Qan xərçənginin əlamətləri hansılardır? Müsahibə
MÜŞTƏRƏK MÜƏLLİFLƏRLƏ ÇAP OLUNAN KİTABLARI:
1. Politcs of language in the ex-soviet muslim states. London: Hurst and Company, 2001, Mосква, «Прогресс-Традиция»-2004, p. 260. (Prof. Jacob M. Landau, Prof. Barbara Kellner-Heinkele ilə birgə)
2. Borçalı: dünən, bu gün, sabah. Bakı, Adiloğlu, 2010. səh., 98. (Gültəkin Hacıbəyli, Kamran Ramazanlı ilə birgə)
ÇAP OLUNAN ELMİ MƏQALƏLƏRİ:
1. Кавказский дом: миф или реальность. Журнал «Кавказ», Баку, 1997, № 1, стр., 12-15
2. Ə. M. Topçubaşov və Azərbaycan mühacirəti. Elmi-nəzəri konfrans materialları. Bakı 1998, səh. 95-99
3. II Dünya müharibəsi illərində Azərbaycan legionlarının yaradılması ilə bağlı bəzi tarixi gerçəkliklər. Tarix və onun problemləri jurnalı, BDU N3, 1998, səh. 91-99
4. Historical Stages of Azerbaijani Political Emigration. Journal of Azerbaijani studies, Khazar University, 1998, p. 14 – 21
5. «Qafqaz evi» ideyası mühacirət ədəbiyyatında. BDU-nun xəbərləri, 1998, səh., 56-62
6. Azərbaycançılığın dünəni və çağdaş interpretasiyası. Elmi-nəzəri konfrans materialları. Bakı, 1998, səh., 149-154
7. Sovert totalitarizminin 20-30-cu illəri mühacirət ədəbiyyatında. Elmi konfrans materialları. Bakı, 1998, səh., 48-50
8. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi mühacirət ədəbiyyatında. Elmi konfrans materialları. Bakı, 1999, səh., 57-63
9. “Qurtuluş” dərgisinin vətən tarixinin öyrənilməsində yeri. Azərbaycan tarixinin çağdaş problemləri. Məqalələr toplusu. Bakı, 2000, 135-142
10. Çeçenistan ve yeni Rusya. Stratejik Analiz dergisi (Ankara), 2000, № 13
11. Azerbaycan Diasporası: mövcud durumu ve geleceği konusunda bazi notlar. Avrasiya Dosyesi jurnalı (Ankara) 2001, N1.
12. Rusiyanın Kafkaslara yönəlik yeni politikası. Azerbaycan dergisi (Ankara) Say: 337, 2001
13. Vatan tarihinde “Kurtuluş” dergisi. Azerbaycan dergisi (Ankara) Say: 339, 2001
14. Azərbaycan mühacirlərinin Polşadakı fəaliyyəti və «Qafqaz Birliyi» ideyası. İpək Yolu, fevral, 2007
15. Azerbaycan siyasi mühaciretinin Cümhuriyyetin çöküşü olğusuna bakışı. Böyük Dövlətlər Kıskacında Azerbaycan Meselesi (1918-1920). Meqaleler toplusu. İstanbul, Kültür Sanat Yayıcılık-2010
16. Gürcüstanda Borçalı məsələsi. Qloballaşma şəraitində davamlı inkişafın aktual probləmləri. Beynəlxalq elmi konfrans materialları. Bakı, Azərbaycan Universiteti Nəşriyyatı 2010.
17. Elmşünaslıq haqqında. İpək Yolu jurnalı, N -3, 2011
18. Azərbaycanda ali təhsil və Bolonya prosesi. Avropa ali təhsilinə inteqrasiya: problemlər və perspektivlər. Elmi-praktik konfransın materialları. Bakı, 2011.
