Press "Enter" to skip to content

Prezident “Vətəndaşların müraciətləri haqqında” qanunu təsdiqlədi

Yazılı müraciət vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer göstərilməlidir. Müraciətdə həmin məlumatlar göstərilmədikdə onlar anonim sayılır. Anonim müraciətlərə baxılmır.

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu

Vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir.

Maddə 1. Müraciət etmək hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə hərbi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

Maddə 2. Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericilik

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 3. Əsas anlayışlar

Təklif — dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını, təhsil, elmi, texniki, hüquq, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həllini nəzərdə tutan müraciət.

Ərizə — vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət.

Şikayət — dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciət.

Maddə 4. Bu Qanuna aid olmayan sahələr

Bu Qanunun qüvvəsi məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində vətəndaşların etdiyi müraciətlərin baxılmasına şamil edilmir (4-cü maddənin birinci hissəsinə 9 oktyabr 2007-ci il tarixli 430 saylı Qanunla edilmiş düzəliş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minir).

Hərbi qulluqçuların xidmətlə əlaqədar müraciətlərinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinə və intizam nizamnaməsinə uyğun olaraq baxılır.

Referendumun keçirilməsi ilə əlaqədar müraciətlərə Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq baxılır.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən vətəndaşların müraciətlərinə baxılması qaydası müvafiq qanunla tənzimlənir.

İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası müvafiq qanunla tənzimlənir.

Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma qaydası «Məişət zorakılığının qarşısının alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Maddə 5. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin vəzifələri

Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada Azərbaycan Respublikası vətəndaşlarının yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasını təmin etməlidirlər.

Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməyə və özlərinin səlahiyyətinə uyğun olaraq bu Qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxmağa, lazımi tədbirlər görməyə və onlara cavab verməyə borcludurlar.

Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən:

onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər;

təkliflərin, ərizə və şikayətlərin baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı şəkildə məlumat verməli, onlar təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər;

təklif, ərizə və şikayətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər.

Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr vətəndaşların müraciətlərinə baxılması vəziyyətini müntəzəm olaraq yoxlamalı və qanunla mühafizə olunan mənafelərinin pozulması ilə əlaqədar təkrar ərizə və şikayətlərin verilməsi ilə nəticələnən səbəblərin aradan qaldırılması üçün tədbirlər görməlidir.

Maddə 6. Vətəndaşların qəbul edilmə qaydası

Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşların qəbul edilməsinin təşkilini təmin etməlidirlər. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Zəruri hallarda dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşları dərhal qəbul etməlidirlər.

Maddə 7. Müraciətə baxılması qaydası

Vətəndaşlar təklifləri və ərizələri həmin məsələni bilavasitə həll etməli olan dövlət hakimiyyəti orqanlarına, idarələrə, təşkilatlara, müəssisələrə və ya vəzifəli şəxslərə verirlər.

Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, onların rəhbərləri və digər vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli, onların səlahiyyətinə aid olmadıqda, bunları 5- beş gündən gec olmayaraq müvafiq təşkilata göndərir və bu barədə müraciət edənə məlumat verir, şəxsi qəbul zamanı isə hara müraciət etmək lazım olduğunu izah edir.

Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur.

Dövlət hakimiyyəti orqanı başqa orqanlara, idarələrə, təşkilatlara, müəssisələrə vətəndaşların müraciətlərini aiddiyyəti üzrə baxılması üçün göndərdikdə və həmin müraciətin baxılması nəzarətdə saxlandıqda isə həmin orqanlar, idarələr, təşkilatlar, müəssisələr müraciətlə bağlı dövlət hakimiyyəti orqanına əsaslandırılmış və bu Qanunda nəzərdə tutulmuş müddətdə cavab verməlidir. Dövlət hakimiyyəti orqanına müraciətlə bağlı cavab məktubu müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri tərəfindən imzalanmalıdır.

Müraciəti qəbul etməkdən imtina qadağandır..

Yazılı müraciət vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer göstərilməlidir. Müraciətdə həmin məlumatlar göstərilmədikdə onlar anonim sayılır. Anonim müraciətlərə baxılmır.

Vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır.

Dövlət hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirə bilər.

Maddə 8. Müraciətlə bağlı kargüzarlığın aparılma qaydası

Vətəndaşların təklif, ərizə və şikayətləri mütləq kargüzarlıqda qeydiyyatdan keçirilir. Sənədlərə daxil olma tarixini və nömrəsini göstərən ştamp vurulur. Vətəndaşların tələbi ilə təklifin, ərizənin və şikayətin qeydə alınma nömrəsi və tarixi ona bildirilir.

