Press "Enter" to skip to content

Sərbəst İşlər

Azərbaycan dilinin izahlı lüğəti . 2009 .

Xasiyyətnamə nümunəsi.

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Forma baxımından tələblərə gəlincə, mətndə işçinin adı, soyadı, atasının adı, vəzifəsi, işə qəbul olunduğu tarix mütləq əks etdirilməlidir. Qeyd etdiyimiz kimi xasiyyətnamənin xüsusi forması olmadığı üçün tərtibçi mətndə digər məlumatları da (məsələn, təhsili, ailə vəziyyəti) verməkdə sərbəstdir.

Nümunə (baş mühasibə verilən xasiyyətnamə):

BLANK

XASİYYƏTNAMƏ

Əhədov Sabir Şamil oğlu 10.10.2014-11.03.2019-cu tarixlərini əhatə edən dövrdə “Alov” MMC-də baş mühasib vəzifəsində işləyib. Əmək fəaliyyəti dövründə o, özünü intizamlı və məsuliyyətli işçi kimi təsdiq etməklə yanaşı, həm də təşəbbüskarlığı ilə seçilib və öz səlahiyyətləri daxilində mürəkkəb məsələlərlə bağlı düzgün qərarlar qəbul edib.

Baş mühasib kimi daim normativ-hüquqi aktlardakı dəyişiklikləri izləyib və özünün peşəkar keyfiyyətlərinin yüksəldilməsi üçün mütəmadi müxtəlif təlim, seminar və konfranslarda iştirak edib.

Korporativ norma və prinsiplərə əməl edən Sabir Əhmədov zəhmətkeşdir, yüksək əmək qabiliyyətinə malikdir. O, lazım gələndə işdən sonra çalışmaqla Cəmiyyətin çətin vaxtlarında ona öz işilə töhfə verməyə çalışıb.

Sabir Əhədov işçilərinə münasibətdə də həmişə mehribançılığı, ünsiyyətcilliyi və etik davranış normalarına əməl etməsilə başqalarına örnək olub.

Direktor ________ Nüsrət Nəbili Tarix: ________

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu – qiymət 35 (30) manat – satışı bitib
2) “Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı” (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu – qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) – qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı – qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) – qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 – qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sərbəst İşlər

Xasiyyətnamə. Nümunə 1.
Azərbaycan Dövlət İqtisad Universitetinin
«Azərbaycan dili» kafedrasının baş müəllimi,
filologiya elmləri namizədi, azərbaycanlı,
evli, 1960-cı ildə anadan olmuş Həsən
Məmməd oğlu Zakirov barədə

Həsən Məmməd oğlu Zakirov 1990-1993-cü illərdə Bakı Dövlət Universitetində aspiranturanın əyani şöbəsində oxumuşdur. 1993-cü ildən ADİU-nun “Azərbaycan dili” kafedrasında müəllim vəzifəsində çalışır. 1994-cü ildə «Dilimizin zənginləşmə yolları» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1997-ci ildə müsabiqə yolu ilə baş müəllim vəzifəsinə keçirilmişdir.
Həsən Zakirov mühazirələrini yüksək metodiki və elmi səviyyədə aparır. Elmi-tədqiqat plan işlərini həmişə vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. O, Azərbaycan dilinin aktual problemləri ilə bağlı vaxtaşırı respublika və Müstəqil Dövlətlər Birliyi məkanında məruzələrlə çıxış edir, mətbuat səhifələrində maraqlı məqalələr çap etdirir. H.Zakirov universitetin ictimai işlərində də fəal iştirak edir. Qısa müddət ərzində tələbə və müəllim kollektivinin rəğbətini qazanan H.Zakirov həm də Universitet Həmkarlar Komitəsinin sədr müavinidir.
Xasiyyətnamə «Elm» cəmiyyətinə təqdim edilmək üçün verilir.

Kafedra müdiri: prof.H.Əliyev
Həmkarlar komitəsinin sədri: dos.Ə.Zeynallı

Nümunə 2.