XALƏDDİN İBRAHIMLİ (1958)
Xaləddin Cəlal oğlu İbrahimli – 1958-ci il sentyabrın 5-də
qədim Borçalı mahalının Başkeçid
(indiki Gürcüstanın Dmanisi) rayonundakı Gəyliyən kəndində anadan olub.
1974-1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb.
X.İbrahimli 1978-ci ildən indiyə qədər fasiləsiz olaraq elmi-pedaqoji fəaliyyətdədir.
1992-ci ildən isə həm də respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir.
1992-1993-cü illərdə “Yeni Müsavat” qəzetinin redaktoru olmuşdur.
1997-ci ildə “Sabah” qəzetinin yenidən nəşrində yaxından iştirak etmiş və qəzetinin baş redaktoru, 1997-1998-ci illərdə işıq üzü görən “Kavkaz” jurnalının ideya müəllifi, yaradıcısı və baş redaktoru olmuşdur.
Bu jurnal Qafqazın tarixində ilk Ümumqafqaz dərgisi olmuş, jurnalın 8 Qafqaz cümhuriyyətində redaksiyaları qurulmuşdur.
X.İbrahimli “Çənlibel” ədəbi-bədii birliyinin yaranmasında yaxından iştirak etmiş, bu birliyin fəallarından olmuşdur. “Borçalı” cəmiyyətinin yaradıcılarından biri olmuşdur. AXC-nin qurulmasında yaxından iştirak etmişdir. 1991-ci ildə Müsavat Partiyasının bərpasına qoşulub, təşkilatın Azərbaycanda bərpaçılarındandır.
1992-1996-cı illərdə Müsavat Divanının üzvü, Milli Tənasüd komissiyasının sədri olmuşdur. 1997-ci ildə öz ərizəsi ilə Müsavatın sıralarını tərk etmiş və elə həmin il AXCP sıralarına daxil olmuş, AXCP Ali Məclisinin və onun Rəyasət heyətinin üzvü, Rəyasət heyəti Analitik Mərkəzinin rəhbəri seçilmişdir.
Xaləddin İbrahimli 1991-ci ildə ADPU-da “Ünsiyyət mədəniyyəti və onun formalaşdırılması yolları” problemi üzrə namizədlik (Pedaqoji elmlər namizədi), 2000-ci ildə “Azərbaycan siyasi mühacirəti” (1920-1991) mövzusunda doktorluq dissertasiyası (Tarix elmləri doktoru) müdafiə etmişdir.
“Azərbaycan siyasi mühacirəti (1990-1991-ci illərdə”) (Bakı, Elm, 1996. 304 səh.), “Yeni Avrasiya Qafqazı” (Bakı, Xəzər Universitəsi Nəşriyyatı, 2000, 131 səh.), “Deyişen Avrasiyada Kafkasiya” (Ankara: ASAM, 2001, 96 səh.) ,“Aзербайджанцы Грузи” (Москва, Издателства Европа, 2006, 151 стр.), “Azərbaycan Mühacirəti Tarixi” (Bakı, 2012, 400 səh.) və s. kitabların müəllifidir.
Bir sıra kitab və topluların elmi redaktəsində, çapa hazırlanmasında yaxından iştirak etmişdir.
Azərbaycanda, eləcə də xarici ölkələrdə dərc edilən qəzet və jurnallarda yüzdən artıq elmi, publistik məqalələri dərc edilmişdir.
O, indiyədək 20 ittifaq və respublika səviyyəli kofranslarda iştirak edib, elmi məqalələr çap etdirmişdir.
X.İbrahimli bir müddət Xəzər Universitetində hüquq və sosial elmlər fakültəsində dekan müavini, sonra Azərbaycan Univetsitetinin prorektoru, daha sonra isə Azərbaycan Turizm Univetsitetinin prorektoru vəzifələrində çalışıb.
Hazırda Türkiyədə yaşayır. Avrasya Üniversitesinin Uluslararası İlişkiler bölümünün başkanıdır.
