Press "Enter" to skip to content

Hər gün yeni bir kitab

P.S.: Frans Kafka demiş oxuduğumuz kitab başımız vurulan zərbə kimi sarsırtmırsa,onu oxumaq nəyə lazım. Bu fikirlə tam razıyam deyə bilmərəm. Əlli əlliyə �� Biizi sarsıtması hissəsi ilə razıyam,ancaq sarsıtmasa onu oxumaq nəyə lazım hissəsi ilə yox. Çünki kitabı oxumasaq onun bizi sarsıdb sarsıtmayacağını hardan bilə bilərik ki?!
Oxuduğunuza görə hər kəsə minnətdaram, sevgilərlə Əsli…

Xalid Hüseyni “VƏ DAĞLARDAN SƏDA GƏLDİ”

Əvvəlcə Xalid Hüseyn haqqında hamınn bildiklərini təkrar xatırladım: Yazıçı Əfqanıstanda diplomat ailəsində anadan olub və 1980-ci ildə isə ailəsi ilə birlikdə ABŞın Koliforniya ştatında siyasi sığınacaq alıb. Və hal-hazırda da Şimali Koliforniya ştatında yaşayır. Əsərlərinin hələ ki ikisini oxumuşam və hər iki əsərində də Amerika və Əfqanıstan arasında bir ədəbi körpü yaratmışdır. Hadisələr böyük əksəriyyəti bu iki ölkədə baş verir və əsas məkan olaraq bu iki ölkənin şəhərləri daha qabarıq təsvir olunub.
İlk növbədə əsər haqqında qeyd edim ki, “Qanun nəşriyyat”a məxsus Azərbaycan dilində bir kitab idi. Kitabı “İçəri şəhər bookcafe&house”dan almışam və kitabı məsləhət görəndə elə Etibar idi. Əsər rahat ,sadə və axıcı dillə yazılıb. Əsərdə tətbiq edilən metod hekayələr şəklindədi ,yəni ki hər bir surətə məxsus ayrıca hissələrdən təşkil olunub, ancaq hər biri bir-biri ilə əlaqəli olaraq yazılıb. Hərdən elə olurdu ki, oxuduğum növbəti hekayədə əvvəlki hekayələrdə iştirak edən surətləri unudurdum. Yəni buna fərqli üsul demək olmaz, çünki kifayət qədər bu tipli əsərlər var. Əsərin əsas süfet xətti bir-birini çox sevən ,ancaq taleyin acı oyunları nəticəsində ayrılmağa məcbur qalan iki bacı-qardaşın həyatından və onların həyatında iştirak edən digər surətlərin həyatından ibarətdir.
Əsəri 14 günə, yəni düz 2 həftəyə bitirdim,bilirəm çox uzun bir müddətdir. Səbəb ya da bəhanə olaraq deyim ki, əsər məni o qədər də cəlb etmədi. Son zamanlar oxuduğum əsərlərin çoxunda belə hisslər yaşıyıram, yəni əsər məni içinə çəkmir,yeni bir şey vermir və əvvəlki həyacanı da yaşamıram. Problem məndədi ya kitablarda onu mən də bilmirəm. Dediyim kimi əsərdə qeyri-adi heç nə yox idi, sadə və aydın dillə yazılmışdı, alışıq olduğum bir üslub idi. Hər kəs deyir və mən də bu fikrə qatıllram ki “Çərpələng uçuran” qədər deyildi. Belkə də Xalid HÜseyn və onun üslubu ilə ilk tanışlığım bu əsərlər olmuşdu deyə mənə cazibəli gəlmişdi,amma “Və dağlardan səda gəldi” əsərindən eyni hissləri və həyacanı ala bilmədim . Ən əsası odu ki, ağlamadım �� Çünki adətən mən bu cür kitabların ya ortasında, ya da sonunda ağlayıram. “Çərpələng uçuran”da da ağladığım yadımdadır. Nəysə hisslərimdən daha çox danışdım, ancaq əsas məqsədi m o deyildi. Bayaqdandı sözü hərləyib-fırlayıb gətirmək istədiyim nəticə budu ki, əsər nə pis idi, nə də yaxşı. Pis deyə bilmərəm ,heç buna haqqım da yoxdu. Çünki nəzərə alsaq ki bu yazıçının zehni məhsuludu və üzərində nə qədər əziyyət və zəhmət çəkib,pis demək doğru olmazdı. Ən azından haqsızliq olardı bu yazıçıya və əsərə. Orta səviyyədə idi mənim üçün,bəlkə də bəzilərinə çox möhtəşəm bir əsər kimi də gələ bilər,dediyim kimi bu mənim şəxsi düşüncəmdi. Oxuyanda vaxt itirdim desəm yalan olar,çox şey qazandım desəm də. Ən yaxşısı odu ki siz özünüz oxuyub qiyməti elə verəsiniz. Çünki insan bilmədiyi şey haqqında danışanda haqqına girmiş olur. Mən də əsəri oxumamışdan qabaq rəyləri oxudum, hər kəs o qədər də yaxşı olmadığını deyirdi. Dedim ki ən yaxşısı özüm oxuyum və qərar verim. Oxudum və qərarımı verdim. Heç kimsənin fikirlərinə istinadən deyil ,öz düşüncələrimə əsasən bu qərar gəlmişəm, sizə də məsləhtim bir əsər haqqında fikirlərinizi oxuduqdan sonra deyin, başqalarından eşitdiklərinizə görə yox ��

