Press "Enter" to skip to content

Fonetika testləri -2

12. Tələffüzü düzgün verilməyən sözü seçin:

Fonetika testləri -2

2. Vurğunun yerini dəyişməklə mənası dəyişən söz hansıdır?

a) Saydır
b) Oxdur
c) Dərddir
d) Bağdır
e) Lakin

3. Hansı sözdə nöqtələrin yerinə y yazılmalıdır?

a) Külə…dən
b) Çiçə…lər
c) Idra…ımız
d) Mələ…im
e) Ürə…siz

4. Hansı fikir doğru deyil?

a) Ahəng qanunu eynicinsli saitlər arasında gözlənilir

b) Səs uzanması sözün ilk hecasında da ola bilər

c) Mürəkkəb sözlərdə ahəng qanunun pozulur

d) Simfoniya, ambulans, qumbara və gümbəz sözlərinin yazılışı düzgündür.

e) Hecalanma zamanı şəkilçi parçalanaraq müxtəlif hecalara düşə bilər.

5. Sözlərdənbiri vurğusu əvvələ düşən , milli , sadə sözdür.

6. Sözlərin birində vurğu işarəsi düzgün qoyulmayıb.

7. “Monarxiya” sözünün fonetik təhlilinə aid ola bilməz.

a) Vurğusu son hecaya düşür.

b) Ahəng qanunu pozulub.

c) Bir dodaqlanan , üç dodaqlanmayan sait işlənib.

d) Bir kar samit var.

e) Bir cingiltili samitin kar qarşılığı var.

8. Ahəng qanunu pozulmuş sözlərin birində səs uzanması birinci hecadadır:

9. Birində səs uzanması yoxdur.

10. Hansı sözdə eyni hərf iki müxtəlif səsi ifadə etmir?

11. “Qalın saitlər” söz birləşməsində qalın sözünü hansı sözlə əvəz etsək məna dəyişməz?

12. Tələffüzü düzgün verilməyən sözü seçin:

13. Biri düz yazılmışdır:

14. Sözlərdən birinin yazılışı düz, tələffüzü səhv verilib:

b) Pansion [pansiyon]

c) Etinasız [etina:sız]

d) Pıqqıltı [pık’qıltı]

e) Zooloji [za:loji]

15. Sözlərdən birinin yazılışı səhvdir:

16. Hansı sözün tələffüz şəkli səhv göstərilib:

17. Sətirdən sətirə keçirmək baxımından biri fərqlidir.

18. Səsuzanmasına görə uyğunlaşdıraraq yazın:

1. Simasız 2. Səadət 3. Sakin

19. Biri defislə yazılmır.

20. Pauza , raund, şüa, sauna, ….. nöqtələrin yerinə müvafiq, uyğun gələn sözü yazın:

  • Teqlər:
  • Azərbaycan dilinin fonetikası

Fonetika testləri -2

2. Vurğunun yerini dəyişməklə mənası dəyişən söz hansıdır?

a) Saydır
b) Oxdur
c) Dərddir
d) Bağdır
e) Lakin

3. Hansı sözdə nöqtələrin yerinə y yazılmalıdır?

a) Külə…dən
b) Çiçə…lər
c) Idra…ımız
d) Mələ…im
e) Ürə…siz

4. Hansı fikir doğru deyil?

a) Ahəng qanunu eynicinsli saitlər arasında gözlənilir

b) Səs uzanması sözün ilk hecasında da ola bilər

c) Mürəkkəb sözlərdə ahəng qanunun pozulur

d) Simfoniya, ambulans, qumbara və gümbəz sözlərinin yazılışı düzgündür.

e) Hecalanma zamanı şəkilçi parçalanaraq müxtəlif hecalara düşə bilər.

5. Sözlərdənbiri vurğusu əvvələ düşən , milli , sadə sözdür.

6. Sözlərin birində vurğu işarəsi düzgün qoyulmayıb.

7. “Monarxiya” sözünün fonetik təhlilinə aid ola bilməz.

a) Vurğusu son hecaya düşür.

b) Ahəng qanunu pozulub.

c) Bir dodaqlanan , üç dodaqlanmayan sait işlənib.

d) Bir kar samit var.

e) Bir cingiltili samitin kar qarşılığı var.

8. Ahəng qanunu pozulmuş sözlərin birində səs uzanması birinci hecadadır:

9. Birində səs uzanması yoxdur.

10. Hansı sözdə eyni hərf iki müxtəlif səsi ifadə etmir?

11. “Qalın saitlər” söz birləşməsində qalın sözünü hansı sözlə əvəz etsək məna dəyişməz?

