Press "Enter" to skip to content

Təmir: Windows 10 axtarış qutusuna yaza bilmir

Windows 10-a yüksəldikdən sonra tapşırıq panelindəki axtarış qutusu işləyirdi. Bir neçə gün sonra o qutuda bir şey axtarmaq mümkün olmadığını gördüm. Bunu həll etmisinizsə və ya necə həll edəcəyinizi bilirsinizsə, axtarış qutusuna etibar etdiyim üçün məlumatlarınızı paylaşın.

Windows Təmir Alətlər qutusuna ümumi baxış

Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 28-02-1999, Nəşr nömrəsi: 02)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Ədliyyə Nazirliyi qeydə

Qeydiyyat nömrəsi 138

tarix 21.X11. 1998-ci il

Əmək və Əhalinin Sosial

Kollegiyasının 27-7 nömrəli

“12” dekabr 1998-ci il tarixli

qərarı ilə təsdiq edilmişdir.

Kompüterlərə xidmət edən heyətlərin əmək mühafizəsi üzrə təlimatları

ÜMUMİ MÜDDƏALAR

1.1. Təlimat elektromaqnit şüaları yaradan kompüterlərin quraşdırılması, istismarı və sökülməsi ilə məşğul olan elektronçu, operator onların cari təmiri ilə məşğul olan mexaniklər üçün, eləcə də kompüterlərin elektrik qurğularını təmir edən operativ-təmir heyətlərinə aid olub əməyin mühafizəsini təmin edən tələbləri əhatə edir.

1.2. Bu təlimatın tələbləri elektronit şüaları yaradan kompüterləri istismar edən müəssisə və təşkilatlarda çalışan elektronçular, operatorlar, mexaniklər və operativ-təmir heyətləri üçün məcburidir.

1.3. Bu təlimatda kompüterləri istismar edən elektronçular, operatorlar, kompüterləri cari təmir edən mexaniklər və onların elektrik qurğularını təmir edən operativ-təmir heyətləri üçün spesifik təhlükəsizlik tələbləri verilmişdir.

1.4. Kompüterləri istismar etməyə, cari təmir və onların elektrik qurğularını operativ təmir etməyə yaşı 18-dən az olmayan, tibbi müayinədən keçmiş, sağlam, elektrik avadanlıqlarının təhlükəsizlik texnikası qaydaları üzrə tərtib və təsdiq olunmuş proqramlar əsasında peşə təlimi keçmiş və biliyinin yoxlanması nəticəsində məqbul qiymət almış şəxslər (elektronçular, operatorlar, mexaniklər və operativ-təmir heyətləri) işə götürənlərin əmrləri ilə təyin olunurlar.

1.5. Kompüter və elektron hesablayıcı mərkəzlərində çalışan elektronçuların, operatorların işlərinin xüsusiyyəti:

– idarəetmə məntəqəsində istehsalat təlimatlarına əsasən kompüter və elektron hesablama mərkəzlərində məlumatın emalı prosesinin aparılması;

– məlumatın texniki məlumat daşıyıcıları və rabitə kanalları ilə kompüter və elektron hesablayıcı mərkəzlərinə verilməsi və oradan çıxarılması;

– kompüter və maşından sonrakı əməliyyatlar sonrakı əməliyyatlar üçün alınan hesabat göstəricilərinin rabitə kanalı ilə verilməsi;

– mühəndis konstruktor hesabı ilə hesablanmış məlumat göstəricilərinin cəmlənməsi yolu ilə ilkin sənədlərin müxtəlif tipli maşınlarda və kompüterlərdə emalı.

1.6. Elektronçular, operatorlar bilməlidirlər:

– kompüterlərin və elektron hesablama maşınlarının texniki istismar qaydalarını;

– məlumatın emalı üçün işçi təlimatlar və başqa buna bərabər materialları;

– məlumatın texniki daşıyıcılarını tətbiq olunan kodları, iş vaxtını kompüter və elektron hesablama maşınlarının dayanmalarını aşkar etmək üçün çıxış cədvəlinini quruluşunu;

– xırda təmir işlərini.

