Xalq qəzeti 26 avqust 2018
Səhhətinizə fikir verin.
Xalq qəzeti 26 avqust 2018
Azərbaycanda olan hadisələr
1918 – Azərbaycan Demokratik Respublikası və Osmanlı orduları ilə Böyük Britaniya və Bakı kommunasının silahlı qüvələri arasında Bakı uğrunda vuruşlar başlayıb.
1921 – Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təsis edilib.
Dünyada olan hadisələr
E.ə. 55 – Yuli Sezarın İngiltərəyə ilk hücumu.
1071 – Səlcuq hökmdarı Alp Arslanın başçılıq etdiyi ordu, Bizans ordularını məğlub edərək, Malazgird döyüşündə qələbə qazanıb.
1346 – Kresi Döyüşü: İngiltərə kralı III Eduardın qoşunları Fransa kralı VI Filipin ordusunu darmadağın edib. Eyni zamanda, III Eduardın ordusu Avropada ilk dəfə olaraq yuvarlaq mərmi atan toplardan istifadə edib.
1382 – Qızıl Orda hökmdarıToxtamış xan Moskvanı tutub.
1498 – 23 yaşlı Mikelanceloya Romadakı Müqəddəs Pyotr Bazilikası üçün heykəltəraşlar qrupu yaratmaq tapşırılıb.
1728 – Səyyah Vitus Bering Asiya ilə Amerika arasındakı Berinq Boğazı adlanan boğazı kəşf edib.
1735 – Rus ordusu tarixdə ilk dəfə Reynə çatıb.
1743 – İngilis boksçu Cek Brouton tərəfindən hazırlanan dünyanın ilk boks yarışları qaydaları İngiltərədə nəşr edilib.
1789 – Fransa Parlamenti Avropada burjua hüququnun əsasını qoyan “İnsan və Vətəndaş Haqqları Bəyannaməsi”ni qəbul edib.
1847 – Liberiya müstəqilliyi elan edib.
1858 – Teleqrafla ilk xəbər göndərilib.
1866 – Şeyx Şamil Rusiyaya sədaqət andı içib.
1877 – Şipkada qələbə qazandı.
1883 – İndoneziyadakı Krakatau vulkanının güclü püskürməsi nəticəsində 800 min km²-dən çox ərazini küllə örtülüb və sunamiyə səbəb olub, Yava və Sumatra adalarında təxminən 36 min adam ölüb.
1895 – Niaqara şəlaləsində su elektrik stansiyası açılıb.
1914 – Birinci Dünya Müharibəsi: Tannenberq Döyüşündə Alman İmperatorluğunun qoşunları rus qoşunlarını məğlub edib.
1918 – Rusiyada bolşeviklər teatrları milliləşdirdilər.
1920 – Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin və RSFSR Xalq Komissarları Sovetinin fərmanı ilə Qırğızıstan ASSR yaradılıb; 1925-ci ildən etibarən Kazak ASSR, 1936-cı ildən etibarən Qazax SSR, indi müstəqil Qazaxıstan Respublikasıdır.
1920 – ABŞ-da qadınlara seçkilərdə iştirak etmək hüququ verən konstitusiya düzəlişi qüvvəyə minib.
1921 – Ali Baş Komandan Mustafa Kamal Paşanın Sakarya Döyüşündə verdiyi əmr: “Xətt müdafiəsi yoxdur, sahə müdafiəsi var. O sahə bütün vətəndir. Vətən torpağının hər qarışı vətəndaşın qanı ilə suvarılmadıqca tərk edilə bilməz.. “
1922 – Türk Qurtuluş Savaşı: Türk Ordusu Qərb Cəbhəsində Yunan Ordusuna qarşı ümumi hücuma başlayıb. Türk Ordusunun Baş Komandanı Marşal Qazi Mustafa Kamal Paşa hücumu Kocatepenin özündən idarə edirdi.
1924 – Türkiyənin İş Bankı qurulub. İlk baş menecer, keçmiş iqtisadiyyat nazirinin müavini və Əhali, Yenidənqurma və Yaşayış Nazirliyindən ayrılan Celal (Bayar) bəy idi. İş Bankının nizamnamə kapitalı 1 milyon TL idi.
1925 – Şarl Henri rentgen şüalarının köməyi ilə bir insanın “ruh əlamətlərinin” fotoşəklini çəkdirə biləcəyini bəyan edib.
1936 – Böyük Britaniya Süveyş kanalını öz nəzarətində saxlamaqla Misirə müstəqillik verib.
