Press "Enter" to skip to content

Xarici Dillərin Tədrisi: əsas Prinsiplər

İştirakçının adı, atasının adı, soyadı, elmi dərəcəsi, elmi adı

ONLİNE TEDRİS_English teachers

Xarici dilin tədrisinin mühüm vəzifələrindən biri də qazanılan reseptiv bacarıq kimi oxunun kommunikativ şəkilə inkişaf etdirilməsidir. Oxunun düzgün təşkili və tədrisi qarşısında duran ən mühüm məsələ şagirdlərdə ətraf aləm və real həyat hadisələri haqqında düzgün obrazlı təsəvvürlər əsasında bilik və bacarıqlar formalaşdırmaqdır. Xarici dilin tədrisində oxu nə qədər tələb olunan bacarıq olsa da, onun düzgün təşkili və tədrisi prosesində hələ də problem və çətinliklər mövcuddur. Bir çox hallarda şagirdlərimiz hələ də xarici dildə mətnləri oxuyub tərcümə etmək və məzmunu şüurlu şəkildə anlamaq üçün bir neçə sualları cavablandırmaqla bu fəaliyyəti başa çatmış hesab edirlər. Ənənəvi olaraq belə vərdişlər onlarda mövzu ətrafında sərbəst kommunikasiya qurmağa həvəsləndirmir.İllər boyu bizdə oxu bacarığı dedikdə, oxu texnikasının səviyyəsi nəzərdə tutulub. Düşünürdük ki, əgər şagird səlis oxuya bilirsə, deməli, oxu bacarığına yiyələnib. Oxuyub qavrama bacarığını yoxlama texnologiyası isə milli təhsilimizdə çox zəif olub. Ən yaxşı halda verilmiş mətndən hər hansı nəqli cümlə çıxarılıb, sual cümləsi şəklində tapşırıq kimi qoyulurdu.

Qey etmək lazımdır ki, oxu fəaliyyəti və bacarıqlarının düzgün inkişaf etdirilməsi səmərəli kommunikasiyanın açarı kimi sərbəst düşüncənin əsasını qoyur. Oxu mətnləri üzərində yeni söz və ifadələrin müzakirə və şəkillərdə, vizual görüntülərdə öyrənilməsi, məzmunun şüurlu anlaşıılmasıa istaqamətləndirir. Bunun üçün oxu mətnləri üzərində maraqlı nitq tapşıırıqları, qısa şərhlərin təşkili, müqayişələrin, analizlərin aparlması və oxunun yaradıcı tətbiqi arxa planda qalırdı. Təlimdənkənar oxu fəaliyyətinin inkişaf etdiriməsi, ekstensiv oxu vərdişlərinin qazanılmsı, maraqlı ədəbiyyatların oxunmaı və şagirdlərin ümumi orta təhsil mərhələsində mütaliə mədəniyyətinin qazanılması ən vacib tələblərdən biridir. Çünki, ekstensiv oxu şagirdlərin idrak qabiliyyətini inkişaf etdirir və əqli fəallığı artırır. Oxu eleə bu mərhələdə şagirdlərdə ideya-siyasi, mənəvi-estetik vərdişlərini tez formalaşdırır, onlarda vətənə məhəbbət, ailəyə hörmət, dosta sədaqət, xeyirxahlıq, mərdlik, fədakarlıq, təvazökarlıq, düzgünlük kimi mənəvi keyfiyyətləri formalşadırır. Oxu fəaliyyətinin kommunikativ şəraitdə formalaşması şagirdlərin şifahi və yazılı şəkildə ifadə etmək bacarığını atırır, onlarda şüurlu, düzgün, sürətli və ifadəli oxu, oxunmuş mətnin məzmununu şərh etmək bacarıqları yaradır. Vacib hesab edilən və düşünülmüş bu metodikalar üzərində qurulan oxu şagirdlərin dünyagörüşünü genişləndirir, söz ehtiyatını zənginləşdirir, nitq mədəniyyətini inkişaf etdirir. Oxu dərslərində ünsiyyətin formalşdıran və məntiqi təfəkkürünü inkişaf etdirən tarşırıqların, fəaliyyətlərin tətbiqi oxu mətnləridə məntiqi əlaqələrin tapılması, əşya və hadisələrin müqayisəsi, oxşarlığına və fərqinə görə onların tutuşdurulması, ümumiləşdirmə və nəticə çıxarmaq kimi bacarıqlar formalaşır. Bunun üçün oxu mətnlərinin dinləyib-anlama, danıçma və yazı fəaliyyəti daxilində aparılması daha çox ünsiyyəti formalaşdırır. Oxu mətnlərinin yaradıcı mərhələdə inkişaf etdirilməsi, oxu mətnlərinin personallaşdırırlması, oxudan sonra sərbət yazıların təşkili, məzmuna “sözlə” rəsmin çəkilməsi, əsərin səhnələşdirilməsi və s. kimi üsullardn istifadə edilməsi səmərəli nəticə verir.

