Press "Enter" to skip to content

Ayxan Abbasov: Azarkeşlər iki hissəyə bölünüb

– Azarkeşlər iki hissəyə bölünüb. Əsas məqsəd Premyer Liqada qalmaqdır. Bunu bəziləri bilirlər. Premyer Liqadakı yeri qorumaq lazımdır. Üç-dörd turdan sonra böyük nəticələr istəsək, uduza bilərik. Səbrli olmalıyıq.

Work and Travel: Uğura aparan yol

Deyimlərə görə gəzib-görməklə öyrənmək daha effektli olur. Artıq dünyada bu kimi metodlardan daha çox istifadə olunur. Hər bir məqamı yerindəcə görmək və nəticə çıxartmaq. Dünyanın ən inkişaf etmiş bölgəsi olan Avropa ölkələrində insanlar daim səyahət etməklə biliklərini, dünya görüşlərini inkişaf etdirirlər. Bu kimi ekskursiyalar təkcə, Avropa ölkələrində deyil, digər ölkələrdə, həmçinin Azərbaycanda da buna şərait yaradılıb. Beləliklə, yay tətili zamanı tələbələr üçün nəzərdə tutulmuş “Work and Travel” proqramı ən əlverişli proqramdır. Bu yazıda bu proqramla bağlı fikirlərimizi sizlərlə bölüşəcəyik.

Qloballaşan dünyada ABŞ dünyanın super gücü olaraq qalır. Və hər kəs bu ölkəni görmək arzusundadır. Təbii ki, burada hər kəs real olaraq Azadlıq Heykəlini, Bruklin körpüsünü, Kapitoliy binasını, Disneylendı, Niaqara şəlaləsini, Ağ evi və s. maraqlı yerləri görmək istəyir. Bu yerləri görmək digər şəxslər üçün qismən asan olsa da tələbələr üçün əlçatmaz idi. Amma indi tələbələr üçün əlçatmaz deyil. 1957-ci ildə “Work and Travel” proqramı yaradıldı ki, bu da tələbələrin ABŞ-ı görmək arzusunda olanlara əlverişli şərait yaratdı.Bu proqram yarandıqdan və formalaşdıqdan sonra tələbələrin ABŞ- a bu proqram vasitəsilə axını başladı. Əslində bu proqram İngilis dili dünya dilinə çevrildikdən sonra tələbələrdə daha çox maraq oyatdı, çünki bu proqram vasitəsilə həm ingilis dilini öyrənmək, həm də istirahət etmək imkanı vardır. Və artıq hər il minlərlə tələbə bu proqram vasitəsilə Amerika Birləşmiş Ştatlarında yay tətilinə gedir. Proqramın bir sıra üstün cəhətləri vardır:

  • İngilis dilində danışıq bacarıqlarınızı təkmilləşdirmək
  • Xəyalınızda canlandırdığınız ABŞ-ı real olaraq görmək imkanı
  • Dünyanın hər bir nöqtəsindən gələn tələbələrlə söhbət etmək imkanı
  • ABŞ-ın məşhur şəhərlərinə ekskursiya etmək imkanı
  • Karyerada ilk addımlar atmaq
  • Pul qazanmaq imkanı
  • Özünü bir anlıq azad hiss etmək
  • Unudulmaz attraksionlarda, əyləncə parklarında olmaq
  • Dünya görüşünü və təcrübə qazanmaq imkanı

İngilis dili biliyini zənginləşdir

İngilis dili öyrənmək üçün tələbələr bir səra vasitələrdən istifadə edirlər ki, bu dili öyrənsinlər.Və bəzi tələbələr də vardır ki, ingilis dilini orta səviyyədə bilirlər,amma yüksək səviyyəyə qaldıra bilmirlər. Bunun üçün həmin şəxslər bir anlıq ingilis dilli mühitdə olmalıdırlar ki, ingilis dilində danışıqlarında aksentlər itsin, danışıq bacarıqları yüksək səviyyədə inkişaf etsin.Belə ki,artıq illərdir tələbələr üçün nəzərdə tutulmuş “Work and Travel” proqramı əlverişli vasitələrdən biridir. Belə ki, bu proqramla ABŞ-a getdiyiniz üç ay müddətində günün bütün vaxtı ingilis dilində danışmağa məcbur olacaqsız və özünüzün də xəbəri olmadan ingilis dilində necə sərbəst danışdığınızın şahidi olacaqsız.Məncə, bu proqram tələbələr nəzərdə tutulmuş ən optimal proqramdır.

İlk karyera imkanlarını ABŞ-da başla

Bu gün tələbələri düşündürən ilk problemlərdən biri də işləmək imkanıdır. Təbii ki, hər kəs həm universitetin sonuncu kursunda, həm də bitirdikdən sonra işləmək istəyir. Məsələn, ilk karyeranı xaricdə – ABŞ-da başlamaq heç də pis deyil, əksinə bu bir çox üstünlükləri özündə birləşdirir. Bu müsbət cəhətlərindən biri budur ki, tələbə olduğun vaxt artıq təcrübə qazanmış olursan. Digər tərəfdən universiteti bitirdikdən sonra iş tapmaqda elə də çətinliyin olmur. Bütün bunları sadəcə “Work and Travel” proqramı ilə əldə etmək olar. Beləliklər bu proqrama qosulduqdan sonra siz üç yay tətili zamanı ABŞ-da həm işləyəcəksiniz, həm də istirahət edəcəksiniz.

