Xalq təbabəti
Biyan kökü çayı
Babasilin xalq təbabəti ilə müalicəsi
Həkimə getməkdən qorxan, çəkinən bir çox insan babasilin xalq təbabəti ilə müalicəsinə üz tuturlar. Hemorroy loğmanların həmişə nəzərində olan bir xəstəlikdir. Xalq təbabətində babasilin müalicəsi üçün bir çox üsul və reseptlər mövcuddur. Bunlar bitki çayları, vannalar, dəmləmələr, kompresslər, mazlar şəklində tətbiq edilir.
Babasilin xalq təbabəti ilə müalicəsi üçün şəfalı bitki çayları
Biyan kökü çayı
- 1 xörək qaşığı doğranmış biyan kökü+250 ml su.
Biyan kökünün üzərinə qaynar su tökün, su hamamında 30 dəqiqə qaynadın. Daha sonra kənarda soyudun və süzün. Gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl isti şəkildə 100 ml için.
Hemorroyun xalq təbabəti ilə müalicəsi zamanı kövrək murdarça (kruşina) çayı
- 1 xörək qaşığı quru murdarça qabıqları+250 ml su
Qabıqların üzərinə su töküb 20 dəqiqə qaynadın. Soyuduqdan sonra süzün. Gecə 1/2 stəkan yüngül işlədici kimi için. Təzə qabığı istifadə etmək olmaz. Qabıq 1-2 illik və qurudulmuş olmalıdır. Digər düz bağırsaq xəstəlikləri zamanı, məsələn, yoğun bağırsağın iltihabında və hamiləlik dövründə istifadəsi əks göstərişdir.
Adi başınağacı zoğları (korı kalinı) çayı
4 çay qaşığı doğranmış zoğlar+200 ml su
Zoğların üzərinə qaynadılmış su tökün və 30 dəqiqə qaynadın. Soyudun. Babasil xəstəliyi, babasil qanaması zamanı gündə 3 dəfə yeməkdən öncə 1 xörək qaşığı qəbul edin.
Babasilin xalq təbabəti ilə müalicəsi zamanı istifadə edilən bitkilərin illər boyu şəfalı təsirləri müşahidə edilmişdir. Lakin bəzi bitkilərə allergik reaksiyalar varsa, onların tətbiqi tövsiyə edilmir.
Babasilin xalq təbabəti ilə müalicəsi üçün dəmləmələr
Adı başınağacı (kalina) dəmləməsi
- 3-4 xörək qaşığı başınağacı giləmeyvəsi+500 ml təbii alma sirkəsi
Giləmeyvələri şüşə bankaya doldurub, üzərinə alma sirkəsi tökün. Qapağını bağlayın. Qaranlıq və isti yerdə 8 saat qaldıqdan sonra süzün. Yeməkdən əvvəl 1 çay qaşığı qarışığı 100 ml su ilə durulaşdırıb için. Müalicə kursu 2 həftə davam edir.
Gicitkan, dazı, nanə dəmləməsi
- 1 xörək qaşığı quru gicitkan (krapiva) yarpaqları+1 xörək qaşığı dazı otu (zveroboy)+1 çay qaşığı nanə yarpaqları+300 ml su
Bütün inqrediyentləri qarışdırıb, üzərinə su tökün. 10 dəqiqə zəif odda qaynadın. Soyudun və süzün. Gündə 4-5 dəfə 1 xörək qaşığı qəbul edin.
Gicitkan dəmləməsi (krapiva)
- 1 xörək qaşığı gicitkan yarpaqları+200 ml su
Gicitkanın üzərinə qaynamış su tökün. Qapağını bağlayıb, 10 dəqiqə dəmləyin. Gündə 3 dəfə 100 ml qəbul edin.
Babasilin xalq təbabəti ilə müalicəsi üçün istifadə edilən dəmləmələrin hazırlanma qaydasına düzgün riayət etmək lazımdır.