Biz də dəyərli soydaşımız çox hörmətli professor Xaləddin İbrahimliyə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Prof XALƏDDİN İBRAHİMLİNİN İŞTİRAK ETDİYİ
BEYNƏLXALQ KONFRANSLAR VƏ SEMİNARLAR
• Qafqaz mühacirləri Polşada, dekabr, 2006, Varşava, Polşa
• Azərbaycan Rusiya münasibətləri yeni mərhələdə, 2005, Moskva, RF
• Qloballaşma: Şərq və Qərbin dialoqu, iyul, 2002, Ankara
• Qloballaşma regionalizmə qarşı, noyabr 25-dekabr 2, 2001, Qummersbax, Almaniya
• Qafqazda stabillik problemi, oktyabr, 2001, Bakı
• Azərbaycanda özünüdərk problemi, noyabr 21, 2001, Bakı
• Qarabağ: hərb, yoxsa sülh, iyun, 2001, Bakı
• Azərbaycan-Almaniya münasibətləri, mart, 2000, Bakı
• Demokratiyanın inkişafında siyasi partiyaların rolu, noyabr, 1995, Konstans, Almaniya
• Azərbaycanın daxili və xarici siyasət məsələləri, sentyabr, 1993, Ankara
DƏRS VƏ TƏDRİS-METODİKİ VƏSAİTLƏRİ
1. Politologiya (interaktiv dərs materialları). Bakı, Qanun Nəşriyyatı, 2008; 2012, 225 s.
2. Politologiya (tədris proqramı və metodikası). Bakı, 2004. Prof. Nəsib Nəsibli ilə birgə. Açıq Cəmiyyət İnstitutu-Yardım fondunun maliyyə dəstəyi ilə nəşr edilib, 34 səh.
3. Beynəlxalq münasibətlər nəzəriyyəsi (tədris proqramı və metodikası). Bakı, 2004. Prof. Nəsib Nəsibli ilə birgə. Açıq Cəmiyyət İnstitutu-Yardım fondunun maliyyə dəstəyi ilə nəşr edilib. 34 səh.
KİTABLARI:
1. Azərbaycan Siyasi Mühacirəti (1918 – 1991). Bakı, Elm, 1996. 304 səh.
2. Yeni Avrasiya Qafqazı. Bakı, Xəzər Universitəsi Nəşriyyatı, 2000, 131 səh.
3. Deyişen Avrasiyada Kafkasiya. Ankara: ASAM, 2001, 96 səh.
4. Азербайджанцы Грузи. Москва, Издателства Европа, 2006, 151 стр.
5. Azərbaycan Mühacirəti Tarixi. Bakı, 2012, 400 səh.
MÜŞTƏRƏK MÜƏLLİFLƏRLƏ ÇAP OLUNAN KİTABLARI:
1. Politcs of language in the ex-soviet muslim states. London: Hurst and Company, 2001, Mосква, «Прогресс-Традиция»-2004, p. 260. (Prof. Jacob M. Landau, Prof. Barbara Kellner-Heinkele ilə birgə)
2. Borçalı: dünən, bu gün, sabah. Bakı, Adiloğlu, 2010. səh., 98. (Gültəkin Hacıbəyli, Kamran Ramazanlı ilə birgə)
ÇAP OLUNAN ELMİ MƏQALƏLƏRİ:
1. Кавказский дом: миф или реальность. Журнал «Кавказ», Баку, 1997, № 1, стр., 12-15
2. Ə. M. Topçubaşov və Azərbaycan mühacirəti. Elmi-nəzəri konfrans materialları. Bakı 1998, səh. 95-99
3. II Dünya müharibəsi illərində Azərbaycan legionlarının yaradılması ilə bağlı bəzi tarixi gerçəkliklər. Tarix və onun problemləri jurnalı, BDU N3, 1998, səh. 91-99
4. Historical Stages of Azerbaijani Political Emigration. Journal of Azerbaijani studies, Khazar University, 1998, p. 14 – 21
5. «Qafqaz evi» ideyası mühacirət ədəbiyyatında. BDU-nun xəbərləri, 1998, səh., 56-62
6. Azərbaycançılığın dünəni və çağdaş interpretasiyası. Elmi-nəzəri konfrans materialları. Bakı, 1998, səh., 149-154
7. Sovert totalitarizminin 20-30-cu illəri mühacirət ədəbiyyatında. Elmi konfrans materialları. Bakı, 1998, səh., 48-50
8. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi mühacirət ədəbiyyatında. Elmi konfrans materialları. Bakı, 1999, səh., 57-63
9. “Qurtuluş” dərgisinin vətən tarixinin öyrənilməsində yeri. Azərbaycan tarixinin çağdaş problemləri. Məqalələr toplusu. Bakı, 2000, 135-142
