Press "Enter" to skip to content

Xaricd azrbaycanlı ziyalılar

Bütün fəaliyyətini Qarabağ həqiqətlərini Avropada yaymağa həsr etmiş Milan Konservatoriyasının professoru Mais Nuriyev deyir ki, Ermənistanın son təxribatına etirazını Niderland parlamentinin qarşısında iştirak etməklə bildirib: “Aksiyaya çox sayda insan toplaşmışdı – demək olar Niderlanddakı bütün diaspor təşkilatları və azərbaycanlılar Ermənistanın təcavüzünə etiraz etmək üçün bir arada idi. Mənim də Azərbaycan və italyan dillərində çıxış etdiyim aksiyada dünya birliyini təcavüzlərə biganə qalmamağa, Ermənistanın işğal siyasətinə ədalətli yanaşmağa çağırışlar olundu. Məqsədimiz Ermənilərin çirkin əməllərini dünyaya düzgün tanıtmaqdır. Avropa ölkələrindən tələb edirik ki, təcavüzə son qoyulsun. Biz Azərbaycana sülh istəyirik. Lakin igid oğullarımız Ali Baş Komandanın əmri ilə tarixi Vətənin azadlığı uğrunda ölüm-dirim mübarizəsinə də hazırdır”.

Xaricd azrbaycanlı ziyalılar

Ermənistanın Tovuz təxribatları zamanı ordumuza dəstək olan Azərbaycan diasporu da qarşı tərəfə istər keçirilən aksiyalarda, istərsə də qlobal platformalardakı informasiya savaşında layiqli cavabını verdi və göstərdi ki, artıq güclü Azərbaycan dövlətinin güclü diasporu da var. Bu gün dünyanın ən nüfuzlu elm ocaqlarında, təhsil mərkəzlərində, nüfuzlü şirkətlərdə azərbaycanlı alimlər, mütəxəssislər çalışır, yaşadıqları ölkələrin elminə və mədəniyyətinə xidmət göstərir, eyni zamanda Azərbaycan həqiqətlərini təbliğ edir, ümumilli məsələlərdə birlik və həmrəylik nümayiş etdirirlər.

“Xaricdə yaşayan minlərlə azərbaycanlı ruhu və qəlbi ilə sizin yanınızdadır”

Azərbaycanın xalq rəssamı, hazırda Almaniyada yaşayan Əşrəf Heybətov deyir ki, Ermənistanın Tovuza hücumu, qəhrəmanlarımızın ölümü azərbaycanlıların əksəriyyətinin mlli şüurunu oyandırdı, minlərlə insan küçələrə axışıb təcavüzkar düşmənin cavabını verməyi tələb etdi. Mən soydaşlarımıza demək istəyirəm ki, xaricdə yaşayan minlərlə azərbaycanlı da ruhu və qəlbi ilə sizin yanınızdadır. Sabah müharibə başlasa, əminəm ki, vətənimizdən uzaqda yaşayan bir çoxumuz gəlib torpaqlarımız uğrunda vuruşacağıq. Ermənitsanın iyul təxribatından sonra Azərbaycanda və xaricdə soydaşlarımızın göstərdiyi birlik, həmrəylik, mütəşəkkillik bir daha sübut etdi ki, xalqımız Qarabağı geri qaytarmaq əzmindədir. Dövlətimizin başçısı, Ali Baş Komandan, xalq və ordu birləşərək Qarabağ torpaqlarının azad edilməsi və işğalçılardan təmizlənməsini səbirsizliklə gözləyir. Zor və qanla işğal edilmiş torpaqlarımızı təəssüf ki, elə güc və qanla da geri qaytara bilərik. Əgər sabah müharibə başlasa xalqımız qan axıdılacağını, qurbanlar verəcəyini bilir, amma BİZ QALİB GƏLƏCƏYİK!”

“Azərbaycan diasporu Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çox böyük rol oynayır”

Ukraynada texnika elmləri doktoru, professor, Xarkov Milli Radioelektronika Universitetinin prorektoru Murad Ömərov: “2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndər Heydər Əliyevin tövsiyələrini əsas tutaraq Azərbaycan diasporu dünyanın müxtəlif ölkələrində daha yüksək səviyyədə təşkilatlanmağa başladı. 2002-ci ildə yaradılmış Diasporla İş üzrə Dövlət Komitəsi isə bu proseslərə böyük təkan verdi. Artıq 2020-ci ildə püxtələşmiş, təşkilatlanmış Azərbaycan diasporu tarixi Vətəndə gedən proseslərə, Dağlıq Qarabağ probleminə lazımi reaksiya verir və Azərbaycan həqiqətlərinin dünya içtimayətinə çatdırılmasında çox böyük rol oynayır. Tovuz döyüşləri zamanı biz bir daha soydaşlarımızın bu reaksiyasının şahidi olduq. Dünyanın müxtəlif ölkələrində, o cümlədən, Amerika və Avropada Azərbaycan diaspor təşkilatlarının çoxsaylı etiraz mitinqləri dünya içtimayətinin diqqətini cəlb etməyə məcbur etdi. Ukraynanın bir neçə böyük şəhərində, o cümlədən Xarkovda Azərbaycanın Fəxri Konsulluğunun qarşısında aksiya keçirildi. Çıxış edənlər Ermənistan hərbiçilərinin Tovuz rayonu ərazisində törətdiyi təxribatı qəti şəkildə pisləyərək Azərbaycan həqiqətlərini Xarkov ictimaiyyətinə çatdırdı.