12. Tələffüzü düzgün verilməyən sözü seçin:

13. Biri düz yazılmışdır:

14. Sözlərdən birinin yazılışı düz, tələffüzü səhv verilib:

b) Pansion [pansiyon]

c) Etinasız [etina:sız]

d) Pıqqıltı [pık’qıltı]

e) Zooloji [za:loji]

15. Sözlərdən birinin yazılışı səhvdir:

16. Hansı sözün tələffüz şəkli səhv göstərilib:

17. Sətirdən sətirə keçirmək baxımından biri fərqlidir.

18. Səsuzanmasına görə uyğunlaşdıraraq yazın:

1. Simasız 2. Səadət 3. Sakin

19. Biri defislə yazılmır.

20. Pauza , raund, şüa, sauna, ….. nöqtələrin yerinə müvafiq, uyğun gələn sözü yazın:

Metodiki Tövsiyə

Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.

  • Əsas Səhifə
  • Bloqdan Istifadə Qaydası
  • Əlaqə

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

11 Mart 2016 Cuma

Xasiyyətnamə necə yazılır?

Paylaşıldı 09:43 by Leyla Bayramova
Xasiyy ətnamə barədə məlumat yazın.
“Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər

hansı bir şəxsin ictimai və əmək fəaliyyətini, kollektivdəki yerini təsvir edən rəsmi sənəd və ya xarakteristikadır. Xasiyyətnamənin islənmə dairəsi genisdir. _s_, rəhbər vəzifəyə seçildikdə və ya dövlət orqanları tərəfindən tələb olunduqda hər hansı şəxs haqqında xasiyyətnamə verilir. Belə xasiyy ə tnam ə ə m ə li yazı növü kimi r ə smi üslubda yazılır. Ə vvəlki xasiyyətnamələrd ə səxsin partiyalılıgı, partiya cəzası olması, siyasi d ə yanəti xasiyyətnamədə mütləq öz əksini tapmalı idi. Buna görə də xasiyyətnaməni partiya təskilatı katibi də imzalamalı idi. Xasiyyətnamə belə bir cümlə ilə qurtarırdı:

«Siyasi cəhətdən dəyanətlidir (dəyanətli deyil)». Müasir xasiyyətnamələr daha
demokratik, daha sadədir. Xasiyyətnaməni yalnız müəssisə rəhbəri və həmkarlar

təskilatının sədri imzalayır. Böyük müəssisələrdə xasiyyətnaməni söbə müdiri tərtib edir. Xasiyyətnamədə asagıdakılar öz əksini tapmalıdır: səxsin təvəllüdü; vəzifəsi; milliyyəti; ailə vəziyyəti; idarə və əssisədəki əmək fəaliyyəti; stajı; əxlaqi-mənəvi keyfiyyəti; öz vəzifəsinə münasibəti.

Xasiyyətnamə rəsmi sənəd oldugu üçün o, rəsmi üslubda yazılmalı,
Xasiyyətnamə alan adamın müsbət və mənfi cəhətləri rəsmi dillə ifadə olunmalıdır.
Heç bir emosional ifadəyə, bənzətmələrə yol vermək olmaz (Məsələn, Zalım oglu

S əhərdən axsama qədər dəzgah arxasında yoruldum demədən isləyir – kimi cümlələr xasiyyətnamə üçün yolverilməzdir).

Xasiyy ətnamənin yazılmasına verilən tələblər hansılardır?
Xasiyyətnamənin yazılmasına verilən tələblər asagıdakılardır:
1. Dövlət sənədi kimi xasiyyətnaməni idarə rəhbəri verir.
2. Xasiyyətnamədə bu və ya digər səxsin ictimai fəaliyyəti, əxlaqı və siyasi
Keyfiyyətləri obyektiv səkildə ardıcıl sadalanır.
3. Xasiyyətnamədə kimə, kimdən və haraya təqdim olunması göstərilir.
4. Dövlətə əhəmiyyətli bəzi xasiyyətnamələr müzakirə olunur.
5. Xasiyyətnamələr vahid formada yazılır.
6. Xasiyytnamənin həcmi 1-2 səhifədən artıq olmur.
7. Xasiyyətnaməni ən azı iki məsul səxs imzalayır və müəssisənin möhürü
Xasiyyətnamə nümunələri:
Xasiyyətnamə – Fəridə Fazil qızı Məhərrəmova

Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllim, Şöhrət ordenli Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Fəridə Fazil qızı Məhərrəmova 1990-cı ilin dekabrından Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktorudur. Həmin dövrdən indiyədək kollecə ləyaqətlə rəhbərlik edir.

