Press "Enter" to skip to content

İkinci vətəndaşlığı necə və harada almaq olar? – ŞƏRTLƏR

Yeni Zelandiya. Tələbə vizası və IELTS 5.0 balı olan tələbələrə yarım gün işləməyə icazə verilir. Demək olar ki, hər sahədə işçi qüvvəsi intensiv tələb olunduğu ölkədir.

İkili vətəndaşlıq: Xarici ölkə vətəndaşlığını qəbul etmiş azərbaycanlılar bu barədə xəbər verməsə, məsuliyyət daşımayacaq

Dövlət Miqrasiya Xidmətindən BBC News Azərbaycancaya deyilib ki, müvafiq qanunvericiliyə edilən dəyişiklikdən sonra xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşları bu barədə məlumat vermədiyi təqdirdə onların Azərbaycan Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması məsələsi ləğv olunub.

  • Avropanı cəlbedici edən nədir?
  • Dünya vətəndaşları?
  • İki pasportunuz varsa, Azərbaycan vətəndaşlığınızı itirərsinizmi? Bir çox sualınıza cavablar

2014-cü ildə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna edilmiş dəyişikliklərə görə, xarici dövlətin vətəndaşlığını qəbul etmiş və bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməyən Azərbaycan vətəndaşları məsuliyyət daşıyırdılar. Bu hal aşkar olardısa, onları üç min manatdan beş min manatadək cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlərlə məşğul olma cəzası gözləyirdi.

Dövlət Miqrasiya Xidmətinin sözçüsü Elnur Kələntərov BBC News Azərbaycancaya bildirib ki, inzibati və ya cinayət məsuliyyəti aradan qaldırılsa da, Azərbaycan vətəndaşları xarici dövlətin vətəndaşlığını qəbul etdikləri təqdirdə yenə də müvafiq dövlət qurumuna xəbər verməlidirlər.

Onun sözlərinə görə, müvafiq dövlət qurumu dedikdə, Dövlət Miqrasiya Xidməti və ya Azərbaycan Xarici İşlər Nazirliyi nəzərdə tutulur: “Ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edilməlidir”.

Elnur Kələntərov ərizə-anketin Dövlət Miqrasiya Xidmətinin saytında yerləşdirildiyini bildiriıb.

O əlavə edib ki, əgər Azərbaycan vətəndaşı xarici bir ölkənin vətəndaşlığını qəbul edərsə, bu hal, müvafiq qanuna əsasən, Azərbaycan vətəndaşlığından imtina edilməsi mənasına gəlir: “Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir”.

Miqrasiya Xidmətinin sözçüsu qeyd edib ki, zərurət yarandığı halda Azərbaycan Dövlət Miqrasiya Xidməti müvafiq məhkəməyə aidiyyatı üzrə müraciət edilə bilər.

İkinci vətəndaşlığı necə və harada almaq olar? – ŞƏRTLƏR

BAKU.WS xəbər verir ki, hər iki halda vətəndaşlar müəyyən prosedur keçməli və xarici ölkədən deportasiya olunmamaq üçün bəlli şərtlərə əməl etməlidirlər.

İkili vətəndaşlıq iki ölkə arasında rəsmi müqavilə əsasında reallaşır. İkili vətəndaşlığı olan insanlar hərbi xidmət keçmək üçün hansı ölkəni istəsə, seçə bilir, övladları doğum hüququ ilə iki pasport alırlar. Azərbaycanın heç bir ölkə ilə ikili vətəndaşlıq müqaviləsi yoxdur. Lakin rəsmi Bakı hər bir halda, ikili vətəndaşları olsa belə bu şəxsləri Azərbaycan vətəndaşı kimi tanıyır.

Əgər illər əvvəl hər hansı bir şəxs xaricdə yaşayıbsa, daha sonra oranın vətəndaşlığını alıbsa və Azərbaycana qayıdıbsa, hər bir halda rəsmi Bakı onları Azərbaycan vətəndaşı kimi tanıyır. Bunun üçün onların Azərbaycan vətəndaşı kimi qalmaları şərtdir. Amma qanunda göstərilir ki, xarici ölkənin vətəndaşlığını almış azərbaycanlı bir ay müddətində bunu Azərbaycanın müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına bildirməlidir.

