Press "Enter" to skip to content

Xeyir ve şər

Bir yuxunun həqiqətə dönən ən şirin halısan, sevgilim. Sabahın xeyir.

Xeyir v şr

Bu məqaləmizdə komik, təsirli, qeyri-adi “sabahın xeyir” mesajları yer alıb. Sabahın xeyir sevgilim, sabahın xeyir həyatımın mənası, sabahın xeyir mesajları dosta aid və daha çoxunu tapa biləcəksiniz.

Sabahın xeyir sevgilim yazılı şəkilləri telefonunuza yükləyərən whatsappda sevgilinizə göndərə bilərsiniz. Dosta aid sabahın xeyir mesajları kopyalayaraq dostlarınıza göndərə bilərsiniz.

Sevgiliyə yazmaq üçün Sabahın Xeyir mesajları 2020

Bir yuxunun həqiqətə dönən ən şirin halısan, sevgilim. Sabahın xeyir.

Sabahın xeyir. Günəş kimisən, ay kimi gecələri aydınladırsan. İşıq kimi parlaqsan.

Hər səhər oyandıqda yaşamaqdan əvvəl sən gəlirsən ağlıma. Sabahın xeyir.

Qəlbin hansı sevgi üçün döyünürsə, yeni günün günəşi səni ona qovuşdursun.

Gözəlliyin yuxu kimidir. Gözlərin ən göZəl əsərdir. Bu gün də yuxularımı bəzədin, səninlə günə salam verdim, sevgilim.

Sevgi gözəl sözdür, qəlbində olanlara. Sabahın xeyirlə açılsın.

Yeni gün yeni gözəlliklər gətirsin sənə.

Sabahın xeyir, papatya ətirlim, gül səbətim, eşqimin son ünvanı.

Sevgim səni bu gün də tək qoymayacaq. Sabahın xeyir.

Həyat bir vaxtlar boş idi, indi sən varsan deyə yerə-göyə sığmır bu həyat.

Sabahın Xeyir Sevgilim mesajları

Yeni bir sabahı birlikdə salamlayaq, sevgilim.

Günəş qədər aydın, gözlərin qədər gözəl bir günü salamlamaq üçün əsl vaxtdır. Sabahın xeyir, sevgilim.

Öpüşlərlə oyandırmaq istərdim səni. Yanımda olsan saçlarını oxşayardım. Sabahın xeyir.

Bu gün gözlərimi səninlə açdım həyata. Sənin adınla baxdım evdəki hər əşyaya. Dinlədiyim mahnılarda sən varsan. Sabahın xeyir, əzizim.

Həyatda sahib olduğum ən gözəl nemət sənsən. Bunun ən böyük sübutu mənimlə oyanmağındır. Günəşin ilk şəfəqi sənsən sanki. Gözlərini açan kimi ətraf işıqlanır. Oyan, insanlıq günəş görsün.

Gülməli “sabahın xeyir” mesajları

Daha bir gün qocaldın. Sən hələ də yatırsan, günün yatmaqla keçir. Oyan artıq. Sabahın xeyir.

İki cür yuxu var: gecə gəlməyən və sabah getməyən. Necə olacaq halımız? Sabahınız xeyir.

“Sabahın xeyir” yazmaq istəyirsən, amma “qoy birinci o yazsın” deyə düşünürsən. Sonra da tənhalığa düçar olursan.

Bu səhər oyanmamaq üçün özümü ölülüyə vurdum, amma saatın zəngi çalan kimi bütün konsentrasiyam pozuldu. Sabahınız xeyir.

Sevmək çay, sevilmək şəkər kimidir. Bizim kimi qəriblər çayı şəkərsiz içirlər.

Sabahınız xeyir. Kimsə yoxdurmu? Özümü zivənin ən kənarında asılan nimdaş don kimi hesab edirəm. Sabahın xeyir, dost. Yastıq başındakı bitlərdən əziyyət çəkdi. Oyan, rahatlaşsın.

Mənalı “sabahın xeyir” mesajları

Səni sevmək günəşə toxunmaq kimidir. Üzünə baxdıqda içimdəki buzlar əriyir. Bu həyat səninlə rəngarəng olur. Sabahın xeyir, sevgilim.

Dünyamız xoşbəxt, xəyallarımız şirin olsun. Könlümüzə hüzur dolsun. Sabahınız xeyir.

Sən mənim bitməyən günlərimsən. Sabahın xeyir, sevgilim.

İlk işığım, günəşim, mənim günüm səninlə aydınlanır. Sənin günün də mənimlə aydın olsun.

