Niftiyevin bloqu
Yəqin ki, indi bir qədər irəli əyilərək dirsəklərini dizinə qoymuş, göz qırpmadan üyüdüb tökür. Üstündən çox illər keçib və həmin məxfi danışıq tərzi artıq mənə yaxşı tanışdır. Adamlar belə səslə danışanda, adətən, hansısa fəlakətin baş verdiyini deyir, gizlinləri etiraf edirlər. Sanki həmsöhbətlərinə yalvarırlar. Bu, hərbidən ölüm xəbəri gətirən, gecə yarısı qapını döyənlərin, etdiklərini etiraf etməsi üçün müştərilərini dilə tutan hüquqşünasların, gecə saat üçdə xəyanətkar kişilərin maşınlarını saxlamış polislərin eşitdiyi danışıq tərzidir.
Xalid Hüseyni “Və dağlardan səda gəldi”
“Və dağlardan səda gəldi” (ingiliscə “And the Mountains Echoed”) — Xalid Hüseyninin 2013-cü ildə çapdan çıxmış üçüncü romanıdır.
Abdulla və bacısı Pəri 1952-ci ilin Əfqanistanının Şadbag adlı kiçik bir kəndində ataları və ögey analarıyla birlikdə yaşayırlar. Ataları Sabur davamlı iş axtarmaqda, yoxsulluq və çətin qış şərtləriylə mübarizə aparmaqdadır.
Adı kimi gözəl və yaxşı xasiyyəti olan Pəri, qardaşı Abdullanın hər şeyidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda hətta qurban getməyə hazırdır. Onun üçün etməyəcəyi heç bir şey yoxdur. Hətta qardaşı, Pərinin kolleksiyasına əlavə etmək istədiyi ən dəyərli lələyi əldə etmək üçün yeqanə ayaqqabılarından da keçməyə razıdır. Və gecələr bir tək çarpayını paylaşmaq məcburiyyətindədirlər.
Pəri və Abdulla, atalarıyla Kabil çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taleydən xəbərsizdirlər: Bəzən bir əli qurtarmaq üçün bir barmağından keçməlisən.
Karandaşın izi ilə
Günahı keç, savabı keç,
Keçdin, bir yer görəcəksən,
Səninlə orda görüşək.
Cəlaləddin Rumi, XII əsr
Cəsarət etmək üçün itirməyə hazır olmalısan. Mənimsə itiriləsi heç nəyim yoxdur.
– Sən vəhşisən, qəddarsan. – Baba Əyyub dedi.
– Sən də mənim qədər çox yaşasan, başa düşərsən ki, qəddarlıqdır, xeyirxahlıqdır – bunlar eyni rəngin çalarlarıdır.
Bu gün mən axtardığım simanın lətafətini, gözəlliyini və sonsuz zərifliyini gördüm. – Ruminindir.
Bu hekayə sürətlə gedən qatar kimidir, yolun hansı hissəsindən qatarın içinə tullanırsan tullan, gec-tez son dayanacağa çatacaqsan. Amma düşünürəm ki, bu hekayəni elə bitdiyi yerdən başlamalıyam.
Məncə, həqiqət budur ki, bu həyatda hər birimiz gözləmə vəziyyətindəyik, bütün qəribəliklərə, heç vaxt dəyişməyəcək həqiqətlərə rəğmən hamımız həyatımızda qeyri-adi bir şeyin baş verəcəyini gözləməkdəyik.
Adam yaxşı iş görəndə onu sakitcə, ləyaqətlə edər. Camaat arasında çek kitabçasını imzalamaqdan daha böyük yaxşılıqlar var.
Adamlar həmişə belə deyir: “Məntiqsiz zorakılıq”. “Məntiqsiz qətl”. Güya qətlin məntiqlisi də olur.
Bir eqosu var ki, Polşanın ərazisindən böyük.
Jülyen Pəridən riyaziyyatda nə tapdığını soruşmuş, Pəri isə bunun ona rahatlıq verdiyn demişdi.
– Mən olsam, “çətin” sözünü seçədim.
– O da var.
Pəri riyazi həqiqətlərin daimiliyində bir rahatlıq tapdığını demişdi. Bu sahədə özbaşınalığın yolverilməz olması, iddialı olmağın mümkünsüzlüyü onu rahat edirdi. Riyaziyyat elə bir sahə idi ki, burda cavabların dəyişən olduğunu bilir, amma tapıla biləcəyini də anlayırsan. Cavablar ordaydı, sadəcə təbaşirlə yazı taxtasına yazılmağı gözləyirdilər.
