Xarici sürücülük vəsiqəsi və cərimə
5. Müsahibədən keçmək
Xaricdə Təhsil Almaq Üçün Nə Etməli?
Xaricde tehsil almaq üçün lazım olan sənədlərdən başlayaraq bütün proseslər barədə ətraflı məlumat verəcəyimiz bu məqalədə sizə Xaricdə təhsil almaq üçün nə etməli olduğunuzu tam detallı şəkildə izah edəcəyik. Əvvəlcə onu bildirək ki, xaricdə təhsil almaq üçün ilk şərt xarici dil öyrənməkdir. Bu və digər şərtləri aşağıda qeyd edirik:
Xaricdə Təhsil almaq üçün nə etməli?
1. Xarici dil öyrənmək
2. Akademik göstəricilərin yaxşı olması
3. Təqaüd proqramı tapmaq
4. Tələb olunan sənədləri hazırlamaq
5. Müsahibədən keçmək
1 – Xarici dil öyrənmək
Xarici dil öyrənmək – bu addıma xaricdə magistr təhsili almaq istəyənlər universitetin ilk illərindən, bakalavr təhsili almaq istəyənlər isə məktəb illərinin ortalarından (6-7ci sinifdən) etibarən başlamalıdırlar.
Biz əsasən magistratura təhsili almaq istəyənlərə xitabən deyirik ki, 1-ci kursdan ingilis dili qrammatikasını yaxşı öyrənmək lazımdır ki, sonraki illərdə qrammatika ilə yox, daha çox praktiki danışıq və yazma qabiliyyətlərinizi inkişaf etdirə biləsiniz. Çünki dili öyrənməyin ən effektiv yolu onu tətbiq etmək, istifadə edərək inkişaf etdirməkdir.
Aşağıdakı məqaləmizi oxumağı unutmayın.
IELTS İmtahanı Haqqında
2 – Akademik göstəricilərin yaxşı olması
Akademik göstəricilər seçilən universitetdən asılı olaraq dəyişiklik göstərən faktordur. Lakin nəzərə alaq ki, bəzi universitetlərin seçim kriteriyalarında GPA (Orta Müvəffəqiyyət Göstəricisi) ən önəmli faktor sayıla bilir. Amma bunu da nəzərə alın ki, GPA -i yüksək saxlamaq üçün universitetdən əlavə fəaliyyətlərdən qalmaq olmaz.
Əks halda, özünüzü təqaüd proqramına tanıdarkən sizinlə rəqabətdə olan tələbələrə nisbətdə üstünlükləriniz az olacaq. Fərdi məsləhətim bu göstərici hədəfini 81+ olaraq müəyyənləşdirin. 91+ olaraq hədəf qoysanız dil öyrənmək, IELTS sertifikatına yiyələnmək, təcrübə qazanmaq kimi şansları qaçırma ehtimalı yarana bilər.
DİQQƏT: Buradakı məsləhətim sizin aktivliyinizdən asılıdır. Əgər öhdəsindən gələ bilsəniz həm GPA-nizi yüksək tutaraq dərslərdə aktivlik göstərə, həm də universitetdən əlavə fəaliyyətlərə qatıla, həm də IELTS imtahanında yüksək bal əldə edə bilərsiniz. Diqqət etməli olduğunuz məqam bütün bunları balanslaşdırılmış şəkildə etməyinizdir.
3. Təqaüd proqramı tapmaq
Bu addımı sizin üçün asanlaşdırmaq üçün xeyli zəhmət çəkdik deyə bilərik Əlbəttə özünüz də axtaracaqsınız, amma saytımız sizə bunun üçün xidmət göstərir.
Məhz sizin üçün Xaricdə təqaüdlü təhsil alan gənclərin təcrübələrini bir araya topladıq və bu məlumat bazası sizə 10 fərqli ölkədə təhsil almaq üçün nə etməli olduğunuzu göstərəcək. Məqalələrdə sizə həm təqaüd linklərini, həm də tələbələrlə müsahibələrimizi yerləşdirmişik. Əlavə məlumat üçün Facebook səhifəmizə müraciət edə bilərsiniz.
