Press "Enter" to skip to content

Xalqların etnoqrafiyası

Dünən – 11 yanvar 2022-ci il tarixində Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədr müavini Mövlud Işık və şair, tanınmış ziyalı Hamdi Ayvazoğlu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsini ziyarət edib.

Etnoqrafiya elminin predmeti və vəzifələri

Etnoqrafiya dünya xalqlarının həyat və məişətindən bəhs edən tarix elmidir. O, yunan sözü olan «etnos» və «qrafo» sözlərindən əmələ gəlməklə «xalqın təsviri» mənasını verir. Bu elmi bəzən etnolo­giya da adlandırırlar. Məişət dedikdə fərdi və ictimai həyatda bərqərar olunmuş ənənəvi formalar başa düşülür. Hər bir xalqın özünəməxsus məişət for­ması vardır ki, ayrı-ayrı xalqlarda bunlar çox vaxt bir-birindən köklü surətdə fərqlənir. Xalqın məişəti ilə yanaşı etnoqrafiya bir elm kimi xalqın mədə­niy­yə­tini də öyrənir. Bir qayda olaraq dünya xalqlarının mədəniyyəti iki sahəyə ayrılır: maddi mədəniyyət və mə­nəvi mədəniyyət. Maddi mədəniyyət anlayışına in­san əli ilə yaradılan bütün maddi nemətlər və əşyalar daxildir. Məs: yaşayış məskənləri və evlər, geyimlər və nəqliyyat vasitələri, yeməklər və içkilər, əmək alətləri, silahlar və bəzəklər; Mənəvi mədəniyyət anlayışına isə insan zəkasının yaratdığı bütün mənəvi məhsullar daxildir: ədəbiyyat, incəsənət, elm, din, fəlsəfə, əxlaq, musiqi, adət -ənənələr və i. a.

Təbiidir ki, dünyanın hər bir xalqının özünəməxsus mədəniyyəti vardır. Lakin müxtəlif xalqlarda mədəniyyətin inkişaf səviyyəsi eyni deyildir; həm də hər bir xalqın mədəniyyətində keyfiyyət özünə­məx­sus­luğu vardır. Bu keyfiyyət özünəməxsusluğu hər bir xalqın etnik və ya milli ənənəsini təşkil edir. Lakin etnoqrafiya elmi müxtəlif xalqların məişət və mədəniy­yətində olan müxtəlifliyi öyrənməklə kifayət­lənmir. O, eyni zamanda xalqların məişət və mə­də­niy­yətində nəzərə çarpan oxşar cəhətləri də öyrənir. Maddi və mənəvi-­­mədəniyyətdə, ictimai və ailə məişə­tində mövcud olan ümumi qanunauyğunluqları mü­əy­yən etməyə kömək göstərən həmin oxşar və fərqli xüsusiyyətlər bəşəriyyətin inkişaf dialektikasını dərk etməyə imkan yaradır.
Tarixi inkişafın müəyyən mərhələlərində bəşər mədəniyyəti müxtəlif olmuşdur. Belə ki, ibtidai icma dövründə insanların ilk sosial birliyi olan qəbilənin az-çox dərəcədə yekcins mədəniyyəti vardır. İndiyə­dək ibtidai icma quruluşu şəraitində yaşayan bütün qə­bilələrdə də bu cür vəziyyət müşahidə olunur. Lakin sinfi cəmiyyətdə hakim siniflərin məişət və mə­dəniyyəti, istismar olunan siniflərin məişət və mə­də­niyyətindən fərqlənir.
Etnoqrafiya elmi yalnız müasir xalqları öyrənmir; o, həmçinin hazırda siyasi fəaliyyət səh­nəsin­dən çıxmış, yox olmuş xalqları da öyrənir. Bu­nunla etnoqrafiyanın xüsusi bir sahəsi-tarixi etno­qrafiya məşgul olur.