10. Çeçenistan ve yeni Rusya. Stratejik Analiz dergisi (Ankara), 2000, № 13
11. Azerbaycan Diasporası: mövcud durumu ve geleceği konusunda bazi notlar. Avrasiya Dosyesi jurnalı (Ankara) 2001, N1.
12. Rusiyanın Kafkaslara yönəlik yeni politikası. Azerbaycan dergisi (Ankara) Say: 337, 2001
13. Vatan tarihinde “Kurtuluş” dergisi. Azerbaycan dergisi (Ankara) Say: 339, 2001
14. Azərbaycan mühacirlərinin Polşadakı fəaliyyəti və «Qafqaz Birliyi» ideyası. İpək Yolu, fevral, 2007
15. Azerbaycan siyasi mühaciretinin Cümhuriyyetin çöküşü olğusuna bakışı. Böyük Dövlətlər Kıskacında Azerbaycan Meselesi (1918-1920). Meqaleler toplusu. İstanbul, Kültür Sanat Yayıcılık-2010
16. Gürcüstanda Borçalı məsələsi. Qloballaşma şəraitində davamlı inkişafın aktual probləmləri. Beynəlxalq elmi konfrans materialları. Bakı, Azərbaycan Universiteti Nəşriyyatı 2010.
17. Elmşünaslıq haqqında. İpək Yolu jurnalı, N -3, 2011
18. Azərbaycanda ali təhsil və Bolonya prosesi. Avropa ali təhsilinə inteqrasiya: problemlər və perspektivlər. Elmi-praktik konfransın materialları. Bakı, 2011.
(Bax: Müşfiq BORÇALI. “Sazlı-Sözlü Başkeçid”. I cild, Bakı, 2015, səh. 154-158).
REDAKSİYADAN:
Bu il dəyərli soydaşımız, tanınmış tarixçi alim, pedaqoq, məşhur politoloq,
çox hörmətli professor Xaləddin İbrahimlinin Yubiley ilidir..
Sentyabın 5-də anadan olmasının 60 illiyi tamam olacaq.
Məncə Ad günü – Doğum günü hər il bir gün – Yubiley isə il boyu qeyd olunmalıdır.
Xüsusən də alimlərimizin yubileyləri.
Elə buna görə də, biz ZiM.Az olaraq, indidən professor Xalədin İbrahimlinin
Yubiley tədbirlərinə start verir, onu ürəkdən təbrik edirik.
Xaləddin müəllimə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
eləcə də elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Müşfiq BORÇALI,
ZiM.Az
Qan xərçənginin əlamətləri hansılardır? – Müsahibə
Son zamanlar qan xəstəlikləri insanların qorxulu yuxusuna çevrilib desək, yanılmarıq. Bəs bu xəstəliklərin vaxtında aşkar edilməsi və düzgün diaqnoz qoyulması üçün nələr etmək lazımdır?
Bu və digər suallarla bağlı Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının hematologiya şöbəsinin müdiri Valeh Hüseynov AzNews.az-a müsahibə verib.
