Press "Enter" to skip to content

Gəncədəki Butulka ev in sirləri

Evi Gəncə şəhər sakini İbrahim Cəfərov böyük vətən müharibəsində itkin düşən 26 yaşlı qardaşı Yusifin xatirəsini əbədiləşdirmək fikri ilə inşa edib. İxtisasca mühəndis olan və şəhər körpü-tikinti idarəsində işləyən İ.Cəfərov böyük zəhmət hesabına olsa da, həm doğma qardaşının xatirəsini əbədiləşdirib, həm də hər kəsin marağına səbəb ola biləcək yaşayış binası tikib.

“Bayraqdar”ın sirləri necə qorunur? – Hərbi ekspert

Bu yaxınlarda xəbər yayıldı ki, Ukraynada bir zabit Türkiyə istehsalı olan “Bayraqdar TB12″ PUA-sının sirlərini Rusiyaya ötürdüyü üçün yaxalanıb. Günahı sübuta yetirilsə, onu “Vətənə xəyanət” maddəsi ilə ölüm cəzası gözləyir.

Maraqlıdır, söhbət hansı sirlərdən gedir? Rusiya və ya başqa ölkə, lap elə Ermənistan doğrudanmı bunun əsasında “Bayraqdar”ın analoqunu yarada bilər?

Axar.az xəbər verir ki, hərbi ekspert Ramil Məmmədli Musavat.com-a açıqlamasında bu cür əməllərin sənaye casusluğu olduğunu bildirib:

“Dünyada qəbul olunmuş belə bir termin var. Ukraynada baş verən sənaye casusluğu hadisəsi təkcə Türkiyəni deyil, əslində bir çox ölkələri narahat etdi, o cümlədən Azərbaycanda da narahatlıqla qarşılandı. Azərbaycan da son illər öz ordusunu müasir texnologiyalarla, xüsusən də Türkiyədən aldığı ”Bayraqdar TB12″ PUA-sı ilə gücləndirdi. Bu texnologiya Azərbaycan ordusunun keçənilki müharibədə imkanlarını bir qədər gücləndirdi.

O ki qaldı həmin PUA-larla bağlı texnoloji informasiyaların, sirlərin əldə olunmasının nələrə gətirib çıxara biləcəyi məsələsinə, istənilən rəqəmsal sistemlə hazırlanan texnolgiyada məxfilik var. Bu sirr həmin məhsulu hazırlayan şirkətə məxsusdur. Əgər həmin sirr yayılarsa, əlbəttə ki, məhsulun alternativinin istehsal olunması baş verə bilər. Analoq məsələsinə gəlincə, dünyanın bir çox ölkəsi, o cümlədən Rusiya və Ermənistan da pilotsuz uçuş aparatlarının yaradılması işləri ilə bağlı müəyyən layihələr həyata keçirir. Bu gün də həmin istiqamətdə müəyyən işlər gedir. Hər iki ölkə müasir PUA-nın yaradılması ilə məşğul olur. Sənaye casuslarının əli ilə əldə olunan informasiyalar isə işi daha da sürətləndirə bilər. Dünyada buna bənzər hadisələr çox olub. Məsələn, SSRİ Dərin Dəniz Özülləri Zavodunun konstruksiyasının nəzəri-elmi bazasını Amerikadan sənaye casusluğu yolu əldə edərək onun Azərbaycanda inşa olunmasına nail olmuşdu”.

O ki qaldı sənaye casusluğu kimi hadisələrin baş verməməsi üçün hansı tədbirlər görülə bilər məsələsinə, ekspert qeyd etdi ki, müdafiə sənayesi qurumlarında fəaliyyət göstərən xüsusi xidmət orqanlarının bölmələri tərəfindən, həmçinin vətəndaş mövqeyindən çıxış eləyən zabitlərin sayəsində belə halların qarşısı alına bilər: “Ümumiyyətlə, belə bir halın baş verməməsi üçün yəqin ki, həm qardaş Türkiyə, həm də Azərbaycan sığortalayıcı ön tədbirlər görür və daha da ciddi tədbirlər görülməlidir”.

Gəncədəki “Butulka ev”in sirləri

Gəncə şəhərinin Hüseyn Cavid və Qəmbər Hüseynli küçələrinin kəsişməsində yerləşən evin tikintisində 48 min butulkadan istifadə edilib.

Seyyah.az turizm portalı xəbər verir ki, “butulkalı ev” kimi tanınan, şəhərə gələn turistlərin diqqətini çəkən bu tikili 1966-cı ildə tikilib.

Evi Gəncə şəhər sakini İbrahim Cəfərov böyük vətən müharibəsində itkin düşən 26 yaşlı qardaşı Yusifin xatirəsini əbədiləşdirmək fikri ilə inşa edib. İxtisasca mühəndis olan və şəhər körpü-tikinti idarəsində işləyən İ.Cəfərov böyük zəhmət hesabına olsa da, həm doğma qardaşının xatirəsini əbədiləşdirib, həm də hər kəsin marağına səbəb ola biləcək yaşayış binası tikib.

Evin birinci mərtəbəsi 1952-ci ildə çay daşı və bişmiş qırmızı kərpicdən inşa olunub. Lakin, mühəndis ikinci mərtəbənin inşasında qeyri-ənənəvi tikinti materiallarından istifadə etməklə, insanların memarlıq zövqünü oxşayan və şəhərin bütün yaşayış tikililərindən fərqlənən bənzərsiz sənət əsəri yaradıb.

İ.Cəfərov evin inşasında 48 min ədəd müxtəlif ölçülü və rəngli butulkadan, Qara dəniz sahillərindən toplanılan balıqqulaqlarından, Soçi şəhərindən gətirilən xırda rəngli daşlardan, əlvan şüşələrdən, kiçik güzgülərdən istifadə edib.

Binanın fasadı, eyvan və tavanındak müxtəlif rəsmlər, eləcə də İbrahimin və qardaşı Yusifin hərbi geyimdə olan portreti vaxtilə həmin məhəllədə yaşayan rəssam Nazim Məmmədov tərəfindən çəkilib. Binanın arxa divarına butulkalarla işlənən “Moskva 80” yazısı göstərir ki, memar “butulkalı ev”in ikinci mərtəbəsinə sonradan bir sıra əlavələr edib.

İ.Cəfərovun nəvəsinin sözlərinə görə, o vaxt bu evə Azərbaycanın tanınmış insanları gəlib. Hətta indi də bir çox ölkədən gələn turistlər bura baş çəkirlər.

“Butulkalı ev”də diqqət çəkən məqamlardan biri də odur ki, memar tərəfindən fasadın yuxarısında, arxa və yan divarlarında butulkalarla “Gəncə” sözü işlənib. Baxmayaraq ki, Gəncə şəhərinin adı 1935-ci ildə sovet hökuməti tərəfindən dəyişdirilərək Kirovabad adlandırılırdı. Şəhərin tarixi adı isə yalnız 1989-cu ildə özünə qaytarılıb.

Comments are closed, but trackbacks and pingbacks are open.