«Fidan» EİB-də təmir sexinin təmirçisi, azərbaycanlı, orta təhsilli, bitərəf, 1970-ci ildə anadan olmuş Vəli Həmid oğlu Əliyev barədə

Vəli Həmid oğlu Əliyev 1988-ci ildən indiyədək «Fidan» EİB-də təmir sexində işləyir.
İşlədiyi müddətdə özünü yaxşı mütəxəssis kimi göstərmişdir.
Peşəsini çox sevir. Bir sıra səmərələşdirici təkliflərin müəllifidir.
Yüksək peşə ustalığı və mənəvi keyfiyyətləri nəzərə alınaraq xarici ölkələrdə, xüsusilə Türkiyədə işləmək üçün göndərilmişdir.
Vicdanlı və keyfiyyətli işinə görə mükafatlandırılmışdır.
V. Əliyev birliyin ictimai həyatında fəal iştirak edir.
İş yoldaşları arasında hörmət qazanmışdır.
Xoşrəftar, təvazökar, siyasi cəhətdən savadlıdır.
İstehsalat xasiyyətnaməsi «Fidan» EİB Həmkarlar Komitəsinin iclasında müzakirə və təsdiq edilmişdir.
Xasiyyətnamə tələb olunan yerə təqdim edilmək üçün verilir.

«Fidan» EİB-in direktoru: Ə.Əliyev
Həmkarlar Komitəsinin sədri: A.Məmmədova

Tərcümeyi-hal. Nümunə 1.
Mən Aygün Malik qızı Aslanova 1987-ci ildə Bakı şəhərində anadan olmuşam. 2004-cü ildə 210 nömrəli orta məktəbi bitirmişəm. Elə həmin il M. Ə. Rəsulzadə adına Bakı Dövlət Unversitesinə daxil olmuş, 2008-ci ildə oranı bitirmişəm.

İnistutu və maqistraturanı bitirdikdən sonra labarant vəzifəsində işə girmişəm. 2010-cu ildən baş müəllim vəzifəsinə girmiş, 2013-cü ilədək orada işləmişəm.

Atam, Malik Əhməd oğlu Aslanov 1955-ci ildə anadan olmuşdur, “CaspianDTL” şirkətində baş mühəndisidir.

Anam, Nailə Emil qızı Aslanova 1958-ci ildə anadan olmuşdur, işləmir, evdar xanımdır.
Qardaşım, Orxan Malik oğlu Aslanov 1985-ci ildə anadan olmuşdur. S. Vurğun adına Rus Dram Teatrında aktyordur, evlidir, iki uşağı var.

Nümunə 2.

Mən, Quliyev Kamil Rza oğlu 1954-cü ildə Gədəbəy rayonunun Qaramurad kəndində anadan olmuşam. 1971-ci ildə orta məktəbi bitirmişəm. Hərbi xidmətə gedənə qədər N.Nərimanov adına kolxozda işləmişəm. 1972-ci ildən 1974-cü ilə qədər Dəniz Donanmasında hərbi xidmətdə olmuşam.
1975-ci ildə 16 saylı sənət məktəbini bitirib, avtoçilingər ixtisasına yiyələnmişəm. Göndərişlə «Fidan» EİB-də yığma sexində işə başlamış və hal-hazırda orada işləyirəm.
Atam, Rza Namiq oğlu Quliyev 1930-cu ildə anadan olmuşdur, təqaüdçüdür.
Anam, Almira Xəlil qızı Kazımova 1930-cu ildə anadan olmuşdur, təqaüdçüdür.
Bacım, Aytən Rza qızı Quliyeva 1951-ci ildə anadan olmuşdur, müəllimə işləyir.
Qardaşım, Elvin Rza oğlu Quliyev 1957-ci ildə anadan olmuşdur, sürücü işləyir.
Həyat yoldaşım, Sevinc Adil qızı Əhmədova 1960-cı ildə anadan olmuşdur, «Fidan» EİB-in layihə-smeta bürosunda nəzarətçi işləyir.
Oğlum, Fərid Quliyev 1980-ci ildə anadan olmuşdur, 129 saylı məktəbin müəllimidir.
Qızım, Mətanət Quliyeva 1983-cü ildə anadan olmuşdur.

