Press "Enter" to skip to content

Azərbaycan xanlıqları (XVIII əsrin 40-cı illəri-XIX əsrin əvvəlləri)

Çuxursəd bəylərbəyliyi əsasında təşəkkül tapmışdı. Nadir şah qətlə yetirildikdən sonra, İrəvanda İran ağalığına qarşı üsyana başçılıq edən yerli feodal Mir Mehdi xan özünü xan elan edərək, müstəqil İrəvan xanlığının əsasını qoydu. Lakin İrəvan xanlığı keçmiş bəylərbəyiliyin bütün ərazilərini əhatə edə bilmədi. Onun bir hissəsi Naxçıvan və digər xanlıqların tərkibinə daxil edildi. Xanlığın mərkəzi İrəvan şəhəri idi.

Azərbaycan xanlıqları

Azərbaycanın XVIII əsrin ikinci yarısındakı tarixi əslində müstəqil və yarımasılı dövlət qurumlarının-xanlıqların tarixindən ibarətdir. Azərbaycan ərazisində ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı illərinə aiddir. Onların bəziləri Nadir şah dövlətinin süqutundan sonra meydana gəlmişdisə, digərləri hələ Nadir şahın hökmranlığı dövründə İran əleyhinə mübarizə nəticəsində formalaşmışdı.

Şəki xanlığı

Şəki xanlığının əsasını Hacı Çələbi xan qoymuşdu (1743-1755). XVIII əsrin 40-cı illərinin sonlarına doğru güclü siyasi qüvvəyə çevrildi. Qəbələ və Qutqaşın sultanları Şəki xanının hakimiyyətini tanımağa məcbur oldular. 1751-ci ildə Şəki xanı müəyyən müddətə Qazax və Borçalı mahallarını da özünə tabe etdi. 1768-ci ildə bir-birilə ittifaq bağlayan Şəki və Quba xanları Şamaxı xanlığına hücum edib, onu öz aralarında bölüşdürdülər. Şəki şəhəri xanlığın mədəni mərkəzi idi.

Qarabağ xanlığı

Qarabağ xanlığının əsasını Cavanşirlər tayfasından olan Pənahəli xan (1748-1763) qoymuşdur. Xanlıq İran hökmranlığı ilə mübarizədə yaranmış və möhkəmlənmişdir. Nadir şahın varisləri arasındakı çəkişmələrdən istifadə edən Pənahəli xan öz hakimiyyət və nüfuzunu Ərdəbilə qədər yaya bildi. Gəncənin də işlərinə müdaxilə edən Pənahəli xan burada hakimiyyətə öz adamını-Ziyadoğlu nəslinin nümayəndələrindən birini gətirə bilmişdi. Pənahəli xan öz mülklərini genişləndirərək Tatev, Sisian, Qafan, Meğri mahallarını özünə tabe etdi. Pənahəli xan uca sıldırımlı qayanın kənarında möhtəşəm Pənahabad qalasını inşa etdirdi və 1755-1756-cı illərdə paytaxtını bura köçürdü. Qala sonralar yaxınlıqdakı Şuşakəndin adı ilə Şuşa adını aldı. Pənahəli xandan sonra hakimiyyətə gəlmiş oğlu İbrahimxəlil xan Azərbaycan torpaqlarını birləşdirməyə çalışırdı. İbrahimxəlil xan müəyyən dövrlərdə öz nüfuzunu Naxçıvan, Gəncə və Təbriz xanlıqlarına yaya bilmişdi.

Quba xanlığı

Quba xanlığının banisi Hüseynəli xan (1726-1758) hələ 1726-cı ildə rus hakimiyyət orqanları tərəfindən bu vəzifəyə təqdim olunmuş, rus çarı onu Quba xanı təyin etmişdi. Onun dövründə Salyan və Rudbar Quba xanlığına tabe edildi. Quba xanlığının yüksəlişi Fətəli xanın hakimiyyətə gəlməsi ilə bağlıdır. Fətəli xan 1757-ci ildə Salyan, 1759-cu ildə Dərbənd, 1766-cı ildə Bakı, 1768-ci ildə Şamaxı və Cavad xanlıqlarını Quba xanlığına birləşdirməyə nail oldu. XVIII əsrin 60-cı illərində Quba xanlığı iqtisadi, hərbi-siyasi baxımdan Azərbaycanın bir çox xanlıqlarından üstün idi və ölkənin siyasi həyatında mühüm rol oynayırdı.

Lənkəran (Talış) xanlığı

Müstəqilliyi yerli iri feodallardan biri olan Seyid Abbas bəy tərəfindən elan edilmiş bu xanlığın siyasi və iqtisadi mərkəzi qala divarları ilə əhatələnmiş Lənkəran şəhəri idi. Seyid Abbas xanın ölümündən sonra tarixdə talışlı Qara xan kimi tanınan Cəmaləddin Mirzə bəy taxta çıxdı. Onun dövründə xanlığın siyasi sabitliyinə və iqtisadi inkişafına yönəldilmiş xətt aydın hiss olunurdu.

Bakı xanlığı

1747-c ildə Nadir şah Əfşarın ölümündən sonra yerli feodallardan Mirzə Məhəmməd ağa şahın Bakıdakı əlaltısı Səlimi qovdu və özünü müstəqil xan elan etdi (1747-1786). Digər xanlıqlarla müqayisədə Bakı xanlığı hərbi-siyasi cəhətdən fərqlənmirdi. Onun ərazisi kişik olub, eni 60, uzunluğu 90 verst idi. Bütün Abşeron yarımadası ilə birlikdə Bakı şəhəri və 39 kənd onun tərkibinə daxil idi. Mirzə Məhəmməd xanın varisləri dövründə Bakı xanlığı qubalı Fətəli xandan vassal asılılığına düşdü. Fətəli xan 1766-cı ildə öz bacısı Xədicə Bikəni bakılı Məlik Məhəmməd xana ərə verdi və bununla Bakı xanlığının Quba xanlığından asılılığını təmin etdi.

Gəncə xanlığı

Gəncə bəylərbəyliyi əsasında yaranmışdı. Bu bəylərbəyilik irsi olaraq kiçik fasilələrlə XVII əsrdən 1804-cü ilə qədər Qacarlar tayfasının Ziyadlı oymağına məxsus Ziyadoğlular nəsli tərəfindən idarə olunmuşdur. Xanlığın banisi Şahverdi xan Ziyadoğlu idi. Gəncə həm hərbi-siyasi, həm də iqtisadi-təsərrüfat baxımından mühüm əhəmiyyət kəsb edirdi. Yarandığı vaxtdan bu xanlıq qonşu feodal hakimlərin hücum obyektinə çevrilmişdi. Gəncə xanları düşmənlə mübarizədə gah bu, gah da digər güclü düşmən arasında hiylə işlətməli olurdular.

Dərbənd xanlığı

Dərbənd xanlığının banisi Məhəmmədhüseyn xan özünün amansız daxili siyasəti ilə istər zəhmətkeş kütlələrin, istərsə də feodal təbəqənin bir çox nümayəndələrinin nifrətini qazanmışdı. 1759-cu ildə dərbəndlilərin xahişi ilə qubalı Fətəli xan Dərbəndə hərbi yürüş etdi. Dərbəndlilərin köməyi ilə şəhər Fətəli xanın əlinə keçdi. Bu hadisədən sonra, demək olar ki, Azərbaycanın şimal xanlıqlarının Rusiyaya birləşdirilməsinədək Dərbənd və Quba xanlıqları vahid bir dövlət oldular.

Şamaxı xanlığı

Şamaxı xanlığı yerli feodalların və şəhər əyanlarının xarici və ölkə daxilindəki düşmənlərə qarşı apardıqları inadlı mübarizənin gedişində yarandı. Bir neçə əsr Şirvanşahlar dövlətinin paytaxtı, sonralar isə Şirvan bəylərbəyliyinin mərkəzi olmuş Şamaxı şəhəri, XVIII əsrin sonlarınadək həm iqtisadi, həm də ticarət baxımından öz üstünlüyünü saxlamışdı. Nadir şah dövlətinin süqutundan sonra Şamaxının siyasi həyatında köklü dəyişikliklər baş verdi. Nisbətən kiçik ərazidə iki xanlıq yarandı: mərkəzi Ağsu olmaqla, Yeni Şamaxı və mərkəzi Şamaxı olmaqla, köhnə Şamaxı. Şamaxıda mövcud olan ikihakimiyyətlilik uzun müddət davam edə bilməzdi. 1763-cü ildə Köhnə Şamaxıda möhkəmlənən Məhəmməd Səid xan Yeni Şamaxını alıb, Köhnə Şamaxıya birləşdirdi. Köhnə Şamaxı isə yeni xanlığın mərkəzi oldu. Lakin hadisələrin gedişi göstərdi ki, Şamaxı qonşu feodalların hücumu üçün açıqdır. Tez-tez baş verən basqınlar onun iqtisadi inkişafına ziyan vurdu və 1768-ci ildə qubalı Fətəli xan tərəfindən işğal edildi.

