Press "Enter" to skip to content

Ağdamda “Vətənin müdafiəsinə hazıram! ” devizi altında kütləvi tədbir keçirilib

Koronavirus

Vətənin müdafiəsinə hazıram

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə 3-cü-sektor “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib-Foto

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Mart 30, 2016 – 16:36

!Reklam – Yazi

Nəsimi rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Nəsimi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar Nəsimi rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov tədbirin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyətini qeyd edərək, ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun regionda və beynəlxalq arenada layiqli yer tutmasına təkan verən ordu quruculuğu və gənclər siyasətinin banisinin xalqımızın Ümummilli Lideri Heydər Əliyev olduğunu vurğulayıb. Gənclərin dövlətimizin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsi, həmçinin əzəli torpaqları erməni qəsbkarları tərəfindən işğal edilmiş Vətənimizin cəsur keşikçiləri, düşmən sipəri olduğunu bildirərək Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, Ümummilli Liderimizin siyasi kursunun ən layiqli davamçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən həm ordu quruculuğu, həm də gənclər siyasətinin mühüm rolu olduğunu, eyni zamanda dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində yeni mərhələdə daha da inkşaf etdiyini bildirib. Natiq, Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirib. Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, həmçinin Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayaraq, düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığına, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əmin olduğunu bildirdi. Tədbirdə daha sonra çıxış edən Azərbaycan və Əfqanıstan müharibəsi Veteranları İctimai Birliyini sədri Məhəmməd Vəliyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, Qarabağ müharibəsi veteranları, əliləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və digər çıxış edənlər gənclərin Vətənimizin müdafiəsi, qədim tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində fəal iştirak etdiyini, mədəniyyət, idman, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanaraq, dövlətçilik ənənələrini daim uca tutduğunu, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak etdiyini və dövlətimizin onlara verdiyi stimul nəticəsində öz potensiallarından səmərəli istifadə edərək və dövlətimizin başçısının ətrafında sıx birləşərək ölkəmizin daha dinamik inkişafı istiqamətində bundan sonra da Vətənə ləyaqətlə xidmət edəcəklərinə əmin olduqlarını bildiriblər. Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda yazılmış mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış etmişdir. Sonda müharibə veteranlarına və hərbi hazırlıq fənnində yüksək nailiyyət qazanmış şagirdlərə fəxri fərman və mükafatlar təqdim edilib. Tədbirdə rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və xidmətin Nəsimi rayon idarəsinin şəxsi heyəti, şəhid ailələri, Qarabağ Müharibəsi veteranları və hərbi xidmətə çağırış yaşlı gənclər iştirak edib.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Ağdamda “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirilib

Ağdamda “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirilib Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Gənclər Fondu və Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə Quzanlı qəsəbəsində “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirib.

3 May , 2019 18:35

https://static.report.az/photo/fa9712e0-0cc3-4994-ab7b-80852a92cd1c.jpg

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Gənclər Fondu və Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə Quzanlı qəsəbəsində “Vətənin müdafiəsinə hazıram!” devizi altında kütləvi tədbir keçirib. SHXÇDX-dən “Report”a verilən məlumata görə, tədbir Ümummilli Lider Heydər Əliyev in anadan olmasının 96-cı ildönümünə həsr edilib. Xidmət rəisinin müavini, general-mayor Şahvələd Əliyev, rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov və qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Dövlət Himninin ifası ilə başlayan orta məktəblərin yuxarı sinif şagirdlərinin, gənclərin, ictimaiyyətin, şəhid ailələri nümayəndələrinin, veteranların və rayon hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə Mədəniyyət Evində davam etdirilən tədbirdə iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıblar. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək Vətənə məhəbbət, milli qürür hissi ilə yaşayan gəncliyin yetişdirilməsi istiqamətində tədbirin vacibliyini diqqətə çatdırıb. Xidmət tərəfindən Ağdam məktəbliləri arasında “Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisidir” mövzusunda yazı müsabiqəsinin keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Şahvələd Əliyev Ulu Öndərin dövlətçiliyimiz üçün misilsiz xidmətlərindən söz açıb. Heydər Əliyevin Azərbaycanı hər cür qəsdlərdən qoruyan, möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi əbədiyaşarlıq qazandığını bildirib. Qeyd edib ki, ən başlıcası Heydər Əliyevin siyasi kursu ölkədə uğurla davam etdirilir. Daha sonra Xidmət tərəfindən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərdən danışıb. Hazırda müharibə şəraitində olan ölkəmizdə, Prezident İlham Əliyev in rəhbərliyi altında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən səfərbərlik hazırlığı və müddətli həqiqi hərbi xidmətə çağırış işinin təşkil istiqamətində əsaslı tədbirlər həyata keçirildiyini vurğulayıb. Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən bəhs edib. Ümummilli Liderin müasir gənclər üçün örnək olan həyatı və fəaliyyəti barədə fikirlərini bölüşüb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli Ulu Öndər Heydər Əliyevin hərb tariximizi, ordu quruculuğu təcrübəsini yeni bir səviyyəyə qaldırdığını, müasir ordumuzun əsasını qoyduğunu, Azərbaycanın müstəqilliyini qorumağa qadir olan Silahlı Qüvvələrin memarına çevrildiyini qeyd edib. Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin Vətənin müdafiəsi məsələsində qətiyyətli mövqeyi Vətəni müdafiə borcunun hər bir vətəndaşın əqidəsinə, mənəvi dəyərinə çevrilməsinə təkan verən güclü bir qüvvədir. Tədbirdə Ağdam rayon orta məktəb şagirdləri arasında “Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisidir” mövzusunda keçirilmiş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Münsiflər heyətinin qərarına əsasən 1-ci yerə Ağdam rayon 2 saylı tam orta məktəbin şagirdi Sərxan Səfərov, 2-ci yerə Ağdam rayon 18 saylı köçkün tam orta məktəbin şagirdi Elnur Hüseynov, 3-cü yerə isə Ağdam rayon İmamqulubəyli kənd tam orta məktəbin şagirdi Nihad İbrahimov layiq görülüblər. Qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib. Sonda Ağdam rayon özfəaliyyət dərnəyi və məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları dolğun ədəbi-bədii proqram təqdim olunub.