Xaricdə yaşamaq üçün digər yollardan biri də ikinci vətəndaşlıqdır. Azərbaycan qanunvericiliyinə görə, ikinci vətəndaşlıq qanunsuzdur. İkinci vətəndaşlıq və ya daimi yaşayış icazəsi tələbi varlı insanlarla yanaşı, sadə vətəndaşları da maraqlandıran məsələlərdən biridir. Ənənəvi olaraq populyar istiqamətlər Kipr, Malta, Monako olsa da, siyahı bununla məhdudlaşmır.

Kiprdə vətəndaşlıq almaq proseduru olduqca sadə və başa düşüləndir. Əvvəlcə daşınmaz əmlaka 2 milyon avro investisiya qoyulur və dövlət fondlarına sənədlər təqdim edilir, yoxlamanın sonu gözlənilir və pasport alınır. Qeyd edək ki, ən azı 500.000 avro dəyərində daşınmaz əmlak ömrünün sonuna qədər satıla bilməz və qalan əmlak beş ildən sonra satıla bilər.

Malta pasportlarının verilməsi üçün böyük sərmayə tələb olunur – hökumət fonduna geri qaytarılmayan 650 min avro ödəniş edilməlidir. Həmçinin 350 min avro dəyərində daşınmaz əmlak alınmalıdır.

Monako ümumiyyətlə vətəndaşlıq almaq seçimini təmin etmir – yalnız yaşayış icazəsi verir. Bunun yeganə üstünlüyü əslində Monakoda yaşamaq və yalnız Şengen ölkələri daxilində vizasız səyahət imkanıdır.

Xarici ölkələrdə qanuni yaşamaq və heç bir hüquqi çətinliklə üzləşməmək üçün iş icazəsi almaq üsulu da var. İş icazəsi bir insanın işə düzəlməsinə imkan verən qanuni məcburi sənəd üçün müddətdir. Bu termin ən çox adama vətəndaşlığı olmayan bir ölkədə işləmək icazəsi verildiyi hallarda istifadə olunur.

İnsanlar öz ölkələrini tərk edərək vətəndaşlığını saxlamaq müqabilində digər ölkədə yaşamaq və eyni zamanda işləmək hüququ əldə edirlər. Ölkələrin təqdim etdiyi şərtlərə uyğun olaraq müəyyən iş tapmaq, konkret sahənin mütəxəssisi olmaq, sərmayə yatırmaq, təhsil proqramlarında iştirak etmək və digər yollarla işçi icazəsi almaq mümkündür.

Xaricdə təhsil almaq istəyən xeyli sayda namizəd təhsil aldığı müddətdə və ya sonra işləmək istəyir. İnkişaf etmiş ölkələrdə iş tapmaq çətin deyil, amma hər şey deyildiyi kimi sadə deyil. Müəyyən bir gərginlik dövrünün olacağını nəzərə almaq lazımdır. Vərdiş etmək, dil təcrübəsi, ətraf mühitlə tanış olmaq, qanun və qaydaları anlamaq üçün vaxt tələb olunacaq və bu müddət aralığı hər bir namizəd üçün fərqlidir.

İş icazəsi verən ölkələrdə bunlara diqqət etməlisiniz:
1. Əvvəlcə işləmək istədiyiniz ölkənin dilini yaxşı səviyyədə öyrənməyiniz lazımdır. Başlamağa dair böyük ümidləriniz yoxdursa, orta səviyyəli dil biliyiniz olsa belə sadə və təməl işi həll etməyə hazır olacaqsınız.
2. Xaricdə oxuyarkən işləmək istəyən namizədlər öz işlərini tapmaqda tərəddüd etsələr, “məşğulluq xidməti” təklif edən məktəbləri seçmək faydalıdır.
3. Xaricdə işləməyə icazə çətin prosesdir. Çünki dünyada xaricilərin işləmədiyi ölkə, demək olar ki, yoxdur. Avropa və digər inkişaf etmiş ölkələrə milyonlarla insan iş üçün üz tutur.
4. Unutmayın ki, bir ölkədən iş icazəsi almaq üçün əvvəlcə bu ölkədə olmalı və iş tapmalısınız. Əks halda bu icazəni almaq mümkünsüz olur.

Tələbələrə iş icazəsi verən ölkələr:

İngiltərə. Dil məktəbi şagirdlərinin qanuni iş icazəsi yoxdur. Universitet tələbələrinin isə bir hissəsinin iş icazəsi olur.