1.7. Elektromaqnit şüaları yaradan kompüterləri istismar edən elektronçular, operatorlar, onları cari təmir edən mexaniklər, eləcə də kompüterlərin elektrik qurğularını təmir edən operativ təmir heyətləri işə qəbul edilərkən tibbi müayinədən keçməli və sonra Səhiyyə Nazirliyininin sərəncamına müvafiq dövrü olaraq müayinədən keçməlidirlər.

1.8. Xidmət heyətlərinə ( elektronçular, operatorlar, mexaniklər və operativ-təmir heyətləri) xüsusi geyimlər verməzdən əvvəl, cavabdeh iş icraçıları onları bu geyimlərdən düzgün istifadə etmələrini öyrətməlidir.

1.9. Elektromaqnit şüaları yaradan kompüterlərə xidmət edən cavabdeh iş icraçısı aşağıdakı tələbləri yerinə yetirməyə borcludur:

– elektronçular, operatorlar, mexaniklər və operativ-təmir heyətlərinin istifadə etdikləri alətlər saz olmalı və yalnız öz təyinatı üzrə istifadə olunmalıdır;

– xüsusi geyimlər, başmaqlar və digər fərdi mühafizə vasitələri vaxtında verilməlidir, keyfiyyəti yüksək və müvafiq ölçüdə olmalıdır;

– mühafizə vasitələri və qoruyucu tərtibatlar saz olmalı və yalnız öz təyinatı üzrə istifadə olunmalıdırlar.

1.10. İşə başlamazdan əvvəl istismarda olan kompüterlərə xidmət edən elektronçular, operatorlar, mexaniklər və operativ-təmir heyətləri torpaqlama (sıfırlaşdırma) naqillərinin sazlığını yoxlamalıdırlar.

1.11. Kompüterlər gərginliyi 220 V olan elektrik şəbəkəsindən qidalanmalıdır.

İş zamanı aşağıda qeyd olunan ehtiyat tədbirləri gözlənilməlidir:

– kompüterlərə ancaq idarəetmə məntəqəsindən xidmət edilməlidir;

– təmirdə olan (sökülən, açılan) elektrik qurğularına yaxınlaşmaq, əl vurmaq qadağandır.

1.12. Kompüter zalına iş vaxtında, ancaq verilən xüsusi geyimdə (ağ xələt və başmaqda) daxil olmağa icazə verilir.

1.13. Elektron hesablayıcı və kompüter mərkəzlərində çalışan mexaniklərin işlərinin xüsusiyyətləri:

– elektron hesablayıcı və kompüter mərkəzlərinin quraşdırılması, sazlanması və sınağı üzrə mürəkkəb işlərinin cizgi və sxemlərinə əsasən yerinə yetirilməsi;

– mexaniki və elektrik avadanlıqlarının quraşdırılması, nizamlanması və təmiri;

– elektron hesablayıcı və kompüter mərkəzlərinin elektrik sxemlərinin və daha mürəkkəb cizgilərinin oxunması.

1.14. Mexaniklər bilməlidir:

– elektron hesablayıcı və kompüter mərkəzlərinin mexaniki və elektrik avadanlaqlarının quraşdırılması, təmiri və sınağının və texniki şərtlərinin, elektrik mühərrikləri və sabit cərəyan generatorlarının quruluşunu və iş prinsipini;

– elektron texnikasının əsaslarını;

– idarəetmə məntəqəsinin prinsipial sxemini və s.

1.15. Kompüterlərə xidmət edən operativ-təmir heyəti öz işlərində “Elektrik qurğularının texniki istismar qaydalarının” və “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarının” və hazırki təminatın tələblərinə ciddi riayət etməlidir.

1.16. Elektriklə işləyən aqreqatları şəbəkəyə qoşan və oradan, eləcə də elektrik alətləri ilə işləyən heyət müvafiq elektrik təhlükəsizliyindən təlimatlandırılma keçməli, bunun nəticəsində onlara elektrik təhlükəsizliyi üzrə ən azı 3 dərəcə peşə qurupu verilməlidir.

1.17. Kompüterlə iş yerinə yetirilərkən elektronçular, operatorlar, mexaniklər və operativ təmir heyətləri, bədbəxt hadisələr zamanı onlara ilk yardım etmə qaydaları və üsullarını bilməlidirlər və təcrübi olaraq tətbiq etməyi bacarmalıdırlar.

