Press "Enter" to skip to content

Vətəndaş cəmiyyətinin mənası

qeyd etməklə təqdim edirlər.

Vətəndaş cəmiyyəti

Dövlət – vətəndaş cəmiyyəti arasında qarşılıqlı fəaliyyət

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

“Vətəndaş cəmiyyəti” və “dövlət” anlayışları bir-birini tamamlayan, daxili əlaqəsi olan vahid ictimai orqanizmdir. Hər iki anlayış həm sosial-iqtisadi sahələrin inkişafında, həm də siyasi həyatın canlanmasında mühüm rol oynayır. Azərbaycanda vətəndaş cəmiyyətinin əsas atributlarından olan QHT-lərin demokratik cəmiyyətin formalaşmasında və inkişafında rolu böyükdür.

�� III sektorun cəmiyyətdə əsas rolu vətəndaşların tələbatının ödənilməsi istiqamətində öz potensial qüvvələrinin səfərbər edilməsindən, bu yöndə vətəndaş şüurunun artırılması və işlək mexanizmlərin formalaşdırılmasından ibarətdir. Ölkədə sosial mühiti yaxşılaşdırmaqla QHT-lər sosial inkişafın zəruri şərti olan sosial və siyasi sabitliyin təmin edilməsinə mühüm töhfə vermiş olurlar.

�� İnkişaf etmiş ölkələrdə sosial-iqtisadi layihələrin həyata keçirilməsində QHT-lərə mühüm önəm verilir. Belə təcrübə Azərbaycanda da uğurla tətbiq olunur. Qeyri-hökumət təşkilatlarının fəaliyyəti sosial sferanın innovasiyalı inkişafına, dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının daha da yüksəlməsinə, cəmiyyətin sosial müdafiə sahəsində potensialının inkişafına, güclənməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.

�� Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir. Vətəndaş cəmiyyəti üzvləri üçün birgəyaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır.

�� Vətəndaş cəmiyyəti və hüquqi dövlətin arasındakı qarşılıqlı münasibətlərdən danışarkən, burada şaquli əlaqələrin üfüqi əlaqələrə və əksinə, çevrilməsi prosesi baş verir. Demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır. Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəldikdə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır. Vicdan azadlığı problemi bəşəriyyətin inqilabi-demokratik inkişafının nailiyyəti, zəmanəmizin aktual problemlərindəndir. Vicdan, şəxsi və ictimai mənafeyi öz əqidəsinə uyğun olaraq insanın hərəkət etmək bacarığı və imkanıdır. Geniş mənada vicdan azadlığı, vətəndaşların bu və ya digər əməllərə (ədalət və ədalətsizlik, yaxşı və pis) qiymət verməkdə mənsub olduğu zümrənin, yaxud bütün cəmiyyətin onda tərbiyə etdiyi təsəvvürə uyğun olaraq hərəkət etməkdə azad olmaq imkanıdır. Sözün dar mənasında, vicdan azadlığı kateqoriyası insanların dinə münasibətə tam sərbəstliyini nəzərdə tutur. Vicdan azadlığı istənilən dini seçib ona riayət etmək və heç bir dinə inanmamaq, yəni ateist mövqedə durmaq hüququnun təmin edilməsi kimi iki vacib prinsiplə müəyyən edilir.

�� Ekspertlərə görə, vətəndaş cəmiyyəti hüquqi baxımdan birbaşa dövlət müdaxiləsi olmayan, lakin vətəndaşların hüquqlarını müdafiə edən liberal qanunlar vasitəsilə tənzimlənən azad fərdlər birliyinə əsaslanır.

�� MEA İnsan Hüquqları İnstitutu Din və İctimai Təhlükəsizlik şöbəsinin müdiri, siyasi elmlər doktoru Gülzar İbrahimovanın sözlərinə görə, demokratiyanı siyasi sistem formalaşdırır. Onun dayanıqlı olması üçün isə vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. “Vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz. Əgər bir vətəndaş öz hüquq və azadlıqlarını bilmirsə, sosial məsuliyyətini dərk etmirsə, hüquqlarını tələb etməkdən vaz keçirsə, onda nə demokratiya, nə də vətəndaş cəmiyyətindən danışmağa dəyər”.

�� Hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır. Vətəndaş cəmiyyəti vətəndaşları birləşdirən ictimai şəbəkə olmaqla dövlət vasitəsilə deyil, vətəndaşların özü və müəssisələr tərəfindən yaradılır, fəaliyyətdə olan qanunlar çərçivəsində dövlətə münasibətdə muxtar xarakter daşıyır. Vətəndaş cəmiyyəti sivilizasiyasının müasir səviyyəsində fərdlər, qruplar və birliklər arasında dövlət vasitəsilə şərtlənməyən, özünəməxsus, inkişaf və yetkinlik səviyyəsi olan iqtisadi, mədəni, hüquq və siyasi münasibətlərdir.

�� Vətəndan Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılıya görə, son onilliklərdə əksər ölkələr dövlət paternalizmindən imtina edir, bərabər hüquqlu dövlət, özəl sektor və vətəndaş cəmiyyəti əməkdaşlığına xüsusi diqqət yetirirlər. Onun sözlərinə görə, müasir anlamda dövlət-özəl-vətəndaş cəmiyyəti əməkdaşlığı ictimai məzmun daşıyan beynəlxalq, milli və lokal layihələrin həyata keçirilməsi məqsədi ilə bu sektorlar arasında yaradılmış institusional və təşkilati alyans kimi başa düşülür. “Nəzərə alsaq ki, hər üç sektor cəmiyyətin idarə edilməsindən mühüm iştirak edir və bu baxımdan onlar arasında əməkdaşlıq vacibdir. Son illər siyasi, sosial, iqtisadi və digər sahələrdə bir sıra uğurlara imza atan Azərbaycan üçün də sektorlararası əməkdaşlığın elmi cəhətdən araşdırılması, öyrənilməsi, təşkili və tətbiqi mühüm əhəmiyyət kəsb edir. İdarəetmənin bu sahəsi ölkəmizdə sistemli şəkildə öyrənilməyən və tətbiq edilməyən sahələrindən biridir” deyən Hacılı bildirir ki, sektorlararası əməkdaşlıq ideyası məhz bu üç sektorda fəaliyyət göstərən qurumları bir araya gətirmək, onların səylərini birləşdirmək və mövcud problemlərin həllində onların imkanlardan birgə istifadə etmək üçün meydana çıxıb.

�� Sektorlararası əməkdaşlıq ideyası ilk dəfə Avropa ölkələrində 1990-cı illərdən yaranmağa və formalaşmağa başlayıb. Danimarkada sektorlararası əməkdaşlıq iş yerlərində sosial təcrid olunmanın qarşısının alınması və cəmiyyətin təcrid olunan həssas təbəqələrinin əmək bazarına inteqrasiyası məsələsinin həll olunmasına yönəlib. 2013-cü ildə İtaliyanını Əmək Nazirliyi və Sosial Siyasət İdarəsinin korporativ sosial məsuliyyətə dair Milli Fəaliyyət Planında qeyd etdiyi əsas prioritetlərdən biri də sosial müəssisələr və üçüncü sektor təşəbbüslərinin, fəal vətəndaşlığın və vətəndaş cəmiyyəti təşkilatlarının stimullaşdırılmasıdır. “Qərb ölkələrində sektorlararası əməkdaşlıq ideyası yaranıb formalaşmazdan əvvəl bu sektorlar arasındakı münasibətlərin paradiqması mübadiləçi xarakter daşıyırdı. Yəni, sektorlar bir-biri ilə ehtiyatla və qapalı davranır, etibar etmir və bir-biri barədə stereotipik anlayışlara sahib idilər: Bu dövrdə dövlət sektoru – bürokratikdir, avtoritar meyllər güclüdür, qərarvermə proseslərində şəffaflıq və hesabatlılıq aşağı səviyyədədir; Özəl sektor – daha çox mənfəət əldə etməyi düşünür, iqtisadi və şəxsi maraqların üstündür; Vətəndaş cəmiyyəti – idealistdir, hər zaman maliyyə axtarışındadır”.

