Hökmudarın taleyi Xanliqlar dovru
Если вам понравилось бесплатно смотреть видео hökmudarın taleyi xanliqlar dovru онлайн которое загрузил Az Kino 12 октября 2016 длительностью 01 ч 55 мин 00 сек в хорошем качестве, то расскажите об этом видео своим друзьям, ведь его посмотрели 7 545 раз.
Azerbaycan Numizmatikasi Xanliqlar Dovru – Wikipedia
Azərbaycan numizmatikası – Azərbaycanda pul işinin və pul dövriyyəsinin mərhələləri toplusu.
Mündəricat
- 1 Azərbaycan numizmatikası feodal dağınıqlığı dövründə
- 2 Xanlıqlar dövründə pul dövriyyəsində xarici ölkələrin pul vahidlərinin rolu
- 3 Azərbaycan xanlıqlarının pul vahidləri haqqında
- 4 Mənbə
Azərbaycan numizmatikası feodal dağınıqlığı dövründə
Azərbaycanın tarixində XVIII əsrin II yarısı XIX əsrin I rübü numizmatik nöqteyi-nəzərdən çox mürəkkəb, ziddiyyətli bir zamandır. Bu dövr əslində tarixi Azərbaycan torpaqlarının hissə-hissə parçalanması, Səfəvi imperiyasının sonu, Şərqi Avropanın və yeni Rusiya imperiyasının Qafqaza işğallarının başlanması və sona çatması dövrü idi. Əslində bu dövr numizmatik materialları olmadan yazılı sənədlər vasitəsi ilə araşdırılması mümkün olan bir zamandır. Buna baxmayaraq, Azərbaycanın son müstəqil pul və pul dövriyyəsinin öyrənilməsi baxımından müəyyən açılması mümkün olmayan məsələlərə aydınlıq gətirə bilər.
Xanlıqlar dövründə pul dövriyyəsində xarici ölkələrin pul vahidlərinin rolu
Beləliklə, göstərilən zamana aid olan dəfinələr və pul nominalları göstərir ki, Nadir şahın ölümündən sonra da Azərbaycanda ayrı-ayrı pul nominalları dövriyyədə istifadə olunurdu. Belə ki, XVIII əsrin 50-ci illərində son Səfəvilərdən I Süleymanın və III Abbasın gümüş pulları, Nadir şahın sikkələri, Böyük Moğol imperiyasının rupiləri, Osmanlıların Təbrizdə, Gəncədə, Tiflisdə və İrəvanda zərb etdikləri onluq və beşlikləri, o cümlədən İranda Azərbaycan hakimiyyətinə can atan ayrı-ayrı yerli hakimlərin İmam Rzanın və Mehdi-əz Zamanın adından zərb olunan anonim pullar dövriyyədə istifadə olunurdu. Bu sikkələr yazılı mənbələrdə «imami» pulları adlanırdı. Pul bazarında qarışıqlıq Qubalı Fətəli xanın hakimiyyəti zamanı nisbətən sabitləşdi. Vəziyyət Qacarın hakimiyyəti zamanı daha da yaxşılaşdı. Bu zaman əsasən xanın anonim və az miqdarda Qacarların və Osmanlıların gümüş sikkələrindən istifadə olunurdu. Bu zaman abbası 200 dinara, şahı-60 dinara bərabər hesablanırdı.