Naxçıvan xanlığı

Naxçıvan xanlığının əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan qoymuşdur. Xanlığı gücləndirmək və təcavüzlərdən qorumaq məqsədilə Heydərqulu xan (1747-1763/64) hakimiyyətinin ilk dövrlərində daha güclü olan Qarabağ xanlığına arxalanırdı. Heydərqulu xanın ölümündən sonar 1787-ci ilə qədər hakimiyyət uğrunda mübarizə nəticəsində Naxçıvan xanlığı zəifləyir, Xoy, Qarabağ, İrəvan xanlıqları, Kartli-Kaxeti çarlığı və İran arasında ardı-arası kəsilməyən mübarizənin obyektinə çevrilir.

İrəvan xanlığı

Çuxursəd bəylərbəyliyi əsasında təşəkkül tapmışdı. Nadir şah qətlə yetirildikdən sonra, İrəvanda İran ağalığına qarşı üsyana başçılıq edən yerli feodal Mir Mehdi xan özünü xan elan edərək, müstəqil İrəvan xanlığının əsasını qoydu. Lakin İrəvan xanlığı keçmiş bəylərbəyiliyin bütün ərazilərini əhatə edə bilmədi. Onun bir hissəsi Naxçıvan və digər xanlıqların tərkibinə daxil edildi. Xanlığın mərkəzi İrəvan şəhəri idi.

Qaradağ xanlığı

Azərbaycanın cənubunda yerləşən zəif xanlıqlardan biri idi. Onun əsasını qoyan köçəri tayfalardan birinin müdrik başçısı olan Kazım xan (1748-1752) qonşu feodal hakimlərə münasibətdə ehtiyatlı siyasət yeridir, ölkənin daxili işlərini qaydaya salaraq, abadlıq işləri ilə məşğul olur, xanlığın mərkəzi olan Əhərdə müxtəlif ictimai binalar tikdirirdi. Qaradağ xanlığı 1782-ci ildə Xoy və Qarabağ xanlıqlarının birləşmiş qüvvələri tərəfindən işğal edildi. Bundan sonra Qaradağ xanlığı, demək olar ki, öz müstəqilliyini itirdi.

Təbriz xanlığı

Banisi Dünbüli tayfasının görkəmli nümayəndəsi Nəcəfqulu xan (1745-1780) olmuşdur. O, Təbrizdə urmiyalı Fətəli xan Əfşarın fəal yardımı ilə möhkəmlənmişdi. Buna görə də müəyyən vaxt ərzində Təbriz xanlığı Urmiya xanlığından asılı vəziyyətdə olmuşdu. 1763-cü ildə Fətəli xan Əfşar Kərim xan Zənd tərəfindən məğlub edildikdən sonra Təbriz xanlığı tam müstəqillik qazandı.

Marağa xanlığı

Marağa xanlığının əsasını Əliqulu xan Müqəddəm (1747-1750) qoymuşdur. Elə bir əhəmiyyət kəsb etməyən bu xanlıq Ağa Məhəmməd şah Qacar hakimiyyətə gələnə qədər müstəqil idi.

Ərdəbil xanlığı

Ərdəbil xanlığının banisi Şahsevən tayfasının başçısı Nəzərəli xan (1747-1783) olmuşdur. Onun hakimiyyəti dövründə xanlıq inkişaf etmişdi. Nəzərəli xan nikah diplomatiyası vasitəsi ilə qarabağlı İbrahim xanla dostluq əlaqələri yaratmışdı və Lənkəran xanlığı ilə mehriban qonşuluq münasibətində idi.

Urmiya xanlığı

Urmiya xanlığının başçısı Əfşarlar tayfasından olan Fətəli xan Əfşar (1747-1763) idi. Öz sərhədlərini genişləndirmək məqsədi güdən Fətəli xan müəyyən vaxt ərzində Cənubi Azərbaycanda xeyli ərazi tuta bilmişdi. 1763-cü ildə Kərim xan Zənd tərəfindən məğlub edildikdən sonra, Urmiya xanlığı özünün əvvəlki əhəmiyyətini itirdi.

Xoy xanlığı

Xoy xanlığının ilk hakimi Şahbaz xan (1747-1763) olmuşdur. O, Nadir şah dövründə Xoy vilayətinin hakimi təyin edilmişdi. Nadir şahın ölümündən sonra isə özünü Xoy xanlığının müstəqil hakimi elan etmişdi. Mülayim siyasət yeridən Şahbaz xan Fətəli xan Əfşarla dostluq münasibətləri saxlayırdı.

Maku xanlığı

Maku xanlığının banisi Bayat tayfasının başçısı, Nadir şahın sərkərdələrindən biri Əhməd Sultan (1747-1778) idi. Şahın ölümündən sonra vətənə qayıdan Əhməd Sultan Makunu müstəqil xanlıq, özünü isə xanlığın hakimi elan etmişdi. Xanlığın paytaxtı iki tərəfdən dağlarla əhatə olunmuş Maku şəhəri idi. Maku xanlığı öz ətrafında 30 kəndi birləşdirirdi.

Sərab xanlığı

Sərab xanlığının əsasını Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) qoymuşdur. Nadir şahın ölümündən sonrakı qarışıqlıqdan istifadə edərək Əli xan özünü həmtayfaları arasında xan elan etmişdi. Adları çəkilən xanlıqlardan başqa, Kür ilə Araz çaylarının qovuşuğunda Cavad xanlığı və Kür çayının mənsəbində daha bir kiçik xanlıq-Salyan xanlığı mövcud idi. Rusiya və İran arasında bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə uyğun olaraq Azərbaycan iki imperiya arasında bölündü: Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə daxil edildi.

«Tarixi Azərbaycan Dövlətləri»,

Bakı, 2012, s.136-141

Azərbaycan xanlıqları (XVIII əsrin 40-cı illəri-XIX əsrin əvvəlləri)

PLA
N
I.Azərbaycanda xanlıqların meydana gəlməsinin
səbəbləri və xüsusiyyətləri.
II.Azərbaycan
xanlıqları 1.Şəki
xanlığı.
2.Şamaxı xanlığı
3.Gəncə xanlığı.
4.Qarabağ xanlığı
5.Təbriz xanlığı
6.Ərdəbil xanlığı
7.Qaradağ xanlığı
8.Xoy xanlığı
9.Naxçıvan
xanlığı

3.

Xanlıqların əmələ gəlməsinin başlıca amillərindən biri Səfəvi dövlətinin süqutu
və dövlətin iqtisadiyyatının tənəzzülü və ucqarlarla iqtisadi əlaqələrin zəifliyi idi.
Bu isə natural təsərrüfatın hökm sürdüyü feodalizm cəmiyyətinin təbiətindən
doğurdu. Böyük coğrafı kəşflərdən sonra dünya ticarət yolları öz istiqamətini
dəyişdi, vaxtı ilə ticarət yollarının düyün nöqtəsi olan İran və Zaqafqaziya indi
kənarda qalmışdır. Şəhərlərdə xarici ticarətin tənəzzülə uğraması feodalları və
şah xəzinəsinin gəlirinin
azalmasına səbəb olmuşdur. Xanlıqların meydana çıxmasının iqtisadi
amillərindən danışarkən Azərbaycan şəhərləri ilə Rusiya arasında ticarət
əlaqələrinin genişləndiyini qeyd etməliyik. Bunun nəticəsində Azərbaycan
şəhərləri – Bakı,
Azərbaycanda xanlıqların
meydana gəlməsinin
səbəbləri və xüsusiyyətləri
Dərbənd, Şamaxı, Təbriz və s. müstəqillik qazanmış və İranla
əlaqələri zəifləmişdir. Şəhərlərin iqtisadi cəhətdən zəif olmalarına
baxmayaraq ayrı-ayrı xanlıqların mərkəzlərinə çevrilirlər.
Xanlıqların meydana çıxmasında və bu prosesin sürətlənməsində xalq
kütlələrinin azadlıq mübarizəsi mühüm rol oynamışdır. XVIII əsrin əvvəllərində
Səfəvi dövlətinə zorla birləşdirilmiş xalqların azadlıq mübarizəsi şiddətlənir.
A.Volınski yazır ki, Səfəvi dövlətindən çox az yer tapmaq olar ki, orada hökumətə
qarşı üsyan baş verməsin. XVIII əsrin 30-40-cı illərində Nadir zülmünə qarşı
üsyanlar daha kəskin xarakter almışdır.

4.

