Press "Enter" to skip to content

Eduard Filippin İrəvan ağrı sı – Xaç atası olmaq istədi, erməni nökərinə çevrildi

Halbuki, ilk baxışdan müsyö Filipp intellektdən və ən başlıcası, təcrübəli siyasətçi üçün labüd şərt sayılan reallıq hissindən xali insan deyil.

Xaç atası

XX əsrin əvvələrindən dünyanın kino mərkəzinə çevrilən Hollivud sonradan “şedevr” adlandırılacaq və kinematoqrafiyanın gələcək inkişafına əsaslı təsir göstərəcək filmlər istehsal etdi. Əvvəla onu qeyd edim ki, şedevr ifadəsi (fr.hərfi mənası “ən yaxşı iş” “zəhmətin zirvəsi”) incəsənətin hər hansı bir sahəsində, o cümlədən kinematoqrafiyada yaradılan ən möhtəşəm, təkrarolunmaz əsərlərə aid edilir. Odur ki, daşıdığı məna şedevr epitetini filmlərə aid etməyi tələb edir. Bu mənada, dünya kinosunda istisna təşkil edənlərin sayı elə də çox deyil. Belə nadir istisnalardan biri də təbii ki, “Xaç atası” filmidir. Ən önəmli kino hadisələrindən biri sayılan bu möhtəşəm sənət əsəri haqqında kinotənqidçilər çox yazıb, fox fikirlər söyləyib. Amma əsl qiyməti tamaşaçı auditoriyası – özü də hələ filmin ekranlara çıxdığı uzaq 1972–ci ildə vermişdi. Belə 6 milyonluq büdcəyə malik olan “Xaç atası” 250 milyon dollar qazanmışdı.

İndi film barədə. Bu sənət əsəri haqqında ilk dəfə eşidən hər bir kəsin özlüyündə bir sıra suallar yaranacaq: filmin yaradılma tarixi, mövzusu, aktyor heyəti barədə ideyaları və s. Və ən əsas sual niyə qeyd-şərtsiz bu filmin şedevr sayılmasıdır. Suallar məlum oldu, indi də cavablar barədə “Xaç atası” film eyniadlı romanın motivləri əsasında çəkilib. Mario Puzonun 1969-cu ildə yazdığı və qısa zamanda bestsellerə çevrilən “Xaç atası” romanında İtaliyanın Siciliya adasından mühacirət edən və Nyu-York şəhərində fəaliyyət göstərən Karleone klanı və onun üzvlərinin həyatı ətraflı şəkildə əks olunub. Bədii əsərin uğuru Hollivud başbilənlərinin diqqətini çəkir. Onlar doğru ehtimal edirlər ki, böyük oxucu kütləsinə malik əsərin ekranlaşdırılması filmin maliyyə uğurunu təmin edəcək. Lakin onlar ehtimal edə bilməzdilər ki, filmin məşhurluğu romanı kölgədə qoyacaq.

Filmin çəkilməsi yolunda atılan ilk addım rejissorun təyin edilməsi olur. Hadisələr İtaliya mafiyasından bəhs edəcəyi üçün rejissor kimi bu mühitə yad olmayan italyan mənşəli bir şəxs seçilməli idi və seçildi də. Bu, böyük perspektiv vəd edən Frensis Ford Koppola idi. Bədii əsərin əsasında filmin ssenarisi işlənərkən Koppola Pyuzo ilə birgə çalışdı və romanın filmə ağırlıq gətirəcək hissələrini ixtisar edərək yeni motivlər əlavə etdi. Məqsəd filmin tamaşaçıya maksimal emosional təsirini təmin etmək idi. Kopolla-Pyuzo tandemi isə bu vəzifənin öhdəsindən maksimum gəldi. Ssenarinin yazılması ilə bərabər rollara aktyorların seçilməsi də davam edirdi. Əslən italyan olan Frensis Koppola filmdə də yalnız italyanların çəkilməsinin tərəfdarı idi. Onun fikrincə, Italyanı yalnız ityalyan oynaya bilərdi. Lakin bu fikir filmi maliyyələşdirən studiya tərəfindən narazılıqla qarşılandı. Onlar tanınmış Amerika aktyorlarının da filmə çəkilməsi ilə daha çox tamaşaçı cəlb etmək fikrində idilər.

Karleoni klanın başçısı don Vito Karleonu (iki əsas roldan biri) roluna məşhur Hollivud ulduzu Marlon Brando seçilir. Onun üç övladı Santino, Frederikovə Maykl rollarına müvafiq olaraq Ceyms Kaan, Con Kazale və Al Paçino dəvət olunur. Maykl obrazı filmin əsas qəhrəmanı hesab olunurdu və studiya bossları bu rolda tanınmış aktyor (onların arasında – Cek Nikolson, Dastin Hoffman, Alen Delon, Robert Redford və s.) görmək istəyirdilər. Yalnız rejissor Frensis Ford Kopollanın buna qəti etirazından sonra Amerikada italyan ailəsində anadan olan və buna qədər yalnız ikinci dərəcəli filmlərdə rol alan Al Paçino dəvət olunur. Filmdə hadisələr 1945-1955-ci illəri əhatə edir.