Rus alimlərindən S.P.Tolstov etnoqra­fiyanın predmetindən danışaraq yazırdı ki, bu elm dünyanın müxtəlif xalqlarının məişət və mədə­niy­yə­tin­də­ki xüsusiyyətləri bilavasitə öyrənən, müşahidə edən tarix elmidir. Bu elm xalqın məişət və mə­də­niy­yə­tin­dəki xüsusiyyətlərin tarixi dəyişkənliyini və in­ki­şa­fı­nı, xalqların etnogenezini, etnik coğrafiyasını, onların qar­şılıqlı mədəni-tarixi əlaqələrini tədqiq etməklə məş­ğul olur. Y.V.Bromley və S.A.Tokaryev et­noq­r­a­fi­ya­nın tədqiqat obyektindən, predmet və metod­la­rından da­nı­şaraq yazırlar; «Etnoqrafiya — əsas təd­qiqat ob­yek­ti bilavasitə etnos və ya etnik birliklərin digər tip­ləri olan tarix elmidir». 1968-ci ildə nəşr olunan «Et­no­qrafiyanın əsasları» adlanan kita­bın­da S.To­karyev et­no­qrafiyaya ümumiləşdirilmiş tə­rif verərək yazır: «Etnoqrafiya dünya xalqlarının məişət və mə­də­niy­yətini öyrənən tarix elmidir». Y.Bromley isə 1973-cü ildə nəşr edilən «Etnos və etnoqrafiya» əsə­rində, habelə 1981-ci ildə çap olunan «Etno­qra­fi­ya­nın müasir problemləri» adlanan kitabında etno­qra­fi­ya­nı «etnik birliklər haqqında elm» adlandırır. S.To­kar­­yevin həmin ümumiləşdirilmiş tərifini nəzərə alan Sankt-Peterburqlu alim R.İts etnoqrafiyaya aşağı­da­kı kimi tərif verir: «Etnoqrafiya xalqların məişə­tin­dən və etnik tarixindən, dünya mədəniyyətinin tər­kib his­səsi kimi onların məişət və mədəniyyətindəki spe­si­fik cəhətlərin formalaşmasından bəhs edən ta­­rix el­midir.» Bu deyilənlərdən aydın görünür ki, et­noq­ra­fiya elminin əsas tədqaqat obyekti, bilavasitə et­nosdur, xalqın özüdür. Məhz xalq anlayışı etno­qrafiyanın əsas və başlıca anlayışıdır, çünki xalq anla­yışı çox vaxt etnosla eyniləşdirilir. Qədim yunan ter­mi­­ni olan etnos etimoloji cəhətdən «xalq», «qəbilə», «insan qrupu» anlayışlarına uyğun gə­lir. Y.Pop­lin­ski­nin göstərdiyi kimi qədim yunanlar özlərini baş­qa­ların­dan fərqləndirməkdən ötrü, qeyri-yu­nan­­la­rı «etnos» adlandırmışdılar. Bununla da qeyri-yu­nan­la­rın yunanlardan fərqli olan real mədəni-mə­işət fərq­lə­rini aşkara çıxarırdılar. Beləliklə, etno­sun əsas ek­vi­valenti bizim dildə xalq anlayışına uyğun gəlir. Bu­nunla belə XX əsrin 60-70-ci illərində etno­qra­fiyanın əsas tədqiqat obyekti olan etnos mətbuat sə­hi­fələrində diskussiya mənbəyinə çevrilmişdi. Bromley etnosun mənşə birliyi məsələsini adətən tarixi-sosial planda verirdi. Digər sovet alimi L.Qu­milyov etnosa bioloji cəhətdən yanaşaraq onu fərdiləşdirirdi. Lakin L.Qumilyov 1990-cı ildə nəşr edilmiş «Etnosun coğrafiyası» kitabında etnosa mücər­rəd anlayış baxımından yanaşmır, ona bir tərəfdən ta­rixi prosesin təmsilçisi kimi baxır, digər tərəfdən də onu (etnosu) tarixi inkişafın təkan vericisi, onun hərəkət verici qüvvəsi kimi qəbul edirdi.
L.Qumilyova görə etnos bu və ya başqa dərəcədə sosial pərdəyə bürünmüş biofiziki varlıq ol­duğundan, hansının birinci və əsas olması barədə aparılan diskussiya mənasız bir şeydir. Çünki bunlar bir-birini o dərəcədə şərtləndirir ki, bunlardan biri ol­ma­dan, o biri mümkün deyildir. Bu diskussiya yu­murta-cücə əhvalatını xatırladır.
Mütərəqqi elm xadimlərinin böyük əksəriy­yəti etnosa sosial-tarixi mahiyyət verərək, onun alçaq mənşəli etnosdan yüksək formalı etnosa qədər dia­lek­tik inkişaf yolunu göstərmişlər.
Hər bir etnik birliyin beş əlaməti vardır ki, bunlardan bəziləri əsas, başlıca əlamətdir, digərləri isə ikinci dərəcəli əlamətlərdir. Belə ki, hər bir etnik birliyin vahid dili, vahid etnik ərazisi, məişət- mədəniyyət ümumiliyi və mənşə birliyi mövcuddur; bu­nunla belə hər bir etnik birliyin öz-özünü dərk et­mək, öz-özünü anlamaq xüsusiyyəti vardır. Hər bir xalqın müxtəlif tarixi inkişaf dövründə onun etnoqrafik xarakteristikasında, göstərilən əlamət­lərdən biri və ya bir neçəsi ön plana çıxa bilər.

DİL. Yer kürəsində yaşayan xalqların əksəriyyəti öz milli dillərində danışır. Lakin çox vaxt müxtəlif xalqlar eyni bir dildə danışırlar. Məs. bütün Latın Amerikası ölkələrində — ispan dilində, Avstriya, Al­ma­niya, İsveçrə və b. ölkələrdə alman dilində danı­şır­lar. Eyni zamanda biz, bir xalq arasında iki və ya daha artıq dillərin yayılmasını da müşahidə edirik. Məs: irlandiyalılar həm irland, həm də ingilis dilində, hindistanlılar həm hindi, həm də ingilis dilində, Rusiya xalqları həm rus, həm də öz milli ana dillərində danışırlar. Buradan belə nəticə çıxır ki, dil bir xalqı başqalarından fərqləndirən yeganə əlamət hesab edilə bilməz.