Bu, o deməkdir ki, vergi ödəməlisən və sosial təminat mükafatına pul qoymalısan, heç bir hökumət öz ölkəsində bir iş tapmış və işləməyə hazır olan bir namizədi asanlıqla informasiyaya məcbur edə bilməz.

ABŞ. Tələbə vizalarının sahibləri (F-1) kampusda iş icazəsi alırlar. 9 aylıq peşə təhsili olan namizədlər OPT (optimal təcrübə təhsili) hüququna malikdirlər. Demək olar ki, bütün universitetlərdə karyera xidmətləri var və mentorlardır.

Kanada. Universitet vizası olan namizədlərin iş icazəsi var. Dil məktəbində iştirak edən namizədlərin iş icazəsi yoxdur. Dil öyrənməyi planlaşdıran və öz işlərini tapa bilməyəcəyini düşünən namizədlər universitet/kollec daxilində əməkdaşlıq proqramı təklif edən və ya ingilis dilini öyrənən məktəblərə üstünlük verə bilərlər.

Avstraliya. Tələbə vizası ilə müraciət edənlərin hamısının işləməsinə icazə verilir. İşçi qüvvəsi çatışmazlığı baxımından ölkə bunu etmək məcburiyyətindədir.

Malta. 24 həftə ərzində iş icazəsi üçün qeydiyyat icazəsi verilir. Turizm adası olduğundan iş qıtlığı çoxdur və iş tapan və sonra iş icazəsi (ehtiyac olduqda) alacaq bir çox namizəd var.

İrlandiya. Tələbə vizası ilə gedən namizədlərə işləmək üçün icazə verilir. İş tapa bilməyən namizədlər çoxluq təşkil etdiyi halda getdiyi həftədən işə başlayan namizədlər də var.

Yeni Zelandiya. Tələbə vizası və IELTS 5.0 balı olan tələbələrə yarım gün işləməyə icazə verilir. Demək olar ki, hər sahədə işçi qüvvəsi intensiv tələb olunduğu ölkədir.

Xarici vtndaşlara azrbaycandilinin tdrisi

Konstitusiya Məhkəməsi xaricdə alınmış sürücülük vəsiqələrinin ölkəmizdə istifadəsi ilə bağlı mübahisəli məsələyə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, “Yol Hərəkəti Haqqında” Qanunun 35-1-ci maddəsinə əsasən, Azərbaycan vətəndaşı xarici ölkənin sürücülük vəsiqəsini ölkəmizdə istifadə etmək istəsə, onda ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində həmin vəsiqəni ölkəmizin milli vəsiqəsinə dəyişdirməlidir: “Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs isə Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya Xidmətindən icazə aldıqda, əgər ölkəmizdə avtomobil idarə etmək istəsə, xarici sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bizim milli vəsiqəyə dəyişdirməlidir. Qanunun bu tələbini pozan (yəni xarici vəsiqəsini milli vəsiqəyə dəyişməyən) şəxsin avtomobil idarə edərkən sürücülük hüququ olan sayılıb-sayılmaması mübahisəli idi. Konstitusiya Məhkəməsinin 19.05.2022-ci il tarixli qərarı ilə məsələyə tam aydınlıq gətirildi. Qərara əsasən, belə şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan (yəni sürücülük hüququ olmayan) şəxs hesab edilir”.

Ekspert bildirib ki, onlar bu vəziyyətdə aşkar edilərsə, vəsiqəsi olmayan şəxs kimi inzibati məsuliyyətə, cinayət xarakterli hadisədə təqsirli olduqda isə sürücülük hüququ olmadan qəza törətməyə görə cinayət məsuliyyətinə (CM-in 263-1-ci maddəsi) cəlb ediləcəklər.

Ə. Hüseynov qeyd edib ki, 1968-ci il Vyana Konvensiyasına uyğun xarici sürücülük vəsiqələri “ASAN Xidmət” mərkəzlərində heç bir imtahan olmadan, 30 manat rüsum ödənilməklə Azərbaycan vəsiqəsinə dəyişdirilir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya Xidmətindən icazə almadıqda, yəni sadəcə turist kimi və başqa məqsədlə ölkəmizə gəldikdə, burada qalma müddətindən asılı olmayaraq vəsiqəsini dəyişməyə borclu deyil. Belə şəxs öz xarici vəsiqəsindən ölkəmizdə olma müddətində aylarla istifadə edə bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.