– Valeh doktor, son vaxtlar daha çox yayılmış qan xəstəlikləri hansılardır?
-Ümumiyyətlə, qan xəstəlikləri iki böyük qrupa bölünür: bədxassəli qan xəstəlikləri (buna xalq arasında qan xərçəngi də deyilir) və qanın bədxassəli olmayan digər xəstəlikləri. Qanın ikinci qrupa aid edilən xəstəliklərini də bir neçə qrupa bölmək olar. Bunlara irsi (talassemiya) və qazanılmış qan xəstəlikləri, qanın laxtalanma problemi, müxtəlif mənşəli qan azlığı və s. aid edilir.
Son zamanlar bizə qan azlığı problemi ilə üz tutan xəstələrin sayı daha da çoxalıb. Qan azlığının yaranmasının əsas səbəbləri çox müxtəlifdir. Qanda dəmirin və bəzi vitaminlərin çatışmaması nəticəsində yaranan qan azlığı ilə yanaşı, qanaxma və digər xəstəliklərlə əlaqədar yaranan qan azlığına da çox rast gəlinir. Qanın tərkibində bəzi maddələrin əmələ gəlməsi nəticəsində qanda parçalanma dediyimiz “hemolitik” anemiyalar yaranır. Hemolitik anemiyalar irsi və qazanılmış ola bilər.
Qan azlığı olan xəstələrdə hemoqlobinin səviyyəsi aşağı olur, buna anemiya deyilir. Hemoqlobinin səviyyəsi aşağı olduğu halda, həmin xəstələr həkimə müraciət etməli, onlarda bunun əsas səbəbi aşkar edilməlidir. Bəzən bu xəstəliyin səbəbi digər xəstəliklərdən də qaynaqlana bilir. Məsələn, qaraciyər, böyrək, mədə-bağırsaq xəstəlikləri, şəkərli diabet, həmçinin yoluxucu xəstəliklər nəticəsində də qan azlığı yaranır.
Ona görə də qan azlığı aşkar edilən xəstələrdə mütləq yanaşı əlamətləri də yoxlamalıyıq. Əsasən də limfa düyünlərinin və dalağın böyüyüb-böyümədiyinin müayinəsi aparılmalıdır. Əgər xəstədə göstərilən problemlər varsa, bu zaman mütləq qanın bədxassəli xəstəlikləri araşdırılmalıdır.
Qan azlığı ilə müraciət edən xəstələrdə ən çox rast gəldiyimiz, dəmir defisitli anemiyalardır. Bu zaman mütləq qanda dəmirin miqdarı, eyni zamanda “depo dəmiri” deyilən ferritinin miqdarı yoxlanılmalıdır. Əgər göstərilən komponentlərin səviyyələri aşağıdırsa, belə xəstələrdə dəmir defisitli anemiya səbəbi ilə bir neçə ay müalicə olunmalıdırlar.
Bəzən dəmirin səviyyəsi normal olur, amma xəstələrdə “mikrostar” deyilən, qan azlığı meydana çıxır. Bu da talassemiya daşıyıcılığına işarə verə bilər. Ona görə bu növ xəstələrdə mütləq irsi xəstəliklərin olub-olmadığı yoxlanılmalıdır.
Anemiyaların digər səbəblərindən biri də qeyd etdiyimiz kimi, bədxassəli qan xəstəlikləridir. Bu zaman qana xas olmayan və nadir görünən hüceyrələrin (atipik hüceyrələr) qanda olub-olmadığı müəyyən edilir. Həmin xəstələrdə limfa düyünlərinin, daxili orqanların (xüsusilə də dalağın) və sümük iliyinin müayinəsi aparılmalıdır.
Bildiyimiz kimi, qanda olan ana hüceyrələri və onların yaranması sümük iliyində olur. Ona görə də sümük iliyində nə baş verdiyini bilmək üçün sümük iliyini “biopsiya” və ya “aspirasiya” deyilən müayinələrlə yoxlamaq lazımdır. Xəstənin diaqnozunun düzgün qoyulması sümük iliyinin dəqiqliklə müayinəsindən birbaşa asılıdır.
