Press "Enter" to skip to content

Xivəli əbdül qazi xanın türkmənlərin şəcərəsi

Əfşarlar dövlətinin zəifləməsi və dağılmasından sonra, XVIII əsrin 40-cı illərində Azərbaycan ərazisində müstəqil dövlətlər olan xanlıqlar yaranır. Şimal torpaqlarında Qarabağ, Şəki, Gəncə, Cavad, Şamaxı, Quba, Bakı, Dərbənd, Salyan, Lənkəran, Naxçıvan və İrəvan xanlıqları, Cənubda Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku, Əhər və Ərdəbil xanlıqları meydana gəlir. Xanlıqlarla yanaşı şimal torpaqlarında yarımmüstəqil feodal hakimlikləri olan İlisu, Qəbələ, Ərəş, Borçalı, Qazax və Şəmşəddil sultanlıqları, habelə feodal respublikası hesab edilən Car-Balakən icması (camaatlığı) kimi qurumlar da formalaşır.

Xivəli əbdül qazi xanın türkmənlərin şəcərəsi

Əfşarlar dövlətinin zəifləməsi və dağılmasından sonra, XVIII əsrin 40-cı illərində Azərbaycan ərazisində müstəqil dövlətlər olan xanlıqlar yaranır. Şimal torpaqlarında Qarabağ, Şəki, Gəncə, Cavad, Şamaxı, Quba, Bakı, Dərbənd, Salyan, Lənkəran, Naxçıvan və İrəvan xanlıqları, Cənubda Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku, Əhər və Ərdəbil xanlıqları meydana gəlir. Xanlıqlarla yanaşı şimal torpaqlarında yarımmüstəqil feodal hakimlikləri olan İlisu, Qəbələ, Ərəş, Borçalı, Qazax və Şəmşəddil sultanlıqları, habelə feodal respublikası hesab edilən Car-Balakən icması (camaatlığı) kimi qurumlar da formalaşır.

Xanlıqlarda hakimiyyət siyasi qurum kimi təkhakimiyyətliliyə əsaslanırdı. Xan qeyri-məhdud hakimiyyətə malik olub, həm də məhkəmə hüququ daşıyırdı. O, ölüm hökmü verə, yaxud ölümə məhkum olunmuşları bağışlaya bilərdi. Xanın yanında məşvərət funksiyasına malik Divan fəaliyyət göstərirdi. Divanda sülh bağlamaq, müharibə elan etmək, vergilər qoymaq məsələləri müzakirə olunurdu. Divanın, yaxud Məşvərət şurasının mövqeyi bəzən xanın çıxardığı qərara təsir göstərə bilirdi. Belə şuralar Şəki, Şamaxı, Quba və Qarabağ xanlıqlarında kifayət qədər nüfuza malik idilər. Xanlıqlarda belə bir qurumun olması Azərbaycanın qədim dövlətçilik ənənələrindən irəli gəlirdi.

Xanlıqların ticarət əlaqələri kifayət qədər geniş əraziləri əhatə edirdi. Xüsusən İran, Osmanlı, Rusiya dövlətləri və Hindistanla ticarət əlaqələri yaxşı inkişaf etmişdi. Azərbaycandan qonşu ölkələrə neft, duz, zəfəran, xam ipək, sənətkarlıq məmulatları, müxtəlif çeşidli xalçalar aparılırdı. Kənardan isə mahud, boyaq malları, qənd, dəmir, şal və düyü gətirilirdi. Osmanlı tacirləri Şamaxı ipəyini həvəslə alırdılar. Ərdəbil də ipək məmulatı istehsalında məşhur idi. Buradan çox zaman Hələbə, İzmirə və İstanbula xam ipək, ipək məmulatları daşınırdı. Xanlıqlararası iqtisadi əlaqələr də getdikcə genişlənir, ümummilli daxili bazar üçün zəif də olsa, şərait yaranırdı.