1936 – İlk səsli televiziya verilişi BBC kanalında yayımlanıb.
1939 – Yuqoslaviya hökuməti Xorvatiyaya muxtariyyət verib.
1944 – İkinci Dünya Müharibəsi: Şarl de Qoll Parisə girib.
1957 – İlk tranzistorlu radio satışa çıxarılıb.
1957 – SİTA (TASS) qitələrarası ballistik raketin uğurlu sınaqdan keçirildiyini bildirib.
1978 – Venesiyalı kardinal Albino Luciani Roma Papası seçilib və 33 gün Roma Papası olub.
1978 – Ziqmund Yen, “Soyuz-31” kosmik gəmisində ilk Şərqi Almaniya kosmonavtı və ümumiyyətlə kosmosdakı ilk alman olub.
1982 – Argentinada siyasi partiyaların fəaliyyətinə qoyulan qadağa ləğv edilib.
1991 – SSRİ-də çevriliş cəhdinin beşinci günü. SSRİ parlamentinin növbədənkənar sessiyası başlayıb. Kommunist Partiyasının fəaliyyəti bütün ölkədə dayandırılıb. SSRİ Ali Sovetinin keçmiş sədri Anatoli Lukyanov həbs edilib. SSRİ Mərkəzi Komitəsinin rəhbəri Nikolay Kruçina özünü yaşadığı mənzilin eyvanından atıb.
1999 – Maykl Conson 400 metr məsafəni 43.18 saniyəyə qaçaraq dünya rekordunu qırıb.
2002 – Axşam saatlarında Gürcüstan Parlamenti Gürcüstanın MDB-dən çıxmasını və Rusiya hərbi bazalarının və sülhməramlı qüvvələrinin Gürcüstan ərazisindən tamamilə çıxarılmasını elan etmək barədə prezidentə təklif qəbul edib. Gürcü deputatlar sərhəd bölgələrinin bombalanmasına belə reaksiya veriblər.
2008 – Gürcüstan-Cənubi Osetiya münasibətlərinin həddindən artıq kəskinləşməsindən və Rusiyanın avqustun 8-də başlayan hərbi əməliyyatlarda fəal iştirakından sonra Rusiya Prezidenti Dmitri Medvedyev Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması haqqında fərman imzalayıb.
Bayramlar və xüsusi günlər
- Malayziyanın Müstəqillik Günü.
- Türkiyədə Silahlı Qüvvələr Günü.
- ABŞ-da Qadın Bərabərliyi Günü.
Doğumlar
865 – Əbu Bəkr Məhəmməd ibn Zəkəriyə ər-Razi, fars elm adamı. Riyaziyyatçı, kimyaçı, filosof, ixtiraçı, həkim. Rey şəhərində anadan olub. Əsərlərini ərəbcə yazıb. İranda vəfat edib. Əbureyhan Biruni onun 184 kitab yazdığını qeyd edir.
1728 – İohann Lambert, alman astronomu, riyaziyyatçı, fizik, filosof, kartoqrafik proyeksiyaların riyazi nəzəriyyəsinin müəllifi (ö. 1777).
1740 – Jozef-Mişel Monqolfye, fransız ixtiraçı, hava şarının ixtiraçılarından biri (ö. 1810).
1743 – Antuan Lavuazye, fransız kimyaçı, müasir kimyanın banilərindən biri (ö. 1794).
1850 – Şarl Rişe, fransız fizioloq, immunoloq, fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı (1913) (ö. 1935).
1882 – Ceyms Frank, alman fiziki, Nobel mükafatı laureatı (1925) (ö. 1964).
1906 – Albert Seybin, polşa əsilli amerikalı həkim, mikrobioloq və virusoloq, poliomielitə qarşı canlı peyvəndin yaradıcısı (ö. 1993).
1910 – Teresa Ana (əsl adı Agnes Gonje Boyajiu;), Alban əsilli Katolik rahibəsi, müqəddəs (2003), Hindistanda yaşayan, humanitar fəal, Mərhəmət Ordeninin əsasını qoyan, Nobel Sülh Mükafatı laureatı (1979) (ö. 1997).
1913 – Alexandr Çakovskiy, sovet yazıçısı və jurnalisti, “Literaturnaya Gazeta” qəzetinin baş redaktoru (1962-1988) (ö. 1994).
1927 – Tələt Xanlarov, azərbaycanlı memar.
1937 – Qennadi Yanaev, Sovet partiya və dövlət xadimi (ö. 2010).