ETNİK ƏRAZİ. Etnik ərazi, yəni müəyyən xal­qın yerləşdiyi vilayət onu başqa xalqlardan fərqlən­dirən mühüm əlamətlərdən biridir. Hər bir xalq adətən müəyyən bir ərazidə formalaşır. Lakin, bəzən tarixi inkişaf prosesində bir xalq başqa bir xalqla ərazi cəhətdən qarışıq yaşamağa məcbur olur. Belə bir vəziyyətdə parçalanmış etnik ərazi yaranmış olur: çünki xalqın müxtəlif hissələri arasındakı əlaqələr sarsımış vəziyyətdə olur. Buna misal olaraq Rusi­yada yaşayan başqırdları, azərbaycanlıları, tatar­ları, karelləri, buryatları və s. göstərmək olar. Belə bir şəraitdə xalqın daxili birləşmə qüvvəsi zəifləyir, hətta azlıqda qalan kiçik hissələri böyük xalqlarla qaynayıb qarışır. Lakin elmə belə bir hal da məlum­dur ki, xalq öz ərazi birliyinin pozulmasına baxma­yaraq, vahid bir birlik kimi öz inkişafını davam etdirir.

MƏİŞƏT VƏ MƏDƏNİYYƏT ÜMUMİLİYİ. Oxşar təbii şəraitdə, bir-birilə ünsiyyətdə yaşayan insanlar bir qayda olaraq maddi və mənəvi mədə-niy­yət sahəsində oxşar mədəni ünsürlər yaradırlar. Məs: çox vaxt yaşayış məskənləri, evlər, geyim tipləri ayrı-ayrı nəqliyyat növləri bir-birinə bənzəyir. Bütün bu ünsürlər etnik əlamətlər sayıla bilər. Lakin bunlar ikinci dərəcəli əlamətlərdir; çünki mədəniy­yətin oxşar əlamətlərinin yayılma sahəsi çox vaxt et­nik əlamətlərlə uyğun gəlmir. Məs. karellər və vepslər maddi mədəniyyətin bütün xüsusiyyətinə gö­rə şimali ruslara çox yaxındırlar; moldavan­ların maddi mədəniyyəti ukraynalılarınkı ilə, latışlarınkı isə estonlarla çox uyğunluq təşkil edir.
MƏNŞƏ BİRLİYİ. Bu cəhət yalnız nadir hallarda bir xalqı başqalarından ayırmaq üçün fərqləndirici əlamət sayıla bilər. Lakin xalqları fərq­lən­dirərkən onu da mütləq nəzərə almaq lazımdır. Məs. müxtəlif ölkələrdə yaşayan qaraçılar, yəhu­dilər, zəncilər və s. mənşə etibarilə ayrıca qrup təş­kil edirlər.
ETNİK ÖZ-ÖZÜNÜ ANLAMA. Etnik birlik əlamətlərindən birini də etnik öz-özünü anlama təş­kil edir. Bəzi alimlər bu aləməti hətta əsas, həl­le­dici əlamət kimi qəbul edirlər. Qarışıq mən­şəli in­san­lar adətən özlərini istədiyi etnosa aid edə bilərlər.

ETNOQRAFİYANIN MƏNBƏLƏRİ VƏ TƏDQİQAT ÜSULLARI

Etnoqafiya elminin əsas mənbəsini tədqaqatçının çöl müşahidələri təşkil edir. Etnoqrafın çöl müşahidələri müxtəlif formalarda aparılır:

Bilavasitə müşahidə,
Etnoqrafın yerli əhalinin işində fəal iştirakı,
İnformatorlarla mü­sahibə.

Bu üsullarla toplanılan materiallar etnoqraf tərəfindən çöl gündəliyinə daxil edilir. Eyni za­man­da tədqiqatçı müxtəlif rəsmlər çəkir, məlumat­çıla­rın söhbətlərini maqnitofon lentinə yazır. İmkan olduqda o, həm də maddi mədəniyyət əşyaları toplayır və bu yolla muzey fondlarını zənginləşdirir. Bir qayda olaraq çöl işlərinin apa­rıl­masının iki başlıca metodu vardır: 1) Ekspedisiya üsulu və 2) Stasionar üsul. Birinci üsula görə etnoqraf tək və ya bir neçə nəfər mütəxəssislə bir­lik­də onu maraqlandıran obyektə gedir. Orada yaşayan əhalinin məişət və mədəniyyətini müşahidə edir. Bir qayda olaraq ekspedisiya qısa müddət üçün (10 gün­dən 3 aya qədər) nəzərdə tutulur. Bu müddət qısa ol­sa da, geniş ərazidə etnoqrafik material toplanılır. Stasionar iş üsuluna görə etnoqraf uzun müddət (bə­zən 10-15 il) müəyyən bir kəndin və ya şəhərin əha­lisi içərisində qalır, onun sakinlərinin məişət və mə­dəniyyətini öyrənir. Hər iki iş üsulunun həm müs­bət və həm də mənfi cəhətləri vardır. Məs. Ekspe­­disiya zamanı etnoqraf eyni zamanda bir çox kənd­ləri öyrənir və burada topladığı materiallar əsasında müqayisələr və ümumiləşdirmələr et­mək imkanına malik olur. Digər tərəfdən müşa­hi­dəçi həmin kəndlərin hər birində qısa müddət ər­zində qaldığından (bəzən cəmi 1-2 gün və ya 1-2 sa­at) o, həmin kənd sakinlərini hərtərəfli və bütünlüklə öy­rənə bilmir, onları yalnız səthi tədqiq edir. Stasi­onar iş üsulu zamanı etnoqraf müəyyyən bir kəndin, rayonun və ya zonanın əhalisini dərindən və hərtə­rəf­li öyrənsə də o, müqayisələr və ümumiləş­dir­mələr edə bilmir. Buna görə də etnoqrafik çöl tədqi­qat­ları ilə məşğul olarkən, hər iki iş üsulunu əla­qə­lən­dirmək lazımdır.

