Press "Enter" to skip to content

Xəbərlər və yeniliklər

2001-ci ildən fəaliyyət göstərən və onlayn alış-veriş saytları arasında köklü olması ilə fərqlənən Gittigidiyor-un 23 milyondan artıq aktiv istifadəçisi var. Bir çox fərqli kateqoriyadan mallar tapa biləcəyiniz kimi ikinci əl məhsullara da burada rast gələ bilərsiniz. “Yıldız Fırsatları” kampaniyası sayəsində ütüdən çantaya qədər bir çox məhsulu ucuz qiymətə sifariş edə bilərsiniz.

Elektron çıxarışları onlayn yoxlamaq olar

Artıq elektron çıxarışa sahib olan vətəndaşlar öz sənədlərinin həqiqiliyini onlayn olaraq yoxlaya bilirlər. Bunun üçün isə istifadəçilərdən heç bir ödəniş tələb olunmur. Xidmət ödənişsiz olaraq yerinə yetirilir. Vətəndaşlar “Elektron hökumət” portalına (http://e-emdk.gov.az/eemdk/az/CheckElectronExtract) daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir.

Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, xidmətin istifadəsində məqsəd daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əlçatanlığı artırmaq, məmnunluğu yüksəltmək, operativliyi təmin etməkdir.

Bununla mülkiyyətçilərin evlərinə kommunal xidmətlər qoşulanda tələb olunan çıxarışı müvafiq idarəyə gətirməsinə ehtiyac qalmır. Həmin qurum elektron çıxarışın yoxlanması sistemindən istifadə etməklə mülkiyyəti təsdiq edən sənədlə tanış ola bilər.

Eyni zamanda, vətəndaşlar hər hansı bir şəxsi mənzillərinə qeydiyyata aldırmaq istədikdə bu elektron xidmətdən istifadə edə bilir. Belə ki, əvvəllər mülkiyyətçi bu işi həyata keçirmək üçün əmlaklarına dair çıxarışını kağız formasında notariusa təqdim edirdilər. Ancaq indi vətəndaş mülkiyyət sənədini gətirmədən, notarius bu xidmətdən istifadə etməklə çıxarışın həmin şəxsə mənsub olub-olmadığını yoxlaya bilir.

Həmçinin bu xidmət alqı-satqı prosesində də vətəndaşlar üçün olduqca faydalıdır. Belə ki, alıcı əmlakı almaq istədikdə çıxarışın sahibini rahatlıqla dəqiqləşdirə bilər. Mülkiyyət sənədinin kimin adına olduğuna əmin olur. Bununla alqı-satqı prosesində dələduzluq hallarının qarşısı alınır.

Qeyd edək ki, daşınmaz əmlakın dövlət reyestrindən kağız formada təqdim olunan çıxarışda göstərilən bütün məlumatlar elektron çıxarışda da əks olunur. Elektron qaydada əmlaka dair çıxarış əldə etmiş şəxs öz elektron çıxarışını bütün dövlət orqanlarında istifadə edə bilər. Bundan əlavə, elektron çıxarış sistemi kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər aradan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir.

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatının tam olaraq elektron müstəviyə keçidinin təmin edilməsi istiqamətində işlərini sürətləndirəcək. Müasir yanaşmalardan, innovativ üsullardan istifadə etməklə əhalinin əmlakının daha rahat yolla qeydiyyata alınması işini davam etdirəcək.

Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Türkiyədən onlayn sifariş etmək üçün alış-veriş saytları – [2021]

Türkiyədən sifariş etmək zamanıdır.

Turkiyeden onlayn sifariş üçün ən ucuz və çox endirim edən onlayn alış-veriş saytları hansılardır? Bəs turkiyeden az bilinən, ancaq ucuz saytlar hansılardır? Və bu kimi suallara cavab axtarırsınızsa doğru yerdəsiniz, bu bloq tam sizin üçün yazılıb.

Turkiyeden sifaris | Trendyoldan sifaris qaydasi | Turkiye saytlarindan sifaris | Trendyoldan nece sifaris etmek olar | Trendyol Azerbaycan | Turkiyeden sifariş | Türkiyədən sifariş | Turkiyeden onlayn sifaris | Turkiyeden kosmetika sifarisi | Turkiyeden sifaris saytlari | Turkiyeden nece sifaris | Turkiyeden online sifaris

İnternetin gözəl xüsusiyyətlərindən biri də evdən çıxmadan onlayn alış-verişin mümkün olmasıdır. Çox yox, 10 il əvvəl belə bir şeyin ehtimalı fantastik gələ bilərdi, amma texnologiya dövrünün vazkeçilməzlərindən biri də onlayn alış-verişlərdir.