P.S.: Frans Kafka demiş oxuduğumuz kitab başımız vurulan zərbə kimi sarsırtmırsa,onu oxumaq nəyə lazım. Bu fikirlə tam razıyam deyə bilmərəm. Əlli əlliyə �� Biizi sarsıtması hissəsi ilə razıyam,ancaq sarsıtmasa onu oxumaq nəyə lazım hissəsi ilə yox. Çünki kitabı oxumasaq onun bizi sarsıdb sarsıtmayacağını hardan bilə bilərik ki?!
Oxuduğunuza görə hər kəsə minnətdaram, sevgilərlə Əsli…

Və dağlardan səda gəldi

1952-ci ilin Əfqanıstanı. Abdulla və bacısı Pəri ataları və ögey anaları ilə birlikdə kiçik Şadbağ kəndində yaşayır. Ataları Sabur ailəsini yoxsulluq və sərt qışdan çıxarmaq üçün daim iş axtarışındadır. Elə adı kimi gözəl olan Pəri Abdullanın hər kəsidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda hətta qurban getməyə hazırdır. O, Pərinin sevdiyi lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razı olur. Hər gecə balaca çarpayıda qol-boyun, ayaqları bir-birinə dolaşmış halda yatırlar.
Bir gün bacı-qardaş ataları ilə birlikdə səhralıqdan keçərək Kabilə səfər edir. Pəri və Abdulla onları bir-birindən ayrı salacaq taledən xəbərsizdir. Bəzən insan əlini xilas etmək üçün bir barmağından keçməli olur.
Xalid Hüseyni nəsillər və qitələr aşaraq Kabildə başlayıb, Paris, San Fransisko və yunan adası Tinosa qədər gedib çıxan bir hekayə ilə kimliyimizi və həyatımızı müəyyən edən bağlılıqlardan bəhs edir. Müəllif əzizlərimizə qarşı rəftarımızı, etdiyimiz seçimlərin nəticələrini və ən yaxın hesab etdiyimiz kimsələrin ən gözlənilməz davranışlarını insanın daxilinə nüfuz edən bir müdriklik, dərinlik, uzaqgörənlik və mərhəmətlə araşdırır.

Oxşar kitablar

Yeddi Bəhrəli İl – Etgar Keret

Etgar Keret

Cild : Yumşaq

Əlifba sırası ilə qətl

Aqata Kristi (Agatha Christie)

Cild : Yumşaq

Özünü reklam et.Karyeranızda uğur qazanmaq üçün yeni qaydalar

Den Şobel

Cild : Yumşaq

Dünyanın ən böyük satıcısı

Og Mandino

Cild : Yumşaq

The Power – Güc – Rhonda Byrne

Rhonda Byrne

Cild : Qalın

OTEL- Artur Hailey

Artur Hailey

Cild : Yumşaq

Səhər saat 5 klubu

Robin Sharma

Cild : Yumşaq

Mən, Robot

Ayzek Azimov

Cild : Yumşaq

Hakimiyyətin 48 qanunu

Robert Greene

Cild : Yumşaq

Stokda yoxdur

Ferrarisini satmış rahiblə öz taleyini öyrən. Oyanışın 7 mərhələsi

Robin Sharma

Cild : Yumşaq

Yeraltından qeydlər

Fyodor Dostoyevski

Cild : Yumşaq

4321

Pol Oster

Cild : Yumşaq

Üfüqün əks tərəfi – Marc Levy

Mark Levi ( Marc Levy )

Cild : Yumşaq

Xudafərin körpüsü

Fərman Kərimzadə

Cild : Yumşaq

Ye, dua et, sev

Elizabet Gilbert

Cild : Yumşaq

Böyük suallara qısa cavablar

Stephen Hawking

Cild : Yumşaq

Homo Deus: Sabahın qısa tarixi

Yuval Noah Harari

Cild : Yumşaq

Böyük evin kiçik xanımı

Cek London

Cild : Yumşaq

Həyata suallar

Rolf Dobelli

Cild : Yumşaq

Staylzda müəmmalı hadisə

Aqata Kristi (Agatha Christie)

Cild : Yumşaq

Qafqazın on iki sirri

Məhəmməd Əsəd Bəy

Cild : Qalın

Bəbir

Jo Nesbo

Cild : Yumşaq

Anam sənə əmanət

Kyung Sook Shin

Cild : Yumşaq

Gündəlik – Anna Frank

Anna Frank

Cild : Yumşaq

Rəylər

Rəy yaz

Ünvan: Bakı, Tbilisi prospekti, 76

Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.

Книга Və dağlardan səda gəldi, автор Xalid Hüseyni

В своем новом романе Халид Хуссаини, который отправляет нас в путешествие из Кабула в Париж, Сан-Франциско и греческие острова Тинос через поколения и континенты, выбор, который мы делаем на протяжении всей своей жизни, разочарование, которое мы испытываем от наших близких, измерения, которые описывают нас и формируют нашу жизнь с бесконечной мудростью, состраданием и энтузиазмом.

Рейтинг и отзывы о товаре

Об этом товаре еще нет ни одного отзыва, будьте первым, кто поделиться своим впечатлением!
0 оценок пользователей
Добавить отзыв
Добавить отзыв

Описание

В своем новом романе Халид Хуссаини, который отправляет нас в путешествие из Кабула в Париж, Сан-Франциско и греческие острова Тинос через поколения и континенты, выбор, который мы делаем на протяжении всей своей жизни, разочарование, которое мы испытываем от наших близких, измерения, которые описывают нас и формируют нашу жизнь с бесконечной мудростью, состраданием и энтузиазмом.

Comments are closed, but trackbacks and pingbacks are open.