Vətəndaşların müraciətləri ilə bağlı aparılan kargüzarlıq işini orqanın rəhbəri təmin edir.
Kargüzarlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qaydada aparılır.
Maddə 9. Qərardan şikayət etmək hüququ

Öz təklifi, ərizəsi, şikayəti barəsində qəbul edilmiş qərarla razılaşmayan vətəndaş bu qərarı qəbul etmiş orqanın, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin bilavasitə tabe olduqları orqana və ya vəzifəli şəxsə həmin qərar barəsində şikayət etmək hüququna malikdir.

Şikayətlər qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəməyə verilə bilər.
Maddə 10. Müraciətə baxılma müddəti

Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, müraciətə qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, bir ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə isə ən geci 15 gün ərzində baxılmalıdır.

Müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər. Bu barədə müraciət edən vətəndaşa, müraciətin baxılması dövlət hakimiyyəti orqanı tərəfindən nəzarətdə saxlandıqda isə dövlət hakimiyyəti orqanına məlumat verilməlidir.

Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciəti daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində baxılır.

Dövlət tərəfindən müdafiə olunan məhkəmə və hüquq mühafizə orqanları işçilərinin təhlükəsizliyini təmin edən səlahiyyətli dövlət orqanlarının və vəzifəli şəxslərin qanunsuz qərarlarına və hərəkətlərinə dair müraciətlərə dərhal baxılmalıdır.

Maddə 10-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılmasının xüsusiyyətləri

10-1.1. Dövlət hakimiyyəti orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla, bu qanuna müvafiq olaraq baxılır.

10-1.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciət daxil olduqda, dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən müraciət üzrə xidməti araşdırma təyin edilir. Xidməti araşdırma müvafiq dövlət hakimiyyəti orqanına daxili nəzarət xidməti tərəfindən həyata keçirilir. Xidməti araşdırma 20 gün müddətində başa çatdırılmalı və nəticəsi dövlət hakimiyyəti orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən bu müddət daha 10 gün uzadıla bilər.

10-1.3. Dövlət hakimiyyəti orqanının rəhbəri xidməti araşdırmanın nəticəsini aldıqdan sonra müraciət üzrə aşağıdağı qərarlardan birini qəbul edir:

10-1.3.1. müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə mülki-hüquqi və ya inzibati (10) məsuliyyəti yaradacaq əlamətlər olduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tədbirlər görülməsi, cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə isə müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi (10) barədə;

10-1.3.2. müraciətin əsaslı olduğu təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda, aidiyyəti şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb edilməsi barədə;

10-1.3.3. müraciətin əsaslı olması təsdiq edilmədikdə, şikayət üzrə icraata xitam verilməsi barədə.

10-1.4. Qəbul edilmiş qərar haqqında müraciət etmiş şəxsə əsaslandırılmış cavab verilməklə, ona həmin qərardan şikayət vermək hüququ izah edilir.

10-1.5. Dövlət hakimiyyəti orqanının rəhbərinin qərarından yuxarı dövlət orqanına şikayət verilə bilər. Bu müddəa şəxsin dövlət hakimiyyəti orqanının rəhbərinin qərarından məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.

10-1.6. Dövlət hakimiyyəti orqanları hesab edilməyən dövlət idarə, müəssisə və təşkilatlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə 20 gün müddətində bu qanunla müəyyən edilmiş ümumi qaydada baxılır.

Maddə 11. Bu Qanunun pozulmasına görə məsuliyyət

Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri vətəndaşların təkliflərinin, ərizə və şikayətlərinin qəbul edilməsinin və onlara baxılmasının təşkili üçün məsuliyyət daşıyırlar. Vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması üçün müəyyən edilmiş qaydanı pozmaqda, habelə təkliflər, şikayətlər verməklə əlaqədar olaraq, yaxud onlardakı tənqidə görə vətəndaşları təqib etməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq olaraq intizam, mülki-hüquq və cinayət məsuliyyəti daşıyırlar.

Vətəndaş böhtan məqsədi ilə ərizə və ya şikayət verdikdə, qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

Maddə 12. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması qaydası

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr ilə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunla tənzimlənir.

«Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları»na Əlavə Qeydiyyat-nəzarət vərəqəsinin forması

(doldurulması barədə göstərici əlavə edilir) (qeydiyyat-nəzarət vərəqəsinin üz tərəfi)
Dövlət hakimiyyəti orqanın, idarə, təşkilat və ya müəssisənin adı
Dövlət hakimiyyəti orqanının, idarə, təşkilat və ya müəssisənin müvafiq struktur bölməsi
(sənədin kodu) Qeydiyyat nəzarət vərəqəsi (orqanın, idarə, təşkilat və ya müəssisənin kodu)

Müraciət edən (soyadı, adı, atasının adı, ünvanı və ya işlədiyi yer, vəzifəsi, telefonu)________________

Daxilolma tarixi, qeydiyyat nömrəsi (indeksi) ________________________
Müraciətin forması, növü, vərəqlərin sayı __________________________
Kimə ünvanlanıb __________________________________________
Əvvəlki müraciətlər ________________________________________
(daxilolma tarixi, qeydiyyat nömrəsi (indeks)
Müşayiət məktubunu göndərən, daxilolma tarixi, qeydiyyat nömrəsi_________
(indeksi) _______________________________________________
Qısa məzmunu ___________________________________________
İcra edən _______________________________________________
Dərkənar _______________________________________________
Dərkənarın müəllifi _________________________________________
İcraya verilmə tarixi ________________________________________
İcranın müddəti ___________________________________________
Format A5 (148ґ210) _____________________________________
(qeydiyyat-nəzarət vərəqəsinin arxa tərəfi)
Qeydiyyat-nəzarət vərəqəsinə Əlavə
Qeydiyyat-nəzarət vərəqəsinin doldurulmasına dair göstərici
(qeydiyyat-nəzarət vərəqəsinin üz tərəfinə dair)

Müraciət edən — müraciət edənin soyadı, adı, atasının adı, yaşadığı və ya işlədiyi yer, vəzifəsi, telefonu.

Daxilolma tarixi, qeydiyyat nömrəsi (indeksi) — təklif, ərizə və ya şikayətin poçtla və ya şəxsi qəbulda daxilolma tarixi və onun qeydiyyat indeksi.

Müraciətin forması və növü — poçtla və sair yolla daxil olmuş (məktub, teleqram və sair) və ya şəxsi qəbulda verilmiş, təklif, ərizə və ya şikayət, onun vərəqlərinin sayı.

Kimə ünvanlanıb — təklif, ərizə və ya şikayətin ünvanlandığı şəxsin vəzifəsi və soyadı, adı və atasının adı.

Əvvəlki müraciətlər — müəllifin bu müraciətdən əvvəl göndərdiyi (verdiyi) ərizə, təklif və ya şikayətin daxil olma tarixləri və qeydiyyat nömrələri (indeksləri).

Müşayiət məktubunu göndərən, daxilolma tarixi, qeydiyyat nömrəsi (indeksi) — vətəndaşın təklif, ərizə və ya şikayətini göndərən təşkilatın adı, həmin təşkilatın göndərdiyi müşayiətedici məktubun daxil olma tarixi və qeydiyyat nömrəsi (indeksi).

Qısa məzmunu — təklif, ərizə və ya şikayətin qısa məzmunu (predmeti).

İcra edən — təklif, ərizə və ya şikayətin baxılıb həll olunmasına cavabdeh olan təşkilatın və ya struktur bölmənin adı.

Dərkənar — müraciətin üzərindəki qeyddən köçürülür və ya şəxsi qəbulda yazılır.

Dərkənarın müəllifi — rəhbərin, birinci dərkənarın müəllifinin vəzifəsi və soyadı, adı və atasının adı, tarix.

İcraya verilmə tarixi — təklif, ərizə və ya şikayətin icra edən təşkilata (struktur bölməyə) verildiyi tarix.

İcranın müddəti — qanunvericilikdə müəyyən edilmiş icra olunma müddətlərinə və ya dərkənara uyğun olaraq göstərilir. Müddət dəyişildikdə, yeni müddət göstərilməklə sətrin növbəti qrafasında əvvəlki müddətin dəyişdirilməsi barədə qərarı qəbul edən rəhbərin vəzifəsi, soyadı, adı və atasının adı qeyd olunur.

Qeydiyyat-nəzarət vərəqəsinin yuxarı sol küncündə onun ölkə üzrə idarəedici sənədlərin sinifləşdirilməsi üzrə kodu və sağ küncündə həmin vərəqənin açıldığı dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və ya təşkilatın kodu göstərilir.