ETNOQRAFİYA BİR ELM kimi digər hu­manitar və təbiət elmləri ilə sıx surətdə əla­qə­dar­­dır. Onun antropologiya, arxeologiya, lin­q­vis­ti­­ka, folkloristika və çoğrafiya ilə sıx əlaqəsi möv­cud­­dur. Antropologiyanın irqlərin yaranmasına da­­ir olan bölməsi, insan irqlərinin ərazi cəhətcə ya­yıl­ması, tarixi-sosial əlaqələr zəminində insanın fi­zi­ki simasının dəyişməsini öyrənən sahələri etnik antro­­pologiya adlanır. Arxeoloji materiallar üzrə mədəni-məişət xüsusiyyətlərinin müəy­yənləşdiril­mə­si qə­dim etnik qrupları bir-birindən ayırmağa im­kan verir. Arxeologiyada son vaxtlarda meydana çı­xan bu xətt paleoetnoqrafiya adlanır. Etnik antro­­­pologiyanın və paleoetnoqrafiyanın verdiyi ma­te­ri­allar xalqın etnik tarixinin ilk mərhələlərini öy­rən­­məyə imkan verir. Yuxarıda dediyimiz kimi et­no­­qrafiyanın dilşünaslıqla, ədəbiyyatşünaslıq və fol­klor­şünaslıqla da tematik və problem yaxınlığı vardır ki, bunlar xalqların mənəvi mədəniyyətlərinin spesi­fik cəhətlərini anlamağa imkan yaradır. Hər bir di­lin daxili inkişaf qanunauyğunluğu mövcuddur ki, bu bilavasitə həmin dilin daşıyıcıları ilə sıx surətdə əla­qədardır. Odur ki, dilşünaslıqda xüsusi bir böl­mə-etnolinqvistika bölməsi vardır. Elmin bu sahəsi dilin mənşəyini, onun başqa dillərlə qohumlugunu və yaxınlığını öyrənməklə məşgul olur. Elmlərin et­no­­so­siologiya və etnopsixologiya sahələrinə də bu möv­qedən yanaşmaq lazımdır. Etnoqrafiyanı öz ağu­şunda böyüdən coğrafiya əhalini, onun yer­ləş­mə­­sini, ətraf mühitə insanların təsirini öyrənməklə ya­­naşı bu elmlə də öz sıx əlaqəsini saxlayır. Et­no­qra­fiya ilə əlaqəsi olan coğrafiyanın həmin sa­hə­ləri demoqrafiya, statistika, etnocoğrafiya, et­nokartoqrafiya, etnostatistika və s. dir. Et­no­bo­ta­ni­ka və etnozoologiya elmləri də etnik birliklərin qə­­dim inkişaf tarixini izləməyə imkan verir.

Elmin müstəqil bir sahəsi kimi etnoqra­fi­­ya XIX əsrin ortalarında Qərbi Avropa və Ame­ri­ka ölkələrində təşəkkül tapmağa başlamışdır. XIX əs­rin 60-70-ci illərində müxtəlif ölkələrdə et­no­qra­fik təşkilatlar və cəmiyyətlər meydana çıxmışdır. La­­kin «Etnoqrafiya» sözünü bundan əvvəlki tarixi dövr­­lərdə də işlətmişdilər. Ancaq o vaxtlar bu söz el­­mi məna daşımırdı. Hələ 1607-ci ildə yazıçı İohan Zom­­mer Maqdeburq şəhərində «Etnoqrafik məc­muə» nəşr etməyə başlamışdı. 1791-ci ildə isə Nyu­renberq şəhərində «Etnoqrafik albom» dərc edil­mişdir. 1820-ci ildə macar xalq geyim komp­lek­si­ni əks etdirən albom dərc olundu ki, bu al­bomun üs­tünə «Etnoqrafiya» sözü yazılmışdı. 1826-cı ildə İta­liya coğrafı Adriano Balbi «Etnoqrafik at­las» çap et­dir­mişdi.

Hazırda müasir etnoqrafiyanın qarşısında çox mühüm vəzifələr durur ki, bunları da başlıca olaraq 6 qrupa ayırmaq mümkündür:
1) Ayrı-ayrı ölkələrin, həmçinin bütün dün­ya əhalisinin etnik tərkibinin öyrənilməsi;
2) Xalqların etnik tarixi və etnogenezi prob­lemi.
3) Nəsli qəbilə quruluşunun, yəni sinif­siz cəmiyyətin öyrənilməsi.
4) Tarixən formalaşan milli-mədəni ənə­nə­lə­rin öyrənilməsi.
5) Müasir məişətin öyrənilməsi.
6) Müasir etnik proseslərin öyrənilməsi.