– Başqa sözlə, həyatın tam əksi. – Həyatda belədir ki, axtardığın cavab ya ümumiyyətlə olmur, ya da cavablar həddən artıq qarmaqarışıq olur.
Yaratmaq – başqalarının həyatına vandal müdaxiləsi etmək deməkdir. Onları öz razılıqları və xəbərləri olmadan iştirakçıya çevirmək deməkdir. Sən onların arzularını, xəyallarını oğurlayırsan, üzlərindəki qırışları, əzablarını mənimsəyirsən. Özünə məxsus olmayan şeyi əldə edirsən. Və bunu bilərəkdən edirsən.
Müsyö Bustule, bir dəfə hardansa oxumuşdum ki, insan qar uçqunu altında qalanda hansı tərəfin yuxarı, hansının aşağı olduğunu bilmir. Xilas olmağa çalışdıqca altını qazıyıb bir az da özünü məhv edir. Mənim də hiss etdiyim bu idi. Sanki öz kompasımı itirmişdim. Yolumu tapa bilmirdim.
Mənim ailə haqqında öz nəzəriyyəm var. Evlənəndən sonra iki həftə lazımdır, dəqiq bilsin ki, bu izdivac alınacaq, ya yox. Qəribə olan odur ki, bir çox insan evliliyinin ilk iki həftəsində hər şeyi anlamasına baxmayaraq, illərlə özünü yalançı ümidlərlə aldadır.
Bu necə bir səfehlik, necə əsassız inancdır. Sənin idarə etmədiyin bir dünyanın itkisinə dözə bilməyəcəyin əzizlərini əlindən almayacağına inanmaq. Dünyanın səni məhv etməyəcəyinə inanmaq.
Bu məktəbi sizə hədiyyəm kimi qəbul etməyinizi istəməzdim. Bu, sadəcə binadır, onun əsl dəyəri isə içində olacaq. Onu dəyərli edən sizsiniz.
Çıxardığım nəticə budur ki, bir azca diqqət etsən, elə bütün kişilərin az-çox eyni olduğunu görəcəksən. Bəziləri nəzakətli, ağıllı olur. Bəziləri az, ya çox lətafətli olmaqla başımızı aldada bilir. Amma əslində onların hər biri öz qəzəbi içində boğulan balaca bədbəxt oğlanlardır.
Anam hesab edirdi ki, insan həyatda nə qədər pis yaşasa da, ləyaqətlə ölməyə haqqı var.
Elə bir an gəlir ki, adamı daşqından xilas edən kəndir onu boğmağa başlayır.
Yəqin ki, indi bir qədər irəli əyilərək dirsəklərini dizinə qoymuş, göz qırpmadan üyüdüb tökür. Üstündən çox illər keçib və həmin məxfi danışıq tərzi artıq mənə yaxşı tanışdır. Adamlar belə səslə danışanda, adətən, hansısa fəlakətin baş verdiyini deyir, gizlinləri etiraf edirlər. Sanki həmsöhbətlərinə yalvarırlar. Bu, hərbidən ölüm xəbəri gətirən, gecə yarısı qapını döyənlərin, etdiklərini etiraf etməsi üçün müştərilərini dilə tutan hüquqşünasların, gecə saat üçdə xəyanətkar kişilərin maşınlarını saxlamış polislərin eşitdiyi danışıq tərzidir.
– Atamı basdıranda ağlamışdın?
– Yox, ağlamamışdım.
– Bəs sən kədərli deyildin?
– Mənim kədərli olub-olmamağımı başqaları niyə görməlidir ki?
– Bəs mən ölsəm ağlayarsan, ana?
– Ümid edək ki, bunu heç vaxt öyrənə bilməyəcəyik.
Mən başa düşdüm ki, sənin daxili aləmin dünyanın vecinə deyil. Dünya sənin dərin və sümüyün altında gizlənmiş ümidlərin, arzuların, kədərin və sevincinlə maraqlanmır. Məsələ bu qədər sadə, cəfəng və qəddar idi.
Gözəllik böyük, çox vaxt layiqli-layiqsiz – kimə gəldi bəxş edilən bir hədiyyədir.
Amma mənim Kabildə öyrəndiklərim arasında bu da var: insan davranışı qarmaqarışıq və gözlənilməzdir, simmetriyaların düzgün olub-olmaması onu narahat etmir.