1940 – İdris Mehdiyev, Azərbaycan vokal sənətinin görkəmli nümayəndəsi, Azərbaycan SSR-in Əməkdar artisti.
1947 – Fəzail Ağamalı, Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin deputatı.
1949 – Allahşükür Paşazadə, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin başçısı.
1957 – Dr. Alban (əsl adı Alban Uzoma Nvapa), isveçli müğənni, Nigeriya əsilli rep sənətçisi.
1964 – Mehriban Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri.
1976 – Zemfira Talqatovna Ramazanova, tatar əsilli Rusiya müğənnisi, öz mahnılarının müəllifi və ifaçısı.
1976 – Aydın Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
1982 – Qamze Özçelik, Türk kino aktrisası, model və aparıcı.
1987 – Kseniya Suxinova, rus model, Miss Rusiya 2007, Dünya Gözəli 2008.
Xalq qəzeti 26 avqust 2018
Pensiya yaşına çatmasına, əlilliyinə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2003, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 541)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
330.000.000
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına (h ə min Qanunun 23.2-1-ci madd ə sind ə n ə z ə rd ə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına axırıncı əsas vəzifəsi üzrə dövlət məvacibinin 15 faizi miqdarında ömürlük müavinət təyin edilir. [2]
2. Dövlət qulluqçularına təyin edilən ömürlük müavinətlər dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması qaydasını Azərbaycan Respublikasının prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; [3]
bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu fərman 2003-cü il oktyabrın 1-dən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2003-cü il
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1. 8 iyul 2008-ci il tarixli 794 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 612)
2. 28 avqust 2018-ci il tarixli 242 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 29 avqust 2018-ci il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1692 )
3. 14 avqust 2020-ci il tarixli 1135 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1038 )
4. 16 avqust 2021-ci il tarixli 1427 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 919 )
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1] 8 iyul 2008-ci il tarixli 794 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 612) ilə adında, 1-ci bəndində və 3-cü bəndinin ikinci abzasında “və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna” sözləri ilə əvəz edilmişdir.
28 avqust 2018-ci il tarixli 242 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 29 avqust 2018-ci il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1692 ) ilə adında “dövlət qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)” sözləri ilə əvəz edilmişdir.
14 avqust 2020-ci il tarixli 1135 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1038 ) ilə adında, 1-ci və 3-cü hissələrdə “və ya” sözləri “, o cümlədən” sözləri ilə əvəz edilmişdir.
25 aprel 2022-ci il tarixli 1669 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 26 aprel 2022-ci il, № 86 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 330 ) ilə adında “qulluq stajına (15 il)” sözləri “ 15 il qulluq staj ı na ” s ö zləri ilə əvəz edilmişdir.
16 avqust 2021-ci il tarixli 1427 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 20 avqust 2021-ci il, № 174 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 919 ) ilə adından və 1-ci hissəsindən “, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna” sözləri çıxarılmışdır.
[2] 25 aprel 2022-ci il tarixli 1669 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 26 aprel 2022-ci il, № 86 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 330 ) ilə 1-ci hissədə “ qulluq staj ı na ” s ö zləri “ 15 il qulluq staj ı na (həmin Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) ” s ö zləri ilə əvəz edilmişdir.
[3] 25 aprel 2022-ci il tarixli 1669 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( “Xalq” qəzeti, 26 aprel 2022-ci il, № 86 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 330 ) ilə 3-cü hissənin ikinci abzas ı na “ minimum ” s ö z ü ndən sonra “ 15 il ” s ö zləri əlavə edilmişdir.
Bürclər – 26 avqust
Qoç – cari işlərdə müsbət irəliləyişlər baş verə bilər. Qəfil və orijinal həllər istisna deyil. Yaşamın vadar etdiyi işlərlə məşğul olun. Kənar siqnallar, təkliflər, xəbərlərə tez reaksiya verin.
Problemlər yaranarsa, diqqət və qüvvələrin səfərbər olunması üçün əlverişli zamandır.
Günün ikinci yarısında mühüm görüş olacaq.
Bununla belə, rutin təmaslarda da yeniliklər, yeni məqsədlərə yönlənmə istisna deyil.
Qarşılıqlı münasibətlərə yeni stimullar və ideyalar gətirə biləcək insanları axşam saatlarında evə qonaq dəvət edə bilərsiniz.
