Xalq heydər deyəcək tədbir
Xalq xilaskarını tanıyır, onu hər an qəlbində yad edir. Bu gün kiçiyindən tutmuş yaşlısına qədər hamı fəxarət hissi ilə ziyarət edir səni, böyük minnətdarlıqla xatırlayır. Xalqımız bir tərəfdən Səni bizə bəxş etdiyi üçün Tanrıya dərindən şükür edir, bir tərəfdən də bizdən ayırdığı üçün təəssüf hissi keçirir.
Heydər xalqım deyəcək, Xalq Heydər söyləyəcək! – VİDEO – VİDEO
Efirlərdə ürəkləri ehtizaza gətirən bir musiqi səslənir:
Nə qədər Azərbaycan,
Nə qədər bu millət var
Heydər xalqım deyəcək
Xalq Heydər söyləyəcək!
Deyirlər musiqi hissləri notlar vasitəsilə əks etdirən elə bir qüvvədir ki, onun təsiri ilə özünü birdən-birə göyün yeddinci qatında da təsəvvür edə bilərsən, lap elə yerin də. Qısaca, o, böyük təsir gücünə malikdir.
Xüsusilə də xalq üçün xidmətləri olan çox insana qoşulan şeirlər, bəstələnən mahnılar. Hər bir xalqın öz qəhrəman oğullarına həsr etdiyi nə varsa, həmişə sevilib, qorunub, gələcək nəsillərə ərməğan edilib. Elə bu mahnı kimi. Hər ifa olunduqca qəlbimizin telləri titrəyir. Deyərdim ki, dahi insanı ən gözəl duyğularla ifadə edə biləcək ən yaxşı nəğmədir musiqisi Kamala, sözləri Baba Vəziroğluna aid olan “Xalq Heydər söyləyəcək” mahnısı. O mahnı ki, bu gün yaşından asılı olmayaraq hər bir azərbaycanlının dilinin əzbəridir.
Ruhun bizimlə, səsin bizimlə, bizə miras etdiyin məsləhətlərin bizimlə, adına yazılmış şeirlər bizimlə, nəfəsini hiss etdiyimiz nəğmələr bizimlə. Elə ulu öndər özü də bizimlədir, Azərbaycan durduqca o da bizimlə olacaq. O Azərbaycan ki, ümummilli lider qurub. Elə qurub ki, daim yaşayacaq. Deməli Heydər Əliyev də daim yaşayacaq.
Xalq xilaskarını tanıyır, onu hər an qəlbində yad edir. Bu gün kiçiyindən tutmuş yaşlısına qədər hamı fəxarət hissi ilə ziyarət edir səni, böyük minnətdarlıqla xatırlayır. Xalqımız bir tərəfdən Səni bizə bəxş etdiyi üçün Tanrıya dərindən şükür edir, bir tərəfdən də bizdən ayırdığı üçün təəssüf hissi keçirir.
Heydər Əliyev bizə Tanrının mükafatıdır.
Sənin adınla bağlı
Bu xalqın hər zəfəri.
Bu gün Azərbaycanda yeni nəsil böyüyür. Səni sağlığında görməyən nəsil. Sadəcə eşitdikləri ilə səni tanıyır bu nəsil. Amma fərq etməz, onlar eşitdikləri ilə də öz təmiz qəlblərində Sənə bir sevgi yaradıblar. Nə xoş Sənin halına ki, hər ürəkdə bir sevgi payın var. Ürəkdə yaşayan insanlar heç ölərmi? Ölməz, ölməyəcək də. Sənin kimi!
Sənə halaldır halal
Ülvi məhəbbətimiz.
Sən də halal et bu xalq üçün etdiklərini, həyata keçirdiklərini, ən əsası isə bu millətin hər bir nümayəndəsinə verdiyin sevgini, o sevgini yaşatdığın qəlbini.
Biz başı dik gəzməyi səndən öyrənmişik. Müstəqil, güclü bir millətin oğul və qızlarıyıq. Gözümüzdəki yaşımı soruşursan? Heç, sadəcə ürəkdən gələn hisslərin gözlərə əks olunduğu andır o. Amma bəlkə də göz yaşlarından daha təsirli, daha da içdən gələn bir an idi azyaşlı bir uşağın büstünün qarşısında durub pıçıltıyla “Darıxır bu dünya nəfəsin üçün, qəlbləri fəth edən o səsin üçün” deməsi!