1.18. Şahid (imkan daxilində zədə alanın özü) baş vermiş bədbəxt hadisənin məğzini iş rəhbərinə dərhal məlumat verməlidir,

1.19. Hazırkı təlimatın tələbləri yerinə yetirilmirsə, iş icraçısı və elektronçu, operatorlar, mexaniklər və operativ-təmir heyətləri məsuliyyətə cəlb olunmalıdırlar.

2. İŞ YERLƏRİNİN VƏ AVADANLIQLARIN İSTİSMARA HAZIRLAMA

İŞLƏRİNİ TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ

2.1. İşə başlamazdan əvvəl elektronçular, operatorlar, mexaniklər və operativ-təmir heyətləri aşağıdakıları yoxlamalıdırlar:

– iş yerinin vəziyyətini;

– avadanlıqların, mexanizmlərin, alətlərin, tərtibatların, quruluşların, fərdi mühafizə vasitələrinin sazlığını.

Nasazlıqlar aşkar olunan hallarda onların ləğv olunması üçün tədbirlər yerinə yetirilməlidir.

Yuxarıda göstərilən işlərin yerinə yetirilməsinə iş icraçıları və vəzifəli şəxslər cavabdehlər.

2.2. İş yerlərini texniki normalara, əmək mühafizəsi və istehsalat sanitariyası tələblərinə müvafiq olaraq qəbul etmək lazımdır.

2.3. Bilavasitə işə başlamazdan, əvvəl bu işlərin yerinə yetirilməsinə cavabdeh şəxs, işlərin təhlükəsiz yerinə yetirilməsi üçün xidmət heyətlərini təlimatlandırılmalı və iş yerində təlimatlandırılmanın qeydiyyatı jurnalında müvafiq yazılar yazmalıdır.

2.4. Mühafizə vasitələrini dielektrik əlcəkləri, qaloşları, rezin xalçaları, hazırlamaları və plakatları yoxlamalıdır.

2.5. Əl alətlərinin sazlığını yoxlamalı və onları təhlükəsiz istifadə etmək üçün münasib yerlərdə yerləşdirməlidir.

2.6. Xüsusi geyimləri qaydaya salmalı, paltarı geydikdən sonra, üst-başını düzəltməli, qollarını düymələməli, baş geyimini geyib tükləri(saçları) onun altına yerləşdirməlidir.

2.7. Əllərin, paltarların və başmaqların həmişə quru və təmiz olmasına diqqət yetirməli və yadda saxlamaq lazımdır ki, Siz elektrik cərəyanı ilə işləyirsiniz!

3. İŞLƏRİ YERİNƏ YETİRƏRKƏN TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ

3.1. Kompüterləri yalnız mühəndis xidməti idarə etmə məntəqəsindən şəbəkəyə qoşmaq və şəbəkədən ayırmağa elektronçuya və operatora icazə verilir.

3.2. Təmirdə olan kompüterləri növbətçi elektronçunun və ya növbə rəisinin razılığı olmadan onları şəbəkəyə qoşmağa icazə verilmir.

3.3. Elektronçular nasaz kompüterləri şəbəkədən ayırmalı və onlarda baxışlar keçirilməsini təşkil etməlidir.

3.4. Operatorların iş yerində lazımsız əşyaların toplanmasına icazə verilmir.

İş yerində ancaq, işə lazım olan əşyaların olması məsləhətdir.

3.5. Kompüterlərə xidmət edən elektronçular elektrik təhlükəsizliyi üzrə təşkilatı-texniki tədbirlər həyata keçirilməlidir.

3.6. Elektronçular qəza halını ləğv etmək üçün təhlükəli sahəni elektrik şəbəkəsindən (cərəyandan) ayırıb, çəpərləməli və çəpərin üzərindən xəbərdar edici plakat asmalı “QOŞMAYIN adamlar işləyir”. Olan hadisə barəsində isə növbə rəisini dərhal xəbərdar etməlidir.