Uşaqlığımı keçirdiyim evə daxil olmaq bir qədər özünü itirmək kimidir. Elə bil çoxdan oxumağa başlayıb, sonra yarımçıq qoyduğum kitabın sonunu oxuyuram.
– Səndən bir şey soruşmaq istəyirdim, – anam deyir.
– Nədir o elə?
– Ceyms Parkinson. Corc Hantinqton. Robert Qreyvs. İndi də dostum Lui Gehriq. Necə olur ki, adamlar xəstəlik adlarını da inhisara bilirlər?
Sonrakı peşmanlıq kimə lazımdır? Bu, heç nəyi qaytarmır! İtirdiyimiz şeyləri qaytarmaq mümkün deyil.
Amma mən hekayənin onların dilindən nəql olunan versiyasında özümü tanıya bilmirəm.
İnsan qocalanda geriyə baxıb, heç vaxt “kaş ona qarşı daha sərt olardım” demir. Heç vaxt belə demir. – Mehriban olmaq elə də çətin iş olmamalıdır.
Amma unutmaq deyilən şey yox idi. Abdulla hara getsə, Pəri orda dayanıb baxırdı. Köynəyinə yapışan toz kimi idi. Artıq evə tez-tez çökən sükut kimi idi Pəri. Sükut, sözlərə hamilə qalıb ağızdan çıxa bilməyən, dolub yağa bilməyən yağış kimi evə çökürdü.
Bütün həyatı boyu bacısı ilə yanaşı durub güzgüyə baxmaqdan boyun qaçırmışdı. Öz simasını Məsuməninki ilə yanaşı görmək onun bütün ümidlərini öldürürdü. Çünki beləcə, Yaradanın ondan nəyi əsirgədiyini çox aydın görə bilirdi. Camaat arasında isə hər yolda ötənin gözü güzgü idi. Bundan qaçmaq mümkün deyildi.
Sürücünün işi əsasən maşın sürmək olsa da, adətən, onun vaxtının böyük hissəsi gözləməklə keçir.
Mən artıq uzun bir ömür yaşamışam və bilirəm ki, başqalarını qınayarkən insan həm alçaqlıq, həm də xeyirxahlıqdan bəhrələnir.
– Hamı xoşa gəlmək istəyir. Sən olsan istəməzsən?
– Düzdür, amma mən heç kəsin xoşuna gəlmək üçün pul xərcləməzdim.
Kabil hər addımda minlərlə insan faciəsi deməkdir.
Bura Fransadır, Əfqanıstan deyil. Burda gənclərin həyatı və ölümü valideynlərin razılığı ilə olmur.
NV: Atam bu oyunlarımızdan çox tez yorulardı. Soyuq əlləri ilə başımı sığallayıb: “Atan indi getməlidir, maralım, get oyna”,- deyərdi. Məni belə çağırardı. Bu çox xoşuma gələrdi. Böyük bir bağımız vardı, o bağda o tərəf, bu tərəfə qaçaraq: “Mən atamın maralıyam! Mən atamın maralıyam!”-deyərdim. Mənə qoyduğu adın nə qədər məşum olduğunu çox sonralar anladım.
EB: Necə yəni?
NV: Atam maral ovuna gedirdi, müsyö Bustule.
EB: Həm həyatınız, həm də yazdıqlarınızla qadınlar üçün yeni sərhədlər, söz haqqı, legitimlik tələb edirdiniz. Siz əsrlər boyu atanız kimi kişilərin inhisarda saxladığı bir dünyaya meydan oxuyurdunuz. Deyilə bilməyəni deyirdiniz. Hətta belə demək olarsa, təkbaşına inqilab edirdiniz.
NV: Mənsə bu qədər vaxtı elə bilmişəm ki, yazdığım şeirlər seks haqqındadır.
Həyat örnəyimin, nəql etdiklərimin özünə forma qazanmasında, fotoqrafın qaranlıq otaqda çıxardığı şəkillərdəki kimi aydınlaşmasında və bu hekayənin özümdə hər zaman görmək istədiyim yaxşı şeyləri təsdiqləməsində mənə rahatlıq verən bir şey var.Bu hekayə məni yaşadır.
Balaca oğlan olarkən həmişə öz anamda görmədiyim, başqa analarda olan keyfiyyətləri düşünərdim. Anam heç vaxt əlimdən tutmaz, yanağımdan öpməz, mənə yatmazdan əvvəl nağıl oxumazdı. Bütün bunlardan şikayət etməyə başım qarışdığından, ən əsas, ən böyük həqiqəti görə bilməmişdim. Anam heç vaxt məni atıb getməzdi.