Bu proqrama qoşulmaq üçün nə tələb olunur?

Proqram tələbələr üçün nəzərdə tutulduğundan burada yalnız tələbələr iştirak edə bilər. IV kurs tələbələri istisna olmaq digər kursun tələbələri bu proqramda iştirak etmək hüququna malikdir. Və magistraturada təhsil alan tələbələrdə bu proqrama qoşulmaq imkanları vardır. Qoşulmaq üçün ilkin tələb tələbə olmağınızdır. Həmçinin xarici pasportunuz olmalıdır.

Necə qoşula bilərəm?

Proqrama qoşulmaq üçün siz sadəcə CELT Colleges tədris mərkəzinə müraciət etməniz kifayətdir. Burada sizin bütün sənədlərinizi hazırlayacaqlar. Siz sadəcə müraciət edin, başqa işləri biz həll edəcəyik.

CELT Colleges Narimanov

Tel: 070 270 70 90 – 012 566 48 23

Ayxan Abbasov: “Azarkeşlər iki hissəyə bölünüb”

Misli Premyer Liqasının “Kəpəz” – “Turan Tovuz” (1:0) matçından sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, Abbasov komandasının Qəbələdəki məğlubiyyətini şərh edib:

“Maraqlı oyun alındı. Bilirdik ki, derbidir. “Kəpəz” bu il bizə qalib gəlməmişdi. Qələbə qazanmaq istəyirdilər. Meydanda 10 nəfərlə qalmağımız planlarımızı da pozdu. Rəqib ilk dəqiqələrdə əks-hücum zamanı qol vurdu. Əslində, bizim də qol imkanlarımız var idi. Ancaq 10 nəfərlə mübarizə aparmaq çətin idi. Çempionat davam edir. Bütün komandalar xal qazanmaq istəyir. Bu matçı unudub kuboka köklənməliyik. Orada şansımız var. Bu şansadan istifadə etməyə çalışağıq.

– Sanki 10 nəfərlə daha yaxşı oynayırdız.

– Meydanda azlıqda qalanda futbolçular daha çox motivasiyalı, istəkli olur.

– Tovuzda “Şamaxı”ya qarşı keçirilən görüşdən sonra səslənən “istefa” şüarları komandaya necə təsir edib?

– Klub olaraq bunu çox böyütmək istəmirik. Bu gün azarkeşlərimiz yanımızda idi, bizi dəstəklədiklər. Bu gün inkişafın ilk mərhələsindəyik. Belə maneələr olacaq.

– Natan Oduva və Runi Evanı əvəzləməyinizin səbəbi nə idi?

– Oduva tam hazır deyildi. İstəyirdik ki, 60-70 dəqiqə meydanda olsun. Runidə də yorğunluq var idi. Onun əvəzinə meydana Belajdi Pusini buraxdıq. Oyuna yaxşı qoşuldu, təhlükəli vəziyyətlər yaratdı. Bizə gümrah oyunçu lazım idi.

– Komandanı kubok oyununa motivasiya etmək çətin olmayacaq?

– Əlbəttə çətindir. Amma futbolçulara inaıram. Qarşımıza məqsəd qoymuşuq. Ona çatmağa çalışacağıq. Futbolçularla əl-ələ verib vəziyyətdən çıxacağıq.

– “Neftçi” çempionatdakı oyununu bir gün gün əvvəl oynayıb. Onların sizdən daha çox istirahət etməsi oyuna təsir edə bilər?

– Bir gün böyük vaxtdır. Amma bu bəhanə olmamalıdır.

– Yerli futbolçuların keyfiyyəti sanki aşağıdır. Bu barədə fikriniz necəir?

– Qarşımıza qoyulan məqsəd nədir? Konftrans Liqası hədəfi olsa, sizinlə razıyam. Komandada gənclər, təcrübəlilər var. Bu gün belə məğlubiyyətlər olmalıdır. Səbrsiz olsaq, gələn mövsüm bizim üçün çətin alınar. Keyfiyyəti də artırmaq üçün yeni oyunçular lazımdır. Ancaq bu gün gileylənməli deyilik. Hər şey yavaş-yavaş olacaq.

– Sizcə, ötən tur “istefa” şüarlarının səbəbi nə idi?

– Azarkeşlər iki hissəyə bölünüb. Əsas məqsəd Premyer Liqada qalmaqdır. Bunu bəziləri bilirlər. Premyer Liqadakı yeri qorumaq lazımdır. Üç-dörd turdan sonra böyük nəticələr istəsək, uduza bilərik. Səbrli olmalıyıq.

– Səfərdə daha yaxşı oynayırsız. Bu, nə ilə bağlıdır?

– Bu il belə alındı ki, səfərdə daha çox xal qazandıq. Bəlkə də, futbolçular evdə qalib gəlməyi daha çox istəyirlər. Ola bilər ki, təzyiq mane olur. Amma evdə də çox yaxşı oyunlarımız olub. Hər dəfə biz qalib gələ bilmərik. Azarkeşlərimiz də bunu öyrənəcək.

– Matçın sonunda baş verən insidentin səbəbi nə idi?

– Oyunun aqressiyası yüksək idi. Futbolçular bəzən bir-birinin sözünü qəbul etmirdi. Mübahisəyə səbəb “Kəpəz” futbolçusunun azarkeşlərə jesti oldu. Amma söhbət derbidən gedir. Bu cür hadisələrin olması normaldır.

Elçin Əlixan

Comments are closed, but trackbacks and pingbacks are open.