Son Yazılar

  • Cəfərova Filizə dəstək!
  • Körpə Həsən və Hüseynə dəstək olaq
  • Müqəddəs Ramazan bayramı TƏQVİM 2023:Gündəlik dualar
  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
  • 21 Mart-Novruz bayramıdı!

Comments are closed, but trackbacks and pingbacks are open.