Press "Enter" to skip to content

Waris dirie səhra çiçəyi

Təəssüratlarım: Əvvəlcə onu qeyd edim ki, kitab yarmarkasında bunu mənə məsləhət görən şəxsə minnətdaram. Alarkən tərəddüd edirdim, lakin ilk səhifədən etibarən tərəddüdüm yox oldu. Varis sadəcə öz bioqrafiyasını yazıb, lakin nəticə çox gözəldir. Əsər çox sadə, anlaşılan və axıcıdır, oxuduqca növbəti səhifəyə keçməyə tələsirdim. “Səhra çiçəyi” ən qısa müddətdə oxuyub bitirdiyim kitablardandır.

Книга Səhra çiçəyi, автор Varis Dirie

Варис Дирие не использовала свое воображение для написания этого романа, сделавшего ее всемирно известой, и не спрашивала истории из жизни других. «Цветок пустыни» — это то, что получилось у самого автора: слово в слово, шаг за шагом. Варис рассказывает очень грустную историю о том, как Бог любит и создал человека, лишенного дарованной им красоты, как любовь к жизни утопает в своих корнях еще в младенчестве и как рождается тоска по мирским удовольствиям. Этот цветок, который растет в сухих пустынях Сомали, вырастает из любви, людей и веры в творение, что не позволяет ему быть уничтоженным и делает его Наследником сегодняшнего дня. Спустя годы наш герой, известная модель, считает своим долгом поделиться историей, которую он оставил, поэтому он пробует свои силы в писательстве, написав «Цветок пустыни». Варис пыталась бороться с этим с того момента, как поняла, как калечит ее ставшее ужасом Африки «девичье обрезание». «Цветок пустыни» — тоже форма этой борьбы. Своими работами, быстро ставшими бестселлерами, она стала еще более известной и показала девочкам путь спасения, которые стали инструментами в руках взрослых.

Рейтинг и отзывы о товаре

Об этом товаре еще нет ни одного отзыва, будьте первым, кто поделиться своим впечатлением!
0 оценок пользователей
Добавить отзыв
Добавить отзыв

Описание

Варис Дирие не использовала свое воображение для написания этого романа, сделавшего ее всемирно известой, и не спрашивала истории из жизни других. «Цветок пустыни» — это то, что получилось у самого автора: слово в слово, шаг за шагом. Варис рассказывает очень грустную историю о том, как Бог любит и создал человека, лишенного дарованной им красоты, как любовь к жизни утопает в своих корнях еще в младенчестве и как рождается тоска по мирским удовольствиям. Этот цветок, который растет в сухих пустынях Сомали, вырастает из любви, людей и веры в творение, что не позволяет ему быть уничтоженным и делает его Наследником сегодняшнего дня. Спустя годы наш герой, известная модель, считает своим долгом поделиться историей, которую он оставил, поэтому он пробует свои силы в писательстве, написав «Цветок пустыни». Варис пыталась бороться с этим с того момента, как поняла, как калечит ее ставшее ужасом Африки «девичье обрезание». «Цветок пустыни» — тоже форма этой борьбы. Своими работами, быстро ставшими бестселлерами, она стала еще более известной и показала девочкам путь спасения, которые стали инструментами в руках взрослых.

Waris dirie səhra çiçəyi

Varis Dirie ilk dəfə qələmini məhz bu əsərdə sınayıb. Əsər təxəyyülünün məhsulu deyil, Varis sırf öz həyatını yazıb. Əsər onun hələ balaca qız ikən evdən (köçəri ailəsinin yanından) qaçması ilə başlanır. Oxuduqca onun uşaqlığından başlayaraq həyatı, başına gələnlər, yaşadığı çətinliklər barədə məlumat almaq olur. Müəllif Afrikadakı həyatın həm müsbət, həm də mənfi cəhətlərini qeyd edir.

O, vətənini sevir, oradakı köçəri həyatından heç də narazı deyil. Hətta o, ölkəsində ənənə olan qadın sünnətinə belə can ataraq nail olur. Təbii ki, başına gələnlərdən: dözülməz ağrılardan, sağlamlıq problemlərindən sonra hələ 5 yaşında buna can atan avam qız peşman olur. Onsuz da, ona bu qərarla bağlı seçim haqqı heç vaxt tanınmayacaqdı, lakin buna can atmayaraq bir qədər gecikdirmək də mümkün olardı. Ancaq Varis də, Afrikadakı qızların çoxu kimi buna öyrəşir və ona belə gəlir ki, həqiqətən, belə də olmalıdır.

