Press "Enter" to skip to content

Google Chrome”dan kritik “Windows 7” və Windows 8.1 xəbərdarlığı

Day.Az Trend-ə istinadən xəbər verir ki,”Microsoft”un illərdir həyata keçirdiyi “Windows 10” və “Windows 11″ə keçid təzyiqi indi “Google Chrome”dan gəlir.

Windows və Android, Chrome və Edge-də XƏTA İNTERNET KESİLDİ

Kibertəhlükəsizlik

19.07.2020 PAYLAŞIM

Microsoft şirkətinə məxsus olan Edge brauzeri Chromium bazası ilə yenidən hazırlanmışdı. Son aylar testlərdə yaxşı nəticələr göstərərək istifadəçiləri razı salan yenilənmiş Edge brauzeri Chrome-a ən böyük rəqib olaraq görülür. Bu səfər isə aparılan təhlükəsizlik testlərində yeni brauzer ChromeFirefox-u geridə qoydu.

NSS Labs tərəfindən aparılan təhlükəsizlik testlərində Edge brauzeri Chrome və Firefox-u geridə qoydu.

İstifadəçi məlumatlarının qorunması üçün Microsoft Defender SmartScreen funksiyasını istifadə edən Edge brauzeri bu testlərdə 95.5%-lik bir nəticə ilə testlərdə lider oldu. Google Safe Browsing API istifadə edən Chrome və Firefox isə uyğun olaraq 86.9%85.9%-lik nəticə göstərib. 3-cü tip təhlükəsizlik sistemi istifadə edən Opera isə 79.2%-lik nəticə toplayıb. Beləliklə hal-hazırda brauzerlər arasında hackerlərə qarşı ən güclü qorumanı Edge brauzeri təmin edə bilir. Qeyd edək ki, Microsoft şirkəti Windows 10 əməliyyat sistemində Edge brauzerinin daha yaxşı işləməsi üçün bəzi yeniliklər gətirməyi planlayır.

“Google Chrome”dan kritik “Windows 7” və “Windows 8.1” xəbərdarlığı!

İnternet brauzeri “Google Chrome” “Windows 7” və “Windows 8.1” əməliyyat sistemlərindən istifadə edən kompüterlərdə xəbərdarlıqlar göstərməyə başlayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki,”Microsoft”un illərdir həyata keçirdiyi “Windows 10” və “Windows 11″ə keçid təzyiqi indi “Google Chrome”dan gəlir.

“Windows 7” və ya “Windows 8.1” sahibləri indi “Google Chrome”dan təkmilləşdirmə mesajı alacaqlar. Brauzerin yuxarı hissəsində bildiriş kimi görünən mesajda “Google Chrome” yeniləməsini əldə etmək üçün sizə “Windows 10” və ya daha sonrakı versiya lazımdır. Bu kompüter “Windows 7” ilə işləyir.

Bildirişi silmək üçün klikləsəniz belə, tətbiqi açdığınız zaman yenidən görünəcək. Yeniləmə dəstəyinin gələn il bitəcəyini nəzərə alsaq, “Windows 10” və ya “Windows 11″ə keçmək məsləhət görülür.

“Windows 7” və ya “Windows 8.1″də “Chrome”dan istifadə edə bilərsiniz, lakin yeniləmələri qəbul etməyəcəksiniz.

Yeniləmələri qəbul etməyən proqramlar isə həm təhlükəsizlik boşluqlarına səbəb olacaq, həm də yeni funksiyalardan məhrum olacaqsınız.

Comments are closed, but trackbacks and pingbacks are open.