Şirələr
At şabalıdı çiçəklərinin (konskiy kaştan) şirəsi
- 250-300 qr. at şabalıdı çiçəkləri
Çiçəkləri blenderlə əzib şirəsini çıxardın. Gündə 2 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı isti suya şirədən 25 damcı tökərək qəbul edin. Müalicə müddəti 1 həftədir.
Babasilin xalq təbabəti ilə müalicəsi üçün çuğundur şirəsi
- 400 qram təzə çuğundur
Çuğunduru yuyub təmizləyin. Doğrayın və şirəsini sıxın. Yeməkdən 10-15 dəqiqə öncə gündə 3 dəfə qəbul edin. 1 xörək qaşığından başlamaqla, dozanı tədricən 100-200 ml-ə qədər artırın. Müalicə kursu 1.5-2 aydır.
Kartof şirəsi
Kartofu yuyub təmizləyin və şirəsini sıxın. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 100 ml için. Müalicə kursu 10 gündür.
Xalq təbabəti ilə müalicə üçün olan şirələri normadan artıq içmək olmaz.
Evinizdə olan ərzaqlardan istifadə etməklə babasilin xalq təbabəti ilə müalicəsi:
Kefir
- kefir və zeytun yağı
200 ml kefiri 2 xörək qaşığı zeytun yağı ilə qarışdırın. Zeytun yağı olmadıqda günəbaxan yağı da keçərlidir. Həmcins kütlə alınana qədər qarışdırın və için.
Yemiş şirəsi
- 300 qram yemişi qabıq və tumlardan təmizləyib doğrayın. Şirəsini sıxın. Gündə 2 dəfə 100 ml daxilə qəbul edin.
Xalq təbabəti ilə müalicə zamanı imalələrdən (klizma) də istifadə edilir.
Ballı imalə
Təmizləyici imalədən sonra anal dəlikdən 100 ml 10%-li ilıq bal məhlulu daxil edin. Sağrı nahiyənizi sıxaraq, məhlulu düz bağırsaqda 5 dəqiqə saxlayın. Daha sonra bağırsağınızı boşaldın.
Dazı otu (zveroboy) və bal ilə imalə
100 ml qaynar suya 15-20 qram bal və 1 xörək qaşığı dazı tökün. Soyuduqdan sonra süzün. Anal dəlikdən imaləni daxil edin və 3-4 dəqiqə saxlayın.
Gümüş suyu ilə imalə
Bu məqsədlə ionlaşdırılmış gümüş məhlulundan istifadə edilir. 200 ml suyu 15 mq məhlul ilə qarışdırın. Gündə 1-2 dəfə təmizləyici imalədən sonra müalicəvi imaləni edin. Bu üsul babasil qaşınması, anal çat, kəskin və xroniki paraproktitlərdə tətbiq edilir.
Babasilin müalicəsi üçün kompresslər
Propolis və çaytikanı yağı ilə kompress
Su hamamında 10 qr. propolis və 100 qr. çaytikanı yağını qızdırın. Soyuduqdan sonra təbii parçaya sürtüb düyünlərin üzərinə qoyun. Bu proseduru gündə 2 dəfə: səhər və axşam saatlarında etmək olar.
Kartof və bal kompressi
Kartofu sürtkəcdən keçirin. 1 xörək qaşığı götürüb, üzərinə 1/2 çay qaşığı bal əlavə edib qarışdırın. Tənzifin üzərinə çəkib, patoloji nahiyəyə qoyun. Bal babasilin xalq təbabəti ilə müalicəsi üçün ən çox istifadə edilən məhsullardan sayılır.