�� Son illərdə dövlətlərin siyasi, sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə etməsi, eyni zamanda özəl sektorun və vətəndaş cəmiyyətinin inkişafı ilə sektorlar bir-birinə olan münasibətlərinə də yenidən nəzər salmaq qərarına gəldilər. Aydın oldu ki, yeni şərait sektorların əslində bir-biri ilə qarşılıqlı əlaqdə olmasını tələb edir və məntiq onların biri olmadan digərinin keçinə bilməyəcəyinə işarə edir. Münasibətlər paradiqmasını dəyişmək təxirəsalınmaz bir ehtiyaca çevrildi. “Sektorlar bu ehtiyacı aşağıdakı aspektlərdən hiss edirlər: Dövlət sektoru-mövcud sosial ehtiyaclar və sosial xidmətlərin təşkilindəki problemlər; azalmaqda olan ictimai resurslar və ictimai xidmətlərin inkişaf etdirilməsi üçün alternativ resursların araşdırılması ehtiyacı; şəffaflıq, hesabatlılıq və qərarların hazırlanması proseslərində iştirakçılıqla bağlı ictimaiyyətin artmaqda olan tələbi və s. Özəl sektor: korporativ vətəndaşlıq və sosial məsuliyyətlə bağlı qlobal tendensiya; imici ictimailəşdirmək və ictimai hesabatlılığı artırmaq ehtiyacı;sosial gündəmə çıxmaqla bəzi həssas məsələlərlə bağlı ictimai təzyiqi yüngülləşdirmək ehtiyacı və s. Vətəndaş cəmiyyəti: maliyyə və maliyyə mənbələrinin çeşidini artırma ehtiyacı;ictimai hesabatlılıqla bağlı artmaqda olan tələbat və öz fəaliyyətinin təsirini artırmaq üçün özəl sektorun idarəçilik təcrübəsindən bir şeylər əxz etmək istəyi və s. Yuxarıda sadalalanan bu və ya digər amillər sektorları üçtərəfli əməkdaşlını tələb edir və münasibətlərin yeni paradiqması olan sinerji modelini yaradır. Bu model tərəflər arasında qarşılıqlı inama, ümumi məqsədlər uğrunda birgə fəaliyyət təşviq edir”.

�� Sektorlararası əməkdaşlıq ideyası Azərbaycan üçün yeni hesab oluna bilər. R.Hacılının bildirdiyinə görə, son illərdə ölkəmizdə mövcud problemlərin həlli, sosial, iqtisadi və digər uğurlara nail olmaq üçün dövlət-özəl sektor, dövlət- vətəndaş cəmiyyəti, özəl sektor-vətəndaş cəmiyyəti aralarında ikitərəfli münasibətlərin inkişafı istiqamətində müəyyən işlər görülsə də, üçtərəfli əməkdaşlıq sahəsində bir sıra boşluqlar mövcuddur. Mərkəz sədri sektorlararası münasibətlərində mövcud olan problemləri belə qruplaşdırır: Hər üç sektorun hələ də bir-birnə ehtiyatlı münasibəti, əməkdaşlıqdan və tərəfdaşlıqdan çəkinməsi, təklif və təşəbbüslərinə lazimi diqqət yetirilməməsi; beynəlxalq təcrübənin kifayət qədər öyrənilməməsi; sektorlararası əməkdaşlığın institusional mexanizmlərinin mükəmməl olmaması; biznes və vətədaş cəmiyyəti sektorlarının dövlət proqramlarının hazırlanmasına və icrasına zəif cəlb edilməsi; sektorlararası əməkdaşlığı nəzərdə tutan konkret proqramların olmaması; sektorlararası əməkdaşlıq ideyasının əhəmiyyəti və təbliği sahəsində maarifləndirmə işinin zəifliyi və s. Onun fikrincə, göstərilən problemlərin aradan qaldırılması üçün sektorlararası əməkdaşlıq sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, sektorlararası əməkdaşlığın və tərəfdaşlığın inkişafını nəzərdə tutan proqramların hazırlanması və həyata keçirilməsi, dövlət orqanları tərəfindən hazırlanan və icra olunan dövlət proqramlarına digər sektorların aktiv cəlb edilməsi vacib məsələlərdəndir.

�� “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyevin dediyinə görə, bazar iqtisadiyyatı ölkələrində iqtisadiyyatın üçüncü sektorunun inkişafı sosial xidmətlər sferasında qeyri-dövlət və qeyri-kommersiya strukturlarının iştirakı meyillərinin güclənməsinə və miqyasının genişlənməsinə səbəb olub. Dünya təcrübəsi göstərir ki, qeyri-dövlət və qeyri-kommersiya təşkilatları sosial sferada dövlət strukturları ilə müqayisədə çevik fəaliyyət göstərməklə daha səmərəli fəaliyyət həyata keçirirlər.