Xanlıqların yaranması şəhərlərin sənətkarlıq və ticarət məskənləri kimi inkişafına müsbət təsir göstərirdi. XVIII əsrin birinci yarısında dağıdılmış şəhərlər xanlıqların yarandığı dövrdə bərpa edilir, öz əvvəlki görkəminə qaytarılırdı. Pənahabad adlanan Şuşa da yüksəlməyə başlamışdı. Şəhər əhalisi artır, burada sənət, ticarət, elm və mədəniyyətin inkişafına imkan yaranırdı. Şamaxı, Bakı, Şəki, Şuşa və Dərbənd şəhərlərinin hər birində 4 mindən 10 minə qədər əhali yaşayırdı. Təbriz yenə də Azərbaycanın ən böyük şəhəri olaraq qalırdı.

Xanlıqlar dövründə Azərbaycanın hakim zümrəsi formalaşmağa başlayır. Bu zümrənin başında xan dururdu. Xandan sonrakı yeri sultan və məliklər tuturdular. Bu titullar nəslən keçir, hər dəfə xan tərəfindən təsdiq edilirdi. Ali zümrənin əsas hissəsini bəylər təşkil edirdilər. Onlar da irsi və şəxsi bəylərə bölünürdülər. Vaxtı ilə Səfəvi şahlarından bəylik titulu alanlar daha varlı və nüfuzlu olmaqla, mülki hüquqları irsi idi.

Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə cəhd etsələr də bu arzu olunan nəticəni vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla, Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli bir fürsət düşdü.

Xivəli əbdül qazi xanın türkmənlərin şəcərəsi

Azərbaycan bütöv bir bədəndirsə, Şuşa onun ürəyidir. Azərbaycan xalqının qürur və fəxarət mənbəyi olan qədim Şuşa yağı tapdağından azad olundu. “Qafqazın Parisi”, Qarabağın incisi olan Şuşa həm də qədim yaşayış məskənidir. Şanlı tarixi keçmişi ilə öyünür qədim Şuşa. Alınmaz qalanın təməlinin dəqiq tarixi məlumdur – 1750. Pənahəli xanın əmri ilə Təbrizdən, Ərdəbildən və digər şəhərlərdən xan üçün yeni binalar və saray tikən məşhur ustalar dəvət edildi. Qalanın “İrəvan” və “Gəncə” adlanan iki qapısı var idi. 1755-ci ildə Şuşa Qarabağ Xanlığının paytaxtı oldu. 1795-ci ilə qədər burada 10 mindən çox insan yaşayırdı. Şuşa memarlığı üzrə aparıcı mütəxəssis, rəssam və memar Elturan Avalov Birinci mərhələdə qala divarları və sarayları ucaldarkən, şərq hissəsinin-Aşağı Məhəllələrin meydana gəlməsi Şuşanın əsası qoyulduğu zamana aid edilir. İkinci mərhələ, şərq hissəsinin yuxarı hissəsinin inşa edildiyi- Yuxarı Məhəllələrin meydana gəldiyi dövr İbrahim Xəlil xanın (1762-1806) hakimiyyəti dövrüdür. Və nəhayət, 1805-ci ildən bəri şəhərin üçüncü mərhələsi onun qərb hissəsinin inkişafına səbəb oldu. Tarixçi və vəzir Mirzə Vəli Baharlı (1725-1795) əsərlərində Şuşanın məskunlaşmasının şərq aşağı hissəsində yerləşən Çuxur Məhəllədən yazır. Şəhərin kütləvi inkişafı Pənahəli xanın oğlu – İbrahimxəlil xanın (1732-1806) dövründə başladı. Bu zaman Qarabağ xanlığı ən güclü Azərbaycan xanlıqlarından biri oldu. Ölçülərinə görə fərqli və ərazi ilə əlaqəli konfiqurasiyasında bir başqa yeni mərhələ, Qarabağ xanlığının çiçəklənmə və güc zirvəsi 17-18-ci əsrlərə təsadüf edir. O zaman şəhərin ən yaxşı memarlıq binaları tikildi. O anda Şuşanın 17 məhəlləsi 4 yerə bölündü. Bunlardan doqquzu aşağı: Qurdlar, Seyidli, Quyuluq, Çuxur, Dördlər yurdu, Hacı Yusifli, Dörd çinar, Çöl qala və Culfalar, səkkizi yuxarı: Mərdinli, Saatlı, Köçərli, Mərcanlı, Dəmirçilər, Mamayı, Hamamqabağı və Təzə məhəllə.