Ənənəvi mağazalardan fərqli olaraq onlayn ticarət saytları müştərilərinə bir çox kampaniya və endirim fürsətləri təklif edir. Vəziyyət belə olduğu halda alış-veriş platformalarının gündən-günə populyarlaşmağa başlamağı təsadüfi deyildi. Əsas sual isə odur ki, hansı saytdan nə almaq daha doğrudur?

Bu bloqumuzda sizin üçün bir çox fərqli kateqoriyadakı onlayn alış-veriş saytlarını detallı şəkildə analiz edib bir araya topladıq. İlk olaraq fərqli sayt kateqoriyalarını, daha sonra isə qısa və fərqləndirici xüsusiyyətlərini sizlərə təqdim edəcəyik. Elə isə başlayaq!

Onu da qeyd edim ki, Dynamic Express vasitəsilə bu saytların hər birindən istənilən məhsulu Türkiyədən onlayn sifariş edə bilərsiniz. Necə sifariş edilməsi ilə bağlı bu linkdən məlumat ala bilərsiniz.

Türkiyədən onlayn sifariş üçün alış-veriş saytları:

Morhipo

Morhipo 2011-ci ildə Boyner Holding tərəfindən qurulmuş və illər keçdikcə müştərilərin rəğbətini qazanmağa nail olmuş onlayn alış-veriş saytıdır. Morhiponun brend markalara etdiyi %90-ə qədər endirimləri onu Türkiyənin ən çox izlənən moda saytlarından biri etdi. Morhiponun mobil tətbiqindən də istifadə edərək onlayn alış-verişinizi rahatlıqla edə bilərsiniz.

Trendyol sifariş

Türkiyədən onlayn sifariş deyəndə ilk yada düşən saytlardan biri də, şüphəsiz ki, Trendyoldur. Bu saytın hətta özünün “Milla by Trendyol” brendi də mövcuddur. Çox ucuz qiymətə zövqünüzü oxşayacayaq malları sifariş edə bilər, sürətli karqo funksiyası vasitəsilə onlara tez bir zamanda qovuşa bilərsiniz.

Tozlu sifariş

Geyim kateqoriyasında alternativ saytlardan biri olan Tozlu.com 2011-ci ildə qurulub. Qapalı (Hicab) geyim kateqoriyasında çeşidliliyi ilə seçilən bu sayt müştərilərinə gündəlik özəl endirim təklifləri təqdim edərək Türkiyənin ən önəmli alış-veriş saytlarından biri olmağı bacarıb.

Sportive sifariş

Adından da göründüyü kimi idman malları satışında ixtisaslaşmış onlayn alış-veriş saytlarından biridir. Təkcə idman geyimləri deyil, fərqli idman növünə aid ləvazimatları buradan tapa bilərsiniz. Həmçinin Nike, Adidas, Puma, New Balance, Under Armour, Skechers, Slazenger kimi tanınmış brendlərin bir çox məhsullarını buradan sifariş verə bilərsiniz.

Boyner sifariş

Əsasən geyim üzərinə fokuslanmış Boyner onlayn alış-veriş saytında parfümeriya və aksesuarlar da tapmaq olar. Rəqiblərindən ən böyük fərqi isə sayt içində outlet-in olmasıdır.

Türkiyənin ev ləvazimatları saytları:

Koçtaş sifariş

1996-ci ildən Türkiyə bazarında olan firma 2005-ci ildə ilk onlayn mağazasını açdı. Saysız ev dekorasiyası, mətbəx və bağ əşyaları tapa biləcəyiniz saytda Avropanın öndə gedən markalarının məhsulları da mövcuddur.

Evidea sifariş

Evi üçün alış-veriş etməyi sevənlər, evinə dizaynerə ehtiyac duymadan hər zövqə uyğun dekorativ dəyər qatmaq istəyən şəxslər üçün Evidea onlayn mağazası vazkeçilməzdir. Ev dekoru ilə bağlı ən yeni trendləri bu onlayn alış-veriş saytı vasitəsilə izləyə bilərsiniz.

Bir çox məhsul kateqoriyasına sahib alış-veriş saytları:

n11 sifariş

Türkiyənin onlayn alış-veriş saytlarından biri də hər ilin 11-ci ayı 11-ci günündə təklif etdiyi böyük endirimlərlə müştərilərini sevindirən n11-dir. Bu onlayn mağazada siz məişət əşyalarından texnoloji cihazlara, geyimdən idman ləvazimatlarına qədər bir çox fərqli kateqoriyaya aid məhsulları tapa bilərsiniz.

