Press "Enter" to skip to content

Qanun uşaqların xarici ölkəyə aparılması prosedurunu necə tənzimləyir

Azərbaycan, Bakı, 1 iyul /Trend/

ÇevirSözlük.com | Azerice – Rusça cümle çeviri nedir?

Azerice dilinden Rusça diline (google translate aracılığıyla) hızlı cümle ya da kelime çeviri yapmanıza yardımcı olan bir sözlük sistemidir. Dünya dilleri arasında yapılacak olan cümle ve kelime çevirilerinizi kolaylaştırır. ÇevirSözlük.com Dünya’da en yaygın olarak kullanılan bir çok dili içinde barındırmaktadır. Bu diller arasında herhangi bir ücret ödemeden ve sınırlama olmaksızın istediğiniz cümle ya da kelime çevirilerinizi hızlı bir şekilde yapmanız mümkündür.

Kullanım ve Gizlilik

Cevirsozluk.com aracılığıyla yapılan tüm çeviri verileri toplanmaktadır. Toplanan veriler herkese açık, anonim olarak paylaşılır. Dolayısıyla Çevir Sözlük kullanarak yapacağınız çevirilerde kişisel bilgi ve verilerinizin yer almaması gerektiğini hatırlatırız.

Cevirsozluk.com kullanıcılarının çevirilerinden oluşturulan içerikte argo, küfür vb. uygun olmayan öğeler bulunabilir. Oluşturulan çeviriler her yaş ve kesimden insanlar için uygun olamayabileceğinden dolayı, rahatsızlık duyulan hallerde siteminizin kullanılmamasını öneriyoruz. Kullanıcılarımızın çevirilerle eklediği içeriklerde telif hakkı ya da kişiliğe hakaret vb. öğeler bulunuyorsa site yönetimiyle iletişime geçilmesi halinde gerekli düzenlemeler yapılacaktır.

Qanun uşaqların xarici ölkəyə aparılması prosedurunu necə tənzimləyir?

Valideynlər boşandıqdan sonra uşaqların müalicə, yaxud da səyahət məqsədilə ölkədən çıxarılması zamanı əksər hallarda tərəflər arasında problemlər yaranır.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Valideynlər boşandıqdan sonra uşaqların müalicə, yaxud da səyahət məqsədilə ölkədən çıxarılması zamanı əksər hallarda tərəflər arasında problemlər yaranır. Tərəflərdən birinin himayəsində olan uşağın xarici ölkəyə aparılması zamanı qarşı tərəf çox halda buna icazə vermir, yaxud da müəyyən çətinliklər yaradır. Bəs qanunvericilik bu məsələni necə tənzimləyir?

Trend-in məlumatına görə, Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi vəkil Dünyamin Novruzov jurnalistlərə bildirib ki, qanunvericiliyin tələbinə görə, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər.

Miqrasiya Məcəlləsində qeyd olunur ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Vəkilin sözlərinə görə, həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Hüquq məsləhətçisi qeyd edib ki, məhkəmə bu halda uşağın mənafelərinin təmin edilməsinə yönələn qərar çıxarmalıdır: “Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsində deyilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. Həmçinin “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yuksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz”.

Hüquq məsləhətçisi bildirib ki, uşaq ölkədən gedərkən müəyyən hallarda digər valideynin razılığı tələb olunmur. Belə ki, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış olduqda, digər valideynin razılığı tələb olunmur.

D.Novruzovun sözlərinə görə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunla nəzərdə tutulmuş qaydada ölkədən gedə bilər: “Azərbaycan Respublikasından gedən yetkinlik yaşına çatmayan vətəndaşın həyat və sağlamlığına, ölkə hüdudlarından kənarda onun hüquq və qanuni maraqlarının qorunmasına görə məsuliyyət həmin şəxsin valideynlərinin, onu övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının üzərinə düşür”.

Vəkil bildirib ki, yetkinlik yaşına çatmayan vətəndaşlar ölkədən qrup halında valideynlərinin, onları övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının müşayiəti olmadan getdikdə, qanuni nümayəndənin vəzifələrini həmin qrupun rəhbərləri yerinə yetirirlər.

  • Bakı Hüquq Mərkəzi
  • Dünyamin Novruzov

Xanım Pereqrinin qəribə uşaqlar üçün evi

SİRLİ ADA TƏNHA, XARABA UŞAQ EVİ ƏSRARƏNGİZ FOTOLARDAN İBARƏT QEYRİ-ADİ KOLLEKSİYA Bütün bunlara fantastika və fotoların vəhdətindən yaranan, oxucunu daim həyəcan içində saxlayan “Xanım Pereq.

SİRLİ ADA TƏNHA, XARABA UŞAQ EVİ ƏSRARƏNGİZ FOTOLARDAN İBARƏT QEYRİ-ADİ KOLLEKSİYA Bütün bunlara fantastika və fotoların vəhdətindən yaranan, oxucunu daim həyəcan içində saxlayan “Xanım Pereqrinin qəribə uşaqlar üçün evi” romanında rast gələcəksiniz. Romanda 16 yaşlı Ceykobun Uels sahillərindən uzaq bir adaya səfəri və orada xanım Pereqrinin qəribə uşaqlar üçün evinin xarabalığını tapması ilə başlayan qorxulu macəra təsvir olunur. Ceykob xaraba evdə otaqları axtararkən burada düşündüyündən də çox qəribəlik olduğunu aşkar edir. Vaxtilə bu evdə yaşayan uşaqlar təhlükəli ola bilərdilər. Yaxud da xeyirxah məqsədlə bu xəlvət adaya sığına bilərdilər. Amma nə olursa olsun, bu qədər vaxtdan sonra onların sağ qalması mümkün deyildi. Köhnə fotoların ağlasığmaz mistikası ilə başlayan və dünyada 40-dan çox dilə tərcümə olunan “Xanım Pereqrinin qəribə uşaqlar üçün evi” əsəri yeniyetmələrin, gənclərin və macəra sevən hər kəsin zövqünü oxşayacaq.

  • Marka 3 alma
  • Məhsul Kodu 6543
  • Anbardakı sayı 1
  • Qiyməti 13,00 AZN
  • Çatdırılma vaxtı 48 saat

Comments are closed, but trackbacks and pingbacks are open.