3.7. Kompüterdə iş yerinə yetirən operatorların iş və istirahət rejimləri görüləsi işin xarakterindən asılıdır:

proqramların redaktə olunması, dəlillərin kompüterə köçürülməsi, ekranda məlumatların oxunması və s. Bu zaman videodispleyi texnikası, kompüterlə işlərkən 8 saatlıq iş günü ərzində işləmə vaxtı 4 saatdan çox olmamalıdır.

Onlar hər saatdan bir on dəqiqəlik fasilə etməlidirlər, ancaq 2 saatdan sonra isə 15 dəqiqə fasilə etməlidirlər.

3.8. Kompüterlərdə işlərkən o cümlədən displeylərdən istifadə edərkən elektronçuların və operatorların yorğunluqlarını və gərginliklərinin yaranmasının qarşısının alınması məqsədilə, fasilələr zamanı kompleks idman məşğələləri yerinə yetirmək (bax: əlavə 1) lazımdır.

3.9. Əgər görülən işlər dinamiki rejimində həyata keçirilərsə:

– fırlanan və hərəkətdə olan hissələrə əllərin toxunması və başqa əşyaların düşməməsi üçün ehtiyyat tədbirlər görmək lazımdır;

– yanğın qorxulu vasitələrin (benzin, spirt və s.) hərəkətdə olan yerlərdən, istilik mənbələrindən və eləcə də ümumi iş yerlərindən uzaqda yerləşdirmək lazımdır;

– elektrik intiqalından istifadə edərək görülən işlərdə fəhlələrin sayı iki nəfərdən az olmamalıdır.

3.10. İş yerlərinin işə lazım olmayan materiallarla tutulmamasına diqqət yetirilməlidir.

4. TEXNOLOJİ ƏMƏLİYYATLARI YERİNƏ YETİRƏRKƏN TƏhLÜKƏSİZLİK TƏLƏBLƏRİ (ELEKTRİK QURĞULARININ İŞ PROSESİ)

4.1. Kompüterlərin avadanlıqları torpaqlama və sıfırlaşdırma və eləcə də elektrik naqillərini EQQ-elektrik qurğuları qaydaları və “Elektrik qurğuları quruluşlarının elektrik şəbəkələrinin torpaqlanması və sıfırlaşdırma təlimatlarının” tələblərinə müvafiq yerinə yetirilməlidir.

4.2. Otaqlarda yerləşdirilmiş sabit və dəyişən cərəyanla işləyən bütün elektrik avadanlıqlarının gövdələri torpaqlanmalıdır və sıfırlanmalıdır.

4.3. Elektrik qurğularını metal konstruksiya üzərində yerləşdirilərkən torpaqlama naqillərini və sıfırlaşdırma mühafizə naqillərini bilavasitə elektrik avadanlıqlarının gövdələrindəki torpaqlama kontaktlarına və ya sıfırlaşdırma girişinə birləşdirmək lazımdır.

4.4. Torpaqlama və ya sıfırlaşma mühafizəsi naqilləri kimi bu məqsəd üçün hazırlanmış xüsusi naqillərdən istifadə olunmalıdır.

4.5. Sıfırlanma yerinə yetirilməlidir:

– uçfazalı şəbəkələrdə sıfır mühafizə dördüncü naqilinin köməkliyi ilə;

– təkfazalı və ikifazalı, ikinaqilli güc şəbəkəsindən sıfır mühafizə uçüncü naqilin köməkliyi ilə;

– təkfazalı ikinaqilli işıqlanma şəbəkələrində işçi naqilin köməkliyi ilə;

– ikinaqilli daimi cərəyan şəbəkələrində torpaqlayıcı uçüncü naqillərin köməkliyi ilə.

4.6. Kompüter mərkəzinin operativ təmir heyəti onlara tapşırılan sahələrdə yerləşən elektrik avadanlıqlarına baş çəkməli və baxmalar təşkil etməlidirlər.

Baş çəkmələr və baxmalar zamanı avadanlıqların iş rejimlərini, avadanlıqların gövdələrinin qabıqlarının təmizliyi və qızmasını, çatlar baş verməsini, yanma iyini, kontaktların kabellə birləşdiyi yerdə qızmasını və torpaqlanma naqillərinin sazlığını yoxlayırlar.