1. İlk baxışda birinci problemin araş­dırıl­ması adama çox asan görünür. Məs. biz deyirik ki, İtaliyada italyanlar, Koreyada koreyalılar yaşa­yır­­lar. Əslində isə bu məsələ göründüyündən qat-qat çə­tindir. Çünki hər bir ölkədə əsas millətdən başqa, bir çox digər xalqların nümayəndələri də, yəni az­lıq­da qalan qeyri-əsas xalqlar da yaşayır. Çox vaxt bu mil­li azlıqların sayını müəyyən etmək o qədər də asan olmur. Çünki, belə bir sual meydana çıxır ki, biz əhalinin hansı qrupunu müstəqil xalq, hansını isə əsas millətin tərkib hissəsi kimi qiymətləndirməliyik? Məhz, buna görə də etnoqraflar adətən etnik və etno­qrafik qrupları həmçinin milli azlıqları həm əsas xalqdan, həm də bir-birindən fərqləndirməyə ça­lı­şır­lar.
2. Xalqların etnik tarixi və etnogenezi problemi, hər bir xalqın sistematik tədqiqinə başla­nı­lan zaman, tədqiqatçının qarşıya qoyduğu əvvəlinci məsələlərdən biridir. Bu məsələ eyni dərəcədə həm tarixçini, həm arxeoloqu, həm antropoloqu, həm də dilşünası maraqlandırır. Bu problemin həll edilməsi üçün bütün adları çəkilən elmlərin mə­lu­matından istifadə olunmalıdır. Başqa sözlə de­sək, hər hansı bir xalq arasında üstünlük təşkil edən ir­qi tiplər haqqındakı məlumatları (an­tro­po­lo­gi­ya); onun dili haqqındakı məlumatı (dilşünaslıq); öyrənilən xalqın əcdadlarının qədim maddi izləri haqqındakı məlumatları (arxeologiya); habelə yazılı mənbələrin və xalqın özünün folklor mate­ri­al­larını mütləq nəzərə almaq lazımdır. Məlum ol­duğu kimi xalqın mənşəi uzun sürən, mürəkkəb tarixi-etnik prosesdir. Xalqın etnik tarixi, onun həm ictimai-iqtisadi, həm siyasi, həm də mədəni tarixi ilə əla­qədardır. Bu tarixi inkişaf gedişində, bə­zən xalqın dili də dəyişikliyə məruz qalır. Etnik inkişaf pro­se­sin­də müəyyən vaxt ərzində insanların sosial bir­liklərinin tipləri də dəyişilir. Qəbilələrdən qə­bi­lə ittifaqları yaranır ki, bunlar da sonralar xalqlara, axırıncılar isə öz növbəsində, kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar olaraq, et­nik birliyin yeni tipi olan millətlərə çevrilirlər.
3.Nəsli qəbilə quruluşunu, yəni sinifsiz cə­miy­yəti qismən arxeoloji məlumatlar əsasında öy­rən­mək mümkündür. Lakin məlum olduğu kimi ar­xe­oloji materiallar cansız, dilsiz materiallardır. On­la­rın əsasında biz yalnız ibtidai insanların əmək alətlərini, incəsənəti, qismən təsərrüfat formalarını və maddi mədəniyyətin digər sahələrini öyrənə bilərik. İbtidai insanların ictimai quruluşunun bir çox cəhətləri (ana nəsli qaydaları, ailə və nigahın il­kin formaları, yaşa və cinsə görə bölgü, ha­kimiy­yətin təşkili) indiyədək arxaik qaydaların nisbətən hökm sürdüyü Avstraliya, Amerika və Afrikanın yerli əhalisinin öyrənilməsi prosesində mümkün olmuşdur.
4.Tarixən formalaşmış milli mədəni ənənələrin öyrənilməsi də mühüm problemlərdən­dir. Mütərəqqi alimlər göstərirlər ki, hər bir xalq öz böyüklüyündən və kiçikliyindən asılı olmayaraq dün­ya mədəniyyəti xəzinəsinə müəyyən əvəzedil­məz incilər bəxş edir. Beynəlmiləl mədəniyyətin yaranmasında hər bir xalqın mədəni nailiyyəti­nin səviyyəsini bilmək lazımdır. Burada maddi mədəniyyət abidələri, tikintinin tipləri və forma­ları, sənətkarlıq texnikası, bədii sə­nət­kar­lıq­, xalq musiqisi, xalq təbabəti və s.dən söhbət gedir. Milli mədəniyyətlərin öyrə­nil­məsi, onlarda olan müsbət və mənfi cəhətlərin hər­tərəf­li müəyyən edilməsi ona görə vacibdir ki, bu beynəlmiləl tərbiyəyə və bizə pis adətlərdən xilas ol­maqda kömək edir. Eyni zamanda əməyə, hər bir xalqın yaradıcılığına hörmətlə yanaşmağı öy­rədir.
5.Müasir məişətin öyrənilməsi problemi yalnız son zamanlarda qarşıya qoyulmuşdur. Buna görə də hələlik o, zəif öyrənilən sahə­lər­dən sayılır. Etnoqraflar çoxdan öyrənilmiş məi­şət və mədəniyyət formalarını tədqiq etməyə adət et­dik­lərindən yeniliyi müşahidə etməkdə çətinlik çə­kir­lər. Müasir məişətimizi öyrənmək üçün daha çox müşahidə ­aparmaq, tədqiq etmək, mədəni-məi­şət formalarının dəyişilməsi prosesini, yeni etnik ­ənənə­lərin formalaşmasını izləmək lazımdır.
6.Müasir etnik proseslərin öyrənilməsi prob­lemi dünya etnoqrafiyası qarşısında duran ən mühüm problemlərdən biridir. Müasir dünyada baş verən böyük ictimai-iqtisadi və siyasi də­yi­şik­­liklər öz təsirini xalqların etnik inkişafında da göstərir. Millətlərin qovuşması, etnik birliklərin böyü­məsi və yeni millətlərin formalaşması prosesi müasir dövrün əsas proseslərindəndir. Bu hər şeydən əvvəl o ölkələrdə daha çox nəzərə çarpır ki, orada etnik rəngarənglik daha çoxdur. Məsələn, Qafqazda, Tacikistanda, Hindistanda, İndo­ne­zi­ya­da və bir sıra Afrika ölkələrində vəziyyət be­lə­dir. Hazırda etnik inkişaf prosesində pərakən­də­lik aradan qalxır, əhali daha iri etnik qruplarda birləşirlər. Bəzi ölkələrdə bu proses həyat səviyyəsi­nin iqtisadi və mədəni cəhətdən yüksəlməsi ilə, keç­miş müstəməkələrdə və asılı ölkələrdə isə azadlıq hə­rə­katı ilə bağlıdır.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