Bu səhər gözlərim səninlə açıldı. Sənə olan sevgim biraz da artdı. Sabahın xeyir, əzizim.

Həyatımda daha bir gün başlayır. Qısa gecənin ardınca yeni səhər salamlayıram. Səni sevirəm.

Dünyada insan çoxdur, xoşbəxtliyə ən layiq insan isə hazırda bu mesajı oxuyur.

Bu səhər varlığının verdiyi hüzurla oyandım. Sonsuzadək mənim ol, çünki yalnız səninlə var oluram. Sabahın xeyir, sabahlarımın mənası, səni çox sevirəm.

Bir yuxunun sonuna gəldik. Əziyyəti olan yataq, yorğan və yastığa təşəkkür edirik. Sabahınız xeyir.

Ən romantik günaydın mesajları

Hamı günəşin çıxmağını gözləyir. Qəlbin elə gözəldir ki, hamı günəşin çıxmağını gözləyərkən günəş sənin oyanmağını gözləyir.

Səhər oyanarkən yanında mən olacam, gözlərini mənə açacaqsan. Həmin gün günəş bir başqa cür doğacaq, buludlar günəşin önünü kəsməyə utanacaq. Sabahın xeyir, əzizim.

Yerə yağan damcılar qəlbinə axan günəşi əngəlləməsin. Günəş ancaq sənə boylansın, dünyana gözəlliklər gətirsin.

Sabahın xeyir, ürəyimə yağış tək yağan, qaranlığımı aydınladan sevgilim.

Elə gözəl yatırsan ki, sanki buludlara bürünmüsən. Oyan, mənə səhər yeməyi hazırla. Səni oyandırmaq istəmirəm. Əlinlə hazırlanmış yeməyi yemək gözəldir. Çayı da mən dəmləyərəm. Üz-üzə oturaq.

Günlər səninlə başlayır. Gözlərimi açdıqda yeni günə səninlə birgə oyanmağın xoşbəxtliyini yaşayıram. Sabahın xeyir.

Dayan, getmə. Susqun dodaqlarımda deyilməmiş sözlər var, ürəyim sevgiylə doludur.

Ömrümüzdən qaranlıq keçmiş silindi, artıq işıqli gələcəyə baxırıq. Sabahın xeyir, sevgilim.

Dosta aid “sabahın xeyir” mesajları

Gənclər və özlərini gənc hesab edənlər, sabahınız xeyir.

Sabahın səhərindən, küləyin nəfəsindən, azanın səsindən qəlbimizə dolan hüzur. Bu günümüzə şükür, Ya Rəbb. Sabahınız xeyir.

Dostluq nə sədaqət, nə də söz istər. Dostluq ürək, cəsarət istər. Sabahın xeyir, əziz dostum.

Günə necə başlasan, elə də davam edər. Allah hamımıza xeyirli, bərəkətli, gözəl bir gün nəsib etsin. Sabahlarımız xeyirlə açılsın.

Əziz dostum, yeni gün işıqlarıyla gecə qaranlığı kimi sıxıntılarını geridə qoysun. Günlərin hüzurlu olsun.

Könlündəki ümid qapıları bağlanıbsa, günəşin doğmağına bax və mübarizəni qona qədər apar. Sabahın xeyir, sevimli dostum.

Əziz dost, oyan artıq. Günəş yeni gün üçün bərq vurur. Bu parıltı qədər gözəl günlər keçirməyini arzu edirəm.

Dini “sabahın xeyir” mesajları

Allah sənə üzünü güldürəcək gün nəsib etsin.

Yeni bir gündə də gözlərimizi açdığı üçün şükürlər olsun Allaha. Sabahınız xeyir.

İslamın nurlu günəşi qəlbinə dolsun, məqamın cənnət olsun. Həzrəti Məhəmməd qonşun olsun. Sabahın xeyir, əziz dost.

Hər şeyə qadir uca Allah bizi düz yoldan və sevdiklərimizdən ayırmasın.

Allah xeyirlə dolu gözəl bir gün qismət etsin. Sabahınız xeyir.

Dini whatsapp status mesajları üçün: Dini sözlərİslami sözlər məqalələrimizi ziyarət edə bilərsiniz.

Qəribə “sabahın xeyir” mesajları

İnsan oyanar-oyanmaz tualetə getmədən əvvəl ona “sabahın xeyir” yazacaq birini arzulayır.

Min manatlıq telefon alasan, əlli qəpiklik “sabahın xeyir, əzizim” mesajı gəlməyə.