Xoy, Şəki və Şirvanda baş verən üsyanlar xüsusi ilə qeyd edilməlidir.
Xanlıqların meydana gəlməsində beynəlxalq şərait də müəyyən rol
oynamışdır. XVII əsrin sonu XVIII əsrin əvvəllərində İran və ona daxil olan
ölkələrdə iqtisadi və siyasi böhran dərinləşdiyi halda, Qərbi Avropa dövlətləri,
həmçinin Rusiya yeni-yeni müstəmləkələr ələ keçirməyə çalışırdılar. Bu və ya
digər dövlətlər Azərbaycanı ələ keçirmək üçün müxtəlif vasitələrə əl atır və
onlar arasında kəskin mübarizə gedirdi. Azərbaycanın Rusiya ilə əlaqələri
daha geniş hal almışdır. Rusiya öz planlarını həyata keçirmək üçün ayrı-ayrı
Azərbaycan xanlarına müstəqillik vermə yi vəd edirdi. Ona görə də bir sıra
xanlar rus çarına məktublarla müraciət edirdilər. Belə bir vəziyyət xanlıqların
müstəqil yaşamalarına şərait yaradırdı.
XVIII əsrin ortalarında Azərbaycan Əfşar əsarətindən azad olduqdan sonra
onun ərazisində 19 xanlıq yarandı. Onların 11-i Azərbaycanın şimalında; -Şəki,
Bakı, Şirvan, Qarabağ, Quba, Gəncə, Dərbənd, Naxçıvan, Salyan, Lənkəran,
Cavad; 8-i isə Azərbaycanın cənubunda – Təbriz, Urmiyə, Xoy, Qaradağ,
Marağa, Ərdəbil, Sərab, Maku yaranmışdır. Qarabağ xanlığına tabe olan 5
malik: Vərəndə,Gülüstan,Dizaq, Çarabord (Çiləvörd), Xaçın və Car- Balakən
Camaatı, 5 sultanlıq; – Şəki xanlığına tabe olan İlisu, Qəbələ, Ərəş və
müəyyən dövrlərdə Şəki xanlığına, yaxud da Kartli-Kaxetiya çarlığına tabe
olan Qazax,Şəmsəddil əmələ gəldi.
Azərbaycanda xanlıqların
meydana gəlməsinin
səbəbləri və xüsusiyyətləri

5.

ŞƏKİ
XANLIĞI
1743-1744-cü illər üsyanı nəticəsində Şəki ərazisi İran əsarətindən xilas oldu.
Burada müstəqil Azərbaycan dövləti olan Şəki xanlığı yaradıldı. Xanlığın əsasını
qoyan Hacı Çələbi olmuşdur. Müstəqil Şəki xanlığının yaradılması əslində
Azərbaycanın böyük bir hissəsində dövlətçiliyin bərpası demək idi. Şəki xanlığı
öz banisi Hacı Çələbiııin dövründə xeyli qüvvətlənmiş, fəal siyasət yeridərək
ətraf torpaqları özünə birləşdirmişdir. Hacı Çələbi əlverişli şəraitdən istifadə
edərək Təbrizə qədər irəliləmiş, lakin Əmir Aslan xan onu geri çəkilməyə məcbur
etmiş və əks hücuma keçərək Şəkiyə hücum edir. H.Çələbinin oğlu Həsənağa
isə döyüşdə öldürülür. H.Çələbi Şirvan xanı ilə birləşərək Qarabağa soxulur.
Lakin Boyat qalasını bir ay mühasirədə saxladıqdan sonra məğlub olub geri
çəkilir. H.Çələbi Kürdən keçərkən məyus halda demişdir: «Pənahəli xan özünü
xan elan etmişdir, mən isə öz məğlubiyyətimlə onun xanlığını təsdiq etdim».
H.Çələbi yenə öz planlarından əl çəkmir, Qarabağ məliklərindən öz məqsədi
üçün istifadə etməyə çalışır. O, Qazı Qumuxlu Məhəmməd Həsən xanın qızı ilə
evlənməklə onu öz tərəfinə çəkir. Bir qədər sonra Ərəş və İlisu sultanlıqlarını
özündən asılı vəziyyətə salır. Beləliklə, Şəki xanlığı bu dövrdə Azərbaycan
xanlıqları içərisində ən güclü feodal dövləti olur. H.Çələbi Şəkidə abadlıq işləri
aparmış – məscidlər, hamamlar, mədrəsələr və s. ictimai binalar tikdirmişdir.
Vergiləri nizama salmaq məqsədi ilə Qanunnamə hazırlatmışdır.

6.

Şəki xanlığının güclənməsi, onun Car-Balakən və Gəncə torpaqlarına göz dikməsi bir sıra
Azərbaycan xanları və Kartlı – Kaxet çarlığını ciddi narahat edirdi. Gürcü hakimləri Carı ələ
keçirməyə çalışırdılar. Lakin 1751-ci ildə onların qoşunları Carda H.Çələbi tərəfindən məğlub
edildi. 1752-ci ildə Temuraz) Kartli çarı» və İrakli (Kaxet çarı) Gəncəyə hücum etməyi qərara
aldılar. Onlar bu məqsədlə Qarabağ xanı Pənahəlini öz tərəflərinə çəkərək onunla ittifaqa
girdilər. Bu ittifaq əslində H.Çələbiyə qarşı çevrilmişdi. İttifaqa Naxçıvanlı Heydərqulu xan,
Qaradağlı Qasım xan, Gəncəli Şahverdi xan, İrəvanlı Hüseyn xan da cəlb edildi. 1752ci ilin
martında müttəfiqlər Gəncə altında Qızılqaya adlanan yerdə görüşdülər. Lakin İrakli xəyanət
edərək xanları əsir aldı və onları özündən asılı vəziyyətə salmağa çalışdı. Kürün sol sahilində
düşərgə salmış H.Çələbi xanların əsir alınması xəbərini aldıqda hücum edərək gürcüləri təqib
etməyə başladı.
Ağstafa çayı yaxınlığında gürcüləri məğlub etdi və xanları əsirlikdən azad etdi. Borçalı və Qazax
sultanlıqlarını ələ keçirdi, oğlu Ağakişini ora hakim təyin etdi. Tariximizə «Qızılqaya xəyanəti»
kimi daxil olmuş bu hadisə bir daha göstərdi ki, Azərbaycan xanları birləşməli və ümumi
düşmənə qarşı vahid cəbhədə mübarizə aparmalıdırlar. 1752-ci ilin yazında H.Çələbi dostluq
münasibətləri yaratmaq üçün Temurazın sarayına elçi göndərdi. Lakin Temuraz Kabardin
hakimindən 2 min qüvvə alaraq Ağakişini Borçalı və Qazaxdan çəkilməyə məcbur etdi. Sonrakı
il H.Çələbi Cara hücum etsə də, məğlub oldu. Şirvan torpaqlarını ələ keçirmək üçün 1755-ci ildə
H.Çələbi ora hücum etdi. Ağsuyu mühasirə etsə də, məğlub olub geri çəkildi. H.Çələbi 12 il
xanlıq etdikdən sonra 1755-ci ildə vəfat etmişdir
ŞƏKİ
XANLIĞI

7.

Onun ölümündən sonra Şəki xanlığında hakimiyyət uğrunda mübarizə güclənmiş, Şəki
xanlığı öz əvvəlki qüdrətini itirmiş, Azərbaycanın siyasi həyatında elə bir rol oynaya
bilməmişdir. Hakimiyyətə H.Çələbinin oğlu Ağakişi keçmişdir. O, qaymatası
qazıqumuxlu Məhəmməd Həsən xan tərəfindən Ərəşdə öldürülmüşdür. Məhəmməd
xan 40 gün Şəkidə hakimiyyətdə olmuşdur. H.Çələbinin nəvəsi Hüseyn xan Qubalı
Fətəli xanın köməkliyi ilə xanlığı ələ keçirmişdir. 1762-ci ildən Fətəli xan Əfşər
Azərbaycana soxulur.
ŞƏKİ
XANLIĞI
Bundan istifadə edən Ərəş sultanı Əli Hüseyn xanlıqdan kənar
etmək istədi, lakin bu baş tutmadı. 1767-ci ildə Qubalı Fətəli xan Hüseyn xan ilə birlikdə
Şirvanı ələ keçirdilər. Şirvanın bir hissəsinin Şəkiyə qatılması Fətəli xanı narahat etdi.
Hüseyn xan bunu hiss etdikdə Şirvan xanı Ağası ilə yaxınlaşdı. 1768ci ildə Fətəli xan
Hüseyn xanı məğlub etdi və 1769-cu ildə onlar arasında bağlanılan müqaviləyə görə
Hüseyn xan fətəli xandan asılı vəziyyətə düşdü. O, Şamaxı hadisələrinə
qayıtmayacağına və Fətəli xana qoşunla kömək edəyəciyini üzərinə götürmüşdü. 1779cu ildə Hüseyn xan 22 il hakimiyyətdən sonra əmisi Əbdülqadir tərəfindən
öldürülmüşdür. Onun oğlu Məhəmməd Həsənağa Cardan qoşun toplayaraq hakimiyyəti
ələ keçirmişdi. Məhəmməd Həsən Şəki qalasını tikdirmiş, xanlıq üçün «Dəstur-əl Əməl»
qanunnaməsi hazırlamışda.
O, Fətəli xanın siyasətinə qarşı çıxmış, 1785-ci ildə məğlub edilmişdir.

8.

