Xidmətdən necə istifadə edə bilərəm
Telefon nömrəsini dünyasını dəyişmiş şəxsin adından çıxarıb digər şəxsin adına keçirmək üçün ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya “Şəbəkə” xidmət mərkəzlərindən birinə müraciət etmək lazımdır. Müraciət zamanı dünyasını dəyişən şəxsin ölüm haqqında şəhadətnaməsi, nömrənin adına keçiriləcəyi şəxsin şəxsiyyət vəsiqəsi, yeni abunəçi dünyasını dəyişən şəxsin övladıdırsa, onun doğum haqqında şəhadətnaməsi, eləcə də digər valideynin icazə ərizəsi (əgər sağdırsa), həyat yoldaşıdırsa, nigah haqqında şəhadətnaməsi təqdim olunmalıdır.
Tez-tez soruşulan suallar
Qeydiyyatdan keçdikdən sonra müqavilənin tərtib olunması üçün direktorun/sahibkarın Adı, Soyadı, Ata adı, VÖEN və bank rekvizitləri tələb olunur.
Epoint platforması üzərindən həm fərdi sahibkarlar həm də hüquqi şəxslər ödənişlərini qəbul edə bilərlər.
Azərbaycan və ya xarici banklar tərəfindən istifadəyə verilmiş Visa, Visa Electron, Mastercard, Maestro ödəmə kartları ilə platformada ödənişlər keçirmək mümkündür.
Epoint ilə siz təkrarlanan(Recurring) ödənişləri qəbul edə bilərsiniz. Bunun üçün ödəyicinin kart məlumatları, tərəfdaş bankın kart yaddaşında(Card Storage) yadda saxlanılır və növbəti ödənişlər saxlanılmış kart ilə birbaşa keçirilir.
Platformada heç bir halda kart məlumatları saxlanılmır. Əlavə etdiyiniz kartlar, yalnız bankın təhlükəsiz kart yaddaşında(Card Storage) qeydə alınır və gələcək ödənişlərinizdə və ya vəsaitlərin alınmasında sizə dəstək olur.
Ödəniş zamanı müştərinin dolduracağı xanaları siz özünüz seçirsiniz. Beləliklə, siz öz xidmət sektorunuza özəl ödəniş pəncərəsi yaratmış olursunuz.
Toplanan vəsaitlər sizin seçdiyiniz intervala əsasən sizin biznes kartınıza köçürülür. Vəsaitlər biznes karta onlaynda köçürülür və bankın əməliyyat günündən asılı olmayaraq 24/7 icra olunur.
Bəli, siz öz veb saytınız və ya mobil tətbiqiniz ilə rahat inteqrasiya edə bilərsiniz. Bunun üçün hazır API sənədlər təqdim edilir.
Şəxsi kabinetdə qeyd olunan referal linkinizi partnyorlar ilə bölüşərək onlara verilən komissiyadan, referal proqram üzrə gəlir əldə edə bilərsiniz. Partnyorların dövriyyəsi olduğu halda, siz daimi passiv gəlir əldə edə bilərsiniz.
CVV2 / CVC2 kodu, kartınız arxasında olan 3 rəqəmdir. Bu rəqəmlər kartınızın təhlükəsizliyini təmin edir. Heçbir halda CVV2 / CVC2 kodunu digər şəxslərə bildirməyin .
Xidmətdən necə istifadə edə bilərəm?
Ətraflı məlumat üçün admin@kandidat.az elektron ünvanına müraciət edə bilərsiniz, www.kandidat.az saytında “Bizimlə Əlaqə” bölməsindən istifadə edə bilərsiniz və ya “GDG Professionals” saytında yerləşən “Bizimlə Əlaqə” bölməsində olan bütün əlaqə vasitələrindən istifadə edə bilərsiniz.
Mən şifrəmi unutmuşam, necə bərpa edə bilərəm?
Zəhmət olmasa, www.kandidat.az ana səhifəsində “Daxil ol” bölməsinin aşağısında yerləşən “Şifrәni Unutmusunuz?” funksiyasından istifadə edin.
Niyə Daxil olmaq olmur?
