Xeyir və Şərin mübarizəsi – Qarabağ savaşı
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Xeyir və şər
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Xeyir və Şər
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Xeyir və Şərin mübarizəsi – Qarabağ savaşı
Kimin haqlı, kimin haqsız olduğunu söyləməzdən əvvəl, gəlin bu müharibəyə bir qədər kənardan baxaq və məntiqlə fikir yürüdək.
Azərbaycan üçün Qarabağ savaşı Vətən Müharibəsidir, ermənilər isə işğal etdikləri torpaqları hər vəchlə əldə saxlamağa çalışırlar. Deyə bilərsiniz ki, bəs məsələyə kənardan baxmağı təklif etmişdim.
Bir az səbrli olun.
Yalnız Azərbaycanın hərbi ekspertləri deyil, ermənilər də daxil olmaqla, başqa ölkələrin də hərbi mütəxəssisləri hən Ermənistan vətəndaşlarının, həm də dünya ermənilərinin Qarabadağ döyüşlərində iştirak etməyə can atmadığıni qeyd edirlər. Azərbaycanda isə belə bir problem yaşanmır. Deməli, ermənilər, boyunlarına almasalar da, Qarabağın erməni torpaqları olmadığını təhtəlşüur səviyyəsində olsa belə anlayırlar, Azərbaycanda isə vəziyyət bunun tam əksidir.
Ermənistanda yeni doğulan uşaqlara şəhadətnamə yalnız atalarının könüllü cəbhəyə getməsi şərti ilə verilir, üstəgəl uşaq və analar xəstəxanada girov saxlanılır. Bu barədə erməni vəkil Robert Ayrapetyan öünün sosial şəbəkə hesabında yazıb.
O qeyd edib: “Hər dəqiqə vətənpərvərlikdən danışanlar, zəif xalqımıza qarşı ikiüzlülükdən başqa bir şey etmirsiniz. Övladları dünyaya gəldikdən bir gün sonra insana necə deyə bilərsən ki, doğum haqqında şəhadətnaməni yalnız atanın cəbhəyə könüllü getməsi və bunu təsdiqləyən sənədin gətirilməsi şərti ilə veriləcək. Siz uşaqları və anaları girov götürürsünüz, yoxsa onlarla danışıqlar masasına oturmağa qərar verdiniz? Sizin beyniniz var?”.
Robert Ayrapetyanın bu yazdıqları Ermənistanda hökm sürən əhval-ruhiyyədən xəbər verir.
Başqa bir misal kimi, hər iki ölkənin rəhbərlərinin nüfuzlu media qurumlarına verdikləri çoxsaylı müsahibələdəki bəzi məqamlara toxunaq.
Azərbaycan Ordusunun Ali Baş Komadanı İlham Əliyev öz müsahibələrində dönə-dönə bildirib ki, bizim dinc erməni xalqı ilə heç bir problemimiz yoxdur, biz yalnız işğalçı siyasət yürüdən erməni rejimi ilə vuruşuruq. Dolayısi ilə Azərbaycan presidenti İlham Əliyevin bu sözləri erməni xalqına bir mesajdır.
Paşıyan isə öz müsahibərlərində gah Azərbaycan qarşı kin və nifrət qusur, gah da dünya ictimaiyyətini Azərbaycan-Türk birliyi ilə qorxudur, onları bu yolla şantaj etməyə çalışır.
Paşinyan İsrailin “The Jerusalem Post” qəzetinə verdiyi müsahibəsində İsrail dövlətini və xalqını hədələməkdən belə çəkinməyib. Üstəlik, İsrailin Azərbaycana silah və hərbi texnika satmasından qəzəblənən Ermənistan İsraildəki səfirini geri çağırıb. İsrail prezidenti Reuven Rivlin də beynəlxalq diplomatiya qaydalarına uyğun olaraq, erməni həmkarı Armen Sarkisyana zəng vuruaraq Ermənistana humanitar yardım təklif edib.
Rivlinin bu humanist təklifini N.Paşinyan müsahibəsində belə şərh edib: “Azərbaycanlıların və muzdluların sonradan dinc ermənilərə zərbələr endirmək üçün istifadə etdikləri silahları satan ölkədən humanitar yardım? İsrailə təklif edirəm ki, fəaliyyətinin məntiqi davamı olaraq bu yardımı muzdlulara və terrorçulara yollasın”.
Nikol Paşinyn İsrailin Dağlıq Qarabağda ermənilərin soyqırımını gerçəkləşdirmək istəyən ölkəni silahlandırdığını iddia edib. İsrailin istehsal etdiyi PUA-ların Dağlıq Qarabağ ermənilərinə qarşı fəal istifadə olunduğunu vurğulayan N.Paşinyan Təl-Əvivi münaqişənin fəal iştirakçısı adlandırıb.
“İsrail indi özünə sual verməlidir: o, muzdlularla birlikdə Dağlıq Qarabağa qarşı vuruşmurmu?! Bu, onun üçün rahat mövqedir? Belədirsə, özü bilər. Amma mən düşünürəm ki, konkret nəticələr olacaq və siz də bu nəticələrlə qarşılaşmalı olacaqsınız. İsrail indi iblisanə qüvvələrin yanındadır”, – deyə Nikol Paşinyan vurğulayıb.
İndi özünüz deyin. Bir dövlət başçısı belə hədyan ifadələrdə necə istifadə edə bilər?! Bu nəinki, diplomatiyanın qaydalarına ziddir, hətta etik normalara belə sığmır. Bəs Paşinyanı belə qaba ifadəılə işlətməyə məcbur edən nədir?
Məncə cəbhədə sarsıdıcı zərbələr alan Ermənistan lideri ağlını itrtirmək dərəcəsinə çatıb, çünki dünyanın söz sahibi dövlətlərinin liderlərin etdiyi zənglər onlarla etdiyi söhbətlər zamanı söylədiyi yalan və böhtanla heç bir nəticə verməyib. İndi o, küncə qısdırılmış yırtıcı kimi əli çatan hər kəsi parçalamağa hazırdır, amma Paşinyan üçün nə qədər acınacaqlı olsa da , əli heç yana çatmır.
Kimin haqlı, kiminsə haqsız olduğunu aydınlaşdıran məqamların yalnız kiçik bir hissəsidir.
Yenə də son qərarı oxucuların ixtiyarına buraxıram. Özünüz qərar verin!
Mənim üçün isə kimin haqlı olduğu gün kimi aydındır!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Elşad Əliyev
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.