Hər məhəllənin məscidlərinin yerləşdiyi ərazi (Aşağı Gövhər-Ağa, Yuxarı Gövhər-Ağa, Malybəyli-Ağa, Qaybala, Şirlan və s.) ilə yanaşı bir məktəb və ya bir mədrəsə ilə öz icma mərkəzi var idi. Hamam, ticarət mərkəzi və bulaqlar (Meydan, İsa, Saxsi, Şor,Ovdan, Xan qızı Natəvan və s.) da şəhərə bir gözəllik verirdi. Sakinlər qürurla özlərini Qalalı adlandırdılar.

Köhnə Şuşadakı evlər əsasən malikanə tipli idi. Hamısının meyvə bağları vardı və ətrafı daş hasarlarla əhatə olunmuşdu. Küçələrin kəsişməsində, piyadaların və nəqliyyatın rahatlığı üçün hasarların və ya evlərin küncləri kəsilmiş daşla hörülmüşdü. Səkilər böyük düzbucaqlı daş lövhələrlə örtülmüşdü. Küçələr parket daşları ilə döşənmiş, mənzərəli bir şəkildə dolaylı, dik qalxışlar və enişlər var idi. Şuşanın küçələri yağ lampaları ilə işıqlanırdı. XIX əsrin sonlarında şəhərdə təxminən 30 belə lampa var idi.

Təbiəti dillərə dastandır Şuşanın. Səfalı yaylaqları, füsunkar Cıdır düzü, soyuq, xeyirli, dumduru İsa bulağı, Turşsuyu Şuşanı bütün dünyaya tanıtdırıb. Cıdır düzü Şuşanın daha yüksək hissəsindədir. Cıdır düzü Daşaltı çayının 200 metr aşağısından axan Daşaltı dərəsinə baxır. Cıdır düzünün kənarındakı cığır Xan mağarasına doğru gedir. Xan mağarası erməni vandalizminin qurbanı olan arxeoloji abidələrimiz sırasındadır. İsa bulağı Azərbaycan təbiətinin nadir incilərindən biridir. Yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır.

Şuşa həm də mədəniyyətimizin incisidir. Cabbar Qaryağdıoğlu, Keçəçi Məhəmməd, Məşədi Dadaş, Sadıqcan, Üzeyir Hacıbəyov, Bülbül, Fikrət Əmirov, Xan Şuşinski və daha onlarla məşhur musiqiçilər diyarıdır. Qarabağ torpağı həmçinin Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Mir Mövsüm Nəvvab, Fatma xanım Kəminə, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov kimi şair və yazıçıların Vətənidir. Dövlət başçısı cənab İlham Əliyev demişdir: “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm”. Bu baxımdan Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı, musiqi mərkəzi adlandırılması mədəniyyətimizdə iz qoymuş dünya şöhrətli dahilərin ruhlarını da şad etdi. Ecazkar səsləri ilə bir çox ölkələrdə ayaqüstü alqışlar qazanan Qarabağ müğənnilərinin yeni nəsil davamçıları, məhz bu mərkəzin yaradılması ilə dilbər guşəmiz olan Qarabağı, ölməz şəhidlərimizin qanı ilə azad olunan Xarı bülbülün yeganə vətəni olan Şuşanı dünyada daha geniş təbliğ edəcəklər. Sonda sözlərimi Prezident İlham Əliyevin tarixi çıxışında söylədiyi fikirlərlə tamamlamaq istəyirəm: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı

Comments are closed, but trackbacks and pingbacks are open.