Azərbaycan xanlıqlarının pul vahidləri haqqında
Azərbaycan xanlarından Gəncə xanlığının sikkələri say hesabında əsas yeri tutur. Burada sikkələr hətta Qacarın ölümündən sonra da zərb edilməyə davam edirdi. Gəncə zərbxanasının sonuncu sikkə nümunəsi 1800-cü ildə zərb edilmişdi. Şirvan xanlığının xanlıq dövrü sikkələri Şamaxıda 1765-67-ci illərdə zərb edilmişdi. Bunlar 4,49 qr-lıq abbasilər idi. 1771-ci ildə çəkisi 3,90 qr. endirilmişdi. Sonuncu Şamaxı sikkələrinin çəkisi 2,27 qr. olmuşdu. Şəkidə zərb olunan yerli sikkələrin üzərində zərbxana yeri – Nuxa və ya Şəki göstərilirdi, çəkisi 3,9 qr.-dan başlayaraq sonuncusunun çəkisi 2,0 qr. olmuşdu. Qarabağın xanlıq dövrü sikkələri bu zaman yerli nominallar içərisində xüsusi yer tutur. Belə ki, bu pullar «pənahabadı» adlanır, gümüşdən olaraq 5,07 qr. çəkidə olmuşdur. Azərbaycanın 2500 illik pul işi tarixində ilk dəfə idi ki, sikkələr zərb olunduğu şəhərin adı ilə adlanırdı. Bu sikkələrin sonuncuları 1822-ci ildə zərb olunmuşdu. İkinci əsas fərqli cəhət ondan ibarət idi ki, «pənahabadı» adlı sikkələr öz dəyərindən 2,5 dəfə çox dəyərə malik idi, yəni 400 dinar dəyərində qiymətləndirilirdi. Quba xanlığının sikkə nominalları yalnız XIX əsrin əvvəllərinə aiddir. Bunlardan 5 ədədi Azərbaycan tarixi muzeyində saxlanılır, abbası olaraq 2,19 qr. çəkidə idi. Üzərində əlavə işarə «rahi» – yəni işləyə bilən sözü vardır. Dərbənddə də eyni dəyərdə pullar olmuş, amma üzərində heç bir əlavə işarə olmamışdı. Naxçıvanın, Təbrizin, İrəvanın gümüş sikkələri çox azdır. Amma kifayət qədər mis sikkələr günümüzə gəlib çatmışdı. XIX əsrin II yarısından Azərbaycanın işğalının sona yetməsi ilə buranın bazarları Rusiyanın rubl sisteminə keçmişdi. Əhalinin əlində qalan ayrı-ayrı sikkə nümunələri əsasən geyimlərdə bəzək nümunələri kimi istifadə olunmuşdu.
- Пиргулиева Г.А. Медные монеты Азербайджана. Баку, 2007
- Сейфеддини М.А. Нумизматика Азербайджана. Т. 1-3. Баку, 1997-1999
- Синицина Е.А. Монеты Азербайджана в период Азербайджанских ханств. -Автореферат на соискание учетной степени к.и.н. М.1992.
Hökmudarın taleyi Xanliqlar dovru
Если вам понравилось бесплатно смотреть видео hökmudarın taleyi xanliqlar dovru онлайн которое загрузил Az Kino 12 октября 2016 длительностью 01 ч 55 мин 00 сек в хорошем качестве, то расскажите об этом видео своим друзьям, ведь его посмотрели 7 545 раз.
Сейчас смотрят
00:02:36 Dance Point Zumba
3 года назад 5 405 просмотров
Hey Ganaraya | Disney’s ABCD 2 | Surat Dance Competitions | Soul of Dance India 2019
00:06:18 Giani Lee
3 года назад 171 144 просмотров
JAMU TRADITIONAL TERLAMBAT BULAN
00:00:29 TheBigFatHippo
3 года назад 6 533 просмотров
Hargus Soda Inflation
00:04:26 Paolo Aloe – Topic
5 лет назад 2 181 просмотров
Addio mamma
Смотрите далее
Популярные видео
Большое шоу 2. Третья серия
Спорткар простоял 10 лет в гараже Оренбурга
WOW! AMAZING TRANSFORMATION IN 1 MINUTE by 123 GO! Reacts #shorts
ЧТО БЫЛО ДАЛЬШЕ? – СЪЕМКИ НОВОГО ВЫПУСКА
Впервые Сыграл в COUNTER-STRIKE 2 (CS:GO)
Шовхал VS Перс. Белаз VS Якубов. Веном VS Сушист. Юсупов VS Смоян. Саламов. Гладиатор VS Гомзяков
ЧТО БУДЕТ ЕСЛИ ДОЛИСТАТЬ КОММОНКУ ДО САМОГО КОНЦА В STANDOFF2
КТО ЛУЧШЕ СНИМЕТ ФИЛЬМ ЗА 2 ДНЯ ТОТ ПОЛУЧИТ ОСКАР!(Бустер, ФреймТеймер,Горилла, Данон, Стопбан и др)
ЗАЧЕМ ПИЛИТЬ КАМЕНЬ КОГДА ЕГО МОЖНО ЛИТЬ
Купил Гелик с пробегом МИЛЛИОН миль! Положил движок на Мерседес Gelentwagen
ШАХНАЗАРОВ проболтался в эфире! КРЕМЛЕВСКИЕ шоу СДУВАЮТСЯ | Скальпель
ПРОБУЕМ НЕОБЫЧНЫЕ ЯПОНСКИЕ СЛАДОСТИ!