Dünyanın ən gözəl cümləsi “qoy biraz da yatım”dır.

Bir səndən, bir də səhər yuxusundan doymuram.

Bu gün bazar, sevgilimə dəyməsin nəzər. Səni sevdikdən sonra bu ürək ancaq sənə yazar.

Maraqlı status mesajları paylaşımlarımız:

  • 20 ən yaxşı Gecəniz xeyrə qalsın mesajları 2021

Xeyir ve şər

Digər səmavi dinlər kimi, islam da hər şeydən əvvəl insanların nəfsini tərbiyə etmək istəyir. Bütün peyğəmbərlərin risalətinə insanın özü mövzu olduğu kimi, hər zaman insanlar sevə-sevə onların ətrafında toplaşmışlar. Rəsulların tərbiyəsi tarixin çətin dönəmlərində məhv olacaq qədər boş və quru qəliblər deyildi. Onlar prinsiplərini nəfsin dərinliklərində yerləşdirdilər. Bu əsaslar insanların damarlarına işləyəcək qədər qüvvə tapdı, insanda peyda olacaq vəsvəsələri yox etdi, hədəflərə çatmaqda insanlara yön verdi.

Səmavi risalələr insanları hüzura qovuşdurmaq, cəmiyyəti islah etmək üçün yaxşı insan yetişdirməyin gərəkli olduğunu bəyan etdi. Hər mədəniyyət üçün gözəl əxlaqın vaz keçilməz əsas olduğu şüurunu təlqin etdilər. İlahi tərbiyədən məhrum cəmiyyətin idari təşkilatlarında anarxiya vardır. İdarəni əlinə alanlar öz səlahiyyətlərini həmişə pis işlərə istifadə edərlər. Əxlaqca yaxşı tərbiyə edilmiş idarəçi isə cəmiyyəti aydınlığa çıxarmağa çalışar. Bu insan qasırğa və fırtınalı zamanlarda da buna çalışar.

Nəfslər tərbiyə edilmədən üfüqlər aydınlanmaz. İnsanların hazırkı halları da, gələcəkləri də fitnə-fəsadlardan qurtulmaz. Ona görə Allah taala buyurur:

«Mühəqqəq ki, Allah bir cəmiyyətə verdiyi neməti onlar yaxşı halı fənalığa dəyişmədikcə pozmaz. Bir cəmiyyətə də Allah pislik dilədimi, artıq onun geri çevrilməsinə heç bir çarə yoxdur».(Rad, 11)

Quran pis millətlərin həlak olma səbəblərini belə izah edir: «(Bəli, bunların gedişi) Firon və xanədanıyla onlardan əvvəlkilərin hərəkəti kimidir. Onlar Allahın ayələrini inkarla kafir olmuşdular, O da onları günahları üzündən yaxalamışdı. Çünki Allah ən böyük qüvvənin sahibidir, cəzası da çox ağırdır» Bunun hikməti budur: «Bir qövm nəfslərində olan (yaxşı halı) dəyişməyincə Allah onlara ehsan etdiyi neməti dəyişdirən deyil və şübhəsiz ki, O, (hər şeyi) haqqıyla eşidəndir, kamalıyla biləndir» (Ənfəl, 52-53)

İslam nəfsləri tərbiyə məsələsinə iki nöqtədən baxar:

1. İnsan təbiətində xeyrə meylli bir hal vardır. Ona görə davamlı olaraq xeyir iş görmək istəyər, xeyiri əldə edəndə sevinər. Şərdən də üzüntü duyar. Haqq ilə həyatının hüzur və rahatlığını tapar.

Yenə insan nəfsində onu doğru yoldan sapdıra bilən bəzi qüvvələr var. Bu qüvvələr bəzən şəri xeyir göstərib insanı uçuruma aparar. İslam bu iki qüvvənin varlığını heç bir zaman gözdən uzaq tutmaz və təbiyəni ona görə qurar. Uca Allah belə buyurur: «And olsun nəfsə və onu düzənləyənə, sonra da ona pozuqluğunu və qorunmasını ilham edənə ki, onu təmizləyib parladan gerçək qurtuluş tapıb, onu kirlədən isə ziyana uğrayıb» (Şəms, 7-10).