Azərbaycan etnoqrafiyası

Azərbaycan etnoqrafiyası — Azərbaycanda yaşayan xalqların özünəməxsus xüsusiyyətlərini öyrənir, tarix, arxeologiya, eləcə də başqa elm sahələrinin əldə etdiyi nəticələri araşdırır, tamamlayır, bütövləşdirir. Nəticədə etnik-milli özünüdərkin, özünütanımanın əsasını yaradır. Yəni, maddi və mənəvi mədəniyyət əsasında milli kimlik formalaşır, etnoqrafiya elmi isə minilliklərin bu milli-etnik kimliyini üzə çıxarmaqla məşğuldur.

Qafqazın cənub-şərqində geniş ərazini əhatə edən Azərbaycan əlverişli təbii-coğrafi və iqtisadi-strateji məkanda yerləşmişdir. Ona görə də burada maddi mədəniyyətin təşəkkül tapması, inkişafı və yayılması üçün hər cür imkan və mövcud şərait olmuşdur.

Xalq bu zənginliklərdən bəhrələnərək minilliklər boyu özünün çoxşaxəli və dərin məzmunlu maddi mədəniyyət sahələrini yaratmış və inkişaf etdirmişdir. Heç şübhəsiz, maddi və mənəvi mədəniyyətin qarşılıqlı əlaqəsi hər iki sahənin yüksək səviyyəyə çatmasına zəmin yaratmışdır. Azərbaycan haqlı olaraq bəşər sivilizasiyasının ilkin ocaqlarından sayılır.

Azərbaycan ərazisinin son dərəcə əlverişli iqlim şəraiti, zəngin flora və faunası, yerli əhalinin qədimliyi, təsərrüfat məişəti, çoxsahəli sənətkarlığı, maddi və mənəvi dünyası onun etnoqrafik baxımdan daha çeşidli və məzmunlu olmasına əsaslı zəmin yaratmışdır. O da həqiqətdir ki, xalq minilliklərdən başlayaraq Qafqaz, Yaxın Şərq və başqa ölkələrin xalqları ilə davamlı və arasıkəsilməyən sıx iqtisadi və mədəni əlaqədə olmuşdur. Yaranan bu qarşılıqlı təmasdan çox şey əxz etmiş, faydalanmış və zənginləşmişdir. Xalqın etnoqrafiyası Qafqaz, bir qədər də geniş mənada, Yaxın və Orta Şərq xalqlarının etnoqrafiyasının ayrılmaz tərkib hissəsidir. Hər bir xalqın maddi mədəniyyəti yalnız onun özünəməxsus spesifik-lokal cəhətləri və fərdi xüsusiyyətləri ilə seçilir. Bu isə bir etnosa məxsus mədəniyyəti digər etnosun mədəniyyətindən əsaslı surətdə fərqləndirilir. Bu baxımdan Azərbaycan xalqının çoxəsrlik empirik təcrübə, bilik və vərdişlərə əsaslanan maddi mədəniyyət tarixi zəngin olub, özünün spesifikasını və milli xüsusiyyətlərini maddi mədəniyyətin bütün sahələrində bariz şəkildə nümayiş etdirir.

Əsasən, XIX əsrin ortalarında maldar elatların oturaq həyata keçməsi nəticəsində salınan kəndlərdə icma münasibəti qalıqları daha çox mühafizə olunduğundan, oturaqlaşma zamanı qohumluq prinsipi üzrə yerləşmə ənənəsinə ciddi əməl edilmişdir. Oturaqlaşma prosesi isə nəsli icmalardan ibarət olan qışlaqlar arasında getdiyindən, yeni yaranan kəndlər, müstəsna olaraq qohum patronimik qruplardan təşkil olunmuşdur. Nəticədə formalaşan adət-ənənələr bütün xalq üçün xarakterik olmuşdur.