Fətəli xan onu özündən asılı vəziyyətə salmışdı.Onlar «Nigah
diplomatiyasına» əl ataraq bir-birinin bacısı ilə evlənmişdilər. Məhəmməd
Həsən Fətəli xanın asılılığından qurtarmağa çalışmış, hətta Ərəş sultanı
ilə birlikdə Ağsuya hücum etmişdi. Məğlub olduqdan sonra bacısı vasitəsi
ilə Fətəli xandan Aman istəmişdir.1795-ci ildə Ağa Məhəmmədin hücumu
zamanı onun tərəfınə keçmişdi. O, qardaşı Fətəlini kor etmiş, Səlim isə
Cara qaçmışdı. Səlim xan xanlığı ələ keçirmişdi. 1796-cı ildə o, Zubovun
yanına elçi göndərmişdi.
Qacarın 2-ci hücumu zamanı Şirvanlı Mustafa xan Şəkini tutub ora öz
naibini təyin etmişdir. 1804-cü ildə Səlim xan Şəkidə hakimiyyəti yenidən
ələ keçirdi. 1805-ci ildə Rusiyanın himayəsini qəbul etdi. Qarabağlı İbrahim
xan və ailəsi ruslar tərəfındən öldürüldükdən sonra Səlim xan tərəddüdə
başladı və İrana qaçmışdır.Şəkinin xanı Cəfərqulu xan Xoyski təyin
olunmuşdur.
Onun oğlu İsmayıl bəy öldükdən sonra (1819) Şəkidə xanlıq üsuliidarəsi ləğv edildi.
GERB
BAYRAQ
Rəsmi dilləri – Azərbaycan dili, fars dili (rəsmi)
Dini – İslam
Yaranması – 1747
Süqutu – 1826
ŞƏKİ
XANLIĞI

9.

Şirvan xanlığı – 18 əsrin ortalarında Azərbaycanda feodal dövləti. Bakı, Quba,
Şəki, Qarabağ, Cavad xanlıqları və Salyan sultanlığı ilə həmsərhəd idi. Paytaxtı
bir müddət Ağsu (Yeni Şamaxı) və Şamaxı, sonralar isə Şamaxı şəhəri
olmuşdur.
Şamaxı xanlığında əhali əkinçilik və maldarlıqla məşğul olurdu. İpəkçilik,
bağçılıq və arıçılıq da inkişaf etmişdi. Düzən rayonlarında süni suvarmadan
geniş istifadə olunurdu. Toxuculuq və sənətkarlıq (xam ipək, xalçaçılıq, dəri
məmulatı istehsalı, misgərlik, dulusçuluq, dəmirçilik və s.) xüsusilə inkişaf
etmişdi. Nadir şah Şamaxı əhalisini indiki Ağsu ərazisinə köçürdükdən sonra
şəhər əvvəlki əhəmiyyətini demək olar ki, itirmişdi. Feodal çəkişmələri də
təsərrüfat həyatına ağır zərbə vurmuşdu. Xan ailəsinin xərcləri, feodal qoşun
dəstələrinin saxlanılması və s. külli miqdarda vəsait tələb edirdi. Bunun da əsas
ağırlığı zəhmətkeş kəndlilərin üzərinə düşürdü. Xanlıqda onlarca vergi və
mükəlləfiyyət mövcud idi. Vergi toplanılmasında vahid qayda olmadığından
vergi toplayan məmurların özbaşınalığına şərait yaranırdı.
ŞAMAXI
XANLIĞI
Nadir şahın öldürülməsindən (1747) sonra hələ onun dövründən Şirvanda ərzaq
toplamaqla məşğul olan Hacı Məhəmmədəli 1748 ildə Yeni Şamaxıda
hakimiyyəti ələ keçirdi. Şirvanın qalan hissəsində isə Xançobanı tayfa başçısı
Əsgər bəyin oğulları Ağası xan və Məhəmmədsəid xan öz hakimiyyətlərini
möhkəmlətdilər.
1749 ildə Əhməd xan Şahsevənin başçılıq etdiyi qoşun Şirvana soxuldu.
Şamaxı əhalisi şəkili Hacı Çələbi xanın və Qarabağlı Pənahəli xanın köməyi
ilə düşməni məğlubiyyətə uğratdı.

10.

1755 ildə şəkili Hacı Çələbi xan Yeni Şamaxını mühasirəyə aldı. Lakin qubalı
Hüseynəli xanın yardımı ilə Şirvanlılar Hacı Çələbi xanı geri çəkilməyə məcbur
etdilər. Köhnə Şamaxını özünə paytaxt edən Məhəmmədsəid xan Şiraz hakimi
Kərim xan Zənddən fərmanla xanlıq titulu aldı və Şamaxı xanı təsdiq olundu.
1765 ildə Ağası xan və Məhəmmədsəid xan Yeni Şamaxını ələ keçirib
ikihakimiyyətliyə son qoydular. Şamaxı xanlığının təqr. 12 min nəfərlik qoşunu
var idi. Qubalı Fətəli xanın dövründə [1758-89] xeyli güclənmiş Quba xanlığı
Şamaxı xanlığının ərazisini ələ keçirməyə çalışırdı. 18 əsrin 60-cı illərində Quba
xanı bir neçə dəfə Şamaxı xanlığına hücum edib onu asılı vəziyyətə salmışdı. Bu
asılılıq özünü bac vermək şəklində göstərirdi. Bir qədərdən sonra
Məhəmmədsəid xan bac verməkdən imtina etdikdə Fətəli xan 1768 ildə hücuma
keçib Şamaxını tutdu. Şamaxı xanlığı Quba xanlığına birləşdirildi. Fətəli xanın
ölümündən sonra Manaf bəy Ağsuda özünü xan elan etdi. Lakin tezliklə yerinə
Məhəmmədsəid xanın oğlu Əsgər bəy, sonra isə onun qardaşı Qasım bəy keçdi.
Ədalətsiz və zülmkar bir şəxs olan Qasım xanı Şirvan zadəganları taxtdan
saldılar. Hakimiyyətə Mustafa xan [1792-1820] keçdi. 1795 ildə Ağa Məhəmməd
şah Qacar Şamaxıya hücum etdi. Mustafa xan Fitdağa çəkildi. General V.
Zubovun komandanlıq etdiyi Rusiya qoşunlarının Zaqafqaziyaya hücumu Ağa
Məhəmməd şah Qacarın geri çəkilməsinə səbəb oldu. Mustafa xan Fətəli şahın
[1797-1834] da İrana tabe olmaq təklifini rədd etdi. 19 əsrin əvvəllərində general
P. D. Sisianovun başçılığı ilə çar qoşunu Azərbaycanın içərilərinə doğru hərəkət
etdikdə dağa çəkilən Mustafa xan 1805 il dekabrın 27- də Rusiyanın
hakimiyyətini qəbul etmək aktını imzaladı. 1820 ildə Şamaxı xanlığı çar fərmanı
ilə ləğv olundu.
GERB
BAYRAQ
Rəsmi dilləri – Azərbaycan dili, fars dili (rəsmi)
Dini – Şiə İslam
Yaranması – 1747
Süqutu – 1820
ŞAMAXI
XANLIĞI

11.

XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olan Azərbaycan feodal
xanlıqlarından biri. Xanlığın tarixi Qacar tayfası olan Ziyadoğlularla bağlıdır. Bu
nəslin nümayəndələri Gəncədə bəylərbəyi, daha sonra xan olublar. XVI əsrdə
şah I Təhmasib Şahverdi xan Ziyadoğlunu Qarabağ bəylərbəyliyinə əmir təyin
edir. Bu dövrdən etibarən Gəncəni bu nəsil idarə etməyə başlayır.
1747-ci ildə Nadir şah Əfşarın öldürülməsi nəticəsində Azərbaycan ayrı-ayrı
feodal torpaqlara – xanlıqlara parçalanır. Uzun müddət Səfəvi imperatorluğunun
mühüm inzibati-ərazi vahidlərindən biri olan Qarabağ (və ya Gəncə)
bəylərbəyiliyi də müstəqil xanlığa çevrilir. Xanlığa Şahverdi xan Ziyadoğlu
Qacar (1740-1756) başçılıq edir. Xanlığın mərkəzi Gəncə şəhəri seçılır.
GƏNCƏ
XANLIĞI
Gəncə xanlığı Cavad xanın hakimiyyəti illərində (1786-1804) daha da
möhkəmlənir və inkişaf edir. O, xaricdən asılılığı azaltmaq məqsədi ilə
Azərbaycanda ilk dəfə olaraq xanlığın qızıl və gümüş sikkələrini buraxmağa
başlayır. XIX əsrin əvvəllərində Rusiya imperiyası Azərbaycanın işğal olunması
planını reallaşdırmağa başlayır. Bu məqsədlə ilk olaraq mühüm strateji mövqeyə
malik Gəncəni ələ keçirmək qərara alınır. İmperiyanın Qafqazdakı canişini
General Sisianov yazırdı ki, Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə
Azərbaycan ərazisində xüsusi rol oynayır, ona görə də Rusiya üçün onu tutmaq
ən önəmli məsələlərdəndir.

12.