Ekranlara çıxdığı ilk günlərdən böyük maraqla qarşılanan “Xaç atası” filmi qanqster filmlərin özünəməxsus etalonuna çevrilir. Film həmin il “Oskar” mərasiminin əsas favoriti kimi 11 nominasiya üzrə 3 Oskar əldə etdi. “Ən yaxşı ssenari”, “ən yaxşı aktyor” (Marlon Brando) və ilin “ən yaxşı filmi” nominasiyalarında qalib oldu. “Xaç atası”ndakı dialoqlar, Marlon Brandonun özünəməxsus ustalıqla yaratdı Vito Karleone obrazı və bəstəkar Nino Rotun film üçün bəstələdiyi unudulmaz musiqi filmin şedevr sayılması üçün bəs edəcək atributlardır. Əldə etdiyi uğurların fonunda “Xaç atası”nın 1974 və 1990-cı illərdə növbəti seriyaları çəkilib. Lakin həmin filmlər ilk hissənin əldə etdiyi uğuru təkrarlaya bilmədilər.

Müəllif: Vüqar İSMAYILOV
Mənbə: 525-ci qəzet

UPD.

Mario Puzonun 1969-cu ildə çap olunmuş “Xaç atası” romanı onu bütün dünyada məşhurlaşdırdı. Əslən Siciliyalı olan Vito Korleone klanı haqqında yazılmış bu roman indiyə kimi də mafiya haqqında ən yaxşı əsər sayılır. Onun balaca oğlu Maykl professor olmaq istəyir, lakin şərait elə gətirir ki, atasının varisi olur. İkinci Dünya müharibəsindəki döyüşlərdə bərkimiş, savadlı Maykl Karleone qüdrətli mafiya başçısına çevrilir.

Kitabı Samir BULUT tərcümə edib.
Bakı, Qanun Nəşriyyatı, 2011

Eduard Filippin İrəvan “ağrı”sı – “Xaç atası” olmaq istədi, erməni nökərinə çevrildi

Fransanın Havr şəhərinin meri, ölkənin sabiq baş naziri Eduar Filipp Ermənistandadır.

O, Gorus şəhərinə də baş çəkib və yerli ermənilərin sızlamalarından, deyəsən, o qədər riqqətə gəlib ki, absurd bəyanat verib: “Qarabağlı ermənilərlə görüşmək üçün buradayam. Fikrimcə, BMT Təhlükəsizlik Şurası Azərbaycanın həyata keçirdiyi drama son qoymaq üçün mütləq qətnamə qəbul etməlidir”.

Fransanın dövlət başçısı Emmanuel Makronun yaxın dostlarından biri, 53 yaşlı Eduar Filippin “ermənidən artıq erməni olmaq” adlandıra biləcəyimiz, fransalı siyasətçilər və ictimai xadimlər arasında yayılmış mərəzə mübtəla olması artıq fakt sayıla bilər.

Halbuki, ilk baxışdan müsyö Filipp intellektdən və ən başlıcası, təcrübəli siyasətçi üçün labüd şərt sayılan reallıq hissindən xali insan deyil.

Beşinci Respublikanın sabiq baş naziri usta intriqandır. Çünki Havr şəhərinin meri postundan baş nazir kürsüsünə gedən yolda o, fransızların total çoxluğunun rəğbət bəslədiyi nüfuzlu siyasətçi, Bordo şəhərinin meri Alan Jüppeni arxada qoymağı bacarmış insandır.

Emmanuel Makron təki, Parisdəki nüfuzlu və elitar, Fransda “Sciences Po” kimi tanınan Siyasi Tədqiqatlar İnstitutunu (Institut d’études politiques de Paris) bitirmiş E.Filipp sonradan Makron kimi Milli İdarəetmə Məktəbini də başa vurub.

Məşhur siyasətçi Jülyen Karmonun “zahirən mərkəzçi, batinən isə hiyləgər intriqan və heç bir dəyəri dəyərli saymayan adam” adlandırdığı Filipp 12 il əvvəl Fransadakı erməni icmasının üç təşkilatı ilə “əməkdaşlığa” başlayıb.

Daha sonra isə o, Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının (Conseil de coordination des Organisations Arméniennes de France, CCAF) ən çox “ianə” ünvanladığı üç fransalı siyasətçidən birinə çevrildi.

Fransadakı ermənilərin “Nouvelles d’Armenie” qəzeti E.Filippi son 10 ildə 8 (!) dəfə “Ermənilərin ən yaxın dostlarından biri” elan edib.

Təəccüblü heç nə yoxdur: 2012-ci ilin mayın 12-dən bu ilin yanvar ayının 4-dək E.Filippin “siyasi fəaliyyətinə ictimai dəstək” məqsədilə ermənilər təqribən 5,2 milyon avro ianə ünvanlayıblar.