Buğa – ünsiyyətdən həzz alın, imici dəyişin. Praktiki işlərlə tapşırıqlar və romantik təmayüllər yaşamınıza rəng qatır. Alış-verişdə hədsiz simiclik etməyin. Fəaliyyət sahəniz üçün gərəkli avadanlıq alın.
Məlumat axtarışı və təhlili, işə gərəkli materiallar və avadanlıqlar almaq üçün münasib gündür.
Deyilənlərə diqqətlə qulaq asın, həmsöhbətinizin davranışını və emosiyalarını müşahidə edin. İşlərin öhdəsindən gəlin, səylə çalışın. Görüşün, bədxahların məkrli niyyətlərinin qarşısını alın.
Axşam saatları aktiv istirahəti seçin.
Əkizlər – aktiv mövqe tutmağınız gərəkdir. Yeni ideyalara diqqətlə yanaşın.
Hadisələrin qəfil istiqamət dönüşü istisna deyil. Sizdən heç nə asılı olmasa da, əlverişli situasiyadan dərhal yararlanın.
Bununla belə, ehtiyatlı olun. Şübhə etdiyiniz, amma mühüm məsələnin və ya işin reallaşdırılmasında tələsməyin.
İndi başqalarının hiss və emosiyalarına daha çox diqqət yetirməli olacaqsınız.
Belə davranış şəxsi planlarınız və niyyətinizə zidd olsa da, məqsədə dərhal çatmağa can atmayın.
Səhhətinizə fikir verin.
Fiziki işdə xeyir var.
Xərçəng – görülən işlərin nəticələrini təhlil etmək və konkret sonuclara nail olmaq zamanıdır.
Bir işdə müəyyənlik əldə etməyə çalışın. Eyni zamanda gələcək işlərin əsasını qoyun. Hər şey şəxsi təşəbbüsdən asılı deyil. Əsas məsələ odur ki, seçim vəziyyətinə düşəndə çaş-baş qalmayın və qətiyyətli, fəndgir davranın.
Qəfil görüş, münasibətlərin və işgüzar əlaqələrin bərpası mümkündür.
Zahiri şərtlər hadisələrin uğurlu inkişafına rəvac verir. Tələsməyin, həmsöhbətinizi diqqətlə dinləyin. Əlavə tapşırıq və ya işdən qaçmayın.
Ev və ailə ilə bağlı qayğıların, problemlərin həllində unutqan olmayın.
Vədlərinizə əməl edin.
Şir – problemlər və qayğıları keçmişdə qoymağa çalışın.
Yeni formada düşünün, tamamilə yenidən başlamaq istədiyiniz işləri planlaşdırın. Yazışmalarda aktiv olun, borcları qaytarın. Günün ortalarına yaxın alacağınız yeni məlumat yaşananlara fərqli prizmadan baxmağa vadar edə bilər.
Sonuclar yeni planların düzəninə təsir edəcək.
Məsləhətlər və məşvərətlərdən uzaq durmayın.
Plan və maraqlarınızın uyğun olduğu insanlarla görüşün. Axşam saatlarında ifrat dərəcədə işlərlə məşğul olmayın.
Sevdiyiniz, sizə maraqlı gələn işlərlə məşğul olun.
Qız – bütün diqqətinizi yarımçıq qalmış işlərin başa çatdırılmasına yönəldin. Tələsməyin, hövsələsizlik etməyin. Cari işləri ən yaxşı halda bitirib effektiv və konkret nəticə almağa çalışın.
Ünsiyyətdə özünüzü məhdudlaşdırmayın.
Perspektivləriniz üçün önəmli sayıla biləcək məlumat alacaqsınız. Dostlar və maraqları bölüşdürdüyünüz tərəfdaşlarla görüşləri planlaşdırmaq olar. Niyyətinizi aktiv şəkildə həyata keçirməzdən əvvəl yekun danışıqlar aparın.
Günün ikinci yarısında imici təzələyin. Geyim, ayaqqabı, aksessuar almaq olar.
Səhhətiniz üçün faydalı əməllərdən birini edin.
Tərəzi – fəal olun, praktik işlərə üstünlük verin. Yaşam arealınızı qaydaya salaraq yaxın gələcəkdəki işlərin təməlini qoyun. Uğurulu alış-veriş etmək olar. Yaşamınızda hansı yeni mövzuların yarandığını araşdırın.
Əvvəllər hazır olmadığınız işi sizə yenidən təklif edə bilərlər.
Günün ikinci yarısında təşəbbüs qıtlığı olmayacaq.