Beləliklə, ümumi orta təhsil mərhələsində (5-6 siniflər) oxu fəaliyyəti elə təşkil edilməlidir ki, təlimdə şagirdlərin birbaşa ünsiyyət bacarıqları düzgün formalaşsın və kommunikativnitq vərdişlərinin qazanılsın.

İstifadə olunmuş ədəbiyyat

1. Anderson, R.C., & Pearson, P.D. (1984). A schema- theoretic view of basic processes in reading comprehension. In P.D. Pearson (Ed.), Handbook of reading research (255-291). New York: Longman.

2. De Certeau, Michel. “Reading as Poaching.” The Practice of Everyday Life. Trans. Steven F. Rendall. Berkeley: University of California Press, 1984. 165-176.

3. Day RR & J Bamford (1998) ‘Extensive Reading in the Second Language Classroom’ Cambridge:CUP

4. McCallum, R. S., Krohn, K. R., Skinner, C. H., Hilton-Prillhart, A., Hopkins, M. Waller, S., & Polite, F. (2010). Improving reading comprehension of at-risk high-school students: The art of reading program. Psychology in the Schools, 48(1), 78-86.

Xarici Dillərin Tədrisi: əsas Prinsiplər

Xarici dillərin tədrisi üçün bir sıra prinsiplər mövcuddur ki, hər birinin özünəməxsus üstünlükləri vardır. Onları seçərkən şagirdlərin imkanlarını və yaşını, dərslərin müddətini, əldə edilməsi planlaşdırılan səviyyəni nəzərə almalısınız. Xarici dillərin tədrisi: əsas prinsiplər

Ən ümumi tədris prinsipləri

Xarici dillərin tədrisində güc prinsipindən tez-tez istifadə olunur. Dərnəklərin yaradılması və konsolidasiyasını, eyni zamanda əzbərləmədə materialın ən sadə təqdimatını əhatə edir. Bəzən, yalnız bu cür texnikalar sayəsində bir tələbə xarici dilin qrammatikasının və sintaksisinin mürəkkəb və hələ anlaşılmaz xüsusiyyətlərini əzbərləyə bilər. Fərqli seçimlərdən birini seçə bilərsiniz: materialın əzbərlənməsini sürətləndirən şeirlər, tələffüz etmək üçün gülməli və asan ifadələr və hətta kiçik hekayələr. Xarici dilləri öyrənərkən fəaliyyət prinsipi çox vaxt tətbiq olunur. Şagirdin əldə etdiyi bilikləri tətbiq etdiyi səhnələrin, maraqlı vəziyyətlərin və tematik təhsil oyunlarının təşkilini əhatə edir. Bu, danışma bacarıqlarınızı artırmaq üçün yaxşı bir seçimdir. Əlbətdə ki, xarici dilləri öyrənərkən əlçatanlıq prinsipinə əməl olunmalıdır. Şagirdlərin imkanlarını və yaşını nəzərə alaraq siniflər qurmağın və materialın təqdim edilməsi üçün seçimin edilməsinin lazım olduğunu düşünür. Eyni zamanda, hər bir dilin öz xüsusiyyətlərinə malik olduğunu başa düşmək vacibdir, bu da əlçatanlıq prinsipinin müxtəlif yollarla həyata keçirilə biləcəyi deməkdir. Məsələn, bəzi dilləri öyrənərkən əvvəlcə bir az danışmağı öyrənmək və yalnız sonra bir işarə sisteminə keçmək (məsələn, hiyeroqlifləri əzbərləmək) uyğun gəlir.