Большое шоу 2. Вторая серия
Взрыв в небе США / Трамп дал жару / Наручники для президента / Смертельный грибок набирает обороты
ПОСЫПАЛИСЬ УГРОЗЫ с Авито такого я еще не видел
Смотрите видео на портале epicube.su совершенно бесплатно и без регистрации. Наша видеотека каждый день обновляется лучшими роликами со всего мира!
admin@epicube.su Наша почта для ваших пожеланий и связи с нами.
Azərbaycan xanlıqları
Azərbaycanın cənubunda Təbriz, Urmiya, Xoy, Qaradağ, Ərdəbil, Sərab, Marağa, Maku, şimalında isə Qarabağ, Gəncə, Şamaxı, Bakı, Dərbənd, Quba, Şəki, Lənkəran, İrəvan və Naxçıvan xanlıqları, habelə İlisu, Qəbələ, Ərəş, Qazax və Şəmşəddil sultanlıqları, Car-Baləkən camaatlığı meydana gəldi.
Təbriz xanlığı XVIII əsrin ortalarında Əmiraslan xan tərəfindən yaradılmış, mərkəzi Təbriz şəhəri olmuşdur. Xanlıq inzibati cəhətdən Təbriz, Güney və Mərənd vilayətlərinə bölünürdü.
Urmiya xanlığının əsası XVIII əsrin ortalarında Fətəli xan Əfşar tərəfindən qoyulmuşdur. Xanlığın mərkəzi əvvəlcə Urmiya, Təbriz xanlığını ələ keçirdikdən sonra Təbriz şəhəri olmuşdur.
Xoy xanlığı.XVIII əsrin ortalarında yaranmışdır. Xanlıq Dünbülü Əhməd xan tərəfindən idarə olunurdu.
Qaradağ xanlığı.XVIII əsrin I rübündə Kazım xan tərəfindən yaradılmış, mərkəzi Əhər şəhəri olmuşdur. Mərkəzi hakimiyyətə tabe olmadığına görə Kazım xanın gözlərini Nadir şah çıxartdırmışdır. Nadir şahın ölümündən sonra Kazım xanın hakimiyyəti bərpa olunmuş, 1791-ci ildə xanlıq Ağaməhəmməd şah Qacara tabe olmuşdur.
Ərdəbil xanlığı. Xanlığın əsasını XVIII əsrin ortalarında Bəbir xan qoymuşdur. Mərkəzi Ərdəbil şəhəri idi. Nəzir xanın dövründə isə xanlıq qacarlardan asılı vəziyyətə düşmüşdür.
Şəki xanlığı.1743-cü ildə Hacı Çələbi xan tərəfindən əsası qoyulmuşdur. Mərkəzi Şəki şəhəri idi. Hacı Çələbi xan Qəbələ, Ərəş sultanlıqlarını, Qazax və Borçalını ələ keçirdi. Hacı Çələbi xandan sonra onun oğlu Ağakişi bəy (1755), sonra isə Qubalı Fətəli xanın müdaxiləsi ilə nəvəsi Hüseyn xan hakimiyyətə yiyələndilər. 1795-ci ildə hakimiyyətə Səlim xan gəldi.
Şamaxı xanlığı. Şamaxı xanlığında ikihakimiyyətlilik mövcud olmuşdur. Bir hissəsində Məhəmməd Həsən xan, digər hissəsində isə Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. 1763-cü ildə Məhəmməd Səid xan Şamaxı xanlığını birləşdirdi və xanlığın mərkəzi Şamaxı şəhəri oldu. 1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və ərazisi onlar arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər.
Quba xanlığı. Quba xanlığının banisi Hüseynəli xan 1726-cı ildə bu vəzifəyə Rusiya tərəfindən təyin edilmişdir. Xanlığın iqamətgahı əvvəl Xudat qalası, 1735-ci ildən isə Quba şəhərinə köçürüldü.
