CV-ni necə yazmaq
CV necə doldurulmalıdır?
CV necə yazılır?
Siz hər hansı bir vəzifəyə namizədliyinizi verərkən tərcümeyi-hal yaxud da CV (latın dilində Curriculum Vitae) yazırsınız. CV- də əsas məqsəd sizi işə götürəni inandırmaqdır, yəni bu vəzifə üçün mən ən doğru insanam, qeyd olunan bütün tələblərə cavab verirəm və s. CV sizin işəgötürənlə yaratdığınız ilk əlaqədir.
Yaxşı CV necə yazılmalıdır?
Mütləq deyil ki, siz keçdiyiniz bütün kursları qeyd edəsizin, xüsusilə də əgər bunların iddialı olduğunuz vəzifə ilə heç bir əlaqəsi yoxdursa
CV-nin uzunluğu A4 vərəqi ilə 1-2 səhifədən çox olmamalıdır.
Milli.Az bizplus.az-a istinadən bildirir ki, CV yaxşı tərtib olunmalıdır, yəni orada orfoqrafik səhvlərə və yanlış məlumatlara yol verilməməlidir.
Əgər CV-ni kompüterdə hazırlayırsınızsa, sadə şrift seçin (məsələn Times New Roman), mətnin hərf ölçüsü 10-12 arası, adı isə 16-nı keçməməlidir.
İşəgötürən iddialı olduğunuz əmək haqqının CV-də göstərilməyini vurğulamayıbsa, siz də bu haqda qeyd etməməlisiniz.
CV-yə fotoşəklin əlavə olunmasının müsbət və mənfi yönləri var: sizin xarici görünüşünüz işəgötürənin fikirlərinə müxtəlif cür təsir edə bilər.
CV-ni hazırlayarkən işəgötürənin CV-də qeyd etmənizi istədiyi məlumatlara fikir verin. Məsələn hər hansı bir şirkət saytında özünəməxsus bir CV forması yaratmış və siz də onu doldurmalısınız, yəni sizin vərəqdə aparacağınız CV onlar üçün lazımsızdır.
CV necə doldurulmalıdır?
1) Qısa bioqrafik məlumat
Ad, soyad
Yaş
Doğum yeri və tarixi
Doğma dil
Cins
Ailə vəziyyəti
Uşaqların sayı və yaşı
Ünvan -yaşadığınız yerin ünvanını qeyd edin, əgər orada qeydiyyatda deyilsinizsə o zaman qeydiyyatda olduğunuz yerin ünvanını yazın
E-mail ünvanı
Telefon nömrəsi – sizi asan tapa biləcəkləri bir nömrə qeyd etməlisiniz. Əlavə olaraq digər nömrələr də yaza bilərsiniz. Əgər CV-ni digər başqa bir dövlətə göndərəcəksinizsə, o zaman öz ölkənizin beynəlxalq kodunu daxil etməlisiniz
Təhsil müəssisəsinin adı (universitet və ya orta məktəb)
İxtisas və təhsil dərəcəniz (orta, peşə, ali məktəb)
Təhsil müəssisəsinə daxil olma və bitirmə iliniz
Müəssisənin və ya kursun adı
Təcrübədə və ya kursda olduğunuz illər
Əgər müraciət etdiyiniz işin sizin keçdiyiniz kurslarla heç bir əlaqəsi yoxdursa məsləhət olardı ki, bunları qeyd etməyəsiniz
İşə başladığınız və bitirdiyiniz ay, il
İlk və son iş yeriniz
Vaxtilə işlədiyiniz şirkətin adı. Yaxşı olardı müəssisənin iş fəaliyyəti və işçi sayını da qeyd edəsiniz
Tutduğunuz vəzifə və mövqe
4) Dil biliyiniz
Bildiyiniz dilləri qeyd edin
Bildiyiniz dillərin yazı və danışıq səviyyəsinin necə olduğunu qeyd edin. Yalan məlumat qeyd etməyin, çünki onlar sizi müsahibə yolu ilə yoxlaya bilərlər.