Biz əminik ki, dövlətimizin apardığı müdrik siyasət nəticəsində doğma Qarabağımız tezliklə erməni işğalından azad olunacaq. Həmişə dövlətimizin, ordumuzun, əsgərimizin yanındayıq və hər cür dəstək verməyə hazırıq”.

“Qarabağ məsələsi vicdanı olan hər bir azərbaycanlının dərdidir”

Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin siyasi elmlər və beynəlxalq əlaqələr fakültəsinin dekanı, professor Toğrul İsmayıl hesab edir ki, Azərbaycanın Tovuz rayonuna Ermənistanın hücumu bir daha bu ölkənin məkrli siyasətini ortaya qoydu: “Belə təxribatçı hücum əslində Ermənistan tərəfinin bölgədə sülh, əməkdaşlıq və əmin-amanlıq yerinə vəziyyəti gərginləşdirmək, yeni müharibə məkanları yaratmaq və ən önəmlisi isə öz işğalçı niyyətlərindən vaz keçmədiyini ortaya qoydu. Tovuz rayonu Dağlıq Qarabağdan 100 kilkometrlərlə uzaqda yerləşir və birbaşa sərhəddi yoxdur. Əgər beynəlxalq ictimaiyyətin fikrini Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə yönləndirməyə çalışırsa, açıq şəkildə demək lazımdır ki, çox uğursuz addımdır. Düşmənin niyyəti baş tutmadı, çünki Azərbaycan daha hazırlıqlı, daha mütəşəkkil hərbi texnikaya və digər imkanlara sahibdir. Diqqət edirsinizsə Azərbaycan sadəcə bu nöqtədə hadisələri sakitləşdirməyə çalışdı, yəni bəhanə edib Dağlıq Qarabağ ərazisində geniş hücuma keçmədi. Bu da Azərbaycanın məsələnin sülh yolu ilə həllinə çalışmasının sübutudur.

Harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycan torpaqlarının azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini beynəlxalq ictimaiyyətdən və ya beynəlxalq hüquq tərəfdarlarından tələb edirik. Əgər biz bölgədə sülh və sabitlik istəyiriksə, Qarabağ məsələsi təcili şəkildə həlli vacib şərtlərdən biridir. Bu da təbii ki, Azərabycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Qarabağ məsələsi ümummillli məsələdir, Qarabağ məsələsi Azərbaycan xalqının ortaq problemidir. Qarabağ məsələsində iqtidar-müxalifət yoxdur. Qarabağ məsələsində əslində Vətəndən uzaqda, yaxında yaşamaq məsələsi yoxdur. Qarabağ məsələsi vicdanı olan hər bir azərbaycanlının dərdidir, problemidir və bir an öncə həll olunması üçün əlindən gələni etməlidir. Son hadisələr də göstərdi ki, artıq Azərbaycan xalqı məsələnin həllini istəyir. İstər Türkiyədə olsun, istər Rusiyada, Amerika, Avropanın hər hansı bir ölkəsində olsun azərbaycanlılar dinc etiraz səslərini yüksəltdilər. Təbii ki, ermənilərin təxribatçı əməlləri bu ölkələrdə də sürdü. Bunu gördük. Amma bir daha təkrar edirik məsələnin sülh yolu ilə həlli bizim tələbimizdir. Əks halda inanırıq ki, Azərbaycan dövlətinin bu torpaqları hər vasitə ilə azad etmək, təmizləmək haqqı və imkanı vardır”.

Xaricd azrbaycanlı ziyalılar

Son illərdə ali məktəblərdə Azərbaycan tarixi və Türk xalqlarının tarixi fənlərinin tədris saatlarının azaldılması həmin fənləri gənclərimizə öyrədən ziyalılar arasında ciddi narahatlıq doğurmaqdadır.