Vətənin müdafiəsinə hazıram

Fevralın 20-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Goranboy Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” devizi altında Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş kütləvi tədbir keçirib.

Unikal.org xəbər verir ki, Rayon rəhbərliyinin, gənclərin, ictimaiyyətin, şəhid ailələri nümayəndələrinin, veteranların və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən tədbirin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güllər düzüblər. Həmçinin Goranboy rayonunda yerləşən Xocalı qətliamı qurbanlarının xatirə kompleksini ziyarət ediblər.
Dövlət Himninin ifası ilə başlayan tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən, qazanılmış uğurlardan danışıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı sayəsində gənclərin inkişafı məqsədilə hərtərəfli şəraitin yaradıldığını qeyd edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev ötən əsrin sonlarında ölkəmizdə hərbi-siyasi şəraitin ağır dövründə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində Respublikamızın dövlət müstəqilliyinin qorunub saxlanıldığını diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilən hərb quruculuğu siyasətindən, əldə edilmiş nailiyyətlərdən söz açıb.

General-mayor Mayıl Şahverdiyev 28 il əvvəl Ermənistan silahlı qüvvələrinin o zaman sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək, dinc azərbaycanlılara qarşı törətdikləri qanlı soyqırım aktının ümumən bəşərə, insanlığa qarşı törədilmiş ən qatı cinayətlərdən biri kimi tarixə həkk olunduğunu bildirib. Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlərdən danışıb.

Şəhid Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə Aslanova Xocalı faciəsinin ermənilərin tarixən xalqımıza qarşı həyata keçirdikləri düşmənçilik siyasətinin bir hissəsi olduğunu bildirib. Gəncləri tariximizi yaxşı öyrənməyə, düşmənlərimizi tanımağa çağırıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli Ermənistanın etnik düşmənçilik zəminində azərbaycanlılara qarşı soyqırım həyata keçirməsinin beynəlxalq təşkilatlar, eləcə də xarici dövlətlər tərəfindən tanınması məqsədilə görülmüş işləri diqqətə çatdırıb.

Tədbirdə Xocalı və Goranboy rayon məktəbliləri arasında “Vətənin müdafiəsinə hazıram!” adı altında keçirilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Münsiflər heyətinin qərarına əsasən 1-ci yerə Goranboy şəhər 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Mehdixan İsmayılov və Xocalı rayon Yaloba kənd tam orta məktəbin 10-cu sinif şagirdi Məğrur Ağayev, 2-ci yerə Goranboy rayon 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Solmaz Əmrahova və Xocalı rayon Qaragav kənd tam orta məktəbin 11-ci sinif şagirdi Gülnarə Əliyeva, 3-cü yerə isə Goranboy rayonu Qızılhacılı kənd 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Aysən Həsənova və Xocalı rayon Başkənd kənd tam orta məktəbin 10-cu sinif şagirdi Rəsul Hümbətov layiq görülüblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Goranboy Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun nümayəndələri tərəfindən qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib.

Sonda Naftalan şəhər İ.Nəsimi adına 1 saylı orta məktəbin şagirdləri vətənpərvərlik ruhunda hazırladıqları mükəmməl kompozisiyanı təqdim ediblər. Hərbi orkestrin və hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının çıxışları təqdim olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.