– Bəd xassəli qan xəstəliklərinin əlamətləri nədir?
– Bu xəstələrdə daha çox səbəbsiz hərarətin olması, çəkinin azalması, qan azlığının yaranması, dalağın böyüməsi, bədəndə qansızmaların olması, bəzən isə bir bölgədə böyümüş limfa düyünü bu xəstəliyin əsas əlamətləri ola bilər. Yorğunluq, halsızlıq, sümük ağrıları da bəd xassəli qan xəstəliklərində rast gəlinir.
Bu xəstəliklər zamanı insanların böyük əksəriyyəti immun sisteminin zəifləməsi nəticəsində infeksiya hallarına yoluxma halları ilə müraciət edirlər. Məsələn, müraciət edən çox insan var ki, onlar uzun müddət boğaz ağrısından, sümük ağrılarından, tez-tez qripə yoluxma hallarından əziyyət çəkirlər. Onlar buna qarşı müalicələr edirlər, amma nəticədə sağalmırlar. Bunu araşdıran zaman immun sistemini zəiflədən hallar ortaya çıxır.
Bəzən qan azlığı və sümük ağrıları olan xəstələr, revmatik və infeksion xəstəliklər kimi uzun müddət müalicə olunur və gecikmiş halda artıq hematoloqlara müraciət edirlər. Mənim məsləhətim odur ki, insanlar dəqiqləşdirilməmiş diaqnozla müalicə almasınlar. Bu bizim tez-tez rastlaşdığımız mənzərədir. Bu hal xüsusilə bölgələrimizdə daha geniş yayılıb. Ona görə də insanlar arasında bu xəstəliklə bağlı maarifləndirmə işləri genişləndirilməlidir. Çünki, düzgün və vaxtında qoyulmuş diaqnoz xəstənin şəfası deməkdir.
-Qan azlığı olan xəstələrin ilkin müalicəsi hansı şəkildə aparılır?
-Əgər xəstə müayinə olunub və diaqnoz dəqiqləşibsə, ilkin müalicələrə başlamaq lazımdır. Amma qan azlığının profilaktikasından danışırıqsa (söhbət ən çox rast gəlinən “dəmir defisitli” anemiyalardan gedir), bu zaman mütləq qidalanmaya fikir vermək lazımdır. Dəmirlə zəngin olan qidalar (ət məhsulları və meyvələr) gündəlik qida rasionunun əsas tərkib hissəsini təşkil etməlidir.
-Belə xəstələr ən çox nələrə diqqət etməlidir?
-Onlar qidalanmaya, düzgün şəkildə istirahətə və yuxunun normal olmasına önəm verməlidirlər. Bir çox qan xəstəliklərinin yaranmasında şüalanmanın, radiasiyanın, immun sisteminin zəifləməsinin, bəzi virusların, kimyəvi maddələrin və s. rolu böyükdür. Ona görə də insanlar öz həyat tərzinə, qidalanmasına fikir verməlidir. Bu, təkcə qan xəstəliklərinin deyil, bir çox xəstəliklərin qarşısının alınmasında çox böyük əhəmiyyət kəsb edir. Ən önəmli məsələlərdən biri də xəstələrin mütəmadi olaraq həkim müayinəsindən keçmələridir. Hər bir şəxs heç olmasa ildə bir dəfə bütün müayinələrdən keçərək orqanizmində nələrin baş verdiyindən xəbərdar ola bilər.
Onu da xüsusi qeyd edim ki, xərçəng xəstəliyində nə qədər tez diaqnoz qoyularsa, müalicə daha effektiv olar və müsbət nəticə əldə edilər. Təbii ki, düzgün edilən müalicə ən vacib amildir və bu da xəstəlikdə uğurlu nəticənin təminatıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.