Azərbaycan və Türk xalqlarının tarixinə belə yanaşmanın Ermənistanın Vətənimizin ayrı-ayrı ərazilərini işğal etməyə, dövlət müstəqilliyimizə son qoymağa cəhd etdiyi, əgər bunlar mümkün olmasa, Azərbaycanı əhəmiyyətli şəkildə zəiflətməyə çalışdığı bir vaxtda baş verməsi cəmiyyətdə narahatlıq doğurmaya bilməz.

Belə xain niyyətin həyata keçirilməsinin məkrli yollarından biri də xalqın, onun gəncliyinin öz tarixi keçmişindən, qan yaddaşından, soykökündən, genefondundan xəbərsiz, milli-mənəvi dəyərlərindən uzaq manqurt, hər qəlibə uyan bir toplum kimi böyüməsinə nail olmaqdır.

Təəssüf ki, son illərdə bu ideoloji istiqamətdə “görünməz düşmənin” getdikcə artan hucumlarının şahidi olmaqdayıq. Həmin hucum çox istiqamətliliyi ilə diqqəti cəlb edir. Bəzi şəxslərin xalqımızın taleyində əhəmiyyətli rol oynayan ayrı-ayrı siyasi xadimlərin “gözlərində tük axtarması, onların yaratdıqları dövlətin xarakter və mahiyyətini şübhə altına alan fikirlər yayması da belə istiqamətlərdəndir. Son illər milli ideologiya sahəsində “qloballaşma” donuna bürünənlərın şiddətli hucumu Azərbaycan tarixinin və Türk xalqları tarixinin tədrisi sahəsinə diqqəti daha da artmışdır. Bu ilin təxminən may-iyun aylarında ali məktəblərin bir qrup “mütəxəssisindən” ibarət ekspert komissiyasının hazırladıqları layihədə adları çəkilən fənlərin siyasi və stratei əhəmiyyəti nəzərə alınmamış və bu fənlərin tədrisinə ayrılmış saatların yenidən kəskin şəkildə azaldılmasına cəhd edilmişdir. Onların hazırladıqları layihə minlərlə ziyalını deyil, hətta Təhsil Nazirliyini və bir çox ali məktəb rəhbərlərini də rahatsız etmişdir. Maraqlıdır, görəsən, xalqımıza milli şüur, məğrurluq əxlaqı aşılayan, onlara tarixi keçmişlərindən xəbər verən bu fənlərin tədrisi ekspert komissiyasının üzvlərini niyə narahat etmişdir. Bu layihəni hazırlayan ekspertlər nə üçün susur, ictimaiyyəti narahat edən bu məsələlər barədə izahat vermirlər. 50 milyonluq Azərbaycan türkünün, 200 milyondan artıq türk xalqlarının tarixinin tədrisinin əhəmiyyətini fikirləşmədən “layihə” hazırlayan bu ekspertlər görəsən kimlərə və hara xidmət edirlər- deyə, hesab edirik ki, Təhsil Nazirliyinin müvafiq qurumları tezliklə ekspert komissiyasından izahat alacaq və bu çox vacib ümummilli məsələyə aydınlıq gətirəcəklər. Ekspert komissiyasının hazırladığı lahyihədən rahatsız olan ziyalılar, onlardan alınacaq izahatın mətbuatda işıqlandırılacağını gözləyirlər.

“Azərbaycan tarixi sevərlər” cəmiyyəti

Xaricd azrbaycanlı ziyalılar

İyulun 12-də və sonrakı günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədlərini pozaraq mövqelərimizə hücum cəhdi, dinc sakinləri artilleriya atəşinə tutması soydaşlarımızın etirazına və hiddətinə səbəb olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bütün dünya azərbaycanlıları yaşadıqları ölkələrin rəsmi qurumlarına, beynəlxalq təşkilatlara, parlamentlərə müraciət etməklə, Azərbaycan dövlətinə və ordusuna dəstək aksiyaları keçirməklə, sosial şəbəkələrdə təxribatla bağlı həqiqətləri dünyaya bəyan etməklə Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışır və Ermənistanı təcavüzü dayandırmağa çağırır. Belə bir məqamda azərbaycanlı ziyalılar da, harada yaşamasından asılı olmayaraq, öz sözünü deyir, dövlətimizə və ordumuza dəstək olduqlarını vurğulayırlar.