Hepsiburada sifariş

İnternetdən alış-veriş mövzusunda ən köklü saytlardan biridir. 12,7 milyondan çox məhsul çeşidi ilə axtardığınız hər şeyi tapa bilərsiniz. Onu da qeyd edək ki, 2013-cü ildə Türkiyənin ən yaxşı onlayn alış-veriş saytı seçilərək müştərilərinin güvənini qazandı və qazanmağa davam edir.

Gittigidiyor sifariş

2001-ci ildən fəaliyyət göstərən və onlayn alış-veriş saytları arasında köklü olması ilə fərqlənən Gittigidiyor-un 23 milyondan artıq aktiv istifadəçisi var. Bir çox fərqli kateqoriyadan mallar tapa biləcəyiniz kimi ikinci əl məhsullara da burada rast gələ bilərsiniz. “Yıldız Fırsatları” kampaniyası sayəsində ütüdən çantaya qədər bir çox məhsulu ucuz qiymətə sifariş edə bilərsiniz.

Kitab alış-verişi üçün ideal saytlar:

Kitapyurdu sifariş

Fəlsəfə və psixologiyadan tutmuş biznes və şəxsi inkişafa qədər fərqli janrları əhatə edən, modern ədəbiyyatdan klassiklərə qədər uzanan kitab portfoliosu ilə sahəsində lider saytlardandır. Kitapyurdunda həmçinin jurnallar və dəftərxana ləvazimatları da tapa bilərsiniz.

D&R sifariş

Mahiyyət olaraq Kitapyurdu ilə eyni sektorda xidmət edən D&R onlayn kitab alış-veriş saytının əsas fərqləndirici xüsusiyyəti elektronika, hədiyyəlik əşyalar və idman ləvazimatlarının satışı ilə bağlıdır. Əlavə olaraq tez-tez keçirilən endirim kampaniyalarını da yaddan çıxarmamaqda fayda var.

Bonus alış-veriş saytları:

Akakçe sifariş

Yuxarıda qeyd etdiyimiz onlayn alış-veriş saytlarında çox vaxt tək ölçü qalan, tükənən məhsullara böyük endirimlər olur. O qısa vaxt ərzində bitən endirimləri qaçırmamaq üçün belə bir sayt yaradılıb. Ancaq endirimli məhsulların yerləşdiyi bu saytda Trendyol, n11 və s. kimi onlayn alış veriş mağazalarının kampaniyalarından tez bir şəkildə xəbər tuta, endirimli məhsulu hamıdan öncə sifariş edə bilərsiniz.

Son olaraq onu da qeyd edək ki, bu bloqumuzda brendlərin özünə aid saytlarını qeyd etməmişik çünki hər brendin saytını yerləşdirib məlumat verməyə nə bizim vaxtımız, nə sizin səbriniz çatar. Ona görə daha geniş məhsul portfoliosuna sahib və bir çox brendi özündə birləşdirən onlayn alış-veriş saytlarına yer vermişik.

Siz də bəyəndiyiniz alış-veriş saytını və səbəbini rəyə yazaraq başqa alıcılara tövsiyə vermiş olarsınız. Türkiyədən sifariş bu qədər asan!

türkiyədən sifariş | türkiyədən sifariş saytları | türkiyədən sifariş et | türkiyədən sifarişlər | türkiyə saytlarından sifariş

türkiyədən ətir sifarişi | türkiyədən dərman sifarişi | türkiyədən kitab sifarişi | türkiyədən mebel sifarişi | türkiyədən paltar sifarişi | türkiyədən azərbaycana sifariş | türkiyədən ayaqqabı sifarişi | türkiyədən kitab sifariş etmək | türkiyədən geyim sifarişi | türkiyədən maska sifarişi | türkiyədən mal sifarişi | türkiyədən onlayn sifariş | türkiyədən online sifariş

Sayt üçün necə məqalə yazmaq lazımdır ki, sonradan bu məqaləni oxuyub ona sərf edilən zamana və pul sərfiyyatına heyfslənməyəsən.

Müasir günümüzdə internet şəbəkələrində məqalə yazaraq paylaşan insanlar və jurnalistlər müxtəlif məlumatları, əyləncəli yazıları , analitik resursları insanlara çatdırır.
Bu məqalələrin diqqət cəlb eləməsi və daha çox insan tərəfindən oxunması üçün 5 qızıl qaydaya əməl etmək lazımdır.