Aşağıdakı linklərdən istifadə etməklə 10 ölkədə Təqaüdlü təhsil barədə məlumat əldə edə bilərsiniz
Əlavə olaraq sonda Macarıstanda təhsil barədə müzakirə etmişik.
4. Xaricde tehsil ucun lazim olan senedler
Yuxarıda yerləşdirdiyimiz məqalə linklərinə keçid edərək lazım olan sənədlərlə tanış ola bilərsiniz. Burada qısa şəkildə bildirək – İlk öncə təhsil almaq istədiyiniz universitetin şərtləri ilə tanış olmalısınız. Ümumi sənədlər bunlardır:
– Passport və ya Şəxsiyyət vəsiqəsi
– IELTS Sertifikatı 6.5+ score
– Motivasiya məktubu. Nə üçün bu universiteti və bu fakultəni seçdiniz? – sualını ətraflı cavablamalı və təhsil üçün motivasiyalı olduğunuzu sübut etməlisiniz.
– Tövsiyyə məktubu/Recommendation Letter – bu məktub müəllimlər tərəfindən yazılır və Referans Məktubu olaraq da bilinir. Müəllimlər və ya iş təcrübəsi keçdiyiniz yerdə müdiriniz sizin istedadlı və bu proqram üçün uyğun biri olduğunuzu qeyd edir.
– Diplom və ya Transkript. Bakalavr təhsilini davam etdirən tələbələr Transkript forması hazırlatmalı və əlavə olaraq dekanlıqdan kəsrin olmaması, qeyd olunan filan tarixdə universitet təhsilini bitirəcəklərinə dair arayış götürməlidirlər. Universitet təhsili bitdikdən sonra diplomu alaraq Xarici İşlər Nazirliyində apostil edib xarici universitetə təqdim etməlidirlər.
Diqqət: Bəzi universitetlər sağlamlıq haqqında sənədlər tələb edə bilər. Bunlar əksər hallarda Hepatit A,B,C və QİÇS haqqında sağlamlıq kağızı olur.
5 və 6-ci addımları Macaristanda Tehsil – videomuzda müzakirə etmişik:
Youtube kanalımızda digər ölkələr üzrə təqaüd proqramlarını izləyə bilərsiniz. Abonə olaraq bizə dəstək olun:
Xarici sürücülük vəsiqəsi və cərimə
Eger Masin basgasinin adinadirsa və həmin adamin suriculuk vesiqesi yoxdu və masini etibarname ilə rusiya suriculuk vesiqesi ilə idare olunur sa cerime bu halda necə və kime yazilir? Eger radara dusubse və ya kameralara hər hansı qayda pozuntusuma dusubse bunu necə yoxlamaq olar cerime var ya yox?
Sualı verdi: Elgun89 ( 19/04/2020 )
Kateqoriya: Sual . salam. Qısa keçid.
Bu suala hələ ki cavab yoxdur
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin
Cavab verin
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Üzvlər üçün giriş
Elan qutusu
Son cavablar və şərhlər
E. Hacı cavab verdi – Payoneer ünvan təsdiqləmə (4 saat əvvəl)
123589 cavab verdi – PC üçün tövsiyə (3 gün əvvəl)
Valeh Abishov cavab verdi – Aliexpress telefon (5 gün əvvəl)
Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (5 gün əvvəl)
Valeh Abishov cavab verdi – Poçta əlavə pul (5 gün əvvəl)
gul56 cavab verdi – Vöen və bank hesabı (7 gün əvvəl)
E. Hacı cavab verdi – Vöen və bank hesabı (7 gün əvvəl)
Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (10 gün əvvəl)
Mammadli-Help cavab verdi – İxtisasla bağlı (10 gün əvvəl)
Cənab cavab verdi – TOEFL vs IELTS (19 gün əvvəl)
yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (29 gün əvvəl)
Только Бог cavab verdi – PC üçün tövsiyə (33 gün əvvəl)
Comments are closed, but trackbacks and pingbacks are open.