Azərbaycan ərazisinidə ailənin təşəkkül prosesinin Eneolit dövrünü sonunda baş verdiyi ehtimal edilir.

Azərbaycan ailəsi və ailə məişəti haqqından mənbələrdə, yazılı abidələrində və qaynaqlarda, XIII əsr böyük Azərbaycan alimi Nəsrəddin Tusinin, Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərində, şifahi xalq ədəbiyyatını nümunələri olan dastanlarda əhəmiyyətli məlumatlar vardır. Azərbaycanlıların ailə və ailə məişətinə dair maraqlı materiallar XI-XVIII əsrlərə aid mənbələrdə öz əksini tapmışdır. Azərbaycanda ailə və ailə məişəti məsələləri XVIII əsrin sonundan başlayaraq XIX əsr və XX əsrin başlanğıcında yazılmış etnoqrafik səpkili rusdilli ədəbiyyatda da öz əksini tapmışdır. Həmin materialların müqayisəli təhlili aydın surətdə göstərir ki, Azərbaycanda orta əsrlərin ailə məişəti ilə yeni dövrün ailə məişəti arasında kəskin fərqlər olmamışdır, yəni Azərbaycan xalqının ailə məişətində varislik ənənələri müşahidə edilir. Deməli, Azərbaycan xalqı ailə və ailə məişəti ilə bağlı olan adət-ənənələrini əsrlər boyu qoruyub saxlaya bilmiş, onları təkmiləşdirmiş, inkişaf etdirmiş və bu ənənələr tarixin sınaqlarından keçərək zamanımızadək gəlib çatmışdır.

Azərbaycan etnoqrafiyası nəninki Qafqazın, ümumilikdə dünya etnokulturologiyasını zənginləşdirən bir məxəzdir. Məhz buna görə də Azərbaycan dövləti maddi və mənəvi mədəniyyətin qorunmasına, inkişafına və təbliğinə yüksək səviyyədə diqqət yetirir. Bu Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 iyul 2008-ci ildə imzaladığı sərəncamda bir daha qeyd olunmuşdur.

İstinadlar

Avqust 08, 2021
Ən son məqalələr

Şüşəli qüllə

Şüəra məqbərəsi

Şımkent

Şınıx (Borçalı)

Şınıx bələdiyyəsi

Şıpeytim Arifi

Şıqqıldaq böcəklər

Şırlan

Şırlan (bulaq)