Evdən qaçdıqdan sonra Moqadişuya, oradan isə Londona gedib çıxması ilə Varisin bütün həyatı dəyişir. Afrikadakı çöl həyatından sonra yoldaşı səfir olan xalasıgildə bir neçə il qulluqçu işləyir. Təyinat müddəti bitdikdən sonra səfir ailəsi ilə birlikdə Somaliyə qayıtmaq qərarına gəlir. Varis qayıtmaq istəmir və Londonda qalmaq üçün əlindən gələni edir. Nəticədə hər kəs getdikədən sonra tək-tənha və evsiz Londonda qalır. Varisin həyat mübarizəsinin digər bir mərhələsi isə həmin gündən başlayır.

Uzun müddət əvvəl Varislə bir neçə kəlimə belə danışmağa imkan tapa bilməyən fotoqraf ona sadəcə vizit kartını verə bilmişdi. Varis də yeni dostu ilə məsləhətləşir və fotoqrafı tapır. Bundan sonra onun modellik həyatı başlayır. Lakin modellik həyatı da keşməkeşli keçir, eynilə öz vətənində olduğu kimi, yenə də bir növ köçəri həyatı yaşayır. Səyahətlər zamanı pasporta görə müxtəlif problemlərlə qarşılaşır.

Varis uzun müddət sonra – model olduğu dövrlərdə başa düşür ki, hələ balaca qız ikən onun başına gələn sünnət hadisəsi heç də dünyadakı bütün qadınların başına gəlmir. O, yaşa dolduqca və dünyanı gəzib gördükcə bunun ona və digər afrikalı qadınlara qarşı edilmiş qəddarlıq olduğunu anlayır.

O, illər sonra Somalidə müharibə olduğu vaxtlarda ölkənin sərhəddində anası ilə görüşür. Uzun müddət sonra öz torpağında olmaq, öz vətənini hiss etmək ona yaxşı təsir bağışlayır. Anası ilə görüşü çox çəkmir və o, dərhal işlərinə qayıtmalı olur.
Varis, illər sonra caz klubda tanış olduğu Danaya aşiq olur və onunla ailə həyatı qurur. Onların oğlu Aleeke dünyaya gəlir. Bu dövrlərdə artıq Varis çox məşhur bir modeldir və ondan müsahibə almağa gələn bir jurnalistə öz həyatının ən faciəvi hadisəsindən- qadın sünnətindən danışır. Bu onun üçün heç də asan deyil, çünki o, danışdıqları ilə ölkəsinin, adət-ənənələrinin məhrəmini pozur. Beləliklə o, milyonlarla insana öz sözlərini eşitdirir. Bir sıra təşkilatlardan, hətta BMT-dən təkliflər alır və BMT-nin Xüsusi Səfir olmaq təklifini fəxrlə qəbul edir. Bu qəddarlığa qarşı mübarizədə ona dəstək olan milyonlarla insana baxmayaraq, Varisin ənənələrinə hörmətsizlik etdiyini düşünən və ona nifrət edən düşmənləri də mövcuddur. Bununla da, Varis üçün yeni bir mübarizə səhifəsi açılır.

Təəssüratlarım: Əvvəlcə onu qeyd edim ki, kitab yarmarkasında bunu mənə məsləhət görən şəxsə minnətdaram. Alarkən tərəddüd edirdim, lakin ilk səhifədən etibarən tərəddüdüm yox oldu. Varis sadəcə öz bioqrafiyasını yazıb, lakin nəticə çox gözəldir. Əsər çox sadə, anlaşılan və axıcıdır, oxuduqca növbəti səhifəyə keçməyə tələsirdim. “Səhra çiçəyi” ən qısa müddətdə oxuyub bitirdiyim kitablardandır.

Fikrimcə, Varis öz bioqrafiyasını yazarkən həyat mübarizəsindən əlavə, onda ömürlük iz qoyan və əfvi mümkün olmayan qadın sünnətini vurğulamaq məqsədində olub və məqsədinə çatıb. Afrikadakı qadın sünnəti barədə bir qədər məlumatım var idi. Lakin bu həqiqətə belə fərqli prizmalardan yanaşmamışdım. Artıq bu ənənənin qəddarlıq dərəcəsini və fəsadlarını daha yaxşı başa düşürəm. Çünki bir şeyin mövcudluğunu bilməklə, onu yaşayan insanın dilindən eşitmək tamam fərqlidir.
Bundan başqa, əsər stimul vericidir. Varisin həyat hekayəsi və çətinliklərlə dolu həyatı, irəliləməkdə hər birimizə yol göstərə bilər.