“Son təxribat birmənalı olaraq göstərdi ki, Ermənistan təcavüzkar ölkədir, Dağlıq Qarabağ deyilən bir ölkə yoxdur və Azərbaycanla məhz Ermənistan vuruşur”

Son günlər Azərbaycanın Ermənistan tərəfindən növbəti dəfə təcavüzə uğramasının xaricdə yaşayan bütün azərbaycanlıları sarsıtdığını deyən Varşava Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin nəzdindəki Azərbaycanşünaslıq Mərkəzinin əməkdaşı Şəhla Kazımova bildirir ki, Qarabağ həqiqətlərini və son təcavüz aktını Polşa ictimaiyyətinə çatdırmaq üçün hər kəs əlindən gələni etməlidir: “Əvvəllər Polşa mediasında Tovuz rayonunda baş verənlər neytral formada – həm Azərbaycanın, həm də Ermənistanın mövqeyi əks olunmaqla işıqlandırılır. İlk baxışda bu, hər bir azərbaycanlının hiddətinə səbəb olur ki, nəyə görə təcavüzkar və işğalçı Ermənistan olduğu kimi ictimaiyyətə təqdim olunmur. Hazırda isə bu məsələdə xeyli irəliləyiş var – əvvəllər münaqişə ilə bağlı xəbərlərdə Ermənistan qurban kimi təqdim olunurdu. Bu gün isə Azərbaycan Müdafiə Nazirliyinin məlumatına və fotolara da yer verilir, Ermənistanın dinc əhaliyə təcavüzü Polşa ictimaiyyətinə çatdırılır. Biz azərbaycanlılar da Azərbaycanın haqq səsini, Ermənistanın təcavüzkar və işğalçı bir dövlət olduğunu əlimizdən gəldiyi qədər yerli cəmiyyətdə çatdırmalıyıq. Son təxribat birmənalı olaraq göstərdi ki, Ermənistan təcavüzkar ölkədir, Dağlıq Qarabağ deyilən bir ölkə yoxdur və Azərbaycanla məhz Ermənistan vuruşur, həm də Dağlıq Qarabağdan uzaq olan tamamilə başqa bir istiqamətdən. Ermənistanın Tovuza hücumu beynəlxalq ictimaiyyətə kimin işğalçı və təcavüzkar olduğunu bir daha göstərmiş oldu”.

Gənclərimiz Ali Baş Komandanın əmri ilə azadlığımız uğrunda ölüm-dirim mübarizəsinə hazırdır

Bütün fəaliyyətini Qarabağ həqiqətlərini Avropada yaymağa həsr etmiş Milan Konservatoriyasının professoru Mais Nuriyev deyir ki, Ermənistanın son təxribatına etirazını Niderland parlamentinin qarşısında iştirak etməklə bildirib: “Aksiyaya çox sayda insan toplaşmışdı – demək olar Niderlanddakı bütün diaspor təşkilatları və azərbaycanlılar Ermənistanın təcavüzünə etiraz etmək üçün bir arada idi. Mənim də Azərbaycan və italyan dillərində çıxış etdiyim aksiyada dünya birliyini təcavüzlərə biganə qalmamağa, Ermənistanın işğal siyasətinə ədalətli yanaşmağa çağırışlar olundu. Məqsədimiz Ermənilərin çirkin əməllərini dünyaya düzgün tanıtmaqdır. Avropa ölkələrindən tələb edirik ki, təcavüzə son qoyulsun. Biz Azərbaycana sülh istəyirik. Lakin igid oğullarımız Ali Baş Komandanın əmri ilə tarixi Vətənin azadlığı uğrunda ölüm-dirim mübarizəsinə də hazırdır”.

Azərbaycan xalqının əsgəriyik, hər zaman xalqımızın yanındayıq

ABŞ-ın Nyu-York şəhərində UPSTATE Tibb Universitetinin professoru Rauf Şahbazov hər bir azərbaycanlı kimi hesab edir ki, ermənilərin və onların havadarlarının layiqli cavabı verilməlidir: “Qısa müddətdə Qarabağı azad etmək üçün xalqımız mobilizə olunmalıdır. Biz Amerikadakı azərbaycanlılar da həm təşkilat olaraq, həm də fərdi şəkildə Azərbaycanın mövqeyini yerli cəmiyyətə çatdırmaq üçün əlimizdən gələni edirik və bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Biz də Azərbaycan xalqının əsgərləriyik, yaşadığımız ölkədən və mövqeyimizdən asılı olmayaraq xalqımızın qərarlarını yerinə yetirəcəyik”.

Bu gün cismimiz qürbətdə olsa da, qəlbimiz Azərbaycanda döyünür

Ermənistanın son təxribatı ilə bağlı həmvətənlərinə müraciət edən Nürnberq Universitetinin müəllimi, elmlər doktoru Yaşar Musayev soydaşlarımızı birliyə çağırıb: “Təəssüf ki, bu günədək qəbul olunmuş qərarlara və beynəlxalq qətnamələrə məhəl qoymadan işğalçı Ermənistanın Vətənimizə qarşı təcavüzü davam etməkdədir. Bu gün bizim cismimiz qürbətdə olsa da, siyasi baxışlarımızdan və mövqeyimizdən asılı olmayaraq, hər birimizin qəlbi Ordumuzla, Azərbaycan əsgəri ilə birgə döyünür”.

Comments are closed, but trackbacks and pingbacks are open.