Atam çox xəfifcə həyatda bütün gözəl şeylərin kövrək olduğunu və asanca əldən çıxdığını söyləyirdi.
Öz köklərini tanımaq vacibdir. Şəxsiyyət kimi başlanğıcını hardan aldığını bilmək lazımdır. Əgər bunu bilməsən, öz həyatın sənə qeyri-real görünəcək. Tapmaca kimi olacaq. Başa düşürsən? Sanki sənə hekayənin ortasını danışırlar, əvvəlini isə bilmirsən.
– Buna məcbur olmadığım vaxtlar bu işi daha çox bəyənirdim.
– Elə hər şey belədir.
Evi heç vaxt tərk etməməyinin bir yaxşı tərəfi var ki, heç kəs sənin uşaqlıq oyuncaqlarını, əyninə balacalaşmış paltarları səndən xəbərsiz aparıb sata bilmir.
Tərcümə: Səbinə Mütəllimova
Niftiyevin bloqu
Təqdimat – 1952-ci ilin Əfqanıstanı. Abdulla və bacısı Pəri ataları və ögey anaları ilə birlikdə kiçik Şadbag kəndində yaşayır. Ataları Sabur ailəsini yoxsulluq və sərt qışdan çıxarmaq üçün daim iş axtarışındır. Elə adı kimi gözəl olan Pəri Abdullanın hər kəsidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda hətta qurban getməyə hazırdır. O, Pərinin sevdiyi lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razı olur. Hər gecə balaca çarpayıda qol-boyun, ayaqları bir-birinə dolaşmış halda yatırlar. Bir gün bacı-qardaş ataları ilə birlikdə səhralıqdan keçərək Kabilə səfər edir. Pəri və Abdulla onları bir-birindən ayrı salacaq taledən xəbərsizdir. Bəzən insan əlini xilas etmək üçün bir barmağından keçməli olur…
Təəssüratlar – “Çərpələng uçuran” əsərini oxuduqdan sonra əfqan uşaqlarının, daha sonra əfqan kişilərinin (atalar və oğulların) insani və mənəvi borcları haqqında realistik həyat dramı oxuduğumu başa düşmüşdüm. “Min möhtəşəm günəş” əsərində isə müasir Əfqanıstanda qadınların (analar və qızlar) üzləşdikləri çətinliklər və faciələri gördüm. “Və dağlardan səda gəldi” romanında isə uşaq dünyasının necə böyüdüyünü və böyüyərək necə itirdiklərini müşahidə etdim. Gördüyümüz kimi 21-ci əsrin ən tanınmış əfqan yazıçısı olan Xalid Hüseyni bizlərə hər bir kitabı ilə yeni baxış bucağı, yeni həyat hekayələri təqdim edir.
Kitabın ilk səhifələrində oxunan qəribə pritça əsərə giriş üçün olduqca yerinə düşüb. Daha sonra biz böyük və qocaman ağacın budaqlarını gəzməyə başlayırıq. Biz dağları görürük. Biz səs – əks-səda eşidirik. Şərq mistizmi səsin yarandığı andan etibarən əbədi olaraq yaşadığını deyir. İnsanların təqvimi ilə ölçdükdə biz hansısa səsin əks-səda kimi yenidən özümüzə qayıdışını heç zaman dəqiqlikdə təxmin edə bilmərik. Bu əks-səda ən müxtəlif formalarda özünü biruzə verə bilir. Qəribə xronologiya və qəribə təzahürlər.
Əfqanıstan və onun övladlarının ağrıları haqqında yazmaq çətindir. Daha da çətin olan dünyanın müxtəlif qitələrinə səpələnmiş əfqanlar və onların keçmişi haqqında yazmaqdır. Bu baxımdan Xalid Hüseyni özünəməxsus ədəbi kontrast yaratmış olub. Əfqanıstanın bir ölkə kimi əsərdə çıxışı azdır. Əsas əfqanların xarici ölkələrdə onların cəmiyyətləri ilə olan münasibətləri və keçmişləri ilə hesablaşmalarıdır.
Məyusluq – Məyusluq başlığı altında yazıçının üçüncü kitabının üzərimdə yaratdığı xoş olmayan hisslər haqqında yazmaq istərdim.