�� Respublikamızda dövlət və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın yeni bir yardım, dəstək müstəvisində inkişafı və onun konturlarının müəyyənləşdirilməsi məqsədilə Prezidentin 27 iyul 2007-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” təsdiq edilib. Konsepsiyada QHT-lərə dövlət dəstəyinin əsas prinsip və formaları, prioritet sahələri, bu dəstəyin təmin edilməsinin əsas vasitələri, onlara maliyyə yardımının şərtləri ilə bağlı məsələlər əksini tapıb. Sənəddə QHT-lərin ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsi baxımından onlara dövlət dəstəyinin formaları müəyyən edilib. Bu formalar vasitəsilə respublikada QHT-lərə dövlət tərəfindən göstərilən müxtəlif xarakterli və məzmunlu yardımların istiqamətləri konkretləşdirilib.

�� Bu gün QHT-lərin ölkəmizdə vətəndaş cəmiyyətinin quruculuğu proseslərində fəal iştirakı onların, bir çox layihələrin, dövlət proqramlarının icrasında fəal iştirakı fonunda özünü göstərir. Bu da onların ölkənin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatında fəal rol oynamaları baxımından mühüm əhəmiyyət kəsb edir.

�� Bu gün davamlı inkişaf hədəfinə nail olmaq üçün hər bir fəaliyyətin xarakterinə və mahiyyətinə uyğun olaraq həm dövlət, həm biznes, həm də vətəndaş cəmiyyətinin bərabər fəaliyyət göstərməsi vacibdir.

�� Murad MƏMMƏDLİ

Ekspress.-2016.-4 mart.-S.10.

Vətəndaş cəmiyyətinin mənası

Vətəndaş cəmiyyəti, sosial elmlər sahəsində xüsusi maraqlara uyğun olaraq ictimai sahədə qərar qəbul etmək üçün fəaliyyət göstərən müxtəlif qrupların vətəndaş kollektivləri.

Vətəndaş cəmiyyətləri, ənənəvi olaraq maraq qrupları adlanan, dövlətdən muxtar olan və hökuməti, ümumiyyətlə, sosial məsələlərlə əlaqəli hesabatlandırmaq üçün bir araya gələn bütün təşkilat və şəbəkələri əhatə edir.

Sosial problemə də baxın.

The çağdaş vətəndaş cəmiyyəti görünən liderlərin olmaması ilə xarakterizə olunan, qərarların verildiyi məkan geniş və əhatə olunan maraq və hədəflərin olduqca böyük bir spektri əhatə etdiyi sosial şəbəkələrdən qurulmuşlara aiddir.

Vətəndaş cəmiyyətləri yalnız QHT-ləri (qeyri-hökumət təşkilatları) deyil, həm də məsələn, peşəkarlar, tələbələr, iş, idman, cəmiyyət və digərləri kimi birlikləri əhatə edir.

QHT-lərə də baxın.

Vətəndaş cəmiyyətinin xüsusiyyətləri

Vətəndaş cəmiyyəti aşağıdakılarla xarakterizə olunur:

  • Vətəndaşlardan ibarətdir,
  • Kollektiv,
  • Könüllü,
  • Öz-özünə yaradılan,
  • Dövlətdən Müstəqil,
  • Dövlətin muxtariyyəti,
  • Qanuni bir əmrlə məhdudlaşdırılır,
  • Ümumi hədəflərə çatmaq üçün ictimai sahələrdə fəaliyyət göstərir.

Vətəndaş cəmiyyəti və siyasi cəmiyyət

Siyasi cəmiyyət Dövlətlə əlaqəli təşkilatlara və vətəndaş cəmiyyəti vətəndaşları təmsil etdiyinə görə birisi o biri olmadan yaşaya bilməz.

Siyasi cəmiyyət, dövlətin müvafiq tədbirləri görəcəyi dərəcədə dəyişiklik və ya qərar tələb etməklə ictimai mənafeyini təmin etdikdə, vətəndaş cəmiyyətləri qanuniləşdirir.

Vətəndaş cəmiyyətlərinin siyasi cəmiyyətdən tələb etdiyi ən əsas suallar: İnsan hüquqları, sağlamlıq, təhsil, şəffaflıq, iştirak və demokratiya.

Vətəndaş Cəmiyyəti

Vətəndaş cəmiyyəti, hər birinin bir şirkətə qoyacağı pul və ya malın öz aralarında bölüşdürülməsi üçün şərt olduğu 2 və ya daha çox ortaq arasındakı müqavilədən ibarət olan bir iş qurma növüdür.