Lakin real uğurlar əldə etmək üçün yetərincə səbrə malik olan insanın yardımına ehtiyacınız var. Təşəbbüs sizdədir, amma dəstək və kömək olmadan yeni işə başlamaq mümkün deyil.
Axşam saatları xoş ünsiyyətli məclisdə istirahət etməyə çalışın.
Əqrəb – uzaqdan gələcək xəbərlər güclü emosional əks-səda yaradacaq, münasibətlərdəki, xüsusilə də uzunmüddətli əlaqələrdəki rolunuzu bir daha dəyərləndirməyə vadar edəcək.
Aktiv olun, hisslərinizi ayırd edin. Bir çox məqamlar və nüanslar aşkarlanır. Uzun müddətdən bəri göz yumduğunuz həqiqəti etiraf etməli, yeni təcrübə qazanmalısınız.
Təmaslarla əlaqələrin köhnə formalarından imtina edərək yenilər, daha faydalıları seçin. Nə isə dəyişməlidir. Sizi təmin edən nəsnəni arayın.
Gələcəyə ümidlərinizlə bağlı arealda qayda yaradın, gərəkli məlumatı əldə etməyə çalışın.
Oxatan – sizi çoxdan bəri narahat edən məsələyə aydınlıq gətirmək və ya hadisələrin bundan sonra da gərəkli istiqamətdə inkişafını təmin etmək üçün əlverişli gündür. Borcları qaytarın.
Tərəfdaşlarınızla qarşılıqlı maraqlarınızın olduğu işləri müzakirə edin.
Günün ikinci yarısında işlər çoxdur.
Planlaşdırılmış işlərin bəzilərini mütləq bitirmək və yaxın ətrafınızdakı insanlara verilmiş vədləri yerinə yetirmək gərəkdir.
Aktivliyinizi qarşılıqlı fəaliyyəti nəzərə alaraq tənzimləyin.
Tənhalığa can atmayın, görüş və dəvətlərdən boyun qaçırmayın.
Romantik görüşlər əhvalınızı yaxşılaşdıracaq.
Oğlaq – işləri qaydaya salın, konkret nəticəyə nail olun.
Bitirilməsi mümkün işi başa vurun. Əhvalınız rəvan və işgüzardır. Bütün fikri işə yönəldin, çünki fəaliyyətinizdə diqqət və konsentrasiya tələb olunur.
Mühüm suallara cavab tapmaq imkanını itirməyin. Son vaxtlar oynamalı olduğunuz rolu və ən başlıcası, bu rolun nəyə gərəkdiyini, səbəbini anlamağa çalışın.
Axşam saatlarını dostlar və ya sevdiyiniz insanla keçirin. Ailə üzvlərinə diqqət ayırın. Onların özlərini əmin hiss etmədikləri, dəstək aradıqları məqamda yardıma tələsin.
Dolça – gün yeniliklər və dəyişikliklər vəd edir. Yaşam arealının keyfiyyətinin yüksəldilməsi, başladığınız işin intensivləşdirilməsi ilə məşğul olun.
Eyni zamanda bir neçə layihə ilə məşğul ola bilərsiniz. Dəstək və yeni tərəfdaşlıq istisna deyil.
Görüş, məktub və danışıqlara önəm verin.
Baş çəkmək istədiyiniz yerləri təhlil edin. İnformasiya axını kanallarını qapatmayın. Sizinlə təmasda olmaq istəyən insanla əlaqə saxlayın. Səhhətinizə fikir verin.
Pəhrizə və ya trenajor zalında məşqlərə başlamaq olar.
Axşam saatlarında normal istirahət edin.
Balıq – istirahət, sadə və xoşagələn işlər, qonaq qəbulu üçün əlverişli gündür. Zərurət yaranarsa, işgüzar məsələləri də həll etmək olar.
Bir çox məsələləri qeyri-formal şəraitdə çözün.
İstənilən halda həmsöhbətin əhvalına diqqət yetirin. Görüş və müzakirələrdə təmkinli olun. Pozitiv davranış, məntiqli açıqlamalar söhbəti gərəkli istiqamətə yönəldə bilər.
Günün ikinci yarısında zahiri görüntülərin xüsusi əhəmiyyəti var.
Çoxdan gözlədiyiniz təəssüratlara axşam saatlarında evdə nail ola bilərsiniz.
Yaşamınıza yeni stimullar daxil olur, hansısa mühüm mövzu inkişaf edir (Milli.az).
Comments are closed, but trackbacks and pingbacks are open.