Şırnak ili

Ən çox oxunan

Neoseiulus noosae

Neoseiulus nodus

Neoseiulus ojibwa

Neoseiulus ornatus

Neoseiulus orientalis

azərbaycan, etnoqrafiyası, məqaləni, vikiləşdirmək, lazımdır, lütfən, məqaləni, ümumvikipediya, redaktə, qaydalarına, uyğun, şəkildə, tərtib, edin, azərbaycanda, yaşayan, xalqların, özünəməxsus, xüsusiyyətlərini, öyrənir, tarix, arxeologiya, eləcə, başqa, sahə. Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Azerbaycan etnoqrafiyasi Azerbaycanda yasayan xalqlarin ozunemexsus xususiyyetlerini oyrenir tarix arxeologiya elece de basqa elm sahelerinin elde etdiyi neticeleri arasdirir tamamlayir butovlesdirir Neticede etnik milli ozunuderkin ozunutanimanin esasini yaradir Yeni maddi ve menevi medeniyyet esasinda milli kimlik formalasir etnoqrafiya elmi ise minilliklerin bu milli etnik kimliyini uze cixarmaqla mesguldur Qafqazin cenub serqinde genis erazini ehate eden Azerbaycan elverisli tebii cografi ve iqtisadi strateji mekanda yerlesmisdir Ona gore de burada maddi medeniyyetin tesekkul tapmasi inkisafi ve yayilmasi ucun her cur imkan ve movcud serait olmusdur Xalq bu zenginliklerden behrelenerek minillikler boyu ozunun coxsaxeli ve derin mezmunlu maddi medeniyyet sahelerini yaratmis ve inkisaf etdirmisdir Hec subhesiz maddi ve menevi medeniyyetin qarsiliqli elaqesi her iki sahenin yuksek seviyyeye catmasina zemin yaratmisdir Azerbaycan haqli olaraq beser sivilizasiyasinin ilkin ocaqlarindan sayilir Azerbaycan erazisinin son derece elverisli iqlim seraiti zengin flora ve faunasi yerli ehalinin qedimliyi teserrufat meiseti coxsaheli senetkarligi maddi ve menevi dunyasi onun etnoqrafik baximdan daha cesidli ve mezmunlu olmasina esasli zemin yaratmisdir O da heqiqetdir ki xalq minilliklerden baslayaraq Qafqaz Yaxin Serq ve basqa olkelerin xalqlari ile davamli ve arasikesilmeyen six iqtisadi ve medeni elaqede olmusdur Yaranan bu qarsiliqli temasdan cox sey exz etmis faydalanmis ve zenginlesmisdir Xalqin etnoqrafiyasi Qafqaz bir qeder de genis menada Yaxin ve Orta Serq xalqlarinin etnoqrafiyasinin ayrilmaz terkib hissesidir Her bir xalqin maddi medeniyyeti yalniz onun ozunemexsus spesifik lokal cehetleri ve ferdi xususiyyetleri ile secilir Bu ise bir etnosa mexsus medeniyyeti diger etnosun medeniyyetinden esasli suretde ferqlendirilir Bu baximdan Azerbaycan xalqinin coxesrlik empirik tecrube bilik ve verdislere esaslanan maddi medeniyyet tarixi zengin olub ozunun spesifikasini ve milli xususiyyetlerini maddi medeniyyetin butun sahelerinde bariz sekilde numayis etdirir Esasen XIX esrin ortalarinda maldar elatlarin oturaq heyata kecmesi neticesinde salinan kendlerde icma munasibeti qaliqlari daha cox muhafize olundugundan oturaqlasma zamani qohumluq prinsipi uzre yerlesme enenesine ciddi emel edilmisdir Oturaqlasma prosesi ise nesli icmalardan ibaret olan qislaqlar arasinda getdiyinden yeni yaranan kendler mustesna olaraq qohum patronimik qruplardan teskil olunmusdur Neticede formalasan adet eneneler butun xalq ucun xarakterik olmusdur Azerbaycan erazisinide ailenin tesekkul prosesinin Eneolit dovrunu sonunda bas verdiyi ehtimal edilir Azerbaycan ailesi ve aile meiseti haqqindan menbelerde yazili abidelerinde ve qaynaqlarda XIII esr boyuk Azerbaycan alimi Nesreddin Tusinin Azerbaycan edebiyyati klassiklerinin eserlerinde sifahi xalq edebiyyatini numuneleri olan dastanlarda ehemiyyetli melumatlar vardir Azerbaycanlilarin aile ve aile meisetine dair maraqli materiallar XI XVIII esrlere aid menbelerde oz eksini tapmisdir Azerbaycanda aile ve aile meiseti meseleleri XVIII esrin sonundan baslayaraq XIX esr ve XX esrin baslangicinda yazilmis etnoqrafik sepkili rusdilli edebiyyatda da oz eksini tapmisdir Hemin materiallarin muqayiseli tehlili aydin suretde gosterir ki Azerbaycanda orta esrlerin aile meiseti ile yeni dovrun aile meiseti arasinda keskin ferqler olmamisdir yeni Azerbaycan xalqinin aile meisetinde varislik eneneleri musahide edilir Demeli Azerbaycan xalqi aile ve aile meiseti ile bagli olan adet enenelerini esrler boyu qoruyub saxlaya bilmis onlari tekmilesdirmis inkisaf etdirmis ve bu eneneler tarixin sinaqlarindan kecerek zamanimizadek gelib catmisdir Azerbaycan etnoqrafiyasi neninki Qafqazin umumilikde dunya etnokulturologiyasini zenginlesdiren bir mexezdir Mehz buna gore de Azerbaycan dovleti maddi ve menevi medeniyyetin qorunmasina inkisafina ve tebligine yuksek seviyyede diqqet yetirir Bu Azerbaycan Etnoqrafiya Muzeyinin yaradilmasi haqqinda Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyevin 11 iyul 2008 ci ilde imzaladigi serencamda bir daha qeyd olunmusdur Istinadlar Redakte Azerbaycan ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin Menbe https az wikipedia org w index php title Azerbaycan etnoqrafiyasi amp oldid 4085635, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Xalqların etnoqrafiyası

Ana Səhifə Cəmiyyət ATVİB heyəti “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin rəhbərliyi ilə görüşdü – FOTOLAR

!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Yanvar 12, 2022 – 19:24
!Reklam – Yazi

Dünən – 11 yanvar 2022-ci il tarixində Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədr müavini Mövlud Işık və şair, tanınmış ziyalı Hamdi Ayvazoğlu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsini ziyarət edib.

Yenicagml.az xəbər verir ki, ATVİB heyəti ziyarət sırasında şöbə müdiri, türkoloq Güllü Yoloğlu və şöbənin aparıcı elmi işçisi Mehparə Əliyeva ilə görüşüb. Görüşdə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsi ilə gələcək əməkdaşlıq planları, Axısxalı gənclərin elmi tədbirlərə cəlb olunması, Axısxa Türklərinin yaşadıqları bölgələrə etnoqrafik ekspedisiyaların təşkili kimi bir çox vacib məsələlər müzakirə edilib. Görüş zamanı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsi və Dünya Türkologiya Mərkəzinin qarşıdan gələn mart ayıda – Novruz Bayramı ərəfəsində birlikdə təşkil edəcəyi “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı beynəlxalq konfrasla bağlı fikir mübadiləsi də aparılıb. Mövlud Işık, Dünya Ahıska Türkləri Birliyi (DATÜB) və Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin fəaliyyətindən, Qarabağ müharibələri zamanı şəhid olan Axısxalıların igidliyindən, vətən sevgisindən, eləcə də gələcək əməkdaşlığın perspektivlərindən söhbət açaraq, şöbəyə müəllifi olduğu “Axısxalı şəhidlər” kitabını, Vətən Savaşında qazanılan şanlı qələbəyə həsr edilən “Türk Birliyi” jurnalının özəl sayını və qəzetləri hədiyyə edib. Qeyd edək ki, olduqca səmimi keçən görüşün sonunda xatirə şəkli də çəkilib.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Comments are closed, but trackbacks and pingbacks are open.