Bu illərdə Fəridə xanım özünü pedaqoji aləmdə bacarıqlı və işgüzar təhsil işçisi kimi göstərmiş,vəzifəsinin icrasında təlim prosesinin təşkili və maddi-texniki bazanın genişləndirilməsinə xüsusi diqqət yetirmişdir. Rəhbərlik etdiyi tədris müəssisəsində təlim prosesinin təşkilində müntəzəm olaraq yenilikçi ideyaların tətbiqi ilə seçilmişdir.

Yeni tədris metodlarının hazırlanması, eksperimentlərin keçirilməsi, əldə edilən nəticələrin kollec daxilində və respublika orta ixtisas təhsili məktəbləri arasında yayılması sahəsində onun şəxsi təcrübəsi və təşəbbüsü pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Onun rəhbərlik etdiyi təhsil ocağı təhsil islahatlarının önündə gedir.

Pedaqoji təmayüllü orta ixtisas məktəbləri üçün bir sıra fənn proqramlarının, tədris vəsaitlərinin hazırlanması işini düzgün təşkil edir. Onun müasir tələblərə cavab verən yüksək peşəkarlıqla apardığı iş Azərbaycan Dövlət Pedaqoji Kollecinin respublikada pedaqoji təmayüllü orta ixtisas məktəbləri arasında baza müəssisəsinə, pilot məktəbinə çevrilməsinə səbəb olmuşdur.

Fəridə Məhərrəmova orta ixtisas təhsili sisteminin iş təcrübəsindən, onun təkmilləşdirilməsi yollarından bəhs edən bir çox məqalənin, eyni zamanda çoxlu sayda elmi məqalənin, on bir kitabın və orta ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün ədəbiyyat dərsliyinin müəlliflərindən biridir.

Bacarıqlı təhsil işçisi olmaqla, Fəridə Məhərrəmova işlədiyi kollektivin dərin hörmətini qazanmış tələbkar və eyni zamanda, qayğıkeş bir rəhbər kimi tanınmışdır.

Fəridə Məhərrəmova Respublika təhsil işçiləri sırasında nüfuzlu mütəxəssisdir. O, müstəqil respublikamızın təhsil sisteminin inkişafında, ölkəmizin milli təhsil siyasətinin formalaşdırılmasında üzərinə düşən bütün vəzifələri bacarıqlı alim-pedaqoq səriştəsi ilə yerinə yetirir.Yeni təhsil qanununun hazırlanmasında da Fəridə xanımın zəhməti və fəaliyyəti olmuşdur.

Fəridə Məhərrəmovanın iş təcrübəsini, yenilikçilik və təşkilatçılıq məharətini nəzərə alaraq Təhsil Nazirliyi onu orta ixtisas təhsili sistemində aparılan islahatlar çərçivəsində təhsilin dünya standartlarına uyğun qurulması məqsədilə yaradılan yeni normativ sənədlər hazırlanması üzrə işçi qrupuna sədr təyin etmişdir. Fəridə xanım on iki kitabın, yüzdən artıq, publistik, elmi, pedaqoji məqalənin müəllimidir. O, 2004-cü ildən BDU-nun filologiya fakülrəsinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru kimi fəaliyyət göstərir.

2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının üzvüdür.

O, 2004-cü ildən Rusiya Federasiyası Pedaqogika və Sosialogiya Akademiyasının müxbir üzvüdür.

Fəridə Məhərrəmova ölkənin ictimai həyatında da yaxından iştirak edir. Onun mənəvi-siyasi cəhətdən yetkin ziyalı sözü respublika müəllimlərinin, qadınlarının və YAP-ın qurultaylarında, nüfuzlu yığıncaqlarda həmkarları və ictimaiyyət arasında həmişə rəğbətlə qarşılanır. O, YAP Siyasi Şurasının üzvü, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədridir.

Azərbaycan Pedaqoji Kollecində direktor işlədiyi illər ərzində Fəridə xanım Respublika Təhsil Nazirliyinin, Ailə,qadın, uşaq Komitəsinin Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilmişdir.

Respublika Prezidentinin sərəncamı ilə ona Azərbaycan Respublikasının Əməkdar Müəllimi fəxri adı verilmiş, 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.