Sisianov Cavad xana bir neçə dəfə təslim olmağı təklif etsə də rədd cavabbı
alır. 1803-cü il noyabrın 20-də onun komandanlığı altında rus ordusu Tiflisdən
Gəncə üzərinə yeriyir və Dekabr ayında şəhəri mühasirəyə alır.
Gəncə şəhəri ikiqat müdafiə səddi və 6 bürclə möhkəmləndirilmiş qala ilə
əhatələnmişdi. Bu Cavad xana bir neçə ay ərzində bu qalaya hücumları
dəf etməyə imkan verir.
1804-cü il yanvarın 3-də rus ordusunun iki istiqamətdən şəhər üzərinə son
hücum başlanır. Hücumda rus əsgərlərindən başqa, Cavad xana düşmən olan
Azərbaycan xanlıqlarından yığılmış 700 nəfərdən çox könüllü döyüşçü iştirak
edir. Üçüncü cəhddən sonra ruslar qalanı almağa müvəffəq olur. Cavad xanın və
oğlunun da qəhrəmancasına həlak olduğu bu döyüşdə Gəncənin iki mindən çox
müdafiəçisi də həyatını itirir.
İşğaldan sonra Gəncə şəhərinin adı dəyişdirilərək Çar I Aleksandrın
arvadı Yelizavetanın şəhərinə Yelizavetpol adlandırılır.
BAYRAQ
Rəsmi dilləri – Azərbaycan dili, fars dili (rəsmi)
Dini – Şiə İslam
Yaranması – 1747
Süqutu – 1804
GƏNCƏ
XANLIĞI

13.

QARABAĞ
XANLIĞI
XVIII əsrin ortalarında Azərbaycanda yaranan xanlıqlar arasında əsası Pənahəli
xan tərəfindən qoyulmuş Qarabağ xanlığı böyük nüfuza malik idi. Xanlığın
əhalisini Cavanşir, iyirmi dörd, otuz ikilər, Kəbirli, Ziyadoğlu, Baharlı türk tayfaları
təşkil edirdi. Pənahəli xan Qarabağda yaşayan cavanşirlər tayfasına məxsus
Sarcallar kəndindən çıxmışdır. Tarixçilərin verdiyi məlumata görə ata-babaları
adlı- sanlı, dövlətli şəxslər idi. Pənahəli gəncliyində qardaşı Behbudəli ilə birlikdə
Nadir şahın yanında xidmət etmişdir. Lakin qardaşının Nadirin qəzəbinə düçar
olmasından sonra Pənahəli Muğana qaçmış və burada ətrafına dəstələr
toplayaraq ətraf ərazilərə basqınlar təşkil etmişdir.
Muğanda Nadir şaha tacqoyma mərasimində Qarabağın bu tayfaları onun
əleyhinə çıxdılar. Ona görə də Nadir şah qarabağlıları cəzalandıraraq
onları Xorasan vilayətinə və Əfqanıstan sərhədlərinə sürgün etdi.
Pənahəli bəy və onun qardaşı Fərzəli bəy də onların arasında idi. Fərzəli bu
siyasətə qarşı çıxdığı üçün edam edildi. 1738-ci ildə Pənahəli bəy yaxın adamları
ilə Qarabağa gedir və bir müddət Zəngəzurda yaşayır, 1743- cü ildə özünü xan
elan edib, xanlığın əsasını qoyur. Nadirin ölümündən sonra Pənahəli (1743-1763)
1748-ci ildə Qarabağda öz hakimiyyətini möhkəmlətmək üçün cavanşirlər,
otuzikilər və başqa tayfaların qüvvələrindən istifadə etmişdir. Nadirin Qarabağdan
Xorasana köçürdüyü tayfalar XVIII əsrin ortalarında
yenidən öz yerlərinə qayıdaraq, dinc əməklə məşğul olmağa başladılar. Pənahəli
onları öz tərəfinə çəkmək üçün Şirvan, Şəki, Gəncə və s. yerlərə basqınları
zamanı ələ keçirdiyi mal-qara, at və müxtəlif əmlakı
onlara paylayırdı.

14.

Qarabağ xanlığının mərkəzi Şuşa şəhəri idi. Əhalisi əkinçilik, maldarlıq, arıçılıq və toxuculuqla
məşğul olurdu. Şuşada «Panabad» adlı pul kəsirdilər. Pənahəli hakimiyyətini
möhkəmləndirmək üçün qohum olduğu Car icmalarının hakimi və Vərəndə məliyi Şahnəzərin
köməyindən istifadə edirdi. Pənahəli İran və digər xanlardan qorunmaq üçün Kəbirli
mahalında 1748-ci ildə Boyat qalasını tikdirdi. Xanın ailəsi və qohumları buraya köçürüldü.
Qarabağ xanlığının qüvvətlənməsi digər xanları narahat etməyə başladı. Şəki xanı Hacı
Çələbi Şirvan xanı ilə birləşərək Qarabağa soxulsa da müvəvəqiyyət qazana bilmədi.
Pənahəli xanın bu qələbəsi oııun nüfuzunu daha da artırmış, Qarabağın bütün əhalisi onun
hakimiyyətini qəbul etmişdir. Pənahəli gələcəkdə öz düşmənləri ilə daha müvəffəqiyyətli
mübarizə aparmaq məqsədi ilə Ağdam
yaxınlığında 1751-ci ildə Şahbulaq qalasını tikdirdi.
Qarabağın qədim adı Arsaq (Арцаг) adlanır. Onun Арцаг adlanması SavirXəzər türkdilli
tayfalarla bağlıdır. Erməni mənbələrinə də onlardan keçmişdir. VVII əsrlərdəki erməni
qaynaqları Savir- Xəzərlərdəki fonetik variantı yazıya almışdır. Arsaq qəbiləsi Azərbaycan
xanlığının soykökündə duran başqa qəbilələrlə qaynayıb-qarışdıqca qəbilə birləşməsi
müstəqilliyini itirmiş və yer, ərazi adı kimi arxa plana çəkilmiş, «Qarabağ» sözü ön plana
çıxmışdır. «Qara» və «bağ» tərkiblərindən yaranmış «Qarabağ»ın I hissəsinin «rəng», «pis»,
«qayğılı», «bədbəxt», «şimal», eləcə də başçı, böyük, güclü anlamı vardır. Azərbaycanın bir
sıra yerlərində böyük qardaşa da qara deyirlər. «Qarabağ» adının ikinci tərkibi «bağ»ın
«bağ(ip)», «düyün», «bağ (bağ-bağat»,
«soybirləşməsi silsiləsi», «xalqın bir hissəsi» və b. anlamları daha çox yayılmışdır. Qarabağ güclü, böyük saybirləşməsinin, xalqın başçısı, bölgüsü deməkdir. Görünür ki, burada
azərbaycanlıların güclü, böyük bölgüsü məskən salmışdır. Doğrudan da, bu torpaqlarda
vaxtilə Orta Asiyadan Qafqaza qədər böyük, güclü qəbiləbirləşməsi nıəskən salmışdır
(M.Seyidov.
Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: 1989, səh. 36-37).
QARABAĞ
XANLIĞI

15.

QARABAĞ
XANLIĞI
Qarabağa Kiçik Qafqaz dağları daxil olmaqla Kür-Araz çayları arasındakı ərazi daxildir. Onun
sərhədləri cənub-şərqdən Kür-Araz çayları qovşağı, cənubdan Araz çayı, qərbdən Qarabağ dağları
adlanan Kəşkəb, Salvarlı və Ərikli dağları ilə Göyçəgölünə qədər uzanmış, şərqdən Goran-Kür çayı
ilə sərhədlənmişdir. Qarabağ 17 mahala bölünmüşdür: Sisyan, Kəbirli, Talış, Cavanşir (Qarabağ
düzü və ona bitişik olan Bərdədən cənubdakı torpaqlar). Otuziki, İyirmidörd, Xaçın, Çiləbörd
(Çarabörd), Vərəndə, Dizax və s. Talış bəzən Gülüstan adlanırdı. On iki mahal bütünlüklə
azərbaycanlı türklərindən ibarət idi. Nadirin ölümündən sonra hakimiyyətə keçən oğlu Əliqulu (Adil
şah) Azərbaycanın idarə edilməsini Əmir Aslan xana tapşırdı. Hacı Çələbi üzərindəki qələbədən
sonra özünə yeni düşmən qazanmamaq üçün Əmir Aslan xanın yanına elçi göndərərək Adil şahın
hakimiyyətini qəbul etdiyini bildirdi. Pənahəli xan Qarabağın beş məlikliyini asılı vəziyyətə saldı.
Vərəndə məliki özü Pənahəli xanın hakimiyyətini qəbul etdi. Dörd məliklik (Xaçın, Dizaq, Ciləbörd,
Gülüstan) zorla tutulmuşdur. Pənahəli xan öz ərazisini cənubi-qərbə doğru genişləndirərək Sisiyan,
Qapan, Mehrini xanlığa birləşdirdi. Xanlığın sərhədləri şimaldan Gəncə xanlığına, şərqdən KürArazın birləşdiyi yerə, cənubdan Araz çayına, qərbdən isə Mehri, Sisiyana qədər çatırdı. Pənahəli
xan yeni qalanı möhkəmlətməklə məşğul olarkən Cənubi Azərbaycan və İran hakimləri dəfələrlə
buraya hücum etmişlər. 1757-ci ildə Məhəmməd Həsən xan Qacarın qoşunları Qarabağa soxuldu.
O, Pənahabadı mühasirə etməyə cürət etmədi. Şuşanın 30 verstliyində «Xatın arxı» yanında baş
verən döyüşdə məğlub oldu. Pənahəli xan iki ağır top qənimət götürdü. İranda Kərim xan Zəndin
ona qarşı çıxış etdiyini eşidən Məhəmməd Həsən xan İrana qayıtdı. 1759-cu ildə Qarabağa Urmiya
xanı Fətələi xan Əfşarın 30 minlik qoşunu hücum etdi. 6 ay davam edən mübarizə Pənahəli xanın
asılılığı qəbul etməsi və oğlu İbrahimxəlili girov verməsi ilə nəticələndi. Yaranmış vəziyyətlə
əlaqədar olaraq Pənahəli xan zahirən olsa da, onunla sazişə girməyə məcbur oldu. Oğlu
İbrahimxəlili girov kimi onun yanına gətirdi. XVIII əsri 50-ci illərində İranda hakimiyyəti ələ keçirən
Kərim xan Zənd Fətəli şah Əfşarı məğlub edərək Azərbaycanın cənub torpaqlarını tutdu və
Qarabağ xanlığını hədələməyə başladı. Kərim xan Zənd Fətəli şah Əfşarla Pənahəli xanın
qüvvələrindən istifadə etdi. Lakin Kərim xan Zənd Urmiyanı aldıqdan sonra orada dustaq olan
İbrahimxəlil ağanı hakimiyyət fərmanı ilə Qarabağa yola saldı.