Vətəndaş cəmiyyəti şirkətləri (KS) hüquqi şəxsiyyətə sahib deyil və iqtisadi fəaliyyətləri ticarət əməliyyatları olmayan, yəni, məsələn, məhsulların qiymətə satılması kimi iqtisadi spekulyasiyalardan qazanc gətirən maliyyə və ticarət əməliyyatları olmayan şirkətlər üçün yaradılmışdır. dalğalanmalar.

Cəmiyyətə də baxın.

Vətəndaş cəmiyyəti şirkətlərinin növləri

Ticarət hüququnda 4 növ mülki tərəfdaşlıq mövcuddur:

  • S.C.: Adi vətəndaş cəmiyyəti
  • S.C. tərəfindən R.L. de C.V.: Dəyişən kapitalın məhdud məsuliyyətli vətəndaş cəmiyyəti. Ticarət şirkətlərinə aiddir və tərəfdaşların məsuliyyətinin məhdudlaşdırılmasına xidmət edir.
  • S.C.P.: Xüsusi vətəndaş cəmiyyəti. Tərəfdaşların sərmayələrini müəyyən aktivlər və ya müəyyən bir sənayenin qazancı ilə məhdudlaşdırır.
  • S.C.U.: Universal vətəndaş cəmiyyəti. Tərəfdaşların ortaqlıq müddətində paylanacaq bütün varlıqlarını və qazanclarını əlavə etdiyi hüquqi rəqəm.

Vətəndaş cəmiyyəti və vətəndaş birliyi

Vətəndaş cəmiyyəti bir müqavilə olaraq mənfəəti ortaqlar arasında bölüşdürməyi hədəfləyir. Vətəndaş birliyi isə ortaqlar arasında, məsələn, bəzi institutlar və məktəblər kimi ümumi, qanuni və mənfəət məqsədi olmayan bir müqavilədir.

Vətəndaş Birliyinə də baxın.

Azәrbaycan Vәtәndaş Cәmiyyәtinin

varsa, bu barədə təşkilatçılara/təlimçilərə əvvəllcədən bildirilməlidir.

Hər günün sonunda hər qrup 15 dəqiqəlik yığışıb aşağıdakıları müzakirə

• Bu gün hansı fəaliyyət daha yaxşı olub?

• Nəyi daha yaxşı etmək olardı ?

• Seminarın irəlidə olan hissəsi üçün təkliflər

Hər qrup qrupun fikirlərini təlimçi və təşkilatçılara çatdırmaq üçün günün sonunda

öz üzvləri arasından bir nümayəndə seçməlidir. Zaman baxımından bu

müzakirələr 15 dəqiqə çəkməli, hər gün üçün qrupların nümayəndələri fərqli şəxs

Sessiya 1:Giriş

Məqsədlər:

Təlimçiləri təqdim etmə

Kurs məqsədlərini təqdim etmək

Kursa ümumi baxış

Metod:

ifahi olaraq iştirakçıların qarşılanması

Təşkilatçılar özlərini təqdim edir

tirakçılar özlərini (top istifadə edərək) adlarını, təşkilatlarını və kursa qatılma səbəblərini

qeyd etməklə təqdim edirlər.

Prezentasiya ilə kursun məqsədləri

Kursa ümumi baxış

Həftə içi bir plan irəli sürmək

Ev təsərrüfatı məsələlərini təqdim etmək

sas öyrənmə bəndləri

: 30 dəqiqə

Materiallar:

Gözdən keçirilmiş kurs programı

Üzərində məqsədlər qeyd edilmiş hazır kağızlar

S1 Təşkilatınız nə zamandır fəaliyyət göstərir?

S2 Neçə müddətdir təşkilata üzvsünüz?

S3 Təşkilatda nə qədər şəxs çalışır (işçilər, könüllülər , vəkillər)?

S4 Nə qədər müddətdir təşkilatda fəaliyyət göstərirsiniz?

S5 Nə qədər müddətdir inkişaf sahəsində çalışırsınız?