Yuxarıda sadalanan reseptlər babasilin müalicəsi üçün effektiv sayılsa da, onları istifadə etməzdən əvvəl mütləq proktoloq həkimlə məsləhətləşin.
xalq təbabəti
Xərçəng xəstəliyinin həm müalicəsi, həm də profilaktikası üçün müxtəlif çaylar məsləhət görülür. Onlardan birini təqdim edirik:. 0.5 kq udi-hindi və 0.5 kq qara zirə toxumu üyüdülüb toz formasına salınır, bir-birinə qarışdırılır
Epilepsiya zamanı xalq təbabəti vasitələri. RESEPTLƏR
Epilepsiya qədim tarixə malik və indiyədək tam müalicəsi tapılmayan xəstəliklərdən biridir. Rəvayətlərə və tarixi mənbələrə görə, həmin xəstəlikdən bir çox məşhur şəxsiyyətlər, o cümlədən sərkərdə, siyasət və ədəbiyyat xadimlər
Qanı təmizləmək və cavanlaşdırmaq üçün XALQ TƏBABƏTİ VASİTƏLƏRİ
Qan orqanizm boyu vitamin, mineral və bioloji aktiv maddələri daşıyır. Vaxt keçdikcə qanda müxtəlif ziyanlı maddələr yığıla bilər. Bəzi xalq təbabəti vasitələrinin köməyi ilə qanı təmizləmək və cavanlaşdırmaq mümkündür. Rusiy
İshalın xalq təbabəti üsulları ilə MÜALİCƏSİ
Qoz arakəsmələrinin ekstraktı:. 300 qr qozu sındırdıqdan sonra ləpələrin arakəsmələrini toplayın, üzərinə 250 ml 40%-li spirt vəya araq tökün. Qaranlıq yerdə hərdən çalxalamaq şərti ilə 5-7 gün saxlayın, sonra süzün. Günd
Bənövşəni xalq təbabətində necə istifadə edirlər?
Xalq arasında dəvərəgöz bənövşə adı ilə adlandırılan bu çiçəyin elmi adı üçrəng bənövşədir(viola tricolor). Bu çiçək müxtəlif ölkələrdə müxtəlif cür adlandırırlır. Tarixi. Bu çiçəyin tarixi Yaponiya və Çinə gedib çıxır. Bənövş
Göbələk xəstəliyi zamanı xalq təbabəti
Xalq təbabəti vsitəsilə dırnaqlardakı göbələk xəstəliyindən xilas olmağın yolları. Dırnaqlardakı göbələk xəstəliyindən xalq təbabəti vasitəsilə birdəfəlik xilas olmaq olur. 1. Ayıqulağı və dəmrovotu. 50-60 qram dəmrovot
Yüksək təzyiq zamanı xalq təbabəti
Yüksək təzyiq son illərin ən çox geniş yayılan xəstəliklərindən sayılır. Yüksək arterial təziq müxtəlif xəstəliklər səbəbindən meydana gələ bilir. Bəzən isə yüksək təzyiq heç bir xəstəlik olmadan yanlız sərbəst şəkildə insanlar
Böyrək daşları və xalq təbabəti
Böyrək daşları inanların tez-tez rat gəldiyi problemlrdən biridir. Böyrək daşlarının əmələ gəlməsində maddələr mübadiləsinin pozulması əsas rol oynayır. Maddələr mübadiləsi pozulduğu zaman böyrəklər sidiyi sizdükdə əməl
Hansı xalq təbabəti vasitələri ilə qanı durultmaq olar?
