Həzrət Fatimeyi Zəhranın (s. ə) şəhadət günü
Peyğəmbərin (s) Hüseynə (ə) sevgi və məhəbbətini ən yaxşı şəkildə ifadə edən cümləsi budur: “Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edib”. (“İmamların ictimai-siyasi tarixi”, imam Hüseynin (ə) həyatı.)
İmam Hüseynin həyatı
Şəhidlər sərvəri imam Hüseyn (ə) 4-cü hicri-qəməri ilinin Şəban ayının 3-də Mədinə şəhərində dünyaya göz açdı. İslam Peyğəmbəri (s) bu xəbəri eşidən kimi sevinə-sevinə qızı Fatimeyi-Zəhranın (ə.s.) evinə yola düşdü. Xanım Fatimeyi-Zəhranın (ə.s) xidmətçisi Əsma uşağı ağ parçaya büküb, Peyğəmbərin (s) hüzuruna gətirdi.
Peyğəmbər (s) körpəni qucağına alıb sağ qulağına “azan”, sol qulağına isə “iqamə” oxudu.
İmam Hüseynin (ə) dünyaya gəlişinin 7-ci günü Allah tərəfindən Peyğəmbərə (s) nazil olan mələk belə dedi: “Harun, Musa peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə onun köməyinə gələn bir sirdaş olduğu kimi, Əli də sənin dostun və qardaşındır. Buna görə də, bu uşağın adını Harunun oğlunun adı olan Şübeyr (ərəbcəsi Hüseyn) qoy!” Beləliklə, imam Hüseynin (ə) adı Allah tərəfindən təyin edildi.
İmam Hüseynin (ə) təvəllüdünün 7-ci günü, xanım Fatimeyi-Zəhra (ə.s) oğlu üçün bir qoyunu qurbanlıq edib ətini yoxsullara payladı.
Həzrət Peyğəmbər (s) dəfələrlə onu qucağına alıb öpərək ağlamış və buyurmuşdu: “Hüseyni qarşıda böyük müsibət gözləyir. Əməvilərdən zalım bir dəstə oğlumu öldürəcəkdir. Onlar qiyamət günü mənim şəfaətimdən məhrum qalacaqlar”.
PEYĞƏMBƏRİN (S) HÜSEYNƏ (Ə) MƏHƏBBƏTİ
Peyğəmbərin (s) səhabəsi Salman Farsi bu barədə belə deyir: “Peyğəmbəri (s) oğlu (nəvəsi) Hüseyni dizi üstündə oturdub onu öpərək nəvaziş etdiyini və belə buyurduğunu gördüm: “Sən imamsan, imam oğlu və imamlar atasısan. Sənin nəslindən doqquz imam gələcək ki, onların sonuncusu “vəd olunmuş Mehdidir”.
Peyğəmbərin (s) Hüseynə (ə) sevgi və məhəbbətini ən yaxşı şəkildə ifadə edən cümləsi budur: “Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edib”. (“İmamların ictimai-siyasi tarixi”, imam Hüseynin (ə) həyatı.)
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadət günü
Xanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var. Amma alimlər tərəfindən iki rəvayət mötəbər hesab edilir. Birincisi İslam Peyğəmbərinin (s) dünyadan köçməsindən, yəni hicri 11-ci ilin səfər ayının 28-dən 75 gün sonra, yəni cəmadiul-əvvəlin 13-cü günüdür. Bu günlərə “Fatiməyi-əvvəl” deyilir. İkinci rəvayətə görə isə İslam Peyğəmbərinin (s) dünyadan keçməsindən 95 gün sonra, yəni cəmadius-saninin 3-cü günüdür.
Həzrət Zəhra (s.ə) – həmin həqiqətdir ki, Peyğəmbərimiz (s) və Məsum İmamlarımız (ə) onun haqqında nə qədər danışsalar da, yenə də biz insanlar üçün gizlidir. İmam Sadiq (ə) Qədr gecəsini dərk etmək haqqında buyurur: “Ləylətul – Fatimədir, Qədr isə Allahdır. Ona görə də hər kim Fatimənin (s.ə) həqiqətini tanımaq tofiqinə nail olarsa, şübhəsiz ki, Qədr gecəsini də dərk etmiş olar”. (Tebyan)
Bəli, Qədr gecəsinin tək həqiqəti – Həzrəti Zəhradır (s.ə). Bu, Fatimədir (s.ə) ki, on bir Kəlamullahın zühuruna səbəb olmuşdur. Xanımın (s.ə) fəziləti haqqında təkcə o bəsdir ki, Həzrət Peyğəmbər (s) onu elə mədh etmişdir ki, dünyada olan heç bir qadını belə mədh etməmişdir. Hətta öz həyat yoldaşları və başqa qızları haqqında da bu sözləri deməmişdi. Onu bədəninin parçası, gözünün nuru və ürəyinin meyvəsi adlandırmışdır.
Nəql edilir ki, bir gün əziz Peyğəmbər (s) evindən bayıra çıxır və qızı Fatimənin (s.ə) əlindən tutmuşdu. O, bu halda buyurdu: “Hər kim onu tanıyırsa, tanıyır, hər kim tanımırsa, bilsin ki, Fatimə (s.ə) Muhəmmədin (s) qızıdır. O, mənim bədənimin parçasıdır. O, mənim qəlbimdir ki, iki böyrümün arasında yerləşir. Hər kim ona əziyyət verərsə, mənə əziyyət vermiş olar. Hər kim mənə əziyyət verərsə, Allaha əziyyət vermişdir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Fatimə (s.ə) – bədənimin bir parçasıdır. Hər kim onu qəzəbləndirər məni qəzəbləndirmiş olar”.
Əziz Peyğəmbərdən (s) gələn başqa bir hədisdə oxuyuruq: “Allah Fatimənin (s.ə) nurundan göyü və yeri yaratdı. Ona görə də yer və göy qızım Fatimənin (s.ə) nurundandır. Qızımın nuru isə Allahın nurundandır. Qızım Fatimə (s.ə) yer və göydən daha üstündür”.
Həzrət Rəsulallah (s) buyurur: “Mənim zamanımda ən üstün kişi – Əlidir (ə), əvvəlinci və axırıncı üstün qadın isə Fatimədir (s.ə)”.
Həzrət Peyğəmbər (s) buyurur: “Əgər bütün yaxşılıqlar və əxlaq fəzilətləri mücəssəm olsa, layiqlidir ki, Fatimə (s.ə) olsun. Bəlkə Fatimə (s.ə) bunların hamısından daha ucadır”.
Bütün bu hədislərdən göründüyü kimi, Həzrət Zəhra (s.ə) – ən üstün bir xanımdır. Heç kəs fəzilət və məqam ucalığı baxımından Xanıma (s.ə) çata bilməz.
paylaşaq
“Xanım Fatimeyi Zəhra” məscidində Qədr gecəsi
“Xanım Fatimeyi Zəhra” məscidində Qədr gecəsi Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsi qeyd olunub.
23 Aprel , 2022 11:44
https://static.report.az/photo/957ff7a5-d52c-3c9c-a7c3-8e12a1b8e965.jpg
Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (Əhya) gecəsi qeyd olunub. “Report” xatırladır ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. QMİ Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Qeyd olunur ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Qeyd edək ki, Şəvval ayının 1-i, mayın 2-də Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkədə iki gün – mayın 2-si və 3-ü bayram günləridir. “Report” “Xanım Fatimeyi Zəhra” məscidindən hazırladığı fotoreportajı təqdim edir: FOTO: Mirzə Əlizadə
Comments are closed, but trackbacks and pingbacks are open.