4.7. Baş çəkmələr və baxmalar nəticəsində elektrik avadanlıqlarında nasazlıqlar aşkar olunanda özünün bilavasitə rəisinə xəbər verməli, o isə öz növbəsində lazımi işlərin yerinə yetirilməsinə sərəncam verdikdən sonra “Əməyin mühafizəsinin vəziyyətinin yoxlanılması” jurnalına müvafiq yazılar yazmalıdır.

4.8. Elektrik qurğusunda iş görməzdən əvvəl iş yerlərini hazırlamaq lazımdır:

– ayaq altında və keçidlərdə lazımsız əşyaları yığışdırmalı;

– iş yerlərinin lazımi qaydada işıqlandırılmasını təmin etməli; yadda saxlamaq lazımdır ki, közərmə lampalarında gərginlik 220 V-dan çox olmamalı, insan üçün təhlükəsiz cərəyanın təhlükəli otaqlarda gərginliyi 42V, çox təhlükəli otaqlarda 36V və yüksək təhlükəli otaqlarda isə 12V qəbul olunmuşdur.

4.9. Elektrik qurğusunda hər hansı bir iş yerinə yetirilərkən qurğunun cərəyan keçirən hissələrindən əllə işləyən kommutasiya aparatları ayırmaqla cərəyanı kəsmək lazımdır.

Əgər elektrik sxemində qoruyucu nəzər alınmayıbsa axırıncını da açmaq lazımdır.

Uzaqdan idarəetmə sistemlərində cərəyanı, kommutasiya aparatlarını açmaqla yerinə yetirilməsinə icazə verilir. İş yerinə yaxın cərəyan keçən hissələrə gözlənilmədən toxunmamaq üçün oradan cərəyanı kəsmək lazımdır və ya o yerlər izolyasiya materiallarından hazırlanmış örtüklərlə örtülməlidir.

4.10. Kommutasiya aparatları iş yerini hazırlarkən cərəyandan ayrılıbsa, onun üzərinə “Qoşmayın adamlar işləyir” sözləri yazılmış plakatlar asılmalıdır.

4.11. İş görülən yerlərdə elektrik qurğusunu şəbəkədən ayırdıqdan sonra cərəyanın olub-olmamasını yoxlamaq lazımdır.

Bu iki qütbü olan zavodda hazırlanan gərginlik göstərənlə yerinə yetirilməlidir. Nominal gərginlikli voltmetrdən də istifadə etməyə də icazə verilir.

4.12. Cərəyandan ayrılmış elektrik qurğusunda gərginliyi yoxlamazdan əvvəl göstəricinin və ya voltmetrin sazlığını yoxlamaq lazımdır.

4.13. Nəzarət lampası ilə gərginliyin olmasını yoxlamaq qadağandır.

4.14. Cərəyandan ayrılmış elektrik qurğusunda gərginliyin yoxluğunu fazalar arasında eləcə də faza və avadanlığın gövdəsinin torpaqlanması sistemi ilə və ya torpaqlama naqilləri ilə yoxlanmalıdır.

5. Kompüter mərkəzinin elektrik qurğularına xidmət edən operativ-təmir heyətinin görəsi işlərə olan tələblər.

5.1. Cari istismar işlərini tək yerinə yetirən şəxsin elektrik təhlükəsizliyi üzrə ən azı 3 dərəcə peşə qrupu olmalıdır.

5.2. Cərəyan keçirən hissələri gərginlik altında olan elektrik qurğularını uzaq məsafədən cari istismar etmək üçün onları cərəyandan ayırmadan yerinə yetirməyə icazə verilir:

5.2.1. Dəhlizlərin və xidmət otaqlarının, qapalı bölüşdürmə qurğularının yığışdırılması, o cümlədən rele, ölçü və s. cihazların panellərinə qədər yığışdırılması;

5.2.2. Kamera xaricində və oyuqlara yerləşdirilən lampaların dəyişdirilməsi və işıqlandırma cihazlarının təmiri iş yerinə yetirilən yerlərdə cərəyanı kəsməklə yerinə yetirilməlidir;

5.2.3. Elektrik maşınlarının lövhələrinə baxmalar, onların dəyişdirilməsi və s;

5.2.4. Avadanlıqların qabığında və örtüyündə yazıların bərpa olunması, 1000V-a qədər gərginlik lövhəsi və qapalı bölüşdürmə şkaflarının tozdan və çirkdən təmizlənməsi və s.