Daxil olarkən düzgün ad və şifrəni istifadə etdiyinizdən əmin olun. Əgər siz şifrəni unutmusunuzsa zəhmət olmasa “Şifrənizi Unutmusunuz?” düyməsinə basın və yeni şifrə qeydiyyatdan keçdiyiniz elektron ünvana göndəriləcəkdir.
CV-ni necə yerləşdirə bilərəm?
CV yerləşdirmək üçün əvvəlcə İstifadəçi kimi qeydiyyatdan keçməlisiniz. Daha sonra isə “CV-nizi Yükləyin“ bölməsinə Daxil olub, CV-nizi yükləyə bilərsiniz.
Vakansiyanı necə yerləşdirə bilərəm?
Vakansiya yerləşdirmək üçün, siz Işəgötürən kimi qeydiyyatdan keçməlisiniz. İşəgöturən kimi qeydiyyatdan keçəndən sonra, Siz “Dərc Olunmuş Vakansiyalar” bölməsində “Vakansiya Yaradın” düyməsinə basmaqla və ya www.kandidat.az saytının “İşəgöturənlər” səhifəsində Vakansiya yerləşdirə bilərsiniz.
Neçə müddətə iş tapmaq mümkündür?
Bu Profilinizin və CV-nizin Işəgötürənin diqqətini cəlb etməsindən asılıdır.Əgər İşəgötürən vəzifəyə uyğun hesab edərsə, sizin iş tapmaq şansınız daha da artmış olacaqdır.
Sizin saytınızda CV yerləşdirmək ödənişlidirmi?
Xeyr, bu ödənişli deyildir.
Vakansiya yerləşdirmək ödənişlidirmi?
Bəli, Vakansiya yerləşdirmək ödənişlidir.
Ödənişi necə edə bilərəm?
www.kandidat.az saytında ödəniş iki üsulla ola bilər – onlayn ödəniş xidməti vasitəsilə və ya bizim bank hesabına vəsait köçürməklə. Ödəniş onlayn olarsa, müvafiq xidmətlər dərhal aktivləşdiriləcəkdir. Bank hesabına köçürmə yolu ilə ödəniş edildikdə bizim şirkətə ödəniş tapşırığının nümunəsi verildikdə xidmətlər aktivləşdiriləcəkdir. Ətraflı məlumat üçün admin@kandidat.az elektron ünvanına müraciət edə bilərsiniz, www.kandidat.az saytında “Bizimlə Əlaqə” bölməsindən istifadə edə bilərsiniz və ya “GDG Professionals” saytında yerləşən “Bizimlə Əlaqə” bölməsində olan bütün əlaqə vasitələrindən istifadə edə bilərsiniz.
Reklam necə yerləşdirə bilərəm?
Ətraflı məlumat üçün admin@kandidat.az elektron ünvanına müraciət edə bilərsiniz, www.kandidat.az saytında “Bizimlə Əlaqə” bölməsindən istifadə edə bilərsiniz və ya “GDG Professionals” saytında yerləşən “Bizimlə Əlaqə” bölməsində olan bütün əlaqə vasitələrindən istifadə edə bilərsiniz.
“HR Mərkəzi” bölməsinin əsas məqsədi nədir?
Bizim saytımızda yerləşən “HR Mərkəzi” bölməsində siz müxtəlif məqalələr və biznes haqqında maraqlı məlumatlar əldə edə bilərsiniz.
Onlayn Təlimlər necə təşkil olunur? Mən bu Təlimlərdə necə qeydiyyatdan keçə bilərəm? Təlimlər hansı mövzuları əhatə edir?
Bu barədə ətraflı məlumatı www.gdgtraining.com saytından əldə edə bilərsiniz.
“Müsahibəyə Hazırlıq” xidməti nədir? Bu xidmət ödənişlidirmi?
“Müsahibəyə Hazırlıq” Namizədlərin müsahibələrdən keçməsi üçün hazırlıq prossesidir. Bu ödənişli xidmətdir.
“Premium CV” xidməti nədir? Bu xidmət ödənişlidirmi? Mən profilimi necə Premium edə bilərəm?
Bu xidmətdən istifadə etməklə siz CV-nizin peşəkar səviyyədə tərtib olunmasını təmin edəcəksiniz. Bu xidmətdən istifadə etdikdən sonra siz Premium Namizədlər siyahısına keçiriləcəksiniz. Bu ödənişli xidmətdir.