Çünki “Və dağlardan səda gəldi” əsəri biznes dünyasının nüfuzunun bədii ədəbiyyat və yazıçılıq üzərində qazanılan növbəti uğuru kimi də qiymətləndirmək olar. Bu proses iyirminci əsrin əvvəllərindən başlayıb. Uğurlu əsərləri olan yazıçılar adətən bir və ya iki çox məşhur əsər yaratdıqdan sonra nəşriyyatların çoxsayılı təkidi və bəzən də təzyiqi sayəsində könülsüz olaraq yenə də kitab yazmaq qərarını verirlər. Bunu adətən nüfuzlu nəşriyyatlar edir. Nəşriyyatlar bu üsulla gəlirlərini artırmaq və gündəmdə qalmağı planlaşdırırlar. Yazıçıya müəyyən vaxt tanınır və deyilir ki, bu vaxt ərzində kitab hazır olmalıdır. Son dövrlərdə bu proses kifayət qədər geniş yayılıb. Təcrübə isə göstərir ki, yazıçıların 1, 2 nadir hallarda 3 şah əsərləri ola bilir. Digər əsərləri olsa belə, həmin əsərlər şah əsərlərin hesabına satıla bilir. “Və dağlardan səda gəldi” romanının bu formatlı olduğunu desəm, bilmirəm mənimlə nə qədər insan razılaşacaq, yaxud da mən çox qəddarcasına çıxış edəcəyəm, yoxsa yox. Buna baxmayaraq, romanın əla giriş hissəsinə rəğmən, davamı olduqca paralel həyat dramları, pərakəndə əhvalatlardan ibarətdir ki, adətən yazıçılar əsərlərinin həcmini böyütmək üçün paralellik prinsipindən istifadə edirlər. Çünki düzxətli bərabərsürətli süjetin ömrü uzun olmur. Nəticədə kitabın həcmi az ola bilər ki, bu da nəşriyyatın ürəyincə olmaya bilər. Sübut olunub ki, insanlar qalın həcmli kitablara həvəslə və ürəklə pul xərcləyirlər. İnsanlarda qalın kitab daha çox dəyər əldə etdiklərinin illüziyasını yaradır. Bu illüziya yaxşı oxucularda deyil, adətən kitab mütaliəsinin istehlak cəmiyyətinin elementi kimi qəbul etmiş insanlarda belə olur. “Və dağlardan səda gəldi” romanını müəyyən qədər bu yazılanlar çərçivəsində dəyərləndirmək mümkündür. “Çərpələn uçuran” və “Min möhtəşəm günəş” əsərlərindən fərqli olaraq “Və dağlardan səda gəldi” əsəri insanla güclü mənəvi əlaqə yaratmır. Bu proses sadəcə müəyyən hissələrdə baş verir. Xalid Hüseyni populyar mədəniyyətə xüsusi şərqsayağı dramatizm qatan yazıçıdır, lakin “Və dağlardan səda gəldi”-də bunu tam mənasıyla hiss edə bilmədim. İstər çox qısa müddət ərzində oxuyun, istərsə də uzun müddətə, isytənilən halda paralelik və çoxlu zaman səyahətləri oxucunu yora bilər. Başqa sözlə, açıq-aşkar bədii dəyərin yaradılışı prosesi ilə deyil, sadəcə uzunçuluqla rastlaşdım. Romanın sonlarında isə romantik triller adlandıra biləcəyim fenomenlə də rastlaşdım ki, sözün düzü yazıçının niyyətini tam başa düşməkdə çətinlik çəkdim.
Ən əsası romanı çaya bənzətsək, necə ki çay çoxlu kiçik qollara ayrılıb öz gücünü və sürətini itirir, eləcə də roman bir neçə hekayəyə ayrılıb öz axıcılığını itirir, parçalanır, zəifləyir. Mənim mütaliə macəram kitabın qollarında zəiflədi. Kifayət qədər səbirli olmaq lazımdır ki kitabın ikinci yarısını müəyyən templə oxumağa müvəffəq olasan.
Hər bir halda Xalid Hüseyni yenilik etməyi bacarır və bu baxımdan əsərləri diqqətəlayiqdir.