5.3. Elektrik qurğularının gərginliyi 1000V-a qədər olduğu halda gərginlikdən azad etməklə cari istismar yerinə yetirmək olar:

5.3.1. Maqnitli işə salma quruluşu, işə salma düyməsi, avtomatik (qoşucular) elektrik açarları, reostotlar, kantaktlar, bunları analoji işə buraxma və kommutasiya aparatları şəbəkələrdən kənarda yerləşmək şərtilə təmir edilməli;

5.3.2. Tək elektrik qəbulediciləri (elektrokalori-ferlər, elektrik mühərrikləri və s.) tök yerləşdirilmiş maqnit stansiyası və idarəetmə bloklarının təmiri;

5.3.3. Şkafın, şəbəkənin və bölüşdürücü qurğunu cərəyandan azad etdikdə və mühafizə ediciləri dəyişdirərkən;

5.3.4. Xarici və daxili işıqlanma qurğularına, eləcə də nominal 20A cərəyanlı mühafizə aparatlarının qrup xəttinə qoşulan elektrik qəbuledicilərə xidmət etmə.

Yuxarıda deyilən işləri xüsusi təyin olunmuş heyət yerinə yetirir və bu işlərin başlanmasını və sonunu öz rəisinə xəbər verməli və ondan da vaxtında lazımi göstəriş almalıdır.

6. 1000V-A QƏDƏR GƏRGİNLİKLƏ İŞLƏYƏN ELEKTRİK QURĞUSUNDA

YAZILI SƏRƏNCAMLARLA GÖRÜLƏSİ İŞLƏRİN “SƏRƏNCAM VERMƏKLƏ

GÖRÜLƏN İŞLƏRİN YERİNƏ YETİRİLMƏSİ” JURNALINDA

RƏSMİLƏŞDİRİLMƏSİNƏ OLAN TƏLƏBLƏR

6.1. Bölüşdürücü şkafda, elektrik şəbəkələrində və bölüşdürücü qurğularda aparılan işlər:

6.1.1. Şinlərin ayrılması və ya kabellərin, naqillərin uclarının açılması;

6.1.2. Şinlərdə, kommutasiya aparatlarında və ya elektrik avadanlıqlarının kontaktlarının dartılması və təmizlənməsi;

6.1.3. Avtomatların, açarların, qoruyucuların təftiş və təmir olunması.

6.2. Transformatorlarda, düzləndiricilərdən, stablizatorlarda, elektrik mühərriklərində yerinə yetirilən işlər ən təhlükəli hesab edilir.

6.3. Mühafizə vasitələrindən istifadə etməklə (dielektrik əlcəklər, kəlbətinlər və rezin əlcəklər) şinlərdəki cərəyanı kəsmədən qoruyucuların dəyişdirilməsinə icazə verilir.

Bütün yuxarıda göstərilən işləri ən azı iki nəfər yerinə yetirməlidir. Bunlardan birinin elektrik təhlükəsizliyi üzrə ən azı 3 dərəcə peşə qrupu, ikincisinin isə 2 dərəcəli peşə qrupu olmalıdır.

7. QƏZA HALINDA OLAN İŞLƏRƏ TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ

7.1. Elektronçular, operatorlar qəza halları baş verərkən (tüstü iyi , alışmalar və s.) bütün işləyən kompüterləri şəbəkədən ayırmalı, fərdi yanğınsöndürmə vasitələrindən istifadə etməklə qəzanı ləğv etməlidirlər və əgər lazım gələrsə, yanğınsöndürmə xidmətini köməyə çağırmaq lazımdır. Olmuş hadisə barəsində öz rəislərini mütləq xəbərdar etməlidirlər.

7.2. Qəzanın ləğvi ilə əlaqəsi olmayan işçiləri təhlükəli zonadan çıxarmalıdırlar.

7.3. Əgər ciddi qəza halı baş veribsə, təcili olaraq bilavasitə rəhbərliyə xəbər verməli, yanğın söndürmə hissəsini və tibbi yardım çağırmalı və yanğınsöndürmə işlərində xəsarət alanlara ilk yardım işlərini təşkil etməli.