16.

Beləliklə, Qarabağ xanlığına ciddi zərbə vurmuş oldu. O, Pənahəli xanı özü ilə
Quma «Şiraz qonaqlığına» aparmış, bəhanələrlə onu geri qayıtmağa
qoymamışdır. Xanlığın idarəsini oğlu İbrahimxəlil xana (1763-1806) həvalə
etmişdir.
Qarabağın idarə edilməsini isə Pənahəli xan kiçik oğlu Mehralıya tapşırmışdı.
Bundan sonra Mehralı bəylə İbrahimxəlil qardaşları arasında çəkişmə başlamış,
1763-cü ildə İbrahimxəlil qalib gəlmişdi. Mehrəli Qubaya qaçmış, hücumlarda
iştirak etmiş və 1785-ci ildə öldürülməsi ilə nəticələnmişdi. İbrahimxəlilin
dövründə Qarabağ xanlığı daha da möhkəmlənmişdir. O, mərkəzi hakimiyyətdən
uzaqlaşmağa çalışan məlikləri özünə tabe etmiş, fəal xarici siyasət yeritmişdir. A,
Avar hakimi Ümmə xanın qızı ilə evlənmiş və onun qüvvələrindən istifadə
etmişdir. İbrahimxəlil xan hakimiyyətini müəyyən vaxtlarda Naxçıvan, Gəncə və
Təbriz xanlıqlarına da yaya bilmişdi. Pənahəli xanın ölümündən sonra Dizaq
məliyi Yesay, Çiləbörd məliyi Məclum, Gülüstan məliyi Bəyləryan asılılıqdan
qurtarmağa çalışmışlar. Vərəndə məliyi Şahnəzər və Xaçın məliyi Mirzəxan
İbrahim xana sədaqətlərini bildirmişlər. Şahnəzər qızı Hüzadı İbrahimxəlil xana
verdi. 1781-ci ildə İbrahimxəlil xan ona sadiq olan məliklərin köməyi ilə Tuğu
mühasirə etdi.
Yesayı tutub həbsə saldı. Hakimiyyətə oğlu Bəhmən keçdi. Lakin məliklər
mübarizəni davam etdirdi. Onlar İbrahimxəlilə qəsd təşkil etməyə çalışır.
Qəsdin üstü açılır. Məclum və Abov həbs edilir, sonra onlar qaçaraq II İrakliyə
sığmırlar. İbrahimxəlil onları tələb etmiş, ələ keçməklərindən qorxaraq Cavad
xanın yanına qaçmışlır. Sonra Qacarın Tiflisə hücumunda bələdçi olmuşlar.
İbrahimxəlil gürcü çarı II İrakli ilə ittifaqa girmiş, danışıqlar aparmaq üçün vəziri
BAYRAQ
Rəsmi dilləri – Azərbaycan dili, fars dili
Dini – Şiə İslam
Yaranması – 1747
Süqutu – 1822
QARABAĞ
XANLIĞI

17.

TƏBRİZ
XANLIĞI
Təbriz xanlığı XVIII əsrin ortalarında Azərbaycanda yaranmış müstəqil
qurum kimi Xoy, Naxçıvan, Qarabağ, Sərab və Marağa xanlıqları ilə
həmsərhəd idi.
Xanlığın mərkəzi
Təbriz şəhəri
olmuşdur.
Nadir şahın ölümündən sonrakı illərdə, müstəqil dövlət yaratmaq niyyətində
olan Əmiraslan xan III
Sam Mirzəni edam etdirdikdən sonra qısa vaxtda Təbriz, Xalxal, Ərdəbil
və Azərbaycanım bir sıra cənub
əyalətlərinin özünə tabe etdi. Əmiraslan xan Nadirin ölümündən
sonra, hakimiyyətə gəlmiş qardaşı oğlu
Əliqulu xanın (Adil şahın) hakimiyyətini tanımadı və 1748-ci ildə özünü
İranın müstəqil hakimi elan etdi.
Lakin həmin ilin sonunda Adil şahın öz qardaşı İbrahim Mirzə
tərəfindən hakimiyyətdən uzaqlaşdırılması
vəziyyəti xeyli dəyişdi. İbrahim Mirzə böyük qüvvə ilə Əmiraslan xanın
üzərinə hücum edib Təbrizə
daxil oldu.

18.

Məşhəd və İsfahanda baş vermiş üsyan xəbərini eşidən İbrahim şah böyük
hərbi qüvvə ilə oraya yola düşdü. Məşhəddəki döyüşdə İbrahim şah həlak
oldu.
Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirmək istəyən Fətəli xan
Əfşar Nağı xanla birlikdə Təbrizi tutdu və paytaxtı Urmiyadan buraya köçürdü.
Fətəli xan Əfşar Təbrizin idarəsini Nəcəfqulu xana tapşırdı. Buna görə də Təbriz
xanlığı Urmiya xanlığından asılı vəziyyətdə olmuşdu. Fətəli xanın
öldürülməsindən sonra Təbriz xanlığı tam müstəqillik əldə etdi.
Təbriz xanlığının əhalisi əkinçilik, bağçılıq, qismən də maldarlıqla da məşğul
olmuşlar. Sənətkarlıq və ticarət inkişaf etmişdir. Xanlın inzibati cəhətdən
Təbriz, Güney və Mərənd vilayətlərinə bölünürdü.
Mahalları bəylər, naiblər, kəndxudalar idarə edirdilər. Xanlığın təqribən 10
min nəfərlik ordusu var idi. Kəndlilər və şəhər əhalisi vergi verir, müxtəlif
mükəlləfiyyətlər daşıyırdı.
Rəsmi dilləri – Azərbaycan dili, fars dili (rəsmi)
Dini – Şiə İslam
Yaranması – 1747
Süqutu – 1799
TƏBRİZ
XANLIĞI

19.

XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri də Ərdəbil xanlığıdır. Bu
xanlığın mərkəzi Ərdəbil şəhəri idi. Ərdəbil xanlığı Lənkəran, Qarabağ, Təbriz,
Marağa və Gilan xanlıqları ilə həmsərhəd idi. Xanlığın əsasını Şahsevən
tayfasından olan Bəbir xan qoymuş və dövləti siyasi cəhətcə
möhkəmləndirmişdi. Xanlığı feodal əyanlarının toplaşdığı divanxana idarə
edirdi. Mahallarda idarəçilik işləri bəylər, naiblər, kəndxuda tərəfindən aparılırdı.
Xanlığın 3 min nəfərlik daimi
qoşunu var idi. Bəbir xanın oğlu Nəzərəli xanın dövründə (1747- 1783) zəndlər
və qacarlarla münasibət kəskinləşmişdi. Amma Nəzərəli xan nikah diplomatiyası
vasitəsi ilə qarabağlı İbrahim xanla dostluq
əlaqələri yaratmışdı. Lənkəran xanlığı ilə də mehriban qonşuluq münasibətində
idi. İran hakimi Kərim xanın fıtnəsi nəticəsində Nəzərəli xan səfərdə olarkən
Gilan hakimi Hidayət xan tərəfindən Əsir alınıb
Ənzəliyə aparılmışdı. Lakin Kərim xanın ölümündən sonra ərdəbillilər onu
əsirlikdən xilas etmişdir. Qubalı Fətəili xan 1784-cü ilin mayında hücum
edib Ərdəbil və Meşkini tutdu. Bu hadisə Fətəli xanın düşmənlərinin, eləcə
də Rusiyanın narazılığına səbəb oldu. Nəzərəli xanın ölümündən bir qədər
sonra həkimiyyətə gələn Nəsir xanın dövründə xanlıq qacarlardan asılı
vəziyyətə düşmüşdü.
Rəsmi dilləri – Azərbaycan dili, fars dili (rəsmi)
Dini – Şiə İslam
Yaranması – 1747
Süqutu – 1808
ƏRDƏBİL
XANLIĞI

20.