Bəzi xəstəliklər vardır ki, onlar qanın laxtalıanma qabiliyyətinin çox olmasından əmələ gəlir. İnfarkt, insult, tromboflebit, venaların varikoz genəlmələri, babasil və s. belə xəstəliklərin siyahısında ilk yerlərdə durur
Sızanaqların müalicəsində xalq təbabəti üsulları
Qabaqcadan xəbərdar edirik ki, yalnız xalq təbabəti üsullarından istifadə etməklə sızanaqlardan qurtulmaq olmaz. Lakin bu üsullar onların müalicəsində yaxşı yardımçı ola bilərlər. Bu vasitələri kifayət qədər uzun müddət ərzind
İshalların xalq təbabəti üsulları ilə müalicəsi
Qədim reseptlərdən:. İshalı müalicə etmək üçün təmiz yuyulmuş toyuq mədəciklərinin içindəki dəriciyi çıxartmaq, quruduqdan sonra toz halına salmaq lazımdır. Alınan toz hər gün 1-2 dəfə yarım çay qaşığı yeməkdən qabaq 10
Zökəm və onun müalicəsində xalq təbabəti üsulları
Zökəm – burnun selikli gişasının kəskin və ya xroniki iltihabıdır. Onun törədicisi əsasən mikroblar və viruslardır. Zökəm asqırma, burnun tutulması, selikli qişanın quruması və qıcıqlanması əlamətləri ilə başlayır. Nadi
Miqren xəstəliyini müalicəsində xalq təbabəti üsulları
Bitki dəmləməsi:. Gülümbahar çiçəyi, istiotlu nanə yarpağı, yemişan meyvəsi və pişikotu kökünün hərəsindən 1 xörək qaşığı, boymadərən otundan 2 xörək qaşığı götürülür. Komponentlər xırdalanaraq qarışdırılır. 3 xörək qaşığ
Yüksək təzyiq zamanı xalq təbabəti
Yüksək təzyiq son illərin ən çox geniş yayılan xəstəliklərindən sayılır. Yüksək arterial təziq müxtəlif xəstəliklər səbəbindən meydana gələ bilir. Bəzən isə yüksək təzyiq heç bir xəstəlik olmadan yanlız sərbəst şəkildə insanlar
Osteoparoz zamanı xalq təbabəti
Ev şəraitində osteoparozdan xalq təbabəti vasitələri ilə necə xilas olmaq olar?. Bal osteoparozla müalicədə ən yaxşı vasitələrdən sayılır. Osteoparozun müalicəsi zamanı təbii baldan istifadə olunur. Ən yaxşı vasitə kimi is
Böyüklərdə öskürəyin xalq təbabəti vasitələri ilə müalicəsi
Öskürək bir əlamət kimi geniş yayılıb. Öskürək bir çox xəstəliklərin əlaməti kimi meydana çıxa bilir. Bu xəstəliklərin sırasına bronxit, laringit, ümumi soyuqlama, qripp, ağ ciyərlərin soyuqlaması, allergiya xəstəlikləri
Xalq təbabəti nədir?
Xalq təbabəti xəstəliklətin təbii vasitələrlə müalicə və profilaktikasıdır. Xalq təbabəti ilə müalicə dedikdə isə xəstəlikləri müxtəlif bitki vasitələri ilə müalicə olnması nəzərdə tutulur. Xalq təbabəti ilə müalicənin tarix
Böyrək daşları və xalq təbabəti
Böyrək daşları inanların tez-tez rat gəldiyi problemlrdən biridir. Böyrək daşlarının əmələ gəlməsində maddələr mübadiləsinin pozulması əsas rol oynayır. Maddələr mübadiləsi pozulduğu zaman böyrəklər sidiyi sizdükdə əməl
Göbələk xəstəliyi zamanı xalq təbabəti
Xalq təbabəti vsitəsilə dırnaqlardakı göbələk xəstəliyindən xilas olmağın yolları. Dırnaqlardakı göbələk xəstəliyindən xalq təbabəti vasitəsilə birdəfəlik xilas olmaq olur. 1. Ayıqulağı və dəmrovotu. 50-60 qram dəmrovot
Parkinson xəstəliyi zamanı xalq təbabəti
Ev şəraitində Parkinson xəstəliyinin əlamətlərini aradan necə qaldırmaq olar? . Parkinson xəstəliyinin diaqnozu və kəşfi İngilis alimi C. Parkinsonun adı ilə bağlıdır. Bu xəstəlik özünü əllərdə və bədənin digər orqanlarınd
Hansı xalq təbabəti vasitələri ilə qanı durultmaq olar?