1 – Məqalənin başlığı
İnternetdə məqalələr Kontakt, Facebook və s. kimi şəbəkələrdə paylaşılır. Məqalə yazan zaman onun sadə olmamasını diqqət mərkəzində saxlamaq lazımdır. Yazılan mətndə intiriqa yarada biləcək sözlərin olması oxucunun diqqətini özünə cəlb edir. Əgər məqalənin başlığı cəlbedici açar sözlərdən ibarət olmasa o zaman məqaləni üç gün internetdə saxladıqdan sonra adını daha cəlbedici və parametrli sözlərlə əvəz etmək lazımdır.
Bu zaman SEO-nun parametrlərini genişləndirmək lazımdır. SEO (Search Engine Optimization) saytın axtarış sistemində müxtəlif vasitələrlə hərəkətlilik, optimizasiya yaradaraq insan axınının məqaləyə yönəltməkdir.
Əksər hallarda paylaşılan məqalə ilk üç gün ərzində çox oxucu toplayır sonra isə oxucu sayı günü-gündən azalmağa başlayır.
Bu zaman isə SEO məqalənin oxunması üçün oxucuların sayınn artırılması istiqamətində hərəkətə başlayır.

2 – Başlıq şəkil
İnternetdə məqalənin çoxlu sayda oxucu cəlb etməsi üçün onun başlıq şəkli cəlbedici olmalıdır. Şablon və istifadə edilmiş şəkillərdən istifadə etmək məqaləni məhv edə bilir. Həddindən çox müdrik görünən şəkil də anlaşımaz olur və məqalənin oxunması üçün gözlənilən effekti vermir. Əgər siz şəxsi biznesin nümayəndəsinizsə o zaman şəxsi şəkillərinizdən ibarət silsilə şəkillər çəkin və məqalənin yanında paylaşın. Məqalənin yanında Google və Yandexdən götürülmüş şəkillərdən istifadə etmək şəkillərin əsil sahibi ilə problemlərin baş verməsinə səbəb ola bilər. Google İmage-dən şəkil götürmək istədikdə xarici saytlardan istifadə etmək daha məqsədə uyğun hesab edilir. Almaniya saytlarından şəkil götürmək müəllif tərəfindən problemlərin meydana çıxmasına səbəb olmur.

3 – Açar sözlərdən istifadə etmək
İnternetdə məqalə paylaşarkən wordstat. Yandex. Ru. və bu kimi brauzerlərdən istifadə etmək məsləhət görülür. Əgər siz axtarış sistemində məqalənizin tapılaraq oxunmasını istəyirsinizsə o zaman onu ən iri axtarış sistemlərində paylaşın. Bəzən məqalənin maraqlı olmasına baxmayaraq onun oxunmaması da ola bilir. Yandex servisində açar sözlərdən istifadə etmək xüsusi biliklər tələb edir. Yüksək effektivli məqalə yazmaq istədikdə bu mövzu haqqında mütləq araşdırmalar aparmaq lazımdır.

4 – İstifadəçilərin suallarını analiz etmək
İşə başlamazdan əvvəl oxucunun hansı mövzuya maraq göstərdiyini araşdırıb öyrənmək lazımdır. Məsələn, Tesla Model X. elektromobili haqqında məqalə yazmaq istəyərkən maşının ölkənizdə təqdimatı barədə geniş məlumat yazmaq, bu maşın barədə başqa ölkələrdə danışılan sözləri də qeyd etmək lazımdır. Bir müddət sonra isə maşın sizin ölkənizin bazarlarına çıxarıldıqda komersiya saytlarının işinə ehtiyac duyulacaq. Bu zaman axtarışa müraciət etmək cətinləşəcək. İkinci bir misalı avokado ağacı barədə söyləmək olar. Düşünək ki, oxucu avokado ağacı barədə məlumat toplamaq istəyir. Əksər hallarda insanlar avokado ağacının ev şəraitində becərilməsi barədə məlumat toplamaq istəyəcək. Buna görə də məqaləni yazarkən bunu nəzərə almaq lazımdır.

5 – Başa düşüləcək dildə və maraqlı yazmaq
Yazı yazmağa başlayarkən kurs və diplom işi yazmadığınızı yadınıza salın. Çünki, insanlar maraqlı hadisələri, etirafları və dəqiq yazıları oxumağı xoşlayır. Əgər oxucu fikirləşsə ki, sizin məqaləıniz onun vaxtını alır, o zaman onu oxumayacaq. Əgər siz maraqlı məqalə yazmaq istəyirsiniz və bu sizdə yaxşı alınmırsa o zaman digər müəlliflərin yazılarına müraciət edin. Müxtəlif birja saytlarında müxtəlif müəlliflərin çoxlu məqalələrinə müraciət etmək mümkündür.

Comments are closed, but trackbacks and pingbacks are open.