5) Kompyuter biliyiniz
İşləməyi bacardığınız kompyuter proqramlarını qeyd edin. Məsələn bunlara MS Office (Excel, Word, PowerPoint, Outlook, Internet Explorer və s.) kimi proqramlar daxildir.
6) Əlavə məlumatlar
Şəxsi mülkiyyətiniz, güclü və zəif tərəfləriniz (ünsiyyət qurma, əməkdaşlıq, təşkilatçılıq, texniki və ədəbi bilik-bacarıqlarınız)
Sürücülük vəsiqənizin olmağı, varsa onu aldığınız tarix, şəhərdaxili sürücülük təcrübəniz
Hobbiniz – ittifaq, assosiasiya, klublardakı üzvlüyünüz, şəxsi hobbiniz
İki kəfil qeyd edin (adı, soyadı, işlədiyi yer, vəsifəsi,e-mail ünvanı, telefonu və sizlə olan əlaqəsi. Həmin şəxsdən sizin onu bu siyahıya daxil etmək və etməmənizi dəqiqləşdirin. Uzaq qohumları bu siyahıda qeyd etməməlisiniz
Kəfil sizin iş fəaliyyətiniz necə olduğunu bilməlidir.
Attestat və ya diplomun nüsxəsi
Nəhayət, sizə yaxın olan bir kəsə CV-ni yoxlatdırın
Milli.Az
CV-ni necə yazmaq
Akademik təhsil, peşəkar keyfiyyətlər və təcrübə əks xronoji ardıcıllıqla verilir, bu zaman hazırki, yaxud son iş yerindən başlanılır, sonra əvvəlkilər, sonunda isə təhsil qeyd olunur:
Bu formatın çatışmazlıqları: o, qeyri-dövrləri (aylar, illər) və/yaxud iş yerinin tez-tez dəyişilməsini göstərir. Çox vaxt bu, namizədi boşluqları vəzifəyə müvafiq olmayan məlumatlarla doldurmağa məcbur edir.
Bununla belə o, Sizin işdəki irəliləyişinizi vurğulayır: irəli çəkilmə və məsuliyyətlərin artırılması göstərilir, işində çox effektiv və rolundan məmnun olmasına baxmayaraq şəxsin vəzifəsinin aşağı salınması, yaxud daha çox məsuliyyət götürməsi çatışmayan cəhətdir.
Xronoloji CV-dən nə vaxt istifadə etmək olar:
- Yalnız yaxşı peşəkar təcrübəyə maliksinizsə;
- Uzun müddət işsiz qalmamısınızsa;
- Tez-tez iş dəyişməmişsinizsə;
- Eyni sektorda iş axtarırsınızsa.
- Format ənənənvidir və əksər seçim departamentləri tərəfindən qəbul olunur;
- Oxumaq və başa düşmək asandır;
- İşinizin sabitliyini göstərir;
- Məsuliyyətlərinizin artımını və/yaxud irəli çəkmələri əks etdirir;
- Vəzifələrinizi və işlədiyiniz şirkətləri vurğulayır;
- Rol və nailiyyətlərinizi təsvir edir.
Funksional CV
Funksional CV-də xronoloji CV-nin çatışmazlıqları yoxdur və bacarıq və nailiyyətlərinizin aydın nümayiş etdirilməsinə kömək edir. İş təcrübənizdəki tarixlər davamlı deyildir, istənilən işsizlik müddətlərini, yaxud irəli çəkilmədən dalbadal oxşar vəzifələri ört-basdır etməyə kömək edir. Peşəkar karyeranı qabartmaq, yaxud şirkətin növünün və/yaxud təhsilin deyil, bacarıqların, potensialın və iş növünün müvafiq olduğu şirkət növündə tamamilə fərqli fəaliyyətə daxil olmaq istədikdə funksional CV növündən istifadə olunur, bununla da ötürülə bilən bacarıqlara malik olduğunu nümayiş etdirirsiniz.