7.4. Odsöndürmə vasitələrindən istifadə edərkən (karbon turşulu odsöndürənlər OU-2 və tozvari odsöndürənlər OP-2 və s.) elektronçular, operatorlar, mexaniklər öz fərdi təhlükəsizliyini gözləməlidirlər.

8. TAMAMLANMIŞ İŞLƏRƏ OLAN TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ

8.1. Kompüter mərkəzində çalışan elektronçu, operator, mexanik və operativ təmir heyəti öz müvafiq işlərini qurtardıqdan sonra bilavasitə öz rəisinə və ya növbə rəisinə bu barədə xəbər verməlidirlər.

8.2. İş qurtardıqdan sonra istifadə olunan alətləri sahmana salıb yığışdırmalı, iş yerini istehsalat zir-zibilindən təmizləməlidirlər.

8.3. İş yerləri əməyin mühafizəsi və istehsalat sanitariyası tələblərinə müvafiq olaraq növbəyə gələnlərə təhvil verilməlidir.

8.4. İşin qurtarıldığına əmin olduqdan sonra kompüterləri elektrik şəbəkəsindən ayırmaq lazımdır.

8.5. Kompüter zalından çıxarkən işıqlandırma sistemini şəbəkədən ayırmaq lazımdır.

Təmir: Windows 10 axtarış qutusuna yaza bilmir

Bəzən Windows 10 axtarış qutusu işləməyə bilər. Bir neçə istifadəçi Windows 10-un Microsoft Community-də axtarış qutusu problemini yaza bilməyəcəyini bildirdi.

Windows 10-a yüksəldikdən sonra tapşırıq panelindəki axtarış qutusu işləyirdi. Bir neçə gün sonra o qutuda bir şey axtarmaq mümkün olmadığını gördüm. Bunu həll etmisinizsə və ya necə həll edəcəyinizi bilirsinizsə, axtarış qutusuna etibar etdiyim üçün məlumatlarınızı paylaşın.

Bu problem sizi də narahat edirsə, Windows 10 axtarış çubuğunun işləmədiyini necə düzəldəcəyinizə baxın.

Windows 10-da axtarış qutusuna yazı yaza bilmirəmsə, bunu necə edə bilərəm?

1. PowerShell əmrindən istifadə edin

  1. Siçanın sağ düyməsini Mən başlayıram.
  2. basın Windows PowerShell (administrator) seçim
  3. PowerShell pəncərəsində aşağıdakı əmri yazın və əmri işə salmaq üçün Enter düyməsini basın.
  4. Get-AppXPackage -Bütün İstifadəçilər | Harada-obyekt | Foreach
  5. Komanda işlədikdən sonra PowerShell pəncərəsini bağlayın.
  6. Windows Tipi düyməsini basın və axtarış çubuğunda hər hansı bir açar söz axtarmağa çalışın.

Problem davam edərsə, aşağıdakı PowerShell əmrini sınayın.

  1. Düyməsini sağ vurun tapşırıq çubuğu və seçin Tapşırıq meneceri
  2. basın Arxiv və seçin Yeni bir tapşırıq başladın.
  3. At qaç Qutunu yoxlayınbu tapşırığı inzibati imtiyazlarla yaradınSeçim
  4. Xeyirxah Qabıq sapı və basın TAMAM.
  5. PowerShell pəncərəsində aşağıdakı əmri yazın və Enter düyməsini basın:
    1. $ manifest = (Get-AppxPackage Microsoft.WindowsStore) .InstallLocation + “AppxManifest.xml”; Add-AppxPackage -DisableDevelopmentMode -Reistist $ manifest

    2. Alternativ bir istifadəçi giriş sənədini çalıştırın

    1. Açıq Fayl brauzeri və aşağıdakı yerə gedin:C: Windows sistemi 32
    2. Kataloqun içərisinə baxın ctfmon.exe.
    3. Siçanın sağ düyməsini ctfmon.exe və basın Açın.
    4. Fayl menecerini bağlayın.
    5. Axtarış çubuğuna bir şey yazın və təkmilləşdirmələrə baxın.