Sizin saytınızdan CV nümunələrini pulsuz yükləyə bilərəmmi?
Bəli, siz bizim bütün CV nümunələrini pulsuz yükləyə bilərsiniz.
“Onlayn Dəstək” nədir və bu xidmətdən necə istifadə edə bilərəm?
“Onlayn Dəstək” bizim xidmətdən istifadə zamanı yaranan sual və təklifiniz olarkan bizimlə əlaqə yoludur.
Sizin saytda neçə Namizəd və İşəgötürən qeydiyyatdan keçib?
Siz bu məlumatı saytda “Axtarış” bölməsinin altında yerləşən Statistika panelindən əldə edə bilərsiniz.
Saytınızda neçə Vakansiya yerləşdirilib?
Siz bu məlumatı saytda “Axtarış” bölməsinin altında yerləşən Statistika panelindən əldə edə bilərsiniz.
Saytınızda Vakansiyaları hansı müddətdən bir yeniləyirsiniz?
Bizim saytımızda yeni Vakansiyalar demək olar ki hər gün yerləşdirilir.
Mənim profilim başqalarının arasında nəzərə çarpacaqmı?
Bu sizin profilinizi nə dərəcədə cəlbedici edəcəyinizdən asılıdır. Profilinizi daha görkəmli etmək üçün “Profilinizi Fərqləndirin” xidmətindən istifadə edə bilərsiniz. Bu ödənişli xidmətdir.
Mən Namizədlərin CV-lərin ödəniş etmədən yükləyə bilərəmmi?
Xeyr, bu ödənişli xidmətdir.
Mən öz profilimə necə Daxil ola bilərəm?
Siz bizim ana səhifədə yerləşən “Daxil ol” bölməsində elektron ünvan və şifrəni yazmaqla Daxil ola bilərsiniz.
Saytdan istifadə edərkən hansı internet brauzerdәn istifadә etmək məsləhət olunur?
Dәstәklәnәn brauzerlәr bunlardır: Firefox 18+, Internet Explorer 8+, Safari 4+ və Google Chrome 25.1.102+.
www.kandidat.az mobil telefon vasitəsi ilə Daxil ola bilərəmmi?
Bəli, saytımıza bu əməliyyat sistemlərini dəstəkləyən mobil cihazlarla da Daxil ola bilərsiniz. Dәstәklәnәn mobil cihazlar: iPad iOS 6+ vә Android 3.2+ planşetlәr.
“İstifadə Müddəti” nə deməkdir? Mən məhsulun müddətini uzada bilərəm?
Məhsulların müddəti tariflərə müvafiq olaraq dəyişir. Siz ödəniş əsasında istəyinizdən asılı olaraq aldığınız xidmətin istifadə müddətini uzada bilərsiniz.
Saytınızda ödənişləri onlayn edə bilərəm?
Bəli, www.kandidat.az saytında aldığınız məhsullar üçün onlayn şəkildə ödəniş edə bilərsiniz.
“Ətraflı Axtarış” nədir?
“Ətraflı Axtarış” saytda yerləşdirilmiş elanları daha çox meyarlar üzrə axtara bilmək imkanı yaradan bir funksiyadır.
Xidmətdən necə istifadə edə bilərəm?
Abonent öz nömrəsini daşıya bilər. Bu zaman Tarif cədvəlinə uyğun olaraq yenidən Telefonun çəkilişi haqqı – 30 AZN ödənməlidir.
Nömrəni dəyişmək üçün telefon nömrəsinin sahibi öz şəxsiyyət vəsiqəsi ilə ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya “Şəbəkə” xidmət mərkəzlərinə müraciət etməlidir.
Nömrəni ləğv etmək üçün telefon nömrəsinin sahibi öz şəxsiyyət vəsiqəsi ilə ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya “Şəbəkə” xidmət mərkəzlərinə müraciət etməlidir.
Abunəçi istifadəsində olan telefon nömrəsini ailənin digər üzvünün adına keçirmək istədiyi halda, şəxsin ailə üzvü olmasını təsdiq edən sənədlər ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya “Şəbəkə” xidmət mərkəzlərindən birinə təqdim olunur. Valideyn telefon nömrəsini hər hansı bir övladının adına keçirmək istədiyi halda, valideynin razılıq ərizəsi, şəxsiyyət vəsiqələri, övladın doğum haqqında şəhadətnaməsi ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya “Şəbəkə” xidmət mərkəzlərindən birinə təqdim olunmalıdır.