Funksional CV-dən aşağıdakı hallarda istifadə edə bilərsiniz:
- İş təcrübəniz boyunca bacarıqlarınızı vurğulamaq istəyirsinizsə;
- Qeyri-fəal müddətdən sonra iş bazarına qayıtmaq istəyirsinizsə;
- Hər iş arasında çox işsizlik dövrü vardırsa;
- İş yerinizi tez-tez dəyişmisinizsə;
- Tamamilə fərqli sektorda iş axtarırsınızsa;
- Yaşınızın maneə olduğunu düşünürsünüzsə;
- Müstəqil, yaxud öz şirkətinizdə çalışmısınızsa;
- Universiteti yenicə bitirib və ona görə də təcrübəsizsinizsə.
- Potünsialıınzı və güclü tərəflərinizi göstərir;
- Əldə etməyə çalışdığınız vəzifəyə daha müvafiq olan bacarıq və biliklərinizi əks etdirmək imkanı verir;
- Eyni vəzifələrdə rolların təklarını aradan qaldırır;
- Yeni texnologiyalar, İnternet, telekommunikasiya, media, reklamda… faydalıdır.
Kombinə edilmiş CV
Kombinə edilmiş CV formatında əvvəlki formatlar birləşdirilir (xronoloji və funksional CV). Funksional CV formatı ilə başlayır və xronoloji CV formatı ilə tamamlanır. Kombinə edilmiş CV formatını yazmaq daha çətin və mürəkkəb olsa da o, namizədlərin müraciət etdikləri yeni vəzifə ilə bağlı təcrübə və bacarıqları vurğulamaq, habelə onların təcrübə və təlimlərini dinamik formatda əks etdimərk üstünlüyünə malikdir.
- O, Sizin nə etmək istədiyinizi bldiyinizi və arzu olunan işi yerinə yetirmək üçün zəruri bacarıqlara malik olduğunuzu aydın göstərir;
- Oraya Sizin məqsədlərə və nailiyyətlərə yönəli olduğunuzu göstərən bölmə daxildir;
- O, bacarıqların əks etdirilməsində daha çox çeviklik və yaradıcılıq imkanı yaradır;
- O, CV, yaxud rezümenizi verilənlər bazasında, yaxud karyera portallarında qoymaqla əldə edə bilməyəcəyiniz bu və ya digər vəzifəni əldə etməyə kömək edir.
Şəxsi məlumatlardan ibarət CV
Ad, doğum tarixi, ünvan və telefon (ev və yaxud mobil) və olduğu təqdirdə e-poçt daxil edilməli mühüm informasiya hesab olunur. Mülki status, uşaqlar, yaş, irq, dini inancların bu növ CV-də göstərilməsi vacib deyildir, lakin ilkin araşdıırma mərhələsində Sizdən bu informasiya tələb oluna bilər.
ID, yaxud pasport məlumatlarını mütləq şəkildə əlavə etməyə ehtiyac yoxdur, bununla belə elə şirkətlər vardır ki, onların kompüterləşdirilmiş verilənlər bazası bu informasiyanı tələb edir və göndərməzdən qabaq bunu yoxlamaq yaxşı olardı. Xüsusilə xaricdə iş üçün müraciət edirsinizsə, bir çox hallarda, məs, pasportunuzun müddəti, yaxud həmin ölkədə işləmək hüququna malik olub-olmadığınız haqqında məlumat müvafiq ola bilər. Əgər,məs, imtina sertifikatınız yaxud transfer edilə bilən vizalarınız yoxdursa, bu informasiyanı, eynilə bunun kimi, işləmək üçün müraciət etdiyiniz ölkə üçün sürücülük vəsiqəsini də daxil etmək müvafiqdir.
Comments are closed, but trackbacks and pingbacks are open.