İslamın bu məsələdə etdiyi əsas iş insan fitrətini qüvvətləndirib nurlandırmaq və xeyirə sövq etmək üçün hər bir imkanı səfərbər etməkdir. Beləliklə nəfs də davamlı olaraq onunla çəkişən pislik vəsvəsəsindən qurtulur. İslam özünü bütün ləkələrdən uzaq, xalis fitrət dini olaraq qiymətləndirir və insanların ona yönəlməsini əmr edir: «O halda üzünü bir hənif olaraq dinə tut, Allahın fitrətilə yoğrulu dinə. İnsanları yaradanda onların fitrətini bu dinlə yoğurmuş O. Allahın dini dəyişməzdir. Doğru yola biçili bir dindir bu. Fəqət onun birliyini bilmir əksər adamlar” (Rum, 30).

Kor deyilsə, gözün vəzifəsi görməkdir, qulağınkı eşitməkdir. Fitrətin də vəzifəsi suyun yuxarıdan axışı kimi haqqa, kamal və fəzilətə doğru qaçmaqdır. Bəli, nəfsə ləkələr bulaşıb yaradılışından uzaqlaşmayınca ona yaraşan budur.

Nəfslərə müsəllət olan kir və ləkələr isə keçmiş əsrlərin, həlak olmuş qövmlərin təqlidindən başqa bir şey deyildir. Hər ikisi də bəşər fitrəti üçün böyük təhlükədir. Gerçək islahatçıların əsas cihadı bu pislikləri yox etmək, insan fitrətini ləkələrdən qurtarmaqdır. Ta ki insanlıq bunun sayəsində əsas qayəsinə yönəlsin və vəzifəsini idrak etsin.

Yuxarıda rum surəsinin 30-cu ayəsində islamın fitrət dini olduğunu oxumuşduq. Bu ayədən sonra aşağıdakı fikirlərlə qaşı-qarşıya qalırıq:

“Hamınız Ona dönün, Ondn qorxun, namazı dürüst qılın, müşriklərdən olmayın. O müşriklər ki, onlar dinlərini darmadağın etmişlər, firqə-firqə olmuşlar. (Bunlardan) hər zümrə yanlarında olanla lovğalanandırlar». (Rum, 31-32)

Küfr deyil iman. Fisqü fücur deyil təqva! Ayrılıq deyil inananların birliyi.

İnsan ancaq iman və təqva ilə fəlaha qovuşar. Quran bunu bu şəkildə ifadə edir: «Biz həqiqətən insanı ən gözəl bir biçimdə yaratdıq, sonra onu aşağıların aşağısına çevirdik. Ancaq iman edib gözəl əməllər edənlər müstəsna» (Tin, 4-6). Ayədə bəhs edilən gözəl şəkildən məqsəd haqqı bilib ona sarılmaqdadır. Onun gərəkdirdiyini etmək də fəzilət və şərəfdir. Bunları öz nəfsində və insanlarla əlaqələrdə tətbiq etmək isə kamalın zirvəsi və həyatda hər şeyə ədalətin hakim olması deməkdir.

Fəqət kamal zirvəsindən həva və həvəs uçurumuna düşənlər də çox olur. Allahın göndərdikləri hidayət və ədalət qanunlarına tam uyğundur. Bu qanunlar çox adil və incədir. Bunları aləmlərin yaradıcısı belə izah edir: «Allah bir qövmü hidayət etdikdən sonra çəkinəcəkləri şeyləri onlara bildirməmiş, onları sapdırma ehtimalı yoxdur. Şübhəsiz, Allah hər şeyi biləndir» (Tövbə, 115). «Yer üzündə haqsızlıqla ayələrimdən uzaqlaşdıracam. Bütün möcüzələri görsələr də, ona iman etməzlər. Doğru yolu görsələr də, onu tutmazlar. Əgər sapqınlıq yolunu görsələr, yol olaraq onu seçərlər. Çünki onlar aylərimizi yalanlamağı adət ediblər onlardan qafil vəziyyət gəlmişlər.» (Əraf, 146)

Bəs bu dünyada təmiz yaradılışını mühafizə edib, çirkablara bulanmayanlar kimlərdir? Bunun cavabını bu ayə verir: «İman edib yaxşı işlər görənlər müstəsna» (Tin, 6).

Bu izahlar ilə iman və yaxşı əməllərin səmərəsinin yaxşı əxlaq olduğunu anlamaq olar. İslamın təmiz insan fitrəti və onu qüvvətləndirmə qarşısındakı tövrü budur.

