Xarici ölklrin jurnalistika tarixi
Bu sahə üzrə ölkəmizdə minimum əmək haqqı 250 AZN, maksimum əmək haqqı isə 1000 – 1200 AZN aralığında dəyişir. Ümumən isə orta aylıq əmək haqqı 300-400 AZN civarında dəyişir.
Xarici ölklrin jurnalistika tarixi
Jurnalistika (fransız jurnalından – gündəlik, qəzet) kütləvi rabitə kanalları (mətbuat, radio, televiziya, kino və s.) vasitəsi ilə müvafiq məlumatların toplanması, işlənməsi və vaxtaşırı yayılması üçün ictimai fəaliyyət növüdür. Jurnalistika söz və faktlardan düzgün istifadə edərək obyektiv, dəqiq və qərəzsiz informasiya çatdırılmasını yerinə yetirən peşədir. Jurnalistika siyasi, bədii, idman, əyləncə, elm və texnologiya, sağlamlıq və fitness, biznes və maliyyə, fotojurnalizm, multi-media və s. xüsusiyyətləri özündə əhatə edən geniş bir sahədir. İxtisas sahibləri jurnalist adlanır. Ölkəmizdə jurnalistikanın qəzet, televiziya, radio-jurnalistika, internet-jurnalistika, foto-jurnalistika kimi növləri vardır. Gələcək jurnalistlər başa düşməlidirlər ki, bu peşə təkcə yaradıcılıq deyil, həm də yazılan və deyilən hər söz üçün böyük məsuliyyətdir. Hər bir peşəkar jurnalist tamaşaçıya obyektiv məlumat çatdırmağı bacarmalıdır. Hesab olunur ki, jurnalist fəaliyyətinin əsas funksiyası dövlətlə cəmiyyət arasında informasiya kanalının yaradılması, eyni zamanda ictimai rəyin formalaşdırılmasıdır. Peşə dil və ədəbiyyat və ictimai araşdırmalar ilə maraqlananlar üçün uyğundur.
İxtisasın tarixi
Jurnalistika informasiya mübadiləsi olduğu üçün bu peşənin tarixini daha qədim zamanlara, insanların bir-birinə informasiya ötürdükləri ilk zamanlara aid etmək olar. Ancaq onun həm də yazılı tərəfini nəzərə alsaq, 1543 – cü ildə alman alimi İohan Quttenberq tərəfindən çap maşının istehsal edilməsi və əlyazmaların daha sürətli yayılmağa başlamasından daha sonra yaranmış informatik məlumatları jurnalistikanın ilk əyani sübutları kimi təqdim edə bilərik. Dünyada ilk qəzet isə 1605 – ci ildə Almaniyada, “Relatio Aller Führneman” adı ilə nəşr edilib.
Bu ixtisas sahibi nə işlə məşğul olur (iş öhdəlikləri)
Harada işləməsindən asılı olmayaraq:
- ➝ Məlumatla işləmək (faktları tapmaq, öyrənmək, seçmək, təhlil etmək, müqayisə etmək və qiymətləndirmək);
- ➝ KİV üçün material hazırlamalı;
- ➝ Canlı, online, telefon və s. vasitəsilə müsahibə götürməli;
- ➝ Hər hansı bir mövzularda tədbirlərdə iştirak etmək;
- ➝ Hər hası mövzuda məqalə, xəbər, press-reliz yazmaq.
- ➝ Hər hansı aktual mövzuda araşdırma aparmalı;
- ➝ İnformasiyanı bütün təbəqənin anlayacağı dildə yazmalı;
- ➝ Xəbər yayımı aparmalı;
- ➝ Jurnalist çıxışlarının effektivliyini artırmaq, xalqa vaxtında məlumat vermək, faktların etibarlı şəkildə təqdim edilməsi;
- ➝ Reportaj hazırlamalı;
- ➝ Foto çəkmək və sosial media platformaları üçün video hazırlamalı;
- ➝ Söz azadlığı prinsiplərini və demokratik cəmiyyətin əsaslarını dəstəkləmək
- ➝ Sosial və kommersiya sifarişləri, habelə fərdi yaradıcı təşəbbüslər üzrə işlərin icrası;
- ➝ KİV keyfiyyətinin yaxşılaşdırılması, cari məsələlərin işıqlandırılmasında səmərəliliyin artırılması, materialların təqdimetmə formalarının təkmilləşdirilməsi.
Harada bu ixtisasa sahiblənmək olar?