Təkrar müraciətlərin qeydiyyatı zamanı qeydiyyat-nəzarət vərəqəsinin yuxarı sağ küncündə «Təkrar» ştampı vurulur.

(qeydiyyat-nəzarət vərəqəsinin arxa tərəfinə dair)
İcranın gedişi

Müraciətin icraçıya verildiyi tarix, müddət — bu qrafada müraciətin onun bilavasitə icraçısına verildiyi tarix göstərilir. (Boş qrafalar müraciətin icrasının gedişində onun hər bir yerdəyişməsi zamanı doldurulur).

İcraçı — bu qrafada bilavasitə icraçının vəzifəsi, soyadı, adı, atasının adı və telefonu. (Boş qrafalar müraciətin icrasının gedişində onun hər bir yerdəyişməsi zamanı doldurulur).

İlkin cavab və ya əlavə sorğu barədə qeyd — ilkin cavabın və ya sorğunun qısa məzmunu, ünvanı, tarixi və qeydiyyat nömrəsi (indeksi).

Nəzarət və ya xidməti qeydlər — icranın vəziyyəti və sair barədə yadasalma haqqında (xidməti) qeydlər.

İcranın (cavabın) tarixi, indeksi — müraciətdə qoyulan məsələnin həlli üzrə son qərarı əks etdirən sənədin tarixi və qeydiyyat indeksi.

Kimə göndərilib — müraciətdə qoyulan məsələnin həlli üzrə son qərarı əks etdirən sənədin göndərildiyi bütün ünvanlar.

Cavabın məzmunu — müraciətdə qoyulan məsələnin həlli üzrə qəbul olunmuş son qərar göstərilməklə cavab sənədinin başlığı («məqbul hesab edilmişdir», «imtina edilmişdir» və ya «izah edilmişdir»).

Nəzarətdən çıxarılmışdır — təklif, ərizə və şikayətin nəzarətdən çıxarılması barədə qərarı qəbul edən rəhbərin və ya digər vəzifəli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı.

Nəzarətçinin imzası — vətəndaşların təklif, ərizə və şikayətləri üzrə nəzarətə cavabdeh olan vəzifəli şəxsin imzası.

İş, cild, fond, vərəqlər — nomenklatur üzrə işin indeksi, vərəqin və cildin nömrələri (iş başa çatdıqdan və işə tikildikdən sonra qeyd olunur).

Fond, siyahı, iş — iş arxivə təhvil verildikdən sonra qoyulur.
1. Qeydiyyat-nəzarət vərəqələrinin tövsiyə edilən ölçüləri: A5/148×210 və ya A6/105×148.

2. Vətəndaşların təklif, ərizə və şikayətlərinə dair kargüzarlıq işinin aparılmasında elektron-hesablayıcı texnikadan istifadə olunarsa, elektron hesablayıcı texnikadan istifadə üçün rahat olan, sıra ilə yerləşdirilmiş yuxarıda göstərilən rekvizitlərin hamısını özündə əks etdirən qeydiyyat-nəzarət vərəqələri istifadə oluna bilər.

Prezident “Vətəndaşların müraciətləri haqqında” qanunu təsdiqlədi

BAKU.WS-in məlumatına görə, fərmanda deyilir: “Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Həmin qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Həmin qanunun 7.2-ci maddəsinə uyğun olaraq, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Həmin qanunun 13.2-ci maddəsinə uyğun olaraq, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Həmin qanunun 5.8-ci maddəsinə uyğun olaraq, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

Həmin qanunun 15.3-cü maddəsinə uyğun olaraq telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Müəyyən edilsin ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci, 12.7-ci və 13.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

Həmin qanunun 5.8-ci və 15.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

Həmin qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir.

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.7-ci maddəsində nəzərdə tutulmuş məlumata dövlət orqanının qanunazidd qərarları və onun vəzifəli şəxsinin qanunazidd hərəkətləri (hərəkətsizliyi) barədə məlumatlar da daxil edilir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Xankəndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2014-cü il 30 may tarixli qanunun tətbiqi haqqında fərmanı imzalayıb.

Dəyişikliklərə əsasən, 5-ci maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilir:

“Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

10-cu maddə aşağıdakı redaksiyada verilir:

“Maddə 10. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.

12-ci maddə aşağıdakı redaksiyada verilir:

“Maddə 12. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində doğulmuş uşaqlarının vətəndaşlığı Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır”.

18-ci maddə aşağıdakı redaksiyada verilir:

“Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla həll edilir”. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.

Comments are closed, but trackbacks and pingbacks are open.