Həmin pulların böyük qisminin E.Filippin yaratdığı və başçılıq etdiyi “Üfüqlər” Partiyasının çoxsaylı bank hesablarına müxtəlif şirkətlərin və fiziki şəxslərin “könüllü ianələri” formasında yatırıldığı da iddia olunur.

Fransanın populyar TF1 telekanalının jurnalisti Lizoren Budul Azərbaycanla bağlı gerçəkləri reportajında əks etdirəndən sonra CCAF-ın həmsədri Frank Murad Papazyan media mənsubunu ölümlə hədələyəndə E.Filipp susmuşdu, olayla bağlı sualları cavablamaqdan yayınmışdı.

Daha sonra Fransanın AFP informasiya agentliyi və “Le Figaro” qəzeti ölkəmizin o dönəmdə Fransadakı səfiri Rəhman Mustafayevin müsahibəsini yaymaqdan imtina edəndə E.Filipp bu marazmatik qərarları “ədalətli və dürüst seçim” kimi dəyərləndirmişdi.

Bu, müsyö Filippin siyasi mövqeyi olsaydı, çətinliklə belə, anlaşılardı: nə etməli, siyasətçi reallıqları rədd edərək hallüsinasiyalara tutulub, bəlkə də şizofreniyaya mübtəladır.

Amma yenə də parisli ermənilərin dediklərinə görə, Eduar Filippin “ermənidən artıq erməni” olmaq istəyinin kökündə trivial tamah durur.

Daha dəqiq olsaq, Fransadakı ermənilərin “mərkəzləşdirilmiş pul kisəsi” hesab edilən “l’Union generale armenienne de bienfaisance”ın Filipp üçün şirnikləndirici vədləri və əməlləri.

Filippin tamahı bununla bitmir ki.

Ermənilərin ən zəngin diaspor təşkilatları sırasında yer almış “Armenian General Benevolent Union” (UGAB), “Armenian National Committee of France” (CDCA), “Armenian Youth Federation of France” (AYF) və “Nor Serount Cultural Association” ilə Eduar Filipp arasındakı rəsmi təmaslar və əlaqələrlə yanaşı, adıçəkilən qurumların bu siyasətçinin çoxsaylı hesablarına ünvanladıqları maliyyə vəsaitlərinin “kölgə həcmi” əlahiddə, ayrı araşdırma mövzusudur.

Onun “Liberation” qəzetindəki müəllif yazılarında daimi olaraq Ermənistanı və erməniləri dəstəkləməsi hətta Bordo şəhərinin merinin sabiq kabinet rəhbəri, iki kitabın yazılmasında həmmüəllif olduğu Jill Boyeni də təəccübləndirmişdi.

“L’Opinion” qəzeti hələ 2016-cı ildə Eduar Filippi “Ermənilik ideyasından çox uzaq olsa da, ermənilərə ən sürətlə yaxınlaşan siyasətçilərdən biri” kimi dəyərləndirəndə Havrın meri bunu “uğurlu, amma yersiz kompliment” saymışdı.

Stomatoloqlardan və köpək balıqlarından qorxan, “Xaç atası” filmini çox sevən və “xaç atası olmaq istəmişdim” arzusunu gizlətməyən, dirijor olmaq istəsə də, “istedadım olmadığından alınmadı” söyləyən Eduar Filipp indi ermənilərin dirijorluğu ilə primitiv operettada ariozo ifasına can atır.

Onun Ermənistana səfərinin əsas məqsədi “Laçın yolundakı blokada” ilə bağlı beynəlxalq kampaniyaya təkan verməkdir.

Amma nə edəsən ki, 53 yaşlı “ermənidən artıq erməni” müsyö Filipp elementar məntiqi işə salaraq aşkar gerçəkləri anlamaq istəmir.

O gerçəklər ki, hansı “blokada”dan söhbət gedir ki, Xankəndidəki marionet Ruben Vardanyan bu yolla İrəvana, oradan da Moskvaya yollanıb, geri qayıdır və ya “bağlı” yoldan son 73 gündə müxtəlif nəqliyyat vasitələrinin 6500-dən artıq keçidi qeydə alınıb.

. Eduar Filipp Gorusda olarkən erməni qadınların çörək bişirməsinə baxıb və sonra da fotonu sosial şəbəkələrdəki profillərində paylaşaraq “Çox dadlı erməni çörəyi” yazıb.

Goruslu erməni qadınlarsa Ermənistan mediasına narazılıq ediblər ki, E.Filipp çörəyin bişirilməsinə baxdı, amma bir tikə alıb yemədi.

Fransanın sabiq baş nazirinin siyasətçiliyi də belədir: anlamadığı, dərk etmədiyi məqamlardan bəhs etməyi çox sevir.

Və hər dəfə də musiqi müşayiəti yarıda kəsilmiş arena təlxəyini xatırladır.

Comments are closed, but trackbacks and pingbacks are open.