Bəzi xəstəliklər vardır ki, onlar qanın laxtalıanma qabiliyyətinin çox olmasından əmələ gəlir. İnfarkt, insult, tromboflebit, venaların varikoz genəlmələri, babasil və s. belə xəstəliklərin siyahısında ilk yerlərdə durur
xalq təbabəti melumatlari 2023, xalq təbabəti haqqinda melumat , xalq təbabəti xeberleri, xalq təbabəti haqqinda ətraflı xanim.az saytında öyrənə bilərsiz
Seçilmiş xəbərlər
Xanım.az saytı Azərbaycan xanımları üçün maraqlı olan bütün xəbərlər var. Qadin saytinda Gözəllik sirrləri , Azərbaycan qadınları, yemek reseptləri , Hamilə qadın , ana südü, uşaqlar, uşaq yemekleri, intim münasibətlər, qadin xeberleri, sağlamlıq xəbərləri, faydalı melumatlar, ən yeni 2023 deb moda, kosmetika mehsullari , gozellik və sağlamlıq haqqında məlumatlar ala bilərsiz.
Email: info [ @ ] xanim.az
Xalq Təbabəti
Bİr xörək qaşığı yerkökü toxumunu bir stəkan suda qaynadıb, dəm çaynikini qalın dəsmala büküb, dəmi 12 saat saxlamaq lazımdır. Sonra szərək gündə 3-4 dəfə yarım stəkan içmək steokardiyanın müalicəsi üçün ən yaxşı vasitələrdən biridir.
Gülxətminin qurudulmuş ləçəklərindən 20 qr götürüb 200 qr qaynar suda çay kimi dəmləyin. bu dəmdən gündə üçdəfə yarım stəkan içməklə ürəyin sürətlə döyünməsinin ( tarixi kardiya ) qarşısı alınacaqdır.
Ürək-damar xəstəliklərində beçə balını keçi südünə qatıb içmək xeyirlidir. Bir stəkan bişmiş südə bir xörək qaşığı bal qatıb, gündə iki dəfə ( səhər və axşam ) acqarına yarım stəkan içmək lazımdır. Müalicə müddəti 15 gündür.
Tumu çıxarılmış innabın 50 qramını 2 xörək qaşığı kəklikötü ilə qarışdırıb 2 stəkan qaynar suda dəmləyin. Soyudun, xıltını çıxarıb, gündə 4 dəfə yarım stəkan için.Bu qanı duruldur, ürək döyüntüsünü və ürək ağrısını azaldır.
Badamı şəkərlə və ya balla yedikdə kirəclənmiş qan damarları genişlənir.
Reyhanı döyüb suyunu çıxarın, onu şəkərlə və ya balla qarışdırıb, gündə üç dəfə 30 qr için .Beləliklə ürək döyüntüsü azalacaqdır.
Heyva Ağacının yeni əməıə gəlmiş yarpaqlarının və zoğlarının 20 qramını bir stəkan qaynar suda dəmləyin, gündə iki dəfə içməklə ürək-damar sisteminin ağrısını sakitləşdirmək olar.
Əncirin təzə yarpaqlarını yığıb xırda-xırda doğramaq və ordan 20 qr götürüb bir stəkan qaynar suda dəmləyərək gündə üç dəfə yarım stəkan içmək ürəyin fəaliyyətinə müsbət təsir göstərir. Bu baxımdan ancaq yarpalarının döyülmüşündən alınan kütlənin spirtlə qarışığından hasil olunan ekstraktı da qəbul etmək xeyirlidir.
Qeyd: Əsrlər boyunca sınanılmış vasitələri tam dəqiqliklə sizinlə paylaşdım. Növbəti yazımda bu movzuda daha bir neçə müalicəni sizə çatdıracam.Bizi izləməyə davam edin.
Comments are closed, but trackbacks and pingbacks are open.