Fatma BABAYEVA
Naxçıvan televiziyası
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
Xankəndi
Bunu AzVision.az-a tanınmış nəğməkar-şair Baba Vəziroğlu deyib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birlikdə ərsəyə gətirdiyi “Xalq Heydər söyləyəcək” mahnısının Heydər Əliyevin doğum gününün himni olması ilə bağlı təkliflərə münasibət bildirən şair müəllifi olduğu mahnının xalq tərəfindən sevildiyini qeyd edib.
B.Vəziroğlu adıçəkilən mahnının çox səmimi hisslərlə yazıldığına görə yüksək səviyyədə qəbul olunduğunu bildirib: “Mahnı milyonlar tərəfindən qəbul olunubsa, deməli bizim zəhmətimiz boşa getməyib. Müəllif kimi ən böyük xoşbəxtliyimiz ondadır ki, bu mahnı ulu öndərin sağlığında onun çox xoşuna gəlib. Hətta o son günlərində də xəstəxanada bu mahnını dinləmək istəyib. Mahnı səslənəndən sonra Heydər Əliyev bizə heç nə demədi. Yalnız yaxın çevrəsi tərəfindən öyrəndik ki, çox bəyənib. O, özü haqqında heç vaxt yazılan nəisə tərifləməzdi”.
Mahnının yaranma tarixindən danışan şair əsərin ulu öndərin 75 illiyi ilə əlaqədar hazırlandığını vurğulayıb.
“Son illərdə Kamal müəllimlə iş birliyimiz davam edirdi. Bir gün qərara gəldik ki, ulu öndərin 75 illiyi ərəfəsində öz sevgimizi, ehtiramımızı mahnı ilə bildirək və sözlərini yazdım, musiqisini Kamal müəllim bəstələdi. İfaçı seçiminə gəldikdə isə birlikdə qərar verdik ki, mahnını 4 nəfər ifa etsin. Kamal müəllimlə qərara gəldik ki, mahnıya ümumxalq məhəbbəti ifadəsini vermək üçün, mahnın stilinə uyğun, bizim sevdiyimiz müğənnilər oxusun: Briliyyant Dadaşova, Ağadadaş Ağayev, Rühəngiz Allahverdiyeva, İlqar Muradov. Daha sonra zərurət yarandı ki, bu dördlük həmişə birlikdə olmur. Ona görə müğənnilər özləri ayrı-ayrı ifa etmək qərarına gəldilər. Mahnı tək Azərbaycanın daxilində yox, onun sərhəddindən kənarda da məşhurluq qazandı. Türkiyədə, Orta Asiyada ifa olundu. Bir sözlə bütün dünyaya yayıldı”.
Şairin sözlərinə görə, Heydər Əliyevlə bağlı mahnını məşhur rus müğənnisi İosif Kabzon da ifa etmək istəyib.
B.Vəziroğlu deyir ki, bəzi müğənnilər mahnının oxunması üçün icazə belə almırlar: “Heç lazım da deyil. Çünki biz bu mahnını yazmışıq, artıq xalqın mahnısına çevrilib. Heç gözləmirik ki, bizdən icazə alsınlar. Heydər Əliyev millətin və millətlərin sərvətidir. Bizə elə gəlir ki, əsas ifaçıların onun haqqında yazılan mahnıları oxuyarkən ona xələl gətirməməsidir. İfa tərzləri müxtəlif ola bilər. Lakin hələki mahnıya xələl gətirən olmayıb”.
Heydər Əliyev haqqında yazılan digər mahnılardan söz açan B.Vəziroğlu bildirib ki, ulu öndərlə bağlı bir çox bəstələrin sözləri ona aiddir: “Heydər Əliyev haqqında tək “Xalq Heydər söyləyəcək” mahnısını yazmamışam. Çox əsərlər yazmışam. Hətta Eldar Mansurovla birlikdə 4 hissədən ibarət “Bahar oğlu” kontatasını yazmışam. Yəni əsərlər çox yazıldıqca, sanki bu mahnı daha qabarıq görünür, daha çox rəğbət qazanır. Bəlkə də bu, ondan irəli gəlir ki, mahnı artıq ürəklərdə yer tapıb və başqa əsərlərə yer azlıq edir.