xasiyyətnamə

is. < ər. xasiyyət və fars. . . . namə> Bir şəxsin ictimai və əmək fəaliyyətini təsvir edən rəsmi sənəd; xarakteristika. İş yerindən xasiyyətnamə almaq. – Lalə dünən baş mühəndisin texniki imtahandan keçirdiyi adamlara dair yazıb verdiyi xasiyyətnamələrlə tanış olurdu. M. Hüs. . <Qoçəlinin> döyüş xasiyyətnaməsi olmadığından ərizəsini ləngitmək istəyirdilər. Ə. Vəl. .

Azərbaycan dilinin izahlı lüğəti . 2009 .

Look at other dictionaries:

  • ləngitmək — f. 1. Gecikdirmək, yubatmaq, ləngiməsinə səbəb olmaq. Mən bir il də Zahidi ləngitdim. M. C.. Meşənin qatı kölgəsi elə bil səhərin açılmasını bir az da ləngitmək, ağacların mürgüləməsinə mane olan səhər mehinin qarşısını almaq, yarpaqların… … Azərbaycan dilinin izahlı lüğəti
  • müsbət — sif. <ər.> 1. Razılıq bildirən, bəyənilən, etiraz doğurmayan. Müsbət cavab. Müsbət rəy. Müsbət qiymət almaq. Müsbət xasiyyətnamə. – <Aslan> hiss etdi ki, yaxşı adamların arasındadır, suala müsbət cavab verdi. S. Vəliyev. // Zərf… … Azərbaycan dilinin izahlı lüğəti
  • mənfi — sif. <ər.> 1. Mənfilik bildirən, inkar bildirən, rədd edən (müsbət əksi). Mənfi cavab. 2. Gözlənilən nəticənin ziddinə olan, heç bir müsbət nəticə verməyən. Mənfi nəticə. // Pis, fəna. Mənfi rəy. Mənfi tip. Mənfi xasiyyətnamə. –… … Azərbaycan dilinin izahlı lüğəti
  • sxematik — sif. <yun.> 1. Sxem şəklində, sxem halında. Sxematik xəritələr. 2. Ümumi şəkildə, təfərrüatsız, çox sadə şəkildə, yığcam. Əsərin sxematik şərhi. – Əsərdə Ağa Məhəmməd şah Qacarın cəllad, qatil və talançı sifəti sxematik şəkildə deyil,… … Azərbaycan dilinin izahlı lüğəti
  • xarakteristika — <yun.> 1. Bir şəxsin və ya şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri. 2. Birinin əmək və ictimai fəaliyyəti haqqında məlumat verən rəsmi sənəd, xasiyyətnamə. 3. riyaz. Onluq loqarifmin bütöv hissəsi. 4. xüs. Bir şeyin hər hansı bir qrafik… … Azərbaycan dilinin izahlı lüğəti
  • kənar — <fars.> 1. Bax qıraq 1 ci mənada. Çayın kənarı. Yolun kənarı. – . . Bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. C. M.. Kəndin kənarından get gedə sıxlaşan və iriləşən qamışlıq başlanırdı. M. Rz.. 2. sif. Yad, özgə, başqa.… … Azərbaycan dilinin izahlı lüğəti
  • üz — is. 1. İnsan başının qabaq hissəsi; surət, sifət, çöhrə, sima. Üzünün ifadəsi. Qəşəng üz. – Mərcan bəy diqqətlə Kərbəlayı Qubadın üzünə baxır. Ü. H.. <Qızın> yumru, gözəl üzü və yanaqları açıq sərin havada qızarmışdı. M. İ.. // Heyvan… … Azərbaycan dilinin izahlı lüğəti
  • Contact us: Technical Support, Advertising

Dictionaries export, created on PHP,

Comments are closed, but trackbacks and pingbacks are open.