- ➝ Azərbaycan Dillər Universiteti
- ➝ Bakı Dövlət Universiteti
- ➝ Bakı Slavyan Universiteti
- ➝ Naxçıvan Dövlət Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
- ➝ Sərbəst və ya hansısa media orqanın redaksiyasında;
- ➝ Şirkət və ya dövlət strukturlarının media bölmələrində;
- ➝ Jurnalist, naşir, radio və televiziya aparıcısı, müxbir, fotojurnalist, analitik, PR mütəxəssis;
- ➝ İnformasiya agentliklərində;
- ➝ İctimaiyyətlə əlaqə şöbəsində;
- ➝ Reklam sahəsində;
- ➝ Veb saytlarda.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
- ➝ İxtisas üzrə biliklər;
- ➝ Analiz bacarığı ;
- ➝ Araşdırma bacarığı;
- ➝ Bir informasiyanı bir deyil, fərqli-fərqli mənbələrdə axtararaq, müqayisə etmək bacarığı;
- ➝ Jurnalist həm də psixoloq olmalıdır ki, məlumatı “qopara bilsin”. Yəni qarşısındakı şəxsi danışdıra bilməli;
- ➝ Azərbaycan dilinin ədəbi dilinin normalarını mükəmməl bilməli;
- ➝ Söz bazası və dünyagörüşü geniş olmalı;
- ➝ Obyektivlik;
- ➝ Fikri düzgün ifadə etmə bacarığı;
- ➝ Redaktə etməyi bacarmaq;
- ➝ Aktual mövzu seçmə bacarığı;
- ➝ Müsahibə bacarıqlarına malik olmalı;
- ➝ Böyük məlumat toplusunun içərisində əsas hissələri vurğulamaq bacarığı;
- ➝ Faktların izahını tapmaq bacarığı;
- ➝ Suallar vermək və problemin dərinliyinə enmə bacarığı;
- ➝ Peşə etikası, nəzakətlilik;
- ➝ İş üçün lazım olan peşəkar alət və avadanlıqları idarə etmək (səs yazıcısı, kamera və s.);
- ➝ Tez və vaxtında iş görmək bacarığı;
- ➝ Yüksək müşahidə bacarığı;
- ➝ Təşəbbüskarlıq;
- ➝ Ünsiyyət və komanda ilə işləməyi bacarmaq;
- ➝ Stressə dözümlülük.
İxtisasın gələcəyi
XX əsrdə, uzun bir inkişaf dövründən sonra jurnalistika internetin yaranması və rəqəmsal platformaların sürətlə yayılması ilə əlaqədar olaraq, onlayn jurnalistikada intensiv artım müşahidə olunur.
Əmək haqqı
Bu sahə üzrə ölkəmizdə minimum əmək haqqı 250 AZN, maksimum əmək haqqı isə 1000 – 1200 AZN aralığında dəyişir. Ümumən isə orta aylıq əmək haqqı 300-400 AZN civarında dəyişir.
Xarici ölklrin jurnalistika tarixi
Fənnin məqsədi: Faktiki materiallar və nəzəri əsərlər əsasında tələbələrdə dünyanın müxtəlif ölkələrində кeçmişin mədəni irsində mətbuatın əhəmiyyəti, ideya- siyasi və ədəbi mubarizədə onun rolu barəsində fikir formalaşdırmaqdır. Kurs mətbuatın yaranmasıvə inkişafı tarixini lap qədimdən XX əsrin axırlarınadək izləmək, inkişafın qanunauyğunluqlarını göstərmək, qədim Yunanıstan və Romadan tutmuş Almaniyanın, İngiltərənin,Fransanın, İtalyanın, İspaniyanın, Portuqaliyanın, Amerika Birləşmiş Ştatlarının, Rusiyanın, Türkiyənin, Çinin,Hindistanın,Yaponiyanın ən mühüm dövrü nəşrlərinin istiqamət və nəzmununu işıqlandörmaq yolu ilə тələbələri qəzet jurnalların inkişaf dinamikası ilə, dünya mətbuatının ən görkəmli publisist və jurnalistlərinin əsərləri və onların sənətkarlıq xüsusiyyətləri ilə tanış edir. Mühazirələrdə Asiya və Afrikanın ərəb ölkələrinin jurnalistika tarixi də əks etdirilir.
Kursda müqayisəli kontekstdə müxtəlif ölkələrin siyasi,ideolojı,istehsalat-iqtisadi,sosial və tipolojı aspektlər nəzərdən keçirilir.
Qiymətləndirmə : əyani şöbədə yazılı, qiyabi şöbədə isə test üsulu ilə aparılır.
Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi müəyyənləşdirilir:
50 bal – İmtahana qədər
5 bal – mühazirə dəftər
5 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanılacaq ballardır.
50 bal – İmtahanda toplanılacaq.
İmtahanda minimum 25 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmır.
İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:
A – “Əla” – 91-100
B – “Çox yaxşı” – 81-90
C- “Yaxşı”- 71-80
D – “Kafi” – 61-70
E – “Qənaətbəxş” – 51-60
F – “Qeyri-kafi” – 51 baldan aşağı
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.
“Xarici ölkələrin jurnalistikası tarixi” təqdim olundu
“Xarici ölkələrin jurnalistikası tarixi” təqdim olundu
“Xarici ölkələrin jurnalistikası tarixi” təqdim olundu
Dünən Mətbuat Şurasında (MŞ) Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Həmid Vəliyevin “Xarici ölkələrin jurnalistikası tarixi” kitabının təqdimat mərasimi keçirilib.
« Kompüteriniz üçün maraqlı şəkillər – FOTOSESSİYA | Ruslar Kuba hakimiyyətini tərk edirlər? »
Benzer Konular
59 dollarlıq kompüter təqdim olundu
By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 02-22-2013, 09:10 PM
“Xarici ölkələrin jurnalistikası tarixi” kitabının təqdimatı keçirildi
By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 02-22-2013, 03:11 PM
Azərbaycan həqiqətləri Uşakda təqdim olundu
By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 02-21-2013, 11:12 PM
Mətbuat Şurasında «Xarici ölkələrin jurnalistikası tarixi» dərsliyinin təqdimatı keçi
By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 02-20-2013, 06:00 PM
İlin “paytaxtları” təqdim olundu
By Baku in forum Xəbər Lenti
Cevaplar: 0
Son Mesaj: 02-20-2013, 05:41 PM
Yer imleri
Yer imleri
Yetkileriniz
- Konu Acma Yetkiniz Yok
- Cevap Yazma Yetkiniz Yok
- Eklenti Yükleme Yetkiniz Yok
- Mesajınızı Değiştirme Yetkiniz Yok
Azeri Forum sitemiz Azerbaycan, Türkiye, İran, Rusiya ve diğer tüm dünya devletlerinde yaşayan tüm Azerbaycan Türklerini biraraya getirmek amacı ile kurulmuştur. Azerbaycan hakkında – Azerbaycan coğrafi isimdir. Anlamı Odlar Yurdu yani Ateşler Yurdu demektir. Bu isim bir yandan bu bölgede milattan çok önce yaşayan nüfusun çoğunluğunun ateşperest olması ile ilgilidir. Yani bu bölgede yaşayan nüfus ateşi Tanrı sayıyorlardı, oda tapıyorlardı. “Azer” – ateş, ateş demektir. Öbür taraftan, Azerbaycan’da eski zamanlarda Türk soylu “Azer” sözündendir. “Azer” – “az” ve “er” terkibinden ibarettir. Türk dillerinde “az” ın iyi niyet, başarılı kader gibi anlamları var. “Azer” – yani “er kişi”, “er oğlu”, “ateş koruyan” demektir. Demek ki “Azerbaycan” bu bölgede yaşayan eski Türk dilli kabilenin adına oluşmuştur. Azerbaycan dünyanın en eski insan yaşam alanlarından biridir. İnsanlık tüm gelişme dönemlerinde bu topraklarda kendi tarihini yaşamıştır. İnsanlığın ilk çağlarında Azerbaycan’da insan meskenleri olmuştur. Bugünkü insanlık kültürünün oluşması, kalkınması ve dialektikasında Azerbaycan’ın kendi yeri, kendi payı vardır. Zaman uzun geçmişlerin bir çok arkeolojik ve mimari eserleri bizim için korumuştur. Eski taş kitabeler, yazılar, asırların derinliklerinden yadigar kalmış halı desenleri, onları okumayı bilenlere, başlıcası ise okumak isteyenlere çok şey konuşabilir. Azerbaycan’ı tanımak, onun hakkında gerçeği bilmek için bu toprağa, onun adamlarına dost gözüyle bakmak gerekir. Azerbaycan eski kültür ülkesidir. Buraya göç gelmiş oğuz boyları o bölgede yüzyıllardır kuruldu stabilize, derin köklere sahip kültürle karşılaşarak, kendi növbelerinde bu kültürü ümumtürk kültürel gelenekleri ile zenginleştiren. Halkımızın yetenek ve yaratıcılık kudreti “Kitab-ı Dede Korkut”, “Oğuzname”, “Köroğlu” ve birçok başka epik eserlerde tecessüm etmiştir.
Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 10:50 AM .
Bu sistem vBulletin® alt yapısına sahiptir, Version 4.2.0 kullanılmaktadır.
Telif hakları, Jelsoft Enterprises Ltd’e aittir. Copyright © 2023
Comments are closed, but trackbacks and pingbacks are open.