Tarixdə həmişə ilklər yadda qalır. Bəlkə də kosmosa minlərlə adam uçub. Amma Ayın səthinə ilk dəfə Yuri Qaqarin uçduğundan onun adı yaddaşlara həkk olub. İlklər həmişə məsuliyyətli olur. Bu mahnı da o qəbildəndir. Bəlkə də, 100 illər ötəcək, bu mahnı təzə və əbədi qalacaq. Özüm Heydər Əliyev haqqında bir sıra əsərlər yazmışam, amma heç biri bu mahnının yerini vermir.
Biz nə Heydər Əliyevi boş və mənasız sözlərlə məth etmişik, nə də yalançı təriflər söyləmişik. Biz Heydər Əliyevin səmimi, gördüyümüz, xalqın hörmət etdiyi, sevdiyi sərkərdə, rəhbər kimi obrazını yaratmışıq. Ona görə də uğurlu alınıb. Təbii ki, istər nazir olsun, istərsə də sadə vətəndaş, onlar bizim üçün dinləyicidirlər”.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva haqqında da mahnı yazmaq istədiyini deyən B. Vəziroğlu hesab edir ki, sadəcə mahnı xatirinə mahnı yazmaq düz deyil:
“Elə bir zaman yetişəcək ki, “Xalq Heydər deyəcək” kimi uğur qazanan mahnı yazılacaq və bəstələnəcək. Təbii ki, bunu zaman göstərəcək. Manhıların yaranmağını öncədən proqnozlaşdırmaq çətindir. Çünki bu plan deyil, gündəlik təsərrüfat işləri deyil ki, planlaşdırasan. Yaradıcılıqda planla iş görmək çətindir. Mahnılar yaranır, yaranacaq. Yəqin ki, günlərin birində bunu kimi hörmətli, səviyyəli, ürəklərə yol tapan bir mahnı da cənab İlham Əliyev haqqında yazılacaq. Ailəsi, gördüyü böyük işlər barədə mahnı ərsəyə gələcək. Bir sözlə, bu, tam yaradıcılıq məsələsidir”.
Gültəkin Ələsgər
Xalq heydər deyəcək tədbir
Azərbaycan bəstəkarlarının mahnı və romanslarının karaoke oxunması milli musiqi irsimizin dərindən mənimsənilməsi üçün bir vasitədir.
Bəstəkar mahnıları mövzu baxımından rəngarəng və genişdir. Burada Ümummilli liderimiz Heydər Əliyev kimi tarixi şəxsiyyətin tərənnümü ilə bağlı mahnılar, vətənpərvərlik mahnıları, vətənimizin gözəlliklərinə həsr olunmuş mahnılarla yanaşı, analarımızın gözəl surətini yaradan, həmçinin insanların ülvi məhəbbətini təcəssüm etdirən lirik mahnılar təqdim olunur.
“Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək”
I
Gözlərində açılır bu millətin səhəri,
Sənin adınla bağlı bu xalqın hər zəfəri.
Qədəmin dəyən yerdə səhralar da gül açır,
Gülüstana çevrilir yurdun kəndi, şəhəri.
Günəş doğur elə bil, harda çəkilir adın,
Dosta fəxarət gəlir, gözü kor olur yadın.
Azərbaycan deyəndə səni düşünürük biz,
Azadlığa inamı xalqa sən bağışladın.
Nəqarət:
Sən elə bir zirvəsən, küləklər neyləyəcək,
Dünənim, bu günümsən, səninlədir gələcək.
Nə qədər Azərbaycan, nə qədər bu millət var,
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!
II
Sən bu çətin zamanda gücümüz, qüvvətimiz,
Sən bizim bu dünyada ən böyük sərvətimiz.
Millətin imzası var imzaların içində,
Sənə halaldır, halal ülvi məhəbbətimiz.
Comments are closed, but trackbacks and pingbacks are open.