    Problem hər yenidən başladan sonra təkrarlanırsa, işləyən bir tapşırıq yaratmaq lazım ola bilər ctfmon.exe yenidən başladan sonra avtomatik olaraq.

    3. Xüsusi bir fayl tapan / axtarış proqramından istifadə edin

    Bu səhvlərdən qaçınmaq üçün ən asan həll yollarından biri, xüsusən də PC’nizdə çox sürətli bir şey tapmaq lazım olduğunda, üçüncü tərəf fayl axtarış proqramının PC’nizdə qurulmasıdır.

    Bazar lideri Copernic Desktop-dan araşdırma etməyinizi tövsiyə edirik. Bu proqram axtarış əmrini icra edərkən bir indeks yaradaraq fayl və qovluqlarınızı axtarmağa imkan verəcəkdir.

    Proqram pulsuz olaraq mövcuddur, lakin 100-dən çox növ fayllara icazə vermir. 100+ tədqiqat faylı növünə daxil olmayan xüsusi proqram uzantıları olan vacib sənədləri itirmisinizsə, pullu bir lisenziya almalısınız.

    Qiymətdən narahat olmağınız lazım deyil, çünki o qədər də yüksək deyil: illik ödənişli versiya $ 14.99-dan başlayaraq.

    4. Cortana prosesini yenidən başladın.

    1. Problem davam edərsə, axtarış çubuğunda Cortana prosesini yenidən başlatmağa çalışın.
    2. Tapşırıq çubuğuna sağ vurun və açın Tapşırıq meneceri
    3. Kataloqdakı Cortana prosesini tapın Proses nişanı seçin və seçin.
    4. düyməsini vurun Son tapşırıq prosesi öldürmək üçün düyməni basın.
    5. Cortana prosesini yenidən başlatmaq üçün yenidən axtarış panelini bağlayın və vurun.

    6. File Explorer-i yenidən başladın

    1. Fayl Gezgini’ni yenidən başlataraq problemi də düzəldə bilərsiniz.
    2. Tapşırıq menecerini tapşırıq çubuğunda açın.
    3. Tapmaq Windows Explorer proses nişanında. Seçin və vurun Yenidən başlamaq.
    4. Windows 10-un axtarış qutusu problemini yaza bilməyəcəyinə əmin olun.

    Tez-tez verilən suallar: Windows 10-da axtarış funksiyası haqqında daha çox məlumat əldə edin

    Bəzən axtarış çubuğu bir çox menyu və alt menyudan keçmək əvəzinə Windows-a daxil olmağa imkan verən iş məhsuldarlığını artıra bilər.

    Gizli olaraq işarələnmiş fayl və qovluqlar, bunun üçün xüsusi olaraq qurmadığınız təqdirdə axtarış nəticələrində görünməyəcəkdir. Bu, Windows-un vacib sistem fayllarını təsadüfən tapmağınızı və silmənizi qarşısını almaq üçün istifadə etdiyi uğursuz bir xüsusiyyətdir.

    Fayl indeksləşdirilməsini aktivləşdirmək axtarışınızı xeyli sürətləndirəcək, lakin diskdə çox yer tutacaq və eyni zamanda kompüterinizin ümumi performansını azalda bilər.

    Bu təlimatda göstərilən addımları izləyərək axtarış qutusunun tam funksionallığını yenidən əldə edə bilərsiniz. Bu, Windows 10 sisteminizdə istədiyiniz hər hansı bir faylı və ya qovluğu axtarmağa imkan verəcəkdir.

    Xahiş edirəm yuxarıda göstərilən addımlardan hansının aşağıdakı şərh hissəsində bir mesaj qoyaraq sizə ən çox kömək etdiyini deyin.

    Qeyd redaktorundan: Bu yazı əvvəlcə 2019-cu ilin sentyabrında yayımlandı və bu günə qədər dəqiqlik, dəqiqlik və tamlıq təmin etmək üçün 2020-ci ilin aprelində yeniləndi və yeniləndi.

Comments are closed, but trackbacks and pingbacks are open.