İnsanları imandan ayıracaq, müvəqqəti olan zövq qaynaqlarının bəzisi Quranda sıralanır: «Qadınlara, oğullara, yığın-yığın qızıl və gümüşə, gözəl atlara (dəvə, sığır, qoyun, keçi kimi) heyvanlara, əkinlərə olan ehtiraslı sevgi insanlar üçün bəzənib süslənmişdir. Bunlar dünya həyatının keçici faydasıdır. Allaha gəlincə, nəhayət dönəcəyiniz yerin bütün gözəlliyi Onun nəzdindədir.» (Əli-İmran, 14).

İslamın diqqət çəkdiyi odur ki, nəfsə uymaq, onun vəsvəsələrinə cavab vermək nə nəfsi doydurar, nə də Haqqı razı edər. Nəfs bir yerdə arzuladığını tapandan sonra başqa bir yerə adlamaq istəyir. Quran haram olan bu tip həvəslərdən uzaq olmağı tövsiyə edər: «Və ya həvəsə tabe olma ki, bu, səni Allah yolundan sapdırar. Mühəqqəq ki, Allah yolundan sapanlar hesab gününü unutduqlarından onlara çox şiddətli bir əzab var» (Sad, 26).

Quran kafirlərin təqib etdiyi yolu, müsəlmanların isə bunlara müxalifətdə olmasının gərəkliyini belə izah edir: «Əgər Haqq onların kefinə uysaydı, göylər, yer üzü və bunlardakı kimsələr qəti pozulardı. Xeyr, Biz onlara unudulmaz dərs olacaq zikrlərini gətirdik və onlar zikrlərindən üz çevirirlər» (Muminin, 71). Nəfsin haram olan istəkləri ilə mübah olanları qarışdırmaq olmaz. Dindar olanların bir qismi bu iki kəsimi böyük bir xəta olaraq qarışdırırlar. İnsanın məqbul dünya nemətlərindən istifadəsində bir qəbahət yoxdur. Amma bəziləri məqbul ehtiyacları ödəyərkən də cinayət işləyirmiş kimi hisslər keçirir.

Quran bu məsələyə də aydınlıq gətirir. Nəfsin faydalı istəklərini mübah qılır, gözəl və xoş nemətlərdən istifadəyə geniş çapda icazə verir, bunu haram bilməyi, dar çərçivələr içində qəbul etməyi isə pislik və çirkinlik sayır: «Ey insanlar! Yer üzündəki şeylərdən halal və təmiz olmaq şərti ilə yeyin. Şeytanın yerişini yeriməyin. Çünki o, həqiqətən, apaçıq bir düşməndir. Şeytan sizə ancaq pisliyi, haqsızlığı və Allaha qarşı bilməyəcəyiniz şeyləri söyləməyi əmr edər» (Baqara, 168-169).

Bəli, halal və xoş rizqləri məhzurlu qılmaq dəlilsiz olaraq Allaha iftira etməkdir.

Quran insanı zəiflik, tərəddüd və eqoizmdə sifətləndirərkən bunlardan qurtarmağın yollarını da göstərir: «Gerçəkdən insan həris və xəsis yaradılıb. Bir pis iş üz verəndə fəryad qoparar, xeyir üz verəndə qısqanc olar. Namaz qılanlar müstəsna. Onlar ki namazlanıda davam edərlər, onlar ki mallarında müəyyən bir haqq vardır, həm istəyən üçün, həm də istəməkdən utanan yoxsul üçün. Və onlar ki cəza gününü təsdiq edərlər. Və onlar ki Rəblərinin əzabından qorxarlar. Çünki Rəblərinin əzabından əmin olunmaz. Və onlar ki ayıb yerlərini qoruyarlar» (Məaric, 19-29).

Məlumdur ki, əxlaq öz-özünə nəfs içində inkişaf etməz. İnsanlarla birlikdə mükəmməl şəkildə də doğulmaz. O zamanın çeşidli mərhələlərində kamilləşir, bunun üçün təkrarlanması lazım gələn işlərə ehtiyac var. Namaz, oruc, axirətə iman və Allahın əzabından qorxma. Madam ki pis xasiyyət davamlı olaraq öz sahibini pis yollara sürükləmək istəyir, onun qarşısını almaq üçün də davamlı olaraq tədbirlər görülməlidir.

Xülasə, islam insanın pak olan fitrətinə önəm verir və bu fitrətin tərbiyəsini gərəkli bir iş sayır. İslamın buyurduğu bütün ibadətlər bizi uca əxlaq, doğru yol və istiqamətə çatdırmayınca, demək, əsl məqsədlərinə nail olmayıblar və yerlərində oturdulub qaydasınca icra edilməyiblər.

Comments are closed, but trackbacks and pingbacks are open.