Sessiya 2: Vәtәndaş cәmiyyәti anlayışı

Öyrәnmә hәdәflәri

Azәrbaycan konteksindә vәtәndaş cәmiyyәtinin nә olduğuna

dair konseptual biliklәrin artırılması

Metod:

Müzakirə qrupları: vətəndaş cəmiyyəti sözü sizin üçün nə ifadə

edir? + plenar sessiya

CIVICUS modelinin təqdimatı: Azərbaycandakı sektorlar arasında

“bulanıq sirrlər” və onların miqyası

Vətəndaş cəmiyyəti İstiqamətləti və müzakirələr

Açıqlamarla bağlı tapşırıq: kiçik qruplar şəklində (Səhnə,

iştirakçılar, alternativlər və əlaqələndiricilər) Açılışlara baxın və

öz kolleqalarınıza aşağıdakıları açıqlayın:

• Hər bir açıqlama nə məna ifadə edir

• Azərbaycan vətəndaş cəmiyyətinə uyğundurmu (vəya

• Açıqlamalar ictimai fəaliyyət üçün nə kimi vədlər ifadə edir

• Vətəndaş cəmiyyətində fəaliyyət göstərənlərə nə kimi

Nəticə: Filipçart kağızlardan istifadə etməklə daha sonra istifadə

üçün vətəndaş cəmiyyətinin mövcud rollarını göstərmək (yenilikçi,

xidmət təmin edici, dəstəkləyici)

Jorgensenin sözü ilə bağlanış

Öyrәnilәn әsas mәqam: Tәşkilatların vәtәndaş cәmiyyәtinin

inkişafına yönәlmiş töfhәsi, tәşkilatların bunu necә müәyyәn

Vәtәndaş cәmiyyәti haqqında mәqalә oxumaq

Vәtәndaş cәmiyyәti istiqamәtlәri

Vətəndaş cəmiyyəti nədir?

nkişaf çalışmaları üçün izahlar, şərhlər və mənalar

Vətəndaş cəmiyyəti termini ailə ilə dövlət arsında mövcud olan və müstəqil

xarakter daşıyan bir qurum kimi izah edilir.

slində bu termin heç də yeni deyil. Sözün kökü bərabər və müstəqil vətəndaş

prinsipi üzərində qurulan ilkin Avropa siyasi düşüncə məktəbinə gedib çıxır. Buna

baxmayaraq, yalnız 1990-cı illərdən sonra başlanan inkişaf müzakirələrinə uyğun

olaraq bu söz də geniş miqyas almağa başladı. Aşağıdakılar, inkişaf sahəsində

çalışanların istifadə etdikləri vətəndaş cəmiyyəti terminlərindəndir:

tirakçılar: “cəmiyyətdə olan müxtəlif tipli təşkilatlardır. Hansılar ki, dövlət

sayılmır və mənfəət üçün çalışmır.Bura könüllülərdən ibarət assosiasiyalar, qadın

qrupları, ticarət ittifaqları, kommersiya palataları, fermer tərəfdaşlıqları, mədəni

qruplar, idman cəmiyyətləri, dini qruplar, akademik və araşdırma institutları və.s

daxildir.” (DFID 1998)

laqələndiricilər: “Vətəndaş cəmiyyəti həm də cəmiyyətin bir parçası olaraq

vətəndaşlarla dövlət dairələri arasında körpü rolunu oynayır. Bəzən vətəndaş

cəmiyyəti “cəmiyyətin siyasi üzü” kimi də adlandırılır. Vətəndaş cəmiyyəti

insanların fikrini dövlət siyasəti, iqtisadi, siyasi və sosial sahədə baş verən

proseslərə yönəltməklə qərarvermə prosesinə və ictimai resurslardan istifadədə

vətəndaşların iştirakını artırır. Bu yolla, VCT-lər insanların maraqlarını təmsil

etmək və sosial dialoq yaratmaq üçün bir mexanizm funksiyasını yerinə yetirirlər.

Səhnə: Və ya “insanların heç bir siyasi maraq və mənfəət güdmədən, yalnız

ümumi maraqları ifadə etmək üçün birgə faəliyyətini üzə çıxardığı məkandır.”

Alternativler bölgəsi: “Vətəndaş cəmiyyəti əsasən dövlət və bazardan kənar

olaraq müstəqil fəaliyyət göstərən,dövlət və bazar tərəfindən həyata keçirilməyə

cəhd göstərilən fəaliyyətlərə alternativ fikir, təklif və görüşlər irəli sürmək

bacarığına malik assosiasiyalara deyilir”. (INTRAC)

Bütün bu baxışları cəmləsək, vətəndaş cəmiyyətinin əsasını əməkdaşlıq, könüllü

fəaliyyət və inam üzərində qurulmuş prinsiplər təşkil edir.

Sessiya 3: Vәtәndaş cәmiyyәtinin quruluşu

Öyrәnmә Mәqsәdlәri

Vәtәndaş cәmiyyәtini yaxşı tanımağın ictimai fәaliyyәtin miqyasını

Comments are closed, but trackbacks and pingbacks are open.