1758-ci ildə Fətəli xan hakimiyyətə gəldi. Onun məqsədi Azərbaycan torpaqlarını vahid dövlət şəklində birləşdirmək idi. Fətəli xan bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verməklə 1767-ci ildə Bakı xanlığını Quba xanlığına birləşdirdi. Sonra isə o, Şəki, Şamaxı, Muğan xanlıqlarını da Quba xanlığına birləşdirdi. Lakin 1789-cu ildə ölümündən sonra oğlanları xanlığın qüdrətini qoruyub saxlaya bilmədilər. Şəki, Şamaxı, Bakı xanlıqları, Ərdəbil və Meşkin şəhərləri Quba xanlığının tabeliyindən çıxdı.
Qarabağ xanlığı. XVIII əsrin ortalarında yaranmış, əsası Pənahəli xan tərəfindən qoyulmuşdur. Xanlıq əsasən Arazla Kür çayı ərazisində yerləşmiş, mərkəzi Şuşa şəhəri olmuşdur. Pənahəli xandan sonra hakimiyyət İbrahimxəlil xana məxsus olmuşdur.
İrəvan xanlığı Xanlığın əsasını XVIII əsrin ortalarında Mirmehdi xan qoymuşdur. Ərazisi Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqları təşkil edirdi. Xanlıq 15 mahala bölünmüşdür. Əhalinin hamısını Azərbaycan türkləri təşkil edirdi. Xanlığın mərkəzi İrəvan şəhəri idi. Mirmehdi xandan sonra hakimiyyətə Hüseyinəli xan gəlmişdir. 1795-ci ildə Ağaməhəmməd Xan Qacar İrəvan xanlığına hücum etmiş, həmin dövrdə İrəvan xanı Məhəmməd xanı hakimiyyətdən uzaqlaşdırmışdır. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın ölümündən sonra Məhəmməd xan hakimiyyətini bərpa etmişdir.
Naxçıvan xanlığı. XVIII əsrdə yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı idi. Xanlığın əsasını Heydərqulu xan qoymuşdur. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın II yürüşü nəticəsində Naxçıvan xanı Kəlbəli xan həbs olundu.
Lənkəran xanlığı. XVIII əsrin ortalarında yaranmış, mərkəzi əvvəlcə Astara, sonra isə Lənkəran şəhəri olmuşdur. Lənkəran xanı Cəmaləddin Mirzə bəy (Qara xan ləqəbli) Lənkəranda iqtisadi və siyasi xarakterli bir sıra tədbirlər görmüşdür.
Mirmustafa xanın dövründə isə Lənkəran xanlığı Qacarın hücumuna məruz qaldı və əhalinin bir qismi Sarı adasına köçürüldü.
Bakı xanlığı. Bakı xanlığının əsası XVIII əsrin 40-cı illərində qoyulmuşdur. 39 kəndi olan xanlığın mərkəzi Bakı şəhəri idi. Xanlıq 1867-ci ildə Quba xanlığından asılı vəziyyətə düşmüş, Quba xanı Fətəli xan öldükdən sonra yenidən müstəqil olmuşdur.
Gəncə xanlığı. Gəncə xanlığının əsası XVIII əsrin ortalarında Qacar tayfasından olan II Şahverdi xan Ziyadoğlu tərəfindən qoyulmuşdur. 1786-ci ildə hakimiyyətə Cavad xan gəlmişdir.
Azərbaycanın şimal-qərb camaatlığı, sultanlıqlar və məlikliklər
- Car-Baləkən camaatlığı.Bu camaatlıq Car, Baləkən, Katex, Tala, Muxak və Cəlik adlı azad cəmiyyətləri özündə birləşdirirdi. Cəmiyyətlərin əhalisinin xeyli hissəsi türk soylu avarlar idilər.
- Qazax və Şəmşəddil sultanlıqları.Bu sultanlıqlar vaxtilə Səfəvilər dövlətinin Qarabağ bəylərbəyliyinə daxil idi. Sultanlıq Şəmşəddil tayfası tərəfindən idarə edilirdi.
- Ərəş sultanlığı. Sultanlıq Səfəvilər dövründə təşkil edilmişdir. Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır.
- İlisu sultanlığı. İlisu sultanlığı XVI əsrin II yarısında Səfəvilərin İlisu hakimlərinə sultan titulu verməsi nəticəsində yaranmışdır. XVII-XVIII əsrlərdə sultanlıq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.