Rəsmi dilləri – Azərbaycan dili, fars dili (rəsmi)
Dini – İslam
Yaranması – 1747
Süqutu – 1808
QARADAĞ
XANLIĞI
Qaradağ xanlığı şimaldan Qarabağ, Şərqdən Lənkəran, Ərdəbil, cənubdan
Təbriz, qərbdən Xoy və Naxçıvan xanlıqları ilə həmsərhəd idi. Mərkəzi Əhər
şəhəri idi. Qaradağ tayfası Səfəvilərin hakimiyyətə gəlməsinə köməkçi olduqları
üçün Qaradağ vilayətinin idarəsi nəsildən-nəslə keçmişdir. XVIII əsrin birinci
rübündə mərkəzi hakimiyyət zəiflədiyinə görə, Qaradağ xanı Kazım xan müstəqil
olmuşdu.
Kazım xan mərkəzi hakimiyyətə tabe olmadığına görə Nadir şah onun gözlərini
çıxartmışdır. Nadir şahın ölümündən sonra Qarabağ xanlığı yenidən müstəqillik
əldə etmişdir. Kazım xan XVIII əsrin ortalarında Qaradağ, Gəncə, Naxçıvan
xanlıqlarının Şəki xanı Hacı Çələbiyə qarşı ittifaqına qoşulmuşdu. Qaradağ
xanlığı 1782-ci ildə Xoy və Qaradağ xanlarının birləşmiş qüvvələri tərəfindən
işğal edildikdən sonra öz müstəqilliyini demək olar ki, itirmişdi. 1791ci ildə isə
Ağa Məhəmməd xan Qacara tabe olmuşdur.

21.

XOY
XANLIĞI
XVIII əsrin ortalarında yaradılmış Xoy xanlığı Maku, Naxçıvan, Qarabağ,
Təbriz, Urmiya xanlıqları və Osmanlı imperiyası ilə həmsərhəd idi. Xanlığın
mərkəzi Xoy şəhəri idi. Xanlığı Dünbuli tayfasından olan Şahbaz xan idarə
edirdi. O Urmiyalı Fətəli xanla ittifaqa girmişdi. Kərim xan Zənd Fətəli xana
qalib gəldikdən sonra
«Şiraz qonaqlığı» adı altında Şiraza aparılan Şahbaz xan orada vəfat edir.
Azərbaycanım bir hisəsinin, xüsusən Xoy və Təbriz xanlıqlarının Dünbuli tayfa
başçılarının əlində olması bu tayfanın şöhrətinin artmasına səbəb olmuşdu.
1763- 1786-cı illər hakimiyyətdə olan Dümbuli Əhməd xan Azərbaycanın bir sıra
xanlıqları və Kartli çarlığı ilə diplomatik əlaqə saxlayırdı. O, bir müddət İrəvan,
Naxçıvan və Qarabağ xanlıqlarını da özündən asılı vəziyyətə salmışdı. Təbriz
xanı Nəcəfqulu xan Dümbuli ona canlı qüvvə və pula kömək edirdi. Qarabağ
xanlığı ilə əlaqələri də onun hakimiyyətinin möhkəmlənməsinə müsbət təsir
edirdi. Onlar Qarabağ xanlığının ərazisini işğal edərək öz aralarında
bölüşdürmüşdülər. Əhməd xan dirçəlməkdə olan Urmiya xanlığnııda tabe
etməyə çalışırdı. Nəcəfqulu xanın ölümündən sonra onun oğlu Xudadat xanı
Təbrizdi hakimiyyətə gətirən Əhməd xan onunla birləşərək Urmiyalı İmamqulu
xan Əfşara həmçinin onun müttəfıqi sərablı Əli xan Şəqaqiyə qarşı çıxdı və
1783-cü ilin payızında Təbriz yaxınlığındakı döyüşdə mühüm qələbə çaldı

22.

Bu qələbə Xoy xanlığının nüfuzunu daha da artırdı. Lakin hakimiyyət uğrunda
amansız mübarizə Xoy xanlığını da zəiflətmişdi. Digər tərəfdən Kərim xan Zənd
bu xanlığın gələcəkdə daha da güclənərək onun üçün təhlükəyə çevriləcəyindən
ehtiyat etdiyinə görə necə olursa-olsun Əhməd xanı aradan götürməyə çalışırdı.
Bu məqsədlə Şiraza girov aparılan və orada vəfat edən Xoy xanı Şahbaz
xanın oğlanları ilə Əhməd xan arasında düşmənçilik yaratdı, onları əmilərinin
üstünə qaldırdı. Şahbaz xanın oğlanları Şirazdan Xoya qayıtdılar və 1786-cı
ildə Əhməd xanın oğlanları və baş sərkərdə Süleyman xanı qətlə yetirdilər.
Cəfərqulu xan və Hüseynqulu xan qardaşlarını isə Əsir götürdülər. Lakin
hakimiyyəti ələ ala bilmədilər. Cəfərqulu xan sui-qəstdən yaxa qurtarıb xanlığa
qayıtdı və qardaşı Hüseynqulu xanı əsirlikdən azad edib xanlığın taxtına
oturdu. Cəfərqulu xanın düşmənlər üzərində çox mühüm qələbə çalmasına
baxmayaraq, xanlıq əvvəlki mövqeyini nisbətən itirmişdi.
Rəsmi dilləri – Azərbaycan dili, fars dili (rəsmi)
Dini – Şiə İslam
Yaranması – 1747
Süqutu – 1813
XOY
XANLIĞI

23.

NAXÇIVAN
XANLIĞI
5 minillik şəhər mədəniyyətinə malik olan və mühüm strateji mövqedə yerləşən
Naxçıvan tarixin müxtəlif dönəmlərində yadelli işğalçıların hücumlarına məruz
qalıb, dağıdılıb, talan edilib. Lakin bu elin igid oğulları birləşərək qədim oğuz
yurdunu yenidən dirçəldib gələcək nəsilllərə miras qoya biliblər. XVIII əsrin
ortalarında yaranan və ilk müstəqil xanlıqlardan biri olan Naxçıvan xanlığı isə
Azərbaycanın dövlətçilik tarixində mühüm bir səhifənin əsasını qoyub.
1747-ci ildə Nadir şah hakimiyyəti devrildikdən sonra Azərbaycanın başqa
bölgərində olduğu kimi, Naxçıvanda Kəngərli tayfa başçısı Heydərqulu xan yerli
feodallara arxalanaraq özünü buranın ilk xanı elan etdi. Beləliklə, Naxçıvan
tarixinin yeni səhifəsi-xanlıqlar dövrü başlandı. Səfəvi imperiyası dövründə onun
inzibati-ərazi vahidlərindən biri olan Çuxursəd bəylərbəyliyinin ərazisində
yaranan Naxçıvan xanlığı Zəngəzur dağlarından başlamış Araz çayı vadisinə
qədər olan ərazini, eyni zamanda Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə
edirdi.
Heydərqulu xanın vəfatından sonra onun oğlanları xanlığı idarə edirlər və ən
uğurlu dövr oğlu Şükrulla xanın dövrünə təsadüf edir. 1768-ci ildən 1780-ci
ilədək fasilələrlə Naxçıvan xanlığına rəhbərlik edən Şükrulla xan Heydərqulu xan
oğlu Kəngərli Kərim xan Zəndin fərmanı ilə müstəqil xan, yəni hakim tituluna layiq
görülməklə yanaşı, bütün Kəngərli süvarilərinə sərkərdə təyin olunduğu
müddətdən etibarən tümən hakimi kimi şöhrət tapır.
XVIII yüzilliyin sonlarında Naxçıvan xanlığında hakimiyyət uğrunda mübarizə
güclənir. İrəvan xanı Hüseynəli xan, Qarabağ xanı İbrahimxəlil xan və KartliKaxetiya çarı II İrakli istəyirlər ki, Naxçıvan xanları onların diktəsi ilə hərəkət
etsin. Bunu isə Abbasqulu xanın simasında görürlər. Beləliklə, Rəhim xanın oğlu
Abbasqulu xan 1780-ci ildə xanlığı idarə etməyə başlayır. Lakin onun iradəsizliyi
hakimiyyətdəki uğursuzluğu ilə nəticələnir və 1810-cu ildə İranda edam edilir.

24.