Və dağlardan səda gəldi
1952-ci ilin Əfqanıstanı. Abdulla və bacısı Pəri ataları və ögey anaları ilə birlikdə kiçik Şadbağ şəhərində yaşayır. Ataları Sabur ailəsini yoxsulluq və sərt qışdan çıxarmaq üçün daim iş axtarışındadır. Elə adı kimi gözəl olan Pəri Abdullanın hər kəsidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda hətta qurban getməyə hazırdır. O, Pərinin sevdiyi ləkəyi əldə etmək üçün yeganə ayaqqabılarındanda keçməyə razı olur. Hər gecə balaca çarpayıda qol-boyun, ayaqları bir-birinə dolaşmış halda yatırlar. Bir gün bacı-qardaş ataları ilə birlikdə səhralıqdan keçərək Kabilə səfər edir. Pəri və Abdulla onları bir-birindən ayrı salacaq…
| Издательство: | Qanun |
Лучшая рецензия на книгу
18 февраля 2023 г. 14:47
4.5
Браво, Хоссеини
Все три книги в самое сердце
И если вы ещё ничего не читали у Хоссеини, то я настоятельно рекомендую начать знакомство именно с “И эхо летит по горам”, а дальше уже ” Бегущий за ветром” и “Тысяча сияющих солнц”. Ибо они уже будут эмоционально сильнее Эха и есть вероятность, что после них, вам покажется Эхо слабее.
Но нет, нет и нет. Эхо более глубокое, более философское и вдумчивое. Читая такие книги хочется замедлиться, хочется переосмысливать свою жизнь. Хочется обнимать своих родных и больше проводить с ними времени.
Эта книга о семейных ценностях, о значимости семьи, рода. Она охватывает сразу несколько судеб и несколько поколений. Читая, сердце сжимается
Пронзительно, печально, местами трагично, местами умилительно. Просто жизнь как она есть, со всеми её…
Содержание
Перевод: Səbinə Mütəllimova
Дополнительная информация об издании
Год издания: 2016
Возрастные ограничения: 18+
Жанры и теги
“Новый мощный и эмоциональный роман Халеда Хоссейни похож и не похож на два предыдущих. Он поднимает те же темы, что и прежде – связь между родителями и детьми, семья, прошлое, предательство и верность, искупление. Но делает это уже на другом литературном уровне. Его книга уверено балансирует между яркой красочностью притчи и черно-белыми тонами реализма”.
New York Times
“Третий роман автора “Бегущего за ветром” – удивительная по драматической силе сага о предательстве, жертвенности и жертвах, о власти семейных уз. Эта книга шире во всех отношениях, чем “Бегущий за ветром” и “Тысяча сияющих солнц”. Роман охватывает три поколения, немало стран и множество персонажей. Это настоящее полотно, главная тема которого: готовы ли мы отвергнуть самое дорогое ради его блага”.
People
“Мастерски написанный роман, охватывающий более полувека афганской истории, начинается как притча о жертве во благо, но затем оборачивается реалистичной историей о времени и судьбах. Эта печальная книга так и сияет любовью, которой пронизаны все отношения героев: разлученные брат и сестра; связанные братством кузены; господин и слуга, ближе которых нет людей. Центральный герой романа – любовь, подчас скрытая, почти невидимая, словно подернутая дымкой – как пейзаж на старом, ставшем хрупким от времени, фото”.
Los Angeles Times
“Новый роман Хоссейни амбициознее, мощнее – и по сюжетному замыслу, и эмоционально, чем два предыдущих. Это воистину большой роман”.
Entertainment Weekly
“Очень трудно написать об этом романе коротко. Он вызывает слишком много мыслей, слишком много чувств, он слишком обширен и объемлющ. Хоссейни показал себя не только мастером драматического сюжета, но виртуозным писателем. Рифмующиеся пары героев, отзывающиеся эхом ситуации, зеркально перетекающие друг в друга эмоции. Это очень-очень хорошая книга”.
Washington Post
“В писательском голосе Халеда Хоссейни появилась харизматическая зрелость. Этот роман буквально электризует атмосферу, когда читаешь его”.
San Francico Chronicle
“Хоссейни погружается в радости, печали и предательства, которые то возрождают, то разрушают семейные связи. Любовно выписанный Афганистан снова выступает центром книги, но теперь история захватывает куда более обширную географию, по сути, весь мир”.
Boston Globe
“Этот роман гораздо сложнее и значительней, чем два его предшественника. Очевидное свидетельство наступления зрелости в творчестве очень одаренного писателя”.
The Miami Herald
“Читая роман Хоссейни, я думала, как бы не расплакаться. И расплакалась уже на двадцатой странице. А на последних рыдала в голос, не стесняясь никого и ничего. Как и первые два романа, новая книга купает
Лауреат: 2013 г. — Выбор сайта Goodreads (Лучшая проза)
Номинант: 2016 г. — Ясная Поляна (Иностранная литература)
2014 г. — Медаль Эндрю Карнеги (Художественная книга)
Comments are closed, but trackbacks and pingbacks are open.