Telefon nömrəsini dünyasını dəyişmiş şəxsin adından çıxarıb digər şəxsin adına keçirmək üçün ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya “Şəbəkə” xidmət mərkəzlərindən birinə müraciət etmək lazımdır. Müraciət zamanı dünyasını dəyişən şəxsin ölüm haqqında şəhadətnaməsi, nömrənin adına keçiriləcəyi şəxsin şəxsiyyət vəsiqəsi, yeni abunəçi dünyasını dəyişən şəxsin övladıdırsa, onun doğum haqqında şəhadətnaməsi, eləcə də digər valideynin icazə ərizəsi (əgər sağdırsa), həyat yoldaşıdırsa, nigah haqqında şəhadətnaməsi təqdim olunmalıdır.
Müqaviləyə xitam verilməsindən sonra 2 ay ərzində nömrə digər abunəçilərə satılmır, yəni həmin müddətdə yenidən müraciət edən abunəçi (telefon çəkilişi tarifinə uyğun 30 AZN ödəniş edərək) əvvəlki nömrəsini əldə edə bilər.
Telefon rabitəsi xidmətinə görə abunə haqqını ayın 5-dək ödəməyən abunəçinin xidmətlərdən istifadəsi məhdudlaşdırılır. Xidmət haqqı sonrakı ayın sonunadək ödənilmədikdə xidmətdən istifadə birtərəfli qaydada dayandırılır. Abunəçi növbəti 3 (üç) ay ərzində yaranmış borcu ödədiyi halda xidmət bərpa edilir. Əks halda, onunla bağlanmış müqaviləyə xitam verilir və nömrə abunəçinin adından çıxarılır. Göstərilən müddətdə xidmətin bərpası üçün müraciət etməyən abunəçi yenidən xidmətdən istifadə etmək istədikdə operatora müraciət edir və onunla yeni qoşulma müqaviləsi bağlanılır. Təkrar xidmətə qoşulan abunəçi yenidənqoşulma haqqını və əvvəllər istifadə etdiyi xidmətə görə operatora yaranmış borclarını ödəməlidir.
Müqaviləyə əsasən aylıq abunə haqqı cari ay üçün ayın 1-dən 5-ə qədər tam ödənilməlidir.
Ödəniş üsulları: E-gov.az, GoldenPay, Hesab.az, easypay, kassam.az, banklar, ödəniş terminalları (Paypoint) və bilavasitə “BTR” MMC-yə məxsus ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzində və ya “Şəbəkə” xidmət mərkəzlərindən birində ödəyə bilərsiniz.
Abunəçi birdəfəlik ödənişi (2 AZN) və aylıq abunə haqqını (3.5 AZN) ödəməklə telefonunu müvəqqəti bağlayaraq abunəçiliyini saxlaya bilər.
Texniki dəstək almaq üçün siz “Baktelecom”un Çağrı Mərkəzi 155 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.baktelecom.az/elaqe-2 vasitəsilə müraciət edə bilərsiniz.
Yeni telefon çəkilişi üçün: Fərdi abunəçilər mənzildə qeydiyyat olduqda, yalnız şəxsiyyət vəsiqəsi, mənzildə qeydiyyat olmadıqda, mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi (etibarnamə); Fiziki şəxslər (Fərdi sahibkarlar) şəxsi mülkiyyət olarsa, şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, VÖEN, şəxsi mülkiyyət olmazsa, şəxsiyyət vəsiqəsi, icarə müqaviləsi, VÖEN; Hüquqi şəxslər yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) ilə müraciət edir və bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.
Müştəri xidmətlərimizlə birbaşa 155 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq olar. Eynilə şirkətimizin vebsaytında onlayn müraciət edərək (https://www.baktelecom.az/elaqe-2 və ya “Mənə zəng et” xidmətləri) Müştəri xidmətləri üzrə mütəxəssislərimizlə əlaqə saxlamaq olar.
Əlaqə
- Ünvan: Bakı şəhəri, Tbilisi prospekti 107
-
–>
Comments are closed, but trackbacks and pingbacks are open.