A. K. Kübra

“Doquluşumdan tanrının məni mükəmməl vücudla yaratdıqını hiss edirəm.Lakin insanlar məni kəsdilər,qadınlıqımı əlimdən aldılar, məni şikəst buraxdılar.Əgər tanrı bu orqanlarımı istəməsəydi niyə yaratmışdı ki. ” VARİS DİRİE.
Afrikanın ucqar bölgələrindən olan Somali. İnsanların başına gələcək ən böyük pisliklərin,qadınların və kişilərin haqlarının özlərinin belə bilmədikləri,dərk etmədikləri bir cöllük.Ən əsası isə qadınların.
Evin ən aqır işləri qadınların boynuna, cöl işləri ,vəhşi təbiətin qoynunda heyvanları yemləmək,onları cöldə güdmək yaşından ,cinsindən asılı olmayaraq uşaqların boynuna düşər.Bu vəhşi təbiətlə baş etmək , artıq uşaqların fərasətindən asılıdır.
Cöldə qadınların dəyəri demək olar ki yoxdur.Qadın olmanın bədəli cox aqır ödənir Somalidə.Onlar harda doquş kecirirlər, hec ərlərinin xəbəri də olmur.Düşünsək ki, hec bir xəstəxana,həkim,tibbi preparatlar haqda burda hec bir anlayış,təsəvvür yoxdur,bu insanı dəhşətə gətirir.Buna baxmayaraq burda ailələr cox uşaqlıdırlar.Bunların cox az hissəsi böyüyüb boya- başa catır.Burda doqulan qız uşaqları adət-ənənələrin,qayda-qanunların qurbanına cevrilir.Belə ki,burda doqulan qız uşaqları erkən yaşda,həddi buluqa catmamış sünnət olurlar.Bu Somali xalqı və bir cox müsəlman xalqı ücün qürurverici bir ayindir.Düşüncəyə görə qızlar sünnət olunarkən şəhvət hisslərilə əbədiyyən vidalaşırlar . Bu bəzən ,hətda cox hallarda həyatla da vidalaşmayla da nəticələnir.Zavallı qızcıqazlar ailələri tərəfindən, hec kim cıqlıqlarını duymasın deyə insanlar oyanmadan meşədə,kimsənin görəməyəcəyi bir yerdə,buz kimi torpaqın,daşların arasında hec bir gigiyenik,sanitariyaya əməl olunmadan,ən dəhşətlisi isə,jilet,küt bıcaq,şüşə qırıqı ,vəə kəsici daş alətlə(daş nə qədər kəsici olacaqsa,artıq) , bez,parca kimi ,bir “cingənə” qadın tərəfindən kəsilib,tikilirlər.Ardındansa,orda günlərlə tərk edilərək ,vəhşı heyvanlar arasında yalqız buraxılırlar.Qan itkisindən,qanqrendən,vəhşilərdən xilas olursa,o artıq bir qadın sayılır bundan sonra.
Varis də bu qurbanlardandır ki,bu aqrılı,acılı proseslərə,bir somalili kimi qürurla baş əydi.Başına gələnlərdə hec bir zaman ailəsini ,atasını qınamadı.Cünkü bu dediyimiz kimi “qürurlu”bir ayindi.Bu prosesleri kecməyən qız uşaqı,ləkələnmiş,təhqiredilmiş sayılır və onun evlənmə haqqı yoxdur.
Lakin on üc yaşına gəldiyində, atasının onu yaşlı bir kişiyə 4 dəvəyə dəyişəcəyini bildiyində Varis cılqına dönür.Onlarda bu ərə getmək sayılırdı.Varissə,bunu heç cür qəbullənmir.Daha öncə bacısınin etdiyi kimi,evdən qaçmaqı planlayır və bunu bacarır.Günlərcə ,dayanmadan ,ac-susuz qaçır.Yolda başına gələn müsibətləri yazmıram.Bunu kitabı oxuyarkən özünüz yaşayacaqsınız.Amma bir şeyi demədən kecmək istəmirəm.Yuxarıda vəhşi təbiət ,vəhşi heyvan dedikcə sanki bir az haqsızlıq etmiş oldum.Varis evdən qacdıqındaa meşədə rastladıqı aslan ona toxunmur halbuki. Somali dörd ayaqlıları, ikiayaqlılardan daha ürəyi yumşaq davranmışdı .
“Tək duam bir gün bu qədəri yaşayan tək insanın belə qalmamasıdır.Bir gün dünyaa bütün qadınların ən güvən duyduqu bir yer olacaq.Catmaqa calışdıqım o gün, mənim necə xoşbıxt günüm olacaq! İnşallah.əgər Tanrı istərsə,o gün də gələcək”!
Təşəkkürlər.oxuduqunuz ücün!

Comments are closed, but trackbacks and pingbacks are open.