Naxçıvan xanlığı 1747-1797 illərdə daxili və xarici siyasəti ilə qonşu xanlıqların
rəğbətini qazanmış Heydərqulu xanın, sonralar isə I Kalbalı xanın hakimiyyəti
dövründə siyasi diplomatiyası ilə də fərqlənib. Xanlığın ərazisi, qoşunu, pul
vahidi, xarici və daxili siyasəti, müstəqil dövlətə məxsus atributları olub.
Rus qafqazşünasları görkəmli sərkərdə və bacarıqlı dövlət başçısı olan Kalbalı
xan haqqında öz əsərlərində bəhs edərək yazırlar: “Bu xan özünün igidliyi,
əzəməti, məğrurluğu, sərtliyi və düşmənə amansızlığı ilə məşhurdur.”
Kalbalı xan Kəngərli süvarilərinin nizam-intizamına ciddi fikir verdiyindən xanlığın
sərhədlərini ayıq-sayıq qoruyan Kəngərli süvariləri öz əvvəlki şöhrətinə
qayıtmışdı. Buna görə də başqa xanlıqlar belə Kalbalı xandan ehtiyat edirdilər.
Knyaz Sisianov isə Rusiyanın hakim dairələrini, həmçinin əli çatan xanlıqları
xəbərdar edirdi ki, Kalbalı xandan özlərini qorusunlar. Qafqaz canişinləri isə
Kalbalı xanın nüfuzunun xalq arasında çox yüksək olduğunu bilirdilər.
Qeyd etmək yerinə düşər ki, müəyyən səbəblərdən hakimiyyətin tez-tez əyişildiyi
Naxçıvan xanlığı 1787-ci ildən 1797-ci ilədək I Kalbalı xanın hakimiyyəti zamanı
intibah dövrünü yaşayıb. Bir sözlə, I Kalbalı xanın hakimiyyəti illərində müstəqil
Naxçıvan xanlığı varlı və firavan bir xanlığa çevrilib. XVIII əsrin sonları XIX əsrin
əvvəllərində Naxçıvan xanlığının inzibati-ərazi bölgüsündə aparılan dəyişiklik
haqqında mənbələrdə deyilir: “1797-1828-ci illərdə buranın idarə olunmasını
asanlaşdırmaq məqsədilə Cənubi Azərbaycana hakim təyin edilmiş Abbas Mirzə
Naxçıvan xanlığını Naxçıvan və Ordubad dairələrinə bölmüşdü. Həmin dairələr
isə öz növbəsində mahallara bölünürdü. Naxçıvan dairəsinə Əlincə, Xok və
Dərələyəz mahalları daxil edilmişdi. Ordubad dairəsi isə Ordubad, Əylis, Dəstə,
Biləv və Çənnəb mahallarından ibarət olmuşdur”. Naxçıvan xanlığında, əsasən
Naxçıvan, Ordubad və Əylis şəhərləri mövcud olub. Bu şəhərlərdə qalalar çox
olduğundan şəhəri idarə edənlər qalabəyilər və kələntərlər adlanırdı.
GERB
BAYRAQ
Rəsmi dilləri – Azərbaycan dili, fars dili (rəsmi)
Dini – Şiə İslam
Yaranması – 1747
Süqutu – 1828
NAXÇIVAN
XANLIĞI

Mövzu: Qərbi Azərbaycan xanlıqları

XVIII əsrin II yarısına aid mənbələri təhlil edir,nəticələrini təqdim edir.

Azərbaycan xanlıqları haqqında mənbələrə və xəritələrə əsasən sxem və cədvəllər tərtib edir.

Təlim forması: kollektiv və qrup işi

Təlim üsulu: beyin həmləsi,Venn

Azərbaycan ərazisində xanlıqlar nə vaxt yarandı?

Azərbaycan ərazisində xanlıqlar nə vaxt yarandı?

Xanlıqların yaranmasının səbəbi nə idi?

Azərbaycanın şimal və cənub hissəsində yaranmış hansı xanlıqları tanıyırsız?

( Xəritədə göstərin)

Şimali Azərbaycanın qərb

bölgəsində hansı xanlıqlar

yaranmışdı?( Xəritə

əsasında müəyyən edin )

QƏRBİ AZƏRBAYCAN

XANLIQLARI?

İRƏVAN XANLIĞI

NAXÇIVAN XANLIĞI

BİBÖ cədvəli

İrəvan xanlığı:

xanlığın əsasını qoyan sülalə və bu sülalənin nümayəndəsi

xanlığın siyasi vəziyyəti

xanlığın əhalisinin əsas tərkibi

– əhalinin məşğuliyyəti

xanlığa olan hücumlar

“ Mənbələrin məlumatına görə,

“ Mənbələrin məlumatına görə,

XVIII əsrdə ermənilər İrəvanda

əhalinin cüzi bir hissəsini,azər-

baycanlılar isə böyük əksəriyyəti-

ni təşkil edirdi”.

Erməni tarixçisi A.İoannisyan

“ Biz ( yəni ermənilər) türklərə məxsus torpaqları ya satın alır,ya zəbt edir,ya

“ Biz ( yəni ermənilər) türklərə məxsus torpaqları ya satın alır,ya zəbt edir,ya

bəxşiş kimi əldə edir və yaxud da zorla ələ keçiririk.

Matenadaranda saxlanılan

1687-ci il tarixli sənəd.

Naxçıvan xanlığı:

Naxçıvan xanlığı:

Xanlığın əsasını kim qoyub və o, hansı tayfadan idi?

Ərazisi və təsərrüfatı

Siyasi vəziyyəti(daxili və xarici siyasəti)

“ Susuz şoran çöllər,müxtəlif formada olan dağ qayalıqları,dərə təpəli sahələr,gözəl otlaq yerləri,düzənliklər,saysız hesabsız vadilər və dərələrdən axan və yayda tamamilə quruyan dağ çayları Naxçıvanın xarici aləmini özündə əks etdirir”.

“ Susuz şoran çöllər,müxtəlif formada olan dağ qayalıqları,dərə təpəli sahələr,gözəl otlaq yerləri,düzənliklər,saysız hesabsız vadilər və dərələrdən axan və yayda tamamilə quruyan dağ çayları Naxçıvanın xarici aləmini özündə əks etdirir”.

Rus tarixçisi S.Zelinski

Xanlığın siyasi tarixini 2 dövrə bölmək olar:

Xanlığın siyasi tarixini 2 dövrə bölmək olar:

“ Belə hesab edirəm ki,Azərbaycana sahib olmaq Rusiya üçün əlverişlidir.Sonra isə həmin torpaqların bir hissəsini mənə güzəşt edərsiniz.Gəncəni, İrəvanı və Naxçıvanı mənə tabe edin”

“ Belə hesab edirəm ki,Azərbaycana sahib olmaq Rusiya üçün əlverişlidir.Sonra isə həmin torpaqların bir hissəsini mənə güzəşt edərsiniz.Gəncəni, İrəvanı və Naxçıvanı mənə tabe edin”

Gürcü çarı II İraklinin Rusiya hakim dairələrinə göndərdiyi məktublardan.

“ Naxçıvan xanlığı” kitabı

( Tərtibçi Əli Həsənov )

Tədqiqat sualı

Tədqiqat sualı

İrəvan və Naxçıvan xanlıqlarında bu zaman siyasi və iqdisadi vəziyyət necə idi?

“Cavanşir qalası “ qrupu

MÜƏYYƏN EDİN:

– İrəvan xanlığı nə vaxt və harada

yaranmışdı?

– Xəritəyə əsasən hansı xanlıqlarla

sərhəd idi və Səfəvilər dövlətində Qərbi Azər-

baycan torpaqları hansı bəylərbəy-

liklərin tərkibində idi?

– Tez-tez baş verən hakimiyyət dəyişikliyinin səbəbini nədə görürsüz?

“Qız qalası” qrupu

MÜƏYYƏN EDİN:

-İrəvan xanlığının əhalisinin əksəriyyəti kimlər idi?

– İrəvan xanlığının o dövrki əhalisini müasir

dövrlə müqaisə edin.Əhali dəyişikliyinin səbəblərini izah edin.

“Girdiman qalası “ qrupu

İrəvan xanlığı nə üçün xarici hücumlara məruz qalırdı?

İrəvanda sənətkarlıq və ticarətin inkişafının səbəbi nə olmuşdu?

Müxtəlif pullardan istifadə edilməsi nəyi göstərirdi?

“Qasımxan qalası” qrupu

Müəyyən edin:

– Naxçıvan xanlığı nə vaxt və kim tərəfindən yaradıldı?

– Hansı ərazini əhatə edirdi?Hansı xanlıqlarla sərhəd idi?

– Xanlığın təbii-coğrafi şəraiti onun təsərrüfatına necə təsir göstərirdi?

“ Haram qalası “qrupu

Müəyyən edin:

Naxçıvan xanlığının siyasi tarixini hansı dövrlərə bölmək olar?

Heydərqulu xan nə üçün qonşu xanlıqlarla müttəfiqlik siyasəti yürüdürdü?

Naxçıvan xanlığı hansı dövlətlərin hücumlarına məruz qalmışdı?

QİYMƏTLƏNDİRMƏ MEYARLARI

EV TAPŞIRIĞI

Vaxtilə İrəvan və Naxçıvan

xanlıqlarının əhatə etdiyi

torpaqlarda hal-hazırda

yaşayan əhalinin milli tərkibi

haqqında məlumat toplayın.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.