Xarici dillərin tədrisinin əlavə prinsipləri

Xarici bir dil öyrənərkən, əvvəllər öyrənilmiş mövzuların davamlı təkrarlanması və konsolidasiyasını nəzərdə tutan konsentrizm prinsipini, xüsusən dilin bütün səviyyələrini öyrənməklə xarakterizə olunan tutarlılıq prinsipi ilə birlikdə tətbiq etmək məqsədəuyğundur. birlikdə və ayrıca. Məsələn, yeni bir mövzu öyrənərkən əvvəlki dərslərdən lüğəti təkrarlaya və eyni zamanda onsuz da bilinən qrammatik konstruksiyaları birləşdirə bilərsiniz. Həyata keçirilməsinin ən çətinlərindən biri konsepsiyaların tutarlılığını yaratmaq prinsipidir. Xarici dilin başqa bir xalqın mentaliteti ilə birbaşa əlaqəli olduğunu, şagirdlərə tanış olan anlayışdan fərqli bir anlayış sisteminə sahib ola biləcəyini tələbəyə izah etmək vacibdir. Odur ki, yeni mövzuları izah edərək, lüğət, qrammatika, fonetikanı başqa bir dil sisteminə “sığdırmaq” bacarığınız olmalıdır. Bu prinsipi bəzi ifadələrin hərfi tərcüməsinin qeyri-mümkün olduğu hallarda və hədəf dildə ana dilində analoqu olmayan xüsusi sözlər olduqda tətbiq etmək xüsusilə vacibdir.

“Xarici Dillərin Tədrisinin Aktual Problemləri” mövzusunda Respublika elmi-praktik konfransı

24 dekabr 2021-ci il tarixində Azərbaycan Dillər Universitetində “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda respublika elmi-praktik onlayn konfrans keçirəcəkdir.

Konfrans aşağıdakı mövzuları əhatə edəcəkdir:

Xarici dillərin tədrisinin pedaqoji aspektləri
Xarici dillərin tədrisinin psixoloji aspektləri
Xarici dillərin tədrisinin linqvistik problemləri

Sizi bu konfransda iştiraka dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus.

Konfransa göndərilmiş, antiplagiat sistemində yoxlanılmış və təşkilat komitəsinin müsbət rəy verdiyi tezislər çap ediləcəkdir.

Tezislərin son göndərilmə tarixi: 1 dekabr 2021-ci il

Tezislərin tərtibinə qoyulan tələblər:

müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;
tezislərin adı – 14 pt, tünd rəng, ortadan;
tezislərin həcmi – 350-500 söz, format–A4, səhifələr nömrələnmir;
açar sözlər (3-5 söz, tezisin yazıldığı dildə) – 12 pt, tünd rəng;
tezislər Times New Roman şrifti ilə 12 pt ilə;
yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;
sətirlərarası məsafə (interval) –1,5 sm;
istinad olunmuş ədəbiyyatın nömrəsi və səhifəsi mətnin daxilində göstərilir (Məsələn: [1] və ya [1, s.119]);
tezislər elektron variantda təqdim olunmalıdır.

Konfrans iştirakçılarının əlavədə göstərilən qeydiyyat vərəqini doldurub, e-mail ünvanına göndərmələri xahiş olunur. Konfrans Microsoft Teams platformasında keçiriləcəkdir. Qeydiyyatdan keçən iştirakçıların e-mail ünvanına link göndəriləcəkdir.

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilmir, bununla bağlı müəlliflərə əlavə məlumat verilmir.

Təşkilat komitəsi ilə əlaqə nömrələri:

Tel:

Mob: 050-452-53-00

QEYDİYYAT VƏRƏQİ

“Xarici Dillərin Tədrisinin Aktual Problemləri” mövzusunda Respublika

İştirakçının adı, atasının adı, soyadı, elmi dərəcəsi, elmi adı

Təmsil etdiyi müəssisə, şəhər

Telefon nömrəsi, elektron ünvan

Comments are closed, but trackbacks and pingbacks are open.